Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-75/2024 15.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin qismən təmin edilməsi, Cavabdehndən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 81436,53 (səksən bir min dörd yüz otuz altı manat əlli üç qəpik) manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 400 (dörd yüz) manat mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən 334.31 (üç yüz otuz dörd manat otuz bir qəpik) manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-125/2023 saylı, xx.xx.2023-cü il tarixli qətnaməsinin qismən - iddianın təmin edilmiş hissəsində ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı MMC Cavabdehnə qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, Cavabdeh MMC-dən xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən, ödənilməmiş 81436,53 manat pulun, hüquqi yardımın göstərilməsi üçün ödənilmiş 2000 manat pulun, 400 manat mediasiya xərcinin, ümumilkdə 83836.53 manat pulun tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslanıdırılmışdır ki, cavabdehlə aralarında xx.xx.2021-ci il tarixli 08D/AQN/21 saylı müqavilə mövcuddur və müqaviləyə əsasən, 53 baş Simmental cinsli damazlıq heyvanın dəyəri olan 286036.40 manat məbləğində puldan cavabdeh tərəfindən 204599.87 manat ödənilmiş, hazırda 81436.53 manat borcu yaranmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmələrinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi qismən - iddianın təmin olunmuş hissəsində maddi və prossesual hüquq normalarının pozulması ilə qəbul edildiyindən qətnamə qismən ləğv edilməli, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməlidir. Belə ki, tərəflər arasında iribynuzlu malların alqı-satqısına dair xx.xx.2021-ci il tarixdə müqavilə bağlandığı və həmin müqavilə əsasında 53 baş malın verildiyi və satılan malların dəyəri 286.036,40 manat təşkil etdiyi və alıcı 117594,56 manat dəyərini əvvəlcədən ödəyib, heyvanları qəbul etməsi işin mübahisəsiz halıdır. İşin mübahisəli halları müqavilə ilə razılaşdırılmış məbləğin, heyvanların qəbulundan sonra ödəməli olan və sonradan vaxt-aşırı ödənilmiş məbləğin həcmi hissəsindədir. Məhkəmənin özü tərəfindən iş üzrə müəyyən etdiyi mövcud dəlillərə əsasən aşkar şəkildə göründüyü kimi cavabdeh 117.594,56 manat məbləği əvəlcədən ödəyəndən sonra, xx.xx.2021-ci il tarixdə 53 baş heyvan ona təhvil verilmişdir. Daha sonra xx.xx.2021-ci il tarixdə 36212,36 manat, xx.xx.2021-ci il tarixdə isə 168387.51 manat ödənilmişdir. Bu da malın təhvilindən sonrakı müddətlərə təsadüf edir. Nəticədə ödənilmiş məbləğ 117.594,56 + 36212,36 + 168.387,51 = 322.194,43 manat təşkil edir. Bu da müqavilə məbləğindən 36.158,03 manat artıqdır. Artıq ödənilmiş məbləğ, sonradan verilmiş 12 baş əlavə heyvana görə ödənilmişdir. Bununla da məhkəmə iş üzrə malın verilməsi, ödənişlə möcvud dəlilləri müəyyən etmiş, lakin tərəflər arasında borc qalığını düzgün müəyyən etməmişdir. Buna da səbəb iddiaçının məhkəməyə düzgün məlumat verməməsi olmuşdur. Əslində isə iddianın əsası kimi istinad edilmiş tərəflər arasında xx.xx.2021-ci il tarixdə bağlanmış 08D/AQN/21 nömrəli alqı-satqı müqaviləsinə görə ödənilməmiş borc qalmamışdır. Xatırlatmaq lazımdır ki, adı çəkilən 53 baş heyvanın alqı-satqısına dair müqavilədən başqa tərəflər arasında mal və pul dövriyyələri olmuşdur. Lakin hazırkı iddia tələbi tərəflər arasında mövcud olan münasibətlərindən yalnız xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alqı-satqı müqaviləsi ilə bağlı olduğundan, mübahisənin həlli də məhz bu müqavilə üzrə həyata keçirilmiş mal və pul dövriyyələrini əhatə etməlidir. Adı çəkilən müqavilədə şərtləndirilmiş qarşılıqlı öhdəliklərin icrası ardıcıllığı nəticəsində cavabdehin ödənişlə bağlı borcu qalmamışdır. Məhkəmənin müəyyən etdiyi dəlillərə görə nəticə etibarı ilə müqavilə məbləğindən artıq ödənilmiş 36.158,03 manat məbləğ isə bu müqaviləyə görə artıq ödəmə deyil, ondan kənar tərəflər arasında mal dövriyyəsi ilə bağlıdır. Bununla da adı çəkilən müqavilə üzrə ödənişlə bağlı irəli gəlmiş öhdəliklərin hər hansı hissəsinin cavabdeh tərəfindən icra edilmədiyi halı mövcud deyildir. Lakin məhkəmə iş üçün mühüm əhəmiyyəti olan bu halları tam aydınlaşdırmamış, iddiaçının göstərdiklərini daha üstün tutmuş, bu da ödənişlə bağlı cavabdehin üzərinə mövcud olmayan borca görə əlavə öhdəliklər qoyması ilə nəticələnən qətnamə qəbul edilməsinə səbəb olmuşdur. Bundan başqa qətnamənin təsviri-sübutlar hissəsində şərhi verilməsə də, nəticə hissəsində cavabdehdən 334,31 manat məbləğində dövlət rüsumunun tutulmasını qət etmişdir. Lakin bu nəticənin nədən irəli gəldiyi göstərilməmiş, hüquqi əsaslandırılmamışdır. Şikayət olunan qətnamə ilə Cavabdeh MMC-dən pul məbləğinin tutulması ilə bağlı məsələ həll edilmiş, lakin məhkəmə proseslərinə iştirakı təmin edilməmişdir Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsə də, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İddiaçı nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş.etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı iddiaçının nümayəndəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommesiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-125/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alqı-satqı müqaviləsindən görünür ki, satıcı qismində İddiaçı MMC, alıcı qismində isə Cavabdeh MMC iştirak etmiş, satıcı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 19 dekabr tarixli, 413 nömrəli Fərmanına və həmin Fərmanla təsdiqlənmiş Qaydalara əsasən cins damazlıq heyvanları yerli istehsal olduqda qiymətləndirilən, idxal heyvan olduqda isə gömrük dəyərinə 60 faiz həcmində güzəşt tətbiq etməklə bu Müqavilənin 1 saylı Əlavəsində göstərilmiş iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların bu müqavilənin 2.1-ci bəndində müəyyən edilmiş dəyərinin satıcıya ödənilməsini və onun qəbul edilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən bu müqavilənin predmeti olan 53 baş simmental cinsli damazlıq heyvanların dəyəri 286036.40 manat təşkil edir. Alıcı heyvanların 117594,56 manat qalıq dəyərini əvvəlcədən ödəyir və qəbul edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alğı-satqı müqaviləsinə 1 saylı əlavə olan qiymət cədvəlindən görünür ki, simmental cinsli damazlıq heyvanların dəyəri 286036,40 manat təşkil edir. İş materiallarında olan xx.xx.2021-ci il tarixli təhvil barədə aktdan görünür ki. 53 baş simmental cinsli damazlıq heyvanlar sağlam halda alıcının təsərrüfatına təhvil verilmiş, tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 04/027-22 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh MMC xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alqı-satqı müqaviləsi üzrə xx.xx.2021-ci il tarixdə 36212,36 manat və xx.xx.2021-ci il tarixdə 168387.51 manat olmaqla, cəmi 204599.87 manat ödəmişdir. İş materiallarında olan iş üzrə iddiaçı ilə cavabdeh arasında bağlanmış 30 iyun 2021ci iul tarixli BM/01 saylı borc müqaviləsinin surətindən görünür ki, satıcı ilə alıcı arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alğı-satqı müqaviləsinə əsasən 53 baş simmental cinsli damazlıq heyvanların güzəştli satış dəyərindən qalan 81 382.20 manat borcun hissə-hissə ödənilməsinə möhlət verilir. İşdə olan 30 iyun 2021-ci iul tarixli BM/01 saylı müqaviləyə əlavədən görünür ki, cavabdeh 81 382.20 manat miqdarında pulu hər ay 13 563.70 manat olmaqla altı ay müddətində - birinci ödəniş xx.xx.2021-ci il tarixdə, sonuncu ödəniş xx.xx.2021-ci il tarixdə olmaqla ödəməyi öhdəsinə götürmüşdür. İddiaçı tərəfindən məhkəməyə göndərilmiş məlumatda göstərilir ki, tərəflər arasında bağlanmış 30 iyun 2021-ci iul tarixli BM/01 saylı müqavilə kimi göstərilmiş müqavilə əslində 30 iyul 2021-ci il tarixdə bağlanmış, lakin tarix səhvən 30 iyun 2021-ci il kimi göstərilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli MŞG/1-05468 nömrəli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, iddiaçı tərəfindən 400 manat mediasiya xərci ödənilmişdir. xx.xx.2022-ci il tarixli ödəniş tapşırığından görünür ki, hüquqi yardımla bağlı 2000 manat ödəniş edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli 04/018-22 nömrəli, xx.xx.2022-ci il tarixli 04/026-22 nömrəli, xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktublarıdan görünür ki, cavabdeh yaranmış borcla bağlı xəbərdar edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı MMC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli 08D/AQN/21 saylı müqavilə mövcuddur və müqaviləyə əsasən, 53 baş simmental cinsli damazlıq heyvanın dəyəri olan 286036.40 manat məbləğində puldan cavabdeh tərəfindən 204599.87 manat ödənilmiş, hazırda 81436.53 manat borcu yaranmışdır. Cavabdehlə dəfələrlə əlaqə saxlayıb müqavilə üzrə öhdəliyin yerinə yetirilməsini tələb etmələrinə baxmayaraq cavabdeh öhdəliyi yerinə yetirməkdən qərəzli olaraq yayınmışdır. Bundan başqa cavabdehə pretenziya elektron hökumət və rəsmi poçt vasitəsi ilə göndərilmiş, cavabdeh tərəfindən borcun ödənilməsində heç bir təşəbbüs irəli sürülməmişdir İddia tələbini qismən təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh MMC arasında bağlanmış xx.xx.2021-ci il tarixli 08D/AQN/21 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı MMC iri buynuzlu cins damazlıq heyvanların alıcıya satılmasını, alıcı isə həmin heyvanların dəyərinin satıcıya ödənilməsini öhdəsinə götürmüşdür. Müqavilə satıcı tərəfindən icra olunaraq mallar təhvil verilmişdir. Ancaq alıcı müqavilənin şərtlərini pozaraq üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Cavabdehə borcun ödənilməsi barədə pretenziya məktubu göndərilsə də, cavabdeh tərəfindən borc məbləği ödənilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə belə hesab etmişdir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə iş üzrə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdehndən xx.xx.2021-ci il tarixli müqavilə üzrə 81436,53 (səksən bir min dörd yüz otuz altı manat əlli üç qəpik) manat borc, hüquqi yardımla bağlı ödənilmiş 300 (üç yüz) manat və 400 (dörd yüz) manat mediasiya xərci tutularaq İddiaçınə ödənilməlidir. Məhkəmə 2000 manat məbləğində hüquqi yardımla bağlı ödənilmiş məbləğin tutulması hissəsi üzrə onu qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir Həmin Məcəllənin 599.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində alıcının əşyanı satıcıdan almazdan əvvəl tam və ya qismən ödəmək (qabaqcadan ödəniş) vəzifəsinin nəzərdə tutulduğu hallarda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçir. Həmin Məcəllənin 599.2-ci maddəsinə əsasən alıcı əşyanı qabaqcadan ödəmək vəzifəsini icra etmədikdə bu Məcəllənin 441-ci maddəsində nəzərdə tutulan qaydalar tətbiq edilir. Həmin Məcəllənin 441.1-ci maddısinə əsasən tərəflərdən birinin öhdəliyi icra etməsi müqaviləyə uyğun olaraq digər tərəfin öz öhdəliklərini icra etməsi ilə şərtləndirildikdə qarşılıqlı icra sayılır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan almış olduğu 81436.53 manat dəyərində malların dəyərini ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həmin hissədə təmin etməkdə haqlı olmuşdur. Birinci instansiya məhkəməsi hüquqi yardımla bağlı hissədə iddianı qismən təmin etsə də, iddiaçı bunu mübahisələndirmədiyindən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Apellyasiya şikayətinin dəlillərində göstərilir ki, qətnamədə cavabdehdən 334,31 manat məbləğində dövlət rüsumunun tutulmasının nədən irəli gəldiyi göstərilməmiş, hüquqi əsaslandırılmamışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə icraata dair prosessual xərclər məsələsi MPM-in 119-cu maddəsinə əsasən həll edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı 200 manat mediasiya xərcini ödədiyi üçün dövlət rüsumunun ödənilməsindən azad edildiyinə görə iddia tələbinin təmin olunan hissəsinə mütənasib olaraq ödənilməli olan 334,31 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə almaqda birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin həmin dəlilini əsassız sayır. Apellyasiya şikayətinin digər bir dəlili ondan ibarətdir ki, cavabdeh 117.594,56 manat məbləği əvəlcədən ödəyəndən sonra, xx.xx.2021-ci il tarixdə 53 baş heyvan ona təhvil verilmiş, daha sonra xx.xx.2021-ci il tarixdə 36212,36 manat, xx.xx.2021-ci il tarixdə isə 168387.51 manat ödənilmişdir. Nəticədə ödənilmiş məbləğ 117.594,56 + 36212,36 + 168.387,51 = 322.194,43 manat təşkil edir. Bu da müqavilə məbləğindən 36.158,03 manat artıqdır. Artıq ödənilmiş məbləğ, sonradan verilmiş 12 baş əlavə heyvana görə ödənilmişdir. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini aşağıda qeyd olunan səbəblərə görə əsassız sayır. Belə ki, iş materiallarında olan qiymət cədvəlindən də göründüyü kimi müqavilə ilə razılaşdırılmış 53 baş damazlıq cins heyvanın satış qiyməti 286 036.40 manat təşkil edir ki, həmin məbləğin 168 441.84 manat hissəsi hesablanmış güzəşt dəyəri, 117 594.56 manat hissəsi isə ödəniləcək qalıq dəyəridir. İşdəki heyvanların dəyərindən ödəniş sənədinə görə cavabdeh 36 212,36 manat heyvanların dəyərindən, 168.387,51 manat isə subsidiya ödəmişidir. Göründüyü kimi 168.387,51 manat cavabdehin heyvanların dəyərindən etdiyi ödəniş yox, subsidiya ödənişidir. Digər tərəfdən cavabdeh 36 158.03 manat artıq ödəniş etdiyini və həmin pula görə ona 12 baş heyvan verildiyini göstərir. İşdəki qiymət cədvəlindən göründüyü kimi cavabdehə satılmış 53 baş heyvandan 15 başının hər birinin qiyməti 5 401.00 manat, 38 başının hər birinin qiyməti isə 5 395.30 manat təşkil etdiyi halda cavabdehin qeyd etdiyi 12 baş heyvanın hər birinin dəyəri 36 212,36 : 12 = 3 042.69 manat təşkil edər ki, həmin qiymətə, həm də ki, 12 baş heyvanın alqı-satqısı ilə bağlı tərəflər arasında müqavilənin olduğu iş materialları ilə təsdiq olunmur, iddiaçı isə bu kimi müqavilənin olduğunu ümumiyyətlə inkar edir. Apellyasiya şikayətinin dəlillərindən digəri işə onlarln iştirakı olmadan baxıldığına görə çəkişmə prinsipinin pozulmasıdır. Kollegiya qeyd edir ki, həqiqətən də Azərbaycan Respublikası Konstitusiyasının 127ci maddəsinin 7-ci bəndinə görə məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi mülki prosessual qanunvericilikdə də əksini tapmışdır. Belə ki, Azərbaycan Respublikasının MPM-in 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa hal nəzərdə tutulmayıbsa, məhkəmədə mübahisəyə işdə iştirak edən şəxslər çağırılıb dindirilmədikdə baxıla bilməz. İşdə iştirak edən şəxslər öz tələblərini əsaslandırdıqları dəlillər, sübutlar və hüquqi nəticələr barədə bir-birlərinə məlumat verməyə borcludur ki, digər tərəf bunlara qarşı özünün müdafiəsini təşkil edə bilsin. Həmin Məcəllənin 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməlidir. O, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Məhkəmə, qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Həmin Məcəllənin 185.2-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərdən hər hansı biri məhkəmə iclasına gəlmədikdə, onlara məhkəmə bildirişi verilməsi haqqında məlumat olmadıqda, işə baxılması təxirə salınır. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsi bütün məhkəmə prosesləri ilə bağlı tərəflərə, o cümlədən Cavabdehnə məhkəmə bildirişi göndərmiş və EMİS elektron məhkəmə sistemində ona məxsus kabinetə yerləşdirilmişdir. Göründüyü kimi cavabdeh baxış iclasının yeri və vaxtı barədə məlumatlı olsa da nümayəndəsini məhkəmə iclasına gömndərməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Göründüyü kini apellyasiya şikayətinin dəlilləri əsassız olmaqla cavabdehin formal mülahizəsidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-125/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-75/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-75/2024
15.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver