Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-89/2023 31.05.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, Cavabdeh1 nümayəndəsi (direktoru) X1, Cavabdeh2 nümayəndəsi və vəkili Nümayəndə2 (o həm də Cavabdeh1 vəkilidir) iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2069/2022 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən kommersiya işinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2069/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) İddiaçı cavabdehlər Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)- 2069/2022 saylı qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamənin çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh1nə və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh2 və "xxxx" MMC-dən 34332 ABŞ dolları məbləğində pulun və 400 manat ödənilmiş rüsumun müştərək qaydada alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ-MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC müqavilə öhdəliyinə əsasən sonuncuya qida üçün yararlı meyvələr göndərməli idi. Tanışlar vasitəsi ilə Vüqar adlı şəxslə (mobil nömrəsi ***-***-**-**) əlaqə qurulmuş və sonuncu da öz növbəsində İddiaçı MMC-ni Gəncə şəhərində yerləşən Cavabdeh1 MMC ilə əlaqələndirmiş və İddiaçı MMC Cavabdeh1 MMC ilə müqavilə bağlamışdır. Cavabdeh1 MMC-nin rəhbəri X2 tərəfindən təqdim edilən yük maşınına 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı yığılıb sürücü Cavabdeh2 təhvil verildikdən sonra o yükü Rusiya Federasiyasına aparmışdır. Göndərilən meyvələrin ümumi invoys dəyəri 34.332 ABŞ dolları olmuşdur. Həmin meyvələrə dair АА № 366691 Sertifikat mövcuddur. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyuducusunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdi. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı bir əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan "xxxx" MMC-nin nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 İddiaçı MMC-nin nümayəndəsinə bildirmişdir ki, guya malın keyfiyyətinin aşağı olma səbəbindən malın çatdırılma məntəqəsində malı təhvil almamışlar. Belə olan halda İddiaçı MMC-nin nümayəndəsi WhatsApp proqramı vasitəsi ilə 19 avqust 2021-ci il tarixdə sürücüyə bildirmişdir ki, sürücü bu məsələ ilə bağlı öz müdiri ilə əlaqə saxlamalıdır və əgər malın çatdırılma məntəqəsində malı qəbul etməmişlərsə, sürücü həmin malı bazarda təhvil versin, həmçinin İddiaçı MMC-nin RF-də olan nümayəndələrinin sürücüyə zəng etdiyini və onlarla görüşüb göndərilən malı bazarda birgə boşaltmağı tələb etmişdir. Hətta tapşırmışdır ki, həmin nümayəndələrin iştirakı olmadan malı boşaltmasın. Belə ki, İddiaçı MMC-nin malın keyfiyyətsiz olmasına dair şübhələri olmuş və bu səbəbdən həmin nümayəndələrin mala sürücü ilə birgə baxış keçirilməsi labüd sayılmışdır. Lakin sürücü heç bir əsas gətirmədən həmin təlimata uymamış, İddiaçı MMC-nin RF-də olan nümayəndələrinin iştirakı ilə mala baxış keçirmədən boyun qaçırmış və deməsinə görə, guya malı zibilə atmışdır. Bu isə ağlabatan deyil. Ümumən iddia tərəfi əmindir ki, loqistika şirkəti və onun sürücüsünün səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Göstərilənləri sübut edən gömrük bəyannaməsi və digər sənədlər (sübutlar) iddia ərizəsinə əlavə edilir. Bununla bağlı tərəflərindən polisə şikayət edilmiş, lakin Xaçmaz RPŞ-nin xx.xx.2021-ci il tarixli qərarı ilə cinayət işinin başlanması rədd edilmiş və mülki qaydada məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. Yaranmış mübahisənin məhkəmədən əvvəl həlli üçün mediatora müraciət edilmiş, lakin cavabdeh tərəf mediasiya sessiyasında iştirak etməkdən imtina etmişdir. Bu barədə onlara arayış təqdim edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Kommersiya Məhkəməsinin qətnaməsi əsassız və qanunsuzdur. Belə ki, iş materiallarından da göründüyü kimi cavabdeh tərəf məhkəməyə rus dilində tərtib olunmuş və Azərbaycan dilinə tərcümə edilməmiş “sənədlər” təqdim etmişdir. Rus dilində təqdim edilən sənədlər xarici dildə tərtib olunduğundan iddia tərəfi sənədin hüquqi təhlilini tam olaraq apara bilməsə də, “sənədlərdən” birinin tarix hissəsində 2 fərqli tarix qeyd edilmişdir. Bundan əlavə sənəd guya “Arviay” (X4) hüquqi şəxs tərəfindən tərtib edilsə də, sənəddə olan möhür tam fərqli hüquqi şəxsə aiddir. Bu isə hər iki “sənədin” mətəbərliyini şübhə altına alır. Belə ki, AR MPM-in 76.1-ci, 76.3-cü və 88-ci maddələrinin tələbinə görə tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur, qanunu pozmaqla əldə edilmiş sübutların istifadəsinə yol verilmir və məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bundan əlavə cavabdeh tərəfindən təqdim edilən qeyri mötəbər “sənəd” güya Rusiya Federasiyasında tərtib edilsə də həmin ölkənin qanunlarına zidd tərtib edilmişdir. Belə ki, “Ticarət əməliyyatlarının uçotu üçün ilkin uçot sənədlərinin vahid formalarının albomu”na (Rusiya Federasiyası Dövlət Statistika Komitəsinin 25 dekabr 1998-ci il tarixli 132 nömrəli qərarı ilə təsdiq edilmiş formalar) əsasən idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında akt komissiya üzvləri və ekspertizanın aparılması həvalə edilmiş təşkilatın eksperti tərəfindən qəbulun nəticələrinə əsasən, tədarükçünün və alıcının təşkilatlarının nümayəndələrinin və ya təşkilatın - alıcının nümayəndəsinin iştirakı ilə tərtib edilir. Burada həmçinin maraqsız təşkilatın səlahiyyətli nümayəndəsi də olmalıdır. Lakin cavabdeh tərəfin təqdim etdiyi “sübut”da aktın komissiya tərəfindən tərtib edildiyi yazılza da, sənəd yalnız hansısa adı, vəzifəsi bəlli olmayan “Kolosova” soyadlı şəxs tərəfindən imzalanmışdır. Həmin “Kolosova” adlı şəxsin kim olması, imzanın məhz ona məxsus olması heç bəlli deyil. Qanunun tələb etdiyi digər şəxslərin nə iştirakı təmin edilmiş nə də imzası vardır həmin aktlarda. Cavabdeh bu “sübutu” hardan tapmışdır bəlli deyil və məhkəmə də bu lazımsız kağız parçasına qanunsuz qiymət vermişdir. Həmçinin həmin sənəd RF qanunlarına görə 3 vərəqədən və hər bir vərəqində müəyyən məlumatlar olduğu təqdirdə, məhkəməyə yalnız 1 vərəqədən ibarət qeyri-mötəbər “sənəd” təqdim edilmişdir. İş materiallarından görünür ki, mal cavabdehə təhvil verilib. Bundan əlavə cavabdeh məhkəmə iclasında ifadə verərkən iddiaçı tərəfindən onlara malın verilməsini və malın onlar tərəfindən “Arviay” (X4) çatdırılmalı olduqlarını və buna görə ödəniş aldıqlarını etiraf etmişdir. Bununla da malın cavabdehlərə təhvil verilməsi və iddiaçı ilə cavabdeh arasında olan razılaşmaya görə müəyyən ödəniş müqabilində malın cavabdehlər tərəfindən “Arviay” (Raşen Vençurİnvestments) çatdırılmalı olması işin mübahisəsiz halıdır. Yəni qətnamədə qeyd edilənlərin ziddinə iddiaçı tərəf öz tələbini sübut etmişdir. Lakin cavabdeh tərəf malın çatdırılma nöqtəsini çatdırmasını sübut edə bilməmiş, hətta bu yöndə güya sübut təqdim etsə də həmin sübut qeyri mötəbər olmuşdur. Bundan əlavə cavabdeh qeyd etsə də ki, güya 17 avqustda malı təhvil verib, Cavabdeh2 səs yazısından müəyyən olunur ki, 18 avqustda o malı hələ təhvil verməyib. Güya malı təhvil almalı olan şəxslər malın yalnız şəkillərini çəkib gediblər. Belə olan təqdirdə cavabdehlərin “sübutları” qeyri mötəbər sübut kimi qiymətləndirilməlidir. Bundan əlavə iddianın mahiyyəti malın xarab olub olmaması yox, malın ümumən çatdırılma nöqtəsinə çatdirilmamasıdır. Məhkəmə baxışlarının video və audio yazılarına baxıldıqda bunu dərhal müəyyən etmək olar. Lakin məhkəmə nədənsə iddia tələbini öz istəyinə görə təfsir etmişdir. Bundan əlavə məhkəmə iddia tərəfinin yük daşınma müqaviləsinin olması, lakin ola bilər ki, hər iki nüsxə cavabdehdə qalıb ifadəsinə nədənsə əhəmiyyət verməmişdir. Halbuki, Azərbaycan gömrüyü müqaviləsiz gedən malları sənədləşdirib bəyənnamə verməzdi. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının xx.xx.2023-cü il tarixə saat 17:00-a təyin edilmiş iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, iddiaçının nümayəndəsi və Cavabdeh2 məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM-in) 376.2-ci maddəsinə əsasən işə gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının əvvəlki iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi – vəkil Nümayəndə1 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qətnamənin çıxarılmasını xahiş etmiş, əlavə olaraq göstərmişdir ki, iddiaçı ilə Cavabdeh1 MMC arasında üç adda meyvələrin Rusiyaya aparılması üçün razılaşma olub. Bu razılaşmanı məhkəməyə təqdim olunan sənədlər və səs yazıları da təsdiq edir. Meyvələr çatdırılmadan sonra xarab olduğu əsası ilə onların nümayəndəsi gözlənilmədən, hər hansı bir aktlaşdırılma olmadan atılmışdır. Bununla da şirkətlərinə 34332 ABŞ dolları zərər dəymişdir. Bu zərərin cavabdeh tərəfindən tutulmasını tələb edirlər. Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyudusucunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdir. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı bir əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan "xxxx" MMC-nin nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 İddiaçı MMC-nin nümayəndəsinə bildirmişdir ki, guya malın keyfiyyətinin aşağı olma səbəbindən malın çatdırılma məntəqəsində malı təhvil almamışlar. Cavadehin səhlənkarlığı və ya hüquqazidd qərəzli əməlləri nəticəsində onlara ziyan dəymişdir. Mal faktiki olaraq hal-hazırda ortada yoxdur. Onların nümayəndəsinin iştirakı olmadan mal atılıb. “Arviay” tərəfindən elektron poçt vasitəsi ilə məlumat əldə ediblər ki, mal ora daxil olmamışdır. Mal gömrük bəyanəmməsinə əsasən “Arviay”a aparılmalı idi. Lakin mal təyinat nöqtəsinə çatdırılmamış və iddiaçının iştirakı olmadan xarab olması səbəbi ilə atılmışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və direktoru X3 apellyasiya şikayətinin dəlillərinə etiraz edərək şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq bildirdi ki, onlar məhsulu nəzərdə tutulan yerə təhvil veriblər. Həmin məhsul 3 gün ərzində anbarda saxlanılıb və heç kimə göstərilməyib. Məhsulu geri götürmələri şərti ilə avtomobillərinin çıxışına icazə veriblər. Sübüt olunmuşdur ki, avtomobillərində heç bir qüsur yoxdur və məhsula avtomobillərinə görə zərər dəyməmişdir. İddiaçının texniki və nümayəndəsi də bu faktı sübut etdi. İddiaçı tərəf bundan sonra ona yük daşımanın həyata keçirilməsinə görə ödənilməli olan pulun 70-80 % qalığını ödədilər. xx.xx.2021-ci il tarixində Sofinski rayonunda malı boşaldılmışdır. Bu faktı məhkəməyə təqdim etdikləri təhvil-təslim aktı da sübut edir. Mal anbardan mala baxış keçirilməsinə icazə verilmədən maşına yüklənmişdir. Malın xarab olmuş məhsullarının şəkil və videolarını iddiaçıya göndərmişlər. Malın onların avtomobillərində xarab olması mümkün deyildi. Belə ki, avtomobilin temperaturu müştəri tərəfindən +2 dərəcə müəyyən olunmuşdu. Maşına iddiaçı tərəfindən baxış keçirildikdə də bu fakt bir daha təsdiq olundu və onlara daşıma haqqını ödədilər. Əks təqdirdə onlar ziyanı ödəməyə hazır idilər. Buna görə də, malın anbarda dəyişdirildiyini düşünür. Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar. İddiaçının nümayəndəsi onlara malı atmaqlarını deyirdi. Həmin məhsul 3 gün ərzində anbarda saxlanılıb və heç kimə göstərilməyib. Mal maşına yüklənilib anbardan çıxdıqdan sonra gecə 03:00 radələrində mala baxış keçiriblər. İddiaçının nümayəndəsi isə telefon zəngini götürməmişdir. Malın yararsız olması barədə akt iddiaçıya təqdim olunmuşdur. Onların iddiaçı ilə bir başa razılaşması olmamışdır. Onlar başqa tanış bir adam vasitəsiylə malı məntəqəyə təhvil verməkləri təklif edilib. Məhsulu geri götürmək şərti ilə avtomobillərinin çıxışına icazə veriblər. Malı bundan sonra avtomobil anbardan çıxdıqdan sonra iddiaçı ilə razılığa gəlinib ki, malı “Food City”ə aparmamışdan əvvəl iddiaçının nümayəndəsi mala baxış keçirsin. Sürücü nümayəndəyə zəng eləməsinə baxmayaraq telefon zəngini götürməmişdir. Onu da bildirdi ki, “Food City”yə getsələr də 6000 dollar ödəməli olacaqdılar. Buna görə də “Food City”ə getməyiblər və malı atıblar. Qeyd olunanları nəzərə alaraq məhkəmədən apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 vəkili Nümayəndə2 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əlavə olaraq göstərdi ki, mal Xaçmazdan Moskva şəhərinə aparılıb. Mal veriləndə qaimə verilməmişdir. İddiaçının heç bir rəsmi sənədi yoxdur. Bütün prosedurlar şifahi şəkildə olub. Malın qəbul edilməsi barədə akt mal çatdırıldıqda verilib. İddiaçının nümayəndəsi mala baxış üçün dəvət olunsa da, gəlməmişdir. Moskvada olduğu müddətdə iddiaçının rus nümayəndəsi ilə əlaqə saxlanılıb. Həmin nümayəndənin şəxsiyyəti barədə hal-hazırda məlumat yoxdur. Daşıma xərci cavabdehə iddiaçı tərəfindən ödənilib. Əgər cavabdehin hər hansı təqsiri olsa idi, iddiaçı həmin ödənişi ödəməli deyildi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehin və iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iddia tələbinin qismən təmin edilməsinə dair yeni qətnamənin çıxarılmadır. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyəti arasında bağlanmış xx.xx.2020-ci il tarixli RVİ-MAN-080720-N20 saylı tədarük müqaviləsinin surətindən görünür ki, Tədarükçü müəyyən malları sifarişçinin sifarişinə uyğun olaraq partiyalarla tədarük edib Alıcının (sifarişçinin) mülkiyyətinə verməyi, Sifarişçi isə aldığı malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Müqavilə 1 il müddətinə bağlanıb. əgər müqavilənin müddətinin bitməsinə 30 təqvim günü qalmış tərəflərin heç biri onu bitirmək niyyəti barədə bəyan etməzsə, Müqavilə hər növbəti il üçün eyni şərtlərlə uzadılmış hesab edilir. İş materiallarına əlavə olunmuş xx.xx.2021-ci il tarixli **********4122 nömrəli gömrük bəyannaməsindən görünür ki, 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı Qusar rayonunda yerləşən İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyətinə daşıyıcı Cavabdeh1 MMC vasitəsilə ** UT ***/** ZF *** nömrəli avtomaşınla göndərilmişdir. İş materiallarında olan АА № 366691 nömrəli malların mənşəyi haqqında sertifkatdan görünür ki, İddiaçı MMC ilə “Arviay” (X4) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ-MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında 6000 kq (tara ilə bir yerdə 6500 kq) Şaftalının, 8400 kq (tara ilə bir yerdə 9100 kq) Nektarinin və 3780 kq (tara ilə bir yerdə 4158 kq) Gavalının İddiaçı MMC tərəfindən Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyətinə göndərilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan 14 avqust 2021-ci il tarixli **********21030 nömrəli karantin fitosanitar nəzarəti aktından görünür ki, İddiaçı MMC dən “Arviay” (X4) Səhmdar Cəmiyyətinə yük daşıyan ** UT *** dövlət qeydiyyat nişanlı və ** ZF *** dövlət qeydiyyat nişanlı avtomobillərin buraxılışına ekspertiza nəticəsində icazə verilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli 995486 nömrəli idxal edilən malların kəmiyyət və keyfiyyətində olan fərqlilik haqqında aktdan görünür ki, RVİ- MAN080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqavilə əsasında ** UT *** dövlət qeydiyyat nişanlı avtomobil tərəfindən şaftalı, nektarin və gavalı “Arviay” (X4) Səhmdar Cəmiyyətinə sənəd üzrə 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı çatdırılmalı olduğu halda, faktiki çatdırılmamış, çatdırılmayan mal 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalıdan ibarətdir, akt alıcı təşkilatın səlahiyyətli şəxsləri ilə yanaşı, sürücü “Yusifov” tərəfindən də imza edilmişdir. İş materiallarına əlavə olunmuş “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş xx.xx.2021-ci il tarixli 995486 nömrəli alıcının anbarında malların təhvil-təslim aktından görünür ki, “Arviay” (X4) Səhmdar Cəmiyyəti tərəfindıən “Perekrestok” Ticarət Mərkəzi Səhmdar Cəmiyyətinə şaftalı, nektarin və gavalı kimi mallar təhvil verilməmişdir, həmin akt həm də sürücü “Yusifov” tərəfindən imzalanmışdır. İş materiallarında olan “Arviay” (X4) Səhmdar Cəmiyyətinin İddiaçı MMC-yə ünvanlandığı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək dövr ərzində “Arviay” Səhmdar Cəmiyyətinə müqavilədə göstərilmiş mallar tədarük edilməmişdir. İddiaçı tərəfindən təqdim olunmuş “Arviay” (X4) Səhmdar Cəmiyyətinin xx.xx.2021-ci il tarixli 06V invoysa 06V nömrəli pretenziyada göstərilir ki, tədarükçü 06V invoysa əsasən 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı məhsulunu tədarük etməyi öhdəsinə götürmüş olsa da, həmin mallar tədarük edilməmişdir, pretenziyanın ümumi məbləği 38 865,68 dollar təşkil edir. İşdəki ödəniş sənədindən görünür ki, iddiaçı tərəfindən hazırkı iddia ilə bağlı 400,0 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı MMC ilə Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyəti arasında bağlanmış RVİ- MAN-080720-N20 saylı, xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İddiaçı MMC müqavilə öhdəliyinə əsasən sonuncuya qida üçün yararlı meyvələr göndərməyö öhdəsinə götürmüş, iddiaçı yük daşıma ximəti ilə məşğul olan Gəncə şəhərində yerləşən Cavabdeh1 MMC ilə ümumi invoys dəyəri 34.332 ABŞ dolları təşkil edən 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalı məhsulunun Rusyiya Federasiyasına çatdırılması ilə bağlı razılığa gəlmiş, həmin mallar müvafiq sənədlərlə təmin edilməklə Cavabdeh1 MMC-yə təhvil verilmiş (sürücü Cavabdeh2 idarə etdiyi ** UT ***/** ZF *** nömrəli avtomaşına yüklənməklə), lakin həmin mallar son nəticədə sifarişçi təşkilata çatdırılmamışdır. Cavabdeh1 MMC-nin nümayəndəsi malların Sifarişçiyə çatdırıldığını, lakin malların lazımi keyfiyyətdə olmadığına görə qəbul edilmədiyini, ya da maşındakı mallar boşaldıldıqdan sonra həmin malların dəyişdirilərək avtomaşına keygiyyətsiz malların yükləndiyini göstərmiş olsa da, işdə olan digər cavabdeh – sürücü Cavabdeh2 tərəfindən də imza edilmiş aktlardan isə həmin malların sifarişçiyə faktiki çatdırılmaması müəyyən olunur. Həm də müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən Cavabdeh2 yolda olarkən onun istifadəsində olan mobil nömrə ***-***-**-** (WhatsApp proqramı) vasitəsi ilə onunla daima əlaqə saxlanılmış, ona yük maşınının soyudusucunun dərəcəsi və digər məsələlər barədə təlimatlar verilmişdir. Lakin sürücü meyvələri Rusiya Federasiyasına çatdırdıqdan sonra hər hansı bir əsas olmadan sifarişçi və eyni zamanda göndərici olan "xxxx" MMC-nin nümayəndəsinin vacib təlimatına əhəmiyyət verməmişdir. Belə ki, sürücü Cavabdeh2 İddiaçı MMC-nin nümayəndəsinə bildirmişdir ki, guya malın keyfiyyətinin aşağı olma səbəbindən malın çatdırılma məntəqəsində malı təhvil almamışlar. Belə olan halda malın iddiaçının mümayəndəsinin iştirakını gözləməklə bazara təhvil verilməsi ilə bağlı razılaşsalar da, sürücü iddiaçının nümayəndəsinin gəlmədiyini qeyd edərək mallı müvafiq akt tərtib edilmədən zibilə boşaltdığını bildirmiş, bununla da iddiaçıya yuxarıda göstərilən məbləğdə maddi ziyan vurulmuşdur. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, işin faktiki hallarından görünür ki, iddiaçı cavabdehlərin təqsiri nəticəsində onlara 34332 ABŞ dolları məbləğində ziyanın dəydiyini iddia etsə də, qanunveriliciyə uyğun olaraq bu halların cavabdehlərin hərəkət və ya hərəkətsizliyi nəticəsində baş verdiyini təsdiq edən sübutları, tərəflər arasında hüquq münasibətlərini formalaşdıran müqaviləni məhkəməyə təqdim etməmişdir. Halbuki, iddiaçı uzun müddət ərzində vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, bağladığı əqdləri rəsmiləşdirməyərək, heç bir sənədləşmə aparmadan, faktiki olaraq yazılı sübutlara istinad etmədən məhkəməyə müraciət etmişdir. Hazırki iş üzrə iddiaçı tərəfindən təqdim olunan sübutlardan göründüyü kimi cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə iddiaçıya dəyən zərər arasında səbəbli əlaqə mövcud deyildir. İddiaçı tərəfindən göndərilən məhsul iş materiallarında olan təhvil-təslim aktından göründüyü kimi “Arviay” (X4) Səhmdar Cəmiyyətinin ünvanında təhvil verilmişdir. İddiaçı tərəfindən məhsulun xarab olması halının cavabdehlərin hərəkət və ya hərəkətsizliyi ilə əlaqəli olması mötəbələr sübutlar ilə təsdiq olunmadığından və məhsullar göstərilən ünvana çatdırıldığından məhsulların xarab olduğu üçün alıcı tərəfindən təhvil alınmaması ona dəlalət etmir ki, cavabdehlər iddiaçıya maddi ziyan vurmuşlar. İddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair mötəbər sübutlar təqdim etməmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən İddiaçınə ziyan vurulması təsdiq edilmədiyindən, məhkəmə hesab edir ki, iddia təmin edilə bilməz. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra Mülki Məcəllənin) 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Hımin Məcəllənin 385.1-ci maddəsinin tələbinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 850.1-ci maddəsinə əsasən yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 853-cü maddəsinə əsasən yük göndərən daşıyıcıya aşağıdakıları yəni, yük alanın ünvanı, çatdırılma yeri, yük yerlərinin miqdarı, qabı, tərkibi və brutto çəkisi, göndərmə müddəti və nəqliyyat növü, qiymətli obyektlər olduqda - onların dəyəri, habelə xüsusi təhlükəli və potensial təhlükəli yüklər olduqda - təhlükənin konkret növü və belə hallarda qəbul edilməli ehtiyat tədbirləri dəqiq göstərməlidir. Yük göndərən yükün daşınması müqaviləsinin lazımınca icrası üçün yükə aid olan sənədləri və digər məlumatları daşıyıcıya təqdim etməlidir. Yük göndərən bu məlumatların və sənədlərin olmaması və dəqiqsizliyi nəticəsində dəyən zərərin əvəzini ödəyir. Həmin Məcəllənin 859.1-ci maddəsinin tələbinə görə yükün itirildiyi və ya məhv olduğu halda daşıyıcı onun tam dəyərini ödəyir. Əgər yük daşıyıcı tərəfindən daşımaya qəbul edildikdən sonra üç ay ərzində çatdırılmazsa, əksi sübut edilənədək itirilmiş sayılır. Həmin Məcəllənin 859.2.-ci maddəsinin tələbinə görə daşıyıcı çatdırmanın gecikdirilməsi və ya yükün zədələnməsi və ya qismən məhv olması ilə bağlı bütün zərər üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 21-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 81-ci maddəsinə əsasən qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Beləliklə də işin faktiki halları və iş materialları ilə müəyyən olunur ki, ”Man-Agro” MMC “SULTAN LOGİSTİC" MMC ilə 6000 kq Şaftalı, 8400 kq Nektarin və 3780 kq Gavalıdan ibarət yükün Cavabdeh2 idarə etdiyi avtomaşınla Rusiya Federasiyasında yerləşən “Arviay” (X4) Səhmdar Cəmiyyətinə çatdırması ilə bağlı razılığa gəlmiş, invoys dəyəri 34 332,00 ABŞ dolları təşkil edən həmin mallar cavabdehə təhvil verilmiş, mallar təhvil verilən anda qüsursuz olmuş, lakin həmin mallar Sifarişçi “Arviay” (X4) Səhmdar Cəmiyyətinə çatdırılmamışdır. Bunu “Arviay” SC-dən alınmış məktub da təsdiqləyir. Məhkəmə kollegiyası cavabdehin izahatında göstərdiyi “Mal səhər 10:00-11:00 radələrində çatdırılıb və həmin günün axşamı onlara şifahi şəkildə malın xarab olduğunu bildiriblər. Bu barədə iddiaçını məlumatlandırıblar”- dəlili ilə bağlı qeyd edir ki, həmin xüsusat iş materialları ilə təsdiqini tapmır. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının iclasında da məhkəməyə həmin dəlili təsdiq edən sübut təqdim etmədi. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, göndərilən mallar ünvana çatdırılmadığından onların ümumi invoys dəyəri 34.332,00 ABŞ dolları Cavabdeh1ndən tutularaq İddiaçınə ödənilməlidir. Cavabdeh2 münasibətdə isə məhkəmə kollegiyası qeyd edir ki, müqavilə İddiaçı MMC ilə “SULTAN LOGİSTİC" MMC arasında bağlandığından və o, müqavilə tərəfi olmadığından ona münasibətdə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia qismən təmin edilməli, 34.332 ABŞ dolları və ödənilmiş 400 manat dövlət rüsumunun əvəzi Cavabdeh1ndən tutularaq İddiaçınə verilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-2(115)-2069/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddia qismən təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən qətnamə icra edildiyi gün Azərbaycan manatına olan məzənnəsi ilə 34332 (otuz dörd mün üç yüz otuz iki) ABŞ dolları məbləğində pul və ödənilmiş 400 manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia tələbi Cavabdeh2 münasibətdə təmin edilməsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-89/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-89/2023
31.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver