Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-117/2020 08.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı Nümayəndə1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı borcun silinməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-322/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı Nümayəndə1 tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-322/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən iddiaçı Nümayəndə1 apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı Nümayəndə1 xx xxxxx 2020-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə sadələşdirilmiş icraat qaydasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun silinməsi” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “fiziki şəxs (abonent kodu **********3) Nümayəndə1 üçün X6 tərəfindən özbaşına hesablanmış 209,09 manat məbləğində borcun ləğv edilməsi barədə qətnamə və vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsini” xahiş etmişdir. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti xx xxx 2020-ci ildə həmin sadələşdirilmiş icraat qaydasında verilmiş kiçik mübahisələr üzrə iddia ərizəsinə qarşı etirazla məhkəməyə müraciət edərək, həmin iddia tələbinə öz etirazını bildirmiş və iddiaçı Nümayəndə1 cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş iddianın təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı Nümayəndə1 tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun silinməsi” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxxxx 2020-ci ildə X3 əməkdaşı tərəfindən 278,48 manat məbləğində elektrik enerjisinə görə borcun olması haqqında ona bildiriş təqdim edilmişdir. Bildirişi təqdim edən şəxs demişdir ki, bildirişdə qeyd olunan borcun 69,39 manatı sərfiyyata görə, 209,09 manatı isə sayğacın dəyişdirilməsinə görə hesablanmışdır. Onun tərəfindən xx xxxxxx 2020-ci ildə 70 manat və ondan sonrakı dövrlərdə isə yalnız istifadə etdiyi enerjiyə görə ödənişlər edilmişdir. Bildirir ki, xx xxxxxx 2019-cu ildə X3 əməkdaşları Səbuhi Səttarov, Şahin Şeydayev və X7 şəhəri R.Behbudov küçəsi 10A ünvanında yerləşən qeyri-yaşayış obyektində quraşdırılmış, istismar müddətini başa vurmuş **********1M saylı sayğacda yük axınının qeyd olunmadığını müəyyən etmişlər. Sayğaca kənar müdaxilə olunmadığı və plombların da yerində olması birlikdə müşahidə olunmuşdur. Əməkdaşlar tərəfindən həmin gün saat 17:00 radələrində 028045 saylı akt tərtib edilərək, nasaz sayğacın yenisi ilə əvəz edilməli olduğu bildirilmişdir. Sayğacda yaranmış qüsura görə istehlakçı məsuliyyət daşımır. Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №-li Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.9-cu bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən “xxxx” ASC-yə elektron ərizə ilə, “xxxx” ASC-nin “Şimal” RET və Sİ-i və Şabran EŞ-nə isə yazılı müraciətləri olsa da, həmin ərizələrə heç bir münasibət bildirilməmişdir. Qeyri-qanuni hesablanmış 209,09 manat borc məbləğinin silinməsi üçün “xxxx” ASC-nin “Şimal” RET və Sİ-nin rəisi Şahin Əliyevə müvafiq sənədlərlə birlikdə müraciəti olmuş və həmin ərizəsi xx xxxxxx 2020-ci ildə ünvanına çatmışdır. Müraciətinə rəsmi cavab verilmədiyinə baxmayaraq, Şabran EŞ-nin rəisi E.Alıyev xx xxxxxx 2020-ci il tarixinədək 208,48 manat borcun ödənilməsi üçün ona xəbərdarlıq təqdim etmişdir. O, xx xxxxxx 2020-ci ildə Şabran rayon Prokurorluğuna müraciət edərək, iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalar sahəsində tədbirlərə uyğun olaraq, Şabran EŞ-nin əməkdaşı tərəfindən qanunsuz hesablanmış 209,09 manat borcun hansı əsaslarla müəyyən edilməsinin araşdırılmasını xahiş etmişdir. Cavabdeh ASC-nin “Şimal” RET və Sİ-nin rəis müavini F.Nadirov Şabran rayon prokuroruna xx xxxx 2020-ci il tarixli 50-01/100 saylı məktubla qeyri-səhih məlumat göndərərək, özbaşına hesablanmış 209,97 manat borc məbləğinin “itirilmiş elektrik enerjisinin bərpası məqsədilə hesablandığını” göstərmişdir. Halbuki, itirlmiş hesab edilən enerji istehlakçının deyil, bilavasitə Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-nin təqsirkar və səhlənkar hərəkətləri nəticəsində baş vermişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 6.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının ərazisində tabeliyindən, mülkiyyət formasından və maliyyə mənbəyindən asılı olmayaraq dövlət elektroenergetika müəssisəsi, enerjitəchizatı müəssisələri, müstəqil enerji istehsalçıları, istehlakçılar, o cümlədən hüquqi və fiziki şəxslər tərəfindən elektrik enerjisinin istehsalı, ötürülməsi, paylanması, satılması və istehlakında enerji resurslarından səmərəli istifadə olunmasında, elektrik qurğularının layihələndirilməsində, tikintisində, yenidən qurulmasında, təmirində, həmçinin onların təhlükəsiz, qəzasız və etibarlı istismarında Azərbaycan Respublikasının qanunlarına, müvafiq qaydalara, təlimatlara və digər texniki normativ hüquqi aktlara əməl olunmasına dövlət nəzarətini Energetika Nazirliyinin Enerji X1 həyata keçirir və o, bu mübahisə ilə bağlı Agentliyə müraciət etmişdir. Agentlik tərəfindən araşdırma aparılaraq, hesablanmış borcun düzgün olmadığını və yenidən hesabat aparılmalı olduğu barədə Cavabdeh ASC-nin “Şimal” X5 və Satışı İdarəsinə məktub göndərilmişdir. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 7.4-cü bəndinə əsasən, dövlət elektroenergetika müəssisəsilə enerjitəchizatı müəssisəsi arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. dövlət elektroenergetika müəssisəsi tərəfindən təchiz olunur, onlar balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun vəsaiti hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin və Enerji X1nin iştirakı ilə araşdırma aparılır və aktla sənədləşdirilir. Enerjitəchizatı müəssisəsinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə dövlət elektroenergetika müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı tələb etmək hüququna malikdir. Buna baxmayaraq, Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-nin rəisi E.Alıyev yenidən özbaşınalıq edərək, ondan qanunsuz ödəniş edilməsini tələb edir və əks halda, yenə qanunsuz olaraq xx xxxxx 2020-ci il tarixindən elektrik enerjisinin verilməsinin dayandırılacağı barədə xəbərdarlıq göndərmişdir. COVİD-19 virusunun Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədi ilə ölkə ərazisində xüsusi karantin rejiminin tətbiqinə baxmayaraq, xx xxxxx 2020-ci il tarixində qanunsuz olaraq ünvan 1 ünvanında olan qeyri-yaşayış obyektinə verilən enerjinin kəsilməsinə cəhd göstərmişlər. Bununla bağlı o, 102 xidmətinə zəng edərək, bu məsələyə yardım göstərilməsini xahiş etmişdir. Lakin, polislər gələnədək gəldikləri maşınla qaçıb getmişlər. Qanunsuz hesablanmış borc məbləği bilavasitə Şabran EŞ-nin rəisi E.Alıyevin özünün təqsirkar və səhlənkar hərəkətləri nəticəsi olaraq təyin edilmişdir. Belə ki, Cavabdeh ASCnin “Şimal” RETSİ Şabran EŞ tərəfindən istismar müddətini başa vurmuş sayğac dəyişdirilməmiş və daha sonra müəyyən olunduqdan və müraciət edildikdən 21 gün sonra yeni sayğac quraşdırılmışdır. Obyektdə quraşdırılan sayğac dövlət mülkiyyətidir və onun işlək vəziyyətdə olmasına Cavabdeh ASC-nin “Şimal” RETSİ Şabran EŞ-i bilavasitə məsuliyyət daşıyır. Hal hazırda Şabran EŞ-nin rəisi E.Alıyev özünün təqsirkar əməlləri və səhlənkar hərəkətlərini onun hesabına kompensasiya etmək istəyir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: İddiaçı Nümayəndə1 qətnamədən apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlili bundan ibarət olmuşdur ki, birinci instansiya məhkəməsində, təqdim olunmuş sənədlər əsasında sübut olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən qeyr-yaşayış obyektində quraşdırılmış ********** İM saylı sayğac istismar müddətini başa vurmuş və bu səbəbdən yük axımının qeydiyyatı dayanmışdır. Yararsız sayğacın dəyişdirilməsi məqsədilə X4 poçt vasitəsilə yazılı müiraciət olunmuşdur. Lakin istismar müddətini başa vurmuş sayğacın dəyişdirilməsi, X3 riyakar niyyətinə görə qətiyyən maraqlarında olmamışdır. Çünki Şabran EŞ-nin rəhbərliyi kommersiya obyektlərində istismar müddətini başa vurmuş sayğacları qəsdən vaxtında dəyişdirmir, sayğac yük axımını qeyd etmədikdə isə özbaşına istehlakçılara külli miqdarda ziyan hesablayırlar. Qanunsuz hesablanmış ziyanın ödənilməsini isə onlar istehlakçının enerji təchizatını dayandırmaqla ödətdirilməsinə nail olurlar. Bununla bağlı sahibkarların hüquq mühafizə orqanlarına, həmçinin məhkəmə instansiyalarına çoxsaylı müraciətləri olmuşdur. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-cı maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimi və tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli və iddia tələbi qismən təmin edilməlidir. Birinci instansiya məhkəməsinin araşdırması zaman müəyyən edilmişdir ki, enerjitəchizatı müəssisəsi “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN: **********) istehlakçı Nümayəndə1 (abonent kodu: **********3) məxsus Şabran şəhərində yerləşən qeyri-yaşayış sahəsi (mağaza) elektrik enerjisi ilə təchiz edilmiş və xx xxxxxx 2015-ci ildə həmin qeyriyaşayış sahəsinə sayğac quraşdırılmışdır. xx xxxxxx 2019-cu ildə isə həmin sayğacın texniki göstəriciləri istehlakçının iştirakı ilə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən “ampermaşa” vasitəsi ilə yoxlanılarkən məlum sayğac tərəfindən elektrik sərfiyyatının düzgün hesabatı aparılmadığı müəyyən edilib, bununla əlaqədar xx xxxxxx 2019-cu il tarixli 028045 nömrəli akt tərtib edilərək, həmin sayğac götürülmüşdür (“elektrik sayğacı axan yükü qeyd etmir” qüsuru ilə əlaqədar). xx xxxxxx 2019-cu ildə isə istehlakçıya məxsus həmin qeyri-yaşayış sahəsinin elektrik təchizatı ilə əlaqədar yeni sayğac quraşdırılaraq, elektrik təchizatının sərfiyyatın düzgün hesabatının aparılması bərpa edilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinin tələbləri tətbiq edilməklə orta günlük sərfiyyat müəyyən edilərək, xx xxxxxx 2019-cu il tarixli akt əsasında qüsurlu olduğu müəyyən edilmiş sayğacın düzgün hesabat aparmadığı 111 gün üçün istifadə olunan elektrik enerjisinin miqdarı müəyyən edilərək, həmin müddətdə sayğacın faktiki apardığı hesabat üzrə məbləğ 111 gün üçün hesablanmış ümumi sərfiyyat miqdarından çıxılmış və qüsurlu sayğac tərəfindən hesablanmamış sərfiyyatın yekun dəyəri cəmi 209,97 manat məbləğində müəyyən edilərək, həmin məbləğ borc kimi istehlakçının hesabına daxil edilərək, ödənilməsi sonuncudan tələb edilmişdir. Lakin, istehlakçı (iddiaçı) Nümayəndə1 həmin hesabatla razılaşmamış və məlum sayğacın düzgün hesabat aparmamasında onun təqsiri olmadığına və buna məsuliyyəti Enerjitəchizatı müəssisəsi (cavabdeh) daşıdığı üçün qüsurlu sayğac tərəfindən hesablanmamış sərfiyyata görə ondan pul tələb edilməsini mübahisələndirmişdir. İş materiallarında olan istehlakçı Nümayəndə1 (abonent kodu: **********3) aid Abunə haqqında Məlumatda olan göstəricilərə əsasən müəyyən olunur ki, xx xxxxxx 2015-ci ildə quraşdırılmış və xx xxxxxx 2019-cu ildə qüsurlu hesabat apardığı üçün çıxarılmış sayğac tərəfindən abonentin elektrik enerji sərfiyyatları xx xxxx 2019-cu ildə 49,77 manat məbləğində (27 gün üçün), xx xxxxxx 2019-cu ildə 53,64 manat məbləğində (31 gün üçün), xx xxxxxxxx 2019-cu ildə 32,49 manat məbləğində (30 gün üçün), xx xxxxxxx 2019cu ildə 6,12 manat məbləğində (29 gün üçün) və xx xxxxxx 2019- cu ildə 27 qəpik məbləğində (31 gün üçün) olmuşdur (növbəti 20 gün üçün hesabat olmamışdır – “0” qəpik). xx xxxxxx 2019-cu ildə isə həmin qeyri-yaşayış sahəsinə yeni sayğac quraşdırılmış və yeni sayğacla hesabat başlandıqdan sonra xx xxxxxxx 2019-cu ildə 24,6 manat məbləğində (10 gün üçün), xx xxxxxx 2020-ci ildə 69,39 manat məbləğində (29 gün üçün) və xx xxxxxx 2020-ci ildə 60,03 manat məbləğində (29 gün üçün) elektrik enerjisi sərfiyyatı olmuşdur. Birinci instansiya məhkəməsi iddia tələbinin əsaslılığının sübuta yetirilmədiyini qeyd edərək, iddianı təmin etməmiş, gəldiyi nəticəni Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”na, Mülki Məcəllənin 21.1, 1097.3-cü maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı hesab etmir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.16-cı bəndinə əsasən istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Həmin Qaydaların 8.2-ci bəndinə uyğun olaraq elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Həmin Qaydaların 8.4-cü bəndinə görə enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.17-ci bəndinə görə istehlakçının (məişət abonenti istisna olmaqla) təqsirindən hesablaşma uçot cihazları zədələndikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda və s.), uçot cihazlarının qoşulma sxemləri pozulduqda, uçot cihazlarından kənar özbaşına yük qoşulduqda enerjitəchizat müəssisəsi onu elektrik şəbəkəsindən açmalı, elektrikqəbuledicilərinin qoyulmuş gücü və hesablaşma elektrik sayğaclarının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən istehlakçının (məişət abonenti istisna olmaqla) işləmə saatlarına görə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində yenidən hesablaşma aparılmalıdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 10.17-ci bəndinə əsasən, enerjitəchizatı müəssisəsi sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisinin alqı-satqı müqaviləsində müəyyən edilmiş göstəricilərin və rejimlərin yerinə yetirilməsinə, satın alınmış elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin səlahiyyətli nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə cavabdehlik daşıyır. İş materiallarında olan “sayğacların və cərəyan transformatorlarının yoxlanması” haqqında 163038 nömrəli protokolun surətindən görünür ki, Nümayəndə1 məxsus qeyriyaşayış sahəsində sayğaca baxış keçirilərkən məlum olmuşdur ki, sayğacın möhürləri və bütövlüyü normaldır. Sayğac işləmir. Göründüyü kimi hazırkı işdə sayğacın istismara yararsız olmasında istehlakçının təqsiri müəyyən olunmur. Məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra - qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.4 və 1.5-ci bəndlərinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və.s) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidir. İş materiallarında olan və cavabdeh tərəfindən iddiaçı barəsində tərtib edilmiş və hazırda nəticəsi mübahisələndirilən aktdan görünür ki, cavabdeh “xxxx” ASC iddiaçı barəsində yoxlamanın aparılması üçün qanunvericiliyin göstərilən tələblərinə əməl etməmişdir. Cavabdeh tərəfindən aparılan yoxlama yoxlamaların vahid məlumat reyestrində qeydə alınmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxx” ASC tərəfindən reyestrdə qeydə alınmadan aparılan yoxlamanın hüquqi nəticəsi olmadığından iddiaçı Nümayəndə1 (abonent kodu **********3) hesablanmış 209,09 (manat məbləğində borc silinməlidir. İddia tələbinin vəzifəli şəxslərin əməlinin ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq müvafiq xüsusi qərardad qəbul edilməsi hissəsi ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.4-cü maddəsinə əsasən, işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxarsa, məhkəmənin bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. Hazırkı işdə vəzifəli şəxslərin əməlində hər hansı ictimai təhlükəli əməlin olduğu təqdim edilmiş sübutlarla müəyyən edilmədiyindən iddia tələbi bu hissədə təmin edilməməlidir. Apelyasiya şikayətinin birinci instansiya məhkəməsində işə baxan hakim barəsində intizam icraatının başlanması barədə xüsusi qərardad qəbul edilməsi ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə hakim tərəfindən prosessual hüquq normalarının pozulması halı müəyyən edilmir. Mülki Prosessual Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-322/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, iddia tələbi qismən təmin edilməli, cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Nümayəndə1 (abonent kodu **********3) hesablanmış 209,09 (iki yüz doqquz manat doqquz qəpik) manat məbləğində borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0.2, 392, 393 və 402-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-322/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdeh “xxxx” Açıq Səhmdar Cəmiyyəti tərəfindən iddiaçı Nümayəndə1 (abonent kodu **********3) hesablanmış 209,09 (iki yüz doqquz manat doqquz qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-2(105)-117/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-117/2020
08.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver