Məhkəmə qərarları › İş №2-2(105)-10/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-10/2020

03.02.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-10/2020 03.02.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X6 və X3 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı «İddiaçı” ASC-nin nümayəndəsi X5 iştirakı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı 13.854,85 manat əsas borcun, 5000,00 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18.884,00 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)-21/2019 saylı qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı «İddiaçı” ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi məhkəməsinə müraciət edərək xx xxxxx 2009-cu il tarixli 207-L/09 nömrəli, xx xxx 2009-cu il tarixli 301-L nömrəli, xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli lizinq müqavilələri ləğv edilərək lizinq obyekti olan 1 ədəd Sampo SR 2035 markalı kombaynın, 2 ədəd RM2-165 markalı ot biçənin və 4 ədəd AGRM-165 markalı iki diskli rotorlu ot biçənin saz vəziyyətdə geri alınması, 6389,00 manat əsas borcun, 4978,00 manat cərimənin və 30 manat dövlət rüsumunun, cəmi 11397 manat pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək 13.854,85 manat əsas borcun, 5000,00 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18.884,00 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 31 mart tarixli 58 nömrəli qərarı ilə təsdiq olunmuş İddiaçı Açıq Səhmdar Cəmiyyətinə məxsus kənd təsərrüfatı texnikasının hüquqi və fiziki şəxslərə lizinqə verilməsi və ya lizinq yolu ilə satılması “Qaydaları” na müvafiq olaraq İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli 207-L/09 nömrəli, xx xxx 2009-cu il tarixli 301-L nömrəli, xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş, ümumi dəyəri 20620,00 manat olan kənd təsərrüfatı texnikaları üçün həmin şəxs Cəmiyyətin hesabına 2762,00 manat ilkin ödəniş etmiş, qalan 17858,00 manat məbləğinə isə ödəniş qrafiki tərtib olunmuşdur. Cavabdeh üzərinə götürdüyü öhdəliyi tam şəkildə yerinə yetirməmişdir. Belə ki, bu ödəniş qrafiki üzrə xx.xx.2017-ci il tarixinədək 9933,00 manat ödənilməli olduğu halda, cəmi 3544.0 manat ödəniş edilmişdir. Cavabdehə borc məbləğinin ödənilməsi barədə göndərilmiş pretenziya cavabsız qalmışdır. Cavabdeh öhdəliyi vaxtında icra etməməklə Mülki Məcəllənin 427.3-cü və 445.2.1ci maddələrinin tələblərini pozmuşdur. Belə ki, əgər öhdəliyin icrası günü müəyyənləşdirilibsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Digər tərəfdən borclu öhdəliyi müəyyənləşdirilmiş müddətdə icra etmədikdə kreditor qarşısında məsuliyyət daşıyır. Həmin məcəllənin 748-1.12.4-cü maddəsinə görə lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan öəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə, lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da, lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Yenə həmin məcəllənin 465.2-ci maddəsinə əsasən əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Müqavilənin 4.2-ci maddəsinə görə lizinq alan ödəniş qrafikinə uyğun olaraq iki dəfədən artıq ödənişləri yerinə yetirməzsə, lizinq verən (İddiaçı ASC) lizinq alandan (Cavabdeh) gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Buna əsasən, ödəniş qrafikləri üzrə xx.xx.2017-ci il tarixə borcu 6389 manat və lizinq müqaviləsinin 4.2 bəndinə əsasən hesablanmış cərimə məbləği 4978 manat təşkil edir. İddia ərizəsinə dəqiqləşməyə əsasən iddiaçı ödənişlər etməmiş, ona görə də onun borcu artmışdır. Bu səbəbdən 13.854,85 manat əsas borcun, 5000.0 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18.884,00 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-21/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin cavabdeh X2 qarşı iddia tələbi “7465.85 manat əsas borcun, 22 manat cərimənin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 21/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 6389 (altı min üç yüz səksən doqquz) manat əsas borc, 2000 (iki min) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi, cəmi 8419 (səkkiz min dörd yüz on doqquz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. (hakim İ.Quliyev). Qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Məhkəmə prosesi zamanı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edilərək, məhkəmədən 13854,85 manat əsas borcun, 5000.00 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18884,00 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir. Məhkəmə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni icraata qəbul etsə də, pretenziya qaydasına riayət olunmadığını əsas gətirərək iddianı o hissədə baxılmamış saxlamışdır. Məhkəmə iddia tələbini o hissədə Cəmiyyətin xeyrinə təmin etməli idi. Çünki mülki iş bir neçə ay ekspertizada olmuş, bu zaman da cavabdehin Cəmiyyətə olan borcu artmışdır. Cəmiyyət də, öz növbəsində haqlı olaraq iddia tələbini artıraraq, cavabdehdən 13854,85 manat məbləğində alınmasını tələb etmişdir. Məhkəmə qətnamə qəbul edərkən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin eksperti tərəfindən tərtib edilmiş rəyə əsaslanaraq, iddianı ilkin məbləğdə təmin etmişdir. Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019 - cu il tarixli, 2-2(085)-21/2019 nömrəli qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması və düzgün tətbiq edilməməsi, habelə qətnamədə məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması səbəbindən əsassızdır və ləğv edilməlidir. TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apelyasiya şikayəti ilə eyni məzmunda izahat verərək onun təmin edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)- 21/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadından şikayət vermişlər və qərardadla şikayət geri qaytarılmışdır, sonradan qərardaddan şikayət verilməsi üçün müddəti ötürmüşlər. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq və iddiaçının nümayəndəsinin izahatını dinləyib hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxxxx 2009-cu il tarixli 207-L nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 3060 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verməyi, Cavabdeh isə texnikanın dəyərini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəliklərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxx 2009-cu il tarixli 301-L nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 3060 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verməyi, Cavabdeh isə texnikanın dəyərini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəliklərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 10300 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verməyi, Cavabdeh isə texnikanın dəyərini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəliklərinə götürmüşlər. İş materiallarında olan İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış İddiaçı ASCyə məxsus kənd təsərrüfatı texnikasının lizinqə verilməsi barədə xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli müqavilədən görünür ki, İddiaçı ASC ümumi məbləği 4200 manat olan və spesifikasiyada göstərilən kənd təsərrüfatı texnikalarını dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Cavabdeh lizinqə verməyi, Cavabdeh isə texnikanın dəyərini ödəniş qrafikinə müvafiq olaraq ödəməyi öhdəliklərinə götürmüşlər. xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli lizinq müqavilələrinin 5.1-ci və 5.1.5-ci bəndlərinə əsasən lizinq alan texnikadan istifadə üçün 1 nömrəli əlavədə nəzərdə tutulan məbləği ödəniş müddətləri üzrə bir dəfədən artıq ödəmədikdə, bu hal müqavilənin şərtlərinin pozulması hesab edilir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən göstərilən hallardan biri mövcud olduqda lizinq verən lizinq alanı yazılı surətdə xəbərdarlıq etməklə, texnikanı saz vəziyyətdə geri götürür, onun əvvələr ödədiyi bütün məbləği özündə saxlayır və vurulmuş zərərin tam ödənilməsini tələb edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2019-cu il tarixli ekspert rəyinə əsasən, xx xxxxx 2009-cu il tarixli 207-L/09 nömrəli, xx xxx 2009-cu il tarixli 301-L nömrəli, xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779-L/15 nömrəli lizinq müqavilələrinin şərtləri nəzərə alınmaqla Cavabdeh xx xxxxxx 2017-ci il tarixə İddiaçı ASC-yə olan borcu əsas borc 6389,00 manat, cərimə borcu 4977,93 manat təşkil edir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və ona əsaslanmışdır ki, cavabdeh üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir və iddiaçının hazırkı tələbi əsaslıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya həmin Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Mülki Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsədüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış xx xxxxx 2009-cu il tarixli 207-L/09 nömrəli, xx xxx 2009-cu il tarixli 301-L nömrəli, xx xxxxxx 2014-cü il tarixli 1146-L/14 nömrəli və xx xxxxx 2015-ci il tarixli 779- L/15 nömrəli lizinq müqavilələrinə əsasən iddiaçı cavabdehə ümumi dəyəri 20620,00 manat olan kənd təsərrüfatı texnikalarını dəyəri lizinq ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra iddiaçının mülkiyyətinə verilməsi şərti ilə lizinqə verməyi, cavabdeh isə texnikanın dəyərindən müəyyən məbləği əvvəlcədən iddiaçıya ödəməyi, qalan məbləği isə ödəniş qrafikində göstərilən müddətdə və həcmdə ödəməyi öhdələrinə götürmüşlər. İddiaçı tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməsi cavabdehdən tələb edilmiş, lakin cavabdeh tərəfindən qeyd edilən müqavilələrə əsasən müəyyən edilmiş qrafik üzrə ödənişlər edilməmişdir. Göründüyü kimi, cavabdeh müqavilə üzrə öhdəliyini tam icra etməmişdir. İddiaçı apelyasiya şikayətində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qətnamənin ləğvi və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. İş materallarından görünür ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, məhkəmədən 13854,85 manat əsas borcun, 5000.00 manat cərimə borcu və 30 manat dövlət rüsumunun, cəmi 18884,00 manat pul məbləğinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-21/2019 saylı, xx xxxxxxx 2019cu il tarixli qərardadı ilə iddia tələbi “7465.85 manat əsas borcun, 22 manat cərimənin X1 tutularaq İddiaçı ASC-yə ödənilməsi” hissəsində baxılmamış saxlanılmışdır. xx xxxxxxx 2019-cu il tarixdə İddiaçı ASC-nin həmin qərardaddan şikayəti məhkəməyə daxil olmuşdur. Lakin iddiaçı tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019- cı il tarixli, 2-2(085)-21/2019 saylı qərardadından verilmiş şikayət imzalanmadığından Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(085)-21/2019 saylı, 01.11. 2019-cu il tarixli qərardadı ilə İddiaçı ASC-nin Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cı il tarixli,2-2(085)-21/2019 saylı qərardadından verdiyi şikayət ərizəsi geri qaytarılmışdır və qərardad qanuni qüvvəyə minmişdir. Sonradan iddiaçı tərəfindən qətnamədən apelyasiya şikayəti verilmiş və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla qətnamənin ləğvi və iddia tələbinin tam təmin edilməsi xahiş edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 2(085)-21/2019 saylı, xx xxxxxxx 2019-cu il tarixli qərardadı artıq qanuni qüvvəyə minmiş, iddiaçı isə qərardaddan şikayət verilməsi üçün nəzərdə tutulmuş prosessual müddəti ötürdüyündən qətnamədən verdiyi apelyasiya şikayətində müvafiq məsələni yenidən mübahisələndirir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı tərəfindən iddia tələbinin artırılması hissəsində, yəni “7465.85 manat əsas borcun, 22 manat cərimənin Cavabdeh tutularaq İddiaçı ASC-ə ödənilməsi” hissəsində pretenziya qaydasına riayət olunmamışdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 259.0 və 259.0.1-ci maddələrinə əsasən məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərclərinin bölüşdürülməsi prinsipinə uyğun olaraq apellyasiya şikayətinin verilməsi üçün ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384.0.1, 393, 402, 403, 404, 405, 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı ASC tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli, 2-2(085)- 21/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş 15 manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Nazim Nəsibov Aqil Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar