Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-122/2023 19.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "ṡ ıvreS.xeT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Sı̇ yəzən-X7 Cəmı̇ yyətı̇ nə qarşı kommersiya işi üzrə (Açar sözlər: borcun tutulması, iddia müddəti) X5 Süleymanovanın sədrliyi və məruzəsi, X6 Məmmədov və X2 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı "ṡ ıvreS.xeT" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinin cavabdeh Sı̇ yəzən-X7 Cəmı̇ yyətı̇ nə qarşı "borcun tutulması" tələbinə dair kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(119)-15/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:
1. İddiaçı 26 may 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239.939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat əsas borc, 23.993,9 (iyirmi üç min doqquz yüz doxsan üç manat 90 qəpik) manat gecikdirilmiş icra üçün faiz və 35.000 (otuz beş min) manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 (iki yüz doxsan səkkiz min doqquz yüz otuz iki manat 90 qəpik) manat məbləğində pul vəsaitinin və iddia ərizəsi verilməsi üçün ödənilmiş 588,93 (beş yüz səksən səkkiz manat 93 qəpik) manat məbləğində mediasiya xərci və dövlət rüsumunun əvəzinin tutularaq İddiaçınə verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı MMC ilə cavabdeh "xxxx" ASC arasında sahibkarlıq fəaliyyətindən irəli gələn münasibətlər olmuş və iddiaçı MMC cavabdeh ASC-ni yem əlavələri və qatqıları ilə təchiz etmişdir. İddiaçı MMC-nin və cavabdeh "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 01 aprel 2016-cı il tarixli “üzləşmə aktı”na əsasən "xxxx" ASC-nin İddiaçı MMC-yə 40958 manat və 34257,5 avro borcu olmuşdur. Həmin borc növbəti akt tərtib edilənədək hissə-hissə ödənilsə də, tam bağlanmamışdır. Həmin aktdan sonra da tərəflər arasında mal mübadiləsi (alqı-satqısı) davam etmişdir. Yəni, yenə də iddiaçı MMC cavabdeh ASC-yə mal (yem əlavəsi və qatqı) göndərilməsini davam etdirmiş, cavabdeh tərəfindən isə göndərilən malların dəyəri qismən ödənilmişdir. İddiaçı MMC-nin və "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 06 sentyabr 2017-ci il tarixli “qarşılıqlı üzləşmə aktı”na əsasən 06 sentyabr 2017-ci il tarixə "xxxx" ASCnin İddiaçı MMC-yə 151.092,4 manat borcu qalmışdır. Bundan sonra da tərəflər arasında əməkdaşlıq davam etdirilmişdir. Yəni, məlum aktın tərtib olunmasından sonra da iddiaçı MMC cavabdeh ASC-yə mal (yem əlavəsi) göndərilməsini davam etdirmiş, cavabdeh isə aldığı malların dəyərinə görə qismən ödənişlər etmişdir. Lakin yenə də ASC-nin qalıq borcu qalmışdır. İddiaçı MMC-nin və "xxxx" ASC-nin direktorlarının təsdiq etdikləri 31 dekabr 2019-cu il tarixli “X1 aktı”na əsasən isə 31 dekabr 2019-cu il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə 151092,4 manat borc ilə yanaşı, 334197,28 manat məbləğində əlavə borcu da yaranmışdır. Bundan sonra tərəflər arasında alqı-satqı müqaviləsi imzalanmış və həmin müqavilə 07 yanvar 2023-cü il tarixədək bağlanılmışdır. Həmin Müqavilə bağlanıldıqdan sonra da tərəflər arasında əvvəlki qaydada kommersiya münasibətləri davam etdirilmiş, iddiaçı tərəf müvafiq malları göndərmiş, cavabdeh tərəf isə malların dəyərini hissə-hissə olmaqla, qismən ödəmişdir. Beləliklə də, tərəflər arasında baş tutan alqı-satqı zamanı iddiaçı tərəf öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirsə də, cavabdeh öhdəliklərini vaxtında və lazımi qaydada tam icra etməmişdir. Buna görə də, "xxxx" ASCnin İddiaçı MMC-yə hazırda 239.939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində real borcu yaranmışdır. Eyni zamanda müqavilə öhdəliklərinin vaxtında və lazımi qaydada icra edilməməsi iddiaçını əlavə maliyyə itkilərinə məruz qoymuşdur. Həmin pul vəsaitinin ödənilməsi ilə bağlı iddiaçı tərəfin şifahi və yazılı müraciətləri nəticəsiz qalmışdır. Bundan sonra cavabdehə həm yazılı, həm də elektron qaydada pretenziya göndərilmiş, eyni zamanda mübahisənin məhkəmədən kənar alternativ həlli kimi mediasiya təşkilatına müraciət olunmuşdur. Lakin bu cəhdlərin də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Beləliklə, öhdəlikləri lazımi qaydada və vaxtında icra etmədiyindən cavabdeh "xxxx" ASC-nin 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində real borcu vardır. Cavabdeh "xxxx" ASC-nin məhkəməyə müraciət edildiyi günə kimi ödənişini gecikdirdiyi 239939 manat məbləğində pulun illik 5 faiz dərəcəsi ilə hesablanan illik faiz məbləği 11996,95 manat olmaqla, 2 il üçün cəmi 23993,9 manat təşkil edir. Çünki, İddiaçı MMC-nin özü "xxxx" ASC-yə satdığı malları (yem əlavəsini) xaricdən idxal edir. İddia ərizəsinə əlavə olunan gömrük bəyannamələrindən görünür ki, 2020-ci ilin oktyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 1,85 avro, 2021-ci ilin noyabr ayında həmin məhsulun 1 kq-nın dəyəri 2,73 avro, 2022-ci ilin yanvar ayında isə eyni məhsulun 1 kq-nın dəyəri 3,6 avro təşkil edir. Nəzərə alınsa ki, təxminən 13-14 ay ərzində idxal olunan məhsulun dəyərinin təxminən 2 dəfə bahalaşmasına, eyni dövr ərzində cavabdehin borcun əsassız olaraq ödənilməsindən yayınmasına və bu müddət ərzində iddiaçıya məxsus pul vəsaitini özündə saxlamasına görə cavabdeh iddiaçını daha çox gəlir əldə etmək imkanından məhrum etmişdir. Qeyd edilən məhrumetmə isə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə görə şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlir (əldən çıxmış fayda) kimi başa düşülməlidir. Bu isə bir qayda olaraq idxal edilən ortalama 20 ton (20000 kq) malda 35000 manat artıq xərc deməkdir ki, cavabdeh tərəf öhdəliklərini vaxtında icra etmiş olsaydı, iddiaçı həmin məhsulu daha münasib qiymətə alaraq 35000 manatdan artıq gəlir əldə edə bilərdi. Beləliklə də, hazırkı iddia ərizəsi verilərkən cavabdeh "xxxx" ASC-nin 239.939 manat məbləğində əsas, 23.993,9 manat məbləğində gecikdirilmiş icra üçün faiz və 35000 manat əldən çıxmış fayda olmaqla, cəmi 298932,9 manat məbləğində borcu yaranmışdır.
3. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə 21 iyun 2022-ci il tarixdədə məhkəməyə “iddia tələbinə Etiraz” və “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə təqdim edilərək, İddiaçı tərəfindən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı verilmiş “borcun tutulması” barədə iddia ərizəsində tələb olunan borc üzrə iddia müddəti keçmiş olduğuna görə iddia tələbinin rədd edilməsi xahiş olunmuş və ərizə onunla əsaslandırılmışdır ki, tərəflər arasında sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya əlaqələri mövcud olmuş və kommersiya münasibətlərinin əsasını alqı-satqı müqvilələrinə uyğun olaraq quşçuluqda istifadə olunan yem məhsulları, qatqıları və əlavələri təşkil etmişdir. İddia ərizəsinə əlavə edilən və iddia tələbinin əsasını təşkil edən 01 aprel 2016-cı il tarixli üzləşmə aktına əsasən 01 aprel 2016-cı il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə borcu 40958 manat və həmçinin həmin Aktda qeyd olunan 16 oktyabr 2015-ci il tarixə olan borcu isə 34257,5 avro təşkil etdiyi göstərilmişdir. Bundan əlavə, 06 sentyabr 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktında isə 06 sentyabr 2017-ci il tarixə "xxxx" ASC-nin İddiaçı MMC-yə borcunun 151092 manat təşkil etdiyi göstərilmişdir. İddiaçı 31 dekabr 2019-cu il tarixli Aktda 151092 manat məbləğində pulun mübahisəli olmasını da etiraf etmişdir. İddiaçının özünün təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, 151092 manat məbləğində və 82067 manat məbləğində borcun olması 7 (yeddi) ildən artıq olan müddəti əhatə edir. Təqdim olunmuş sənədlərdən bir daha məlum olur ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında borc münasibətləri 7 (yeddi) ildir icra olunmayıb. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç illik dövrü əhatə edir. Etirazda qeyd edilən əsaslarla bağlı və iddiaçının təqdim etdiyi aktlardan məlum olur ki, öhdəliklərin icra olunma tarixləri 2015-ci ili, 2016-cı ili və 2017-ci ili əhatə etdiyindən, bu iddia ərizəsindən irəli gələn tələblər üzrə iddia müddəti keçmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 375.2 maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
4. Satıcı İddiaçı (VÖEN **********) ilə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (VÖEN **********) arasında bağlanmış 07 yanvar 2020-ci il tarixli 1/2020 nömrəli Alqı-satqı Müqaviləsinin şərtlərinə görə, Satıcı yem əlavələri ilə (bundan sonra-“mal”) Alıcını təchiz etməyə, Alıcı isə müqavilədə bəyan edilmiş qaydada malı qəbul etməyə və dəyərini ödəməyə borcludur (1.1-ci bənd).
5. Müqavilənin 4.1-ci bəndinə əsasən, Alıcı tərəfindən ödəmə Satıcının hesabına pul vəsaitlərinin bank vasitəsilə köçürülməsi və ya təchizatçının kassasına nağd formada ödənilməsi yolu ilə həyata keçirilir. Tərəflərin qarşılıqlı razılığı ilə digər ödəmə üsulu da müəyyən edilə bilər.
6. Müqavilənin 4.3-cü bəndinə əsasən, ödəniş qabaqcadan ödəmə üsulu ilə və yaxud Satıcının razılığı ilə ən geci malın Alıcıya təqdim edildiyi tarixdən başlayaraq 30 (otuz) gün ərzində həyata keçirilməlidir.
7. Müqavilənin 4.4-cü bəndinə əsasən, Alıcı tərəfindən ödəmə bu müqavilənin 4.3-cü bəndində göstərilən müddət ərzində həyata kecirilməssə, hər gecikmiş təqvim gününə görə Alıcı tərəfindən gecikdirilmiş məbləğin 0,05% cərimə şəklində əlavə olaraq Satıcıya ödənilməlidir.
8. Müqavilənin 8.1-ci bəndinə əsasən, Müqavilə tərəflər arasında imzalandığı andan etibarən qüvvəyə minir və 07 yanvar 2023-cü ilədək qüvvədə qalır.
9. Elektron qaimələrlə müəyyən olunur ki, satıcı "xxxx" MMC tərəfindən alıcı "xxxx" ASC-yə 22 noyabr 2017-ci il tarixli EAAE 267011 nömrəli Elektron Qaimə üzrə 216270,4 manat dəyərində, 24 noyabr 2017-ci il tarixli EAAE 301637 nömrəli Elektron Qaimə üzrə 24399,45 manat dəyərində, 08 dekabr 2017-ci il tarixli EAAE 579232 nömrəli Elektron Qaimə üzrə 49699,12 manat dəyərində, 09 dekabr 2017-ci il tarixli EAAE 603513 nömrəli Elektron Qaimə üzrə 66000,35 manat dəyərində, 20 dekabr 2017-ci il tarixli EAAE 820638 nömrəli Elektron Qaimə üzrə 113289,44 manat dəyərində, 27 dekabr 2017-ci il tarixli EAAE 954471 nömrəli Elektron Qaimə üzrə 102472,97 manat dəyərində, 13 yanvar 2018-ci il tarixli EAAG 216594 nömrəli Elektron Qaimə üzrə 143505,46 manat dəyərində, 31 yanvar 2018-ci il tarixli EAAG 652274 nömrəli Elektron Qaimə üzrə 229625,05 manat dəyərində, 10 fevral 2018-ci il tarixli EAAG 947803 nömrəli Elektron Qaimə üzrə 206619,18 manat dəyərində, 06 mart 2018-ci il tarixli EAAH 502737 nömrəli Elektron Qaimə üzrə 153484,37 manat dəyərində, 17 mart 2018-ci il tarixli EAAH 794308 nömrəli Elektron Qaimə üzrə 285146,12 manat dəyərində, 23 aprel 2018-ci il tarixli EAAİ 575529 nömrəli Elektron Qaimə üzrə 202319,85 manat dəyərində, 16 may 2018-ci il tarixli EAAJ 170299 nömrəli Elektron Qaimə üzrə 82927,16 manat dəyərində, 25 iyun 2018-ci il tarixli EAAK 082323 nömrəli Elektron Qaimə üzrə 62587,20 manat dəyərində, 16 iyul 2018-ci il tarixli EAAK 610380 nömrəli Elektron Qaimə üzrə 158373,7 manat dəyərində, 07 sentyabr 2018-ci il tarixli EAAL 922014 nömrəli Elektron Qaimə üzrə 302960,28 manat dəyərində, 13 oktyabr 2018-ci il tarixli EAAM 812390 nömrəli Elektron Qaimə üzrə 114465,90 manat dəyərində, 05 mart 2019-cu il tarixli EAAR 202087 nömrəli Elektron Qaimə üzrə 22897,90 manat dəyərində, 11 mart 2019-cu il tarixli EAAR 504690 nömrəli Elektron Qaimə üzrə 13949,81 manat dəyərində, 18 mart 2019-cu il tarixli EAAR 864967 nömrəli Elektron Qaimə üzrə 12450,18 manat dəyərində, 04 aprel 2019-cu il tarixli EAAS 612515 nömrəli Elektron Qaimə üzrə 15206,51 manat dəyərində, 18 aprel 2019-cu il tarixli EAAT 290185 nömrəli Elektron Qaimə üzrə 25199,14 manat dəyərində, 29 aprel 2019-cu il tarixli EAAT 689843 nömrəli Elektron Qaimə üzrə 25199,14 manat dəyərində, 03 may 2019-cu il tarixli EAAT 959344 nömrəli Elektron Qaimə üzrə 20248,80 manat dəyərində, 23 may 2019-cu il tarixli EAAU 835126 nömrəli Elektron Qaimə üzrə 21753,30 manat dəyərində, 03 iyun 2019-cu il tarixli EAAV 314700 nömrəli Elektron Qaimə üzrə 34950,30 manat dəyərində, 14 iyun 2019-cu il tarixli EAAV 861737 nömrəli Elektron Qaimə üzrə 8300,12 manat dəyərində, 21 iyun 2019-cu il tarixli EAAW 109344 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 26 iyun 2019-cu il tarixli EAAW 328491 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 04 iyul 2019-cu il tarixli EAAW 691797 nömrəli Elektron Qaimə üzrə 24300,68 manat dəyərində, 19 iyul 2019-cu il tarixli EAAX 393254 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 01 avqust 2019-cu il tarixli EAAX 941604 nömrəli Elektron Qaimə üzrə 24298,56 manat dəyərində, 16 avqust 2019-cu il tarixli EAAY 590170 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 10 sentyabr 2019-cu il tarixli EAAZ 638990 nömrəli Elektron Qaimə üzrə 22756,30 manat dəyərində, 19 sentyabr 2019- cu il tarixli EBAA 098357 nömrəli Elektron Qaimə üzrə 23700,3 manat dəyərində, 23 sentyabr 2019-cu il tarixli EBAA 226504 nömrəli Elektron Qaimə üzrə 24900,36 manat dəyərində, 01 oktyabr 2019-cu il tarixli EBAA 588414 nömrəli Elektron Qaimə üzrə 4000,2 manat dəyərində, 24 yanvar 2020-ci il tarixli EBAF 440486 nömrəli Elektron Qaimə üzrə 14000 manat dəyərində və 10 fevral 2020-ci il tarixli EBAG 179080 nömrəli Elektron Qaimə üzrə 650 manat dəyərində müxtəlif məhsulların (yem əlavələri və qatqıların) satılması ilə əlaqədar yuxarıda qeyd olunan elektron qaimələr təqdim olunmuşdur.
10. Tərəflər arasında tərtib olunaraq imzalanmış “üzləşmə akt”ları ilə müəyyən olunur ki, alıcı "xxxx" ASC-nin satıcı İddiaçınə 01 aprel 2016-cı il tarixinə 40958 manat məbləğində, 16 oktyabr 2015-ci il tarixinə 34257,5 avro məbləğində (01 aprel 2016-cı il tarixli Üzləşdirmə Aktı), 06 sentyabr 2017-ci il tarixinə cəmi 151092,4 manat məbləğində (06 sentyabr 2017-ci il tarixli "Qarşılıqlı Üzləşmə" Aktı) və 2006-cı ildən qalmış 151092 manat məbləğində mübahisəli alacaq və ya veriləcək məbləğ nəzərə alınmasa, 31 dekabr 2019-cu il tarixinə 334197,28 manat məbləğində (31 dekabr 2019-cu il tarixli "X1" Aktı) ödənilməmiş borcları olmuşdur.
11. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Sumqayıt Filialı tərəfindən 03 iyun 2022ci ildə təsdiq edilərək verilmiş İddiaçınə aid bank hesabının 01 yanvar 2017-ci il tarixindən 03 iyun 2022-ci il tarixinədək dövrü əhatə edən Çıxarışından görünür ki, 27 yanvar 2017-ci il tarixindən başlayaraq alıcı "xxxx" ASC tərəfindən alınan mallara görə satıcı "xxxx" MMCnin bank hesabına mütəmadi olaraq müxtəlif məbləğlərdə pul vəsaitləri ödənilmişdir. Sonuncu dəfə alıcı "xxxx" ASC tərəfindən 09 fevral 2022-ci ildə satıcı "xxxx" MMC-nin bank hesabına 8474,58 (səkkiz min dörd yüz yetmiş dörd manat 58 qəpik) manat məbləğində ödəniş həyata keçirilmişdir (iş vərəqi: 1-ci cild, 40-41- ci səhifə).
12. İddiaçı "xxxx" MMC tərəfindən 27 dekabr 2022-ci il tarixdə məhkəməyə təqdim edilmiş Maliyyə Arayışında göstərilir ki, "xxxx" ASC-yə (VÖEN **********) "xxxx" MMC (VÖEN **********) tərəfindən 2017-ci il ərzində 572131,73 (beş yüz yetmiş iki min yüz otuz bir manat 73 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 94000 (doxsan dörd min) manat pul köçürülmüşdür. 2018-ci il ərzində 1942014,27 (bir milyon doqquz yüz qırx iki min on dörd manat 27 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına ******* (bir milyon dörd yüz yetmiş min) manat pul köçürülmüşdür. 2019-cu il ərzində 442509,46 (dörd yüz qırx iki min beş yüz doqquz manat 46 qəpik) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 875000,01 (səkkiz yüz yetmiş beş min manat 01 qəpik) manat pul köçürülmüşdür. 2020-ci il ərzində 14650 (on dörd min altı yüz əlli) manat dəyərində mal verilmiş və "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 110000 (yüz on min) manat pul köçürülmüşdür. 2021-ci il ərzində mal verilməmiş, "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 140000 (yüz qırx min) manat pul köçürülmüşdür. 2022-ci il ərzində də mal verilməmiş, "xxxx" ASC tərəfindən isə "xxxx" MMC-nin bank hesabına 10000 (on min) manat pul köçürülmüşdür. Beləliklə, 2017-2022-ci illər ərzində "xxxx" ASC-yə "xxxx" MMC tərəfindən ümumilikdə 2951305,46 (iki milyon doqquz yüz əlli bir min üç yüz beş manat 46 qəpik) manat dəyərində mal verilmiş olsa da, "xxxx" ASC tərəfindən "xxxx" MMC-nin bank hesabına 2699000,43 (iki milyon altı yüz doxsan doqquz min manat 43 qəpik) manat pul vəsaiti köçürülmüş və "xxxx" ASC-nin 252305,03 (iki yüz əlli iki min üç yüz beş manat 03 qəpik) borcu qalmışdır.
13. Məhkəmə araşdırması zamanı mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə-mühasibatlıq və əlavə məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmişdir.
14. Əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2023-cü il tarixli 9/2839 nömrəli Ekspert Rəyi ilə müəyyən edilmişdir ki, hazırkı tədqiqatla satıcı İddiaçı MMC tərəfindən tərtib olunaraq 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək alıcı "xxxx" ASC-nə təqdim edilmiş elektron-qaimələr üzrə nəzərdə tutulan mal və xidmətlərin ümumi dəyərinin ƏDV daxil cəmi 2951305,44 (iki milyon doqquz yüz əlli bir min üç yüz beş manat 44 qəpik) manat məbləğində olması müəyyən edilir. "xxxx" ASC tərəfindən 22 noyabr 2017-ci ildən - 27 dekabr 2022-ci il tarixinədək İddiaçı MMC-nə ödənilmiş pul vəsaitlərinin iddiaçı tərəfindən təqdim edilmiş arayışda və cədvəl formalarında olan ödənişlərin düzgünlüyünə məhkəmə tərəfindən qiymət verildikdən sonra 2699000,43 (iki milyon altı yüz doxsan doqquz min manat 43 qəpik) manat məbləğində olması müəyyən edilə bilər. Bütün yuxarıda göstərilənlərə məhkəmə tərəfindən qiymət verildikdən sonra, İddiaçı MMC tərəfindən tərtib olunaraq 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək alıcı "xxxx" ASC-nə təqdim edilmiş “e-Qaimələr” üzrə 27 dekabr 2022-ci il tarixinə ödənilməmiş borcu müəyyən etmək üçün tədqiqatla birinci və ikinci sualda gəlinmiş nəticələr üzrə riyazi hesablama aparıla bilər.
İş üzrə qəbul edilmiş məhkəmə aktları
Birinci instansiya məhkəməsində icraat
15. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(119)- 15/2023 nömrəli qətnaməsi ilə (hakim Zülfüqar Sadiqov) iddianın qismən təmin edilməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 239939 (iki yüz otuz doqquz min doqquz yüz otuz doqquz) manat məbləğində əsas borc, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və 189 (yüz səksən doqquz) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 240528 (iki yüz qırx min beş yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət rüsumunun qalığı kimi 340,94 (üç yüz qırx manat 94 qəpik) manat məbləğində pul vəsaitinin dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 300 (üç yüz) manat məbləğində pul vəsaitinn cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir.
16. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 567, 600.1, 600.4, 385.1, 425.1, 425.2, 427.3, 442, 443.1, 445.1, 448.1, 448.2, 404.1, 404.2 və 380.1-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 106.1, 106.3, 217.3, 217.4, 218.3, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələri ilə əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsindəki icraat
Apellyasiya şikayəti və onun dəlilləri
17. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il, e-2- 2(119)-15/2023 nömrəli qətnaməsinin tamamilə ləğv edilməsi, iş üzrə iddiaçı X3 Cəmiyyətinin cavabdeh Siyəzən X7 Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası üzrə iddia müddəti keçdiyindən, iddia müddətini tətbiq etməklə iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
18. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında sahibkarlıq münasibətlərindən irəli gələn kommersiya əlaqələri mövcud olmuşdur. Kommersiya münasibətlərinin əsasını alqı-satqı müqvilələrinə uyğun olaraq quşçuluqda istifadə olunan yem məhsulları, qatqıları, əlavələri təşkil etmişdir. İddia ərizəsinə əlavə edilən, elektron kabinet vasitəsi ilə təqdim edilən və iddia tələbinin əsasını təşkil edən 01 aprel 2016-cı il tarixli üzləşmə aktına əsasən 01 aprel 2016-cı il tarixə Siyəzən Broyler ASCnin Texservis MMC-yə borcu 40958 (qırx min doqquz yüz əlli səkkiz) manat və həmçinin həmin aktda qeyd olunan 16 oktyabr 2015-ci il tarixə olan borcun isə 34257,5 avro təşkil etməsi göstərilmişdir, manatla (34257,5 AVRO X 1.20 manat-kurs = 41109 (qırx bir min yüz doqquz) manat) 41109 (qırx bir min yüz doqquz) manat təkil edir. 01 aprel 2016-cı il tarixli 40958 manat + 41109 manat = 82067 (səksən iki min altmış yeddi) manat təşkil edir. Bundan əlavə 06 sentyabr 2017-ci il tarixli qarşılıqlı üzləşmə aktında isə 06 sentyabr 2017ci il tarixə Siyəzən Broyler ASC-nin Texservis MMC-yə borcu 151 092 (bir yüz əlli bir min doxsan iki) manat təşkil edir. İddiaçı 31 dekabr 2019-cu il tarixli Aktda 151 092 (bir yüz əlli bir min doxsan iki) manat məbləğində pulun mübahısəli olmasını və 2017-ci ilin əvvəlinə aid olmasını özü də etiraf və qəbul edib. Bir sözlə tərəflər iradə ifadəsini iş materiallarında olan müvafiq aktlarla qəbul edib. İddiaçının özünün təqdim etdiyi və iddia ərizəsinə əlavə olunan sənədlərdən məlum olur ki, 151 092 (bir yüz əlli bir min doxsan iki) manat məbləğində və 82067 (səksən iki min altmış yeddi) manat məbləğində borcun olması 7 (yeddi) ildən artıq olan müddəti əhatə edir. Təqdim olunmuş sənədlərdən bir daha məlum olur ki, hazırkı iddia tələbi üzrə tərəflər arasında borc münasibətləri 7 (yeddi) ildən artıq müddət icra olunmayıb. Məhkəmə iddia müddətini tərəflərin iradə ifadəsi olan aktlara münasibətdə tətbiq edə bilərdi və bu hal özlüyündə əsas borcun tamamilə azalması deməkdir. Məhkəmə qətnamədə qeyd edir ki, cavabdeh iddia müddətinin tətbiqi barədə iddia müddətinin ötürülmüş olması məhkəmə araşdırılması zamanı öz təsdiqini tapmamışdır. Bu tamamilə əsassız yanaşmadır, 31 dekabr 2019-cu il tarixli Aktda 151 092 (bir yüz əlli bir min doxsan iki) manat məbləğində pulun mübahisəli olmasını və 2017-ci ilin əvvəlinə aid olmasını iddiaçı özü də etiraf və qəbul edib. Birmənalı olaraq tərəflər iradə ifadəsini iş materiallarında olan 31 dekabr 2019-cu il tarixli Aktla və digər aktlarla qəbul edib. 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyində 31 dekabr 2019-cu il tarixli Akta münasibətdə X9 Cəmiyyətinin Tex.X4 Cəmiyyətinə 88847,28 manat məbləğində borcunun olması müəyyən edilib. Məhkəmə tərəflər arsında olan borc münasibətlərini müəyyən edən 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyi ilə bağlı 88847,28 manat məbləğində borcunun olmasına münasibət bildirməyib. Məhkəmə həmçinin iş üçün əhəmiyyətli olan 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyinə münasibət bildirməyib. Bu rəyin əsasında və digər aktlara münasibətdə hazırkı iddia tələbinə iddia müddətini tətbiq etməli idi. Məhkəmə yazılı Etirazda və nümayəndənin məhkəmə iclaslarında olan çıxışlarında tərəflərin tərtib etdikləri və hazırda qüvvədə olan üzləşmə aktlarının tərəflər arasında borc münasibətlərinin tənzimlənməsi məqsədilə edildiyini bildirilsədə, məhkəmə bu kimi mövqelərinə heç bir hüquqi qiymət verməmişdir. Məhkəmə yalnız hazırkı qanunsuz və əsassız qətnaməni əsaslandırmaq üçün birtərəfli qayadada iddiaçının nümayəndəsinin mövqeyinə əsaslanaraq qüvvədə olan üzləşmə aktlarının qanuniliyini və əsaslılığını şübhə altına almışdır. Məhkəmə iş üçün əhəmiyyətli olan 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyinə münasibət bildirməyib. Bu rəyin əsasında və digər aktlara münasibətdə iddia müddətini tətbiq etməli idi, amma etməmişdir. Məhkəmə iş üçün əhəmiyyətli olan 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyinin subut kimi qəbul edilməsi və digər məhkəmə mühasibatlıq ekspertizasının keçrilməməsi barədə nümayəndənin mövqeyini nəzərə almamışdır. Bundan əlavə iş materiallarında olan hazırkı kommersiya işinin mahiyyətinə birbaşa təsir edən iddia müddətinin tətbiqinə əsas verən aktları sübut kimi qiymətləndirməkdən tamamilə yayınmışdır. Məhkəmə yazılı Etiraza və nümayəndənin məhkəmə iclaslarında olan çıxışlarında tərəflərin tərtib etdikləri və hazırda qüvvədə olan üzləşmə aktlarının tərəflər arasında borc münasibətlərinin tənzimlənməsi məqsədilə edildiyini bildirsədə, bu hallar aydınlaşdırılmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il, e-2- 2(119)-15/2023 nömrəli qətnaməsində göstərilən əsaslar işin hallarına uyğun deyil. İş üçün əhəmiyyətli olan 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyinə və tərəflər arasında mövcud olan üzləşmə aktları ilə müəyyən olunan əsaslara hüquqi qiymət vermədiyindən məhkəmə işlə bağlı müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir.
Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
19. İddiaçı tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.
Apellyasiya icraatı iştirakçılarının izahatları
20. Cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi.
21. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi.
Apellyasiya baxışının hədləri
22. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2l oğlu verdiyi apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il, e-2-2(119)-15/2023 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.
Tətbiq edilən hüquq
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Maddə 445.1. İcranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.
24. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
25. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.
26. Belə ki, məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
27. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, 2017-2022-ci illər ərzində satıcı "xxxx" MMC ilə alıcı "xxxx" ASC arasında baş tutmuş mülki dövriyyə, yəni alqı-satqı münasibətləri üzrə mütəmadi olaraq Alıcı tərəfindən bank hesabları vasitəsi ilə Satıcının bank hesabına müvafiq məbləğlərdə pul vəsaitləri ödənilmiş və bu ödənişlərin olmasını təsdiq edən müvafiq maliyyə-mühasibatlıq və bank sənədləri məhkəməyə təqdim olunmuşdur. Tərəflər arasında mövcud olan alqı-satqı münasibətləri üzrə Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) sonuncu dəfə 10 fevral 2020-ci ildə Elektron Qaimə təqdim olunsa da, Alıcı (cavabdeh) tərəfindən Satıcının (iddiaçının) bank hesabına sonuncu ödəniş 09 fevral 2022-ci il tarixində həyata keçirilmişdir. İddiaçı MMC ilə olan alqı-satqı münasibətləri üzrə cavabdeh "xxxx" ASC “alıcı” olaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də iddiaçı araşdırılan iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.
28. Birinci instansiya məhkəməsi iddianı qismən edərək, mövqeyini onunla əsaslandırmışdır ki, əlavə məhkəmə-mühasibatlıq ekspertizasının 19 may 2023-cü il tarixli 9/2839 nömrəli Ekspert Rəyində müəyyən edilən satılmış mallara görə 22 noyabr 2017-ci ildən - 10 fevral 2020-ci il tarixinədək təqdim edilən elektron qaimələrlə təsdiq olunan ƏDV daxil cəmi 2951305,44 manat məbləğində pul vəsaiti ilə maliyyə-mühasibatlıq sənədlərinə əsasən hesablanan 22 noyabr 2017-ci ildən - 27 dekabr 2022-ci il tarixinədək ümumi ödənilmiş cəmi 2699000,43 manat məbləğində pul vəsaitinin fərqi 252305,01 (iki yüz əlli iki min üç yüz beş manat 01 qəpik) manat təşkil edir (2951305,44 - 2699000,43 = 252305,01 manat). Yəni, bu hesabatla müəyyən olunur ki, tərəflər arasında baş tutmuş alqı-satqı münasibətləri üzrə Satıcı (iddiaçı) tərəfindən Alıcıya (cavabdehə) satılmış malların ümumi dəyərinin 252305,01 manat hissəsi ödənilməmişdir (məhkəmə araşdırması zamanı iddiaçının nümayəndəsi tərəflər arasında baş tutmuş alqı-satqı üzrə cavabdehin ƏDV borcunun olmadığını və cavabdehin ƏDV üzrə bütün ödənişləri etmiş olduğunu bildirmişdir). Lakin, İddiaçı MMC hazırkı iddia ərizəsində ödənilməmiş 252305,01 manat məbləğində əsas borcun hamısını deyil, nisbətən daha az miqdarda, yəni 239939 manat məbləğində əsas borcun və eyni zamanda “23993,90 manat gecikdirilmiş icra üçün faizin və 35000 manat əldən çıxmış faydanın” cavabdeh "xxxx" ASC-dən tutulmasını xahiş etmişdir. Məhkəmə bu nəticəyə gəlmişdir ki, İddiaçı MMC ilə olan alqı-satqı münasibətləri üzrə cavabdeh "xxxx" ASC “alıcı” olaraq öhdəliklərini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 218.3-cü maddəsinin “hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarmalı olması” tələbi nəzərə alınaraq, həmin öhdəliklər üzrə yaranmış 252305,01 manat miqdarında qalıq borcun ödənilməmiş 239939 manat hissəsinin əsas borc qismində cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Lakin, cavabdehdən “23993,9 (iyirmi üç min doqquz yüz doxsan üç manat 90 qəpik) manat gecikdirilmiş icra üçün faizin və 35000 (otuz beş min) manat əldən çıxmış faydanın tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır.
29. Eyni zamanda, cavabdeh tərəfindən məhkəməyə təqdim etmiş olduğu “iddia müddətinin tətbiq edilməsi” barədə ərizə ilə əlaqədar məhkəmə qeyd etmişdir ki, işin konkret hallarına əsasən həmin ərizənin əsaslılığı və hazırkı iddia tələbi üzrə iddia müddətinin ötürülmüş olması - məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Belə ki, tərəflər arasında bir neçə il ərzində davam edən alqı-satqı münasibətləri üzrə öhdəliklərin yerinə yetirilməsi qaydalarını, bir neçə il ərzində tərəflər arasında mövcud olmuş və hər iki tərəfi qane edən işgüzar münasibətləri, qarşılıqlı öhdəliklərin icra olunması xüsusiyyətlərini, tərəflərin mövcud alqı-satqı münasibətləri üzrə müəyyən edilmiş öhdəliklərin yerinə yetirilməsi qaydasının mahiyyət və müddətlərini, bu qaydalarla əlaqədar hər bir tərəfə ədalətli yanaşmanın təmin edilməli olmasını və məhkəməyə müraciət olunanadək tərəflərin hərəkət və davranışlarını, yəni satılan mallara görə təqdim edilən elektron qaimələr üzrə davamlı və mütəmadi olaraq hissə-hissə ödənişlərin edilməsini və cavabdeh tərəfindən sonuncu ödənişin 09 fevral 2022-ci il tarixində icra olunmasını nəzərə alaraq, məhkəmə hesab edir ki, hazırkı iş üzrə ödənilmədiyi müəyyən edilmiş borc məbləğinin aid olduğu alqı-satqı üzrə iddia müddəti ötürülməmişdir və buna görə də, cavabdeh tərəfin “iddia müddətinin tətbiq edilməsi” barədə ərizəsi təmin olunmamalıdır.
30. Cavabdeh iddianın təmin edilməsi hissəsində birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşmayaraq apellyasiya şikayəti vermişdir.
31. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmişdir.
32. İlk növbədə qeyd olunmalıdır ki, azad sahibkarlıq və bazar iqtisadiyyatı şəraitində əmlak və əmlakla bağlı qeyri-əmlak münasibətlərindən əmələ gələn öhdəliklərin icrasının böyük iqtisadi-sosial əhəmiyyəti vardır. Müqavilələrdən irəli gələn öhdəliklərin vicdanla yerinə yetirilməsi, ilk növbədə, tərəflərin qanuni maraqlarına və mülki dövriyyənin sabitliyinə xidmət edir.
33. Məhkəmə araşdırması zamanı proses iştirakçıları tərəflər arasında alqı-satqı münasibətlərinin olmasını və həmin alqı-satqı münasibətləri üzrə cavabdeh tərəfin iddiaçı tərəfin hesabına mütəmadi olaraq pul vəsaitlərinin ödənilməsini mübahisələndirməmişdir.
34. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları qeyd etməyi zəruri hesab edir:
35. Göründüyü kimi apellyasiya şikayətinin dəlili olaraq apellyator tərəflər arasında yaranmış borc münasibətlərinin 7 (yeddi) ildən artıq müddət icra olunmadığını, həmin borcun tələb olunması üçün nəzərdə tutulan iddia müddətinin keçdiyini və tələb olunan borc üzrə iddia müddəti ötürülmüş olduğundan iddianın rədd edilməli olmasını, eyni zamanda 31 dekabr 2019-cu il tarixli Akta münasibətdə X9 Cəmiyyətinin Tex.X4 Cəmiyyətinə 88847,28 manat məbləğində borcunun olduğunun müəyyən edildiyi, məhkəmə tərəflər arsında olan borc münasibətlərini müəyyən edən 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyi ilə bağlı 88847,28 manat məbləğində borcun olmasına münasibət bildirmədiyini. Bu rəyin əsasında və digər aktlara münasibətdə hazırkı iddia tələbinə iddia müddətini tətbiq etməli olduğunu, nəticədə əsas borcun məbləğinin azalacağını göstərmişdir.
36. Apellyasiya şikayətinin dəlilləri üzrə dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin iddia müddətinin tətbiqi üçün əsasların olmaması ilə bağlı mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan həmin hissədə şikayətin dəlili üzrə əlavə araşdırmanın aparılmasına zərurət görmür.
37. Bununla yanaşı kollegiya şikayətin digər dəlilləri üzrə qiymətləndirmə aparılıb aydınlıq gətirilməsini zəruri hesab edir.
38. Belə ki, göründüyü kimi apellyator şikayətinin dəlilinin mahiyyətini tərəflər arasında borc münasibətlərini əks etdirən bir-neçə aktın olması və hər bir akt üzrə iddia müddətinin tətbiq edilməsi məsələsinə qiymət verilməməsini mübahisələndirmişdir.
39. Məhkəmə kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarından göründüyü kimi tərəflər arasında uzun müddət davam edən qarşılıqlı işgüzar münasibətlər olmuş və bu münasibətlər davamlı xarakter daşımış, satılan mallara görə mütəmadi olaraq hissə-hissə ödənişlər edilmişdir. Qeyd olunan bu hallar, yəni tərəflər arasında olan münasibətlərin davam edən xarakterli olması hər bir akt üzrə, aktın tərtib edildiyi tarixin öhdəliyin icrası anının başlanması anı kimi qəbul edilməsini istisna edir.
40. 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyinin nəzərə alınmaması ilə bağlı şikayətin dəlili ilə bağlı isə məhkəmə qeyd edir ki, iş materiallarından görünür ki, sözügedən eksper rəyi natamam olduğundan iş üzrə əlavə mühasibatlıq ekspertizaları təyin edilmiş, 19 may 2023-cü tarixli ekspert rəyi digər sübutlarla qarşılıqlı qiymətləndirilərək sübut növü olaraq nəzərə alınmışdır.
41. Həmin 15 noyabr 2022-ci il tarixli, 9/6861 nömrəli ekspert rəyindən görünür ki, məhkəmə qərardadına əsasən ekspert qarşısında qoyulmuş sual - Satıcı İddiaçı ilə alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyəti arasında baş tutmuş alqı-satqılar nəticəsində satıcı İddiaçın tərəfindən tərtib olunaraq alıcı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə təqdim edilmiş 22 noyabr 2017-ci ildən 10 fevral 2020-ci il tarixinədək olan dövrü əhatə edən Elektron- Qaimələr üzrə ödənilməmiş borcun olubolmaması müəyyən edilsin və əgər borc varsa, həmin borcun məbləği hesablansın- olmuş, ekspertin gəldiyi nəticə isə belə olmuşdur ki, təqdim edilən sənədlərə (xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktı, ödəniş sənədləri (tədqiqata təqdim edilən) və xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktı tərtib edildikdən sonrakı tarixlərdə aparılmış alqı-satqı əməliyyatlarına dair tərtib edilmiş elektron-qaimə fakturalar) əsasən 22 noyabr 2017-ci il tarixdən 10 fevral 2020-ci il tarixinədək olan dövr üzrə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin İddiaçı Vəhdud Məsuliyyətli Cəmiyyətinə olan borcunun 88847,28 manat məbləğində olması müəyyən olunur. O cümlədən 334.197,28 (xx.xx.2019-cu il tarixli qarşılıqlı üzləşmə aktında öz əksini tapan borc) + 14.650,0 (e qaimə-fakturaya əsasən 2020-ci ildən başlayaraq təqdim edilən mallar) – 260.000,00 (2020-ci ildən başlayaraq aparılmış ödənişlər).
42. Göründüyü kimi xx.xx.2022-ci il tarixli rəydə ekspert tərəfindən yalnız xx.xx.2019-cu il tarixdən sonra aparılmış alqı-satqı əməliyyatlarına dair elektron-qaimə fakturaları və ödəniş qəbzləri əsasında hesablama aparılmış, xx.xx.2019-cu ilədək olan elektron qaimə və bank ödənişlərinin heç biri nəzərə alınmamış və qiymətləndirilmə apalımamış, qarşıda qoyulan sual üzrə araşdırmanı ekspert tam aparmadığından məhkəmə tərəfindən əlavə mühasibatlıq ekspertizası təyin edilmişdir.
43. Əlavə mühasibatlıq ekspertiza tədqiqatının nəticəsi olaraq tərtib edilmiş 19 may 2023-cü tarixli ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, rəyin mötəbərliliyini şübhə altına alan hər hansı hal mövcud deyildir.
44. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası şikayətin dəlilini əsaslı hesab etmir.
45. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
46. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
qət etdi:
Cavabdeh Sı̇ yəzən-X7 Cəmı̇ yyətı̇ tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, e-2-2(119)-15/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.