Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-106/2022 17.10.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Mirzəzadə Bəhruz Fizuli oğlunun katibliyi, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2, Maraqlı şəxs və onun vəkili Vəkil iştirakları ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizəsinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2- 2(119)-1064/2022 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 20 aprel 2022-ci il tarixə hesablanmış “Şabran” Mənzil İstismar Sahəsinin 13002,10 (on üç min iki manat 10 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 0,33 (33 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə, 14,33 (on dörd manat 33 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 10,08 (on manat 08 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi - xx xxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2(119)-1064/2022 nömrəli qətnaməsi ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizənin təmin edilməməsi qət edilmişdir (hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2(119)-1064/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri mübahisənin mahiyyəti ilə bağlı olmuşdur. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməmiş, beynəlxalq hüquqi sənədlərin tələbləri kobud şəkildə pozulmuş, nəticədə işin mahiyyətinə uyğun olmayan tam əsassız qərar qəbul edilmişdir. Məhkəmə ərizəni təmin etməməklə, qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan maraqlı şəxslərin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Qanunvericlikdə borclu vergi ödəyicisi ilə bağlı vergi borcunun alınması üçün hər hansı tədbirlər görüldükdə, bununla yanaşı vergi orqanının ərizəsinə əsasən vergi borcunun ödənilməsinin təmin edilməsi üsulu kimi fiziki və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılmasının yolverilməzliyi ilə bağlı hər hansı müddəa nəzərədə tutulmamışdır. Qanunvericiliklə vergi borcunun alınması üçün vergi orqanlarına verilmiş hüquqlar siyahısında vaxtında öz vergi öhdəliklərini yerinə yetirməyən vergi ödəyicilərinin yaranmış vergi borclarının dövlət büdcəsinə daha tez ödənilməsinin təmin edilməsi nəzərdə tutulmuşdur. Vergi borcunun alınması üçün bir hüquqdan istifadə digər bir hüquqdan istifadəni edilməsini məhdudlaşdırmır. Vergi orqanı tərəfindən borcların ödənilməsi üçün qanunvericiliklə müəyyən edilmiş bütün hüquqlardan istifadə edilməsi Vergi Məcəlləsində nəzərdə tutulmuşdur. Məhkəmənin qeyd edilən qərarı isə vergi orqanının vergi borcunun alınması ilə bağlı nəzərdə tutulmuş hüquqlarının məhdudlaşdırılmasına gətirib çıxarmışdır. Göründüyü kimi, maraqlı şəxsin vergi borcu vergi öhdəliyi hesab olunur, həmin öhdəliyə xitam verilməmişdir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. İş üzrə vergi ödəyicisi olan “Şabran” Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fonduna xx.xx.2022-ci il tarixinə 9.163,21 manat məbləğində əsas və 5.061,52 manat faiz olan borcu, onun icra edilməmiş vergi öhdəliyini təşkil edir. Məhkəmənin, Maraqlı şəxs ölkədən getmək hüququnu müvəqqəti məhdudlaşdırmaması, “Şabran” Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fondu qarşısında olan mövcud vergi öhdəliyinin həmin vergi ödəyicisi tərəfindən bilavasitə icra edilməməsi ilə nəticələnəcəkdir. Birinci instansiya məhkəməsi tərəfindən Maraqlı şəxs rəhbəri olduğu “Şabran” Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fondu qarşısında olan mövcud vergi öhdəliyinin olması ilə bağlı bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, vergi ödəyicisinin bank hesabına sərəncamların qoyulması, həmin vergi ödəyicisinin dövlət qarşısında öhdəliyinin olmaması demək deyildir. Bank sərəncamları banklarda hesabları olan bütün borclu vergi ödəyicilərinin bank hesablarına qoyulmalıdır. Bu Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65-ci maddəsinin birbaşa tələbidir. Qeyd olunan hüquqi şəxsin icra orqanının rəhbəri olan və eyni zamanda hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbi isə vergi öhdəliyinin yerinə yetirilməsinin üsuludur. Bu mənada məhkəmə Maraqlı şəxs Mülki Prosessual 355-5 və 355-7-ci maddələrinin tələbləri çərçivəsində ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı qətnamə qəbul etməli idi. Məhkəmə kollegiyasının iclasında iştirak edən apellyasiya şikayəti vermiş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin nümayəndəsi Nümayəndə2 hazırki apellyasiya şikayətinin yalnız Şabran Mənzil İstismar Sahəsinin DSMF-yə olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə verildiyini bildirdi. Belə ki, maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılarkən özünün vergi öhdəlikləri üzrə borcunu tam ödəmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs və onun vəkili Vəkil apellyasiya şikayətinin dəlillərinin əsassız olduğunu bildirərək apellyasiya şikayətinin təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdilər. Məhkəmə kollegiyası iş materiallarını Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərinə müvafiq qaydada araşdıraraq, hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Şabran Mənzil İstismar Sahəsinin DSMF-yə olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair hissədə ləğv edilməli, iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli Qərarında göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsi prosessual hüquq normalarına riayət olunubolunmamasını apellyasiya şikayətinin obyektindən və predmetindən asılı olmayaraq yoxlayır. Belə ki, ərizənin məzmunu və iş materialları ilə müəyyən olunmuşdur ki, xx xxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs icra orqanının rəhbəri olduğu hüquqi şəxs Şabran Mənzil İstismar Sahəsinin 20 aprel 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 13002,10 manat məbləğində borcu, eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs özünün də (VÖEN **********) 20 aprel 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 0,33 manat məbləğində vergi borcu, Dövlət Sosial Müdafiə Fonduna 14,33 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 10,08 manat məbləğində borcu olmuşdur. Bu səbəbdən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Məhkəmə kollegiyası, ərizənin “hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) öz borclarının ödənilməməsi səbəbindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” hissəsinə qiymət verərək qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi düzgün olaraq vergi ödəyicisi olan fiziki şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, lakin iş materialları ilə müəyyən edilmişdir ki, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin hesabına 18 aprel 2022-ci il tarixlərində müvafiq olaraq 14,33 manat, 0,33 manat və 12,42 manat məbləğlərində olan borclarını tam olaraq ödəmişdir. Məhkəmə kollrgiyasının iclasında apellyasiya şikayəti vermiş ərizəçinin nümayəndəsi Nümayəndə2 Kamal oğlu hazırkı apellyasiya şikayətinin yalnız Şabran Mənzil İstismar Sahəsinin DSMF-yə olan borcunun ödənilməsini təmin etmək məqsədi ilə verildiyini bildirdi.Belə ki, maraqlı şəxs birinci instansiya məhkəməsində işə baxılarkən özünün vergi öhdəlikləri üzrə borcunu ödəmişdir. Bununla əlaqədar məhkəmə kollegiyası «Maraqlı şəxs icra orqanının rəhbəri olduğu Şabran Mənzil İstismar Sahəsinin 20 aprel 2022-ci il tarixə hesablanmış 13002,10 (on üç min iki manat 10 qəpik) manat məbləğində borclarının ödənilməməsi səbəbindən ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» hissəsinə qiymət verərək qeyd edir ki, Şabran Mənzil İstismar Sahəsi sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan fəaliyyətlə məşğul olduğundan həmin MKİS-in kommersiya fəaliyyəti ilə əlaqədar olmayan dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinə görə həmin orqanın rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə üzrə işə kommersiya məhkəmə icraatı qaydasında baxıla bilməz. Belə ki, Şabran Mənzil İstismar Sahəsinin (VÖEN **********) şəxsi hesab vərəqəsindən göründüyü kimi onun mülkiyyət növü dövlət mülkiyyəti, təşkilati hüquqi forması isə qeyri-kommersiya təşkilatıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 13-cü maddəsinə əsasən sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir. Bu səbəbdən Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi Şabran Mənzil İstismar Sahəsinin 20 aprel 2022-ci il tarixə hesablanmış 13002,10 (on üç min iki manat 10 qəpik) manat məbləğində borcun ödənilməsinin təmin edilməsi məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 25.1-ci maddəsinə görə, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. 26.1-ci maddəsinə görə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 26.2-ci maddəsinə görə kommersiya məhkəmələri bu Məcəllənin 40-5-ci fəslində nəzərdə tutulmuş işlərə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar olduqda bu Məcəllənin 35-ci və 40-2-ci fəsillərində nəzərdə tutulmuş işlərə və qanunla onların səlahiyyətlərinə aid edilən digər işlərə də baxırlar. 261.0.1-ci maddəsinə əsasən, iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir; 262.3-cü maddəsinə görə, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir; 384.0.5-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8-259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Bu Məcəllənin 259.0.11-ci maddəsində göstərilən əsaslar işə yalnız birinci instansiya məhkəməsində baxılarkən yarandığı halda tətbiq edilir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2(119)-1064/2022 nömrəli qətnaməsi qismən ləğv edilməli, iş üzrə icraata qeyd olunan hissədə kommersiya məhkəməsində baxılmalı olmadığından xitam verilməli, ərizəçiyə Şabran Mənzil İstismar Sahəsinin yaranmış borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Göstərilənlərə əsasən və MPM-in 263, 264, 384.0.5, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 iyul 2022-ci il tarixli, e-2-2(119)-1064/2022 nömrəli qətnaməsi apellyasiya şikayəti ilə mübahisələndirilən hissədə ləğv edilsin. Şabran Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsi üzrə işə kommersiya məhkəməsində baxılmalı olmadığından xitam verilsin. Ərizəçiyə izah edilsin ki, Şabran Mənzil İstismar Sahəsinin Dövlət Sosial Müdafiə Fonduna yaranmış borcunun ödənilməsinin təmin edilməsi məqsədilə həmin hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizə ilə aidiyyəti üzrə ümumi məhkəməyə müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-106/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-106/2022
17.10.2022 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver