Məhkəmə qərarları › İş №2-2(105)-103/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-103/2020

30.09.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-103/2020 30.09.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər X6 və X7 ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi X8, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X3 tərəfindən verilmiş şikayətə 28 sentyabr-xx xxxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 nömrəli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X1 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı verilmiş “barışıq sazişinin ləğv edilməsi” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X3 xx xxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti və “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 28/2020 nömrəli iş üzrə xx xxxx 2020-ci il tarixli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddəti bərpa edərək, apelyasiya şikayətini mahiyyəti üzrə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi” barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 saylı qərardadı ilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 28/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi ilə əlaqədar iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X1 “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir.(hakim Z.Sadiqov) İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X3 Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 saylı qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, COVİD-19 pandemiyası səbəbi ilə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxx 2020-ci il tarixli 122 nömrəli qərarı ilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin dövründə iş rejiminin tənzimlənməsi barədə qaydalar müəyyən olunmuşdur. Həmin qərarın 1-ci bəndinə əsasən Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə ölkə ərazisində elan edilmiş xüsusi karantin dövründə (xx.xx.2020-xx.xx.2020) ölkə ərazisində xüsusi rejimli iş (əmək) rejimi tətbiq edilmişdir. Daha sonra xüsusi karantin rejimi 144 saylı qərar ilə xx xxx 2020-ci il saat 00:00- dək, ikinci dəfə isə xüsusi karantin rejiminin müddəti xx xxx 2020-ci il saat 00:00, xx xxxx 2020-ci il saat 00:00, xx xxxx 2020 saat 00-00 və xx xxxxxx 2020-ci il saat 00:00-dək uzadılmışdır. Qərardadda xüsusi olaraq göstərilmiş, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müəyyən olunmuş xx xxxxx 2020-ci il və xx xxx 2020-ci il tarixləri arasında və eləcə də ondan sonrakı dövr ərzində bank fəaliyyətini davam etdirən banklar müəyyən məhdudiyyətlərlə işləsələr də, LPO “xxxxxxxxx” ASC bank fəaliyyətini həyata keçirmədiyinə görə bu qayda ona aid edilməmiş, onun iş fəaliyyəti dayandırılmışdır. Belə olan təqdirdə iddiaçının elektron kabinetinə hüquq şöbəsinin əməkdaşları tərəfindən nəzarət oluna bilməmiş, eyni zamanda qətnamədən şikayətin yazılıb elekton kabinetə yüklənməsi mümkünsüz olmuşdur. “Covid-19” pandemiyası qlobal xarakter daşıyır və bütün dünyada müxtəlif istehsal, xidmət və s. sahələrin fəaliyyətinə mənfi təsir etmişdir. Ölkə ərazisində də bununla əlaqədar olaraq müxtəlif sahələr üzrə məhdudlaşdırmalar olmuşdur. Qeyd olunmalıdır ki, qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə maneə törətsin və ya məhdudiyyət yaratsın. Qeyd olunanlara əsasən hesab edirlər ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-28/2020 nömrəli qətnaməsindən şikayət verilməsi üçün müddətin ötürülməsi iddiaçıdan asılı olan səbəblərdən baş vermədiyinə görə üzrlü hesab edilməli və müddət bərpa olunmalıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X10 şikayəti müdafiə edib onun məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsi barədə yeni qərardad qəbul olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, pandemiya ilə əlaqədar işləməmişlər və bu səbəbdən şikayəti vaxtında verə bilməmişlər. Həmin dövrdə məhkəmələr işləmədiyindən və işlərə baxılmadığından, işə çıxmağa da lüzum olmamışdır. Sədrlik edənin suallarına cavab olaraq nümayəndə onu da bildirdi ki, may ayında 10 günə yaxın işləmişlər, lakin işlərin çoxluğu səbəbindən şikayəti vaxtında verməmişlər. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 şikayəti müdqəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı qətnamədən şikayət verilməsini ötürdüyünə görə şikayət əsassızdır, belə ki, xx xxxxx 2020-ci ildən xx xxx 2020-ci ilədək iddiaçının şikayət vermək hüququ olduğu halda, şikayət verməmişdir. İddiaçı may ayının iş günlərində şikayət verə bilərdi, lakin onu da etməmişdir. İddiaçı həmin iş üzrə nəzarəti gücləndirməli idi. Məhkəmə kollegiyası iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan RespublikasıMPM-nin 372.1-cimaddəsinəəsasənapelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. HəminMəcəllənin 372.7-cimaddəsinəgörəapelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş hallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olmuş e-2-2(119)-28/2020 nömrəli kommersiya işi üzrə iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X1 nümayəndəsi X8 da iştirak etdiyi xx xxxx 2020-ci ildə keçirilən yekun məhkəmə baxış iclasında Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qətnaməsi qəbul edilərək imzalanmış və həmin gün Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun tərtib edilmiş Qətnamədən Çıxarış proses iştirakçılarına, eləcə də iddiaçının nümayəndəsinə rəsmi qaydada təqdim edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)- 28/2020 nömrəli qətnaməsinin tam mətni isə xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmışdır. Həmin andan, yəni xx xxxxx 2020-ci ildə etibarən iddiaçı tərəf üçün apelyasiya şikayətinin verilməsi üçün müddət axımı başlanmışdır. Çünki, hazırkı iddia ərizəsi iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə məhkəməyə təqdim olunmuş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq iddiaçı tərəfə bütün məhkəmə sənədlərinin, eləcə də məlum qətnamənin göndərilməsi iddiaçının özü tərəfindən yaradılmış həmin kabinet vasitəsi ilə həyata keçirilmişdir. Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinə əsasən, Mülki-Prosessual Məcəllənin 10- 1.3cü və 10-1.4-cü maddələrində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. Beləliklə, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2- 2(119)- 28/2020 nömrəli qətnaməsinin tam mətni iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X3 tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə xx xxxxx 2020-ci ildə yerləşdirilərək imzalandığından, iddiaçı tərəfindən həmin tarixdə də rəsmən qəbul edilmiş hesab edilməlidir. Bu halda, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət bir ay sonra, yəni xx xxx 2020-ci il tarixində bitmiş olduğundan, məlum qətnamədən apelyasiya şikayəti həmin günədək verilə bilərdi. Buna baxmayaraq, iddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X1 həmin qətnamədən apelyasiya şikayəti xx xxxxxx 2020-ci ildə, yəni apelyasiya şikayəti verilmə müddətindən üç aydan çox müddət keçdikdən sonra “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə, Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və bununla da, həmin qətnamədən apelyasiya şikayəti verilməsiüçün nəzərdə tutulan prosessual müddət buraxılmışdır. İddiaçı hazırkı şikayətində apelyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını “COVİD-19 pandemiyası ilə əlaqədar xüsusi iş (əmək) rejiminin tətbiq edilməsi” ilə əsaslandırmış olsa da, həmin səbəb məlum müddətin üzürlü səbəblərə görə buraxılmasını təsdiq etmir. Çünki, iş üzrə elektron kabineti yaratmış iddiaçı üçün həmin elektron kabinet vasitəsi ilə də apelyasiya şikayətinin verilməsinə heç bir məhduduyyət olmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR : İddiaçı Ləğv prosesində olan “xxxxxxxxx” X9 ləğvedicisi X1 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-28/2020 saylı xx xxxxxx 2020ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Məhəmmədəli Rzayev Elman Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar