Məhkəmə qərarları › İş №2-2(104)-96/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-96/2023

31.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-96/2023 31.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri- Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2- 2(115)-2456/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh iddiaçı "xxxx" QSC-nin xeyrinə 8265 manat məbləğində pulun, habelə ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 100 manat xidmət haqqının tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" QSC ilə sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh arasında 15 yanvar 2021-ci il tarixli, 382/2021 nömrəli müqaviləyə əsasən “Norm” sement məhsullarının alqı-satqısı nisyə qaydada həyata keçirilmişdir. İddiaçı ilə cavabdeh arasında imzalanmış müqaviləyə əsasən iddiaçı Norm sement məhsullarını cavabdehə sataraq onun satış ünvanına çatdırmağı, cavabdeh isə malları qəbul edərək onun dəyərini razılaşdırmış vaxta iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür. 02,11,xx.xx.2021-ci il tarixli elektron qaimələrə əsasən müəyyən edilmişdir ki, Cavabdeh "xxxx" QSC-yə cəmi 8.265 (səkkiz min iki yüz altmış beş) manat borcu mövcud olmuşdur. xx.xx.2022-ci il tarixdə cavabdehin elektron kabinetinə pretenziya məktubu və xx.xx.2022-ci il tarixdə mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. xx.xx.2022-ci il tarixdə “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 28-ci maddəsində uyğun olaraq ilkin mediasiya sessiyası təşkil edilmişdir. Lakin, cavabdeh bu barədə məlumatlı olsada ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilərək, 8265 manat məbləğində borc və 100 manat mediasiya xərcinin Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması və ödənilməli olan 99 manat 65 qəpik məbləğində dövlət rüsumunun Cavabdeh tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir. İşdə olan sübutlar: Cavabdeh ilə İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 15 yanvar 2021-ci il tarixli 382/2021 nömrəli alğı-satqı müqaviləsindən görünür ki, satıcı müqavilə ilə əmtəə-nəqliyyat qaiməsində göstərilən “Norm” sement hazır məhsulları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. 02,11,18 fevral 2021-ci il tarixli elektron qaimələrdən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh 12960 manat 48 qəpik məbləğində mal satılmışdır. Apellyasiya instansiya məhkəməsində icraat: Apellyasiya şikayətinin dəlilləri: Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixlı, 2-2(115)-2456/2022 saylı qətnaməsinin ləğv edilməsinə və iddia tələbinin rədd edılməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, o, işə baxılmasının yeri və vaxtı barədə ona rəsmi olaraq məlumat verilməmişdir. Lazımi qaydada məlumatlandırılmadığından işə baxan hakim çəkişmə prinsipini pozmuşdur. Bununla da, işin obyektiv və ədalətli həllinə səy göstərməyərək, hüquqlarını kobud şəkildə pozmuşdur. Xəbəri olmadan Bank tərəfindən iddia qaldırılması və iddia təiəbinin təmin edilməsi, onun üçün qaranlıqdır. Belə ki, işdə iştirak etsə idi məhkəmə-mühasibatlıq ekspertizasına göndərilməsi üçün vəsatət verərdi. Qeyd edir ki, əsas borcun hesablanması üçün mühasibatlıq ekspertizası keçirilməlidir. Sadalananlara əsasən hesab edir ki, sözügedən qətnamə ləğv edilməlidir. Hazırki iş üzrə birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə ilə maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq və təfsir edilməmişdir. Birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələr isə işin hallarına uyğun deyildir. Apellyasiya şikayətinə qarşı iddiaçının yazılı etiraz: İddiaçı QSC-nin nümayəndəsi Nümayəndə Cavabdeh apellyasiya şikayətinə qarşı yazılı etiraz verərək, etirazını onunla əsaslandırmışdır ki, apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh heç bir hüquqi əsaslandırma olmadan, formal olaraq apellyasiya şikayəti yazmaqla süründürməçiliyə və vaxt qazanmağa çalışmışdır. Apellyasiya şikayəti vermiş cavabdehin olduğu yer üzrə yəni Bərdə şəhərində mediasiya prosesi təyin olunmuş, cavabdeh bu barədə xx.xx.2022-ci il tarixdə şəxsən öz imzası poçt vasitəsilə məlumatlandırılmışdır (poçt qəbzi əlavə edilir). İddiaçı olaraq Bakıdan şəhərindən gəlib iştirak etsələr də cavabdeh bu barədə məlumatlı olmasına baxmayaraq, mediyasiya sessiyasında iştirak etməmiş, eyni zamanda məhkəmənin vaxtı və yeri barədə məlumatlı olsa da heç bir üzürlü səbəb olmadan məhkəmə proseslərində iştirak etmədiyi halda, iddiaçı olaraq məhkəmə proseslərində iştirak edib, bütün sübutları məhkəməyə təqdim etmişlər və toplanmış sübutlar əsasında məhkəmə qanuni qətnamə çıxarmışdır. Apellyasiya şikayətinin surətindən görünür ki, cavabdeh apellyasiya şikayətini formal olaraq yazdırmışdır. Belə ki, şikayətində ona qaldırılmış iddianın Bank tərəfındən olmasını qeyd etmişdir. Cavabdehə göndərilmiş mallar elektron qaimə ilə göndərilmiş və borc göndərilmiş mallara görə hesablanmışdır. Buna görə də əsas və faiz borcunun hesablanmsı üçün ekspertizanın keçirilməsi cavabdehin vaxt uzatmağına və süründürməçiyinə hesablanmışdır. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişdir. İddiaçının nümayəndəsi əvvəlki məhkəmə iclasında etirazında göstərilənlərə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və növbəti məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, cavadbeh isə məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etdiyindən məhkəmə iclası təxirə salınmış, lakin növbəti məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:

14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi:

Məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, işin hallarından görünür ki, 15 yanvar 2021-ci il tarixdə iddiaçı "xxxx" QSC ilə cavadbeh Cavabdeh arasında sement məhsullarının alqı-satqısına dair müqavilə bağlanmış, həmin müqaviləyə əsasən satıcı müqavilə ilə əmtəə-nəqliyyat qaiməsində göstərilən “Norm” sement hazır məhsulları satmağı, alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. Cavabdeh İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən 12960 manat 48 qəpik məbləğində sement məhsulu almış, lakin üzərinə götürdüyü öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçıya 8265 manat məbləğində borcu yaranmışdır. Cavabdeh qeyd olunan məbləğdə iddiaçı qarşısında öhdəliyinin olmamsı ilə bağlı məhkməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə isə qeyd edir ki, iş materiallarından göründüyü kimi məhkəmə bildirişi birinci instansiya məhkəməsi tərəfindən Cavabdeh ünvanına göndərilmiş və poçt xəbərnaməsinə imza etməklə özü tərəfindən qəbul edilmişdir. Digər tərəfdən, iş materiallarına əlavə edilmiş SMS xəbərdarlığın göndərilməsi barədə məhkəmə bildirişdən görünür ki, xx.xx.2022-ci il tarixdə saat 15:59-da Cavabdeh adına qeydiyyatdan keçmiş mobil nömrələrə (**********) SMS xəbərdarlıq göndərilmişdir. Mülki Prosessual Məcəllənin 135.8-ci maddəsinə əsasən kommersiya mübahisələri üzrə işdə iştirak edən şəxslərin məhkəmə sənədləri onların “Elektron məhkəmə” informasiya sistemində yaradılmış “elektron kabinet”lərində yerləşdirilir və onlara bu barədə məlumat həmin sistem vasitəsilə elektron qaydada (elektron poçt, SMS və s. vasitəsilə) çatdırılır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən cavadbehin məhkəmə iclasının yeri və vaxtı barədə məlumatlandırılması ilə bağlı prosessual qaydalara riayət edilmiş və çəkişmə prinsipi pozulmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin iş üzrə mühasibatlıq ekspertizasının keçirilməsi ilə bağlı şikayətinin dəlili isə anlaşılan olmamışdır. Belə ki, tələb 15 yanvar 2021-ci il tarixli alqı-satqı müqaviləsi əsasında nisyə verilmiş malın dəyərinin ödənilməsi olmuşdur ki, bu zaman müəyyən edilməli olan hal cavabdehin müqavilə üzrə aldığı malın dəyərinin ödəməsini təsdiq edən sübutlara malik olması olmuşdur. Cavabdeh isə tələb olunan pul məbləğini ödəməsi ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edə bilməmişdir. Beləliklə, yuxaırda göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olmaqla, apellyasiya şikayəti əsassız olmuşdur. Buna görə də Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Kommersiya- Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin 27 dekabr 2022-ci il tarixli, 2-2(115)-2456/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir. Qətnamədən, kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar