Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-120/2020 02.12.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi İddiaçı vəkili və nümayəndəsi Vəkil və Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə iştirakları ilə İddiaçı Cavabdehnə qarşı müqavilənin ləğv edilməsi və pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-9/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən cavabdehin vəkili və nümayəndəsi Nümayəndə tərəfindən verilmiş apelyasiya şikayəti üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-9/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdehndən 13790 manat məbləğində borc, 600 manat məbləğində hüquqi xidmətə görə ödənilmiş xərc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 14420 manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov) Qətnamədən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apelyasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı «İddiaçı” Şirkəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “müqavilənin ləğv edilməsi və pul tələbi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, İddiaçı ilə Cavabdeh MMC arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi, Cavabdeh MMC-dən 13790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borc pul məbləğinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Həmin iddia tələbi üzrə məhkəmə prosesi zamanı iddiaçı tərəf Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən məhkəməyə ərizə təqdim edərək, həmin ərizədə iddia tələbinin həcmini artırmış və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018- ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməsi və Cavabdeh MMC-dən 13790 (on üç min yeddi yüz doxsan) manat məbləğində borcun, həmin pulun gecikdirilməsinə görə xx xxxxxx 2018-ci il tarixdən məhkəmə qətnaməsi icra edilənədək illik 5% hesablanmaqla pulun gecikdirilməsi faizinin, hüquqi yardıma görə vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pulun və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun İddiaçı xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində və “iddia tələbinin həcminin artırılması” barədə ərizədə iddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən Cavabdeh MMC-yə müxtəlif çeşidli malların (təkərlərin və s.) satılması nəzərdə tutulmuşdur. Həmin müqavilə üzrə razılaşdırılmış mallar ayrı-ayrı vaxtlarda Cavabdeh MMC-yə verilmiş olsa da, sonuncu tərəfindən alınmış malların pulunun 13790 manat hissəsi ödənilməmişdir. Dəfələrlə həmin müqavilənin dəyərinin tam şəkildə ödənilməsi, yəni 13790 manat pulun ödənilməsi Cavabdeh MMC-dən tələb olunsa da, cavabdeh həmin borcunu ödəməmişdir. Satıcı İddiaçı alıcı Cavabdeh MMC-yə pretenziya məktubu ilə müraciət edərək, xx xxx 2018-ci il tarixli 302 saylı alğı-satqı müqaviləsinin ləğv edilməsi və həmin müqavilə üzrə yaranmış borc məbləğinin İddiaçınə rəsmi qaydada ödənilməsini tələb etmişdir. Cavabdeh MMC həmin pretenziya məktubuna cavab verərək, müqavilə üzrə ödənilməli olan 13790 manat pul məbləğinin ödənilməməsini təkərlərin bir çoxunun keyfiyyətsiz və yararsız olması ilə əsaslandırmışdır. Lakin, cavabdehin malların keyfiyyətisiz olması ilə bağlı yazdıqları tamamilə əsassızdır. Belə ki, ödənişi tələb edilən təkərlər və akumlayorlar xx xxxxxx 2018- ci ildən xx xxxxxx 2018-ci ilədək hissə-hissə cavabdehə təhvil verilmişdir. Yəni, xx xxxxxx 2018-ci ildə hər birinin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100126/124M ölçülü təkərlər-940 manat və hər birinin qiyməti 310 manat olmaqla 2 ədəd 315/70R22.5 20PR HS 201 ölçülü təkərlər-620 manat olmaqla, cəmi 1560 manat, 16-xx xxxxxx 2018-ci il tarixlərdə hər birinin qiyməti 460 manat olmaqla 8 ədəd 295/80R 22,5 SH 1 100TL152/148M ölçülü təkərlər-3680 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 550 manat olmaqla 2 ədəd 315/80R22.5 SH 1** TL ***/150M ölçülü təkərlər- 1100 manat, hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12V AKU akkumlyator-270 manat və hər birinin qiyməti 235 manat olmaqla 4 ədəd 215/75R 17.5 LS/R3100 126/124M ölçülü təkərlər-940 manat olmaqla, cəmi 2310 manat, xx xxxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225 AH 12V AKU akkumlyator-640 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 235 manat olmaqla 2 ədəd 215/75R.17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat, xx xxxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 90 AH 12 V AKU akkumlyator-270 manat, hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 215/75R 17.5 LS/T5500 126/124M ölçülü təkərlər-640 manat, hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkər 480 manat, hər birini qiyməti 235 manat olmaqla 8 ədəd 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-1880 manat olmaqla cəmi 3270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 135 manat olmaqla 2 ədəd 88AH12V AKU akkumlyator-270 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 240 manat olmaqla 2 ədəd 215/75R17.5 LS/T5500 126/124M ölçülü təkərlər-480 manat, hər birinin qiyməti 235 manat olmaqla 215/75R17.5 LS/R3100 126/124M ölçülü təkərlər-470 manat olmaqla cəmi 950 manat, xx xxxxxx 2018-ci il tarixdə hər birinin qiyməti 320 manat olmaqla 2 ədəd 225AH 12V AKU akumulyator-640 manat olmaqla təhvil verilmiş və həmin tarixdə müvafiq olaraq elektron qaimələr cavabdehə göndərilmişdir. Buna baxmayaraq həmin malların təhvil verildiyi vaxtdan sonra onların keyfiyyətsiz və yararsız olması ilə bağlı iddiaçıya xəbərdarlıq və ya bildiriş göndərilməmiş və hər hansı tələb irəli sürülməmişdir. Cavabdeh tərəfindən ödənilməli olan 13790 manat məbləğində əsas vəsait ödənilməsə də, həmin vəsaitə görə yaranan ƏDV ödənilmişdir. Əgər satılan mallarda qüsürlar olsaydı, cavabdeh tərəf hesablanmış ƏDV-ni də ödəməzdi. Cavabdeh 13790 manat məbləğində pulu qanunsuz olaraq saxlamaqla iddiaçının əmlak hüquqlarını kobudcasına pozmuşdur. Ona görə də, həmin pul cavabdehdən iddiaçının xeyrinə tutulmalı və İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx xxx 2018- ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsinin ləğv edilməlidır. Bununla yanaşı, həmin pul məbləği cavabdeh tərəfindən qanunsuz olaraq saxlanıldığına görə Mülki Məcəllənin 445.7-ci maddəsinə əsasən gecikdirilən müddət üzrə, yəni xx xxxxxx 2018-ci il tarixdən pulun ödəniləcəyi günə qədər illik 5% hesablanmaqla cavabdehdən iddiaçının xeyrinə pulun gecikdirilməsinə görə faiz də tutulmalıdır. Bundan başqa, hüquqlarının məhkəmədə təmsil və müdafiə edilməsi ilə əlaqədar olaraq iddiaçı ilə Vəkil arasında hüquqi yardımın göstərilməsinə dair müqavilə bağlanılmış və həmin müqaviləyə əsasən iddiaçı tərəfindən vəkilə 600 manat məbləğində qonorar ödənilmişdir. Vəkil tərəfindən iddiaçı təşkilata hüquqi məsləhətlər verilmiş, həmçinin iddia ərizəsi yazılmış, habelə birinci instansiya məhkəməsində hüquqi yardımın göstərilməsi öhdəliyi qəbul olunmuşdur. Ona görə də, hüquqi yardımın göstərilməsi ilə əlaqədar qonorar olaraq vəkilə ödənilmiş 600 (altı yüz) manat məbləğində pul da cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ: Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə birinci instansiya məhkəməsinin qətnaməsindən apelyasiya şikayət verərək, qətnamənin ləğv edilməsini xahiş etmişdir. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Cavabdeh MMC adından məhkəməyə İddiaçındən alınan malların ümumi siyahısı təqdim edilmişdir. Həmin siyahıda alınan hər birinin qiyməti 542 manat 80 qəpik olan, «PETLAS» markalı 29580R22.5 SH100TL152148M təkərlərinin tarixləri açıq şəkildə görünür. xx.xx.2018-ci il tarixdə 18 ədəd, xx.xx.2018-ci il tarixdə 12 ədəd, xx.xx.2018-ci il tarixdə 6 ədəd, xx.xx.2018-ci il tarixdə 6 ədəd, xx.xx.2018-ci il tarixdə 4 ədəd, xx.xx.2018-ci il tarixdə 4 ədəd, xx.xx.2018ci il tarixdə 4 ədəd—cəmi 54 ədəd alınmışdır. İddia ərizəsində onlara satılan «PETLAS» markalı 29580R22.5 SH100TL152148M təkərləri cəmi 2 dəfə yəni, xx.xx.2018-ci il tarixdə 4 ədəd, xx.xx.2018-ci il tarixdə 4 ədəd -cəmi 8 ədəd göstərilmişdir. Qiyməti qaimələrdə 542 manat 80 qəpik olduğu halda iddiaçının iddia ərizəsində həmin təkərin 1 ədədinin qiyməti 460 manatdan göstərilir. Məhkəmə iclasında bildirilmişdir ki, iddia ərizəsində göstərilən malların pulunu yox, İddiaçı işçisi X1 54 ədəd «PETLAS» 29580R22.5 SH100TL152148M markalı təkərlər almışdırlar, həmin təkərlər keyfiyyətsiz, qüsurlu və yararsız olduğundan Əliyar Əliyarov gəlib təkərlərə baxmış və bildirmişdir ki, həmin təkərlərin yerinə başka Çin istehsalı olan eyni ölçüdə başqa təkərlər verər. Bir neçə gün sonra 20 ədəd Çin istehsalı olan təkər gətirmiş, qalan 34 ədəd təkəri də gətirəcəyənə söz versə də sözünə əməl etmədiyindən həmin 34 ədəd təkərin pulu, yəni 13.790 manat ödənməmişdir. İddiaçı vəkili Vəkil məhkəməyə bu məsələdən xəbərsiz olduğunu bildirdi. Bununla əlaqədar məhkəmə iclasına təkərlərin alınıb satılmasında iştirak edən şahidlərin dindirilməsi ilə əlaqədar vəsatət verildi və bu məsələ ilə əlaqədar Cavabdeh MMC-nin təsisçisi X14, həmin müəssədə maliyyə direktoru işləyən X4, həmin müəssisədə sürücü işləyən X2, X5, qarşı tərəfdən- İddiaçındən isə təkərləri onlara satan X8 məhkəmədə dindirilmiş, tam şəkildə şahid ifadələri ilə təsdiq olunmuşdur ki, həqiqətəndə onlara satılan 54 ədəd «PETLAS» markalı 29580R22.5 SH100TL152148M təkərlər keyfiyyətsiz, qüsurlu və yararsız olmuşdur. İddiaçındən olan şahid X8 isə bildirdi ki, o, yalnız 18 ədəd təkərin keyfiyyətsiz olması ilə əlaqədar onlara 20 ədəd pulsuz təkər vermişdir. Məhkəmə qətnaməsində dindirilən şahidlərin ifadələrinə istinad etməmiş, ifadələrə hüquqi qiymət verməmiş, onların adları belə qətnaməyə yazılmamışdır. Hakim qətnaməsində ilk iclasda həmin təkər məsələsindən xəbəri olmayan İddiaçı vəkili Vəkil məhkəmədə suallara cavab verməsi hissəsinə şahid X6 dediyi ifadəni yazmışdır- «Həmin alğı-satqı zamanı alıcı olan cavabdeh müştəri məmnuniyyətinin təmin olunması məqsədilə 18 ədəd qüsurlu təkərin əvəzinə cavabdehə yenidən 20 ədəd yeni təkər vermişdi» Görəsən hakim «müştəri məmuniyyətinin təmin olunması» məsələsinə görə, onlara 18 ədəd təkərin əvəzinə 20 təkər verilməsinə necə inanıb. İş üzrə hər iki tərəfin şahid ifadələrinə diqqət yetirdikdə tam şəkildə və məntiqlə aydın görünür ki, dedikləri həqiqətdir. Onlara Əliyar 20 təkər verib, 34 təkəri isə yaxın zamanda verəcəyini bildirib lakin, uzun zaman vermədiyindən həmin 34 təkərin pulunu ödəməmişdirlər və onlardan mal alınmasını dayandırmışdırlar. İddiaçı direktoru X16 imzası və möhürü ilə təsdiqlənən lakin tarixi olmayan pretenziyaya hələ, xx xxx 2019-cu il tarixdə verilən cavabda göstərilir ki, alınan və bəhs olunan həmin təkərlər istismara yararsız olduğundan həqiqətəndə onlara olan 13.790 manat pul ödənməsinin dayandırılması cavabı verilmişdir. İddia ərizəsində göstərilir ki, ödənişi tələb edilən təkərlər və akkumlyatorlar xx xxxxxx 2018-ci ildən xx xxxxxx 2018-ci ilədək hissə-hissə cavabdehə verilmişdir. Bundan sonra isə, alınan malların hansı tarixlərdə alınması və çeşidləri, habelə akkumlyator göstərilmişsir. Akkumlyatorlar və sair alınan digər malların pulunu yox, məhz Peslas markalı 34 ədəd təkərlərin pulu olan 13790 manat pulu verməkdən imtina etmişdirlər. Məhkəmə iclasında iştirak edən Cavabdeh vəkili və nümayəndəsi Nümayəndə apelyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini birinci instansiya məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edilərək iddia tələbinin təmin edilməməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci və 327.7-ci maddələrinə əsasən apelyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında tam mahiyyəti üzrə baxır, şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin olunmamalı, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, “Satıcı” - hüquqi şəxs «İddiaçı” Şirkəti ilə “Alıcı” hüquqi şəxs Cavabdeh arasında xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsi bağlanmışdır. Həmin Müqavilənin 1.1-ci bəndinə əsasən, "Satıcı" bu Müqavilənin ayrılmaz tərkib hissəsi olan Əlavələrdə müəyyən olunmuş şərtlərlə müxtəlif çeşidli təkərləri və akumulyatorları (bundan sonra malları) " Alıcı"-ya satmağı, "Alıcı" isə malın dəyərini tam ödəməyi öz öhdəsinə götürür. Həmin Müqavilənin 2.1-ci bəndinə əsasən, "Satıcı" malı qanunvericiliklə müəyyən edilmiş normalara uyğun olan keyfiyyətdə və qarşılıqlı razılaşdırılmış miqdarda və çeşiddə, Hesab və qaimə faktura ilə birlikdə "Alıcı"-ya təhvil verməlidir. Həmin Müqavilənin 2.2-ci bəndinə əsasən, "Satıcı" satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verir. Həmin Müqavilənin 3.1-ci bəndinə əsasən, "Alıcı" bu Müqavilənin 2.1-ci bəndində nəzərdə tutulan tələblərə uyğun olaraq, həmin şərtlər daxilində malın dəyərini qaiməfaktura təqdim edildikdən sonra, 3 iş günü ərzində ödəməlidir. İş materiallarında olan xx xxx 2018-ci il tarixdən xx xxxxxx 2018-ci il tarixədək tərtib edilmiş ayrı-ayrı elektron qaimələrlə müəyyən olunur ki, satıcı «İddiaçı” Şirkəti ilə "Alıcı" Cavabdeh arasında müxtəlif çeşidli təkərlərin və akumulyatorların alğı-satqısı həyata keçirilmişdir. İş materiallarında olan Cavabdeh tərəfindən iddiaçı «İddiaçı” Şirkətininə ünvanlanmış xx xxx 2019-cu il tarixli 27 nömrəli məktubla müəyyən olunur ki, xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsi üzrə alınmış təkərlər və akkumlyatorlara görə ƏDV ilə birlikdə ödənilməli olan cəmi 70776,40 manat məbləğində pulun 46190 manat əsas borc və 10796,40 manat ƏDV pulu tam ödənilmiş olsa da, alınmış təkərlərin keyfiyyətsiz və yararsız olması ilə əlaqədar qalan 13790 (on üç min yeddi yüz doxsan) manat pulun ödənişi dayandırılmışdır. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, cavabdeh şirkət ilə illərdir işləyirlər. İndiyə qədər heç bir problemləri olmamışdır. Sonuncu təhvil verilən partiya ilə bağlı iradları olmuşdur. 30-35000 km istifadə edildikdən sonra onlara məlumat verilmişdir. Baxış keçirərkən məlum olmuşdur ki, təkərlərin kənarı nahamar yeyilmişdir. Bunun maşınların köhnə olması ilə əlaqəli olduğunu onlara izah etmişdirlər. Lakin yenə də problemin onların malların keyfiyyətsiz olduğunda israr etdikləri üçün müştəri məmnuniyyətsizliyini aradan qaldırmaq məqsədilə 20 ədəd təkər vermişdirlər. Daha sonra onlardan akkumlyator da alınmışdır. Lakin onun da ƏDV-si ödənmiş, əsas məbləği borc kimi qalmışdır. Ödənişlərlə bağlı dəfələrlə Natiq müəllimlə əlaqə saxlamışdırlar. Daha sonra telefonunu söndürmüş və əlaqə qura bilməmişdirlər. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X7 ifadəsində bildirmişdir ki, 2018-ci il may ayında İddiaçı MMC ilə müqavilə bağlanmışdır. Sonuncu partiya təkərlərlə bağlı problem var idi. Təkərlərə baxış keçirilərkən iddiaçı şirkətin əməkdaşları bildirmişdirlər ki, yararsız mallar istehsalçı şirkətə göndəriləcəkdir. Onların aldıqları təkərlərin hər birinin dəyəri 500-600 manat idi. Lakin iddiaçının verdiyi 20 ədəd təkər aldıqları təkərlərdən ucuz idi. Məcbur qalıb qəbul etmişdirlər. O səbəbdən, qalan malların ƏDV-si tərəflərindən ödənilmişdir. Lakin rəhbərliyin göstərişi ilə əsas məbləğ ödənilmədi. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X5 ifadəsində bildirmişdir ki, 2015-ci ildən cavabdeh şirkətdə sürücü işləyir. Maşınında həmin təkərlərdən istifadə etmişdir. Təkərlər ona 2018-ci il aprel-may aylarında verilmişdir. Verildikdən 10 gün sonra (təxminən 7000 km getdikdən sonra) Gəncədə yolda dayanarkən qəfil partlamışdır. Dərhal bu barədə əməkdaşlara məlumat vermişdir. Birinci instansiya məhkəməsində şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, 2013-cü ildən sürücü işləyir. Təkərlər ona 2018-ci ilin aprel-may aylarında verilmişdir. Verildikdən sonra 2 ay keçmədən yararsız vəziyyətə düşmüşdür. Təkərlərin biri Gəncədən gələrkən Ucar yolunda partlamışdır. Biri isə daha sonra Bakıda partlamışdır. Başqa bir sürücüdə 4 təkər birdən partlamışdır. Ondakı təkərlər birinci partiya verilən mallardan idi. Birinci instansiya məhkəməsi iddia tələbini qismən təmin etmiş, gəldiyi nəticəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 425.1, 427.3, 442, 448.1, 448.2-ci maddələrinə istinad edərək əsaslandırmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Həmin Məcəllənin 588.1-ci maddəsinə əsasən, əgər alıcı əşyanın qüsurlarının alıcıya verilməzdən əvvəl və ya həmin məqamadək yaranan səbəblərdən əmələ gəldiyini sübuta yetirərsə, əşyanın qüsurları üçün satıcı cavabdehdir. Həmin Məcəllənin 588.2-ci maddəsinə əsasən, satıcı keyfiyyət qarantiyası verdiyi əşyanın qüsurları üçün o halda cavabdehdir ki, əşyanın qüsurlarının əşya alıcıya verildikdən sonra alıcı tərəfindən ondan istifadə və ya onun saxlanması qaydalarının pozulması və ya üçüncü şəxslərin hərəkətləri nəticəsində və ya qarşısıalınmaz qüvvənin təsiri ilə əmələ gəldiyini sübuta yetirməsin. Birinci instansiya məhkəməsi qətnaməsində göstərmişdir ki, “satıcı” «İddiaçı” Şirkəti ilə “alıcı” Cavabdeh arasında bağlanmış xx xxx 2018-ci il tarixli 302 nömrəli alğı-satqı müqaviləsi əsasında ƏDV ilə birlikdə hesablanmış cəmi 70776,40 manat məbləğində təkər və akkumlyatorların alğı-satqısı baş tutmuş olsa da, həmin məbləğin təkər və akkumlyatorların dəyərinə aid 13790 manat hissəsi ödənilməmişdir. Lakin, cavabdeh tərəf (alıcı) həmin məbləğin ödənilməməsini alınmış təkərlərin bir hissəsinin istehsal qüsurlu olması ilə əsaslandırsa da, bunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı tərəf (satıcı) isə həmin alğı-satqı zamanı cavabdeh tərəfin (alıcının) cəmi 18 ədəd təkərin qüsurlu olması barədə məlumat verdiyini və buna görə də, həmin qüsurlu təkərlərin əvəzinə 20 ədəd təkərin verilərək, həmin zərərin aradan qaldırıldığını bildirmişdir. Cavabdeh tərəf pulu ödənilməyən təkərlərin istehsal qüsurlu olması ilə əlaqədar məhkəməyə xx xxxxxx 2020-ci il tarixli akt, məktub və fotoşəkillər təqdim etmiş olsa da, həmin sənədlərlə pulu ödənilməmiş təkərlərin məhz istehsal qüsuruna görə yararsız hala düşməsinin müəyyən edilməsi mümkün olmamışdır. Çünki, həmin halın müəyyən edilməsi üçün “Alıcı” tərəfindən qüsurlu təkərlərin vaxtında istismardan çıxarılaraq müvafiq qaydada “Satıcı” tərəfə təqdim edilməsi və bu xüsusatın tərəflər arasında bağlanmış alqı-satqı müqaviləsinin və qanunvericiliyin tələblərinə uyğun sənədləşdirilərək, mübahisələndirilməsi müəyyən edilməmişdir. Halbuki, tərəflər arasında bağlanmış məlum Müqavilənin 2.2-ci bəndinə əsasən, "Satıcı"nın satdığı mallara fabrik xətalarına qarşı bir il qarantiya verməsi nəzərdə tutulduğu üçün, “Alıcı” aldığı təkərlərin fabrik xətaları olmasını müəyyən etdiyi halda müvafiq qaydada "Satıcı"-ya məlumat verərək, zəruri sənədləşmə işlərini aparmalı idi. Məhz, 18 ədəd qüsurlu təkərlərə münasibətdə bu qaydaya riayət olunması səbəbindən, həmin qüsurlu təkərlərin əvəzi “Satıcı” tərəfindən “Alıcı”-ya ödənilmişdir. Beləliklə işin müəyyən edilmiş hallarından göründüyü kimi, iddiaçı müqavilə üzrə öhdəliyini yerinə yetirərək malı cavabdehə versə də, cavabdeh müqavilə üzrə öhdəliyini lazımınca yerinə yetirməyərək ödəməli olduğu pul məbləğini ödəməmiş, bununla da cavabdeh müqavilənin şərtlərinə əməl etməyərək üzərinə düşən öhdəliyi vaxtında icra etməmişdir. Apelyasiya şikayətinin ifadələrin təhrif edilməsi ilə bağlı dəlilləri ilə əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 273-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər və nümayəndələr protokolla tanış olmağa haqlıdırlar və onun imzalandığı andan 3 gün ərzində onda yol verilmiş yanlışlıqları və ya natamamlığı göstərməklə protokol barədə yazılı qeydlər təqdim edə bilərlər. Lakin iş materiallarından görünür ki, cavabdeh tərəf məhkəmə iclas protokoluna dair qeyd təqdim etməmişdir. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini formal mülahizələr kimi qiymətləndirir və hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas sayıla bilməz. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırkı işdə məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv olunması üçün Mülki Prosessual Məcəllənin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Göstərilən halları nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarına düzgün istinad etmişdir ki, bu da Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə məhkəmə qətnaməsinin apelyasiya qaydasında baxıldıqda dəyişdirmədən, apelyasiya şikayətini təmin etmədən saxlanması üçün əsasdır. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tuturaq məhkəmə kollegiyası QƏT ETDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-9/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva
Məhkəmə qərarları › İş №2-2(105)-120/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-120/2020
02.12.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver