Məhkəmə qərarları › İş №2-2(105)-116/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-116/2020

21.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-116/2020 21.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 81/2020 nömrəli qərardadından cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayətə 19-xx xxxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciətetmiş və cavabdeh "Bakı-Glass" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə 109548,87 manat əsas borcun, ödənişin gecikdirilməsinə görə müqavilələr üzrə əsas borca 5%-lə hesablanmış 5477 manat cərimənin, Mərkəzi Bankın müəyyən etdiyi 15% bank uçot dərəcəsi ilə hesablanmış 17253 manat pulun, hüquqi xidmətlərə görə ödənilmiş 2000 manat pulun və məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 manat dövlət rüsumunun əvəzinin tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş və cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətindən 109548,87 (yüz doqquz min beş yüz qırx səkkiz manat 87 qəpik) manat əsas borc, 5477 (beş min dörd yüz yetmiş yeddi) manat cərimə, hüquqi xidmətə görə ödənilmiş xərcin əvəzi kimi 500 (beş yüz) manat və 30 (otuz) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 115555,87 (yüz on beş min beş yüz əlli beş manat 87 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmuşdur. Cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxxxxxx 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti və “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət etmiş və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsindən apelyasiya şikayəti verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 81/2020 nömrəli qərardadı ilə cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin “apelyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin edilməmişdir. Cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə tərəfindən cavabdehə məhkəmə iclaslarında iştirak üçün bildirişlər göndərilmiş və ilkin olaraq bildiriş cavabdehin ünvanına çatmamışdır. Daha sonra məhkəmə həmin ünvana təkrar olaraq məhkəmə bildirişlərini göndərmişdir. Bundan sonra, “xxxxxxxxxx" MMC-də işləməyən şəxs tərəfindən qəbul edilmişdir. Qətnamə artıq qanuni qüvvəyə mindikdən və icra məmurları əmlakları siyahıya almaq üçün gəldikdən sonra cavabdeh ondan məlumatlı olmuşdur. Həmin iş materiallarında olan qətnamənin rəsmi qaydada çatdırılmasına dair müvafiq sənədlərə əsasən, məhkəmə qətnaməsi “xxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin ünvanına çatdırılmışdır. Lakin həmin qətnamə tərəflərindən xx xxxxxx 2020-ci il tarixində alınmışdır. Belə ki, belə bir qətnamənin mövcud olması barədə məlumat Abşeron Rayon İcra Şöbəsi tərəfindən icra tədbirləri barələ müvafiq bildiriş daxil olduqdan sonra məlum olmuşdur. Qətnaməni alan şəxs tərəfindən bu barədə müəssisənin rəhbərliyi məlumatlandırılmamışdır. Hazırda müəssisənin demək olar ki, rəsmi olaraq heç bir işçisi yoxdur və müəssisə öz fəaliyyətini dayandırmaq ərəfəsindədir. Ölkədə tətbiq olunmuş karantin rejimi ilə bağlı olaraq bütün məhkəmə prosesləri, həmçinin demək olar ki, əksər fəaliyyət sahələri dayandırıldığından məhkəmə prosesinin və qərarının olması barədə məhkəmədən məlumat əldə edilə bilməmişdir. Qətnaməni qəbul edən şəxs isə ümumiyyətlə, “xxxxxxxxxx” MMC-də fəaliyyət göstərmir, bu səbəbdən də onun qətnaməni alması barədə məlumat Abşeron İcra Şöbəsinin icra tədbirləri barədə müraciətindən sonra məlum olmuşdur. Qərardad tərəflərindən rəsmi qaydada xx.xx.2020-ci il tarixində alınmışdır. Beləliklə, qeyd edilən xüsusatlar nəzərə alınaraq, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli, e-2-2(119)-81/2020 saylı qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün müddət üzürlü səbəbdən buraxıldığından məhkəmə tərəfindən bərpa edilməli və Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli, e-2-2(119)-81 /2020 saylı qərardadı ləğv edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.(hakim Z.Sadiqov) Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil şikayəti qəbul etməyərək, şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, cavabdehin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən qərardadın elan edilməsi xx xxxxxxx 2020-ci il tarixə, saat 10:25-ə təxirə salınmışdır. Məhkəmə kollegiyası iddiaçının nümayəndələrinin izahatını dinləyərək, iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət ərizəsi təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan RespublikasıMPM-nin 372.1-cimaddəsinəəsasənapelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. HəminMəcəllənin 372.7-cimaddəsinəgörəapelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki,Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2-2(119)-81/2020 nömrəli qətnaməsi xx xxxx 2020-ci il tarixli məktubla poçt vasitəsiilə rəsmi qaydada cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin rəsmi ünvanına göndərilmişdir. Lakin, həmin poçt göndərişi cavabdehə təqdim olunmadan məhkəməyə geri qaytarılmışdır. (iş mat. Səh 70-71).Məhkəmə təkrarən xx xxxx 2020-ci il tarixli poçt reyestri vasitəsi ilə həmin qətnaməni yenidən cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin mövcud ünvanına göndərmişdir. Bu dəfə məhkəmə qətnaməsinin göndərildiyi poçt göndərişi cavabdehin ünvanına təqdim olunmuş və məhkəməyə qaytarılmış “Poçt göndərişinin verilməsi haqqında Xəbərnamə” ilə müəyyən olunur ki, həmin poçt göndərişi ilə göndərilmiş Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2- 2(119)-81/2020 nömrəli qətnaməsini cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti xx xxxx 2020-ci ildə rəsmi qaydada almışdır.(iş mat. Səh 72-73) Kollegiya iş materiallarını araşdıraraq birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır və qeyd edir ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxx 2020-ci il tarixli e-2- 2(119)-81/2020 nömrəli qətnaməsi cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən xx xxxx 2020-ci ildə rəsmən qəbul edildiyindən, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət bir ay sonra – yəni, xx xxxxxx 2020-ci il tarixində bitmişdir və məlum qətnamədən apelyasiya şikayəti həmin günədək verilə bilərdi. Lakin cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin həmin qətnamədən apelyasiya şikayəti xx xxxxxxxx 2020-ci ildə, yəniapelyasiya şikayəti verilmə müddətinin son günündən bir aya yaxın müddət keçdikdən sonra Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və bununla da, həmin qətnamədən apelyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət buraxılmışdır. Şikayətin dəlilləri ilə bağlı kollegiya qeyd edir ki, iş üzrə cavabdehə göndərilməli olan bütün sənədlər, o cümlədən də məhkəmə bildirişləri, qərardad və məlum qətnamə cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin işdə olan məlum ünvanına, yəni eyni ünvana göndərilmiş və həmin poçt göndərişlərinin hamısı cavabdeh tərəfindən qəbul olunmuşdur. Cavabdeh hazırkişikayətində apelyasiya şikayətinin verilməsi müddətinin buraxılmasını “COVİD-19 pandemiyası ilə əlaqədar əksər fəaliyyət sahələrinin dayandırılması” ilə əsaslandırmış olsa da, həmin səbəb məlum müddətin üzürlü səbəblərə görə buraxılmasını təsdiq etmir. Çünki, ölkədə müəyyən qadağaların tətbiq edilməsi məhkəmə qətnamələrindən şikayət verilməsini və həmin şikayətlərin qəbul edilməsini məhdudlaşdırmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR : Cavabdeh “Bakı-Glass” Məhdud Məsuliyyətli Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-81/2020 saylı xx xxxxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar