Məhkəmə qərarları › İş №2-2(105)-12/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-12/2024

24.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-12/2024 24.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X3 və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndələri Nümayəndə2, X1 və X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2-2(119)-767/2023 nömrəli qətnaməsindən İddiaçı və cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İŞİN HALLARİ

1. “Satıcı” "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə “alıcı” İddiaçı (VÖEN **********) arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsinin 1.1-ci bəndindən görünür ki, Alıcı bu Müqavilədə göstərilən şərtlərə uyğun olaraq Satıcıdan metal materialları (bundan sonra mal) almağı öz öhdəsinə götürür. Müqavilənin 1.2-ci bəndinə əsasən, Satıcı aşağıda 1 №-li Əlavədə göstərilən malları alıcıya göndərməyi, Alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 1.4-cü bəndinə əsasən, Satıcı satılan malı öz anbarından Alıcının nümayəndəsinə təhvil verir. Müqavilənin 2.1-ci bəndinə əsasən, satılan malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq Satıcı tərəfindən Alıcıya verilən hesab-fakturada göstərilir. Müqavilənin 2.2-ci bəndinə əsasən, Alıcı aldığı malın dəyərini aldığı hesab faktura əsasında köçürülmə yolu ilə əvvəlcədən ödəyir. Müqavilənin 3.2-ci bəndinə əsasən, malın göndərilməsi zamanı qaimə-faktura tərtib edilir və orada aşağıdakılar göstərilir: malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi. Müqavilənin 4.1-ci bəndinə əsasən, bu Müqavilə imzalandığı andan qüvvəyə minir və 31 dekabr 2020-ci il tarixinədək qüvvədə olacaqdır. Müqavilənin müddətinin bitməsinə 15 gün qalmış tərəflərdən heç biri müqaviləyə xitam verilməsi ilə bağlı müraciət etməzsə, hazırkı müqavilə eyni şərtlərlə uzadılacaqdır.

2. 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə ilə müəyyən olunur ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Müqavilə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçı MMC-yə 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 69762,78 manat (59121 manat malın dəyəri + 10641,78 manat ƏDV) dəyərində 65690 ton həcmində “10/32” markalı armatur, 1 tonu 900 manatdan hesablanan ƏDV daxil 29974,95 manat (25402,5 manat malın dəyəri + 4572,45 manat ƏDV) dəyərində 28225 ton həcmində “F12” markalı armatur və 1 tonu 870 manatdan hesablanan ƏDV daxil 6463,47 manat (5477,52 manat malın dəyəri + 985,95 manat ƏDV) dəyərində 6,296 ton həcmində “F16” markalı armatur olmaqla, ümumilikdə ƏDV daxil 106201,20 (yüz altı min iki yüz bir manat 20 qəpik) manat (90001,02 manat malın dəyəri + 16200,18 manat ƏDV) dəyərində 100211 ton armaturların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur.

3. "xxxx" Qapalı Səhmdar Cəmiyyəti vasitəsilə 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi üzrə alıcı İddiaçı tərəfindən satıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına 16 dekabr 2020-ci il tarixli ******* nömrəli Ödəniş Tapşırığı ilə 20000 (iyirmi min) manat və 17 dekabr 2020-ci il tarixli ******* nömrəli Ödəniş Tapşırığı ilə 70001,02 (yetmiş min bir manat 02 qəpik) manat olmaqla, ümumilikdə cəmi 90001,02 (doxsan min bir manat 02 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

4. İddiaçı “ƏDV subuçot” hesabından Çıxarışdan görünür ki, armatur alışı ilə əlaqədar alıcı İddiaçı MMC-nin “ƏDV sub-uçot” hesabından satıcı "xxxx" MMC-nin “ƏDV sub-uçot” hesabına 16 dekabr 2020-ci il tarixdə 3600 manat və 17 dekabr 2020-ci il tarixdə 12600,18 manat olmaqla, cəmi 16200,18 (on altı min iki yüz manat 18 qəpik) manat məbləğində pul vəsaiti köçürülmüşdür.

5. İddiaçının məhkəməyə təqdim etdiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən tərtib olunmuş 18 avqust 2023-cü il tarixli UNİ/A 21-417/23 nömrəli “Tikinti materialının bazar dəyəri ilə bağlı” Arayışda qeyd olunmuşdur ki, İddiaçı MMC-nin 15 avqust 2023-cu il tarixli məktubuna cavab olaraq bildirilir ki, "xxxx" MMC-nin mütəxəssisləri tərəfindən həyata keçirilmiş qiymətləndirmə nəticəsində çoxmənzilli yaşayış binalarının tikintisində istifadə olunan 500 marka armaturun 1 tonunun bazar qiyməti 1080-1110 manat (ƏDV daxil deyil) aralığında müəyyən edilmişdir.

6. İddiaçı tərəfindən iddia ərizəsinə əlavə edilmiş 16 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) cəmi 23,620 ton və 22 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunmuşdur. Qaimə Fakturaların “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur. Qaimə Fakturaların “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi bildirmişdir ki, ödənilmiş 90001,02 manat məbləğində pul müqabilində verilməmiş armaturların tələb edilməsi ilə əlaqədar 2021-ci ilin sonunda tərəflər arasında aparılan danışıqlar zamanı cəmi 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyinin təsdiqi olaraq həmin Qaimə Fakturaların kserosurətlərini cavabdeh tərəfin səlahiyyətli şəxsləri təqdim etmişlər və həmin sənədlərdə “alıcı” qismində iddiaçı tərəfin səlahiyyətli şəxslərinin imzaları olmasa da, iddiaçı tərəf həqiqətən də cavabdehdən yalnız cəmi 47,040 ton müxtəlif markalı armatur materiallarını aldığını təsdiq edir).

7. Cavabdeh tərəfindən təqdim edilmiş 09 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 19,740 ton və 10,375 ton, 10 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 10,330 ton və 10,670 ton, 11 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) 13,525 ton, 5,515 ton və 5,010 ton və 14 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada (kserosurətdir) isə 12,380 ton, 4,950 ton və 4,890 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da (həmin Qaimə Fakturaların “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuşdur), həmin Qaimə Fakturaların “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi həmin Qaimə Fakturaların kserosurətlərində qeyd olunan armaturların iddiaçı tərəfə təqdim edilmədiyini bildirmişdir).

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat

8. İddiaçı 31 may 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “müqavilə öhdəliklərinin icra edilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 52,960 ton armaturun (metal materialı) İddiaçınə təhvil verilməsi öhdəliyinin cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətinin üzərinə qoyulması, bu mümkün olmadıqda cavabdehdən hazırki bazar qiyməti üzrə 52,960 ton armaturun dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğin (ƏDV daxil deyil) İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

9. İddiaçı tərəfindən 11 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən hazırkı bazar qiyməti üzrə 52,960 ton armaturun dəyərini təşkil edən 58256 (əlli səkkiz min iki yüz əlli altı) manat məbləğində (ƏDV daxil deyil) pul vəsaitinin İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsi xahiş olunmuşdur.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC (bundan sonra “Satıcı”) ilə iddiaçı “Şərq İnşaat" MMC (bundan sonra “Alıcı”) arasında 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı müqaviləsi imzalanmışdır. Həmin Müqaviləyə əsasən müqavilədə göstərilən metal materiallarını (bundan sonra mal) müqavilə müddəti dövründə “Satıcı” Alıcı”nın mülkiyyətinə verməyi, “Alıcı” isə həmin malların dəyərini bu müqavilədə nəzərdə tutulmuş müddətdə və qaydada “Satıcı”ya ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqaviləyə əsasən, malın bir ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq “Satıcı” tərəfindən “Alıcıya” verilən hesab-fakturada göstərilir. “Alıcı” isə malın dəyərini köçürülmə yolu ilə əvvəlcədən ödəyir. “Satıcı” isə öz növbəsində malı anbarından “Alıcının” nümayəndəsinə təhvil verməyi öhdəsinə götürür. Yuxarıda qeyd olunan Müqavilə əsasında 16 dekabr 2020-ci il tarixli e-qaimədən göründüyü kimi tərəflər arasında malın bir tonuna 900 manat qiymət razılaşdırılmış və “Alıcı” təxminən 100 ton məhsul üçün 90001,02 manat və ƏDV olaraq 16200,18 manat pulu “Satıcının” hesabına köçürmüşdür. Bu faktı ******* və ******* nömrəli ödəniş tapşırıqları da təsdiq edir. Lakin, “Satıcı” öz öhdəliyini tam yerinə yetirməmiş, ******* və ******* nömrəli qaimə fakturalarından göründüyü kimi yalnız 47,040 ton malı təhvil vermiş, yerdə qalan 52,960 ton malın təhvil verilməsindən isə bu günə qədər boyun qaçıraraq müqavilə öhdəliyini kobud surətdə pozmuşdur. Hazırki mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehə müraciət olunmasına baxmayaraq, mübahisənin məhkəmədən kənar və yaxud mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı MMC tərəfindən 400 manat haqq ödənilmişdir. Məhkəmənin nəzərinə çatdırılır ki, iddianın məhkəməyə təqdim edildiyi tarixə 1 ton armaturun bazar dəyəri 1100 manat təşkil edir.

11. Cavabdeh tərəfindən 10 avqust 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia tələbinə qarşı etiraz təqdim edilmiş və onunla əsaslandırılmışdır ki, iddiaçının hazırki iddia tələbinin nə faktiki, nə də hüquqi əsası yoxdur. Ona görə ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsindən irəli gələrək cavabdehin 15 dekabr 2020-ci il tarixli elektron qaiməsi əsasında iddiaçı tərəfindən 16 dekabr 2020-ci il tarixdə ödənilmiş 90000 manat (ƏDV xaric) məbləğə münasibətdə bütün mallar iddiaçıya təhvil verilmişdir. Hətta, bununla belə iddiaçının növbəti partiya üzrə mala görə cavabdehə bu günədək borcu yaranmışdır. Belə ki, iddiaçı iddia ərizəsində qəbul etdiyini bildirdiyi 47,040 ton mala dair məhkəməyə 2 ədəd qaimə faktura təqdim etsə də, digər partiya (4 ədəd) qaimə fakturaları nədənsə təqdim etməmiş və elə görüntü yaratmaq istəmişdir ki, güya həmin mallar ona təhvil verilməmişdir. Bununla bağlı məhkəmənin diqqətinə çatdırılır ki, müqavilə şərtlərinə əsasən, mala görə ödəniş öncədən həyata keçirilməsi qeyd edilməsinə rəğmən, əslində tərəflər arasında işgüzar münasibət qarşılıqlı etimada əsaslanmış və buna görə hər həftə alınan bir neçə partiya mallar əvvəlcədən razılaşdırılaraq alıcıya təqdim edildikdən sonra, bir-iki gün ərzində həmin malların ödənişi həyata keçirilir və növbəti həftə üçün mal sifariş olunarkən əvvəlki malların pulu alıcı tərəfindən tam ödənilməklə şərtləndirilir. Bu yolla iddiaçı təşkilata cavabdeh tərəfindən 6 maşın (partiya) mal tədarük olunaraq göndərilmişdir. Müqavilə bağlandıqdan sonra səhəri gündən başlayaraq 2020-ci ilin 09, 10, 11 və 14 dekabr tarixlərində (həftə içi boyu) cavabdeh tərəfindən mal tədarük olunmuş və iddiaçıya 97380 ton mal (ƏDV xaric 87646,50 manat) göndərilmişdir. Növbəti partiya mal iddiaçıya 16 və 22 dekabr 2020-ci il tarixlərdə 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı isə əvvəlki partiya mala görə və yeni maldan 2353 manat ödəniş etməklə 15 dekabr 2020ci ildə verilmiş elektron qaimə üzrə ümumilikdə 90000 manat (ƏDV xaric) ödəniş həyata keçirmişdir. Göründüyü kimi, əslində iddiaçının cavabdehə yeni partiya mal üzrə (16 və 22 dekabr 2020-ci il üzrə) aldığı 47,040 ton mala görə (47,040 x 900 manat = 42336 - 2353) 39982,50 manat (ƏDV xaric) borcu yaranmış olur. Belə ki, həmin maldan qeyd edilən kimi 2353 manat ödəniş edilsə də, qalan 39982,5 manat ƏDV xaric məbləğ bu günədək cavabdehə ödənilməmişdir. Cavabdeh iddiaçı ilə işgüzar münasibətə və gələcək əməkdaşlığa sadiq qalaraq hələ ki, həmin borcu rəsmi olaraq tələb etməmşdir. Lakin, iddiaçı nədənsə, digər aldığı malların qəbul edilmə faktını gizlədərək, süni borc görüntüsü yaratmaqla, məhkəməni işin əsl mahiyyətindən yayındırmağa və bu yolla əsassız varlanmağa çalışır. Yuxarıda qeyd olunan hallar üzrə hər partiya malların iddiaçıya göndərilməsi "xxxx" MMC tərəfindən yük avtomaşınlarına malı yükləyən əməkdaşların iştirakı ilə həyata keçirilmişdir. Həmçinin bu zaman mallar cavabdehə göndərilərkən həmin vaxt iddiaçı təşkilat ilə cavabdehi tanış edən və arada işgüzar münasibətin qurulmasında vasitəçi kimi iştirak edən şəxslər də iştirak etmişlər. Həmin şəxslər malların həqiqətən iddiaçıya göndərilməsi faktını və bununla bağlı digər halları məhkəmədə şahid ifadələri vermək üçün dəvət olunacaqlar. Beləliklə, qeyd olunanlara əsasən iddiaçının iddia tələbinin nə faktiki, nədəki hüquqi əsası yoxdur və bu iddia tələbinin rədd olunması üçün əsasdır.

12. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizədə yazılanlara uyğun izahat verərək, ƏDV nəzərə alınmadan hesabına köçürülmüş pula görə təhvil verilməmiş armaturların hazırkı bazar qiyməti üzrə dəyərini təşkil edən 58256 manat məbləğində pul vəsaitinin cavabdeh “Qızıl-Daş R" Məhdud Məsuliyyətli Cəmiyyətindən İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etdi və öz mövqeyini onunla əsaslandırdı ki, tərəflər arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli alqı-satqı müqaviləsinin şərtlərinə uyğun olaraq satıcı “Qızıl-Daş R" MMC tərəfindən təqdim olunmuş 15 dekabr 2020-ci il tarixli elektron qaimədə nəzərdə tutulan armatur məhsullarının dəyəri olan ƏDV xaric cəmi 90001,02 manat məbləğində pul vəsaiti müvafiq olaraq 20000 manat və 70001,02 manat məbləğlərində olmaqla 16 dekabr 2020-ci il tarixli və 17 dekabr 2020ci il tarixli Ödəniş tapşırıqları ilə Bank vasitəsi ilə Satıcının hesabına ödənilmişdir. Lakin, cavabdeh “satıcı” olaraq üzərinə düşən öhdəliyi lazımi qaydada yerinə yetirməmiş və 15 dekabr 2020-ci il tarixli elektron qaimədə nəzərdə tutulan armaturların hamısını deyil, bir tonunun qiyməti 870 manatdan hesablanan 6,296 ton F16 markalı və qalan hissəsi isə tonu 900 manatdan hesablanan digər markalı armaturlar olmaqla, yalnız cəmi 47,040 ton armatur təhvil vermiş, qalan hissəni isə verməkdən yayınmışdır. Yəni, iddiaçı təxminən 100 ton armaturun dəyəri olaraq 90001,02 manat məbləğində pul ödəsə də, cəmi 47,040 ton malı təhvil almışdır. Həmin təhvil verilmiş 47,040 ton armaturla əlaqədar tərəflər arasında heç bir sənəd imzalanmasa da, iddiaçı tərəf cavabdehdən ödənilmiş pulun müqabilində verilməli olan armaturların hamısını tələb etdikdə, sonuncunun səlahiyyətli şəxsləri 2021-ci ilin sonunda onlara müvafiq qaydada imzalanmamış 2 ədəd Qaimə Fakturanın kserosurətlərini təqdim edərək, orada qeyd olunan cəmi 47,040 ton armaturun təhvil verildiyini bildirmişlər. Qaimələrdə malları kimin təhvil aldığı yazılmadığı üçün iddiaçı tərəf həmin qaimələri sübut kimi qəbul etməsə də, hər iki qaimədə cavabdeh tərəfin qeyd etdiyi 47,040 ton armaturu aldığını təsdiq edir. Çünki, tərəflər arasında baş tutan həmin danışıqlara əsasən 47040 ton armaturun verildiyi dəqiqləşdirilmişdi. Eyni zamanda, məhkəməyə təqdim edilən 2 ədəd qaimə fakturanın əsli iddiaçıda yoxdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi qaimə fakturaları isə istənilən vaxt yazıb doldurmaq olar. Çünki, həmin qaimə fakturalarda da armaturu təhvil alanın imzası yoxdur. Bununla belə, dəfələrlə tələb olunmasına baxmayaraq qalan armaturlar isə təhvil verilməmiş və tikinti bazarında həmin armaturların qiyməti artmışdır. 2020-ci ildə armaturun bazar qiyməti təxminən 900 manat məbləğində olsa da, bu günlərdə armaturun qiyməti 1080 - 1110 manat arasında dəyişir. Bu səbəbdən də iddiaçı bu günkü bazar qiymətini təsdiq edən rəyi məhkəməyə təqdim etmişdir. Həmin rəyə görə hal-hazırda armaturun bazar qiyməti 900 manatdan 1110 manatadək artdığı üçün iddiaçı cavabdehdən 58256 manat pulun qaytarılmasını tələb edir. Ona görə də, iddiaçı tərəf müstəqil qiymətləndirici Təşkilata müraciət edərək təhvil verilməyən armaturların hazırkı bazar qiymətini müəyyən etmiş və yeni qiymətlərə uyğun olaraq verilməyən armaturların hazırkı bazar dəyəri kimi hesablanmış 58256 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulmasını tələb edir.

13. Məhkəmə iclasında cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş etmiş və öz mövqeyini onunla əsaslandırmışdır ki, tikinti mallarının satışı ilə bağlı alış-veriş təcrübəsinə əsasən mallar təhvil alınmamış pul ödənilmir. Müqavilədə formal olaraq “malın dəyərinin əvvəlcədən ödənilməsi” yazılsa da, heç bir tikinti şirkəti və mənzil-tikinti kooperativi reallıqda malları almamış pulu ödəmir. 08 dekabr 2020-ci ildə müqavilə bağlandıqdan sonra növbəti günlərdə dərhal armatur verilişi həyata keçirilmişdir. Cavabdeh tərəfindən hansı malların hansı tarixdə təhvil verildiyi barədə 4 nüsxədə qaimə fakturalar tərtib edilmişdir. 09 dekabr, 10 dekabr, 11 dekabr və 14 dekabr 2020-ci il tarixlərdə ardıcıl olaraq mallar iddiaçıya təhvil verilmişdir. Belə ki, ümumilikdə 97,380 ton, yəni ƏDV daxil olmadan təxminən 87646,5 manat dəyərində ilkin 4 partiya mal verilişi həyata keçirilmişdir. Bundan sonra Şirkət mal verilişini dayandırmışdır. Çünki, tərəflər arasındakı danışıqlara əsasən mal verildikdən bir neçə gün sonra iddiaçı ödəniş etməli idi. 14 dekabr 2020-ci il tarixində sonuncu mal verilişindən sonra cavabdeh göndərdiyi mala münasibətdə faktura kəsmişdir. Növbəti gün həmin malların pulu ödənilmiş və iddiaçı tərəf 2353 manat artıq pul ödəmişdir. Əvvəlki mallara görə ödəniş həyata keçirildikdən, yəni borc öhdəliyi aradan qaldırıldıqdan sonra iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş materiallarında olan 2 qaimədə göstərilən 47,040 ton malın verilişi baş tutmuşdur. Satıcı "xxxx" MMC isə müştərisini itirməmək və işgüzar münasibəti qorumaq üçün pulu əvvəlcədən almadan armatur vermişdir. Satıcı 90001,02 manat məbləğində pulu əvvəldən verilmiş mallara görə qəbul etmişdir. Növbəti verilən 2 partiya mal isə 47,040 tondur və bununla bağlı iddiaçının “Alıcı” olaraq Satıcıya ödənilməmiş 39982,5 manat qalıq borcu vardır. Lakin, cavabdeh işgüzar nüfuzu qorumaq naminə hələ ki, həmin pulu geri tələb etmir. İddiaçı isə cavabdehdən əvvəl məhkəməyə müraciət etmişdir. 2020-ci ilin dekabr ayında cavabdeh iddiaçıya 100 tondan artıq mal vermişdir. Bunu təsdiq edən qaimə fakturalar da məhkəməyə təqdim edilmişdir. İddiaçı tərəfin isə cavabdehdən mal tələb etməyə nə faktiki, nə hüquqi əsası yoxdur. Çünki, İddiaçı MMC və cavabdeh "xxxx" MMC arasında 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə 6 dəfə mal gedişi olmuş və 6 qaimə faktura kəsilmişdir. Cavabdeh ümumilikdə 4 qaimə faktura əsasında 97380 ton armatur verdikdən sonra 16 dekabr 2020-ci il tarixində cavabdehin hesabına 90001,02 manat məbləğində pul köçürülmüşdür. 2020-ci ilin 16 dekabr və 22 dekabr tarixlərində isə əlavə olaraq 47,040 ton mal vermişdir və həmin armaturun 39982,5 manat qalıq pulu halhazıradək Satıcıya ödənməmişdir.

14. Cavabdeh tərəfin vəsatəti əsasında şahid qismində dindirilmiş X10, X5, X6 və X7 ifadələrində cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əməkdaşlıq edən sürücü və işçilər kimi 2020-ci ilin dekabr ayında İddiaçı tikinti obyektinə yük avtomobili ilə armatur məhsullarını apardıqlarını, lakin daşıdıqları armaturların təhvil verilməsi ilə əlaqədar hər hansı bir sənədi, o cümlədən də təhvil-təslim aktı, qaimə faktura və s. imzalamadıqlarını bildirmişlər.

15. Sumqayıt Kommersiya Məhkəməsinin 29 sentyabr 2023-cü il tarixli, e-2-2(119)- 767/2023 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən dövlət nəfinə 233,56 (iki yüz otuz üç manat 56 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Z.Sadiqov).

16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi üzrə satıcı "xxxx" MMC-nin hesabına köçürülmüş 90001,02 manat məbləğində pul vəsaiti müqabilində alıcı İddiaçı MMC-yə armatur məhsullarının təhvil verilməsi (satılması) mötəbər sübut qismində qəbul edilməsi mümkün olan rəsmi sənədlərlə təsdiq olunmur. Çünki, tərəflər arasında bağlanmış Müqavilədə nəzərdə tutulan qaydada malların təhvil verilməsini təsdiq edən rəsmi sənədlər (təhvil-təslim aktı, qaimə-faktura və s.) məhkəməyə təqdim olunmamışdır. Məhkəməyə təqdim olunmuş yuxarıda adı çəkilən “Qaimə faktura”lar isə malları təhvil alan şəxs tərəfindən imzalanmamış və həmin sənədlərdə məlum Müqavilənin 3.2-ci bəndində nəzərdə tutulan məlumatlar (malın adı, nominal diametri (profili), 1 tonun və cəmi miqdarının qiyməti, göndərilən təşkilatın adı, müqavilənin nömrəsi və tarixi) qeyd olunmamışdır. Lakin, iddiaçı (alıcı) İddiaçı MMC-nin nümayəndəsi məhkəmə araşdırması zamanı Müqavilə əsasında ödənilmiş 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton həcmində “F16” markalı və bir tonun qiyməti 900 manatdan hesablanan digər markalı armatur olmaqla, cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunu aldığını etiraf etmişdir. Yəni, Satıcı tərəfindən Alıcıya elektron qaimədə qeyd olunan armaturların təhvil verilməsini təsdiq edən mötəbər sübut qismində qiymətləndirilməsi mümkün olan rəsmi sənədlər məhkəməyə təqdim olunmasa da, Alıcının öz etirafı ilə məlum Elektron Qaimədə qeyd olunan 90001,02 manat məbləğində pul vəsaitinin əvəzində təhvil verilməsi nəzərdə tutulan ümumilikdə 100,211 ton armaturun yalnız bir tonun qiyməti 870 manatdan hesablanan 6,296 ton miqdarında “F16” markalı armatur və bir tonun qiyməti 900 manatdan hesablanan 40,744 ton miqdarında digər markalı armaturlar olmaqla (təhvil verilən digər armatur məhsullarının 1 tonunun qiyməti 900 manatdan hesablanmışdır), cəmi 47,040 ton müxtəlif markalı armatur məhsulunun alınması təsdiq olunur. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 106.3-cü maddəsinin tələblərinə görə tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir...

17. Beləliklə də, məhkəmə araşdırması zamanı müəyyən edilən işin mübahisəsiz hallarından və mötəbər sübutlar əsasında təsdiq olunan xüsusatlardan görünür ki, 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı Müqaviləsi əsasında təqdim olunan 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimə üzrə satıcı "xxxx" MMC tərəfindən alıcı İddiaçınə təhvil verilməli olan cəmi 90001,02 manat dəyərində qiymətləndirilmiş müxtəlif markalı armaturlardan 1 tonu 870 manatdan hesablanan 5477,52 manat dəyərində 6,296 ton “F12” markalı armatur və 1 tonu 900 manatdan hesablanan 36669,6 manat dəyərində 40,744 ton digər markalı armatur olmaqla (47,040 ton - 6,296 ton = 40,744 ton), ümumilikdə cəmi 42147,12 manat dəyərində 47,040 ton armatur təhvil verilmişdir (6,296 ton x 870 manat + 40,744 ton x 900 manat = 42147,12 manat). Bu halda isə, cavabdeh tərəfindən iddiaçıya 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat dəyərində armaturun verilmədiyi müəyyən olunur (ümumi ödənilən pul: 90001,02 manat - təhvil verilən armaturun qiyməti: 42147,12 manat = 47853,9 manat qalıq borc). Lakin, işin konkret hallarına görə 47853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.

18. Məhkəmə gəldiyi nəticəni MM-in 385.1, 425.1, 425.2, 427.3, 430.1, 442, 448.1, 448, 567, 568.1, 569.1, 575.1, 599.3-cü maddələrinə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 89, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına istinad etməklə əsaslandırmışdır.

19. İddiaçı qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək onun ləğv, iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətlərinin dəlilləri

21. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən öhdəliyin icra edilməmiş hissəsi ilə bağlı düzgün qənaətə gəlsə də, yəni təhvil verilməmiş malın həcmini düzgün müəyyən etsə də, iddiaçıya təhvil verməli olan armaturların bazar qiyməti ilə bağlı məsələdə kobud şəkildə pozuntuya yol vermişdir. Belə ki, məhkəmə qətnaməsində qeyd olunmuşdur ki, “Lakin, işin konkret hallarına görə 47853,9 manat dəyərində təhvil verilməyən armaturların dəyərinin hazırkı iddia tələbində mövcud bazar qiymətlərinə uyğun hesablanaraq tələb olunmasının əsaslılığı isə məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.” Məhkəmə nəzərdən qaçırmışdır ki, cavabdehin müqavilə üzrə öhdəliyi pulu ödəmək deyil, müqavilə predmetini təşkil edən armaturu iddiaçıya təhvil vermək idi. Hazırkı halda isə, iddiaçı 52.960 ton armaturu məhkəmənin qət etdiyi məbləğə alması mümkün deyil. Bununla bağlı sübut məhkəməyə təqdim edilsə də, məhkəmə ümumiyyətlə buna qiymət verməmişdir. Göründüyü kimi, məhkəmə öhdəliyin icra edilmədiyi hissəsində düzgün qənaətə gəlsə də, iddiaçıya təhvil verməli olan armaturların bazar qiyməti ilə bağlı məsələdə Mülki Məcəllənin 443.3-cü maddəsinin tələblərini pozaraq qətnamə qəbul etmişdir ki, bu da iddiaçının hüquqlarının tam bərpa edilməsinə mane olmuşdur. Bununla da, məhkəmənin iddianın təmin edilməyən hissəsində gəldiyi nəticənin açıq-aşkar yanlış nəticə olduğu və bu nəticədən çıxış edərək maddi hüquq normasını düzgün tətbiq etmədiyi aşkardır.

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindən müxtəlif vaxtlarda 6 partiya yük avtomobililə ümümi çəkisi 140 tondan artıq armatur materialı iddiaçıya göndərilmişdir. Belə ki, müqavilə bağlandıqdan sonra səhəri gündən başlayaraq 09, 10, 11, və 14 dekabr aylarında ( həftə içi boyu) mal tədarük olunmuş və iddiaçıya əl qaiməsi üzrə 97.380 ton mal (ƏDV xaric 87.646.50 manat) göndrəlmişdir. Lakin göndərilən mal üzrə çəkidə sonradan tərəfimizdən dəqiqləşmə aparıldığından, həmin 4 partiya üzrə malın çəkisi faktiki olaraq 100 ton 211 kq olduğu müəyyən edilmiş və bu barədə iddiaçıya xx.xx.2020-ci il tarixdə 914370 nomrəli elektron qaimə göndərilmişdir. Göndərilən mala görə iddiaçı tərəfindən 90.001,02 AZN (doxsan min bir manat, 02 qəpik) ədv xaric cavabdehə mal alışına görə ödəniş edilmişdir. Növbəti partiya mal cavabdehə 2020-ci ilin 16 və 22 dekabr tarixlərində ümumi həcmi 47,040 ton olmaqla göndərilmişdir. İddiaçı sonuncu tarix üzrə tərəfimizdən ona gödərilən malın (47,040 ton) qəbul edildiyini təsdiq etsə də, bundan əvvəlki göndərilən 4 partiya (elektron qaimə üzrə -100 ton 211 kq) malın qəbul edilmədiyini bəyan edir. İddiaçı bunu tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktının olmaması ilə izah edir. Halbuki, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Lakin iddiaçı həmin malı qəbul etdiyini bəyan edir. Deməli, tərəflər arasında müqavilə üzrə malın təhvilinə dair işgüzar münasibət, malın təhvilinə dair ayrıca təhvil-təslim aktı olmadan həyata keçirilir və bu hal qəbul olunandır. Bununla belə, iddiaçı əsassız olaraq hesab edir ki, 100 ton armatura görə ödədiyi 90.001,02 AZN pula münasibətdə tərəfimizdən ona yalnız malın bir hissəsi, yəni 47.040 tonmal göndərilsə də, qalan 52,960 ton armatur ona təqdim edilməyib. Bu hal tamamilə yanlışdır və işin halları ilə uzlaşmır. Ona görə ki, 914370 nömrəli xx.xx.2020-ci il tarixli tərəfimizdən iddiaçıya göndərilən elektron qaimə üzrə 101 ton 211 kq mala görə iddiaçı tərəfindən 90.001,02 manat pul ödəniməsi tələb edilmişdir. Nəticədə, iddiaçı həmin elektron qaimə üzrə Bank of Baku ASC-də olan hesabımıza1 6.12.2020-ci il tarixdə 20.000 AZN (iyirmi min manat) və xx.xx.2020-ci il tarixdə 70.001,02 AZN (yetmiş min bir manat, 02 qəpik) ədv xaric olmaqla ümumilkdə 90.001,02 manat ödəniş həyata keçirmişdir. Həmin elektron qaimə üzrə iddiaçı tərəfindən həyata keçirilən ödəmə əməliyyatında ödənişin təyinatı avans alışı olaraq yox (yəni öncədən ödəmə kimi yox), mal alışı kimi əks olunub. Bu halı hesab nömrəmizin olduğu Bank of Baku ASC-də aparılan ödəniş tapşırığı əməliyyatının məzmunu təsdiq edir (ödəniş tapşırığı əlavə olunur). Bu hal onun göstəricisidir ki, ödənilən həmin məbləğlər avans ödəmə kimi yox, artıq alınmış (əldə edilmiş) mala görə həyata keçirilən ödəmələrdir. Lakin nədənsə, iş üzrə birinci instansiya məhkəməsi bu halları diqqətəlayiq nəzərə almadığından yanlış hüquqi nəticəyə gəlmişdir. Ona görə, hesab edirəm ki, birinci instansiya məhkəməsi tərəfindən iş üçün mühüm əhəmiyyətə malik olan bütün bu hallar diqqətəlayiq və obyektiv araşdırmamış və sonda doğru olmayan hüquqi nəticəyə gəlinmişdir. Odur ki, iddiaçının qeyd olunan iddia tələbini və bu tələbin təmin edilməsi barədə birinci instansiya məhkəməsinin qətnaməsiniaşağıdakılara görə qanunsuz və əsassız hesab edirik: İş üzrə birinci instansiya məhkəməsi, qətnamədə AR.MM-nin 567 və 568.1-ci maddələrinəistinadən iddiaçı ilə cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixlialıqı-satqı müqaviləsindən irəli gələrək cavabdeh tərəfindən malların bir hissəsinin iddiaçıya təqdim edilməməsini və beləliklə də cavabdehin alqı-satqı müqaviləsindən irəli gələrək öhdəliyini tam icra etməməsini qeyd etmişdir. Məhkəmə, bu halı qətnamədə xüsusi qeyd edərək, tərəflər arasında olan alqı-satqı müqaviləsinin 2.2-ci (malın dəyərinin əvvəlcədən ödənilməsi) və 3.2-ci bəndələrindən (malın göndərilməsi zamanı qaiməfakturanın tərtib edilməsi) irəli gələrək əsaslandırırmağa çalışmışdır. Məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Alqı-satqı müqaviləsinin bəndləri arasında ziddiyyətlər: İlk növbədə məhkəmə kollegiyasının diqqətinə çatdırıram ki, müqavilənin 1.2-ci bəndi ilə 2.2ci bəndi arasında kəskin ziddiyyət vardır. Belə ki, müqavilənin 1.2-ci bəndində qeyd olunur ki, Satıcı 2 saylı Əlavədə göstərilən malları alıcıya göndərməyi, alıcı isə göndərilmiş malın dəyərini ödəməyi öhdəsinə götürür. Müqavilənin 2.2-ci bəndində isə, malın dəyərinin əvvəlcədən ödənilməsi qeyd olunur. Göründüyü kimi, müqavilənin 2.2-ci bəndindən fərqli olaraq, 1.2-ci bənddə, malın göndərilməsi şühudi keçmiş zamanda əks olunaraq, ödəmə şərti artıq göndərilməsi başa çatmış mala görə qeyd olunur. İş üzrə birinci instansiya məhkəməsi qətnamədə,müqavilənin bu bəndlərinə istinad etsə də, aradakı ziddiyyətə heç bir münasibət bildirməmişdir. Müqavilə üzrə bir çox bəndlər formal əhəmiyyətlidir və işin əsl halları ilə uzlaşmır: İş üzrə cavabdeh olaraq rəsmi mövqeyimiz ondan ibarətdir ki, müqavilənin bir çox bəndləri formal əsaslı bəndlər olmuş, əslində müqavilə üzrə bir çox məsələlər müqavilədə göstərildiyi kimi yox, sonradan tərəflərin iradəsinə uğun şifahi razılaşdırlan işgüzar münasibətlər əsasına qurulmuşdur. Məsələn: -Müqavilənin 1.4-cü bəndində qeyd olunur ki, Satıcı satılan malı öz anbarından Alıcıya təhvil verir. İş materialında mübahisə olunmayan hal odur ki, iddiaçı cavabdehdən 47,070 tonmalı aldığını qəbul edir. Eyni zamanda mübahisə olunmayan hal odur ki, həmin mal cavabdehə aid nəqliyyat vasitəsilə və cavabdehin hesabına iddiaçının olduğu tikinti sahəsinə çatdırılıb. Yəni, malın nəqliyyat vasitəsinə yüklənməsi və cavabdehin yerləşdiyi təyinat məntəqəsinə nəql edilməsi istisnasız olaraq, cavabdehin imkanları və resursları hesabına və iddiaçıdan əvəz alınmadan irca olunub. Bu halı iş üzrə şahidlər də təsdiq edir. Deməli, müqavilənin 1.4-cü bənddi formal xarakter daşıyır. Tərəflər öz aralarında bu məsələni öncədən şifahi qaydada razılaşdırmış, nəticədə cavabdeh öz imkanları hesabına malı iddiaçının olduğu yerə çatdırmışdır. Bu zaman iddiaçının rolu olmamışdır. Bundan əlavə, müqavilənin 2.1-ci bəndi də formal əhəmiyyətə malikdir. Belə ki, həmin bənddə qeyd olunur ki, satılan malın 1 ton qiyməti hər növbəti partiya üçün razılaşdırılaraq satıcı tərəfindən alıcıya verilən hesab-fakturada göstərilir. İddiaçı 47.070 ton mal aldığını etiraf edir. Yəni, bu qədər malın ən azı 2 yük avtomobili ilə ayrı-ayrı vaxtlarda nəql edilməsi şübhə doğurmur. Bu hal 2 partiya mal daşınması deməkdir. Müqavilənin 2.1-ci maddəsindən irəli gələrək hər növbəti partiya üçün daşınan malın qiymət razılaşması bu barədə rəsmi sənəd və ya X9 iş materialında mövcud deyildir. Deməli bu məsələ müqavilədə əks olunduğu kimi yox, tərəflər arasında şifahi razılaşdırılmışdır. Beləliklə, iş materiallarında cavabdeh tərəfindən iddiaçıya göndərilən bir ədəd hesab faktura var (xx.xx.2020-ci il tarixli) və həmin fakturada 4 partiya üzrə ümumi çəkisi 100 ton 211 kq və qiyməti 90001,02 manat təşkil edən mallar əks olunub. Həmin mallardan iddiaçı yalnız 47.070 ton hissəni (2 partiya mal daşınmanı) qəbul edir. Lakin, qeyd etdiyim kimi, hər növbəti partiya üçün qiymət razılaşmasına dair hər-hansırəsmi sənəd (X9 və s..) mövcud deyildir. Yəni, bütün bu məsələlər tərəflər arasında şifahi qaydada öncədən razılaşdırılır və ona görə də müqavilə üzrə 2.1-ci bəndin formal əsaslı olması açıq görsənir. Göründüyü kimi, müqavilənin 1.4 və 2.1-ci bəndləri üzrə məsələlər müqavilə qeyd olunuğu kimi yox, sonradan şifahi razılaşdırılaraq işgüzar münasibətlər əsasında həll edilmişdir. Deməli, tərəflər arasında müqavilə hüquq münasibətləri üzrə bir çox hallar formal əhəmiyyət daşımışdır. O cümlədən bunu, müqavilə üzrə 2.2 və 3-cü bəndlərə də şamil etmək olar. Eyni uğurla, müqavilənin 2.2 (mala dair öncədən ödəniş) və 3.2-ci bəndərini (malın göndərilməsinə dair qaimə-faktura) də forma əsaslı şərtlər olduğunu söyləmək olar. Yəni, müqavilə üzrə bir çox məsələlərdə formallığın olduğunu nəzərə alsaq, iddiaçıya göndərilmiş mallara dair qaimə-fakturanın tərdib edilməməsi kimi hal, malın cavabdehə göndərilməməsi anlamına gələ bilməz. Çünki, iddiaçının etiraf etdiyi 47,070 ton malın özünun belə, iddiaçıya göndərilməsinə dair hər iki tərəfin imzası ilə təsdiq edilmiş qaiməfaktura tərtib edilməmişdir. Lakin, bununla belə iddiaçı həmin malı qəbul etdiyini etiraf edir. Deməli, müqavilənin bir çox bəndləri kimi, 2.2 və 3.2 ci bəndləri də formal xarakterli olmuş, bu barədə iddia ərizsinə tərəfimizdən etiraz verilmiş və açıq şəkildə mövqeyimiz birinci isntansiya məhkəməsində bildirilmişdir. Lakin, məhkəmə nədənsə etirazımızın dəlillərini işin həqiqi halları ilə uzlaşdıraraq diqqətəlayiq nəzərə almamışdır. Eyni mövqedə qalaraq bir daha bəyan edirik ki, cavabdeh tərəfindən iddiaçıya göndərilmiş xx.xx.2020-ci il tarixli elektron-qaimə faktura üzrə mallarara görə ödəniş iddiaçı tərəfindən əvvəlcədən yox, həmin mallar iddiaçıya göndərildikdən və iddiaçı tərəfindən qəbul edildikdən sonra həyata keçirilmişdir. Beləliklə, iddiaçının ödədiyi 90001,02 manat pula görə bütün mallar cavabdeh olaraq tərəfimizdən iddiaçıya tam təqdim edilmiş və beləliklə həmin hissəsə alqı-satqı tam baş tutmuşdur. Bu səbəbdən hesab edirik ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnamədə cavabdeh tərəfindən AR MM-nin 567 və 568.1-ci maddəsinin tələblərinin pozulmasına dair mövqeyi kökündən yanlışdır və bu hal məhkəmə tərəfindən həmin maddi hüquq normalarının tətbiqində səhvə yol verməsi kimi qəbul edilməlidir. İş materiallarında olan 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron-Qaimə ilə müəyyən olunur ki, iş üzrə cavabdeh tərəfindən iddiaçıya 08 dekabr 2020-ci il tarixli müqavilə üzrə dəyəri 90001,02 manat(ədv xaric)müqabilində, ümumilikdə 100 ton 211 kq müxtəlif növ armatur təqdim edilmişdir. Qüvvədə olan “Elektron qaimə-fakturanın formasının tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 nömrəli qərarının tələbindən irəli gələrək bildiririk ki, məhz həmin elektron qaimə işin (malın), xidmətlərin cavabdehə təqdim edilməsini təsdiq edən hüquqi sənəddir. Belə ki, qeyd olunan həmin Qərarın 1.2-ci bəndinə əsasən, "Elektron qaimə-faktura bu Qaydalara uyğun olaraq tərtib edilən və elektron formada hazırlanaraq vergi orqanında uçotda olan şəxslərə göndərilən və ya malların təsərrüfat daxili yerdəyişməsinin rəsmiləşdirilməsini təsdiq edən ilkin uçot sənədidir". Həmin Qərarın 2.2.-ci bəndinə əsasən, Vergi ödəyicisi tərəfindən aparılan əməliyyatlar zamanı əməliyyatın xarakterindən asılı olaraq aşağıdakı növlərdə elektron qaimə-faktura tərtib edilir: 2.2.1. malların, işlərin və xidmətlərin təqdim edilməsi barədə (1 nömrəli əlavə); 2.2.2. malların qaytarılması barədə (2 nömrəli əlavə); 2.2.3. malların qaytarılması istisna olmaqla, Vergi Məcəlləsinin 163-cü maddəsinə əsasən verilən (3 nömrəliəlavə); 2.2.4. malların (işlərin, xidmətlərin) vəkalət verən (komitent) tərəfindən agentə (komisyonçuya) verilməsi barədə (4 nömrəli əlavə) və s. Göstərilən qanunevriciliyin imperativ tələbi onu deməyə əsas verir ki, X15 malların, işlərin və xidmətləin təqdim edilməsini təsdiq edən ciddi hüquqi sənəddir. Yəni, cavabdeh tərəfindən iddiaçıya təqdim olunan xx.xx.2020-ci il tarixli Elektron Qaimədə əks olunan mal və xidmətlər iddiaçıya göndərilməsi anlamına gəlir. Bu o deməkdir ki, iddiaçı həmin qaimə üzrə ona təqdim olunması qeyd edilən malları əgər qəbul etməmişsə və ya qismən qəbul etmişsə həmin hissədə qaiməni geri qaytarmaq hüququna malikdir. Belə ki, əgər electron qaimə geri qaytarılarsa (alınmayan mala münasibətdə pulun geri qaytarılması iddiaçı tərəfindən tələb edilərsə) bu zaman cavadeh Vergi Məcəlləsinin 163-cü maddəsindən irəli gələrək "vergi tutulan dövriyyənin dəqiqləşdirilməsini" aparmalıdır. Vergi Məcəlləsinin 163.1.1.-ci maddəsinə əsasən, əməliyyat tam və ya qismən ləğv edildikdə, o cümlədən mal tam və qismən geri qaytarıldıqda; Həmçinin Elektron qaimə ilə bağlı yuxarıda qeyd olunan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 14 mart tarixli 89 Qərarının 3.3.-cü bəndinə əsasən, "Cari elektron qaimə-faktura (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla) göndərildiyi vaxtdan 5 (beş) gün müddətində qəbul edən tərəfindən düzəliş üçün qaytarıla və ya təsdiqlənə bilər. Düzəliş üçün qaytarılmış elektron qaimə-faktura göndərən tərəfindən düzəliş edildikdən sonra yenidən təqdim oluna bilər". Göründüyü kimi qanunevriciliyin imperativ tələbi iş üzrə iddiaçıya elektron qaimə ilə ona təqdim edilən mallara dair narazı qaldığı təqdirdə, ona həmin qaiməni 5 gün müddətində geri qaytarmağa hüququ verir ki, bu zaman cavabdehin qaimədə düzəliş etmək etmək vəzifəsi yaranır. Lakin iddiaçı bu imkandan istifadə etməmiş və beləliklə cavabdeh tərəfindən elektron qaimə əks olunan malları qəbul etmiş sayılır. Məhkəmə isə nədənsə bütün bu hallara obyetiv hüquqi qiymət verməmiş və beləliklə göstərilən maddi hüquq normalarının tələbini kobud pozmuşdur. İşin həqiqi hallarına dair sübutlar aşağıdakılardır: 1. Cavabdeh tərəfindən iddiaçıya ayrı-ayrı vaxtlarda göndərilən 4 partiya mala (ümumi dəyəri 90001,02 min manat təşkil edən 100 ton 211 kq mal) münasibətdə EBAT914374 nömrəli xx.xx.2020-ci il tarixli X15 mövcuddur. Həmin X15 onu göstərir ki, həmin qaimədə qeyd olunan mallar iddiaçıya tam şəkildə təqdim olunmuşdur. Belə ki, əgər həmin elektron qaimə üzrə malın hansısa bir hissəsi iddiaçıya təqdim olunmamışdırsa, o zaman ödəniş tam şəkildə iddiaçı tərəfindən həyata keçirilməzdi və ya elektron qaimə həmin hissədə iddiaçı tərəfindən ödəniş tam edildikdən sonra tələb olunan bəlli məbləğ üzrə geri vurula bilərdi. İddiçının belə bir hüququ var idi. Lakin o bu hüquqdan istifadə etməmişdir. Demək ki, mal tam şəkildə iddiaçı tərəfindən qəbul edilmiş və malın ona tam şəkildə təqdim edilməsində hər hansı mübahisə mövcud deyildi. Dövlət rüsumunun ödənilməsinə dair tələblər pozulmuşdur: İş üzrə iddiaçının "xxxx" MMC olduğunu nəzərə alaraq, Mediasiya xidməti və İşin məhkəmədə baxılması ilə bağlı müvafiq rüsumlar 3-cü şəxslər tərəfindən, lakin mütləq şəkildə iddiaçının xeyrinə olmaqla həyata keçirilə bilər. Lakin, iş materiallarında olan ödəniş qəbzində bunu görmək mümkün deyildir. Belə ki, iş materiallarıda olan Milliön Elektron Ödəniş Sistemi vasitəsilə (Sumqayıt şəh, 36 məhəllə H. Əliyev MərkəzPlaza. Terminal N 14076) icra olunan pul köçürməsi üzrə ödəniş qəbzinin məzmunundan görünür ki, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 tərəfindən şəxsən 1 saylı Sumqayıt şəhər Mediasiya Təşkilatının bank hesabına 400 manat ödəniş həyata keçirilmişdir. Həmin ödənş qəbzinin məzmununda ödənişin məhz iddiaçı "xxxx" MMC-nin xeyrinə icra olunması faktı heç nə ilə təsdiq olunmur. İddiaçının adı və ya vöen nömrəsi həmin qəbzdə mövcud deyildir. Hüquqi baxımdan bu o deməkdir ki, həmin ödəniş, ödəyənin özü tərəfindən öz xeyrinə həyata keçirilmiş sayılır. İş üzrə birinci instansiya məhkəməsi, işə səthi yanaşdığından bu halı da nəzərə almamış və nəticədə iddiaçının xeyrinə həyata keçirilmə faktı təsdiq olunmayan qəbzdə əks olunan puldan 233,56 AZN (iki yüz otuz üş manat, 56 qəpik) hissəni, məhkəmə üçün dövlət rüsumu qismində iş üzrə cavabdehdən iddiaçının xeyrinə tutulmasını qət etmişdir. Məhkəmənin bu qənaəti tamamilə yanlışdır. Hesab edirik ki, iddiaçı "xxxx" MMC-nin hazırki iddia tələbi üzrə nə Mediasiya xidmətləri, nə də ki, məhkəmədə işə baxılması ilə bağlı dövlət rüsumunun ödənilməsi iddiaçının xeyrinə olma faktı təsdiq edilmədiyindən, dövlət rüsümları cavabdehtən iddiaçının xeyrinə tutula bilməz və məhkəmə həmin işi, dövlət rüsumu ödənilmədiyindən AR.MPM-nin 152.1.5-ci maddəsinin tələbindən irəli gələrək iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarılmalı idi. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

23. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

24. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili iddiaçının apellyasiya şikayətinin təmin edilməsini və iddianın təmin edilməyən hissəsində qətnamənin ləğv edilməsini və iddianın tam təmin edilməsini xahiş etdi.

25. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi cavabdehin apellyasiya şikayətinin təmin edilməsini və qətnamənin ləğv edilməsini, iddianın rədd edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

26. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. ...” Maddə 425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. ...” Maddə 427. Öhdəliyin icrası müddəti ... 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. ...” Maddə 442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.” Maddə 448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. ...” Maddə 567. Alğı-satqı müqaviləsi Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür.” Maddə 568.1. Satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Maddə 569.1. Satıcının əşyanı alıcıya vermək vəzifəsinin icrası müddəti alğı-satqı müqaviləsi ilə, müqavilə həmin müddəti müəyyənləşdirməyə imkan vermədikdə isə bu Məcəllənin 427-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. (...) Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (..) Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...).Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; (...) Maddə 402. Kassasiya şikayəti vermə hüququ 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. (...)

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

28. Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası məruzəçi-hakimi dinləyib, apellyasiya şikayətlərinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, cavabdehin apellyasiya şikayəti qismən təmin edilməli, qətnamə qismən- cavabdehdən 47853,9 manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması hissəsində ləğv edilməli, iddia həmin hissədə rədd edilməlidir.

30. İşin istinad olunan halları ilə müəyyən olunur ki, alıcı (iddiaçı) ilə satıcı (cavabdeh) arasında bağlanmış 08 dekabr 2020-ci il tarixli 37/20 nömrəli Alqı-satqı müqaviləsi əsasında 15 dekabr 2020-ci il tarixli EBAT 914370 nömrəli Elektron Qaimədə nəzərdə tutulan ümumilikdə 100,211 ton müxtəlif markalı armaturların alınması ilə əlaqədar alıcı tərəfindən satıcının hesabına cəmi 90001,02 manat məbləğində pul vəsaiti ödənilmişdir.

31. Hazırda iddiaçı iddia edir ki, ödənilmiş 90001,02 manat məbləğində pul müqabilində cavabdeh tərəfindən yalnız 47,040 ton müxtəlif markalı armatur materialları təhvil verilmişdir. Bu səbəbdən təhvil verilməmiş armaturun hazırkı bazar qiyməti üzrə dəyərini təşkil edən 58256 manat məbləğində pul vəsaiti cavabdeh tərəfindən iddiaçıya ödənilməlidir.

32. İddiaçı bildirir ki, cavabdehin səlahiyyətli şəxsləri 2021-ci ilin sonunda onlara müvafiq qaydada imzalanmamış 2 ədəd Qaimə Fakturanın kserosurətlərini təqdim edərək, orada qeyd olunan cəmi 47,040 ton armaturu təhvil vermişlər. Qaimələrdə malları kimin təhvil aldığı yazılmadığı üçün iddiaçı tərəf həmin qaimələri sübut kimi qəbul etməsə də, hər iki qaimədə cavabdeh tərəfin qeyd etdiyi 47,040 ton armaturu aldığını təsdiq edir. Çünki, tərəflər arasında baş tutan həmin danışıqlara əsasən 47040 ton armaturun verildiyi dəqiqləşdirilmişdi. Eyni zamanda, məhkəməyə təqdim edilən 2 ədəd qaimə fakturanın əsli iddiaçıda yoxdur. Cavabdehin nümayəndəsinin məhkəməyə təqdim etdiyi qaimə fakturaları isə istənilən vaxt yazıb doldurmaq olar. Çünki, həmin qaimə fakturalarda da armaturu təhvil alanın imzası yoxdur. Bununla belə, dəfələrlə tələb olunmasına baxmayaraq qalan armaturlar isə təhvil verilməmiş və tikinti bazarında həmin armaturların qiyməti artmışdır.

33. Cavabdeh isə bildirir ki, iddiaçı sonuncu tarix üzrə ona gödərilən malın (47,040 ton) qəbul edildiyini təsdiq etsə də, bundan əvvəlki göndərilən 4 partiya (elektron qaimə üzrə -100 ton 211 kq) malın qəbul edilmədiyini bəyan edir. İddiaçı bunu tərəflər arasında hər iki tərəfin imzası ilə təsdiq olunan təhvil-təslim aktının olmaması ilə izah edir. Halbuki, iddiaçının qəbul etdiyi həmin 47,040 ton mal da, digər mallar kimi təhvil-təslim aktı olmadan qəbul edilmişdir. Lakin iddiaçı həmin malı qəbul etdiyini bəyan edir. Deməli, tərəflər arasında müqavilə üzrə malın təhvilinə dair işgüzar münasibət, malın təhvilinə dair ayrıca təhvil-təslim aktı olmadan həyata keçirilir və bu hal qəbul olunandır.

34. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlməmişdir.

35. Belə ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Belə ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

36. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır.

37. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır.

38. Bundan əlavə, Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir.

39. Kollegiya yuxarıda qeyd olunan normalar baxımından qeyd edir ki, iddiaçının qeyd olunan məbləği ödəməsi mübahisələndirilməsə də, tərəflər hazırda cavabdehin həmin malları iddiaçıya göndərilib-göndərilməməsini mübahisələndirirlər.

40. Birinci instansiya məhkəməsinin araşdırması ilə müəyyən olunmuşdur ki, 16 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada cəmi 23,620 ton və 22 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturada isə 23,420 ton olmaqla, ümumilikdə 47,040 ton müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da, həmin Qaimə Fakturaların “Kimdən” qrafasında “Dərnəgül”, “Kimə” qrafasında isə “Şərq MTK” sözləri qeyd olunmuş, Qaimə Fakturaların “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur. Bununla bağlı iddiaçının nümayəndəsi bildirmişdir ki, həmin sənədlərdə “alıcı” qismində iddiaçı tərəfin səlahiyyətli şəxslərinin imzaları olmasa da, iddiaçı tərəf həqiqətən də cavabdehdən yalnız cəmi 47,040 ton müxtəlif markalı armatur materiallarını aldığını təsdiq edir.

41. Cavabdeh tərəfindən təqdim edilmiş 09 dekabr 2020-ci il tarixli ******* nömrəli, 10 dekabr 2020-ci il tarixli ******* nömrəli, 10, 11 dekabr 2020-ci il tarixli ******* nömrəli və 14 dekabr 2020-ci il tarixli ******* nömrəli Qaimə Fakturalarda da müxtəlif markalı armatur materiallarının təhvil verildiyi qeyd olunsa da, eynilə iddiaçının qəbul etdiyi əvvəlki iki Qaimə Fakturada olduğu kimi, “Təhvil aldı” qrafalarında hər hansı bir imza yoxdur. Bu qaimə-fakturaları isə iddiaçı tərəf qəbul etməmiş, bildirmişdir ki, həmin Qaimə Fakturaların kserosurətlərində qeyd olunan armaturlar iddiaçı tərəfə təqdim edilməmişdir.

42. Birinci instansiya məhkəməsi də işin həmin halına istinad edərək 2 qaimə faktura üzrə malın alınması ilə bağlı iddiaçının etirafını nəzər almış və həmin hissədə iddianı qismən təmin etmişdir.

43. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmır.

44. Kollegiya qeyd edir ki, iddiaçı yalnız ödəniş edilməsinə əsaslanaraq göndərilməmiş mallar üçün ödənilmiş məbləği tələb edir və 2 qaimə fakturanı “sübut kimi qəbul etməsə də” həmin qaimələr üzrə malları qəbul etdiyini bildirir. Cavabdeh isə mübahisələndirilən 4 qaimə fakturaya istinad edərək malları göndərdiyini və bununla da iddiaçı qarşısında heç bir öhdəliyinin olmadığına əsaslanır.

45. İddiaçının etirafına əsaslanmaqla qaimə fakturaların bir qisminin məqbul, digər qisminin isə qeyri-məqbul hesab olunmasını kollegiya yolverilməz hesab edir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Mülki işlər üzrə Məhkəmə Kollegiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasının və Qanunlarının yoxlanılmasına dair” 31 may 2006-cı il tarixli qərarında göstərilir ki, məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır.

47. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır. 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar birbirini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir.

48. Göründüyü kimi, hazırki iş üzrə iddiaçı tərəfindən ödənişlər edilməsi barədə sübut iddianın təmin olunması ilə bağlı birmənalı nəticəyə gəlməyə imkan vermir. İddianın əsaslılığı yuxarıda qeyd olunduğu kimi, bir neçə sübutla təsdiqlənmir. Məhkəmə isə yalnız iddia tələbində iddiaçının istinad etdiyi dəlillərlə kifayətlənmiş, tələbin əsasını təşkil edən halların iş materialları ilə sübuta yetirilib-yetirilməməsini yetərincə araşdırmamışdır.

49. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiya Federasiyasına” qarşı iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında ifadə olunan hüquqi mövqeyinə görə, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq “affirmanti, non neganti, incumbit probatio” (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

50. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli Qərarı).

51. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2006-cı il 31 may tarixli, 2018-ci il 11 iyun tarixli qərarlarında sübutların qiymətləndirilməsi ilə bağlı məsələyə qiymət verilərkən göstərilmişdir ki, “məhkəmə özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutu, o cümlədən şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqələndirilməli, araşdırılan sübutların qəbul edilib-edilməməsinin səbəbləri aydın göstərilməlidir”. “Məhkəmə, sübutların qiymətləndirilməsinin nəticələrini öz qərarlarında ətraflı və aydın şəkildə əks etdirməlidir. Məhkəmə prosesinin iştirakçıları tərəfindən təqdim edilmiş bütün sübutların qəbul edilməsinin və ya edilməməsinin motivləri, o cümlədən qərarın əsaslandırılması üçün hər hansı sübutların əsas götürülməsi və digər sübutların rədd olunmasının əsasları, həmçinin bir sübuta münasibətdə digər sübuta üstünlük verilməsinin əsasları aydın göstərilməlidir.”

52. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi:

İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-767/2023 nömrəli, 29 sentyabr 2023-cü il tarixli qətnaməsi qismən- cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 47853,9 (qırx yeddi min səkkiz yüz əlli üç manat 90 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması hissəsində ləğv edilsin. İş üzrə həmin hissədə yeni qətnamə qəbul edilsin və iddia rədd edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə (elektron məhkəmə informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə) Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar