Məhkəmə qərarları › İş №2-2(105)-119/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-119/2021

20.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-119/2021 20.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-31/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-31/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh1 (VÖEN **********) 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107767,73 (yüz yeddi min yeddi yüz altmış yeddi dollar 73 sent) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128648,66 (yüz iyirmi səkkiz min altı yüz qırx səkkiz dollar 66 sent) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247416,39 (iki yüz qırx yeddi min dörd yüz on altı dollar 39 sent) ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı xeyrinə tutulması, Cavabdeh2ndən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107765 (yüz yeddi min yeddi yüz altmış beş) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 (beş min) ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128949 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz) ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 (altı min) ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247714 (iki yüz qırx yeddi min yeddi yüz on dörd) ABŞ dolları məbləğində pul vəsaitinin ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı xeyrinə tutulması, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 50 (əlli) manat məbləğində pul vəsaitinin 25 (iyirmi beş) manatının Cavabdeh1 və 25 (iyirmi beş) manatının Cavabdeh2ndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, məhkəməyə müraciət olunması ilə əlaqədar ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi kimi 15 (on beş) manat məbləğində pul vəsaitinin Cavabdeh1 və 15 (on beş) manat məbləğində pul vəsaitinin Cavabdeh2ndən tutularaq, İddiaçınə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya şikayətləri vermişdirlər. İŞİN HALLARİ: İddiaçı 30 oktyabr 2017-ci ildə cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə ödəniş günündə Azərbaycan manatının məzənnəsi ilə cəmi 928372 ABŞ dolları məbləğində borcun və məhkəmədə işə baxılması ilə bağlı ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 28 fevral 2020-ci ildə Abşeron Rayon Məhkəməsinə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə müraciət edərək, “1. Cavabdeh2 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsinin ləğv olunması və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 2. Cavabdeh1 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 3. Cavabdeh2 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/480-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 4. Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsinin və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/481-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və həmin lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir (“İddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizənin “Qeyd” hissəsində göstərilmişdir ki, bütün maraq faizi və dəbbə pulları lizinq predmeti olan nəqliyyat vasitələrinin “lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 06 sentyabr 2016-cı ilədək yaranmış borcdur. Razılaşmadan iki gün sonra, yəni 08 sentyabr 2016-cı ildə həmin texnikalar “lizinq verən”ə qaytarılmışdır) Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 19 avqust 2020-ci il tarixli 2(102)-4673/20 nömrəli qərarına əsasən İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2012-ci ildə Cavabdeh1 və Cavabdeh2 rəhbəri Ağakərim Əkbərov İddiaçınə müraciət edərək, özüboşaldan yük maşınları alaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istədiklərini bildirmişlər. İddiaçı MMC tərəfindən həmin şəxslərin istədikləri yük maşınları alınmış və onlarla aşağıdakı lizinq və zaminlik müqavilələri bağlanaraq, maşınlar onlara təhvil verilmişdi: 1). Cavabdeh1 ilə 02 iyul 2012ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD3CN674926 və LZZ5EXSD7CN675058 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 2). Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/482-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD6CN677819 və LZZ5EXSD9CN677779 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 3) Cavabdeh2 MMC ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsi ilə həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/480-1 saylı zaminlik müqaviləsi əsasında LZZ5EXSD4CN677818 və LXZ5KXSD7CN677814 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın; 4). Cavabdeh2 MMC ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsi əsasında ZZ5EXSD0CN674947 və LZZ5EXSD4CN674949 şassi nömrəli iki ədəd “Howo 8x4” markalı özüboşaldan maşın. Həmin müqavilələrin 2 saylı əlavələrinə əsasən kreditin ödənişi üçün qrafik tərtib edilmişdir. Həmin qrafiklər və edilmiş ödənişlər nəzərə alınmaqla, cavabdehlərin lizinq predmeti olan nəqliyyat vasitələrinin “Lizinq verən”ə qaytarılması barədə razılıq əldə edilən günədək, yəni 06 sentyabr 2016-cı ilədək İddiaçınə 12/438 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində, 12/439 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində, 12/480 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində və 12/481 saylı lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində borcları yaranmışdır. Lakin, cavabdehlər iddiaçının müqaviləni ləğv etmək və borcu ödəməklə bağlı tələblərinə məhəl qoymamışlar. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən məhkəməyə 20 noyabr 2020-ci il tarixli “iddia ərizəsinə qarşı yazılı etiraz” və “iddia müddətinin tətbiq edilməsi” barədə 28 fevral 2020-ci il və 11 noyabr 2020-ci il tarixli ərizələr təqdim edərək, İddiaçı MMC tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı verilmiş iddia tələbinə iddia müddətini tətbiq edərək, iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd olunması barədə qətnamə qəbul edilməsi xahiş etmişdirlər. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh1 və Cavabdeh2 qətnamədən ayrı-ayrılıqda apellyasiya şikayətləri verərək, qətnamənin qismən-iddianın təmin edilən hissəsində ləğv edilməsini, həmin hissədə iddianın iddia müddətinin ötürülməsi səbəbindən təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayətləri onunla əsaslandırılmışdır ki, İddiaçı ilə 1. Cavabdeh1 ilə 02 iyul 2012-ci ildə 12/439 saylı lizinq müqaviləsi; 2. Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə 12/481 saylı lizinq müqaviləsi bağlanılmışdır. Həmin lizinq müqavilələrinin təminatı kimi eyni zamnada zaminlik müqavilələri bağlanılmışdır. Lizinq müqavilələrinə əsasən lizinq şirkəti tərəfindən lizinq alanlara “Howo 8x4” markalı yük avtomaşınları lizinqə verilmişdir. 12/439 saylı lizinq müqavilələri üzrə son icra müddəti 02 iyul 2016-cı il tarixədək, 12/481 saylı lizinq müqavilələri üzrə son icra müddəti 26.09.2016-cı il tarixədək müəyyən edilmişdir. Lizinq alanlar tərəfindən lizinq müqavilələri üzrə öhdəliklər lazımınca icra edilməmiş və buna əsaslı səbəblər olmuşdur. Bu səbəbdən lizinq müqavilələri üzrə götürülmüş bütün texnikalar 08.09.2016-cı il tarixdə lizinq verənə qaytarılmışdır. Buna baxmayaraq lizinq şirkəti lizinq alanlara qarşı həm əsas borcun (lizinq predmetləri olan yük avtomaşınlarının dəyərlərini), həm faiz borcunun (lizinq mükafatı), həm də dəbbə pulunun (lizinq müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməməməsi nəticəsində cərimə) tutulması ilə bağlı məhkəməyə müraciət etmişdir. Qeyd olunduğu kimi lizinq müqavilələri üzrə son icra müddəti müvafiq olaraq 02.07.2016-cı ilədək və 26.09.2016-cı il tarixədək müəyyən edilmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03 iyun 2013-cü il tarixli qərarında formalaşan hüquqi mövqeyə əsasən Konstitusiya Məhkəməsinin Plenumu belə nəticəyə gəlir ki: kredit münasibətlərindən yaranan mübahisələrə MM-in 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. MM-in 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır. MM-in 384.0.4-cü maddəsində nəzərdə tutulan əşya hüquqlarının müdafiəsi ilə əlaqədar tələblərə iddia müddətinin şamil edilməməsi kredit müqavilələrindən yaranan münasibətlərə aid edilə bilməz. Konstitusiya Məhkəməsinin yuxarıda göstərilən qərarına əsasən lizinq müqavilələri son icra müddətlərinin tarixləri 12/438 və 12/439 saylı lizinq müqavilələri üzrə 02.07.2016cı il və 12/480 və 12/481 saylı lizinq müqavilələri üzrə 26.09.2016-cı il tarixləri olduğu üçün, həmin tarixlər lizinq verənən hüquqlarının pozulduğu an hesab edilir və bu səbəbdən 03.07.2016-cı il tarixdə və 27.09.2016-cı il tarixdə həmin müqavilələr üzrə pozulmuş hüquqlarının bərpası ilə bağlı iddia müddətinin axımı başlanmışdır. Ümumiyyətlə qeyd olunmalıdır ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. İddiaçı tərəfindən lizinq müqavilələri üzrə yaranmış borcun tutulması ilə bağlı məhkəməyə iddia ərizəsi 30.10.2017-ci il tarixdə verilmişdir. Göründüyü kimi iddia ərizəsi ilk dəfə məhkəməyə verilərkən iddiaçı tərəfindən iddia müddəti ötürülməmişdir. Lakin, iddiaçının məhkəmə iclasında heç bir üzrlü əsas olmadan iştirak etməməsi səbəbindən Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 saylı qərardadı ilə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Mülki Məcəllənin 381.1-ci maddəsinə əsasən, əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Bu maddədə “ümumi qaydada davam edir” ifadəsi onu bildirir ki, məhkəmə icraatında sərf edilmiş vaxt iddia müddətinə daxil edilir, yəni sanki iddia mövcud olmayıb. Bu, aşağıda qeyd olunanlarla təsdiq olunur: İlk növbədə, “iddia ərizəsinin baxılmamış saxlanılması” anlayışının mahiyyəti ilə. Belə ki, iddianın baxılmamış saxlanılması o deməkdir ki, iddia müdafiə vasitəsi kimi yararlı hesab olunmur: məsələn, iddiaçının məhkəmə iclasına gəlməməsinə görə və s. Yararsız vasitə üzrə məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməlidir, çünki məhkəmə müdafiəsi üçün ifadə edilmiş iradə etibarlı sayılmır. Xüsusi ilə qeyd olunmalıdır ki, məhkəmə müdafiəsi üçün iradə ifadəsi yalnız iddia ərizəsinin məhkəməyə təqdim edilməsi ilə bitmir, iddia təqdim edən şəxsin sonrakı davranışı şəxsin həqiqətən məhkəmə müdafiəsi istəyib-istəmədiyini təyin edir. İkincisi, Mülki Məcəllənin 381.1-ci və 381.2-ci maddələrinin müqayisəli təhlili ilə. Belə ki, 381.2-ci maddədən görünür ki, cinayət işləri üzrə iddia ərizəsi baxılmamış saxlanıldıqda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilmir. Əgər, 381.1-ci maddədə müəyyən edilmiş halda məhkəmə icraatına sərf edilmiş vaxt iddia müddətinə daxil edilməsəydi, qanunverici bunu da xüsusi qeyd edərdi. Lakin, qanunverici bunu xüsusi qeyd etməmiş, əksinə iddia müddətinin axımının ümumi qaydada davam etməsi barədə göstəriş vermişdir. Məhkəmə qətnaməsində qeyd olunur ki: “İddiaçı tərəfindən məhkəməyə iddiaçı ərizəsi 30.10.2017-ci il tarixdə verilsə də, həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixdə tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən (AR MPM-nin 259.06-cı maddəsi) baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 16.12.2019-cu il tarixdə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək baxılmamış saxlanılması barədə qərardadın onlara təqdim edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadından şikayət verərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)- 615/2018 nömrəli qərardadının ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmiş və həmin şikayət – “iddiaçı tərəfin iş üzrə təyin olunan məhkəmə iclasından məlumatsız olduqları üçün iclasda iştirak edə bilməmələri və məhkəmənin məlum qərardadını yalnız 19 dekabr 2019-cu ildə əldə etmələri” ilə əsaslandırılmışdır. Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə İddiaçı şikayəti əsaslı hesab edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ləğv edilmişdir. Göründüyü kimi iddiaçı 16.12.2019-cu il tarixdə Abşeron Rayon Məhkəməsinə 12.02.2018-ci il tarixli qərardadın surətinin verilməsi ilə bağlı müraciət edərkən artıq lizinq müqavilələri üzrə borcun tələbi ilə bağlı iddia müddəti ötürülmüşdür və iddiaçı təbii ki, bu müddətin ötürülməsini bilirdi və bundan xəbərdar idi. Bu səbəbdən ötürülmüş iddia müddətinin ötürülməməsi görüntüsünü yaratmaq üçün iddiaçı məhz bu yolla, yəni qərardadı ləğv etmək yolu ilə həmin iddia müddətnin ötürülməməsinə nail olmaq istəyirdi, lakin iddiaçı unutmuşdur ki, artıq 12.02.2018-ci il tarixli qərardad qanuni qüvvəyə mindikdən sonra ümumi iddia müddətinin axımı davam etmişdir və 16.12.2019-cu il tarixdə baxılmamış saxlanılması barədə qərardadın surətini almaq üçün məhkəməyə ərizə verilərkən artıq keçmişdir. Məhkəmə məhz bu məsələlərə hüquqi qiymət verərkən qanunun tələblərini səhv təfsir etmişdir. Birincisi, 30.10.2017-ci il tarixdə məhkəməyə verilən iddia ərizəsi üzrə keçirilən məhkəmə iclaslarında iddiaçının nümayəndəsi iştirak etmişdir. Sonuncu iclas barədə, yəni 12.02.2018-ci il tarixə keçirilən məhkəmə iclası barədə iddiaçının nümayəndəsinin məlumatlı olmaması qəbul edilsə belə, bu hal 12.02.2018-ci il tarixdən sonra iddia müddətinin axımının dayandırılmasına dəlalət edə bilməz. Belə ki, iddiaçının nümayəndəsi hüquqşünas olduğu üçün, 30.12.2017-ci il tarixdə məhkəməyə daxil olan iddia ərizəsinin AR MPM-nin tələbinə əsasən baxılma müddətinin 3 ay olduğunu bilirdi. Nəzərə alınsa ki, 12.02.2018-ci il tarixdə keçirilən iclas barədə iddiaçının məlumatı olmamışdır. Bu halda iddiaçının 30.10.2017-ci il tarixdə verilən iddianın taleyi barədə 16.12.2019-cu il tarixdə, yəni 2 il 2 ay keçdikdən sonra maraqlanması onu göstərir ki, iddiaçı pozulmuş hesab etdiyi hüquqlarının bərpasında maraqlı olmamışdır, yaxud da bu məsələyə səhlənkar yanaşmışdır. Ona görə də, 12.02.2018-ci il tarixli baxılmamış saxlanılmasına dair qərardadın 07.01.2020-ci il tarixdə, yəni təxminən 2 il 2 aya yaxın müddət keçdikdən sonra məhkəmə tərəfindən ləğv edilməsi, axımı başlamış iddia müddətinin axımını dayandırmır, lakin məhkəmə qanunsuz və əsassız olaraq 30.10.2017-ci il tarixdə verilən iddianın 12.02.2018-ci il tarixdə baxılmamış saxlanılmasına baxmayaraq, onun sonradan 07.01.2020-ci il tarixdə ləğv edilməsini nəzərə alaraq iddia ərizəsinin bu müddət ərzində məhkəmənin icraatında olmasına dair səhv hüquqi nəticəyə gəlmişdir. MPM-in 172.1-ci maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu vaxtdan sonra 3 aydan gec olmayan müddətdə işə baxılmalı və həmin işin həllinə dair qətnamə və ya qərardad çıxarılmalıdır. Qanunun bu tələbinə əsasən məhkəməyə daxil olan ərizə 3 ay ərzində baxılmalı və işə baxılması ilə əlaqədar qərardad və ya qətnamə qəbul edilməlidir. Baxmayaraq ki, məhkəmə 30.10.2017-ci il tarixdə daxil olan ərizə üzrə prosessual pozuntu edərək 3 ay müddət keçdikdən sonra işin həllinə dair baxılmamış saxlanılmasına dair qərardad (12.02.2018) qəbul etmişdir, məhkəmə sonradan həmin qərardadının 07.01.2020-ci il tarixdə ləğv edilməsini nəzərə alaraq ərizəni arada olan müddəti (2 il 2 ay) ərzində icraatında olması kimi hesab etmişdir. Halbuki, bu yanaşma AR MPM-in 172.1-ci maddəsinin tələblərinə ziddir. Yalnız MPM-in 254 və 255-ci maddəsinə əsasən icraatı dayandırılmış iş məhkəmənin icraatında olan iş kimi qəbul edilə bilər. Başqa əsaslarla işin icraatda olması prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. İddia ərizəsinin 30.10.2017-ci il tarixdə məhkəməyə daxil olması, 12.02.2018-ci il tarixli baxılmamış saxlanılmasına dair qərardadın iddiaçıya təqdim olunmaması və həmin qərardadın iddiaçının şikayəti əsasında qanunsuz və əsassız olaraq 07.01.2020-ci il tarixdə ləğv edilməsi, məhkəmə baxışının 30.10.2017-ci il tarixdən 07.01.2020-ci il tarixədək olan müddət ərzində davam etməsi kimi hesab edilməsi qanuni hesab edilə bilməz və bu cür yanaşma iddia müddəti institutuna ziddir. Cavabdehlərin ayrı-ayrılıqda verdikləri apellyasiya şikayətinə əlavələr onunla əsaslandırılmışdır ki, məhkəmə qətnaməsindən görünür ki, məhkəmə iddia müddətinin ötürülməməsi qənaətinə gələrkən belə bir mövqe sərgiləmişdir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)- 615/2018 nömrəli qərardadı Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə ləğv olunduğu üçün, iddia ərizəsinin baxılmamış saxlanılması müddəti mülki işin icraatda olma müddəti kimi hesab edilməlidir. Qeyd olunmalıdır ki, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli qərardadı onlara təqdim olunmadığı və göndərilmədiyi üçün həmin qərardadın mahiyyətindən məlumatsız olmuşdurlar. Bu səbəbdən apellyasiya şikayəti verilərkən qətnamədə həmin qərardadla bağlı məhkəmənin gəldiyi nəticəyə istinad olunmuşdur. Halbuki, məhkəmənin həmin qərardadla bağlı qətnamədə qeyd etdikləri, qərardadın özündə əks olunmamışdır. Belə ki, qətnamədə həmin qərardadla qeyd olunmuşdur ki, “İddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi 30.10.2017-ci il tarixdə verilsə də, həmin iddia ərizəsi Abşeron Rayon Məhkəməsinin 12.02.2018-ci il tarixdə tərəflərin məhkəmə iclasına gəlməməsi səbəbindən (AR MPM-nin 259.06-cı maddəsi) baxılmamış saxlanılmışdır. Sonradan iddiaçı 16.12.2019-cu il tarixdə ərizə ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək baxılmamış saxlanılma barədə qərardadın onlara təqdim edilməsini xahiş etmişdir. Bundan sonra İddiaçı MMC Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)- 615/2018 nömrəli qərardadından şikayət verərək, iddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadının ləğv edilərək iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etmiş və həmin şikayət - “iddiaçı tərəfin iş üzrə təyin olunan məhkəmə iclasından məlumatsız olduqları üçün iclasda iştirak edə bilməmələri və məhkəmənin məlum qərardadını yalnız 19 dekabr 2019-cu ildə əldə etmələri” əsası ilə ləğv edilmişdir.” Tərəflərindən bu yaxınlarda həmin qərardad rəsmi qaydada 15.11.2021-ci il tarixdə əldə edilmiş və həmin qərardadı aldıqdan sonra müəyyən olunmuşdur ki, qətnamədə qərardadın mahiyyəti barədə göstərilənlər qərardadın özündə göstərilməmişdir. Belə ki, qərardadın əsaslandırıcı hissəsində məhkəmə qeyd edir ki, “Məhkəmə vəsatəti işin materialları ilə araşdırıb hesab edir ki, vəsatət təmin edilməli, Abşeron Rayon Məhkəməsinin 2(012)-615/2018 saylı, 12.02.2018-ci il tarixli qərardadı ləğv edilməli, tərəflərin iştirakı ilə işə yenidən baxılmalıdır”. Eyni zamanda qərardadın əsaslandırıcı hissəsində məhkəmə iddiaçı tərəfindən verilmiş vəsatəti araşdırmasını qeyd etsə də, qərardadın nəticə hissəsində həmin vəsatəti şikayət kimi qeyd edir. Bu da onu göstərir ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-615/2018 saylı, 12.02.2018-ci il tarixli qərardadının əsassızlığına görə, yaxud işin icraatını təzələmək məqsədi ilə ləğv edilməsi məlum deyil. Hər bir halda hesab edirlər ki, Abşeron Rayon Məhkəməsinin 2(012)-615/2018 saylı, 12.02.2018-ci il tarixli qərardadının həm əsassız olması əsası ilə, həm iş üzrə icraatı təzələmək məqsədilə ləğv edilməsi qanunsuz, yəni prosessual qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, ilk növbədə qeyd olunmalıdır ki, prosessual qanunvericilikdə qərardaddan 10 gün müddətində şikayət verilməsi göstərilmişdir. Əgər həmin müddət ötürülürsə, bu halda tərəf həmin müddətin bərpasına dair ərizə verməli və yalnız buraxılmış prosessual müddət bərpa olunduqdan sonra məhkəmə qərardaddan verilmiş şikayətə mahiyyəti üzrə baxa bilər. Lakin 07.01.2020-ci il tarixli qərardaddan göründüyü kimi birinci instansiya məhkəməsi ümumiyyətlə həmin qərardaddan verilmiş şikayətin vaxtında verilib-verilməməsinə hüquqi qiymət verməmişdir. Məhkəmə bundan başqa həmin qərardadı ləğv edərkən digər pozuntuları da etmişdir. “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” AR Ali Məhkəməsi Plenumunun 03.03.2011-ci il tarixli 03 saylı qərarının 9.2-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlandıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. AR MPM-nin 260.5-ci maddəsinə əsasən məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə, bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Yuxarıda göstərilən qanunun norması iddiaçının və cavabdehin məhkəmə iclasına gəlməməsi ilə əlaqəlar ərizənin baxılmamış saxlanılmasına səbəb olan şəraitin aradan qaldırılmasının xüsusi qaydasını müəyyən edir. Bu qaydanın tətbiq edilməsi üçün məhkəmə iclasına gəlməmiş iddiaçının və ya cavabdehin məhkəmə iclasında iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin üzrlü səbəblərdən baş verməsi haqqında sübut təqdim etməsi tələb olunur. Abşeron Rayon Məhkəməsinin 2(012)-615/2018 saylı, 12.02.2018-ci il tarixli qərardadının əsassız olması ilə bağlı iş materiallarında heç bir sübut yoxdur və bu səbəbdən məhkəmə istənilən halda ya şikayəti təmin etməyib onu rədd etməli idi, ya da iş üzrə icraatı MPM-nin 260.5-ci maddəsinə əsasən təzələməli idi. İstənilən halda məhkəmə Abşeron Rayon Məhkəməsinin 2(012)-615/2018 saylı, 12.02.2018-ci il tarixli qərardadını MPM-in 269.1-ci maddəsinə əsasən ləğv etməkdə haqlı olmamış və qanunsuzluq etmişdir. Bu səbəbdən Abşeron Rayon Məhkəməsinin 07.01.2020-ci il tarixli qərardadının hüquqi əsası qanunsuz və əsassız hesab edilməli və iş üzrə icraat AR MPM-nin 260.5-ci maddəsinə əsasən təzələnmiş hesab edilməlidir. Bu halda mülki iş üzrə hesablanan iddia müddəti məhz iddia ərizəsi baxılmamış saxlanıldıqdan sonra ümumi qaydada davam etmiş hesab edilməli və 07.01.2020-ci il tarixdən sonra yenidən dayandırılmış hesab edilməlidir, iddiaçı tərəf isə iddia müddətinin ötürülməməsi görüntüsü yaratmaq üçün qərardaddan şikayət vermiş və məhkəmə həmin şikayəti əsassız və qanunsuz təmin etməklə faktiki olaraq iddia ərizəsinin heç bir hüquqi əsas olmadan 12.02.2018-ci il tarixdən 07,01.2020-ci il tarixədək olan müddət ərzində icraatda olmuş kimi hesab etmişdir. Həmçinin qeyd olunmalıdır ki, məhkəmə tərəfindən həmin qərardaddan şikayətin verilməsi göstərilmədiyi üçün, cavabdeh tərəf kimi həmin qərardadın əsassızlığı ilə bağlı apellyasiya şikayətində öz etirazını bildirmək hüquqları var. Belə ki, Mülki Prosessual Məcəllənin XLİİ fəsli birinci instansiya məhkəməsinin qərardadlarından şikayət verilməsi məsələsini tənzimləyir. Həmin fəsildə yer alan 395-ci maddədə birinci instansiya məhkəməsinin ayrıca akt şəklində qəbul olunmuş qərardadlarından hansı halda şikayət verilməsi göstərilmişdir. Maddədə həmin qərardadlardan şikayət verilməsinin iki məqsədli əsası müəyyən edilmişdir - bu Məcəllədə göstərilən hallarda və məhkəmənin qərardadı işin sonrakı hərəkətinə mane olduqda (395.1.1-395.1.2). Normanın tələbinə görə birinci instansiya məhkəməsinin digər qərardadlarından şikayət verilmir, işdə iştirak edən şəxslər bu qərardaddan narazı qaldıqda qərardada olan etirazlarını apellyasiya şikayətlərinə daxil edə bilərlər (395.2). Beləliklə, Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadından tərəflərin şikayət verilməsi hüququ göstərilmədiyi üçün, apellyasiya instansiya məhkəməsi qərardada dair onlar tərəfindən verilmiş etiraza əsasən həmin qərardada hüquqi qiymət verməli və həmin qərardadı qanunsuz və əsassız hesab etməlidir. Eyni zamanda qeyd olunmalıdır ki, məhkəmə qətnamə qəbul edərkən maddi hüquq normaları da düzgün tətbiq etməmişdir. Belə ki, məhkəmə iddiaçının tələblərini qismən təmin etməklə 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107767,73 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128648,66 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247416,39 ABŞ dolları məbləğində pul vəsaiti ödəniş anında Azərbaycan manatının məzənnəsi ilə İddiaçı xeyrinə tutulsun. Cavabdeh2ndən 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 107765 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 5000 ABŞ dolları məbləğində dəbbə pulu və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə ümumilikdə 128949 ABŞ dolları məbləğində əsas borc və lizinq mükafatı, 6000 ABŞ dolları məbləğində dəbbə pulu olmaqla - cəmi 247714 ABŞ dolları məbləğində pulun tutulmasını qət etmişdir. Məhkəmə irəli sürülmüş iddia tələbi üzrə əsas borcu tutmaqla maddi hüquq normalarını pozmuşdur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1, 747-1.3 və 747-2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 28.12.2020-ci il tarixli qərarında Kontistusiya Məhkəməsinin bir maraqlı hüquqi mövqeyi qeyd edilmişdir. Belə ki, Plenum qeyd etmişdir ki, “beləliklə, lizinq daha çox mülkiyyətçinin öz əmlakını nisyə alğı-satqı yolu ilə hissəvi ödəniş əsasında satılmasına yönələn hərəkəti kimi xarakterizə edilir”. Göründüyü kimi formalaşmış hüquqi mövqeyə əsasən lizinq daha çox əmlakın nisyə alğı-satqı müqaviləsi kimi xarakterizə olunur. Mülki Məcəllənin 600.1-ci maddəsinə əsasən alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Qeyd edilən Məcəllənin 600.5-ci maddəsinə əsasən alıcı verilmiş əşyanı müqavilədə nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə və bu Məcəllədə və ya alğı-satqı müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda gecikdirilmiş məbləğdən malın müqaviləyə görə ödənilməli olduğu gündən ödənildiyi günədək bu Məcəllənin 449-cu maddəsinə uyğun faizlər ödənilməlidir. Müqavilədə alıcının satıcı tərəfindən əşyanın verildiyi gündən başlayaraq əşyanın qiymətinə uyğun məbləğdən faizlər ödəmək vəzifəsi nəzərdə tutula bilər. Göründüyü kimi mülki qanunvericiliyin tələblərinə əsasən alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə ödəmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər, lakin əşyanın dəyərinin ödənilməsini və eyni zamanda ödənilməmiş əşyanın qaytarılmasını satıcı tələb edə bilməz. Belə hüquq ona qanunla verilməmişdir. Konstitusiya Məhkəməsinin qeyd etdiyi mövqeyini əsas tutaraq belə nəticəyə gəlmək olar ki, lizinq müqaviləsi üzrə öhdəliklər lizinq alan tərəfindən pozularsa, lizinq verən həm lizinq predmetini, həm də lizinq predmetinin dəyərini (müqavilədə belə şərt göstərilməsindən asılı olmayaraq. Müqavilədə bu şərtin göstərilməsi mülki qanunvericiliyin tələblərinə zidd olduğu üçün, həmin şərt etibarsızdır) lizinq alandan tələb edə bilməz. Bu şərt o halda etibarlı hesab edilə bilər ki, lizinq ödənişləri tam ödənildikdən sonra lizinq alanın lizinq predmeti üzərində sonradan mülkiyyət hüquqları tanınsın. Mübahisəli lizinq müqavilələri üzrə lizinq predmetlərinin hamısı lizinq verənə qaytarılmışdır və həmin əmlaklar qaytarılarkən əla vəziyyətdə olmuşdur, lakin buna baxmayaraq ki, birinci instansiya məhkəməsi lizinq obyektlərinin qaytarılmasını nəzərə almayaraq həmin əmlakların əvvəlki dəyərini cavabdehlərdən tutmuşdur. Faktiki olaraq lizinq şirkəti həm əmlakları, həm onların dəyərini əldə etmişdir, yəni əsassız varlanmışdır. Bu isə yolverilməzdir və mülki qanunvericiliyin tələblərinin pozulmasıdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil və Cavabdeh2 nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətlərinin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətlərinin təmin edilməməsini xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 20 may 2011-ci il tarixli qərarında müəyyən edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Mülki Prosessual Məcəllənin 89.3-cü maddəsinə əsasən, yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. İş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı ilə “Lizinq alan” Cavabdeh2 (VÖEN: **********) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar iki müqavilə - 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin müqavilələr əsasında ümumilikdə 4 (dörd) ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1). 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli Müqaviləyə əsasən ümumi dəyəri 128310 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh2nə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin müqavilənin 2 saylı əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh2 MMC-nin hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 02 iyul 2016-cı il tarixinədək 128310 ABŞ dolları əsas məbləğ və 68915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3 saylı əlavəsi kimi təsdiq edilmiş 02 iyul 2012-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı MMC tərəfindən 02 iyul 2012-ci ildə “Lizinq alan” Cavabdeh2 MMC-yə təhvil verilmişdir); 2). 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 127340 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh2nə lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127340 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin müqavilənin 2 saylı əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh2 MMC-nin hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 26 sentyabr 2016-cı il tarixinədək 127340 ABŞ dolları əsas məbləğ və 70720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3 saylı əlavəsi kimi təsdiq edilmiş 26 sentyabr 2012-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı MMC tərəfindən 26 sentyabr 2012-ci ildə “Lizinq alan” Cavabdeh2 MMC-yə təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin müqavilənin son icra müddəti 26 sentyabr 2016-cı il tarixi müəyyən edilmişdir). İş materiallarında olan 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinin 4.6-cı bəndlərinə əsasən, “Lizinq alan” ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla), “Lizinq alan” hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödəniş ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/438-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480-1 nömrəli zaminlik müqavilələri ilə zamin Cavabdeh1 “Lizinq alan” Cavabdeh2 MMC-nin 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqavilələrinə əsasən “Lizinq verən” İddiaçı MMC-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur. İş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” İddiaçı ilə hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan “Lizinq alan” Cavabdeh1 (VÖEN **********) arasında yük avtomobillərinin lizinqə verilməsi ilə əlaqədar iki müqavilə - 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələri bağlanmış (müqavilələr “Lizinq verən” və “Lizinq alan” olmaqla, iki tərəf arasında bağlanmışdır) və həmin müqavilələr əsasında ümumilikdə 4 (dörd) ədəd özüboşaldan yük avtomobilləri sonuncuya lizinqə verilmişdir: - 1). 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 128310 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 128310 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 68915 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin müqavilənin 2 saylı əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 02 iyul 2016-cı il tarixinədək 128310 ABŞ dolları əsas məbləğ və 68915 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 197225 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3 saylı əlavəsi kimi təsdiq edilmiş 02 iyul 2012-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı MMC tərəfindən 02 iyul 2012-ci ildə “Lizinq alan” Cavabdeh1 təhvil verilmişdir); 2). 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli müqaviləyə əsasən ümumi dəyəri 127340 ABŞ dolları olan 2 (iki) ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri 48 ay müddətinə Cavabdeh1 lizinqə verilmiş və həmin avtomobillərin ümumi qiyməti 127340 ABŞ dolları, hər iki avtomobil üzrə ümumi lizinq mükafatının məbləği isə 70720 ABŞ dolları miqdarında nəzərdə tutulmuşdur (həmin müqavilənin 2 saylı əlavəsi kimi təsdiq edilmiş ödəniş cədvəlinə əsasən “Lizinq alan” Cavabdeh1 hər ay müvafiq məbləğlərdə ödəniş etməklə, 26 sentyabr 2016-cı il tarixinədək 127340 ABŞ dolları əsas məbləğ və 70720 ABŞ dolları mükafat olmaqla, ümumilikdə cəmi 198059 ABŞ dolları məbləğində lizinq ödənişi etməsi nəzərdə tutulmuşdur. Həmin müqavilənin 3 saylı əlavəsi kimi təsdiq edilmiş 26 sentyabr 2012-ci il tarixli təhvil-təslim protokolundan görünür ki, 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli müqavilə üzrə lizinq obyekti olan iki ədəd “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri “Lizinq verən” İddiaçı MMC tərəfindən 26 sentyabr 2012-ci ildə “Lizinq alan” Cavabdeh1 təhvil verilmişdir. Buna görə də, müqavilə şərtlərinə əsasən həmin müqavilənin son icra müddəti 26 sentyabr 2016-cı il tarixi müəyyən edilmişdir). İş materiallarında olan 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinin 4.6-cı bəndlərinə əsasən, “Lizinq alan” ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə (ödənişin həyata keçirilməsi tarixi Azərbaycan Respublikasında qeyri-iş günü hesab edilən günə düşdüyü hallar istisna olmaqla), “Lizinq alan” hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödəniş ödəməlidir. İş materialları ilə müəyyən olunur ki, 02 iyul 2012-ci il tarixli 12/439-1 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/482-1 nömrəli zaminlik müqavilələri ilə zamin Cavabdeh2 MMC “Lizinq alan” Cavabdeh1 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən “Lizinq verən” İddiaçı MMC-dən yük avtomobillərini lizinqə götürməsinə müvafiq qaydada zamin olmuşdur. İş materiallarından görünür ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli, 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli, 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqavilələrinə əsasən lizinqə götürülmüş “Howo 8x4” markalı özüboşaldan yük avtomobilləri (lizinq obyektləri) 07 sentyabr 2016-cı il tarixli Aktla “Lizinq alan”lar Cavabdeh2 və Cavabdeh1 tərəfindən “Lizinq verən” İddiaçınə təhvil verilmişdir. İş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmə araşdırması zamanı iddiaçı tərəfin hesabladığı borc məbləğləri ilə razılaşmayaraq, ekspertiza keçirilməsi barədə vəsatət vermiş və həmin vəsatət əsasında məlum müqavilələr üzrə “lizinq obyektlərinin qaytarıldığı tarix və iddia tələbində borcun hesablanma tarixi nəzərə alınmaqla 06 sentyabr 2016-cı il tarixinə yaranmış borcun hesablanması” üçün qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 20 noyabr 2020-ci il tarixli qərardadına əsasən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 08 aprel 2021-ci il tarixli 9/5620 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 MMC-nin lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107765,18 (yüz yeddi min yeddi yüz altmış beş dollar 18 sent) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 MMC-nin lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128949,05 (yüz iyirmi səkkiz min doqquz yüz qırx doqquz dollar 05 sent) ABŞ dolları məbləğində; 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107767,73 (yüz yeddi min yeddi yüz altmış yeddi dollar 73 sent) ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128648,66 (yüz iyirmi səkkiz min altı yüz qırx səkkiz dollar 66 sent) ABŞ dolları məbləğində - qalıq borcları vardır. Birinci instansiya məhkəməsi qeyd olunan sənədlərə istinad edərək iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Lizinq verən lizinq obyekti olan əmlakı lizinq alana lizinq müqaviləsinin şərtlərinə və həmin əmlakın təyinatına uyğun halda (vəziyyətdə) təqdim etməlidir. Lizinq alan əmlakı qəbul edərkən hər hansı bir çatışmazlıq aşkar edərsə, qəbul protokolunda bu barədə qeyd etməli və çatışmazlıqları aradan qaldırmaq məqsədilə bu əmlakı satan hüquqi və ya fiziki şəxslər qarşısında tələb irəli sürmək üçün lizinq verənə məlumat verməlidir. Lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır (Mülki Məcəllənin 748-1.1, 748-1.2 və 748-1.5. maddələri). Mülki Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər (Mülki Məcəllənin 442, 443.1, 448.1 və 465.2-ci maddələri). Lizinq müqaviləsinin mahiyyətinə görə lizinq əmlakı lizinq alana verilməli və bunun müqabilində sonuncu müvafiq məbləği dövriliklə ödəməlidir. Həmin dövrilik müəyyən məbləğin müəyyən müddət ərzində ödənilməsini nəzərdə tutur və lizinq alan ardıcıl olaraq iki dəfə bu qaydaya riayət etmədiyi halda, lizinq verənin aşağıdakı hüquqları yaranır: lizinq müqaviləsini ləğv etmək; pul məbləğlərini tələb etmək; lizinq obyektini geri almaq. Məhkəmə kollegiyası qeyd edir ki, işin hallarından göründüyü kimi, tərəflər arasında göstərilmiş müddəalara əsasən bağlanmış lizinq müqavilələrindən irəli gələn münasibətlər yaranmış və iddiaçı qanunvericiliyin bu tələblərinə uyğun olaraq tələblərini irəli sürmüşdür. Müqavilələr üzrə müəyyən edilmiş əmlakları iddiaçı cavabdehlərin istifadəsinə vermiş, cavabdehlər isə həmin əmlakları qəbul etmişdirlər. Cavabdehlər müqavilələr üzrə öhdəlikləri lazımınca icra etməyərək, lizinq müqavilələrinə əlavə kimi müəyyən edilmiş ödəniş qrafiki üzrə ödənişlər etməmiş, nəticədə müqavilələrdən irəli gələn öhdəlikləri iddiaçının tələb etmək hüququ yaranmışdır. Cavabdehlər müqavilələrə əlavə edilmiş ödəniş cədvəli üzrə müəyyənləşdirilmiş məbləği müqavilələr üzrə müəyyənləşdirilmiş şərtlərdə və məbləğdə iddiaçıya verilməsini təmin etməyərək, müqavilələr əsasında iddiaçı qarşısında öhdəlikləri yaranmışdır. Bu səbəbdən də, lizinqverənin lizinq obyektlərini geri qaytarmaq və geri qalan borcu tələb etmək hüququ yaranmışdır. Lizinq müqavilələri üzrə tələb olunan borc məbləğinin düzgün hesablanıbhesablanmamasının müəyyən edilməsi üçün birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmiş və 08 aprel 2021-ci il tarixli 9/5620 №-li ekspert rəyi ilə müəyyən edilmişdir ki, 02 iyul 2012-ci il tarixli 12/438 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 MMC-nin lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107765,18 ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/480 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh2 MMC-nin lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128949,05 ABŞ dolları məbləğində; 02 iyul 2012-ci il tarixli 12/439 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 107767,73 ABŞ dolları məbləğində və 21 sentyabr 2012-ci il tarixli 12/481 nömrəli daxili lizinq müqaviləsi üzrə lizinq alan Cavabdeh1 lizinq verən İddiaçı MMC-yə ödənilməli olan əsas lizinq borcu və mükafat borcu ümumilikdə cəmi 128648,66 ABŞ dolları məbləğində - qalıq borcları vardır. Məhkəmə kollegiyası hesab edir ki, həmin rəy Azərbaycan Respublikası MPM-in 103-cü maddəsinə əsasən mötəbər sübut kimi qiymətləndirilməlidir. Belə ki, ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuş, rəydə ekspertin gəldiyi nəticə əsaslandırılmışdır. Ona görə də, lizinqalandan lizinq müqaviləsi üzrə hesablanan borcun məbləği rəyə uyğun hesablanmışdır. Cərimə məbləğinin ödənilməsinin hüquqi əsaslarını müəyyən edən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə görə, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 463.1-ci maddəsinə görə dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanmalıdır. Hazırki iş üzrə tərəflər arasında bağlanmış müqavilələrin 4.6-ci bəndinə əsasən lizinq alan ödəniş cədvəlində göstərilmiş tarixdə ödənişi həyata keçirməzsə lizinq alan hər bir gecikdirilmiş gün üçün ödənilməsi gecikdirilən lizinq ödənişinin 0,1%-nə bərabər həcmdə əlavə ödənişi ödəməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 465.2-ci maddəsinə görə, əgər borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Həmin Məcəllənin 467-ci maddəsinə uyğun olaraq məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Göründüyü kimi, cavabdehlərə tərəflər arasında bağlanmış müqavilələr üzrə cərimə borcunun tutulması nəzərdə tutulmuşdur. Birinci instansiya məhkəməsi tənasübsüz surətdə yüksək dəbbə pulunu azaldaraq həmin hissədə iddianı qismən təmin etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin hazırki iş üzrə gəldiyi nəticə düzgündür. Məhkəmə kollegiyası apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı həmçinin qeyd edir ki, lizinq obyekti üzərində mülkiyyət hüququ lizinq ödənişinin tam ödənilməsindən və müqavilə şərtlərinin tam icra olunmasından sonra lizinq verənin iradəsi ilə lizinq alana keçir. Lizinq alan ödənişi geri tələb etmir və lizinq alan müqavilənin hər hansı şərtini icra etmədiyinə görə lizinq verənin tələbi ilə lizinq obyekti üzərində sahiblik və istifadə hüquqlarından əvəzsiz olaraq məhrum edilə bilər. Mülki Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. (Mülki Məcəllənin 425.2-ci maddəsi) İddia müddətinin tətbiqi və iddia müddətinin axımının başlanması anının müəyyənləşdirilməsi barədə apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 372, 373 və 374-cü maddələrində iddia müddəti ilə bağlı normalar nəzərdə tutulmuşdur. Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən, müqavilə tələbləri üzrə iddia müddəti 3 ildir. Həmin Məcəllənin 377-ci maddəsinə əsasən, iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır. İcra müddəti müəyyənləşdirilməmiş və ya tələbetmə məqamı ilə müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı kreditorun öhdəliyi icra etmək tələbini irəli sürmək hüququnun əmələ gəldiyi andan başlanır, borcluya həmin tələbin icrası üçün güzəştli müddət verildikdə isə iddia müddəti göstərilən müddət bitdikdən sonra hesablanmağa başlanır. Reqres öhdəliklər üzrə iddia müddətinin axımı əsas öhdəliyin icrası anından başlanır. Müddətin tətbiqi ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, “…müddətin əhəmiyyəti aşağıdakılardan ibarətdir: o hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqularını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; müddət institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; müddət tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır”. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir. Müddət mülki hüquq və vəzifələrin əmələ gəlməsinin, dəyişdirilməsinin və xitamının bağlı olduğu vaxtdır. Göründüyü kimi qanunverici əmlak və qeyri-əmlak hüquqlarının pozulmasına dair iddia hüququna tətbiq edilən iddia müddətinin axımının başlanmasını şəxsin hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu günlə şərtləndirmişdir. Şəxsin öz əmlak və ya qeyri-əmlak hüququnun pozulduğunu bildiyi hal elə hüquqi faktdır ki, onu bilməsi şəxsdən asılı olmur. O, müəyyən müddət keçdikdən sonra bu hüquqi fakt barədə hər hansı mənbədən xəbər tutur və hüququnun pozulduğunu bilir. Hazırkı işdən görünür ki, cavabdehlərlə bağlanmış 02 iyul 2012-ci il tarixli və 21 sentyabr 2012-ci il tarixli daxili lizinq müqavilələrinin icra müddətləri müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-cı il tarixlərində bitdiyindən, həmin müqavilələr üzrə iddia müddətlərinin axımı müvafiq olaraq 02 iyul 2016-cı il və 26 sentyabr 2016-cı il tarixlərindən başlanmışdır. İddiaçı tərəfindən hazırkı iddia ərizəsi 30 oktyabr 2017-ci ildə məhkəməyə təqdim edilmiş olduğundan, həmin tarixdən, yəni 30 oktyabr 2017-ci il tarixindən məlum müqavilələr üzrə 02 iyul 2016-cı il və 26 sentyabr 2016-cı il tarixlərindən başlanmış iddia müddətlərinin axımı kəsilmişdir. Həmin iddia ərizəsi üzrə 30 oktyabr 2017-ci ildən məhkəmə icraatı başlanmış olsa da, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanılmışdır. Həmin qərardaddan iddiaçı tərəfindən verilmiş şikayət əsasında qəbul edilmiş Abşeron Rayon Məhkəməsinin 07 yanvar 2020-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı ilə İddiaçı MMC-nin şikayəti əsaslı hesab edilərək təmin edilmiş və iddia ərizəsinin baxılmamış saxlanmasına dair Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)- 615/2018 nömrəli qərardadı məhkəmənin özü tərəfindən ləğv edilmişdir (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinin tələblərinə görə, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir). İddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 12 fevral 2018-ci il tarixli qərardad şikayət əsasında məhkəmənin özü tərəfindən ləğv edilməklə, iş üzrə mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətlər yerinə yetirilmişdir. Məhkəmə məlum şikayət üzrə qəbul etdiyi qərardadında “şikayətin təmin edilməsi və Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadın ləğv edilməsi” barədə qərar qəbul edərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.5-ci maddəsinin tələblərinə istinad etməmiş və öz qərardadını həmin maddənin tələbləri ilə əsaslandırmamışdır. Həmin qərardad “qərardaddan narazı qalan İddiaçı MMC-nin şikayət təqdim edərək, qərardadın ləğv edilməsinin və işin yenidən baxışa təyin edilməsinin xahiş edilməsi” ilə əsaslandırılmışdır. İddia ərizəsinin baxılmamış saxlanması barədə qəbul edilmiş 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardad iddiaçının şikayəti əsasında məhkəmənin özü tərəfindən ləğv edilmiş olduğundan, həmin qərardadla yaranmış hüquqi nəticələrin elə qərardadın qəbul edildiyi andan mövcud olmaması (ləğv edilmiş olması) ilə nəticələnmişdir. Bu halda Mülki Məcəllənin 381.1-ci maddəsi ilə təsbit olunmuş “əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir” hüquqi nəticəsinin mövcudluğu da istisna olunur. İddianın baxılmamış saxlanması barədə qərardad tərəfin şikayəti əsasında ləğv edilərək, məhkəmə baxışı davam etdirildiyindən, həmin qərardad iddia müddətinin “ümumi qaydada davam etməsinə” səbəb olmamış və məlum iddia ərizəsi ilə məhkəməyə müraciət etməklə qanunvericiliklə nəzərdə tutulan üç illik iddia müddətinin axımının kəsilməsi halı fasiləsiz olaraq davam etmişdir. Cavabdehlər apellyasiya şikayətinə əlavədə “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03.03.2011-ci il tarixli 03 saylı qərarına istinad edərək qeyd etmişdirlər ki, qanunla müəyyən edilmiş qaydada işə baxılmasının vaxtı və yeri barədə xəbərdar edilmiş iddiaçı üzrsüz səbəbdən məhkəmə iclasına gəlmədikdə və buna görə ərizə baxılmamış saxlandıqda, məhkəmə iddiaçının ərizəsi ilə icraatı təzələməyə və işə baxmağa haqlı deyildir. Həmin şəxs ümumi qaydada ərizə ilə məhkəməyə müraciət etməlidir. Məhkəmə kollegiyası cavabdehlərin göstərilən dəlili ilə bağlı qeyd edir ki, iş materiallarında iddiaçının məhkəmənin baxış iclasının keçirilmə vaxtı və yeri barədə məlumatlı olduğunu təsdiq edən hər hansı sənəd yoxdur. Bundan başqa, Abşeron Rayon Məhkəməsinin 12 fevral 2018-ci il tarixli 2(012)-615/2018 nömrəli qərardadı da qanunvericilikdə nəzərdə tutulmuş qaydada iddiaçıya təqdim edilməmiş, işdə iddiaçının həmin qərardaddan məlumatlı olduğunu göstərən hər hansı sənəd yoxdur. Mülki Prosessual Məcəllənin 3.1-ci maddəsinə əsasən, məhkəmə icraatı işə baxılan, ayrı-ayrı prosessual hərəkətlər həyata keçirilən və yaxud məhkəmə aktı icra edilən zaman qüvvədə olan mülki prosessual qanuna əsasən aparılır. Həmin Məcəllənin 268.1-ci maddəsinə əsasən, şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. Göründüyü kimi iddiaçı qərardad ona rəsmi qaydada verildikdən sonra 10 gün müddətində şikayət vermiş, şikayəti əsaslı olmuş və birinci instansiya məhkəməsi şikayətin dəlilləri ilə razılaşaraq öz qərardadını ləğv etmişdir. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin baxılmamış saxlanılması barədə qərardad düzgün olaraq ləğv edildiyindən və işə ümumi qaydada baxılması davam etdirildiyindən, iddia müddətinin axımının ümumi qaydada davam etməsi və iddia müddətinin ötürülməsi ilə əlaqədar iddianın rədd edilməsi üçün əsas yoxdur. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apellyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apellyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 392, 393, 402-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ: Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-31/2021 saylı, 04 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar