Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-109/2021 31.08.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Ağayev Rəşadət Əhməd oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı nümayəndəsi X2 və Cavabdeh vəkili X4 iştirakı ilə İddiaçı Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-395/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-395/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh (VÖEN **********) 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 2000 (iki min) manat məbləğində cərimə, hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 51927,90 (əlli bir min doqquz yüz iyirmi yeddi manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı 02 fevral 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı borcun tutulması tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 11 iyun 2020-ci il tarixli 20/29 saylı alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən yaranmış və ödənilməmiş 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borc, 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat məbləğində cərimə, 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu və hüquqi yardımla əlaqədar ödənilmiş 150 (yüz əlli) manat məbləğində xidmət haqqı olmaqla, ümumilikdə 56196,14 (əlli altı min yüz doxsan altı manat 14 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq, İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 02 fevral 2016-cı ildə təsis edilmişdir. İddiaçı MMC mineral gübrə və pestisidlərin, o cümlədən bitki mühafizə vasitələrinin Azərbaycan Respublikasına idxalını və satışını həyata keçirir. 11 iyun 2020-ci il tarixində İddiaçı ilə Cavabdeh arasında 20/29 saylı alğı-satqı müqaviləsi bağlanmışdır. Bu müqavilənin 1.1-ci maddəsinə əsasən İddiaçı MMC Cavabdeh malları satmağı, cavabdeh isə müqavilənin 5.1.1-ci maddəsinə əsasən malı qəbul edib, müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə, yəni hər ay bərabər hissələrlə 3 aydan gec olmayaraq malların dəyərini ödəməyi öhdəsinə götürmüşdür. Satılmış malların dəyəri cəmi 54747,90 manat olduğu halda, cavabdeh tərəfindən edilmiş 5000 manat ödənişdən başqa, heç bir ödəniş həyata keçirilməmişdir. Bu Müqavilənin 5.3-cü maddəsinə görə, ödənişin müqavilədə göstərilən qaydada həyata keçirilməməsi halında satıcı alıcıdan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. Müqavilənin bu bəndinə əsasən gecikdirilmiş məbləğ üçün cərimə 6268,24 (altı min iki yüz altmış səkkiz manat iyirmi dörd qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh İddiaçınə ödəməli olduğu borc məbləğinin həcmi 56016,14 (əlli altımin on altı manat on dörd qəpik) manat təşkil edir. Göstərilən borc məbləğinin ödənilməsi ilə bağlı cavabdehə 29 dekabr 2020-ci il tarixində AG-91/20 nömrəli pretenziya məktubu göndərilməsi və borcun ödənilməsi üçün 10 günlük vaxt təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir ödəniş olunmamışdır. Tərəflər arasında bağlanmış müqaviləyə əsasən tərəflərin hər ikisinin üzərinə düşən icra hərəkətləri olub. İddiaçı həmin hərəkətləri müqavilə ilə müəyyən edilmiş vaxtda və qüsursuz şəkildə yerinə yetirməsinə baxmayaraq, cavabdeh heç bir üzrlü səbəb olmadan qarşılıqlı olaraq öz üzərinə düşən öhdəliklərini yerinə yetirmir və yaranmış borcu qəsdən ödəmir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin təmin olunmayan hissədə ləğv edilməsini, iş üzrə icraata xitam verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə gedişində tərəfindən müqavilə üzrə öhdəliklərin icra edilməməsinin səbəbinin hal-hazırda pandemiya ilə əlaqədar olması və həmçinin də Rusiya dövləti tərəfindən sərhədlərin bağlanması nəticəsində fermerlərə böyük zərbə vurulması göstərilsə də, məhkəmə nəzərə almamışdır ki, həqiqətən də iflas olmuş fermerlər gübrənin dəyərini ödəyə bilmədiyi üçün onun qohum-əqrabadan əldə edilmiş əmlakları sataraq iddiaçıya ödəyəcəklərinə baxmayaraq, o vəziyyətdən istifadə edərək ödənişləri düzgün aparmaması onları ağır duruma salmışdır. Belə olan halda ekspertizanın keçirilməsi müqavilələr üzrə mütləqdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili X5 apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan satıcı İddiaçı ilə alıcı Cavabdeh (VÖEN **********) arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli alğı-satqı Müqaviləsinin 1.1-ci bəndinə əsasən, “Satıcı” “Alıcı”nı mütəmadi olaraq bu müqavilənin əlavələrində qeyd olunmuş məhsulla (bundan sonra “Mal”) təmin edir, “Alıcı” isə həmin malı qəbul edir və müqavilə ilə razılaşdırılmış qaydada və müddətdə malın dəyərini “Satıcı”ya ödəyir. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, malın növü, çeşidi, tərkibi, rəngi, digər əlamətləri və xarakterik xüsusiyyətləri əlavə razılaşma ilə müəyyən olunur. Həmin müqavilənin 5.1.1-ci bəndinə əsasən, malların ümumi dəyəri müqavilə bağlandıqdan etibarən hər ay bərabər hissə olmaqla 3 aydan gec olmamaq şərtilə ödənilməlidir. Həmin müqavilənin 5.2-ci bəndinə əsasən, “Satıcı” ödənişin təsdiqi olaraq “Alıcı’ya çek təqdim edir. Həmin müqavilənin 5.3-cü bəndinə əsasən, ödənişlərin bu müqavilənin 5.2-ci bəndində göstərilən qaydada həyata keçirilməməsi halında “Satıcı” “Alıcı”dan hər gecikdirilən gün üçün müqavilənin ümumi məbləğinin 0,1%-i miqdarında cərimə tələb edə bilər. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, ödənişlərin həyata keçirilməsi 1 (bir) aydan daha uzun müddətə gecikdirilməsi “Satıcı” tərəfindən müqaviləyə xitam verilməsi üçün əsasdır. İş materiallarında olan 11 iyun 2020-ci il tarixli 001 nömrəli X1 və 11 iyun 2020-ci il tarixli 071 nömrəli Qaimə-Fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 32099 manat məbləğində olmaqla, müxtəlif adda məhsulların (Nova Peak 0-52-34, Nova Mag-S, Nova Mag-N, Calsium Nitrate (Himdivison), Nova Map 12-61-0, Nova NK 13-0-46, Polyamix 18-18-18, Polyamix 20-20-20 və Nitric Acide 60%) satılması razılaşdırılmış və 11 iyun 2020-ci il tarixli 071 nömrəli Qaimə-Faktura əsasında həmin Razılaşmada sadalanan və ümumi qiyməti 32099 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 20 iyun 2020-ci il tarixli 002 nömrəli X1 və 20 iyun 2020-ci il tarixli 076 nömrəli qaimə-fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 2325 manat məbləğində məhsulun (Nitric Acide 60%) satılması razılaşdırılmış və 20 iyun 2020- ci il tarixli 076 nömrəli qaimə-faktura əsasında həmin razılaşmada sadalanan və ümumi qiyməti 2325 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 24 iyun 2020-ci il tarixli 003 nömrəli X1 və 24 iyun 2020-ci il tarixli 083 nömrəli qaimə-fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 1162,80 manat məbləğində məhsulun (Nitric Acide 60%) satılması razılaşdırılmış və 24 iyun 2020-ci il tarixli 083 nömrəli qaimə-faktura əsasında həmin razılaşmada sadalanan və ümumi qiyməti 1162,80 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 22 iyul 2020-ci il tarixli 004 nömrəli X1 və 22 iyul 2020-ci il tarixli 101 nömrəli qaimə-fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 9588 manat məbləğində məhsulların (Nova NK 13-0-46 və X7 CA) satılması razılaşdırılmış və 22 iyul 2020-ci il tarixli 101 nömrəli qaimə-faktura əsasında həmin razılaşmada sadalanan və ümumi qiyməti 9588 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 11 avqust 2020-ci il tarixli 005 nömrəli X1 və 14 avqust 2020-ci il tarixli 117 nömrəli qaimə-fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 2340 manat məbləğində məhsulun (Nova MAP 12-61-0) satılması razılaşdırılmış və 14 avqust 2020-ci il tarixli 117 nömrəli qaimə-faktura əsasında həmin razılaşmada sadalanan və ümumi qiyməti 2340 manat olan həmin məhsul alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 17 avqust 2020-ci il tarixli 006 nömrəli X1 və 17 avqust 2020-ci il tarixli 123 nömrəli qaimə-fakturadan görünür ki, satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 7232,50 manat məbləğində məhsulların (Terraflex 17-7-21+3MgO+TE və Terraflex 15-8-25+3.5MgO+TE) satılması razılaşdırılmış və 17 avqust 2020-ci il tarixli 123 nömrəli qaimə-faktura əsasında həmin razılaşmada sadalanan və ümumi qiyməti 7232,50 manat olan həmin məhsullar alıcı Cavabdeh tərəfindən təhvil alınmışdır. İş materiallarında olan 19 yanvar 2021-ci il tarixli AG-06/21 nömrəli maliyyə arayışında göstərilir ki, İddiaçı ilə Cavabdeh arasında 11 iyun 2020-ci il tarixində bağlanmış 20/29 nömrəli alğı-satqı müqaviləsinə və onun əlavələrinə əsasən ümumi dəyəri 54747,90 manat olan mallar sonuncuya satılmışdır. Lakin, cavabdeh tərəfindən qeyd olunan məbləğin cəmi 5000 manatı ödənilmiş, qalan 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğ isə ödənilməmişdir. Tərəflər arasında bağlanmış alğı-satqı müqaviləsinin 5.3-cü maddəsinə görə gecikdirilən hər gün üçün müqavilənin ümumi məbləğinin 0,1 %-i miqdarında cərimə tətbiq edilir ki, bu maddəyə əsasən hesablanmış cərimə məbləği 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat təşkil edir. Beləliklə, Cavabdeh 15 yanvar 2021-ci il tarixinədək İddiaçınə 49747,90 (qırx doqquz min yeddi yüz qırx yeddi manat 90 qəpik) manat məbləğində əsas borcu və gecikdirilmiş günlərə görə hesablanmış 6268,24 (altı min iki yüz altmış səkkiz manat 24 qəpik) manat məbləğində cərimə borcu vardır. İş materiallarında olan nağdsız ödəmə ilə əlaqədar tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli 006XOH********** nömrəli bank sənədi ilə müəyyən olunur ki, İddiaçı MMC tərəfindən nümayəndə - Bakı şəhəri 6 saylı Vəkil Bürosunun vəkili Vəkil hüquqi xidmətləri ilə əlaqədar Bakı şəhəri 6 saylı Vəkil Bürosunun bank hesabına 150 (yüz əlli) manat məbləğində pul ödənilmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 443.1, 445.1, 448, 600.1, 600.4-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, satıcı İddiaçı ilə alıcı Cavabdeh arasında bağlanmış 11 iyun 2020-ci il tarixli 20/29 nömrəli alğı-satqı müqaviləsi və həmin müqavilə üzrə imzalanmış 11 iyun 2020-ci il tarixli 001 nömrəli, 20 iyun 2020-ci il tarixli 002 nömrəli, 24 iyun 2020-ci il tarixli 003 nömrəli, 22 iyul 2020-ci il tarixli 004 nömrəli, 11 avqust 2020-ci il tarixli 005 nömrəli və 17 avqust 2020-ci il tarixli 006 nömrəli qiymətlərin razılaşdırılması protokollarına əsasən satıcı İddiaçı MMC tərəfindən alıcı Cavabdeh cəmi 54747,90 manat dəyərində mineral gübrə və pestisidlər, o cümlədən bitki mühafizə vasitələri satılmış olsa da, həmin pulun cəmi 49747,90 manat hissəsi alıcı (cavabdeh) tərəfindən satıcıya (iddiaçıya) ödənilməmişdir. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 49747,90 manat məbləğində əsas borcun və həmin borc üzrə ödənişin gecikdirildiyinə görə 15 yanvar 2021-ci il tarixinədək hesablanmış cəmi 6268,24 manat məbləğində cərimənin cavabdehdən tutulması xahiş olunmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək malı cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi vaxtında və lazımınca icra etməmişdir. Apelyasiya şikayətinin dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəf istinad etdiyi halları təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim etməmişdir. Halbuki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (Azərbaycan Respublikası MPM-nin 77.1 və 14.2. maddələri). Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-395/2021 saylı, 07 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-109/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-109/2021
31.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver