Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-11/2025 18.02.2025 SUMQAYIT APELLYASİYAMƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi X5 qızının katibliyi, İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 iştirakı ilə, İddiaçı Firmasının Cavabdehnə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 954/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Firması Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borcun tutularaq İddiaçı Firmasına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Firması buğda unları və digər məhsullarının satılması ilə bağlı bir neçə qurumlarla əməkdaşlıq edir. İddiaçı Firması və Cavabdeh arasında 25 sentyabr 2023-cü il tarixində 13/23 nömrəli alqı-satqı müqaviləsi imzalanmışdır. Müqavilə münasibətləri çərçivəsində icraçı müqavilələrə dair təqdim olunmuş hesablara əsasən sifarişçiyə malları təhvil vermiş, sifarişçi isə malları qəbul etmiş və əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öz öhdəsinə götürmüşdür. Müqavilənin 1-ci bəndinə əsasən firma hər dəfə sənədli şəkildə rəsmiləşdirməklə alıcıya buğda kəpəyini satmağı öhdəsinə götürmüşdür. Mövcud müqavilənin 9-cu bəndinə əsasən alıcı malın dəyərinin ödəmə müddəti 10 gün tamam olduqda, alıcı malın dəyərinin ödənilməsini öz üzərinə götürmüşdür. Lakin qeyd olunan müqaviləyə əsasən iddiaçının hüquqları pozulur. Müqavilənin 9-cu bəndinə əsasən Cavabdeh tərəfindən ödənilməmiş və yaranan ƏDV daxil 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat borc mövcuddur. Borcun ödənilməsilə bağlı Cavabdeh məsul şəxslərinə dəfələrlə şifahi müraciət edilməsinə baxmayaraq hər dəfə bir bahanə gətirilərək yaxın vaxtda ödənişlərin həyata keçiriləcəyi bildirilsə də, bu günədək heç bir real ödəniş və nəticə olmamışdır. Yuxarıda qeyd olunan 25 sentyabr 2023-cü il tarixili, 13/23 saylı alqı-satqı müqaviləsi üzrə iddiaçı tərəfindən firma olaraq həmin müqavilənin şərtlərinə əsasən üzərinə düşən bütün öhdəlik və vəzifələr vaxtında və dürüst şəkildə icra edilmişdir. Buna baxmayaraq Cavabdeh üzərinə düşən öhdəliyi yerinə yetirməmiş və yetirməkdən də imtina etməkdədir. Tərəflər arasında yaranmış mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi üçün qarşı tərəfə pretenziya məktubu göndərilmiş, lakin cavabdeh tərəfindən pretenziya məktubuna hər hansı cavab verilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 954/2024 nömrəli qətnaməsi ilə iddianın təmin edilməsi, Cavabdehndən ƏDV daxil olmaqla 74561 (yetmiş dörd min beş yüz altmış bir) manat məbləğində borcun tutularaq İddiaçı Firmasına ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 954/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilərək qətnamənin tamamilə ləğv edilməsi və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. APELLYASİYAŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə iclasında həm onlar tərəfindən, həm də “Neon Firması”nın satış meneceri tərəfindən bildirilmişdir ki, “Neon Firması”nın işçiləri Babək ilə, İsmayılla danışıblar. “Neon Firması” tərəfindən 14 mart 2024-cü il tarixində Nərimanov RPİ-ə ərizə ilə müraciət edilərək cinayət işinin başlanması xahiş edilmişdir. Nərimanov RPİ-də 22 mart 2024cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi şəxsin məhkəmədə verdiyi ifadəni deyil, polis bölməsində vermiş olduğu və “cinayət işinin başlanmasının rədd edilməsi barədə” qərarda göstərilən ifadəsini əsas götürmüşdür. Halbuki, Şahid8 məhkəmə iclasında ifadə verərkən bildirmişdir ki, polis bölməsində ona təzyiq olunmuş və iradəsi ziddinə ifadə alınmışdır. Həmçinin, onlar tərəfindən 22 mart 2024-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan məhkəmə nəzarəti qaydasında şikayət verilmiş, sözügedən qərarın ləğv edilməsi məhkəmədən xahiş edilmişdir. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş şahidlər Şahid1 və Şahid4 “Neon Firması” ilə hər hansı əlaqəsini təsdiq edən sənəd məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, şahidlər məhkəmədə əvvəlcədən əzbərlədikləri mətni səsləndirmişlər ki, bu da onların ifadələrinin həqiqiliyini şübhə altına almağa əsas verir. Elektron qaimələrlə bağlı məsələyə gəlincə İddiaçı Firması tərəfindən Cavabdehnə elektron qaimələrin göndərildiyi dövrdə cavabdehə məxsus Qusardakı yem zavodunun qapısı bağlı olmuş, mühasib zavodda olmadığı üçün həmin elektron qaimələr sistem tərəfindən avtomatik təsdiq edilmişdir. Daha sonra, Cavabdehin Bərdədə hər hansısa fəaliyyət göstərdiyi yer olmamışdır. Yəni sürücülərin Bərdəyə kəpək aparmasının, orada malların harasa təhvil verilməsinin heç bir əhəmiyyəti yoxdur. Birinci instansiya məhkəməsinin iclasında da sürücülər, yəni şahidlər ifadə verərkən bildirmişlər ki, onlar daha öncə də İsmayıldan müxtəlif sifarişlər qəbul etmiş və onları icra etmişlər. Hazırki sifariş də məhz onun tərəfindən verildiyindən göstərilən xidmətin Cavabdeh-ə aidliyini təsdiq edən heç bir sübut, material iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir. Bu da işdəki “sübutlar”ın mötəbərliyini şübhə altına alan məqam kimi çıxış edir. Məhkəmə isə, işdə olan natamam “sübutlar”ı əsas götürərək cavabdeh tərəfin qanuni mənafelərini pozmuşdur.Həmçinin hazırki mübahisənin əsaslanıldığı müqavilədə Cavabdeh tərəfinin iradə ifadəsi olmamışdır. Belə ki, müqavilədə “imza”sı olan Şahid8 həmin imzanın ona məxsus olmamasını, onun iradəsindən kənar imzalandığını bildirmişdir. Bu da dolayısı ilə, müqavilənin heç bir hüquqi qüvvəsinin olmamasını deməyə əsas verir. Birinci instansiya məhkəməsinin iclasında iştirak edən Cavabdeh əvvəlki qanuni təmsilçisi Şahid8 tərəflər arasında bağlanmış müqavilənin sonuncu tərəfindən imzalanmadığını bildirmişdir. Dolayısı ilə, həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ilə bağlı məsələ məhkəmənin diqqətinə çatdırılmışdır. Lakin, Sumqayıt Kommersiya Məhkəməsi bu barədə heç bir tədbir görməmiş, işin hərtərəfli, tam, obyektiv araşdırılmasını təmin etməmişdir. Müqavilənin saxta imza ilə imzalandığına aid hissədə iddiaçı tərəf müqavilədə yalnız imzanın deyil, həm də Cavabdeh MMC-ə aid möhürün olmasını bildirmiş, məhkəmə də o mülahizə ilə razılaşmışdır. Möhürün əlavə tələb olmasını, eyni zamanda imzanın saxta olmasını məhkəmə nəzərə almadan, mübahisəyə qeyri-ciddi yanaşaraq işə baxmışdır. İddiaçı Firması və Cavabdeh arasında 25 sentyabr 2023-cü il tarixində 13/23 nömrəli alqı-satqı müqaviləsi yazılı əqd olmuş, lakin səlahiyyətli şəxsə məxsus imza ilə təsdiq edilməmişdir. Müqavilənin formasına əməl edilmədiyindən, sözügedən müqavilə bağlanmamış hesab olunmalıdır. Qətnamədə qeyd edilir ki, İddiaçı Firması tərəfindən Cavabdehnə 2023-cü ilin sentyabr-oktyabr aylarında kəpək satılması və həmin malların Cavabdeh həmin vaxt fəaliyyət göstərdiyi yem zavoduna daşınması məhkəmə baxış iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Birinci instansiya məhkəməsinin iclasında ifadə vermiş şahidlər sonuncu iclasdakı ifadələrində bildirmişlər ki, mallar Qusara deyil, Bərdəyə aparılaraq “təhvil verilib”. Qeyd etmək lazımdır ki, Cavabdeh MMC-nin direktrou özü Qusarda olub, bundan əlavə şahidlər bildirir ki, malları təhvil verdikləri yerdə Cavabdeh MMC-nin adı yazılan kisələr görüblər. Kisələrin görünməsi həmin yerin Cavabdeh-ə aid olmasını sübut edə bilən fakt deyildir. Bundan başqa şahid qismində dindirilmiş sürücülərin “Neon Firması”-na aidiyyətini təsdiq edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Qeyd edilən mübahisə üzrə qarşı tərəf malların Cavabdeh MMC-yə təhvil verilməsi ilə bağlı təhvil -təslim aktı, üzləşmə aktı təqdim etməmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı Firmasının nümayəndəsi vəkil Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Mə hkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq Cavabdeh nümayəndəsi mə hkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, həmçinin sorğu əsasında tələb edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında materialı nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı Firması ilə alıcı Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli müqaviləyə əsasən satıcı firma hər dəfə sənədli şəkildə rəsmiləşdirilməklə alıcıya buğda kəpəyini satır, alıcı malları rəsmi qəbul etdiyi andan onların saxlanılması və mühafizəsi üçün maddiməsuliyyət daşıyır. Həmin müqavilənin: 3-cü bəndinə görə alıcı satıcının razılığı olmadan ona verilmiş malları dəyəri ödənilmədən başqasına verə bilməz. 6-cı bəndinə görə satış üçün verilmiş malların qiyməti qarşılıqlı razılaşma yolu ilə hər dəfə yazılmış qiymət razılaşma protokolu ilə və ya elektron qaimə əsasında müəyyən edilir. 7-ci bəndinə görə alınmış malların nəqliyyat xərcləri alıcıya aiddir. 8-ci bəndinə əsasən ödəmə alıcı tərəfindən malların dəyərini satıcıya məxsus hissəsini satıcının bank hesabına köçürməklə və ya nəğd şəkildə firmanın kassasına ödəməklə aparılmalıdır, eyni zamanda götürülmüş malların dəyəri öncədən də ödənilə bilər. 9-cu bəndinə görə malın dəyərinin ödəmə müddəti 10 gün tamam olduqda, alıcı malın dəyərinin ödənilməsini öz üzərinə götürür. İş materiallarından görünür ki, İddiaçı Firması tərəfindən Cavabdehnə 2825 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 014890 nömrəli, 2800 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 097364 nömrəli, 3000 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 158055 nömrəli, 3050 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 241728 nömrəli, 2780 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 252846 nömrəli, 2735 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 316679 nömrəli, 2950 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 346837 nömrəli, 2575 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 466353 nömrəli, 2805 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 445404 nömrəli, 2800 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 349332 nömrəli, 20000 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDP seriyalı 408731 nömrəli, 2377,05 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 371556 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 375933 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 402025 nömrəli, 3975 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 442674 nömrəli, 4237,35 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 453160 nömrəli, 3776,25 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023-cü il tarixli EBDQ seriyalı 478550 nömrəli, 3925,71 manat dəyərində mal satılması ilə əlaqədar xx.xx.2023- cü il tarixli EBDQ seriyalı 480083 nömrəli elektron qaimə -faktura təqdim olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinin 22 mart 2024- cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarından görünür ki, Nümayəndə3 74561 manat dəyərində satılmış buğda kəpəyinin borcunun Cavabdeh tərəfindən ödənilməməsi ilə bağlı şikayəti araşdırılmış, şikayət əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş və pul tələbi mülki xarakterli olduğundan Nümayəndə3 mülki qaydada məhkəməyə müraciət etməsi izah edilmişdir. Həmin araşdırma zamanı Şahid8 izahatında bildirmişdir ki, 29 sentyabr 2023-cü il tarixə qədər Cavabdehndə direktoru vəzifəsində işləmişdir. İddiaçı Firması tərəfindən 74000 manat dəyərində kəpək Cavabdehnə verilmiş və həmin kəpək cavabdeh tərəfindən yem istehsalında istifadə edilmişdir. Cavabdeh MMC-nin hazırkı təsisçisinin və direktorunun bu borcdan xəbəri vardır. İş materiallarında olan əmək müqaviləsində dəyişiklik edilməsi ilə bağlı və əmək müqaviləsinə xitam verilməsi ilə bağlı əmək müqaviləsi bildirişlərindən görünür ki, Şahid8 xx.xx.2022-ci il tarixdə Cavabdeh direktoru təyin edilmiş, xx.xx.2023cü il tarixdə onun əmək müqaviləsinə xitam verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixdə verilmiş kommersiya hüquqi şəxslərinin dövlət reyestrindən çıxarışa əsasən Cavabdeh əvvəlki qanuni təmsilçisi Şahid8 olmuşdur. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Cavabdeh təsis edildiyi vaxtdan 29 sentyabr 2023-cü il tarixədək həmin qurumun direktoru olmuşdur. O, direktor olmağına baxmayaq yalnız istehsalla məşğul olmuş, digər məsələlərlə Cavabdeh Bakı şəhərində yerləşən ofisi məşğul olmuş və müəssisənin möhürü də həmin ofisdə olmuşdur. Təxminən 2023-cü ilin iyul, avqust aylarında Cavabdehnə məxsus Cavabdeh zavodu işləməmiş və onda olan məlumata əsasən ofis başqa zavodlarla danışıb yem hazırlanmasını həmin zavodlarda həyata keçirmişdir. O, istehsalla məşğul olduğu üçün haradan-hara mal göndərildiyini, xammalın haradan alındığını bilməmiş, bu məsələlərlə Bakı şəhərində yerləşən ofis məşğul olmuşdur. Cavabdeh İddiaçı Firmasına borcu olması barədə Bakı şəhəri Nərimanov Rayon Polis İdarəsinə izahat vermək üçün getdikdə məlumatı olmuşdur. O, İddiaçı Firması ilə Cavabdeh arasında bağlanmış 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli müqaviləni imzalamadığını, müqavilənin bağlandığı tarixdə Qusar rayonunda olduğunu, həmin müqavilədəki möhürün Cavabdehnə məxsus olduğunu bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, 01 sentyabr 2023-cü il tarixdən 06 dekabr 2023-cü il tarixədək Cavabdehndə satış meneceri vəzifəsində işləmiş və yemlərin paylanması işi ilə məşğul olmuşdur. İddiaçı Firması tərəfindən Cavabdehnə buğda kəpəyi verilmişdir. Lakin həmin vaxt Cavabdehnə məxsus Qusar yem zavodu tam fəaliyyət göstərmədiyindən cavabdeh yem hazırlanmasını Bərdədə yem zavodunda həyata keçirmiş, buna görə İddiaçı Firması tərəfindən buğda kəpəyi Cavabdehnə istehsal olunması üçün Bərdədəki yem zavoduna göndərilmişdir. 2023cü ilin sentyabr-oktyabr aylarında Cavabdeh fəaliyyət göstərmiş, hətta "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə satılan ******* kq yemin 180000 kq hissəsi Cavabdeh tərəfindən verilmişdir. O, Cavabdeh İddiaçı Firmasına borcu olduğunu, lakin borcun məbləği barədə məlumatı olmadığını bildirmişdir. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş sürücü işləyən Şahid1 ifadəsində bildirmişdir ki, Məlik adlı sürücü tanışı ona İddiaçı Firmasından Cavabdehnə kəpək daşınmalı olduğunu demiş və o, təxminən 2023-cü ilin sentyabr ayında 4-5 dəfə İddiaçı Firmasından Cavabdeh MMC-yə kəpək daşımışdır. O, İddiaçı Firmasından kəpəyi Bərdə rayonu, Mehdili kəndində yerləşən zavoda aparmış və orada yem hazırlandıqdan sonra həmin yemi müxtəlif rayonlara daşımışdır. Daşıdığı yem kisələrinin üzərində Cavabdeh yazılmışdır. Birinci instansiya məhkəməsinin iclasında şahid kimi dindirilmiş sürücü işləyən Şahid4 ifadəsində bildirmişdir ki, Məlik adlı sürücü tanışı ona İddiaçı Firmasından Cavabdehnə kəpək daşınmalı olduğunu bildirmişdir. O, İddiaçı Firmasından kəpəyi Bərdə rayonu, Mehdili kəndində yerləşən zavoda daşımış və oradan kisələrin üzərində Cavabdeh yazılan yemi götürərək ayrı-ayrı rayonlara çatdırmışdır. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qeyd etmişdir ki, tərəflər arasında 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, iddiaçı tərəfindən müqavilədə nəzərdə tutulmuş buğda kəpəyi cavabdehə təhvil verilərək bununla bağlı elektron qaimə fakturalar göndərilmiş, lakin Cavabdeh tərəfindən malların dəyəri ödənilməmişdir. Buna görə İddiaçı Firması Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh apellyasiya şikayətinin dəlili kimi onun əvvəlki qanuni təmsilçisi Şahid8 imzasının həqiqiliyini mübahisələndirmişdir. Bununla əlaqədar birinci instansiya məhkəməsi imza əvvəlki qanuni təmsilçiyə məxsus olmasa da, möhürə münasibət bildirərək qeyd etmişdir ki, qanunvericilikdə imperativ tələb kimi nəzərdə tutulmamasına baxmayaraq, işgüzar dövriyyədə uzun illərdir formalaşmış təcrübəyə əsasən, hüquqi şəxslərin blank olmayan xarici sənədlərində, o cümlədən tərəfdaşlarla qarşılıqlı tərtib olunan çoxtərəfli sənədlərin (müqavilələr, aktlar və s.) üzərində, bir qayda olaraq, bu sənədə daha da rəsmi və mötəbər xarakter verilməsi, sənədi imzalayan şəxsin imzasının həqiqiliyinin təsdiqi üçün müvafiq vəzifəli şəxslərin, əməkdaşların imzaları ilə yanaşı, hüquqi şəxslərin möhürləri də vurulur. Bu, həm də ondan irəli gəlir ki, fiziki şəxslərdən fərqli olaraq hər bir hüquqi şəxsin öz möhürü vardır. Hüquqi şəxsin möhürü bu şəxsi digər hüquq şəxslərdən fərqləndirən əsas əlamətlərdən biridir. Buna görə sənədin (müqavilənin) möhürlə təsdiq edildiyini görən şəxs həmin sənədin mötəbərliyini və səlahiyyətli şəxs tərəfindən imzalandığını güman etməkdə haqlıdır. Çünki möhür adətən hüquqi şəxslərin konkret rəhbər vəzifəli şəxslərinə, yaxud maddi məsul şəxslərinə təhkim olunmaqla kənar (səlahiyyəti olmayan) şəxslərin girişi qadağan olunan qapalı yerlərdə (xüsusi möhürlənən şkaf, seyf və s.) saxlanılır və yalnız səlahiyyətli şəxslər tərəfindən bilavasitə və ya onların etibar etdikləri şəxslər tərəfindən istifadə olunur. Bundan başqa müqavilə imzalanan dövrdə cavabdehin möhürün oğurlandığı, itirildiyi, aidiyyəti dövlət orqanları tərəfindən götürüldüyü və ya maddi məsul şəxsin iradəsindən asılı olmayan səbəblərdən üçüncü şəxslərin əlinə keçdiyi və istifadə edildiyi işin materialları ilə müəyyən olunmur. Göstərilənlərə əsasən 25 sentyabr 2023-cü il tarixli, 13/23 nömrəli alqısatqı müqaviləsində müvafiq şəxsin imzası ilə yanaşı Cavabdeh möhürünün vurulması Cavabdeh MMC-nin rəhbərliyinin həmin müqavilədən məlumatlı olmasının, yaxud müqaviləni bəyənməsinin, orada göstərilənlərə etirazının olmadığının, habelə Cavabdeh MMC-nin adından müqaviləni imzalamış şəxsin səlahiyyətini təsdiq etdiyinin göstəricisi kimi qəbul olunmalıdır. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və həmçinin qeyd edir ki, Bakı şəhəri, Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin icraatında olmuş ünvan 1 ünvanda yaşayan X3 müraciəti əsasında toplanmış xx.xx.2024-cü il tarixli, HK-1/294 nömrəli material tələb edilmiş, həmin material kollegiya tərəfindən nəzərdən keçirilərkən müəyyən edilmişdir ki, Şahid8 özünün verdiyi 19 mart 2024-cü il tarixli izahatında borcun olduğunu “Neon Firması”nın Cavabdeh MMC-yə rəsmi qaydada 74.000 manatlıq kəpək verdiyini, həmin kəpəyin cavabdeh tərəfindən istifadə edildiyini, buna görə cavabdehin borcu bağlayacağını bildirərək etiraf etmiş və imzası ilə təsdiq etmişdir. Bundan əlavə birinci instansiya məhkəməsi qeyd etmişdir ki, İddiaçı Firması tərəfindən Cavabdehnə ümumilikdə 74561,36 manat dəyərində buğda kəpəyi satılması ilə əlaqədar xx.xx.2023-xx.xx.2023-cü il tarixlərdə 18 ədəd elektron qaimə -faktura göndərilmişdir. Mal təhvil verilmədiyi halda cavabdeh iddiaçı tərəfindən ona göndərilmiş elektron qaimə -fakturaları təsdiqləməkdən qanunla müəyyən edilmiş 5 gün müddətində imtina edər və ən azı həmin qaimələrə etirazını bildirə, yaxud hər hansı dəqiqləşdirilmə apara bilərdi. Lakin hazırkı işdə bu hal mövcud deyildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektron qaimə -fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın 3.9-cu bəndinə görə, ƏDV ödəyicisi olan şəxslər tərəfindən elektron qaimə faktura təqdim olunduqdan 5 (beş) gün müddətində hər hansı dəqiqləşdirilmiş əməliyyat aparılmadıqda, təqdim edilmiş elektron qaimə fakturaya əsasən Azərbaycan Respublikası Vergilər Nazirliyinin proqram təminatı vasitəsilə həmin vergi ödəyicisi üçün avtomatik elektron vergi hesab-fakturası hazırlanaraq aidiyyəti üzrə təqdim olunur. Bundan başqa İddiaçı Firması tərəfindən Cavabdehnə 2023-cü ilin sentyabr-oktyabr aylarında kəpək satılması və həmin malların Cavabdeh həmin vaxt fəaliyyət göstərdiyi yem zavoduna daşınması birinci instansiya məhkəməsinin baxış iclasında dindirilmiş şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Həmçinin kollegiya qeyd edir ki, cavabdeh apellyasiya şikayəti ilə mübahisələndirdiyi dəlilləri sübut edən hər hansı sübutetmə vasitəsini məhkəməyə təqdim etməmiş, dəfələrlə məhkəmə iclasları təxirə salınsa da məhkəmə iclaslarında iştirak etməmişdir. Yalnız xx.xx.2025-ci il tarixdə məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. 567-ci madəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri formal mülahizələrə əsaslandığı üçün əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 954/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-11/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-11/2025
18.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver