Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2-2(104)-98/2024 27.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası-hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Tağıyeva Ruhiyə Nadim qızının katibliyi ilə, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadından iş üzrə Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı borc tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 15018 manat əsas borc, 2051 manat 83 qəpik faiz borcu olmaqla, ümumilikdə 17069 manat 83 qəpik borcun və məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 143 manat dövlət rüsumunun iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-189/2023 saylı qətnaməsi ilə (hakim R.Məmmədov) iddianın qismən təmin edilməsi, 15018 manat məbləğində borc və 143 manat dövlət rüsumunun Cavabdeh2 İddiaçı xeyrinə tutulması, iddianın qalan hissəsinin təmin edilməməsi qət edilmişdir. Qətnamədən Cavabdeh2 tərəfindən xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti verilmişdir. Gəncə Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadı ilə məhkəmənin xx.xx.2023-cü il tarixli e-2-2(115)-189/2023 saylı qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh2 həmin qərardaddan şikayət verərək, Gəncə Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadının ləğv edilməsi barədə qərardad qəbul edilməsi xahiş edilmişdir. Cavabdeh2 şikayətini onunla əsaslandırmışdır ki, qərardadda göstərilənlər həqiqətə uyğun deyildir. Onun ümumiyyətlə, bu iddiadan xəbəri olmamış, məhkəmə proseslərində iştirakı belə təmin edilməmişdir. Qətnamə barədə ona yalnıız Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən çağrıldığı zaman məlum olmuşdur. Bundan sonra, sözügedən qətnaməni 01 mart 2024-cü ildə əldə edə etmişdir. Qanunla nəzərdə tutlmuş 1 ay müddətində hazırki apellyasiya şikayətini verimişdir. Göründüyü kimi, o, qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş müddəti ötürməmişdir. Qətnamənin ona xx.xx.2023-cü il tarixində şəxsən verilməsi tamamilə həqiqətə uyğun deyildir. Belə olan halda, məhkəmə ona şəxsən təqdim edilməsi barədə bildirişdəki imzanın ona məxsus olub-olmaması barədə məhkəmə xəttşünalıq ekspertizası keçirməlidir. Lakin məhkəmə heç bir araşdırma aparmadan qətnamədən şikayət etmə müddətinin ötürülməsi qənaətinə gələrək, apellyasiya şikayətini geri qaytarmışdır. Məhkəmə prosesinə çağırılmamışdır. Əgər məhkəmə iclasında iştirakı təmin olunsaydı, iddiaçının məhkəməyə təqdim etdiyi sənədlərin saxtalığını aşkara çıxarmaq üçün məhkəməyə xəttşünaslıq ekspertizasının keçirilməsi barədə vəsatət verərdi. Lakin məhkəmə onları bütün bunlardan məhrum etmişdir. Buna görə də, hesab edir ki, Gəncə Kommersiya Məhkəməsinin 05 mart 2024-cü il taixli e-2-2(115)-189/2023 saylı qərardadı ləğv edilməlidir. Gəncə Kommersiya Məhkəməsinin 11 mart 2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin 05 mart 2023-cü il tarixli e-2-2(115)- 189/2023 saylı qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin işlə birlikdə baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb hesab edir ki, şikayət təmin edilmədən Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 357.1-ci maddəsinə əsasə Azərbaycan Respublikasının birinci instansiya məhkəmələri tərəfindən qəbul olunmuş qanuni qüvvəyə minməmiş qətnamə və qərardadlardan, həmin Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, tərəflər, üçüncü şəxslər, xüsusi icraat işlərində ərizəçilər və maraqlı şəxslər apellyasiya şikayəti verə bilər. İş materiallarında olan sənədlərdən görünür ki, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(115)-189/2023 saylı qətnaməsi xx.xx.2023-cü il tarixdə Cavabdeh2 ünvanına poçt vasitəsilə göndərilmiş və iş çateriallarının 69-cu vərəqindəki poçt göndərişinin verilməsi haqqında xəbərnamədən göründüyü kimi xx.xx.2023-cü il tarixdə ona şəxsən təqdim edilmişdir. Cavabdeh2 isə apellyasiya şikayətini xx.xx.2024-cü il tarixdə vermiş, bununla da, apelyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddəti buraxmışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Cavabdehin şikayətinin dəlilləri ondan ibarətdir ki, onun ümumiyyətlə, bu iddiadan xəbəri olmamış, məhkəmə proseslərində iştirakı belə təmin edilməmişdir. Qətnamə barədə ona yalnız Ağdam rayon İcra və Probasiya şöbəsi tərəfindən çağrıldığı zaman məlum olmuşdur. Cavabdehin şikayətinin həmin dəlillərini əsassız sayan kollegiya qeyd edir ki, iş materiallarının 33, 35-ci vərəqələrindən görünür ki, məhkəmə hazırlıq iclasının xx.xx.2023cü il tarixə saat 15:00-a təyin edilməsi ilə bağlı Cavabdeh2 istifadəsində olan mobil teiefona AZEMİS vasitəsi ilə SMS xəbərdarlığı göndərilmiş olsa da, sonuncu təyin olunan vaxtda məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. İş materiallarının 63-64-cü vərəqələrindən göründüyü kimi iddia ərizəsi üzrə məhkəmə baxışı xx.xx.2023-cü il tarixə saat 15:30-a təyin edilərək tərəflərə, o cümlədən Cavabdeh2 istifadəsində olan mobil teiefona AZEMİS vasitəsi ilə SMS xəbərdarlığı göndərilmiş olsa da, sonuncu təyin olunan vaxtda məhkəmə baxışı iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəblə bağlı olması barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə cavabdehin gəlməməsinin səbəbini üzrlü sayaraq işə onun iştirakı olmadan baxmışdır ki, bu da mülki prosessual qanunvericiliyin 185-ci maddəsinin tələbinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci istansiya məhkəməsi apellyasiya şikayətini geri qaytarmaqda haqlı olmuşdur. Azərbaycan Respublikasının MPM-in 398.0. və 398.0.1-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 398.0, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilməsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli e-2-2(115)-189/2023 saylı qərardadı və həmin qərardadla bağlı xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan dərhal sonra qanuni qüvvəyə minir. Bu qərardaddan şikayət verilməsinə yol verilmir.
Məhkəmə qərarları › İş №2-2(104)-98/2024
Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(104)-98/2024
27.03.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver