Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-13/2023 15.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin nümayəndəsi və vəkili Vəkil, Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-199/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh MMC tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi 11 yanvar 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 16 may 2013-cü il tarixli 519- L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilələr üzrə 123295 (yüz iyirmi üç min iki yüz doxsan beş) manat gecikdirilmiş əsas borc və 56167,34 (əlli altı min yüz altmış yeddi manat 34 qəpik) manat cərimə borcu və hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat olmaqla, ümumilikdə cəmi 179812,34 (yüz yetmiş doqquz min səkkiz yüz on iki manat 34 qəpik) manat pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, lizinq verən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə lizinq alan Cavabdeh arasında bağlanılmış 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilələrə əsasən sonuncu (cavabdeh) dəyərinin bir hissəsini əvvəlcədən, qalan hissəsini isə Müqavilələnin tərkib hissəsi olan ödəniş qrafiklərinə uyğun olaraq ödəmək şərti ilə müxtəlif kənd təsərrüfatı texnikaları lizinqə götürmüşdür. Cavabdeh MMC həmin müqavilələr üzrə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməmişdir. Nəticədə cavabdehin maliyyə arayışının tərtib edildiyi 26 iyul 2021-ci il tarixə 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilələr üzrə ümumilikdə 123295 (yüz iyirmi üç min iki yüz doxsan beş) manat gecikdirilmiş əsas borcu və 56167,34 (əlli altı min yüz altmış yeddi manat 34 qəpik) manat cərimə borcu yaranmışdır. Öhdəliyin yerinə yetirilməsi barədə dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, müqavilələr üzrə cavabdeh tərəfindən ödənişlər lazımi qaydada həyata keçirilməmişdir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, tərəflərin məhkəməyə müraciət etməsindən əvvəl mübahisə üzrə müvafiq mediasiya prosedurlarına riayət edilmiş olsa da, mediasiya vasitəsi ilə borcun ödənilməsinin təmin edilməsi mümkün olmamış və bu mediatorun 02 oktyabr 2021-ci il tarixli MŞİH-02832 nömrəli arayışı ilə rəsmiləşdirilmişdir. Tərəflər arasında bağlanmış müqavilələrin 4.2-ci bəndlərinə görə Lizinq Alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, “Lizinq verən” “Lizinq alan”dan borc məbləği və gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb etmək hüququna malikdir. Eyni zamanda, bu mübahisə üzrə məhkəməyə müraciət edilməsi məqsədilə hüquqi yardım göstərilməsi üçün vəkilə də müraciət edilmiş və hüquqi yardım görə vəkilə 350 (üç yüz əlli) manat məbləğində xidmət haqqı da ödənilmişdir. Cavabdeh tərəfindən 14 fevral 2022-ci ildə məhkəməyə iddia tələbinə qarşı Etiraz təqdim etmişdir, etiraz iddiaçının Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbinin təmin olunmaması haqqında qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin “Etiraz” - taxılçılığın inkişafı məqsədi ilə 30 dekabr 2010-cu ildə təsis edilmiş "xxxx" MMCnin lizinq verən "xxxx" ASC-yə müraciət edib, müvafiq lizinq müqavilələri əsasında traktor, kotan, toxum səpən, toxum təmizləyən və sair kənd təsərrüfatı texnika və avadanlıqlarını lizinqə götürərək, müqavilələr üzrə vaxtlıvaxtında ödənişlər etməsi, lakin müqavilə üzrə verilməsi nəzərdə tutulan “Nev-Holland” markalı ekskavatorun verilməməsi, verilmiş bir sıra texnika və avadanlıqların isə nasaz olması və dövlət tərəfindən nəzərdə tutulan 40 faizlik güzəştin tətbiq edilməməsi kimi halların lizinq alan "xxxx" MMC-nin fəaliyyətində müəyyən çətinliklər yaratması ilə əsaslandırılmışdır. İddiaçı 15 mart 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edərək, həmin ərizədə tərəflər arasında bağlanmış hər bir müqavilə üzrə ödənilməli olan borclar ayrı-ayrılıqda göstərilməklə, maliyyə arayışının tərtib edildiyi 26 iyul 2021-ci il tarixə hesablanmış 16 may 2013-cü il tarixli 519- L/13 nömrəli müqavilə üzrə 2525 (iki min beş yüz iyirmi beş) manat gecikdirilmiş əsas borc və 1660,90 (min altı yüz altmış manat 90 qəpik) manat cərimə, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli müqavilə üzrə 1430 (min dörd yüz otuz) manat gecikdirilmiş əsas borc və 1066,78 (min altmış altı manat 78 qəpik) manat cərimə, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12500 (on iki min beş yüz) manat gecikdirilmiş əsas borc və 5311 (beş min üç yüz on bir) manat cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat gecikdirilmiş əsas borc və 10813,75 (on min səkkiz yüz on üç manat 75 qəpik) manat cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21100 (iyirmi bir min yüz) manat gecikdirilmiş əsas borc və 9094,10 (doqquz min doxsan dörd manat 10 qəpik) manat cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 2820 (iki min səkkiz yüz iyirmi) manat gecikdirilmiş əsas borc və 1215,42 (on iki min on beş manat 42 qəpik) manat cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49879 (qırx doqquz min səkkiz yüz yetmiş doqquz) manat gecikdirilmiş əsas borc və 22707,27 (iyirmi iki min yeddi yüz yeddi manat 27 qəpik) manat cərimə, 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 5180 (beş min yüz səksən) manat gecikdirilmiş əsas borc və 2232,58 (iki min iki yüz otuz iki manat 58 qəpik) manat cərimə, hüquqi yardımla bağlı ödənilmiş 350 (üç yüz əlli) manat və mediasiya xərci olaraq ödənilmiş 400 (dörd yüz) manat olmaqla, ümumilikdə cəmi 175905,80 (yüz yetmiş beş min doqquz yüz beş manat 80 qəpik) manat məbləğində pul vəsaitinin Cavabdehndən tutularaq Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-199/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, cavabdeh Cavabdehndən 26 iyul 2021-ci il tarixinə hesablanmış 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli müqavilə üzrə 2525 (iki min beş yüz iyirmi beş) manat əsas borc və 100 (yüz) manat cərimə, 15 iyul 2013-cü il tarixli 771- L/13 nömrəli müqavilə üzrə 1430 (min dörd yüz otuz) manat əsas borc və 50 (əlli) manat cərimə, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə 12500 (on iki min beş yüz) manat əsas borc və 200 (iki yüz) manat cərimə, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat əsas borc və 300 (üç yüz) manat cərimə, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə 21100 (iyirmi bir min yüz) manat əsas borc və 300 (üç yüz) manat cərimə, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə 2820 (iki min səkkiz yüz iyirmi) manat əsas borc və 100 (yüz) manat cərimə, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə 49879 (qırx doqquz min səkkiz yüz yetmiş doqquz) manat əsas borc və 400 (dörd yüz) manat cərimə, 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli müqavilə üzrə 5180 (beş min yüz səksən) manat əsas borc və 150 (yüz əlli) manat cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat xidmət haqqı və hüquqi yardımla əlaqədar ödənilmiş 350 (üç yüz əlli) manat xidmət haqqı olmaqla - cəmi 123409 (yüz iyirmi üç min dörd yüz doqquz) manat məbləğində pul vəsaitinin iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin xeyrinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi, Cavabdehndən dövlət nəfinə 412,66 (dörd yüz on iki manat 66 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq Dövlət Büdcəsinə ödənilməsi və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 145 (yüz qırx beş) manat məbləğində pul vəsaitinin Cavabdehndən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməsi qət edilmişdir. (hakim Zülfüqar Sadiqov). Qətnamədən cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: iddiaçı borclu ilə bağladığı müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Belə ki, Cavabdeh MMC kənd təsərrüfatı müəssisəsi olaraq toxumçuluq (1350 hektar torpaq sahəsində) istehsalı ilə məşğuldur. Azərbaycan Respublikası Prezidentinin kənd təsərrüfatına dəstəyindən, xüsusilə güzəştli şərtlərdən yararlanaraq istehsalı böyütmək, yeni texnologiyalarla təchiz etmək üçün "xxxx" ASC-yə xx.xx.2015-ci il tarixdə müraciət edərək Qarğıdalı səpən, qarğıdalı kultivatoru, ekskavotor yükləyici, otkuyləş presləyən, bağçılıqda istifadə edilən arabacıq, taxılyükləyən AGRİONAL, suvarma texnikası AGOSS əldə etmişdir və ilkin olaraq 10% 27270 manat ödəniş etmişdir. xx.xx.2015-ci il tarixdə müqavilə bağlanmışdır. Lakin Dövlət tərəfindən müəyyən edilən 40% güzəşt sözü verilsə də, nədənsə güzəşt tətbiq edilməmişdir. Bundan başqa, Suvarma texnikası AGOSS aqreqatnda ciddi qüsurlar olduğundan həmin texnika işə düşmədi. Bu barədə nə qədər müraciət edilsə də, (özləri xx.xx.2016-cı ildə qüsur aktı tərtib etmişlər) nə texnikanı təmir etmiş, nə də geri almışar. Buna baxmayaraq iddiaçı məhkəmədə iddia qaldırmış və məhkəmənin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə müqavilələri ləğv edilmişdir. Müqavilələr ləğv edildikdən sonra öhdəliklər yarana bilməz. İddiaçının müqavilələrin ləğv edilməsini unudub iddia qaldırması, məhkəmənin bunu yoxlamaması sonda ədalətsiz qərar qəbul edilməsi ilə nəticələnmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-2(85)-64/2018 saylı qətnaməsi ilə 16 may 2013-cü il tarixli 519- L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771- L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890- L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655- L/15 nömrəli və 05 iyun 2015-ci il tarixli 2612-GL/15 nömrəli müqavilələri ləğv edilmişdir. Məhkəmə yanlış olaraq iddianı qəbul etmişdir. Belə ki, iş üzrə icraata xitam verilməlidir. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı Cavabdeh nümayəndəsi və vəkili Nümayəndə3 apellyasiya şikayətinin təmin edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etdi və bildirdi ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin müvafiq müqavilələr üzrə qətnaməsi mövcuddur. Bu səbəbdən hazırki qətnamə ilə cavabdehə təkrar borc məbləğləri hesablanmışdır. Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi və məhkəmə kollegiyasına elelktron məhkəmə informasiya sistemi vasitəsilə təqdim edilmiş ərizədə nümayəndə bildirmişdir ki, cavabdeh tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2 2(085)-226/2019 nömrəli qətnaməsi sistemə əlavə olunmuşdur. Birinci instansiya məhkəməsi tərəfindən 27 iyun 2019-cu il tarixli e-2- 2(085)-226/2019 nömrəli qətnamə və məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh qanuni təmsilçisinin mövqeyi nəzərə alınaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və müqavilə üzrə ayrı-ayrılıqda 23 yanvar 2019-cu il tarixindən 26 iyul 2021-ci il tarixinədək ödənişi gecikdirilmiş əsas borcun və cərimə borcunun hesablanması xahiş olunmuşdur. Məhkəmə mühasibatlıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 9/5709 nömrəli ekspert Rəyi ilə 27 iyun 2019-cu il tarixli qətnamə ilə ödənilməsi qət edilmiş məbləğlərin hazırki iddia tələbinə daxil edilmədiyi təsdiq edilmişdir. Göründüyü kimi, hazırki iddia tələbi 27 iyun 2019-cu il tarixli qətnamədə göstərilən dövrü deyil, ondan sonrakı dövrü əhatə edir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, “Lizinq verən” "xxxx" Açıq Səhmdar Cəmiyyəti ("Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin tənzimlənməsi ilə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 17 avqust 2020-ci il tarixli Fərmanına əsasən "xxxx" ASC-nin adı dəyişdirilərək "xxxx" ASC adlandırılmış və "xxxx" Açıq Səhmdar Cəmiyyətinin kənd təsərrüfatı texnikasının, texnoloji avadanlığın, suvarma sistemləri dəsti və avadanlığının, damazlıq heyvanların kənd təsərrüfatı istehsalçılarına lizinq yolu ilə satılmasına dair qüvvədə olan lizinq müqavilələri üzrə hüquq və öhdəlikləri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinə keçmişdir (ötürülmüşdür)) ilə “Lizinq alan” Cavabdeh (VÖEN **********) arasında bağlanmış 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və əvvəlki müqavilələr üzrə verilmiş bir sıra lizinq predmetlərinə güzəşt tətbiq edildiyi üçün müvafiq sənədlər tərtib edilməklə 16 noyabr 2018-ci ildə imzalanmış 2612-GL/15 nömrəli “kənd təsərrüfatı texnikasının lizinqə verilməsi” barədə Müqavilələr üzrə sonuncu tərəfindən öhdəliklər lazımi qaydada yerinə yetirilməyərək, vaxtlı-vaxtında lizinq ödənişləri ödənilmədiyindən, iddiaçı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 26 iyul 2021-ci il tarixinə hər bir müqavilə üzrə gecikdirilmiş əsas borc məbləğləri və cərimə borcları hesablanmışdır: 1) 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2020-ci ilin 1-ci rübü olmaqla, “YTR4105T55S” markalı traktor və “AGTT-1000” markalı ventilyatorlu çiləyici - həmin texnikaların dəyərindən 2100 manat məbləğində ödənişi əvvəlcədən ödənilməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (16 may 2013-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli Müqavilədə nəzərdə tutulan bir ədəd “YTR-4105T55S” markalı traktor və bir ədəd “AGTT-1000” markalı ventilyatorlu çiləyici saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 12865 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 2525 (iki min beş yüz iyirmi beş) manat ödənilməmiş əsas borcu və 1660,90 (min altı yüz altmış manat 90 qəpik) manat cərimə borcu vardır (16 may 2013-cü il tarixli 519-L/13 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019cu il üçün cəmi 276,75 manat, 2020-ci il üçün cəmi 864 manat, 2021-ci il üçün cəmi 520,15 manat olmaqla, ümumilikdə cəmi 1660,90 manat məbləğində cərimə hesablanmışdır). 2) 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2019-cu ilin 2-ci rübü olmaqla, “Agrion” markalı toxumtəmizləyən və “gübrəsəpən asma” həmin texnikaların dəyərindən 1980 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (16 iyul 2013-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli Müqavilədə nəzərdə tutulan bir ədəd “Agrion” markalı toxumtəmizləyən və bir ədəd “gübrəsəpən asma” saz vəziyyətdə lizinq alan "xxxx" MMCyə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 9020 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 1430 (min dörd yüz otuz) manat ödənilməmiş əsas borcu və 1066,78 (min altmış altı manat 78 qəpik) manat cərimə borcu vardır (15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019cu il üçün cəmi 257,40 manat, 2020-ci il üçün cəmi 514,80 manat və 2021-ci il üçün cəmi 294,58 manat olmaqla, ümumilikdə cəmi 1066,78 manat məbləğində cərimə hesablanmışdır). 3) 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2021-ci ilin 3-cü rübü olmaqla, “SK-5ME-1” markalı kombayn həmin texnikanın dəyərindən 4650 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (26 noyabr 2013-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli Müqavilədə nəzərdə tutulan bir ədəd “SK-5ME-1” markalı kombayn saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 15650 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 12500 (on iki min beş yüz) manat ödənilməmiş əsas borcu və 5311 (beş min üç yüz on bir) manat cərimə borcu vardır (25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 684 manat, 2020-ci il üçün cəmi 2493 manat və 2021-ci il üçün cəmi 2134 manat olmaqla, ümumilikdə cəmi 5311 manat məbləğində cərimə hesablanmışdır). 4) 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2023-cü ilin 3-cü rübü olmaqla, “TC-5050” markalı kombayn həmin texnikanın dəyərindən 10250 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (02 iyul 2014-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 30 iyun 2014-cü il tarixli 890 L/14 nömrəli Müqavilədə nəzərdə tutulan bir ədəd “TC-5050” markalı kombayn saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 20500 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 25625 (iyirmi beş min altı yüz iyirmi beş) manat məbləğində ödənilməmiş əsas borcu və 10813,75 (on min səkkiz yüz on üç manat 75 qəpik) manat cərimə borcu vardır (30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 1383,75 manat, 2020-ci il üçün cəmi 5073,75 manat və 2021-ci il üçün cəmi 4356,25 manat olmaqla, ümumilikdə cəmi 10813,75 manat məbləğində cərimə hesablanmışdır). 5)16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2023-cü ilin 2-ci rübü olmaqla, 2 ədəd “MTZ1221” markalı traktor və 2 ədəd “KR-14-5” (AG-14-5) markalı kotan həmin texnikaların dəyərindən 8140 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (21 iyul 2014-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli Müqavilədə nəzərdə tutulan 2 ədəd ədəd “MTZ-1221” markalı traktor və 2 ədəd “AG-14-5” markalı kotan saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 11546 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 21100 (iyirmi bir min yüz) manat məbləğində ödənilməmiş əsas borcu və 9094,10 (doqquz min doxsan dörd manat 10 qəpik) manat cərimə borcu vardır (16 iyul 2014-cü il tarixli 1014- L/14 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 1139,40 manat, 2020-ci il üçün cəmi 4177,80 manat və 2021-ci il üçün cəmi 3776,90 manat olmaqla, ümumilikdə cəmi 9094,10 manat məbləğində cərimə hesablanmışdır). 6) 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2021-ci ilin 3-cü rübü olmaqla, “AGGD-25” markalı ağır diskli mala həmin texnikanın dəyərindən 940 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikanın dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (27 sentyabr 2014-cü il tarixli aktla lizinq verən "xxxx" ASC tərəfindən 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli Müqavilədə nəzərdə tutulan bir ədəd “AGGD25” markalı ağır diskli mala saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 1645 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 2820 (iki min səkkiz yüz iyirmi) manat məbləğində ödənilməmiş əsas borcu və 1215,42 (min iki yüz on beş manat 42 qəpik) manat cərimə borcu vardır (15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 63,45 manat, 2020-ci il üçün cəmi 571,05 manat və 2021-ci il üçün cəmi 580,92 manat olmaqla, ümumilikdə cəmi 1215,42 manat məbləğində cərimə hesablanmışdır). 7) 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli Müqaviləyə və həmin Müqavilənin ödəniş qrafikinə (Əlavə № 2) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 2025-ci ilin 2-ci rübü olmaqla, 1 ədəd “LP600” markalı əkin aparmadan pnevmatik altı cərgəli qarğıdalısəpən, 1 ədəd “LKG-600” markalı altı cərgəli gübrəsəpənlə universal asmalı qarğıdalı kultivatoru, 1 ədəd “PLCKUP Baler 1547S” markalı ot-küləş presləyən, 2 ədəd “Agoss” markalı suvarma texnikası, 2 ədəd “Agrional” markalı taxılyükləyən və 1 ədəd AG-CV-01 markalı bağçılıqda istifadə olunan arabacıq həmin texnikaların dəyərindən 18820 manat məbləğində ödənişi əvvəlcədən ödəməklə və texnikaların dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (08 aprel 2015-ci il tarixli və 22 aprel 2015-ci il tarixli aktlarla lizinq verən "xxxx" ASC tərəfindən 08 aprel 2015ci il tarixli 655-L/15 nömrəli Müqavilədə nəzərdə tutulan 1 ədəd “LP-600” markalı əkin aparmadan pnevmatik altı cərgəli qarğıdalısəpən, 1 ədəd “LKG-600” markalı altı cərgəli gübrəsəpənlə universal asmalı qarğıdalı kultivatoru, 1 ədəd “PLCKUP Baler 1547S” markalı ot-küləş presləyən, 2 ədəd “Agoss” markalı suvarma texnikası, 2 ədəd “Agrional” markalı taxılyükləyən və 1 ədəd AG-CV-01 markalı bağçılıqda istifadə olunan arabacıq saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmişdir). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 18820 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 49879 (qırx doqquz min səkkiz yüz yetmiş doqquz) manat məbləğində ödənilməmiş əsas borcu və 22702,27 (iyirmi iki min yeddi yüz iki manat 27 qəpik) manat cərimə borcu vardır (08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019cu il üçün cəmi 3072,51 manat, 2020-ci il üçün cəmi 10507,68 manat və 2021-ci il üçün cəmi 9122,08 manat olmaqla, ümumilikdə cəmi 22702,27 manat məbləğində cərimə hesablanmışdır). 8) Əvvəlki müqavilələr üzrə verilmiş bir sıra lizinq predmetlərinə güzəşt tətbiq edildiyi üçün müvafiq sənədlər tərtib edilməklə 16 noyabr 2018-ci ildə imzalanmış 2612GL/15 nömrəli Müqaviləyə və həmin Müqavilə ilə əlaqədar tərtib edilmiş ödəniş qrafikinə (Əlavə № 1) əsasən Lizinq verən "xxxx" ASC tərəfindən Lizinq alan Cavabdeh MMC-yə sonuncu ödəniş tarixi 30 sentyabr 2021-ci il olmaqla, əvvəlcədən lizinqə götürülmüş “Belarus-1221” markalı traktor, “AGGT-1000” markalı bağçılıq üçün ventilyatorlu qoşulan çiləyici, “AGFS-600” markalı gübrəsəpən asma, “AG-14-4” markalı 4 gövdəli kotan, “AGTTT-1” markalı səyyar toxumtəmizləyən və “TS-24” markalı gübrəsəpənlə qoşulan taxılsəpən - həmin texnikaların dəyərindən ilkin dəyərinin 40%-nə güzəşt tətbiq edilməklə qalıq dəyəri tam ödənildikdən və müvafiq sənədləşmə aparıldıqdan sonra Lizinq alanın mülkiyyətinə verilməsi şərti ilə lizinqə verilmişdir (24 oktyabr 2012-ci il tarixli aktlarla (eyni tarixli iki aktla) lizinq verən "xxxx" ASC tərəfindən 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli Müqavilədə nəzərdə tutulan texnikaların 24 oktyabr 2012-ci il tarixində saz vəziyyətdə lizinq alan "xxxx" MMC-yə təhvil verilmiş olduğu müəyyən olunur). 26 iyul 2021-ci il tarixli Maliyyə Arayışı ilə müəyyən olunur ki, 16 noyabr 2018-ci ildə imzalanmış 2612-GL/15 nömrəli müqavilə üzrə lizinq alan Cavabdeh MMC tərəfindən cəmi 3144 manat məbləğində ödəniş edilmiş və 26 iyul 2021-ci il tarixinə lizinq alan Cavabdeh MMC-nin həmin Müqavilə üzrə 5180 (beş min yüz səksən) manat məbləğində ödənilməmiş əsas borcu və 2238,58 (iki min iki yüz otuz səkkiz manat 58 qəpik) manat cərimə borcu vardır (16 noyabr 2018-ci ildə imzalanmış 2612GL/15 nömrəli Lizinq Müqaviləsi üzrə “ödənişlərin gecikdirilməsinə görə cərimənin hesablanması” cədvəlindən görünür ki, həmin Müqavilə üzrə hər rübdə bir dəfə ödənilməsi nəzərdə tutulan müqavilə ödənişlərinin gecikdirildiyi günlərin sayına görə 2019-cu il üçün cəmi 279,72 manat, 2020ci il üçün cəmi 1025,64 manat və 2021-ci il üçün cəmi 927,22 manat olmaqla, ümumilikdə cəmi 2232,58 manat məbləğində cərimə hesablanmışdır). Müqavilə şərtləri ilə müəyyən olunur ki, Lizinq verən və Lizinq alan arasında bağlanmış yuxarıda qeyd olunan 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014cü il tarixli 1501L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 16 noyabr 2018-ci il tarixli 2612-GL/15 nömrəli Müqavilələrin müvafiq olaraq 4.2-ci bəndlərinə əsasən, Lizinq alan ödəniş qrafikinə uyğun olaraq bir dəfədən artıq ödənişləri yerinə yetirməzsə, Lizinq verən Lizinq alandan gecikdirilən hər bir günə görə gecikdirilmiş məbləğin 0,1 faizi həcmində cərimə tələb edə bilər. İş materiallarında olan Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)-226/2019 nömrəli qətnaməsi ilə 16 may 2013-cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 16 noyabr 2018-ci ildə imzalanmış (iddia ərizəsində həmin müqavilənin tarixi “xx.xx.2015-ci il” kimi qeyd olunmuşdur) 2612-GL/15 nömrəli Müqavilələr üzrə 23 yanvar 2019-cu il tarixə hesablanmış ümumilikdə cəmi 179370 manat məbləğində əsas borcun və 17937 manat məbləğində cərimənin Cavabdehndən tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmiş və həmin qətnamə qanuni qüvvəsini aldığı üçün müvafiq qaydada icraya yönəldilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085)-226/2019 nömrəli qətnaməsi və məhkəmə iclaslarında iştirak etmiş Cavabdeh qanuni təmsilçisinin mövqeyi nəzərə alınaraq, iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin olunmuş və ekspertizadan lizinq verən "xxxx" ASC ilə lizinqalan Cavabdeh MMC arasında bağlanmış 16 may 2013cü il tarixli 519-L/13 nömrəli, 15 iyul 2013-cü il tarixli 771-L/13 nömrəli, 25 noyabr 2013-cü il tarixli 1385-L/13 nömrəli, 30 iyun 2014-cü il tarixli 890-L/14 nömrəli, 16 iyul 2014-cü il tarixli 1014-L/14 nömrəli, 15 sentyabr 2014-cü il tarixli 1501-L/14 nömrəli, 08 aprel 2015-ci il tarixli 655-L/15 nömrəli və 16 noyabr 2018-ci ildə imzalanmış (iddia ərizəsində tarixi “xx.xx.2015-ci il” kimi qeyd olunmuş) 2612-GL/15 nömrəli Müqavilələrin şərtlərinə (hər bir müqavilənin müddəti, şərtləri və s. zəruri mühüm halları nəzərə alınmaqla) və müvafiq normativ xarakterli aktların tələblərinə uyğun olaraq, hər bir Müqavilə üzrə ayrı-ayrılıqda 23 yanvar 2019-cu il tarixindən 26 iyul 2021-ci il tarixinədək ödənişi gecikdirilmiş əsas borcun və cərimə borcunun hesablanması xahiş olunmuşdur. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 15 sentyabr 2022-ci il tarixli 9/5709 nömrəli ekspert Rəyindən görünür ki, iş materiallarının 129-cu səhifəsində öz əksini tapmış Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2- 2(085) 226/2019 nömrəli qətnaməsində Cavabdehndən həmin lizinq müqavilələri üzrə 23 yanvar 2019-cu il tarixə yaranmış 179370 manat gecikdirilmiş əsas borc və 17937 manat cərimə olmaqla, cəmi 197307 manat pul vəsaitinin "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Hazırki tədqiqat zamanı iş materiallarında olan, iddiaçı lizinq şirkəti tərəfindən təqdim edilmiş ödənişlər üzrə çıxarış məlumatlarına əsasən Cavabdehndən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23 yanvar 2019-cu il tarixdən sualda soruşulan 26 iyul 2021-ci il tarixədək mübahisələndirilən lizinq müqavilələri üzrə heç bir ödənişin aparılmadığı müəyyən edilmişdir. Tərəflər arasında imzalanmış lizinq müqavilələrinə edilmiş əlavələrdən, həmçinin tədqiqata təqdim edilmiş proqram təminatından əldə edilmiş məlumatlardan da göründüyü kimi, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23 yanvar 2019-cu il tarixdən 26 iyul 2021-ci il tarixinədək müvafiq lizinq müqavilələri üzrə gecikdirilmiş borcu və gecikdirilmiş borca görə hesablanılmış cərimənin məbləği lizinq müqavilələri üzrə müvafiq olaraq aşağıdakı kimi müəyyən edilir:
1. xx.xx.2013-cü il tarixli 519-L/13 nömrəli lizinq müqaviləsi üzrə - 2525 manat gecikdirilmiş əsas borc, 1660 manat cərimə;
2. xx.xx.2013-cü il tarixli 771-L/13 nömrəli lizinq müqaviləsi üzrə - 1430 manat gecikdirilmiş əsas borc, 1066 manat cərimə;
3. xx.xx.2013-cü il tarixli 1385-L/13 nömrəli lizinq müqaviləsi üzrə - 12500 manat gecikdirilmiş əsas borc, 5311 manat cərimə;
4. xx.xx.2014-cü il tarixli 890-L/14 nömrəli lizinq müqaviləsi üzrə - 25625 manat gecikdirilmiş əsas borc, 10813 manat cərimə;
5. xx.xx.2014-cü il tarixli 1014-L/14 nömrəli lizinq müqaviləsi üzrə - 21100 manat gecikdirilmiş əsas borc, 9094 manat cərimə;
6. xx.xx.2014-cü il tarixli 1501-L/14 nömrəli lizinq müqaviləsi üzrə - 2820 manat gecikdirilmiş əsas borc, 1215 manat cərimə;
7. xx.xx.2015-ci il tarixli 655-L/15 nömrəli lizinq müqaviləsi üzrə - 49879 manat gecikdirilmiş əsas borc, 22707 manat cərimə;
8. xx.xx.2015-ci il tarixli 2612-GL/15 nömrəli lizinq müqaviləsi üzrə - 5180 manat gecikdirilmiş əsas borc, 2232 manat cərimə. İş materiallarında olan tərəflər arasında imzalanmış lizinq müqavilələrinin şərtləri və həmin müqavilələrə əlavə edilmiş ödəniş qrafiklərində göstərilənlər nəzərə alınaraq, Cavabdeh 23 yanvar 2019-cu il tarixdən 26 iyul 2021-ci il tarixinədək həmin lizinq müqavilələri üzrə ümumilikdə gecikdirilmiş əsas borcu 121059 manat və gecikdirilmiş borca görə hesablanmış cərimənin məbləği isə 54098 manat olmaqla, ümumilikdə 175157 manat məbləğində borcun olduğu müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 747-2-ci maddəsinə əsasən, lizinqin obyekti Azərbaycan Respublikasının qanunlarına əsasən sərbəst mülki dövriyyədən çıxarılmış və ya mülki dövriyyəsi məhdudlaşdırılmış əşyalar istisna olmaqla, qanunvericiliklə müəyyənləşdirilmiş təsnifat üzrə əsas vəsaitə aid olan daşınar və ya daşınmaz əşyalardır. Həmin Məcəllənin 748-1.12.4-cü maddəsinə əsasən, lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə Lizinq verənin pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-10.2-ci maddəsinə əsasən, lizinq ödənişlərinin məbləği, həyata keçirilməsi üsulu, forması və dövriliyi lizinq müqaviləsinə uyğun olaraq bu Məcəllənin müddəaları nəzərə alınmaqla həyata keçirilir. Həmin Məcəllənin 748-10.4-cü maddəsinə əsasən, lizinq alanın lizinq ödənişlərinin verilməsi ilə bağlı öhdəlikləri, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq alanın lizinq obyektindən istifadəyə başladığı vaxtdan qüvvəyə minir. Birinci instansiya məhkəməsi müqavilələr üzrə əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbini ekspert rəyinə əsaslanaraq əsaslı hesab etmiş və həmin hissədə iddianı tam təmin etmişdir. Müqavilə üzrə cərimə məbləğləri ilə bağlı hissədə isə məhkəmə iddia tələbini qismən təmin etmiş və hesab etmişdir ki, işin halları, o cümlədən də cavabdehin kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olması nəzərə alınmaqla cərimə məbləğləri azaldılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Birinci instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, iddiaçı tərəfindən hesablanmış cərimə məbləği azaldılarkən digər hallarla yanaşı, tərəflər arasında bağlanmış Lizinq Müqavilələrinin tələblərinə görə lizinqə verilmiş avadanlığın dəyərinin ödənilmə müddətinin və qaydasının dəqiq müəyyən edilməsinə baxmayaraq, Ödəniş Qrafikinə riayət olunmadığı halda iddiaçı tərəfindən bununla bağlı tərəflər arasında bağlanmış Müqavilə şərtlərinə və qanunvericilik normalarına uyğun müvafiq tədbirlər vaxtında görülməyərək uzun müddət sonra məhkəməyə müraciət edilməsi və bununla əlaqədar hesablanan cərimə məbləğlərinin də artması və cərimə məbləğlərinin artmasına iddiaçı tərəfin də hərəkətsizliyinin səbəb olması nəzərə alınmalıdır. Halbuki, Azərbaycan Respublikası Mülki Məcəllənin 425.2-ci maddəsinin tələblərinə görə, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyini əsaslı və qanuni hesab edir. Cavabdehin apellyasiya şikayətinin iş üzrə icraata xitam verilməli olması, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085) 226/2019 nömrəli qətnaməsi ilə həmin müqavilələrin ləğv edilməsi barədə mövqeyi əsassızdır. Belə ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 27 iyun 2019-cu il tarixli e-2-2(085) 226/2019 nömrəli qətnaməsi ilə Cavabdehndən həmin lizinq müqavilələri üzrə 23 yanvar 2019-cu il tarixə yaranmış 179370 manat gecikdirilmiş əsas borc və 17937 manat cərimə olmaqla, cəmi 197307 manat pul vəsaitinin "xxxx" ASC-nə ödənilməsi qət edilmişdir. Hazırki iddia tələbi ilə isə maliyyə arayışının tərtib edildiyi 26 iyul 2021-ci il tarixə yaranmış borc məbləği tələb edilmişdir. Ekspert rəyindən də görünür ki, Cavabdeh iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 23 yanvar 2019-cu il tarixdən 26 iyul 2021-ci il tarixinədək müvafiq lizinq müqavilələri üzrə gecikdirilmiş borcu və cərimə məbləği müəyyən edilmişdir. Göründüyü kimi, tərəflər arasında müqavilə münasibətləri davam etməkdədir, müqavilə üzrə texnikalar da hazırda cavabdehdədir və iddiaçıya qaytarılmamışdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-199/2022 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır.
NƏTİCƏ HİSSƏ
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Q Ə T E T D İ:
Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, e-2- 2(119)-199/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.