Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-106/2020 12.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-344/2020 nömrəli kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 344/2020 nömrəli qərardadından İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə icraat Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-344/2020 nömrəli qərardadı ilə dayandırılmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-344/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-344/2020 saylı xx xxxxxxxx 2020ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, qərardad qanunsuz və əsassızdır. Belə ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına https://president.az/articles/40509 əsasən Cəmiyyətin lizinq portfeli üzrə hüquq və öhdəliklərinin 6 (altı) ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, lizinq portfelinin aidiyyəti üzrə ötürülməsinin təhvil-təslimi başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə tərəf kimi çıxış edə bilər. Məhkəməiclasının vaxtıvəyeribarədəİddiaçı Açıq Səhmdar Cəmiyyəti lazımiqaydadaxəbərdar edilməsnə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, adı dəyişdirildiyi üçünhazırkı iddia ərizəsini vermiş İddiaçı Açıq Səhmdar Cəmiyyəti adlı hüquqi şəxs mövcud deyildir və onun əvəzində yaradılmış “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin isə qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəlikləri yoxdur. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış (Fərmanın 1-ci bəndi) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. (Fərmanın 2.2-ci bəndi) Göründüyü kimi, Fərmanla kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Lakin Fərmanın 3.1-ci bəndi ilə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər görülməsi; Fərmanın 4.1-ci bəndi ilə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması və Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi müəyyən olunmuşdur. Mövcud Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün artıq qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki,Fərmanın 2.2 və 3.1 bəndlərinin tələbləri nəzərə alınsa, hazırki vəziyyətdə Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyə ötürülməsi təmin edilənədək işə İddiaçı ASC-nin iştirakı ilə baxılması davam etdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki,İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 344/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, məhkəmə baxışının davam etdirilməsi üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 248-251, 263-264, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 344/2020 saylı qərardadıvə şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)- 344/2020 saylı qərardadı ləğv edilsin. Məhkəmə baxışının davam etdirilməsi üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-2(105)-106/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-106/2020
12.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver