Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-113/2025 15.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası – hakimlər X1 (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əmirxanlı Mehman Əmirxan oğlunun katibliyi, İddiaçı vəkili-nümayəndəsi Vəkil1, Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-718/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-718/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh 36756 manat əsas borc, 500 manat cərimə və ödənilmiş 201,77 manat dövlət rüsumunun əvəzi olmaqla, cəmi 37457,77 manat (otuz yeddi min dörd yüz əlli yeddi manat yetmiş yeddi qəpik) məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim İslam Əliyev). Qətnamədən Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmişdir. İşin halları İddiaçı Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə 36756 manat məbləğində əsas borc və 87645 manat məbləğində cərimənin, habelə iş üzrə ödənilmiş 415 manat məbləğində dövlət rüsumu əvəzinin Cavabdeh tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə bağlanmışdır. Həmçinin həmin alqı-satqı müqaviləsinə dair 14 ədəd əlavə razılaşma mövcuddur. 03 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə iddiaçı tərəfindən 01 saylı əlavə razılaşmaya əsasən 1181 (bir min bir yüz səksən bir) manat dəyərində mal 03 aprel 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 03 aprel 2023-cü il tarixli 02 saylı əlavə razılaşmaya əsasən 390 (üç yüz doxsan) manat dəyərində mal 03 aprel 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 10 may 2023-cü il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 17640 (on yeddi min altı yüz qırx) manat dəyərində mal 10 may 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 24 may 2023-cü il tarixli 04 saylı əlavə razılaşmaya əsasən 2205 (iki min iki yüz beş) manat dəyərində mal 24 may 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 06 iyul 2023-cü il tarixli 05 saylı əlavə razılaşmaya əsasən 7800 (yeddi min səkkiz yüz) manat dəyərində mal 06 iyul 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 03 avqust 2023-cü il tarixli 06 saylı əlavə razılaşmaya əsasən 14700 (on dörd min yeddi yüz) manat dəyərində mal 03 avqust 2023cü il tarixli təhvil-təslim aktı ilə, 29 noyabr 2023-cü il tarixli 07 saylı əlavə razılaşmaya əsasən 735 (yeddi yüz otuz beş) manat dəyərində mal 29 noyabr 2023-cü il tarixli təhviltəslim aktı ilə, 25 dekabr 2023-cü il tarixli 08 saylı əlavə razılaşmaya əsasən 294 (iki yüz doxsan dörd) manat dəyərində mal 25 dekabr 2023-cü il tarixli təhvil-təslim aktı ilə, 09 fevral 2024-cü il tarixli 09 saylı əlavə razılaşmaya əsasən 184 (bir yüz səksən dörd) manat dəyərində mal 09 fevral 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 04 aprel 2024-cü il tarixli 10 saylı əlavə razılaşmaya əsasən 92 (doxsan iki) manat dəyərində mal 04 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 08 aprel 2024-cü il tarixli 11 saylı əlavə razılaşmaya əsasən 1840 (bir min səkkiz yüz qırx) manat dəyərində mal 08 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 09 aprel 2024-cü il tarixli 12 saylı əlavə razılaşmaya əsasən 1440 (bir min dörd yüz qırx) manat dəyərində mal 09 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, 18 aprel 2024-cü il tarixli 13 saylı əlavə razılaşmaya əsasən 736 (yeddi yüz otuz altı) manat dəyərində mal 18 aprel 2024-cü il tarixli təhvil-təslim aktı ilə, beləliklə cəmi 49237 (qırx doqquz min iki yüz otuz yeddi) manat dəyərində mal cavabdehə təhvil verilmişdir. Həmçinin cavabdeh, tərəflər arasındakı xx.xx.2024-cü il tarixli, 14 saylı əlavə razılaşmaya əsasən və ödəniş cədvəli üzrə İddiaçınə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində yaranmış borcunu 3 (üç) ay ərzində - may ayı üçün 15000 (on beş min) manat, iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manat və iyul ayı üçün 10000 (on min) manat ödəməyə öhdəlik götürmüş və öz imzası ilə təsdiq etmişdir. 1 yanvar 2023cü il – 3 may 2024-cü il dövrlərini əhatə edən 05 may 2024-cü il tarixli qarşılıqlı üzləşmə aktına əsasən də müəyyən olunmuşdur ki, cavabdehin İddiaçınə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat borcu vardır. Əlavə olaraq, sözügedən borcun gecikdirilməsinə görə cərimə məbləği ümumi 87645 (səksən yeddi min altı yüz qırx beş) manat təşkil edir. Belə ki, bu cərimə 3 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqaviləyə xx.xx.2024-cü il tarixli 14 saylı Əlavə razılaşmada cavabdehin öhdəsinə götürdüyü müddətlərə görə aşağıdakı qaydada hesablanmışdır: 1) 2024-cü ilin may ayı üçün 15000 (on beş min) manata münasibətdə - xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 39750 (otuz doqquz min yeddi yüz əlli) manat; 2) iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manata münasibətdə xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 27495 (iyirmi yeddi min dörd yüz doxsan beş) manat və 3) iyul ayı üçün 10000 (on min) manata münasibətdə - xx.xx.2024-cü ildən başlayaraq 1 mart 2025-ci ilədək gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində - 20400 (iyirmi min dörd yüz) manat. İddiaçı tərəfindən borcun və borcun gecikdirildiyi hər gün üçün ödənilməmiş məbləğin 1%-i həcmində cərimənin ödənilməsi ilə bağlı dəfələrlə şifahi və yazılı müraciətlər edilmiş, həmçinin xx.xx.2025-ci il tarixdə borcun qalan hissəsinin və cərimənin ödənilməsi ilə bağlı pretenziya məktubu göndərilmişdir. Cavabdeh pretenziya məktubunu cavabsız qoymuş, müvafiq ödənişləri həyata keçirməmişdir. Ona görə də hazırkı iddia tələbi ilə məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə yuxarıda qeyd olunan qətnaməni qəbul etmişdir. Həmin qətnamə ilə razılaşmayan Cavabdeh ondan apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və proses iştirakçılarının dəlilləri Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçı müqavilə üzrə öz üzərinə düşən öhdəliyi icra etməmişdir. Belə ki, tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndində göstərilir ki, satıcı alıcıya e-qaimə təqdim etməlidir. Həmin müqavilənin 2.3.1-ci bəndində deyilir ki, əlavə razılaşmada göstərilən malların dəyərini razılaşma bağlandıqdan və satıcı tərəfindən hesab-faktura təqdim edildikdən 1 gün sonra ödəmək alıcının vəzifəsidir. Göstərilən sənədlər satıcı tərəfindən alıcıya təqdim olunmamışdır ki, bu da müqavilə şərtlərinin satıcı tərəfindən qəsdən pozulması deməkdir. Təəssüf ki, işə baxan məhkəmə bu hala düzgün qiymət verməmişdir. Birinci instansiya məhkəməsi iddiaçının mənafeyini müdafiə etmiş və sonda doğru olmayan qətnamə qəbul etmişdir. Məhkəmə faktlara deyil, iddiaçının fikirlərinə istinad etmiş və sonda tərəflər arasındakı münasibətlərə uyğun olmayan bir qətnamə qəbul etmişdir. Çox təəssüf ki, iddiaçı tərəfindən məhkəməyə istinad etdiyi halları sübut edə biləcək hər hansı bir sənədin təqdim edilməməsinə baxmayaraq, məhkəmə bu hala düzgün qiymət verməmişdir. Apellyasiya baxışı iclasında iştirak edən Cavabdeh vəkili-nümayəndəsi Vəkil2 apellyasiya şikayətini müdafiə edərək izahatında bildirdi ki, müqavilənin şərtləri satıcı, yəni iddiaçı tərəfindən pozulmuşdur. Tərəflər arasında bağlanmış müqavilənin 2.2.2-ci bəndində göstərilir ki, satıcı alıcıya elektron qaimə təqdim etməlidir. Müqavilənin 2.3.1-ci bəndində deyilir ki, əlavə razılaşmada göstərilən malların dəyərini razılaşma bağlandıqdan və satıcı tərəfindən hesab-faktura təqdim edildikdən 1 gün sonra ödəmək alıcının vəzifəsidir. Lakin həmin sənədlər alıcıya təqdim edilmədiyindən cavabdeh tərəfindən ödəniş icra edilməmişdir. Ona görə də hesab edir ki, qeyd olunan hal birinci instansiya məhkəməsi tərəfindən nəzərə alınmadığından qətnamə ləğv olunmalıdır. Bundan başqa, cavabdeh tərəfindən satılmış mallara görə iddiaçının hesabına 21.000 manat pul köçürülmüş, bəzi alıcılar malları cavabdehdən aldıqları halda pulu iddiaçını təmsil edən fiziki şəxsin adına olan bank kartına ödəmişlər, lakin cavabdeh həmin ödənişlərə dair sənədlər təqdim edə bilmədiyindən borc kimi üzərində qalmışdır. Apellyasiya baxışı iclasında iştirak edən İddiaçı vəkili-nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə etiraz edərək bildirdi ki, tərəflər arasında 13 əlavə razılaşma bağlanmış və həmin razılaşmalar üzrə malların cavabdehə verilməsi barədə təhvil-təslim aktları mövcuddur. Əgər cavabdeh aldadılmışdırsa yeni müqavilə bağlamazdı. Cavabdeh kommersiya fəaliyyəti ilə məşğuldur, qeyri-mümkündür ki, həmin şəxs sənədlər əsasında aldadılsın. Cavabdehdən müxtəlif vaxtlarda pul tələb edilmiş, lakin ödəniş icra edilmədiyindən məhkəməyə müraciət olunmuşdur. Qeyd olunanlara əsasən hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini araşdırıb, iş üzrə tədqiq edilən sübutlara tətbiq edilməli hüquq normaları baxımından qiymət verib bu nəticəyə gəlir ki, Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-718/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Hüquqi məsələlər və apellyasiya instansiyası məhkəməsinin mövqeyi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Mülki Prosessual Məcəllənin 217-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə (hаkim) öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq olunmuş sübutlаrlа əsаslаndırır. Hazırkı işin materiallarında olan “satıcı” qismində İddiaçı ilə “alıcı” qismində Cavabdeh arasında bağlanmış “Bitki mühafizə vasitələrinin satışına dair” xx.xx.2023-cü il tarixli 03042023 nömrəli müqaviləyə əsasən, satıcı bu müqavilə ilə müəyyən edilmiş malları razılaşdırılmış keyfiyyətdə, qiymətə və çeşiddə alıcıya satmağı, alıcı isə təqdim edilmiş malların bu müqavilə ilə müəyyən olunmuş dəyərini satıcıya ödəməyi öhdələrinə götürmüşlər. Müqavilənin 1.2-ci bəndinə əsasən, hazırkı müqavilə qüvvədə olduğu müddətdə malların sifarişi müqavilənin ayrılmaz tərkib hissəsi olan əlavə razılaşmalar bağlanılmaqla həyata keçiriləcəkdir. Həmin müqavilənin 2.2.3-cü bəndinə əsasən, müqavilənin 2.3.1-ci bəndində göstərilən müddətdə təqdim edilmiş malların dəyəri alıcı tərəfindən ödənilmədikdə gecikdirilmiş hər gün üçün ödənilməmiş məbləğin 1%-i həddində cərimə ödənilməsini tələb etmək satıcının hüququdur. İş materiallarından görünür ki, 3 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə xx.xx.2023-cü il tarixli 01 saylı əlavə razılaşmaya əsasən 1181 manat dəyərində mal (bitki mühafizə vasitələri – dərman preparatları) xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 02 saylı əlavə razılaşmaya əsasən 390 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 03 saylı əlavə razılaşmaya əsasən 17640 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 04 saylı əlavə razılaşmaya əsasən 2205 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 05 saylı əlavə razılaşmaya əsasən 7800 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 06 saylı əlavə razılaşmaya əsasən 14700 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 07 saylı əlavə razılaşmaya əsasən 735 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2023-cü il tarixli 08 saylı əlavə razılaşmaya əsasən 294 manat dəyərində mal xx.xx.2023-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli 09 saylı əlavə razılaşmaya əsasən 184 manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli 10 saylı əlavə razılaşmaya əsasən 92 manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli 11 saylı əlavə razılaşmaya əsasən 1840 manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli 12 saylı əlavə razılaşmaya əsasən 1440 manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, xx.xx.2024-cü il tarixli 13 saylı əlavə razılaşmaya əsasən 736 manat dəyərində mal xx.xx.2024-cü il tarixli təhvil-təslim aktı ilə, beləliklə də xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək ümumilikdə 49237 (qırx doqquz min iki yüz otuz yeddi) manat dəyərində mal satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) təhvil verilmişdir. İş materiallarında olan 3 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə xx.xx.2024-cü il tarixli 14 saylı əlavə razılaşmadan görünür ki, Cavabdeh bu əlavə razılaşmaya əsasən və ödəniş cədvəli üzrə İddiaçı MMC-yə 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində borcunu 3 (üç) ay ərzində - may ayı üçün 15000 (on beş min) manat, iyun ayı üçün 11756 (on bir min yeddi yüz əlli altı) manat və iyul ayı üçün 10000 (on min) manat olmaqla ödəməyi öhdəsinə götürmüş və öz imzası ilə təsdiq etmişdir. İş materiallarında olan “Qarşılıqlı üzləşmə aktı” ilə Cavabdeh 01 yanvar 2023-cü il - 03 may 2024-cü il tarixlərini əhatə edən dövr üzrə İddiaçı MMC-yə 36756 manat məbləğində borcunun olduğu təsdiqlənmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448.1 və 448.2-ci maddələrinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. İşin müəyyən olunmuş hallarından görünür ki, iddiaçı ilə cavabdeh arasında “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə bağlanılmış, bununla tərəflər arasında alğı-satqı müqaviləsindən irəli gələn öhdəlik münasibətləri yaranmış, müqavilə öhdəliklərinə uyğun olaraq satıcı qismində olan iddiaçı həmin müqavilənin predmetini təşkil edən malları (bitki mühafizə vasitələri – dərman preparatlarını) cavabdehin mülkiyyətinə vermiş, alıcı qismində iştirak edən cavabdeh isə müqavilə öhdəliklərinə riayət etməyərək həmin malların dəyərini iddiaçıya tam ödəməmiş, nəticədə cavabdehin iddiaçıya 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində borcu yaranmışdır. İddiaçı tərəfindən cavabdehə mal verilməsi (satılması) hər dəfə tərəflər arasında əlavə razılaşma bağlanmaqla və təhvil-təslim aktı tərtib olunmaqla rəsmiləşdirilmişdir. Həmin sənədlərdən görünür ki, xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək satıcı (iddiaçı) tərəfindən alıcıya (cavabdehə) ümumilikdə 49237 (qırx doqquz min iki yüz otuz yeddi) manat dəyərində mal təhvil verilmiş, 36756 (otuz altı min yeddi yüz əlli altı) manat dəyərində malın pulu ödənilməmişdir. Cavabdeh iddiaçıya olan borcunu aralarında tərtib olunmuş üzləşmə aktını imzalamaqla təsdiqləmiş, eyni zamanda tərəflər arasında bağlanmış xx.xx.2024-cü il tarixli 14 saylı əlavə razılaşmaya əsasən iddiaçı cavabdehə borcu 3 ay ərzində hissə-hissə ödəməyə şərait yaratmış, cavabdeh də borcunu 3 ay ərzində ödəniş şərtinə uyğun olaraq verməyi, əks təqdirdə əsas borcla yanaşı gecikdirilmiş müddət üçün cərimə də ödəməyi öhdəsinə götürmüşdür. Lakin cavabdeh yenə də öhdəliklərini yerinə yetirmədiyindən iddiaçı pul (borc) tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh iddiaçıdan aldığı malları ayrı-ayrı alıcılara (istifadəçilərə) satdığını və həmin alıcıların əksər hallarda malın pulunu birbaşa iddiaçıya (iddiaçının qanuni təmsilçisinin bank kartına) ödədiyini bildirsə də, lakin məhkəməyə bu dəlillərini təsdiqləyən hər hansı sübut təqdim edə bilməmişdir. Digər tərəfdən, cavabdehin malı ondan alan ayrıayrı şəxslərin malın pulunu ona deyil, iddiaçıya (yaxud iddiaçının qanuni təmsilçisinə) ödəmələri barədə dəlilləri ağlabatan və inandırıcı görünmür. Hazırda cavabdehin tələb olunan pulu ödəməməsinin səbəbi kimi iddiaçı tərəfindən satılmış malların ödənişi üçün ona elektron hesab-fakturaların təqdim edilməməsini bildirməsi də başa düşülən dəlil deyildir. İddiaçı tərəfindən elektron hesab-fakturalar təqdim edilməsə belə, cavabdeh aldığı malların haqqını ödəmək istəsəydi, ödənişi tərəflər arasında bağlanan əlavə razılaşmalar və malların faktiki verilib-alınması barədə tərtib olunan təhvil-təslim aktları əsasında da icra edə bilərdi. Yaxud, cavabdeh elektron hesabfaktura təqdim olunmadan ödəniş etmək istəmirdisə, onda iddiaçıya hesab-faktura təqdim etməyi xatırlada və təklif edə bilərdi. Lakin hesab-fakturanın təqdim olunmaması ödənişdən imtina edilməsi üçün qanuni əsas deyildir. Ona görə də iddiaçı tərəfindən satılan malların ödənişi üçün cavabdehə elektron hesab-fakturaların təqdim olunmaması sonuncunun həmin malların dəyərini ödəməməsinə haqq qazandırmır. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış “Bitki mühafizə vasitələrinin satışına dair” 03 aprel 2023-cü il tarixli 03042023 nömrəli müqavilə üzrə cavabdehin iddiaçıya 36756 (otuz altı min yeddi yüz əlli altı) manat məbləğində əsas borcunun yaranması və həmin borcun indiyədək ödənilməməsi işdə olan sübutlarla kifayət qədər təsdiqini tapır; iddiaçının bununla bağlı olan tələbi əsaslıdır. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərək, iddiaçının xeyrinə cavabdehdən 36756 manat məbləğində əsas borcun və 500 manat məbləğində cərimənin tutulmasını qət etmişdir. İddiaçı məhkəmənin qətnaməsini mübahisələndirməmiş və iddianın təmin olunmuş həcmi ilə razılaşmışdır. Cavabdeh isə qətnamədən iddiaya qarşı etiraz və izahatının dəlilləri ilə eyni məzmunlu olan apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası həmin dəlilləri iş materialları əsasında bir daha araşdıraraq onlara tətbiq edilməli hüquq normaları baxımından qiymət vermişdir. Kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız və qəbulolunmazdır. Ona görə də apellyasiya şikayəti təmin edilməməlidir. Beləliklə, məhkəmə kollegiyasının qənaətincə, birinci instansiya məhkəməsi işin faktiki halları və tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, maddi hüquq normalarını düzgün tətbiq etmiş və prosessual hüquq normalarının pozuntusuna yol verməmişdir. Məhkəmənin qətnaməsi qanuni və əsaslıdır. Ona görə də məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli və iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)-718/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 385, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2-2(119)- 718/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Hazırkı qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxslər tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-113/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-113/2025
15.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver