Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-96/2024 08.05.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi İddiaçı nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-26/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-26/2024 nömrəli qətnaməsi ilə (hakim G.Quliyeva) iddianın təmin edilməsi, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2019-cu il tarixli 225a saylı alqı-satqı müqaviləsi üzrə yaranmış 23687 manat 09 qəpik əsas borc, 736 manat 75 qəpik faiz borcu olmaqla cəmi 24423 (iyirmi dörd min dörd yüz iyirmi üç) manat 84 (səksən dörd) qəpik pul və ödənilmiş 205 (iki yüz beş) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 163 (bir yüz altmış üç) manat 27 (iyirmi yeddi) qəpik dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı 127 (bir yüz iyirmi yeddi) manat ekspertiza xərcinin Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına (X1, kodu:210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzinin VÖEN:**********, hesab AZ34CTRE********************) ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamənin dəlilləri ilə razılaşmayıb apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-26/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 23687,09 manat əsas borcun, əldən çıxmış faydaya görə əsas borcun illik 5%-i miqdarında 736,75 manat pulun və 205 manat mediasiya xərcinin Cavabdeh tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X4” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 225a saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı Əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəlikləri tamamilə icra etsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 23687,09 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 23687,09 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamə məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə qəbul edilmiş, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələri isə işin hallarına uyğun deyildir. Belə ki, o, İddiaçı MMC adında müəssisə tanımır və həmin firmadan hər hansı mal almamış, iddiaçı ilə hər-hansı müqavilə bağlamamışdır. İddiaçı cəmiyyətin təqdim etdiyi müqavilə, qiymət cədvəli və üzləşmə aktında olan imzalar da ona məxsus deyildir. İş üzrə xəttşünaslıq ekspertizası keçirilsə də, rəylə razı deyil. Belə ki, onun iddiaçı cəmiyyətlə hər-hansı iş birliyi olmayıbdır ki, hansısa müqavilədəki imzalar da ona məxsus olsun. Nə cəmiyyətin rəhbərini, nə də hansısa işçisini tanımır. Təkrar ekspertizadan keçməyə hazırdır. İmzalara baxdıqda onların onun imzasına oxşadılmasını, ancaq hər vərəqdə birbirindən fərqli olması adi gözlə görünür. Odur ki, iddiaçının təqdim etdiyi sənədlərdəki imzaların onun tərəfindən icra edilib-edilməməsini müəyyən etmək üçün təkrar xəttşünaslıq ekspertizası təyin edilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Prosessual məsələlər və apellyasiya şikayəti üzrə izahat: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada təkrar xəbərdar edilsə də, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-26/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 27 iyul 2019-cu il tarixli 225a saylı alqı-satqı müqaviləsindən görünür ki, bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları satıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilənin 2.1-ci və 3.1-ci bəndinə əsasən malların miqdarının ölçü vahidi, malların çeşidi, malların hər vahidinin qiyməti müqavilənin ayrılmaz hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada göstərilmişdir. İş materiallarında olan üzləşdirmə aktında xx.xx.2022-ci il tarixinə qarşılıqlı borclar üzrə yoxlamaya əsasən cədvəl üzrə alıcı Cavabdeh satıcı İddiaçı MMC-nə 23687,09 manat qalıq debitor borcunun olması qeyd edilmişdir. İş materiallarında olan 20 iyun 2023-cü il tarixli maliyyə arayışında qeyd edilmişdir ki, Cavabdeh İddiaçı MMC-yə 23687,09 manat əsas borcu, xx.xx.2022-ci il tarixdən (üzləşmə aktının tərtib edildiyi tarxdən) xx.xx.2023-cü il tarixədək əldən çıxmış faydaya görə 736,75 manat borcu yaranmışdır. İş materiallarında olan Məhkəmə Ekspertiza Mərkəzinin 24 noyabr 2023-cü il tarixli 4/1596 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında “Müştəri” bölməsində “Qalıq kreditor borc” sözlərinin aşağısında “23687” rəqəmləri, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinin 1-ci, 2-ci, 3-cü vərəqlərində “Alıcı” qrafalarındakı imzalar, xx.xx.2019-cu il tarixli alqı-satqı müqaviləsinə əlavə olan qiymət cədvəlinin 1-ci, 2-ci, 3-cü, 4-cü vərəqlərində “Alıcı” qrafalarındakı imzalar- Cavabdeh tərəfindən icra olunmuşdur. Həmiçinin ekspertizaya təqdim olunmuş, xx.xx.2022-ci il tarixli üzləşdirmə aktında “Müştəri tərəfindən” bölməsində “İmza:” qrafasındakı imzalar, “FİN:” sözünün qarşısındakı imza Cavabdeh tərəfindən icra olunubolunmamasını rəyin tədqiqat prosesinin təsviri hissəsinin 2-ci bəndində göstərilən səbəblərə görə müəyyən etmək mümkün olmamışdır. Tədqiqatın dəyəri 127 manat təşkil edir. Məhkəmə kollegiyasının iclasın müəyyən olunmuşdur ki, Cavabdeh ilə İddiaçı (əvvəlki adı “X4” MMC) arasında bağlanmış xx.xx.2019-cu il tarixli 225a saylı inşaat materiallarının alqı-satqısı müqaviləsinə əsasən, müqaviləyə 1 saylı əlavə olan spesifikasiya aktında adları qeyd olunan malları satmağı, Alıcı isə onu qəbul edib, razılaşdırılmış qiymətdə və razılaşdırılmış müddətdə dəyərini ödəməyi öz öhdəsinə götürmüşdür. İddiaçı üzərinə götürdüyü öhdəliklər tamamilə icra etsə də, Cavabdeh öz üzərinə götürdüyü öhdəliklərini bu günə kimi yerinə yetirməmişdir. Belə ki, Cavabdeh müəssisədən aldığı malların dəyərini tam ödəməmiş və nəticədə 23687,09 manat məbləğində icra olunmamış borc öhdəliyi qalmışdır. xx.xx.2022-ci il tarixdə borcun dəqiqləşdirilməsi və etirafı məqsədilə, tərəflərin iştirakı ilə tərtib olunaraq ikitərəfli qaydada imzalanmış üzləşdirmə aktına əsasən, Cavabdeh İddiaçı MMC-yə 23687,09 manat borcunun olduğunu təsdiq etmişdir. Məsələni həll etmək məqsədilə dəfələrlə borcun ödənilməsi ilə bağlı cavabdehə şifahi və yazılı xəbərdarlıqlar edilmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında 27 iyul 2019-cu il tarixli alqı-satqı müqaviləsi bağlanmış, satıcı müqaviləyə əsasən bu müqavilədə müəyyən edilmiş şərtlər əsasında, müqavilənin ayrılmaz tərkib hissəsi sayılan (müqaviləyə 1 saylı əlavə) spesifikasiyada adları göstərilən malları alıcıya satmağı, alıcı isə onu qəbul edib dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, malları Alıcıya vermiş, lakin Alıcı müqavilə ilə üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yetirməmiş və malların dəyərini Satıcıya tam ödəməmişdir. Onun iddiaçıya 23687,09 manat əsas borcu, 736,75 manat faiz borcu yaranmışdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı müqavilə üzrə yaranmış borc əsas və faiz borc məbləğini cavabdehdən tələb etməkdə haqlıdır. Odur ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən 23687,09 manat əsas borc, 736,75 manat faiz borcu olmaqla, cəmi 24423,84 manat məbləğində pul Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 598.1-ci maddəsinə əsasən əgər alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (AR MM-in 443.1-ci maddəsi). İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır (AR MM-in 445.1-ci maddəsi). Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin alğı-satqı müqaviləsinə əsasən iddiaçıdan haqqını sonradan ödəmək şərti ilə almış olduğu malların 23687,09 manat əsas borc təşkil edən hissəsinin dəyərini sonradan ödəmədiyi məhkəmə iclasında müəyyən edildiyinə görə birinci instansiya məhkəməsi iddia tələbini həm əsas, həm də faiz borcu hissəsində təmin etməkdə haqlı olmuşdur. Cavabdeh apellyasiya şikayətinin dəlillərində İddiaçı MMC adında müəssisə tanımadığını və həmin firmadan hər hansı mal almadığını, iddiaçı ilə hər-hansı müqavilə bağlamadığını göstərmiş olsa da, birinci instansiya məhkəməsində verdiyi izahatında iddiaçının adı dəyişməmişdən əvvəl onunla işlədiyini, lakin hazırkı işdən xəbəri olmadığını göstərmişdir (i.v.60-məhkəmə iclas protokolu), yəni həmin müəssisə ilə iş birliyi olduğunu etiraf etmişdir. Apellyasiya şikayətinin digər bir dəlili təkrar məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlıdır. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, birincisi Azərbaycan Respublikasы MPM-in 78.1-ci maddəsinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdən görünür ki, birinci instansiya məhkəməsində iş ekspertizadan qayıtdıqdan sonra cavabdeh məhkəmə iclaslarına gəlməmiş, məhkəmə iclasında iştirak edən nümayəndəsi (vəkili) isə izahatında göstərmişdir ki, Cavabdeh həmin borcun ona aid olmadığını, borcun başqa şəxsə aid olduğunu, həmin işdə o yalnız vasitəçilik etdiyini bildirmişdir. Bundan başqa iddiaçı müqavilənin müddətinin bitməsindən uzun müddət sonra məhkəməyə müraciət etmişdir (i.v.141-məhkəmə iclas protokolu). Qeyd olunanlar cavabdehin apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu sübut edir. Kollegiya həmçinin qeyd edir ki, cavabdeh tərəfindən vəkilinə verilmiş etibarnamədən (i.v.72) görünür ki, cavabdeh etibarnamənin imza qrafasında “Cavabdeh” ifadəsini latın qrafikası ilə sərbəst şəkildə yazdığı halda, eksperiza üçün təqdim etdiyi xət nümunələrində adını və soyadını latın və kril qrafikalı hərflərdən istifadə etməklə yazmışdır. Qeyd olunanlar cavabdehin dəlillərinin əsassız olduğunu təsdiq edir. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apelyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-1209/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetdə yerləşdirilməklə Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(104)-96/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-96/2024
08.05.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver