Məhkəmə qərarları › İş №2-2(105)-127/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-127/2020

23.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-127/2020 23.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakim Gülnarə Fikrət qızı Tağızadənin sədrliyi və məruzəsi, Hakimlər Lətifə Məhyəddin qızı Məmmədova və Telman Osman oğlu Quliyevdən ibarət tərkibdə, Zümrüd Ruslan qızı Abbaslının katibliyi, İddiaçının nümayəndəsi: Nümayəndə1 iştirakı ilə, İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı borcun tutulması tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli e-2-2(119)425/2020 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə (hakim Z.Ə.Sadiqov) İddiaçı cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı verilmiş borcun tutulması tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilməsi, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qərara alınmışdır. İ Ş İ N H A L L A R İ: İddiaçı xx xxxxx 2020-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMCnin hesabından 119742,10 manat qalıq cərimə məbləği və həmin məbləğə görə hesablanmış 21553,58 manat ƏDV (119742,10 x 18%) məbləği olmaqla, cəmi 141295,68 manat vəsaitin tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində iddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC tərəfindən 2018-ci il üçün alınacaq malmateriallarla bağlı tender keçirilmişdir. İddiaçı Şirkəti həmin tenderdə iştirak etmiş və Departament tərəfindən alınacaq bütün növ təkər və ehtiyat hissələrinin alınması üzrə tenderin qalibi olmuşdur. Keçirilmiş tenderin nəticələri Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Antiinhisar Siyasəti və X1 Dövlət Xidməti tərəfindən təsdiq olunmuşdur. Bundan sonar tenderdə qalib olmuş İddiaçı MMC ilə “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC arasında nəqliyyatda istifadə olunan bütün növ təkər və ehtiyat hissələrinin alqı-satqısına dair xx xxx 2018-ci il tarixli 09/18 nömrəli müqavilə bağlanılmışdır. Müqavilənin 1.1-ci maddəsinə uyğun olaraq İddiaçı Şirkəti “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə Müqavilədə nəzərdə tutulan aşağıda qeyd olunan müddətlərdə mal-material satmışdır:Tarix: El. qaimə № Məbləğ (AZN) 1.xx.xx.20xx xxxx 298299 99557.19; 2. xx.xx.20xx xxxx 341296 6195.00; 3.xx.xx.20xx xxxx 801259 13049.62. Cəmi qalıq borc - 118801,81 manat. Ondan ödənilmişdir (01-xx/xx.2018) 5900 manat. xx.xx.2018-ci il tarixə qeyd olunan elektron qaimələr üzrə qalıq borc məbləği 112901,81 manat təşkil etmişdir. Qeyd olunan Müqavilənin 4.1 maddəsinə uyğun olaraq, cavabdeh aldığı malların dəyərini ya əvvəlcədən, ya da malları aldıqdan sonra ən geci 15 gün ərzində ödəmək öhdəliyni götürmüşdür. Əks təqdirdə, Müqavilənin 4.2 maddəsi ilə güzəşt dövrü (15 gün) nəzərə alınmaqla, sonrakı hər gecikdirilən gün üçün, malların ümumi dəyərinin 1%-i həcmində cərimə ödəməyi qəbul etmişdir. Belə olan halda, cavabdehə ilk mal satışı tarixindən (xx.xx.2018) 15 gün çıxılmaqla, gecikdirilən günlərin sayı aşağıdakı kimi olmuşdur. xx.xx.2018 - xx.xx.2018-cil ilə olan dövrə, gecikdirilmiş günlərin sayı: İyul-13, Avqust-31, Sentyabr-30, Oktyabr-31 -cəmİ 105 gün. Belə olan halda cavabdehin müqavilənin 4.2 maddəsi üzrə ödəyəcəyi cərimə - 124742,10 (118801,81 x 1%= 1188,02 manat. Cəmi gecikdirilmiş günlərin sayı isə 105 gün olduqda 1188,02 manat x 105 gün=124742,10 manata bərabər olur. Belə olduqda, cavabdehin iddiaçıya olan borcu: Əsas borc qalığı - 112901,81 manat, Cərimə - 124742,10 manat, ödənilmiş ƏDV məbləği 17226 (95700x 18%) manat, vəkil xərcləri 500 manat, məhkəmə rüsumu - 30 manat. Yekun qalıq borc məbləği- 255399,91 (İki yüz əlli beş min üç yüz doxsan doqquz manat 91 qəpik) manat. Qeyd olunan ümumi borc məbləğindən Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(85)-63/2019 nömrəli qərarı ilə 112901,87 manat əsas borc, cərimə 5000 manat və 13,85 manat isə rüsum məbləği olmaqla, cəmi – 117915,72 manat “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin hesabından tutulması barədə qərar çıxarılmış və iddia qalan məbləğdə təmin edilməmişdir. Belə olan halda iddiaçı cərimə ilə bağlı qərardan Apellasiya şikayəti versə də, sonradan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC ilə iddiaçı arasında olan müştərək əlaqələri və onların maliyyə durumunu nəzərə alıb, şikayəti Apellasiya məhkəməsindən geri çəkmişdir. Sonradan “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC iddiaçının xoş məramını heçə sayıb, vaxt udmaq üçün Birinci instansiya məhkəməsinin qərarından Apellasiya və kassasiya şikayətləri verib, əsas borcla bağlı ödənişin daha bir il gecikməsinə səbəb oldu. “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC bununlada kifayətlənməyib, Ali Məhkəmənin qərarı icraya yönəldikdən sonra, yeniden icra işindən Sumqayıt Kommersiya Məhkəməsinə şikayət etdi. İddiaçı yenə də onların vəziyyətini nəzərə alıb, məhkəməyə ödənişin 2020-ci ilin sonuna kimi hissə-hissə ödənilməsi barədə razılaşma protokolu təqdim etdi. Bütün iddiaçı tərəfindən atılan xoş addımlara rəğmən, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-nin qeyri-ciddi davranışlarını nəzərə alıb, keçmiş Sumqayıt İnzibati-İqtisad Məhkəməsinin nəzərə almadığı qalıq cərimə məbləği barədə (hələ 2018-ci ili noyabr ayından sonrakı dövr nəzərə alınmır) iddia tələbi cavabdehə qarşı irəli sürülür. Mübahisə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. ŞİKAYƏTİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçının nümayəndəsi Nümayəndə1 şikayəti onunla əsaslandırmışdır ki, məhkəmə işə baxaraq qərarında «X2» MMC-ə qarşı verilmiş borcun tutulması tələbi barədə iddia ərizəsinə dair iş üzrə icraata xitam vermişdir. Bütün hallarda işlə bağlı ilkin sübut, tərəflər arasında bağlanılmış xx xxx 2018-ci il tarixli 09/18 nömrəli müqavilə və müqavilədən doğan şərtlərdir. Məhkəmə qərarında isə, istinad etdiyi Azərbaycan Respublikası MPM-nin 14.2, 77.1 və 88-ci maddələrinə demək olar ki, əməl etməmiş, tam yanlış, qərəzli və sifarişli bir qərar çıxarmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün təyin olunmasına dair qərar çıxarılmasını məhkəmə kollegiyasından xahiş etmişdir. İddiaçının nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətinin dəlillərini müdafiə etdi, eyni məzmunlu izahat verdi və təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq heç bir üzürlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında xəbərdar edilmiş tərəfin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəməyə gəlməməyinin səbəblərini üzürsüz hesab etdikdə məhkəmə işə baxmağa haqlıdır. Məhkəmə kollegiyası işdə iştirak edən tərəfin nümayəndəsinin izahatını dinləyib, şikayətinin dəlillərini, iş materiallarını araşdırıb, işdə olan sübutları tədqiq edərək hesab edir ki, aşağıdakılara görə şikayət təmin edilməməlidir. H Ü Q U Q İ M Ə S Ə L Ə L Ə R: Tərəflər arasında bağlanmış xx xxx 2018-ci il tarixli 09/18 nömrəli müqavilə üzrə yaranmış borcun alınması ilə əlaqədar İddiaçı MMC cavabdeh “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-yə qarşı “cavabdehin hesabından əsas borc qalığı 112901,81 manat, cərimə 124742,10 manat, satılan mallara görə iddiaçının şəxsi hesabından cavabdehin vaxtında ödəmədiyi ƏDV-nin əvəzinə Büdcəyə ödənilmiş 17226 manat, vəkil haqqı 500 manat və məhkəmə rüsumu 30 manat olmaqla, cəmi 255399,91 manat vəsaitin tutularaq iddaçıya verilməsi” barədə iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmiş və həmin iddia ərizəsi üzrə qəbul edilmiş Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, “xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx” MMC-dən əsas borc qalığı 112901,81 manat və cərimə 5000 manat olmaqla, cəmi 117901,81 manat məbləğində pul vəsaitinin və eləcə də, ödənilmiş 30 manat dövlət rüsumunun 13,85 manat məbləğinin tutularaq İddiaçı MMCyə ödənilməsi qət edilmiş, qalan hissədə isə iddia tələbi təmin olunmamışdır. Yəni, həmin Qətnamə ilə iddia ərizəsi üzrə əsas borca görə tələb olunan 124742,10 manat cərimə məbləği qismən təmin olunaraq, cavabdehdən 5000 manat cərimə tutulmuş və bu nəticə “tələb olunan 124742,10 manat dəbbə pulu məbləği yaranmış 112901,81 manat borc məbləğinə görə tənasübsüz surətdə yüksək məbləğ olduğundan, cərimənin məbləğinin azaldılaraq 5000 manat həddində müəyyən edilməsinin ədalətli olması” ilə əsaslandırılmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2- 2(085)-63/2019 nömrəli qətnaməsindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin edilməmiş (Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxx 2019-cu il tarixli, 2-2(105)- 105/2019 saylı qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxxx 2019-ci il tarixli 2-2(102)-478/2019 nömrəli qərarı) və qanuni qüvvəsini almış həmin Qətnamə müvafiq qaydada icraya yönəldilmişdir. Hazırkı iddia ərizəsində isə İddiaçı MMC Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsində “tənasübsüz surətdə yüksək məbləğ kimi” qiymətləndirilərək cavabdehdən tutulmalı cərimə kimi 5000 manat həddində müəyyən edilmiş “124742,10 manat məbləğində” tələb etdiyi cərimənin təmin olunmamış “119742,10 manat qalıq hissəsini” və həmin məbləğ üçün hesabladığı ƏDV məbləğini cavabdehdən tutulmasını xahiş edir və hətta, iddia ərizəsini “keçmiş Sumqayıt İnzibati- İqtisad Məhkəməsinin nəzərə almadığı qalıq cərimə məbləği barədə (hələ 2018-ci ili noyabr ayından sonrakı dövr nəzərə alınmır) iddia tələbi cavabdehə qarşı irəli sürülür” ifadəsi ilə əsaslandırır. Göründüyü kimi, hazırkı iş üzrə baxılan İddiaçı MMC-nin cavabdeh xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMC-nə qarşı «119742,10 manat qalıq cərimə məbləğinin və həmin məbləğə görə hesablanmış 21.553,58 manat ƏDV (119742,10x18%) məbləğinin «tutulması barədə iddia ərizəsi qanuni qüvvəsini almış Sumqayıt İnzibati- İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli 2-2(085)-63/2019 nömrəli qətnaməsi ilə mahiyyəti üzrə baxılıb həll edilərək 5000 manat cərimə tutulduğu üçün «iddianın cavabdehin hesabından 124742,10 manat məbləğində cərimənin tutulması hissəsinin təmin olunmamış «119742,10 manat qalıq cərimə məbləginin tutulması» ilə əlaqədar verilmişdir. Lakin, qanuni qüvvəsini almış həmin qətnamə ilə təmin olunmayan «119742,10 manat qalıq cərimə məbləğinin» tutulması üçün iddiaçı yenidən hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etmiş olduğundan, bu iddia – eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə baxılaraq qanuni qüvvəsini almış yekun məhkəmə qətnaməsi olan tələblə əlaqədar verilmiş iddia ərizəsidir. Odur ki, məhkəmə kollegiyası iddiaçının nümayəndəsinin məhkəmə tərəfindən Azərbaycan Respublikası MPM-nin 14, 77 və 88-ci maddələrinin məhkəmə tərəfindən pozulması barədə gətirdiyi dəlili qəbul etmir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0.2-ci maddəsinə əsasən, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsasar üzrə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi və ya iddiaçının iddiadan imtina etməsi və ya tərəflərin barışıq sazişinin təstiq olunması ilə əlaqədar iş üzrə icraata xitam edilməsi haqqında məhkəmənin qərardadı olarsa məhkəmə tərəfindən iş üzrə icraata xitam verilir. Odur ki, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-i tərəfindən cavabdeh «xxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxxx» MMCnə qarşı verilmiş «borcun tutulması» tələbinə dair e-2-2(119)-425/2020 nömrəli kommersiya işi üzrə icraata Azərbaycan Respublikası MPM-nin 261.0.2-ci maddəsinə əsasən xitam verilməsi tamamilə qanuni və əsaslı olmuşdur. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddianın xitam olunması barədə məhkəmənin qərardadı qanuna uyğun və əsaslı olduğundan dəyişiklik edilmədən saxlanılmalıdır və şikayətin dəlilləri qərarın ləğvi üçün əsas ola bilməz. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 398.0.1 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Sumqayıt Kommersiya Məhkəməsinin bu iş üzrə xx xxxxxxx 2020-ci il tarixli e-2- 2(119)-425/2020 saylı qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 gün müddətinə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Sədrlik edən Gülnarə Tağızadə Hakimlər Lətifə Məmmədova Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar