Məhkəmə qərarları › İş №2-2(105)-108/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-108/2020

19.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-108/2020 19.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-605/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadından İddiaçı ASC tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Açıq Səhmdar Cəmiyyəti xx xxxxxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək, 8114 (səkkiz min yüz on dörd) manat əsas borc və 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-605/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı ASC-nin Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan İddiaçı ASC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı ASC-nin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2020-ci il tarixli 1137 nömrəli fərmanına əsasən cəmiyyətin lizinq portfeli üzrə hüquq və öhdəliklərinin 6 ay müddətində, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, lizinq portfelinin aidiyyəti üzrə ötürülməsinin təhvil-təslimi başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə tərəf kimi çıxış edə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi gəldiyini nəticəni onunla əsaslandırmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx xxxxxxxx 2020-ci il tarixində cavabdeh X1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsini İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş xx xxxx 2020-ci il tarixli etibarnamə əsasında nümayəndə Vəkil imzalamışdır. Lakin, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Yəni, hazırkı iddia ərizəsi tərtib edilərək məhkəməyə verilməmişdən əvvəl iddia ərizəsini imzalamış nümayəndəyə müvafiq etibarnaməni vermiş İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. Eləcə də, hal-hazırda “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin isə qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəlikləri yoxdur. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmaq olmaz. Belə ki, Azərbaycan Respublikası Prezidentinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış (Fərmanın 1-ci bəndi) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. (Fərmanın 2.2-ci bəndi) Göründüyü kimi, Fərmanla kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Lakin Fərmanın 3.1-ci bəndi ilə Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən tədbirlər görülməsi; Fərmanın 4.1-ci bəndi ilə isə Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi tərəfindən Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Agentliyin həyata keçirməsi ilə bağlı mövcud qalıq portfelinin və qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması və Fərmandan irəli gələn digər məsələlərin həll edilməsi müəyyən olunmuşdur. Mövcud Fərmanın 2.2-ci bəndində nəzərdə tutulan hüquq və öhdəliklərin altı ay müddətində Agentliyə ötürülməsi üçün artıq qüvvədə olan lizinq müqavilələri üzrə əmlakın idarə edilməsi, lizinq ödənişləri üzrə borcların yığılması Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə tapşırılmışdır. Məhkəmə kollegiyası hesab edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəliklərin Agentliyə ötürülməsi təmin edilənədək işə İddiaçı ASC-nin iştirakı ilə baxılması davam etdirilməli olduğundan, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılmalıdır. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, şikayət qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-624/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.1, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-605/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair xx xxxxxxxx 2020-ci il tarixli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsi məsələsinə yenidən baxılması üçün iş Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Hökümə Babayeva Zaur Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar