Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-131/2020 17.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X3 ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, İddiaçı MMC-nin nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı borcun tutulması tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-71/2020 saylı, xx xxxxxxx 2020-ci il qərardadından iddiaçı tərəfindən verilmiş şikayət üzrə işə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2- 2(119)-71/2020 nömrəli kommersiya işi üzrə icraata tərəflər arasında bağlanmış xx xxxxxx 2020-ci il tarixli Barışıq Sazişinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə xitam verilmişdir. Həmin iş üzrə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xx xxxxxxx 2020-ci ildə Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-71/2020 nömrəli qərardadı üzrə icra vərəqəsinin verilməsi haqqında ərizə daxil olmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-71/2020 nömrəli kommersiya işi üzrə məhkəmənin icraatına daxil olmuş “Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)-71/2020 nömrəli qərardadı üzrə icra vərəqəsinin verilməsi” haqqında ərizəsinin təmin edilməməsi qərara alınmışdır. Qərardaddan İddiaçı şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərar çıxararkən tərəflər arasında bağlanmış Barışıq Sazişi üzrə öhdəliklərin icrasının son müddətinin xx xxxxxx 2020-ci il tarixinin olmasını əsas gətirərək son müddət kimi müəyyən edilmiş müddət bitmədən Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-71/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadının icraya yönəldilməsinin mümkün olmadığını bildirmişdir. Məhkəmənin göstərdiyi bu əsas tamamila absurddur. Belə ki, Barışıq Sazişinin 1.3-cü bəndində ən son ödəmə tarixindən, yəni hər təqvim ayının 25-dən....” ifadəsi təsbit edilmişdir. Məhkəmənin ən son ödəmə tarixinin 25 noyabr olması mülahizəsi öncədən istisna edilmişdir. Məhz elə həmin bəndə əsasən aylıq ödənişin hər təqvim ayının 25-dən sonra 10 (on) iş günü müddətində həyata keçirilməməsi Saziş üzrə öhdəliklərinin icra edilməməsi kimi qiymətləndirilir. Habelə, həmin bənddə müqavilə azadlığına əsasən tərəflər qarşılıqlı iradə ifadələrini bildirərək razılığa gəlmişlər ki, ödənişin edilməsi barədə yazılı tələbin şərtlərinin icra olunmaması birinci tərəfin, yəni iddiaçının məcburi icra tədbirlərinin həyata keçirilməsini tələb etməsi üçün əsasdır. Məhkəmənin tərəflərin müqavilə azadlığına müdaxiləsi qanunvericiliyə zidd olmaqla yolverilməzdir. Barışıq Sazişinin icrası hər ay mütəmadi olaraq ödənişlərin həyata keçirilməsi əlaqələndirilib. Məhkəmənin əsassız mövqeyinə göre borclu olan tərəfin qurbanı olmalıdırlar. Cəmiyyət 45.000 manat məbləğə yaxın pul vəsaitinin 3 aydan sonra birdəfəlik alınmasına dair cavabdeh ilə razılığa gəlməmişdir. Lakin hazırda məhkəmənin bu tipli mövqeyi buna dəlalət edir ki, məhkəmə Barışıq Sazişinin tələblərindən kənara çıxaraq münasibətləri öz şəxsi düşüncələrinə uyğun olaraq birdəfəlik ödəmə ilə bağlayır, tərəflərin iradə ifadəsinə zidd olan məbləğdə və qaydada ödənişin vaxtını va məbləğini müəyyən edir. Hazırda icra vərəqəsinin verilməsi gələcəkdə hər ay öhdəlik icra edilmədiyi təqdridə yeni icra vərəqəsinin verilməsi üçün əsas deyil. Belə ki, bir dəfə məhkəmə tərəfindən icra vərəqəsinin verilməsi gələcəkdə öhdəliklərin icrasına icra orqanı tərəfindən nəzərə alınmasını nəzərdə tutur. Bu səbəbdən məhkəmənin gələcəkdə yeni icra vərəqələrinin verilməsinə ehtiyac olmur. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı MMC-nin nümayəndəsi X2 şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadlarının ləğv edilərək, ərizənin təmin edilməsinə dair yeni qərardad çıxarılmasını xahiş etdi və şikayətin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının yeri və vaxtı barədə Cavabdehnə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslıdır. Birinci intansiya məhkəməsi hesab etmişdir ki, barışıq sazişində tərəflərin razılaşması üzrə öhdəliklərin icrasının son müddəti kimi müəyyən edilmiş müddət (xx.xx.2020) bitmədən, Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli e-2-2(119)- 71/2020 nömrəli qərardadı icraya yönəldilməli deyil. Məhkəmə qərardadı ilə təsdiq edilmiş barışıq sazişinin 1.1-ci bəndində borcun hissəhissə ödənilməsi qaydaları nəzərdə tutulmuş olsa da, həmin sazişin 1.2-ci bəndi 1.1-ci bəndin ayrı-ayrı hissələri ilə deyil, “hazırkı Sazişin 1.1-ci bəndində göstərilən qaydada ödənişin həyata keçirildiyi təqdirdə” ifadəsi ilə təsbit edilməklə bütövlükdə 1.1-ci bəndin ümumi şərtləri ilə və 1.4-cü bəndi isə “öhdəliyin icrası bu Sazişin 1.1-ci ya 1.2-ci maddələrində təsbit olunmuş qaydada və formada təmin edilməzsə” ifadəsi ilə təsbit edilməklə bütövlükdə 1.1-ci və 1.2-ci bəndlərin ümumi şərtləri ilə şərtləşdirilmiş olduğundan, icra edilmədiyi halda veriləcək icra sənədinin müəyyənliyi və mübahisəsizliyi baxımından məlum Sazişin 1.1-ci bəndində nəzərdə tutulan xx xxxxxx 2020-ci il tarixi gözlənilməlidir. Çünki, məhkəmə aktı əsasında veriləcək icra sənədi verilmə vaxtına görə heç bir mübahisə və qeyri-müəyyənlik yaratmalı deyil. Göründüyü kimi tərəflər məhkəmə işini barışıq sazişi bağlamaqla qurtarmışlar və barışıq sazişinin şərtlərinin biri digəri ilə əlaqəlidir. Barışıq sazişi üzrə şərtləşdirilmiş son ödəniş müddətinin (xx.xx.2020) gözlənilməməsi sazişin digər şərtlərinin mahiyyətinə də təsir göstərə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-71/2020 saylı, xx xxxxxxx 2020-ci il qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-71/2020 saylı, xx xxxxxxx 2020-ci il qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Səyyad Qafari
Məhkəmə qərarları › İş №2-2(105)-131/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-131/2020
17.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver