Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-101/2024 20.08.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X1 ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)- 1281/2024 nömrəli qərardadı ilə həmin ərizə Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə əsasən ərizəçiyə geri qaytarılmış və eyni zamanda, ərizəçiyə “ərizənin qaytarılmasının – nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə müvafiq məhkəməyə müraciət etməyə mane olmaması” da izah edilmişdir (hakim Zülfüqar Sadiqov). Qərardadla razılaşmayan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilməsini və ərizənin icraata qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, yaranmış borc məbləği Dövlət Vergi Xidmətinin Lokal Gəlirlər Baş İdarəsində vergi ödəyicisi kimi qeydiyyatda olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Vergi Məcəlləsinin 65-ci maddəsinin tələbləri ilə müəyyən olunmuş müddətdə ödənilmədiyinə görə borcun ödənilməsini təmin etmək üçün vergi orqanı Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə ona verilmiş hüquqdan istifadə edərək borclu hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Lakin məhkəmə Vergi Məcəlləsinin yuxarıda qeyd olunan maddəsinin tələbini pozaraq ərizəyə mahiyyəti üzrə baxıb qərar qəbul etmək yerinə, ərizənin geri qaytarılması barədə qərardad qəbul etmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri məhkəmə tərəfindən pozulmuşdur. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun tələbi və məqsədinə əsasən yaşayış yeri üzrə qeydiyyata alınma halı yoxdursa həmin yer yaşayış yeri kimi hesab edilə bilməz. Göründüyü kimi məhkəmə tərəfindən qeyd edilən maddi hüquq norması tətbiq edilməli olduğu halda tətbiq edilməmişdir. Məhkəmə qərardadında maraqlı şəxsin ünvanının “ünvan 1rsə də, həmin ünvan fəaliyyətin göstərildiyi hüquqi ünvan olmaqla Maraqlı şəxs rəsmi qeydiyyatda olduğu ünvan “ünvan 4ommersiya Məhkəməsinin yurisdikasiyasına aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı(olduğu) yer üzrə verilir. Şəxsin yaşayış yeri və olduğu yerin anlayışı isə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsində verilmişdir. Azərbaycan Respublikası MülkiProsessual Məcəlləsinin 35.1, 35.3 və 39.1-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Qərarında qeyd olunur ki, Mülki prosessual qanunvericiliyin ərazi aidiyyətinə dair normalarından görünür ki, qanunvericinin ərazi aidiyyətinin müəyyənləşdirilməsində başlıca məqsədi, şəxslərin məhkəməyə əlçatanlığının, işlərə ağılabatan müddətdə baxılmasının, prosessual qənaət prinsipinin, ədalət mühakiməsinin səmərəliliyinin təmin edilməsidir. Belə olan halda da ərizəçi İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəni Sumqayıt Kommersiya Məhkəməsinə verməkdə haqlı olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 29 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)-1281/2024 nömrəli qərardadından şikayətinin təmin edilməməsi və həmin qərardadın qüvvəsində saxlanılması, Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli e-2-2(119)- 1281/2024 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən yazılı icraat qaydasında şikayətə baxılmasının mümkünlüyü barədə MPM-nin 263, 264, 366.3-cü maddələri rəhbər tutularaq qərardad qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Birinci instansiya məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadı onunla əsaslandırılmışdır ki, ərizədə Maraqlı şəxs ünvanı “ünvan 6yıt Kommersiya Məhkəməsinə verilmişdir. Lakin, həmin ünvan Maraqlı şəxs yaşadığı (olduğu) ünvan deyil, rəsmi qeydiyyatda olduğu ünvandır və o, həmin ünvanda yaşamır. Çünki, hazırkı ərizəyə əlavə edilmiş və Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də, maraqlı şəxsin icra orqanlarının rəhbəri olduğu vergi ödəyicisi olan Hüquqi şəxs haqqında Məlumatlarda (3 hüquqi şəxsə aid), maraqlı şəxsə ünvanlanmış Xəbərdarlıqda və digər sənədlərdə Maraqlı şəxs ünvanı “ünvan 10dur. Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Nərimanov rayonu ərazisində yaşadığı müəyyən olunur (maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir). Qeyd etmək lazımdır ki, maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir və ərizədə maraqlı şəxsin yaşamadığı qeydiyyat ünvanı göstərilsə də, onun faktiki yaşayış ünvanı göstərilməmişdir ki, bu halın özü də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinin tələblərinin pozulmasıdır. Halbuki, Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizələrə maraqlı şəxsin yaşamadığı qeydiyyat ünvanı ilə deyil, yaşayış ünvanı üzrə baxılır. Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan (poçt ünvanı) da göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Beləliklə də, yuxarıda təsvir olunanlardan görünür ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə görə “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğundan, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşaması təsdiq olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olması müəyyən olunmur. Əksinə, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərdə olan məlumatlarla müəyyən edilir ki, Maraqlı şəxs faktiki olaraq Bakı şəhəri, Nərimanov rayonu, Əhməd Rəcəbli küçəsi, ev 12, mənzil 2 ünvanında yaşayır və bu səbəbdən də, hazırkı ərizə ilə aidiyyatı üzrə yaşadığı yerin yurisdiksiyasının aid olduğu müvafiq kommersiya məhkəməsinə müraciət oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Məhkəmə kollegiyası ərizəçinin hazırkı şikayəti ilə bağlı qeyd edir ki, elektron məhkəmə informasiya sistemindən əldə edilmiş məlumatlara əsasən Maraqlı şəxs məcburi köçkün statusu olduğu müəyyən edildiyindən ərizəçi müvafiq ərizə ilə hazırda maraqlı şəxsin məcburi köçkün kimi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsi tərəfindən müvəqqəti rəsmi qeydiyyata alındığı ərazi üzrə müvafiq kommersiya məhkəməsinə müraciət edə bilər. Beləliklə də, yuxarıda şərh olunanlarla müəyyən olunur ki, Sumqayıt Kommersiya Məhkəməsi 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadı ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinin icraata qəbul edilmədən, ərizəçiyə geri qaytarılması tamamilə qanuni və əsaslı olmuşdur. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 398.0.1, 400 və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin olunmasın. Sumqayıt Kommersiya Məhkəməsinin 17 iyul 2024-cü il tarixli, e-2-2(119)-1281/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-101/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-101/2024
20.08.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver