Məhkəmə qərarları › İş №2-2(104)-77/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-77/2025

02.04.2025 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-77/2025 02.04.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizəsi ilə bağlı kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-411/2025 saylı qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsinin verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-411/2025 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) ərizənin təmin edilməsi, xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik, İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik olmaqla, ümumilikdə 2103 manat 72 qəpik məbləğində borcu ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1981-ci il, doğulduğu yer-Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması, ödənilməli olan 100 manat məbləğində dövlət rüsumunun Maraqlı şəxs tutularaq dövlət büdcəsinə ödənilməsi, qətnamənin dərhal icra edilməsi qət edilmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apelyasiya şikayəti ilə müraciət edərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2-2(115)-411/2025 nömrəli qətnaməsinin ləğv edilməsi və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İşsizlikdən Sığorta Fonduna 2.19 manat,dövlət büdcəsinə 5584,52 manat (o cümlədən, vergilər üzrə 4848,03 manat, faizlər üzrə 736,49 manat), İcbari Tibbi Sığorta Fonduna 100,75 manat, Dövlət Sosial Müdafiə Fonduna 2000,78 manat olmaqla, ümumilikdə 7688.24 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin cəmiyyətin rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair ərizə ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5584 manat 52 qəpik, Dövlət Sosial Müdafiə Fonduna olan 2000 manat 78 qəpik, İşsizlikdən sığorta fonduna olan 2 manat 19 qəpik, İcbari Tibbi Sığorta Fonduna olan 100 manat 75 qəpik məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs barəsində (doğulduğu tarix - xx xxxx 1981-ci il, doğulduğu yer - Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi - xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik, dövlət büdcəsinə 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik), İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik olmaqla, ümumilikdə 7688 manat 24 qəpik borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə və müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicisinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2024-cü il tarixli **********070400, xx.xx.2024-cü il tarixli **********919700, xx.xx.2024-cü il tarixli **********133100, xx.xx.2024-cü il tarixli **********277100 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyicisi yaranmış borc məbləğini ödəməmişdir. Reyestr məlumatlarına əsasən yuxarıda qeyd edilən borclu hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ünvan 1 ünvanında yaşayır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, ərizəçi olaraq vergi və mülki prosessual qanunvericiliyin verdiyi hüquqi imkanlardan istifadə edərək sözügedən cəmiyyətin 7688.24 manat borcunun ödənilməsinin təmin olunması məqsədi ilə məhkəməyə müraciət etmişlər. Vergilər üzrə cəmiyyət tərəfindən icra edilməmiş vergi öhdəliyinin mövcud olmasına baxmayaraq həmçinin vergi borclarına görə də cəmiyyətin rəhbərinin ölkədən getmək hüququnun məhdudlaşdırılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə mütənasiblik prinsipinin pozulması kimi xarakterizə edilməlidir. Nəzərə alsaq ki, şəxsin ölkədən getmək hüququnun məhdudlaşdırılması tədbirinə vergi orqanı bir sıra tədbirləri (xəbərdarlıq məktubu, borc bildirişi göndərdikdən sonra və s.) gördükdən sonra müraciət edir. Belə vəziyyətdə Maraqlı şəxs rəhbəri olduğu hüquqi şəxsin vergi öhdəliyinin icrasından yayınma ehtimalı daha yüksəkdir. Birinci instansiyası məhkəməsi məhz maraqlı şəxsin rəhbəri olduğu vergi ödəyicisi tərəfindən vergi borcu mübahisələndirildiyi üçün vergi öhdəliyinə münasibətdə həmin şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını təmin etməmişdir. VM-nin 63.2- ci maddəsində əks olunmuş hüquqi tənzimləmədən görünür ki, vergi ödəyicisi onun barəsində vergi orqanı tərəfindən müəyyən olunmuş vergi öhdəliyini qəbul etməyərək inzibati orqana və ya məhkəməyə vergi öhdəliyinin ləğvi ilə bağlı müraciət etdikdə belə bu halın mövcudluğu vergi ödəyicisini vergiləri ödəməyi təxirə salmağa hüquq vermir. Əksinə norma ondan bəhs edir ki, hətta vergi ödəyicisi vergiləri mübahisələndirdiyi təqdirdə vergi öhdəliyini icra etməlidir. Bu mənada Gəncə Kommersiya Məhkəməsi VM-nin 63.2-ci maddəsinin tələblərinə əməl etməmiş, "xxxx" MMC-nin vergi öhdəliyini mübahisələndirməsi xüsusatına istinad edərək mübahisələndirilmiş vergi öhdəliyinə münasibətdə ərizələrini təmin etməməklə hüququ düzgün tətbiq etməmişdir. İşə baxan məhkəmə sadalanan xüsusatları nəzərə almamış, əlavə araşdırma aparmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar və prosessual məsələlər: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş maraqlı şəxs məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş ərizəçi 12 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ərizənin təmin edilməmiş hissəsində ləğv edilməsi və ərizənin tam təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etdi. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimin məruzəsini, apellyasiya şikayətinin dəlilləri ilə bağlı ərizəçinin nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri əsasında tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilməlidir. Apelyasiya şikayətinin hədləri ilə bağlı kollegiya qeyd edir ki, şikayətin dəlillərindən göründüyü kimi apelyator birinci instansiya məhkəməsinin qətnaməsini mübahisələndirmişdir ona görə ki, ərizəçi məhkəmədən vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumilikdə 7688.24 manat məbləğində borcun ödənilməsini təmin etmək məqsədi ilə həmin MMC-nin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını xahiş etdiyi halda, məhkəmə vergi ödəyicisinin ümumilikdə 2103 manat 72 qəpik məbləğində borcu ödənilənədək həmin vergi ödəyicisinin icra orqanının ölkədən ketmək hüququnun məhdudlaşdırılmasına dair qətnamə qəbul etmişdir. Belə ki, ərizəçi tərəfindən təqdim olunmuş sənədlərdən görünür ki, hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) xx.xx.2025-ci il tarixə Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik, dövlət büdcəsinə 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik), İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik olmaqla, ümumilikdə 7688 manat 24 qəpik borcu vardır. İş materiallarında olan iddia ərizəsindən və vergi orqanının xx.xx.2024-cü il tarixli qərarından görünür ki, vergi orqanının sözügedən qərarı ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə hesablanmış 5647 manat 67 qəpik məbləğində vergi borcu cəmiyyət tərəfindən Gəncə İnzibati Məhkəməsində mübahisələndirilmişdir Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ hissəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər bir kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifələrindəndir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Həmin Məcəllənin 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Həmin Məcəllənin 23.1 və 23.1.15-3-cü maddələrinə görə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarındandır. Azərbaycan Respublikası MPM-in 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanı fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.1-ci maddəsinə əsasən vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə məhkəməyə təqdim olunduqdan sonra məhkəmə tərəfindən 10 gün müddətinə baxılır. Həmin Məcəllənin 355-7.3-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim ərizənin rədd edilməsi və ya təmin edilməsi barədə qətnamə qəbul edir. Məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda vergi ödəyicisi olan vergi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik,), İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik borcu olduğuna, xəbərdarlıq edilməsinə baxmayarq həmin borcu ödəmədiyinə görə məhkəmə ərizəni təmin etməkdə haqlı olmuşdur. Kollegiya ərizənin vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün maraqlı şəxsin dövlət büdcəsinə 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik) vergi borcu ilə bağlı qeyd edir ki, həmin borc inzibati qaydada mübahisələndirməsinə baxmayaraq hazırda borc mövcud olduğundan ərizə həmin hissədə də təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 63.2-ci maddəsinə əsasən vergi ödəyicisi ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda, verginin ödənilməsini dayandırmadan bilavasitə vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət verə bilər. Vergi ödəyicisinin şikayətə baxılan müddət ərzində maliyyə sanksiyasını ödəməmək hüququ vardır. Həmin Məcəllənin 63.3-cü maddəsinə əsasən vergi ödəyicisi və ya başqa borclu şəxs tərəfindən vergi orqanına (vəzifəli şəxsə) verilən şikayət, bu Məcəllənin 63.2-ci maddəsinin ikinci abzasında müəyyən edilən hallar istisna olunmaqla, şikayət edilən qərarın (aktın) və ya hərəkətin icrasını dayandırmır. Qanunvericiliyin normasının məzmunundan da göründüyü kimi vergi ödəyicisinin ona hesablanmış verginin məbləği ilə razı olmadığı halda vergi nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına və ya məhkəməyə şikayət etmək hüququ vardır. Vergi ödəyicisinin hesablanmış vergi ilə bağlı vergi orqanının qərarı ilə razılaşmaması onu vergini ödəmək vəzifəsindən azad etmir. Vergi ödəyicisinin ona hesablanmış vergini ödəməkdən yayındığı halda hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququ vardır. Belliklə məhkəmə kollegiyası hesab edir ki, işə birinci instansiya məhkəməsində baxılanda məhkəmə ərizənin təmin edilməsinə dair qətnamə çıxarmış olsa da, lakin vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin borcu tam şəkildə nəzərə alınmamışdır. Odur ki, vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin dövlət büdcəsinə olan 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik) borcu olduğuna və həmin borcu könüllü olaraq ödəmədiyinə görə ərizə həmin hissədə də təmin edilməklə qətnamə dəyişdirilməli, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik, İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, dövlət büdcəsinə 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik), İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 2000,78 manat olmaqla, ümumilikdə 7688 manat 24 qəpik məbləğində borcu ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Çünki vergi ödəyicisi ümumilikdə 2103 manat 72 qəpik məbləğində borcu ödədikdən sonra vergi borcunun qalan hissəsi ödənilməmiş qaldığı həmin vergi ödəyicisinin icra orqanının rəhbərinin ölkədən getmək hüququ məhdudlaşdırılmamış qalır. Kollegiya həmçinin qeyd edir ki, bu kimi tədbir vergi ödəyicisini bir növ intizamlandırmaq, yəni vergilərin vaxtında ödənilməsini təbliğ etmək xarakteri daşıyır. Beləliklə də kollegiya hesab edir ki, apellyasiya şikayəti yuxarıda qeyd olunanlara əsasən qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-in 384.0.3-cü maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 355-7.3, 372-376, 378-382, 384.0.3, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 12 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(115)-411/2025 saylı qətnaməsi dəyişdirilsin. xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna 2000 manat 78 qəpik, İşsizlikdən sığorta fonduna 2 manat 19 qəpik, dövlət büdcəsinə 5584 manat 52 qəpik məbləğində (o cümlədən, vergilər üzrə 4848 manat 03 qəpik, faizlər üzrə 736 manat 49 qəpik), İcbari Tibbi Sığorta Fonduna 100 manat 75 qəpik, Dövlət Sosial Müdafiə Fonduna 2000,78 manat olmaqla, ümumilikdə 7688 manat 24 qəpik məbləğində borcu ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri olan Maraqlı şəxs (doğulduğu tarix - xx xxxx 1981-ci il, doğulduğu yer-Azərbaycan, Gəncə şəhəri, şəxsiyyəti təsdiq edən sənədin FİN nömrəsi xxxxxxx, şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi AA*******) ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilməklə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar