Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2-2(104)-99/2024 02.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı nümayəndəsi X2, Cavabdeh, onun nümayəndəsi (vəkil) Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair kommersiya işi üzrə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-16/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-16/2024 saylı qətnaməsi ilə (hakim K.Vəliyev) iddia tələbinin təmin edilməsi, Cavabdeh 9082.60 manat məbləğində borc, 100 manat mediasiya xərci və 10.83 manat dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi, Cavabdeh 100 manat dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iş üzrə 110 manat ekspertiza xərcinin Cavabdeh tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 saylı hesaba ödənilməsi qət edilmişdir. Həmin qətnamədən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək Gəncə Kommersiya Məhkəməsinin e-2-2(115)-16/2024 saylı 08 fevral 2024-cü il tarixli qətnaməsinin ləğv edilərək iddiaçının iddiasının təmin edilməməsinə (rədd edilməsinə) dair qətnamə çıxarılmasını xahiş etmişdir. İşin halları: İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Kommersiya Məhkəməsinə müraciət edərək, müqavilə üzrə ödənilməmiş 9082.60 manat məbləğində pul vəsaitinin, habelə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 10.83 manat və ödənilmiş mediasiya xərcinin əvəzi olaraq 100 manat məbləğində pulun Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. İddiaçı xx.xx.2023-cü il tarixdə həmin qərardaddan şikayət verərək, qərardadının ləğv edilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2- 2(115)-480/2023 saylı qərardadı ilə Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)- 480/2023 saylı qərardadından İddiaçı MMC tərəfindən verilmiş şikayətin təmin edilməməsi, şikayətin iş materialları ilə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli 2-2(104)- 189/2023 saylı qərardadı ilə şikayət təmin edilmiş, Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı və həmin qərardadla bağlı xx.xx.2023-cü il tarixli qərardadı ləğv edilmış, iş mahiyyəti üzrə baxılması üçün Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. Bundan sonra Cavabdeh vəsatət verərək, işin aidiyyatı üzrə Samux Rayon Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə vəsatət təmin edilməmişdir. Cavabdeh və vəkili Vəkil Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 saylı şikayət verərək, həmin qərardadın ləğv edilməsini və işin aidiyyəti üzrə qeydiyyatda olduğu yer üzrə ümumi məhkəməyə göndərilməsini xahiş etmişlər. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, e-2-2(115)-480/2023 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, iş məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(102)- 627/2023 saylı qərarı ilə şikayət təmin edilməmiş, Gəncə Kommersiya Məhkəməsinin e-2- 2(115)-480/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Bundan sonra iş Gəncə Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-ci il tarixli, 035/2019 saylı müqavilənin 1-ci bəndinə əsasən, İddiaçı MMC cavabdehə ümumi dəyəri 30.000 manat olan müxtəlif çeşidli məhsulları satmış, cavabdeh isə müqavilənin 2- ci bəndinə əsasən həmin məhsulları qəbul etmiş və 3-cü bəndinə əsasən, malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Daha sonra cavabdeh İddiaçı MMC-nin rəhbərliyinə yazdığı xx.xx.2019-ci il tarixli ərizədə borcunu etiraf etmiş və üç ay ərzində borcunu tam şəkildə ödəyəcəyini bildirmişdir. Buna baxmayaraq, Cavabdeh müqavilə üzrə öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və İddiaçı MMC-yə olan borcunun 9082.60 manat hissəsini bu günədək ödəməmişdir. Cavabdehə dəfələrlə rəsmi və şifahi formada xəbərdarlıq etsələr də, o, xəbərdarlıqlara məhəl qoymamış və İddiaçı MMC-yə olan borcunu ödəməkdən yayınmışdır. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini onunla əsaslandırmışlar ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, cavabdeh 2019-cu ildə İddiaçı MMC-yə əmək müqaviləsi əsasında işə düzəlmiş və bir müddət həmin şirkətdə işləmiş və öz ərizəsi əsasında işdən çıxmışdır. O, işdən çıxdıqdan bir neçə il sonra, iddiaçı iddia edir ki, guya ki, onlatr arasında 30000 (otuz min) manatlıq nisyə alqısatqı müqaviləsi bağlanılmış və onlar ona həmin məbləğdə məhsul vermişlər və o da üzərimə götürdüyü öhdəliyi icra etməyərək pulu onlara geri qaytarmamışdır. Ancaq onun MMC-yə 9082,60 manat borcu qalmışdır. Belə bir hal olmayıb, o, İddiaçı MMC-dən har hansı bir məbləğdə məhsul götürməmiş, MMC ilə hər hansı bir məhsulun götürülməsində müqavilə bağlamamışdır. Sadəcə işə qəbul zamanı bir neçə sənət imzalatmışdılar. Necə olur ki, ona 30000 manatlıq məhsul verirlər indi isə 9082,60 manat pul tələb edirlər. Əgər onun iddiaçıya 30000 manat borcu var idisə indi 9082,60 manat borcu qalmışdısa onda bu məbləğin geridə qalan hissəsini kim ödədi. Bundan əlavə olaraq, eyni formada bir neçə şəxsin barəsində həmin ildə təxmini eyni aylarda və hər kəsə 30000 manatlıq nisyə məhsul və hazırki vaxtda təxminən hər kəsin eyni məbləğdə borcu qalmışdır. Bu gülməli səslənmirmi. Bütün bunlardan başqa necə olur ki, o əmək müqaviləsi ilə işləyir və eyni zamanda onunla nisyə alqı-satqı müqaviləsi bağlanılır, sonunda da o borcu ödəmir və öz ərizəsilə çox rahatçılıqla işdən azad olunur. Bu halları məhkəmə iclasında başdan başa bildirsə də məhkəmə qəbul etdiyi qətnamədə onun izahatına bu dediklərini qeyd etməmişdir. Bir ilə yaxın davam edən məhkəmə iclasında onun və nümayəndəsinin danışıqları sadəcə bir cümlə ilə ifadə olunmuşdur, məhkəmə qətnaməsində sanki o, MMCdə əmək müqaviləsi ilə işləməmiş və qıraqdan-qırağa gəlib mal almışdır. Elə buradan belə nəticəyə gəlmək olar ki, birinci instansiya məhkəməsi işi tam, düzgün araşdırmayaraq qətnamə qəbul etmişdir, ona görə də hesab edir ki, qəbul edilmiş qətnamə qanunsuz və əsassızdır. O, aldadılaraq işə qəbul edilən zaman ərizə yazır, eyni zamanda nisyə alqısatqı müqaviləsi bağlayır və həmin nisyə alqı-satqı müqaviləsinə əsasən guya ki, təhviltəslim aktı bağlayaraq malları təhvil alır. İlk öncə qeyd edilməlidir ki, bu hal tək onunla bağlı deyil, bu hal kütləvi haldadır. İlk öncə bu hal araşdırılmalıdır ki, nə olur ki, İddiaçı MMC bütün işçilərə 30.000 manatlıq mal verir və hər bir şəxsin 8-10 min civarında borcu qalır. Bu işin əsas tərəfi. Onun iddiaçıya hər hansı borcu yoxdur, əgər 30 min manat borcu varsa, onda iddiaçı niyə 30000 yox, daha az məbləğ tələb edir. Bu halla bağlı məhkəmə iclaslarında dəfələrlə iddiaçının nümayəndəsinə suallar verilmiş, əgər o ödənişlər etmişdirsə onları sübut etməsini bildirsə də, iddiaçının nümayəndəsi bu suala cavab verməkdən yayınmış, məhkəmə də bu hala göz yummuşdur və iddiaçının nümayəndəsinə bu hala münasibət bildirməsini və ya əgər onun tərəfindən ödəniş varsa həmin ödənişin qəbzini gətirməyi tələb etməmişdir. Bundan əlavə olaraq iddiaçı iddia edir ki, verilmiş mallara ƏDV geri qaytarılır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi bildirmişdir ki, guya ki, ödədiyi pullara görə ona ƏDV qaytarılmışdır. Bu halın da sübut edilməsi ilə bağlı məhkəmə iclaslarında dəfələrlə iddiaçının nümayəndəsinə suallar verilmiş, iddiaçının nümayəndəsi hər dəfə bu suallara cavab verməkdən yayınmışdır, məhkəmə də bu halı sonacan araşdırmamışdır. Qeyd etdiyi bu hallarla bağlı məhkəmə öz qətnaməsində heç nə göstərməmişdir. Buradan açıq-aydın görünür ki, birinci instansiya məhkəməsi işin tam, düzgün, hərtərəfli araşdırılmamış, sadəcə onun ərizəsii əlində bayraq etməklə iddiaçının iddiasını təmin etmişdir. Göründüyü ki, birinci instansiya məhkəməsi yetərincə maddi və prosessual pozuntulara yol vermişdir. Bundan başqa belə bir hal mövcud olmuşdur ki, iddiaçının deməsi ilə iddiaçı ona 30 min manatlıq bizon vermişdir. Bizonun ən bahası, ən böyüyü pərakəndə 1 manata satılır. İddiaçının deməsi ilə iddiaçı ona verdiyi 30 min manatlıq məhsulun qabarit ölçüsü həddən artıq olmalıdır. O, həmin malı necə və harda təhvil almışdır.? Bu hal və bu halın sübutu barədə iddiaçının nümayəndəsinə sual versə də, iddiaçının nümayəndəsi bu sualı heç cürə cavablandırmamışdır. Bu halla bağlı da məhkəmə qətnaməsində hər hansı söhbət getmir. Bütün bunlar bir yana, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2023-cü il tarixli Qərarına əsasən mübahisə doğuran və məhkəmə təcrübəsində fərqli yanaşmalara səbəb olan məsələ əmək münasibətlərində mülki hüquqi müqavilənin bağlanmasının mümkünlüyü, əmək münasibətləri çərçivəsində işçi tərəfindən işəgötürənə dəymiş ziyanın “Borcun etirafı haqqında mücərrəd müqavilə”nin bağlanması yolu ilə təsdiq oluna bilməsi və bu zaman zərərin mövcudluğunun kim tərəfindən sübut edilməli olması ilə əlaqədardır. Belə ki, mövcud yanaşmalardan birinə görə, əmək münasibətləri zamanı yaranan zərərlə bağlı borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanması müqavilə azadlığı prinsipindən irəli gəlir və borc verən borcun necə yarandığını sübut etməkdən azaddır. Digər yanaşmaya əsasən, əmək münasibətləri müstəvisində vurulan zərərə dair mülki əqdin bağlanması əmək qanunvericiliyinə ziddir. Başqa bir mövqe ondan ibarətdir ki,əmək münasibətləri zamanı yaranan zərərlə bağlı mülki hüquqi müqavilə - borcun etirafı mücərrəd müqaviləsinin bağlanması mümkündür, lakin borc verən zərərin necə yarandığını əmək qanunvericiliyinin tələbləri baxımından rəsmiləşdirməli və sübut etməlidir. Göründüyü kimi iddiaçı da bu halları sübut edə bilməmişdir. Bununla bağlı artıq Ali Məhkəmənin də məhz İddiaçı MMC-nin digər şəxslərə qarşı verdiyi iddialarla bağlı Qərarları var ki, həmin qərarlardan bir neçəsini birinci instansiya məhkəməsinə təqdim etsələr də birinci instansiya məhkəməsi onlara da əhəmiyyət verməmişdir. Bütün bu göstərilən xüsusatlara görə hesab edir ki, Gəncə KommersiyaMəhkəməsinin xx.xx.2024cü il tarixli, e-2-2(115)-16/2024 saylı Qətnaməsi qanunsuz və əsasızdır. Ona görə sözügedən qətnamə ləğv edilməlidr. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişlər ki, iddia sübut olunmadığı halda birinci instansiya məhkəməsi iddianı təmin etmişdir. Cavabdeh əlavə olaraq izah etdi ki, o, iddiaçı MMC-də qısa müddət satış təmsilçisi kimi fəaliyyət göstərmiş olsa da, iddiaçıdan nisyə alqı-satqı müqaviləsi əsasında mal almamışdır və iddiaçıya həmin müqavilə üzrə hər hansı ödəniş etməmişdir. O, işə qəbul edilərkən ona həmin nisyə alqı-satqı müqaviləsi və borcun etirafı müqaviləsi təqdim edilərək imza etməsi, əks halda işə qəbul ediləcəyi bildirilmiş, digər iş tapa bilmədiyinə görə məcburiyyətdən həmin sənədləri imzalamışdır. Həmin sənədlər tarixsiz olmuşdur. Həqiqətən də sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş olsaydı, onda satış nümayəndəsi kimi işləməyə ehtiyac da olmazdı. İddiaçının nümayəndəsi tərəfindən apellyasiya instansiyası məhkəməsində təqdim edilmiş ödəniş sənədlərinə münasibətdə bildirdi ki, o, iddiaçıdan alqı-satqı müqaviləsi əsasında hər hansı məbləğdə mal almadığına görə hansısa məbləğdə ödəniş də etməmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayətinin əsassız olduğunu bildirərək, təmin edilməməsini xahiş etdi. Əlavə olaraq göstərdi ki, cavabdehin iddiaçıya borcunun olması məhkəməyə təqdim etdiyi sübutlarla təsdiq olunur. İşdə olan nisyə alqı-satqı müqaviləsindən də görünür ki, cavabdeh dəyərini sonradan ödəmək şərti ilə iddiaçıdan həqiqətən də 30 000 manat dəyərində mal almış, iddia ilə məhkəməyə müraciət edilən vaxta 9082,60 manat borcu qalmışdır. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işin halları barədə məruzəçi hakimi, apellyasiya şikayətinin dəlilləri ilə bağlı işdə iştirak edən cavabdehi, onun vəkilini və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, hərtərəfli və obyektiv araşdırıb belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilərək birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 385.1 və 385.1.1-ci maddələrinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, 385.1.2-ci maddəsinə əsasən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardandır. Belə ki, işdə olan iddiaçı ******* saylı əmək kitabçasının surətindən görünür ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-də Satış departamentində satış üzrə nümayəndə vəzifəsində işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixədə Əmək Məcəlləsinin 68ci maddəsinə əsasən (öz təşəbbüsü ilə) əmək müqaviləsinə xitam verilmişdir. İşdə olan “Məhsulların nisyə alğı-satqısı barədə” xx.xx.2019-cu il tarixli, 035/2019 saylı müqavilədən görünür ki, satıcı İddiaçı MMC alıcıya nisbi olaraq ümumi dəyəri 30 000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı Cavabdeh isə həmin məhsulları qəbul edib və malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 30.000 manat dəyərində məhsullar satıcı-İddiaçı MMC tərəfindən alıcıya təhvil verilmiş, alıcı-Cavabdeh tərəfindən isə həmin malları təhvil almışdır. Həmin akt tərəflərin imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən yazılaraq imzalanmış ərizədən görünür ki, cavabdeh İddiaçı MMC-yə olan 30.000 manat borcunu etiraf etmiş və üç aya qədər tam şəkildə ödəyəcəyini bildirmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, 60 manat mediasiya xərci ödənilmişdir. İş üzrə təyin edilmiş məhkəmə xətşünaslıq ekspertizasında dair xx.xx.2024-cü il tarixli, 4/2098 nömrəli ekspert rəyində “Məhkəmə Ekspertizası Mərkəzi” tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2019-cu il tarixli “Məhsulların nisyə alğı-satqısı” müqavilə üzrə xx.xx.2019-cu il tarixli təhvil-təslim aktının aşağı hissəsinin “Təhvil aldı” bölməsində “İmza” qrafasındakı imza, xx.xx.2019-cu il tarixli 03512019 nömrəli müqavilənin aşağı hissəsində “alıcı” bölməsinin “İmza” qrafasındakı imza Cavabdeh tərəfindən icra olunmuşdur. İşdə olan xx.xx.2019-cu il tarixli Tam maddi məsuliyyət haqqında müqavilənin surətindən görünür ki, iddiaçı ilə Cavabdeh arasında tam maddi məsuliyyət haqqında müqavilə bağlanmış, həmin müqavilənin 1-ci bəndinə görə işçi tutduğu vəzifəyə uyğun olaraq əmək münasibətləri prosesində ona işəgötürən tərəfindən etibar edilmiş əmlakın və digər sərvətlərin saxlanması, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması zamanı onların bütünlüyünə, qorunub saxlanmasına və mühafizəsinəgörə tam həcmdə məsuliyyət daşıyır. İşdə olan İddiaçı MMC-də satış departamentinin satış nümayəndəsinin vəzifə təlimatından müəyyən olunur ki, satış nümayəndəsinin əsas vəzifələrindən biri Avrora şirkətinə məxsus malların ərazilərdə satışını təşkil etməkdən ibarətdir. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı MMC-nin xx.xx.2019-ca il tarixli Seriya ƏİA 805455 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, X3 xx.xx.2019-ci il tarixli 035/2019 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 7500 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı MMC-nin xx.xx.2019-ca il tarixli Seriya ƏİA 805454 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, X3 xx.xx.2019-ci il tarixli 035/2019 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 9000 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasına təqdim edilmiş İddiaçı MMC-nin xx.xx.2019-ca il tarixli Seriya ƏİA 805455 nömrəli mədaxil qəbzinin kötüyündən görünür ki, X3 xx.xx.2019-ci il tarixli 035/2019 saylı məhsulların nisyə alqı-satqı müqaviləsinə əsasən 5417 manat ödəniş etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə İddiaçı MMC-də Satış departamentində satış üzrə nümayəndə vəzifəsində işə qəbul edilmiş, xx.xx.2020-ci il tarixədə öz təşəbbüsü ilə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. İddiaçı MMC Cavabdeh ilə bağlanmış “məhsulların nisyə alqı-satqısı barədə” xx.xx.2019-ci il tarixli, 035/2019 saylı müqaviləni təqdim edərək cavabdehə həmin müqavilə əsasında dəyərini 3 ay müddətində ödəmək şərti ilə ümumi dəyəri 30.000 manat olan “Bizon”, “Yaquar” adında 33336 banka sərinləşdirici içki satıldığını, cavabdehin həmin malların dəyərinin bir hissəsini ödəmiş olsa da, 9082.60 manat hissəsini bu günədək ödəməmdiyini göstərmiş olsa da, əslində həmin alqı-satqı müqaviləsinin həqiqiliyi işin digər halları ilə təkzib olunur. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, xx.xx.2019-cu il tarixli 035/2019 saylı “Məhsulların nisyə alğı-satqısı barədə” müqaviləyə əsasən satıcı İddiaçı MMC alıcıya nisyə olaraq ümumi dəyəri 30 000 manat məbləğində olan müxtəlif çeşidli məhsulları satmağı, alıcı Cavabdeh isə həmin məhsulları qəbul edib və malların dəyərini pul şəklində 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. Borcun mövcudluğunu təsdiq edən xx.xx.2019-cu il tarixli təhviltəslim aktı cavabdeh tərəfindən imzalanmışdır. Həmçinin satıcıya yazılı ərizə təqdim edərək borcu etiraf etmişdir. Hər iki sənəd borcun mövcudluğunu təsdiq edən yazılı sübutlardır. Məhkəmə şahid ifadələrinə münasibət olaraq qeyd edir ki, həmin şəxslər əvvəllər iddiaçı təşkilatın işçiləri olmuşlar, hazırda onlarla İddiaçı MMC arasında narazılığın olduğunu bildirirlər. Həmçinin, onlar ifadələrində borcun olmasını istisna edən faktlara deyil, təcrübə və fikirlərinə əsaslanmışlar. Cavabdeh nümayəndəsi və vəkili Vəkil iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbi iddia müddəti ötürülməklə verildiyindən iddianın rədd edilməsini xahiş etmişdir. Bu məsələ də məhkəmə tərəfindən araşdırılmışdır. Belə ki, xx.xx.2019-cu il tarixli “Məhsulların nisyə alğısatqısı barədə” müqaviləyə əsasən alıcı Cavabdeh məhsulları qəbul edib dəyərini 3 ay müddətində ödəməyi öhdəsinə götürmüşdür. xx.xx.2019-cu il tarixli təhvil-təslim aktından görünür ki, xx.xx.2019-cu il tarixli müqaviləyə əsasən 30.000 manat dəyərində məhsulları qəbul etmişdir. Belə olan vəziyyətdə üç illik iddia müddəti 25 fevral 2020-ci il tarixdən başlanır. İddiaşı 13 mart 2023-cü il tarixdə məhkəməyə iddia vermişdir. Lakin bundan əvvəl, yəni xx.xx.2021-ci il tarixli məktubla iddiaçı mediasiya prossesinin tətbiqi barədə cavabdehə təklif göndərmiş, həmin məktub xx.xx.2021-ci il tarixdə cavabdehə çatdırılmışdır. Bundan sonra iddiaçı xx.xx.2021-ci il tarixdə mediasiya şurasına müraciət etmişdir. xx.xx.2022-ci il tarixli ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, ilkin nediasiya sessiyasının keçirilməsi xx.xx.2021-ci li tarixə təyin edilmişdir. Bu müddətlər nəzərə alınmaqla iddia müddəti ötürülməmiş sayılır. Birinci instansiyanın gəldiyi nəticə ilə razılaşmayan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü bəndinə əsasən əmək münasibətləri...əmək münasibətlərinin mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinin yolverilməzliyi...kimi prinsiplərə əsaslanır. İşdən göründüyü kimi tərəflər arasında yaranmış mübahisə işçinin işəgötürənə vurduğu ziyanın ödənilməsi ilə bağlı işçi ilə işəgötürən arasında yaranmış mübahisədir və tərəflərin arasında yaranmış mübahisə Əmək Məcəlləsinin 32-ci fəslinin müddəaları və əlaqəli hüquq normaları əsasında həll olunmalıdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 191-ci maddəsinə əsasən əmək münasibətləri prosesində əmək müqaviləsi üzrə işəgötürən və işçi öhdəliklərini yerinə yetirərkən birinin digərinə vurduğu ziyana görə bu Məcəllədə və müvafiq normativ hüquqi aktlarda göstərilmiş qaydada qarşılıqlı maddi məsuliyyət daşıyırlar. Aşağıdakı şərtlərin eyni zamanda hər üçü olduqda tərəflərin birinin digərinə qəsdən və ya ehtiyatsızlıqla vurduqları ziyana görə maddi məsuliyyəti yaranır: a) ziyanın həqiqətən vurulduğu aşkar olduqda; b) təqsirkarın əməli, yəni hərəkəti və ya hərəkətsizliyi qanuna zidd olduqda; c) təqsirkarın qanunazidd əməli ilə bu əməlin nəticəsi arasında səbəbli əlaqə olduqda. Həmin Məcəllənin 192-ci maddəsinə əsasən tərəflər, maddi ziyanın məbləğini və onun vurulduğunu, habelə digər tərəfə ziyan vurmaqda təqsiri olmadığını iddia etdikdə bunu sübut etməyə borcludurlar. Həmin Məcəllənin 199-cu maddəsinə əsasən işçi qanunazidd hərəkətləri ilə aşağıdakı hallarda vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıyır: a) saxlanmaq və başqa məqsədlər üçün işçiyə verilmiş əmlakın və digər sərvətlərin salamatlığını təmin etməməyə görə əmək müqaviləsi bağlanarkən, habelə əmək münasibətləri prosesində əmək funksiyasının xarakteri ilə əlaqədar olaraq işçinin öz üzərinə tam maddi məsuliyyət götürməsi haqqında işəgötürənlə yazılı müqavilə bağlandıqda. Həmin Məcəllənin 200.1-ci maddəsinə görə istər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Əmək Məcəlləsinin 202.1-ci maddəsinə görə işəgötürənə dəymiş ziyanın məbləği faktik itkilər üzrə müəyyən edilir. Həmin Məcəllənin 202.2-ci maddəsinə görə işəgötürənin əsas fondu (vəsaitləri) hesab edilən əmlakının itirilməsi, korlanması və oğurlanması hallarında ziyanın məbləği, müvafiq aşınma normaları nəzərə alınmaqla maddi qiymətli əşyaların balans dəyərindən (maya dəyərindən) hesablanır. Digər hallarda ziyanın məbləği ziyan vurulan vaxtda mövcud olan bazar qiymətləri ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3 və 882-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinin həmin Məcəllənin 203-cü maddəsi ilə əlaqəli şəkildə şərh edilməsinə dair” 17 iyul 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Əmək Məcəlləsinin 199-cu maddəsi ilə işçinin işəgötürənə vurduğu ziyana görə tam həcmdə maddi məsuliyyət daşıdığı hallar dəqiq göstərilmişdir. Bu baxımdan, məsələ əmək qanunvericiliyi ilə tam tənzimləndiyindən, Mülki Məcəllənin 2.3-cü maddəsinin tələbləri baxımından işçinin işəgötürənə vurduğu ziyan həmin Məcəllənin 882-ci maddəsi ilə nəzərdə tutulan mülki müqavilə ilə rəsmiləşdirilə bilməz. O da qeyd edilməlidir ki, Əmək Məcəlləsinin qeyd edilən 199-cu maddəsi ilə nəzərdə tutulan məhdud hallar sırasında yalnız bir növ müqavilənin – tam maddi məsuliyyət götürülməsi barədə müqavilənin bağlanması göstərilmişdir. Bu növ müqavilənin bağlanması qaydaları isə Əmək Məcəlləsinin 200-cü maddəsi ilə müəyyən edilmişdir. İstər bilavasitə əmək müqaviləsi bağlanarkən, istərsə də əmək münasibətləri prosesində işəgötürən etibar edərək verdiyi əmlakın, maddi və ya digər sərvətlərin saxlanması, emalı, satışı, daşınması, istifadəsi və başqa əməliyyatların aparılması ilə bilavasitə əlaqədar işlər görən və ya xidmətlər göstərən 18 yaşına çatmış işçilərlə onların tam maddi məsuliyyət daşıması barədə yazılı müqavilə bağlaya bilər. Konstitusiya Məhkəməsi sözügedən Qərarında oxşar mübahisə ilə bağlı hüquqi mövqeyini aşağıdakı qaydada ifadə etmişdir: Azərbaycan Respublikası Əmək Məcəlləsinin 2-ci maddəsinin 3-cü hissəsinə və 199cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 2.3-cü maddəsinin tələbinə uyğun olaraq, işçinin işəgötürənə vurduğu ziyana dair mülki hüquqi əqdin, o cümlədən borcun etirafı haqqında mücərrəd müqavilənin bağlanılması istisna edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 194-cü maddəsinə əsasən, ziyan vurulduqdan sonra əmək münasibətlərinə xitam verilməsi təqsirkar tərəfi maddi məsuliyyətdən azad etmədiyindən, işəgötürən həmin Məcəllənin 203-cü maddəsi və 205ci maddəsinin 2-ci hissəsi ilə nəzərdə tutulmuş qaydada ziyanın ödənilməsinə dair iddia ilə məhkəməyə müraciət edə bilər. Cavabdehin izahatından və işin hallarından göründüyü kimi iddiaçının əmək müqaviləsi əsasında işə götürdüyü işçisi ilə nisyə alqı-satqı müqaviləsinin bağlanmasına səbəbi işçinin iş prosesində vurması ehtimal olunan ziyanın ödənilməsinin sığortalanması olmuşdur ki, bu da yolverilməzdir. Halbuki işdən göründüyü kimi iddiaçı ilə cavabdeh arasında tam maddi məsuliyyət barədə müqavilə bağlanmışdır. İşçi tərəfindən işəgötürənə işçinin təqsirli hərəkətləri nəticəsində ziyan vurduğu müəyyən edildiyi halda işəgötürənin ona vurulmuş maddi ziyanın əvəzini tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Qeyd edilən maddələrin tələblərinə görə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Hazırkı iş üzrə isə cavabdehin hüquqazidd əməlləri nəticəsində iddiaçının hüquqlarının pozulması halı sübuta yetirilməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında 30000 manat məbləğində nisyə alğı-satqı müqaviləsi bağlanmasına baxmayaraq iddiaçının cavabdehdən tələb etdiyi 9082,60 manat məbləğində borcun hansı əsasla tələb edilməsi, borcun həcmi barədə maliyyə arayışı, iddiaçının iddia etdiyi miqdarda və məbləğdə malların iddiaçının anbarından məxaric edildiyini təsdiq edən sübutlar təqdim edilməmiş, ümumi anlamda isə iddiaçıya maddi ziyanın vurulması halı iş materialları ilə tam sübuta yetirilə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh əsas vəzifələrindən biri şirkətə məxsus malların satışını təşkil etməkdən ibarət olan işçisi ilə iddiaçının 30000 manat məbləğində nisyə alqı-satqı müqaviləsi bağlaması, müqavilənin predmeti olan 30000 manat dəyərində malların şirkətin anbarından hansı qaiməyə əsasən çıxarılaraq cavabdehə təhvil verilməsi, bu müqavilə üzrə vergilərin kimin tərəfindən ödənilməsi barədə sübutların məhkəməyə təqdim edilməməsi, bu müqavilə üzrə ödənişlərin aparılması barədə mədaxil qəbzlərinin yalnız iddiaçı tərəfindən imzalanması, 3 aylıq icra müddəti olan müqavilə üzrə öhdəliyin icrası məqsədi ilə cavabdehə qarşı iddia tələbi ilə, sonuncu ilə əmək müqaviləsinə işəgötürənin təşəbbüsü ilə xitam verdikdən sonra məhkəməyə müraciət olunması xx.xx.2019-cü il tarixli 035/2019 saylı nisyə alqı-satqı müqaviləsinin yalan əqd olmaqla tərəflər arasında bağlanmış əmək və tam maddi məsuliyyət müqaviləsi üzrə işçinin işəgötürənə vura bilməsi güman edilən maddi ziyanın aradan qaldılması məqsədi ilə bağlanmışdır. Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 340.2-ci maddəsinin tələbinə görə isə yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yalan əqdlərlə əlaqədar formalaşmış hüquqi mövqeyinə əsasən, yalan əqd başqa bir əqdi pərdələmək niyyəti ilə görünüş üçün bağlanmış əqddir. Yalan əqd halında əslində eyni anda iki ayrı əqd bağlanmış olur. Görünən əqd tərəflərin əsl hüquqi niyyətlərini əks etdirmir. Tərəflər əslində başqa bir müqavilə barədə razılığa gələrək görüntü üçün bağladıqları əqdlə həmin müqaviləni pərdələyirlər. Yalan əqd müqavilə tərəflərinin bilərəkdən məqsədli şəkildə yol verdikləri hüquqa zidd bir hərəkətdir (N.Hacıyevanın şikayəti üzrə 2020-ci il 10 mart və X.Mirzəliyevin şikayəti üzrə 2021-ci il 17 sentyabr tarixli Qərarlar). Göründüyü kimi, əqd yalan əqd hesab olunduqda, həmin əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin hazırki işdə iddiaçı əmək müqaviləsi və ondan doğan məsələlərlə bağlı hər hansı tələb (dəlil) irəli sürmədiyindən və hazırki işin icraatı çərçivəsində bu məsələni araşdırmaq mümkün olmadığından, həmin qaydaları tətbiq etmək mümkün deyildir Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Beləliklə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmır və hesab edir ki, qətnamə ləğv edilməli və yeni qətnamə çıxarılaraq iddia təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yanlız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-in 384.0.2-ci maddəsinə əsasən qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası şərh olunanları və Azərbaycan Respublikasının MPM-in 372- 376, 378-382, 384.0.2, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq, Qət etdi: Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gəncə Kommersiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2-2(115)-16/2024 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə çıxarılsın. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(104)-99/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(104)-99/2024
02.08.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver