Məhkəmə qərarları › İş №2-2(105)-121/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-121/2020

29.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-121/2020 29.10.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin kommersiya kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər X2 və X1 ibarət tərkibdə, X5 oğlunun katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iddiası üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2- 2(119)-430/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ET Dİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət edərək 3093,28 manat əsas borcun və 30 manat dövlət rüsumunun cavabdehdən tutularaq İddiaçı ASC-nə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəmənin xx xxxxxxxx 2020-ci il tarixli 2-2(119)-430/2020 saylı qərardadı ilə iş üzrə icraat dayandırılmışdır. (hakim Z.Sadiqov) İddiaçı qərardaddan şikayət ərizəsi verərək qərardadın ləğv edilməsini və işin məhkəmə baxışını davam etdilrilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 430/2020 saylı qərardadı ilə şikayət ərizəsi təmin edilməmiş və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. İddiaçı şikayətində göstərmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 17 avqust tarixli 1137 nömrəli Fərmanına əsasən Cəmiyyətin lizinq portfeli üzrə hüquq və hərəkətlərinin 6 ay müddətində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ötürülməsi nəzərdə tutulmuşdur. Bu baxımdan, lizinq portfelinin aidiyyəti üzrə ötürülməsinin təhvil-təslimi başa çatdıqdan sonra Aqrar Kredit və İnkişaf Agentliyi iş üzrə tərəf kimi çıxış edə bilər. İşə apelyasiya qaydasında baxılarkən iş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağrılmasına baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Bu səbəbdən məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini, şikayətin dəlillərini müzakirə edərək, işdə olan sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının şikayəti təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin “İddiaçı Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında” xx xxxxxx 2020-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adı dəyişdirilərək “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti adlandırılmış və eləcə də, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə verilmişdir. Qeyd olunan Fərmandan göründüyü kimi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin adının dəyişdirilməsi ilə yanaşı, eyni zamanda onun bu məhkəmə mübahisəsinin predmeti olan lizinq müqavilələri ilə bağlı hüquq və öhdəlikləri də alınaraq, digər hüquqi şəxsə verilmiş və bununla da, mahiyyəti etibarilə hüquqi şəxs İddiaçı Açıq Səhmdar Cəmiyyəti yenidən təşkil edilmişdir. Bu hallarda isə Mülki-Prosessual Məcəllənin 254.1.1-ci maddəsinin tələblərinə görə “iş üzrə icraatın dayandırılması” - məhkəmənin vəzifəsi kimi müəyyən olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 254.1.1-ci maddəsinə əsasən, işdə tərəf olan şəxs öldükdə və ya hüquqi şəxs yenidən təşkil edildikdə, barəsində mübahisə edilən hüquq münasibəti hüquq varisliyinə və ya işdə tərəf olan hüquqi şəxsin ləğv edilməsinə yol verərsə - iş üzrə icraat dayandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, kommersiya iş üzrə yaranmış mübahisə üzrə hüquqi şəxsin hal-hazırda mövcud olmaması və onun əvəzində yaradılmış “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin isə qüvvədə olan lizinq müqavilələri üzrə hər hansı bir hüquq və öhdəliklərinin yaranmaması səbəbindən iş üzrə icraatın dayandırılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquq və öhdəliklərin ötürülmüş olduğu müvafiq subyekt işə qoşulduğu vaxt icraat təzələnib və yenidən mübahisə üzrə araşdırma davam etdirilməlidir. Məhkəmə kollegiyası şikayətdə göstərilən dəlillərini qəbul etmir və belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi icraatın dayandırılması barədə düzgün nəticəyə gəlmiş, qərardadın ləğv edilməsi üçün heç bir əsas yoxdur. Ona görə də, şikayət təmin edilməməli və qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 398.0.1-ci maddəsinə əsasən apelyasiya instansiya məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə, məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüquq vardır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxxx 2020-ci il tarixli e-2-2(119)- 430/2020 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz. Sədrlik edən hakim Səadət Bəktaşi Hakimlər Telman Quliyev Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar