Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-1/2022 22.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı iş üzrə (Açar sözlər: qaz istehlakına görə borcun tutulması) Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının hakimləri Quliyev Telman Osman oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, Mürsəlova Heyran Mehman qızının katibliyi, İddiaçı nümayəndəsi X1, cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil iştirakı ilə Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsindən İddiaçı X3 verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh "xxxx" Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Firmasından 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən 05 noyabr 2018-ci il tarixli “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbinin həcmini azaltmış və həmin ərizədə cavabdeh "xxxx" Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Azəriqaz“ İstehsalat Birliyi ilə bağlanmış 05 yanvar 2012-cı il tarixli ***-**-** nömrəli müqaviləyə əsasən Siyəzən rayonu ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbii qazla təmin olunur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin istehlakçı müqavilə öhdəliklərinə əməl etməmiş və istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Bunun nəticəsində 01 iyul 2018-ci il tarixə Birliyə 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən borc tam olaraq ödənilməmişdir. Həmin məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutulması xahiş olunmuş və həmin ərizə - istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcundan cavabdeh tərəfindən 106454,39 manat məbləğində ödəniş edildiyi üçün 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun qalması ilə əsaslandırılmışdır. Məhkəmə prosesi zamanı iddia ərizəsi üzrə cavabdeh qismində göstərilmiş "xxxx" Firması əsl cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmiş və eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuşdur. Bundan sonra İddiaçı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatı cavabdeh qismində cəlb edilmiş "xxxx" MMC-nin və müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə qoşulmuş “Siyəzən Broyler" ASC-nin iştirakı ilə davam etdirilmişdir. Cavabdeh iddia ərizəsinə qarşı yazılı etiraz vermişdir. Etirazda qeyd olunur ki, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, "xxxx" ASC-nin ******* ədəd (99.8479 %) səhminin mülkiyyətçisi olan "xxxx" firmasının təsisçisinin 28 fevral 2017-ci il tarixli qərarına əsasən onun ayrılma yolu ilə yenidən təşkil olunması haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında "xxxx" LTD firmasının hüquq və öhdəliklərinin hüquqi varisləri olan "xxxx" MMC və "xxxx" MMC təsis edilmiş və bölünmə balansı, təhvil aktı tərtib edilmişdir. Təsdiq edilmiş bölünmə və təhvil aktina əsasən "xxxx" ASC-nin ******* ədəd (99,8479 %) ədəd adi, sənədsiz, adlı səhmi "xxxx" MMC-nin mülkiyyətinə keçmişdir. 30 oktyabr 2017-ci ildə "xxxx" MMC-nin adı dəyişilərək «İnvestment-AZ” MMC olmuş və bu dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış təbii qazın alqısatqısına dair 05 yanvar 2012-ci il tarixli, ***-**-** nömrəli Müqavilənin şərtlərinə əsasən təchizatçı İddiaçı istehlakçı "xxxx" ASC-ni təbii qazla təmin etməli, sonuncu isə istehlak etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab-fakturalar əsasında ödəməlidir. İstehlakçı istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və iddiaçıya heç bir borcu olmamışdır. Bununla belə iddiaçı heç bir əsaslandırma aparmadan 1637 saylı hesab fakturaya əsasən "xxxx" MMC-yə 102559,63 manat məbləğində borc hesablamış və daha sonra isə həmin borcun məbləğini 1404 saylı hesab fakturaya əsasən 42617,10 manat məbləğində müəyyən etmişdir. Lakin cavabdeh "xxxx" MMC həmin borcu da əsassız hesab edir və cavabdehin "xxxx" ASC-nin təbii qazdan istifadəsinə görə İddiaçınə hər hansı bir məbləğdə borcu yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilməmiş, məhkəmə xərcləri İddiaçı özünə aid edilmiş və iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 manat məbləğində pul vəsaitinin İddiaçındən dövlət nəfinə tutulması qət edilmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, İB tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş maliyyə-hesabat sənədlərində olan fərqlərə görə ekspertiza rəyləri ilə MMC-dən tələb olunan 42.615,88 manat məbləğində borc öz təsdiqini tapmamışdır. İB həmin borcun əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, iddia tələbini sübut edə bilməmişdir. Məhkəmə bu qənaətini MPM-nin 14.2, 53, 77.1, 77.2, 88, 106.1, 119.1, 217.4-cü maddələrinə istinad etməklə əsaslandırmışdır. İddiaçı apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsinin ləğv edilib, iddia ərizəsinin təmin edilməsini xahiş etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-2(105)-132/2020 nömrəli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, İB tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun onun özünə aid edilməsi qət edilmişdir. İddiaçı qətnamədən kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Kommersiya Kollegiyasının 20 aprel 2021ci il tarixli, 2-2(102)-164/2021 nömrəli qərarı ilə İddiaçı kassasiya şikayəti təmin olunub, Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 24 noyabr 2020-ci il tarixli, 2-2(105)-132/2020 nömrəli qətnaməsi ləğv edilərək iş yenidən baxılmaq üçün apellyasiya baxışına qaytarılmışdır. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə mühəndİs-texniki ekspertizasının 13 yanvar 2020-ci il tarixli, 26865 nömrəli ekspert rəyinə istinad etməklə cavabdehin borcunun olmaması qənaətinə gəlmişdir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası cavabdehin istifadə etdiyi təbii qazın saldosunda əks olunan sayğac (ROC) göstəricilərinin düzgün alınıb-alınmamasını müəyyən etməli, ROC ölçmə aparatının elektron yaddaşına əsasən (bu ölçmə aparatından keçən qazın miqdarı barədə məlumatlar yüz il müddətində yaddaşında saxlanılır) təbii qazın sərfıyyatının düzgünlüyünün qiymətləndirilməsi barədə rəy verməli idi. İş üzrə təyin olunmuş məhkəməmühasibatlıq ekspertizası isə mühasibatlıq sənədlərinə əsasən cavabdehin təbii qazdan istifadə etməsi ilə ödənişlər arasındakı fərqi araşdırmalı, sənədlərə görə cavabdehin faktiki borcunun məbləğini müəyyənləşdirməli idi. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli, 26874 nömrəli rəyində abonent “İnvestment-AZ“ MMC-nin borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməli olduğu bildirilir. Məhkəmə mühəndis-texniki ekspertizasının rəyində müəyyən edilməli texniki parametrlər deyil, mühasibatlıq sənədləri araşdırılmış, rəyin təhqiqat hissəsində faktiki olaraq “İnvestment - AZ" MMC-nin 42616.88 manat borcu öz əksini tapsa da (xx.xx.2018-ci il tarixli, 1279 saylı hesab fakluraya əsasən) rəy hissəsində abonent üçün həmin məbləğdə borcun artıq hesablandığı göstərilmişdir. Saldoda qeyd olunan borcun artıq çıxması üçün ya sayğac göstəricisi artıq qeyd olunmalıdır, ya da ödənilmiş pul məbləği saldoda əks olunmamalıdır. Məhkəmə qətnaməsinin çıxarılması üçün əsas olmuş rəydə bu halların heç biri araşdırılmamışdır. b) Apellyasiya şikayətinə qarşı tərəfin etirazı Cavabdeh tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazda qeyd olunur ki, iş materiallarında olan abonent saldosu "xxxx" MMC-nin və "xxxx" ASC-nin iştirakı olmadan İddiaçı X3 birtərəfli qaydada öz maraqlarına uyğun qaydada tərtib edilən sənəddir. İddiaçı X3 abonentlərdən, o cümlədən "xxxx" MMC-dən əlavə ödənişlər almaq üçün həmin aya əsas borc məbləğini əhatə edən hesab faktura təqdim edirlər, sonradan isə artıq pul əldə etmək üçün həmin aya əsas borcun məbləğini əlavə etməklə artıq yazdıqları pul məbləğlərini abonentlərdən yenidən tərtib etdikləri hesab faktura sənədləri əsasında tələb edirlər. Bu hallar il ərzində MMC-yə münasibətdə bir neçə dəfə təkrarlanır. İş materiallarının 2-ci cildinin 117-ci səhifəsində olan təbii qazdan istifadəyə görə ödənilməsi nəzərdə tutulan hesab fakturaya əsasən 31 dekabr 2017-ci il tarixə olan MMC-nin borcu ƏDV daxil 297.704,80 manat təşkil edir. İş materiallarının 1-ci cildinin 126-cı səhifəsində olan təbii qazdan istifadəyə görə ödənilməsi nəzərdə tutulan elektron vergi hesab fakturaya əsasən 31 dekabr 2017-ci il tarixə olan borc isə ƏDV tətbiq olunmadan 199.046,40 manat, əgər ƏDV tətbiq olunsa borc 234.874,52 təşkil edir. İş materiallarının 2-ci cildinin 188-ci səhifəsində olan təbii qazdan istifadəyə görə ödənilməsi nəzərdə tutulan hesab fakturaya əsasən 31 dekabr 2017-ci il tarixə olan borc ƏDV daxil 235.739,20 manat təşkil edir. İddiaçı X3 təbii qazdan istifadəyə görə dekabr 2017-ci ilə görə eyni 1 (bir) aya görə 3 (üç) fərqli hesab fakturaların "xxxx" MMC-yə və "xxxx" ASC-yə təqdim olunması iddiaçının qanunvericiliklə və müqavilə ilə müəyyən olunan öhdəlikləri icra etməməsindən və məsuliyyətsizliyindən irəli gəlir. Bu hesab fakturalardan hər hansı birinin ləğvi ilə bağlı iddiaçı tərəfindən tərəflərə və müvafiq orqanlara hər hansı yazılı müraciətlər edilməmişdir. İş materiallarının 1-ci cildinin 289-cu səhifəsində olan təbii qazdan istifadəyə görə ödənilməsi nəzərdə tutulan hesab fakturaya əsasən 31 yanvar 2018-ci il tarixə olan MMC-nin borcu ƏDV daxil 231.709,98 manat təşkil edir. İş materiallarının 1-ci cildinin 290-ci səhifəsində olan təbii qazdan istifadəyə görə ödənilməsi nəzərdə tutulan hesab fakturaya əsasən 31 yanvar 2018-ci il tarixə olan borcu ƏDV daxil 251.063,20 manat təşkil edir. Yuxarıda qeyd edildiyi kimi İddiaçı X3 təbii qazdan istifadəyə görə yanvar 2018-ci ilə görə eyni 1 (bir) aya görə fərqli hesab fakturaların "xxxx" MMC-yə və "xxxx" ASC-yə təqdim olunması iddiaçının qanunvericiliklə və müqavilə ilə müəyyən olunan öhdəlikləri icra etməməsindən və məsuliyyətsizliyindən irəli gəlir. Bu hesab fakturalardan birinin və ya hər ikisinin ləğvi ilə bağlı iddiaçı tərəfindən tərəflərə və müvafiq qrumlara yazılı müraciətlər edilməmişdir. Hər bir hesab faktura və elektron vergi hesabfakturaları üzrə aparılan araşdırmalardan və tərəflər arasında tərtib edilmiş qarşılıqlı hesablaşmalar haqqında üzləşdirmə aktlarından məlum olur ki, "xxxx" MMC-nin "xxxx" ASC-nin təbii qazdan istifadəsinə görə İddiaçınə hər hansı məbləğdə borcu yoxdur. Ödənişlər "xxxx" ASC tərəfindən hər ayın axırı həmin ayın təbii qazdan istifadəsinə görə aparılıb. "xxxx" ASC-nin təbii qazdan istifadəsinə görə İddiaçı X3 "xxxx" MMC-yə əsassız olaraq böyük məbləğdə borc hesablaması iddiaçının cavabdehdən artıq pul məbləği almasına yönəldilmişdir. c) Apellyasiya icraatı iştirakçılarının izahatları İddiaçı nümayəndəsi X1 apellyasiya şikayətini müdafiə edib, təmin olunmasını xahiş etdi. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinə etiraz edib, rədd olunmasını xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Mülki Prosessual Məcəllə Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Maddə 385.1.1-385.1.4. Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması, birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi və və birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsaslar hesab edilir. Apellyasiya baxışının hədləri Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda işi tam araşdırır və şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi İş materiallarına əlavə edilmiş “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısına dair” bağlanmış 05 yanvar 2012-cı il tarixli, ***-**-** nömrəli müqaviləyə əsasən “paylayıcı” İddiaçı X3 Siyəzən rayonu ərazisində yerləşən istehlakçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (abonent kodu: **********00000) təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı ROK407 tipli qaz sayğacı vasitəsi ilə aparılır. İri qaz istifadəçisi olan "xxxx" ASC tərəfindən istehlak olunan təbii qaza görə tərtib edilmiş müvafiq maliyyə-hesabat sənədlərinə əsasən mütəmadi olaraq istehlak edilən qazın dəyəri ödənilmişdir. 02 noyabr 2018-ci il tarixli arayışdan görünür ki, Siyəzən rayonunda yerləşən "xxxx" ASC-də (abonent kodu: **********00000) 01 oktyabr 2018-ci il tarixinədək istifadə olunan təbii qaza görə 149070,27 (yüz qırx doqquz min yetmiş manat 27 qəpik) manat məbləğində qaz pulu borcu yaranmış olsa da, Abonent 31 oktyabr 2018-ci il tarixində 106454,39 (yüz altı min dörd yüz əlli dörd manat 39 qəpik) manat məbləğində ödəniş etmiş və buna görə də 02 noyabr 2018-ci il tarixinə abonentin istehlak etdiyi təbii qaza görə 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcu qalmışdır. Cavabdeh tərəf həmin borc məbləğini qəbul etməmiş və istehlak olunan təbii qaza görə aylar üzrə mütəmadi olaraq müvafiq məbləğlərdə ödənişlər etsə də, 02 noyabr 2018ci il tarixinə hesablanmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun ödənilməsindən imtina etmiş və mövqeyini həmin borcun əsassız olaraq hesablanması ilə əsaslandırmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 30 may 2019-cu il tarixli, 2-2(085)-29/2019 nömrəli qərardadı ilə iş üzrə məhkəmə mühəndis-texniki və məhkəmə maliyyəmühasibatlıq ekspertizası olmaqla, kompleks məhkəmə ekspertizası təyin edilmiş və ekspertlər qarşısında aşağıdakı suallar qoyulmuşdur: 1) MMC-yə məxsus obyektə quraşdırılmış təbii qazdan istifadənin sərfiyyatını ölçən sayğacın göstəricilərinin 2017-ci ilin avqust ayından əvvəlki göstəricilərinin müəyyən edilməsi mümkündürmü?; 2) Bu sayğacın göstəriciləri müəyyən edildiyi halda, həmin göstəricilərə əsasən yaranmış borc, ödənilmiş ödənişlər çıxıldıqdan sonra 1 oktyabr 2018-cu il tarixinə nə qədər təşkil edir? İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının 13 yanvar 2020-ci il tarixli, 26865 nömrəli ekspert rəyindən görünür ki, 01 oktyabr 2018-ci il tarixinə qədər ödənişlər çıxıldıqdan sonra abonent "xxxx" Firmasına ("xxxx" MMC-yə) istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmayan təxminən 42616 (qırx iki min altı yüz on altı) manat məbləğində artıq borc hesablanmışdır (rəydə həmin nəticə istehlak edilən təbii qazla əlaqədar tərtib edilmiş maliyyə-hesabat sənədlərdəki fərqlərlə əsaslandırılmışdır). İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 25 fevral 2020-ci il tarixli, 26874 nömrəli ekspert rəyində isə göstərilir ki, İddiaçı X3 məhkəməyə təqdim olunmuş Abonentin saldosu cədvəlində abonent "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə 42615,88 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İddiaçı X3 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda abonent "xxxx" MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Mülki Prosessual Məcəllənin 420-ci maddəsinə əsasən kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir. İşin materiallarından görünür ki, məhkəmə ekspertiza qarşısında sayğacın 2017-ci ilin avqust ayından əvvəlki göstəricilərinin müəyyən edilməsinin mümkün olubolmamasına, 1 oktyabr 2018-ci il tarixinə olan borcun həcminə dair suallar qoymuş, iddia ərizəsinin verildiyi 2018-ci il 30 iyul tarixinə münasibətdə isə belə sual qoymamışdır. Halbuki sual qoyulmuş müddətlər, dövrlər hazırkı iddianın predmetinə daxil deyildir. Bundan başqa, 13 yanvar 2020-ci il tarixli, 26865 saylı ekspert rəyinin tədqiqat və nəticə hissələrində borcun məbləği dəqiq deyil, təxmini rəqəmlə ifadə olunmuşdur. Həmçinin rəydə borcun, istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmadığı bildirilsə də, konkret olaraq nəyə aid olması göstərilməmiş, 42.616,98 manat borcun olmadığı rəydə qəti şəkildə qeyd edilməmişdir. 25 fevral 2020-ci il tarixli, 26874 saylı daha bir ekspert rəyinin tədqiqat hissəsində göstərilmişdir ki, ekspert tərəfindən abonentin borc qalığı abonentin saldosu cədvəlində və hesab fakturalarda göstərilən borc qalığının yalnız sayğac göstəricilərinə uyğunluğu müəyyən edilir. Son rəyin nəticə hissəsində isə bildirlmişdir ki, sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İB tərəfindən məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Son rəyin nəticə hissəsinin sonunda “borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir” yazılması ilə ekspertin nə demək istəməsi, ümumiyyətlə rəyin tədqiqat və nəticə hissələrində qeyd olunanlarla əvvəlki rəyin inkar olunubolunmaması, hansı məsələlərə aydınlıq gətirilməsi, hansı məqamların konkretləşdirilməsi aydın deyildir. Bundan başqa, ekspert rəyində işin materiallarına əlavə olunmuş abonent saldolarında mübahisə predmeti olan dövrlər üzrə mövcud olan bir sıra ziddiyyətlərə münasibət bildirilməmişdir. Halbuki bu məqamlar mübahisənin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Belə ki, işin İİ cildi, səh. 285-289-da olan saldodan görünür ki, 2018-ci ilin oktyabr ayı üzrə “Qazın Sərfi m3” qrafasında “778.664” rəqəmi, “Qalıq və Aktlar” qrafasında “155.732,80” rəqəmi, “X5” qrafasında “198.348,68” rəqəmi göstərilmişdir. Halbuki işin İ cildi səh.192-də olan saldoda həmin rəqəmlər müvafiq olaraq “345.935”, “69.187” və “111.802,88” kimi göstərilmişdir. Beləliklə, həmin sənədlər arasındakı fərq qazın sərfi üzrə 432.729 m3 (778.664 – 345.935), qalıq və aktlar üzrə, habelə X5 üzrə 86.545,80 manat (155.732,80 – 69.187 və 198.348,68 – 111.802,88) təşkil edir. Bundan başqa, işin materiallarında (İİ cild, səh. 7) olan Xaçmaz RQİİ-nin Siyəzən XS üzrə rəis müavini Natiq Cəfərov tərəfindən Xaçmaz RQİİ-nin rəisi Xaliq Namazova yazdığı 2018-ci il 2 noyabr tarixli Xidməti yazıdan görünür ki, 1 sentyabr 2018-ci il tarixinə MMC-nin İB-yə 42.615,87 manat borcu vardır, həmin borc 2018-ci ilin fevral ayında ödənməli idi. Həmçinin işin materiallarında (İİ cild, səh. 87-88) olan Xaçmaz RQİİ-nin rəisi Xaliq Namazovun EMTA-nın Xaçmaz şəhər regional bölməsinin rəisi Xəyyam Aydınova yazdığı 4 dekabr 2018-ci il tarixli məktubun surətindən görünür ki, 2018-ci ilin fevral ayından qalmış 42.615,87 manat borc bu günədək ödənilməmişdir. İşin materiallarında olan abonent saldosundan (İİ cild, səh. 91, 109-111) da görünür ki, 2018-ci ilin fevral ayının əvvəlinə borc 293.679,98 manat olmuş, həmin ay ərzində MMC tərəfindən 251.063 manat ödənilmiş, 42.616,98 manat borc qalmış (293.679,98 – 251.063), bu borc il ərzində davam edən digər aylarda da ödənilməmiş qalmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi Kommersiya Kollegiyasının 24 fevral 2022-ci il tarixli, 2-2(105)-1/2022 nömrəli qərardadı ilə iş üzrə təkrar məhkəmə mühasibatlıq və texniki ekspertizaları təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertinə həvalə edilərək aşağıdakı suallar qoyulmuşdur: "xxxx" MMC-yə məxsus obyektə quraşdırılmış təbii qazdan istifadənin sərfiyyatını ölçən sayğacın göstəricilərinin 01 iyul 2018-ci il və 30 iyul 2018-ci il tarixlərinə ayrı-ayrılıqda olan göstəricilərinin müəyyən edilməsi mümkündürmü? Əgər mümkündürsə "xxxx" MMC-yə məxsus obyektə quraşdırılmış təbii qazdan istifadənin sərfiyyatını ölçən sayğacın göstəricilərinin 01 iyul 2018-ci il və 30 iyul 2018-ci il tarixlərinə ayrı-ayrılıqda olan göstəricilər müəyyən edildiyi halda həmin göstəricilərə əsasən yaranmış borc, aparılmış ödənişlər çıxıldıqdan sonra həmin tarixlərə nə qədər təşkil edir? "xxxx" MMC-yə məxsus obyektə quraşdırılmış “ROC-407” markalı qaz sayğacından alınmış göstəricilər elektron saldoda 2017-ci ilin dekabr, 2018-ci ilin yanvar, fevral və mart aylarında əks olunan göstəricilərə uyğundurmu? "xxxx" MMC-nin 01 aprel 2018-ci il tarixə təbii qazdan istifadəyə görə hansı məbləğdə borcu vardır? Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 17 may 2022-ci il tarixli, 9/1771 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, İddiaçı X3 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində abonent "xxxx" MMC təbii qazdan istifadəyə görə, 42.615,88 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. Rəyin tədqiqat hissəsində göstərilənləri nəzərə alaraq, İddiaçı X3 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda abonent "xxxx" MMC təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza rəyləri işin faktiki hallarına uyğun olmayıb, iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmayaraq təkzib olunduğuna görə həmin rəylər mötəbər sübut kimi qəbul edilə bilməz və apellyasiya instansiyasında alınmış 17 may 2022-ci il tarixli, 9/1771 nömrəli ekspert rəyi digər sübutlarla öz təsdiqini tapıb, işin faktiki hallarına uyğun olduğuna görə sübutun bir növü kimi qəbul edilərək abonent "xxxx" MMC-nin təbii qazdan istifadəyə görə 42.615,88 manat məbləğində borc qalığı mövcud olduğu müəyyən edilməlidir. Beləliklə, məhkəmə kollegiyası toplanmış sübutları müqayisəli surətdə tədqiq edib, işin faktiki hallarına və tərəflərin qarşılıqlı münasibətlərinə əsaslanaraq hesab edir ki, iddia tələbi qanuni və əsaslı olduğuna görə təmin edilməlidir. Ona görə də İddiaçı apellyasiya şikayəti təmin edilib, Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilməli və cavabdeh "xxxx"MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat borc tutularaq İddiaçınə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia təmin olunduğundan iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx"MMC-dən tutularaq İddiaçınə ödənilməli və aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat pul cavabdeh "xxxx"MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.2, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 28 sentyabr 2020-ci il tarixli, 2-2(119)-4/2020 nömrəli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı cavabdeh "xxxx" MMC-yə qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilsin. Cavabdeh "xxxx" MMC-dən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat borc tutularaq İddiaçınə ödənilsin. Aparılmış ekspertiza tədqiqatlarının dəyəri 250 (iki yüz əlli) manat pul cavabdeh "xxxx" MMC-dən alınıb AZ.MEM, VÖEN **********, X2, KOD 210005 VÖEN ********** müxbir hesab AZ 41 NABZ******************** SWİFT BİK CTREAZ 22 hesabına keçirilsin. İddia ərizəsinin verilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdeh "xxxx"MMC-dən tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-1/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-1/2022
22.06.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver