Məhkəmə qərarları › İş №2-2(105)-102/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-102/2023

31.07.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-102/2023 31.07.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X1 və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X4 üzrə Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-552/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsindən maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Vergi və digər məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 2001-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: Xaçmaz rayonu, Xudat şəhəri, 1-ci şöbə massivi) icra orqanlarının rəhbəri olduğu hüquqi şəxslər “Vortex G.S" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 aprel 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 1,5 manat vergi borcu, İşsizlikdən Sığorta Fonduna 6,6 manat borcu, İcbari Tibbi Sığorta Fonduna 26,38 manat borcu, Dövlət Sosial Müdafiə Fonduna olan 165 manat borcunun, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 aprel 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 7745,18 manat məbləğində, Dövlət Sosial Müdafiə Fonduna 69,56 manat məbləğində, İcbari Tibbi Sığorta Fonduna 11,12 manat məbləğində, İşsizlikdən Sığorta Fonduna 2,78 manat məbləğində, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 aprel 2023cü il tarixinə hesablanmış dövlət büdcəsinə 5211,69 manat məbləğində vergi borcu, İşsizlikdən Sığorta Fonduna 6,26 (altı manat 26 qəpik) manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 25,02 məbləğində borcu, Dövlət Sosial Müdafiə Fonduna 156,47 manat məbləğində borcu, "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin 07 aprel 2023-cü il tarixinə hesablanmış dövlət büdcəsinə 2824,93 manat məbləğində vergi borcu, İşsizlikdən Sığorta Fonduna 3,33 manat məbləğində borcu, İcbari Tibbi Sığorta Fonduna 13,34 məbləğində borcu, Dövlət Sosial Müdafiə Fonduna 83,41 manat məbləğində borcu vardır və onlara həmin borclarının ödənilməsinə dair xəbərdarlıq edilmişdir.

Birinci instansiya məhkəməsindəki icraat

2. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri X4 üzrə Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 07 aprel 2023-cü il tarixinə hesablanmış hüquqi şəxslər “Vortex G.S" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 1,5 (bir manat 50 qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 6,6 (altı manat 60 qəpik) manat məbləğində borcunun İşsizlikdən Sığorta Fonduna, 26,38 (iyirmi altı manat 38 qəpik) məbləğində borcunun İcbari Tibbi Sığorta Fonduna, 165 (yüz altmış beş) manat məbləğində borcunun Dövlət Sosial Müdafiə Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7745,18 (yeddi min yeddi qırx beş manat 18 qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 2,78 (iki manat 78 qəpik) manat məbləğində borcunun İşsizlikdən Sığorta Fonduna, 11,12 (on bir manat 12 qəpik) məbləğində borcunun İcbari Tibbi Sığorta Fonduna, 69,56 (altmış doqquz manat 56 qəpik) manat məbləğində borcunun Dövlət Sosial Müdafiə Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 5211,69 (beş min iki yüz on bir manat 69 qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 6,26 (altı manat 26 qəpik) manat məbləğində borcunun İşsizlikdən Sığorta Fonduna, 25,02 (iyirmi beş manat 02 qəpik) məbləğində borcunun İcbari Tibbi Sığorta Fonduna, 156,47 (yüz əlli altı manat 47 qəpik) manat məbləğində borcunun Dövlət Sosial Müdafiə Fonduna və "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2824,93 (iki min səkkiz yüz iyirmi dörd manat 93 qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 3,33 (üç manat 33 qəpik) manat məbləğində borcunun İşsizlikdən Sığorta Fonduna, 13,34 (on üç manat 34 qəpik) məbləğində borcunun İcbari Tibbi Sığorta Fonduna, 83,41 (səksən üç manat 41 qəpik) manat məbləğində borcunun Dövlət Sosial Müdafiə Fonduna ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 2001-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

3. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-552/2023 nömrəli, 27 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) ərizənin təmin edilməsi, 07 aprel 2023-cü il tarixinə hesablanmış “Vortex G.S" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 1,5 (bir manat 50 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 6,6 (altı manat 60 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 26,38 (iyirmi altı manat 38 qəpik) məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 165 (yüz altmış beş) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 7745,18 (yeddi min yeddi qırx beş manat 18 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 2,78 (iki manat 78 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 11,12 (on bir manat 12 qəpik) məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 69,56 (altmış doqquz manat 56 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 5211,69 (beş min iki yüz on bir manat 69 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 6,26 (altı manat 26 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 25,02 (iyirmi beş manat 02 qəpik) məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 156,47 (yüz əlli altı manat 47 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və "X6" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 2824,93 (iki min səkkiz yüz iyirmi dörd manat 93 qəpik) manat məbləğində vergi borcu dövlət büdcəsinə, 3,33 (üç manat 33 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 13,34 (on üç manat 34 qəpik) məbləğində borcu İcbari Tibbi Sığorta Fonduna, 83,41 (səksən üç manat 41 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 2001-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni iş materiallarında olan ərizəyə əlavə edilmiş borc barədə məlumata, bildiriş və xəbərdarlıqlara istinad etməklə əsaslandırmışdır.

5. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4, 16.1.1, 23.1.15-3, Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12, 355-5.1, 355-7.4, 14.2, 88, 217.4cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.

6. Qətnamədən Maraqlı şəxs apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, rəsmi sənədlə qeyd edilən şirkətlərin icra orqanlarının rəhbəri olsa da, o sadəcə Elşad Şahgəldiyev və digər şəxslərə etibarnamə vermiş, o şəxslər tərəfindən bundan sonra onun adına şirkətlər yaradılmış və qanunsuz əməliyyatlar icra edilmişdir. Ona qarşı dələduzluq edilmişdir. Belə olan halda onun çıxışının bağlanması qanunsuzdur. Onun və digər vətəndaşların şikayətləri əsasında “Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində CM-nin 178.3.1, 193.2.3, 213.2.1 və 320.1-ci maddələri ilə cinayət işi açılmışdır. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin xx.xx.2023-cü il tarixli ona ünavnladığı cavab məktubunda da bu fakt öz əksini tapmışdır. Məktubda deyilir; X3 tərəfindən qanunsuz şirkətlərin yaradılması ilə bağlı müraciətə baxılmışdır. İdarənin İstintaq və Təhqiqat İdarəsində CM-nin 178.3.1, 193.2.3, 213.2.1 və 320.1-ci maddələri cinayət işinin istintaqı aparılmaqdadır. Hüquqlarını müdafiə etdiyi şəxs Maraqlı şəxs xarici səfərlər edən gəmidə işləyir və tez-tez ölkəyə daxil olur və ölkəni tərk edir. Belə olan halda avtomatik işsiz qalacaqdır. Vergi orqanı BMCMİ–də cinayət işi olduğunu bilə-bilə düzgün olmayan, məhkəməyə bu fakt barədə məlumat vermədən qətnamə çıxartdırmışdır. Həmçinin Sumqayıt Kommersiya Məhkəməsinin məhkəməyə çağırış məktubundan onlar qətnamə çıxdıqdan 4 gün sonra xəbər tutmuşlar. Poçt konvertindən görünür ki, Xudat Poçtuna hakimin məktubu xx.xx.2023-cü ildə daxil olmuşdur. Onlara isə 4 gün sonra poçt tərəfindən çatdırılmışdır. Belə olan halda Maraqlı şəxs məhkəmənin çağırışından xəbəri olmamışdır. Məhkəmə isə qətnamə çıxararaq hüquqlarını pozmuş, iştiraklarını təmin etmədən qərar çıxarmışdır. Bununla da prosessual pozuntuya yol vermişdir. Məhkəmə qeyri-mötəbər, ziddiyətli qətnamə yazmışdır. Baş Cinayətkarlıqla Mübarizə İdarəsinin məktubunu iştirakının təmin edilməməsi ilə əlaqədar olaraq təqdim edə bilməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Ərizəçi və maraqlı şəxsə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, iddiaçının iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikası Konstitusiyası Maddə 28. Azadlıq hüququ ... İİİ. Qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər.

Maddə 73. Vergilər və başqa dövlət ödənişləri. Qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur ...

11. Azərbaycan Respublikası Vergi Məcəlləsi Maddə 1.4. Vergi tutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. “Maddə 16. Vergi ödəyicisinin vəzifələri. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Maddə 23. Vergi orqanlarının hüquqları Maddə 23.1.15-3.Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanın hüququdur. Maddə 77. Vergi öhdəliyi 77.1. Vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. ...Maddə 77.3. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir ... Maddə 78. Vergi öhdəliklərinin yerinə yetirilməsi 78.1. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olubolmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. ... Maddə 88. Vergilər üzrə borcların ödənilməsi qaydası ...88.2. Məcburi dövlət sosial sığorta üzrə yaranmış borc aşağıdakı sıra qaydası ilə ödənilir: 88.2.1. cari rüb üzrə borc; 88.2.2. cari rübdən geriyə doğru (daha əvvəl yaranan borclar üzrə) yaranan borclar ardıcıl olaraq; 88.2.3. yaranma tarixi ardıcıllığı ilə hesablanmış faizlərin məbləği; 88.2.4. yaranma tarixi ardıcıllığı ilə tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. ...

12. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi Maddə 9. Azərbaycan Respublikası vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüququ Maddə 9.3.6-1-ci Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək - vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.

13. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 305. Məhkəmənin xüsusi icraat qaydasında baxdığı işlər 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: ...305.1.12. vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında; Fəsil 40-2. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat Maddə 355-5. Ərizənin verilməsi 355-5.1. Vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 355-7. Ərizəyə baxılması və qətnamənin qəbul edilməsi 355-7.4. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

14. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 16 iyun 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

15. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

16. Apellyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsi tərəfindən verilmiş hüquqi dəyərləndirmə ilə razılaşaraq qeyd edir ki, məhkəmə hazırki iş üzrə düzgün nəticəyə gəlimişdir.

17. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən maddi və prosessual hüquq normalarının pozuntusuna yol verilməmiş, iş üzrə sübutlar qiymətləndirilməklə düzgün nəticəyə gəlinmiş, qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar mövcud olmamışdır.

18. Apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Belə ki, maraqlı şəxs məhkəmə tərəfindən araşdırma aparılmadığına əsaslanmış, iştirakı təmin edilmədən qərar çıxarıldığını bildirmişdir. Maraqlı şəxsin vəkilinin məhkəmə kollegiyasına ünvanlanmış ərizəsi nəzərə alınaraq məhkəmə iclası təxirə salınmışdır, lakin növbəti məhkəmə iclasında da nə maraqlı şəxs, nə də vəkili iştirak etməmiş, apellyasiya şikayətinin dəlillərini təsdiq edəcək hər hansı sübutu məhkəmə kollegiyasına təqdim etməmişlər.

19. Kollegiya belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyildir.

20. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-552/2023 nömrəli, 27 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar