Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-132/2020 24.11.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Məmmədov Fuad Əli oğlu və X4 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, iddiaçının nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlunun, cavabdehin nümayəndəsi və vəkili Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü X1 iştirakı ilə, İddiaçı cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsindən İddiaçı X3 verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı xx xxxx 2018-ci ildə cavabdeh “xxxx” Firmasına qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “xxxx” Firmasından 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində təbii qazdan istifadəyə görə yaranmış borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək iddia tələbinin həcmini azaltmış və cavabdeh “xxxx” Firmasından təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat borcun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı cavabdeh “xxxx” Firması əsl cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti ilə əvəz edilmiş və eyni zamanda, "xxxx" Açıq Səhmdar Cəmiyyəti müstəqil tələb irəli sürən üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı“ İstehsalat Birliyi ilə bağlanmış xx xxxxxx 2012-cı il tarixli ***-**-** nömrəli Müqaviləyə əsasən Siyəzən rayonu ərazisində yerləşən "xxxx" Açıq Səhmdar Cəmiyyəti təbii qazla təmin olunur. İstifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilir. İstifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə tərəf üzərinə öhdəlik götürmüşdür. Lakin istehlakçı müqavilə öhdəliklərinə əməl etməmiş və istehlak olunmuş təbii qazın dəyərini tam şəkildə ödəməmişdir. Bunun nəticəsində xx xxxx 2018-ci il tarixə Birliyə 102559,63 (yüz iki min beş yüz əlli doqquz manat 63 qəpik) manat məbləğində borc yaranmışdır. Qeyd olunan mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən pretenziya qaydasında müraciət olunmasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən borc tam olaraq ödənilməmişdir. Həmin məktubda cavabdehə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun tədbirlərin görülməsi üçün mənkəməyə müraciət olunacağı bildirilmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə cavabdehdən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutulması xahiş olunmuş və həmin ərizə - istifadə olunmuş təbii qaza görə yaranmış debitor borcundan cavabdeh tərəfindən 106454,39 manat məbləğində ödəniş edildiyi üçün 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun qalması ilə əsaslandırılmışdır. Cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti iddia tələbinə qarşı etirazını onunla əsaslandırmışdır ki, “xxxx” ASC-nin ******* ədəd (99.8479%) səhminin mülkiyyətçisi olan “xxxx” firmasının təsisçisinin xx xxxxxx 2017-ci il tarixli qərarına əsasən onun ayrılma yolu ilə yenidən təşkil olunması haqqında qərar qəbul edilmiş və həmin qərar əsasında “xxxx” LTD firmasının hüquq və öhdəliklərinin hüquqi varisləri olan “xxxx” MMC və “xxxx” MMC təsis edilmiş və bölünmə balansı, təhvil aktı tərtib edilmişdir. Təsdiq edilmiş bölünmə və təhvil aktina əsasən “xxxx” ASC-nin ******* ədəd (99,8479%) ədəd adi, sənədsiz, adlı səhmi “xxxx” MMC-nin mülkiyyətinə keçmişdir. xx xxxxxxx 2017-ci ildə “xxxx” MMC-nin adı dəyişilərək «xxxx” MMC olmuş və bu dəyişiklik dövlət qeydiyyatına alınmışdır. Tərəflər arasında bağlanmış təbii qazın alqı-satqısına dair xx xxxxxx 2012-ci il tarixli ***-**-** nömrəli Müqavilənin şərtlərinə əsasən təchizatçı İddiaçı istehlakçı “xxxx” ASC-ni təbii qazla təmin etməli, sonuncu isə istehlak etdiyi təbii qazın dəyərini təqdim olunmuş hesab-fakturalar əsasında ödəməlidir. İstehlakçı istehlak etdiyi təbii qazın dəyərini vaxtlı-vaxtında ödəmiş və iddiaçıya heç bir borcu olmamışdır. Bununla belə, iddiaçı heç bir əsaslandırma aparmadan 1637 saylı hesab fakturaya əsasən “xxxx” MMC-yə 102559,63 manat məbləğində borc hesablamış və daha sonra isə həmin borcun məbləğini 1404 saylı hesab fakturaya əsasən 42617,10 manat məbləğində müəyyən etmişdir. Lakin cavabdeh “xxxx” MMC həmin borcu da əsassız hesab edir və cavabdehin “xxxx” ASC-nin təbii qazdan istifadəsinə görə İddiaçınə hər hansı bir məbləğdə borcu yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilməmişdir.(hakim Z.Sadiqov). Qətnamədən narazı qalan iddiaçı “İddiaçı“ X3 apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Apelyasiya şikayətinin dəlilləri: Məhkəmə iş üzrə təyin edilmiş məhkəmə mühəndİs-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26865 nömrəli ekspert rəyinə istinad etməklə cavabdehin borcunun olmaması qənaətinə gəlmişdir. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə mühəndis-texniki ekspertizası cavabdehin istifadə etdiyi təbii qazın saldosunda əks olunan sayğac (ROC) göstəricilərinin düzgün alınıb- alınmamasını müəyyən etməli, ROC ölçmə aparatının elektron yaddaşına əsasən (bu ölçmə aparatından keçən qazın miqdarı barədə məlumatlar yüz il müddətində yaddaşında saxlanılır) təbii qazın sərfıyyatının düzgünlüyünün qiymətləndirilməsi barədə rəy verməli idi. İş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası isə mühasibatlıq sənədlərinə əsasən cavabdehin təbii qazdan istifadə etməsi ilə ödənişlər arasındakı fərqi araşdırmalı, sənədlərə görə cavabdehin faktiki borcunun məbləğini müəyyənləşdirməli idi. Məhkəmə-mühasibatlıq ekspertizasının xx.xx.2020-ci il tarixli 26874 nömrəli rəyində abonent "xxxx“ MMC-nin borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməli olduğu bildirilir. Məhkəmə mühəndistexniki ekspertizasının rəyində müəyyən edilməli texniki parametrlər deyil, mühasibatlıq sənədləri araşdırılmış, rəyin təhqiqat hissəsində faktiki olaraq " xxxx" MMC-nin 42616.88 manat borcu öz əksini tapsa da (xx.xx.2018-ci il tarixli 1279 saylı hesab fakluraya əsasən) rəy hissəsində abonent üçün həmin məbləğdə borcun artıq hesablandığı göstərilmişdir. Saldoda qeyd olunan borcun artıq çıxması üçün ya sayğac göstəricisi artıq qeyd olunmalıdır, ya da ödənilmiş pul məbləği saldoda əks olunmamalıdır. Məhkəmə qətnaməsinin çıxarılması üçün əsas olmuş rəydə bu halların heç biri araşdırılmamışdır. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi Seyfullayev Bahadır Mödhəd oğlu apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi və vəkili X2 apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, İddiaçı İB tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Qaz paylayıcısı ilə sənaye qaz qurğusundan istifadə edən istehlakçı arasında qazın alqı-satqısına dair” bağlanmış xx xxxxxx 2012-cı il tarixli ***-**-** nömrəli Müqaviləyə əsasən “paylayıcı” İddiaçı X3 Siyəzən rayonu ərazisində yerləşən istehlakçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (abonent kodu: **********00000) təbii qazla təmin olunur və istehlak olunan təbii qazın hesabatı ROK-407 tipli qaz sayğacı vasitəsi ilə aparılır. İri qaz istifadəçisi olan "xxxx" ASC tərəfindən istehlak olunan təbii qaza görə tərtib edilmiş müvafiq maliyyəhesabat sənədlərinə əsasən mütəmadi olaraq istehlak edilən qazın dəyəri ödənilmişdir. xx xxxxxx 2018-ci il tarixli arayışdan görünür ki, Siyəzən rayonunda yerləşən "xxxx" ASC-də (abonent kodu: **********00000) xx xxxxxxx 2018-ci il tarixinədək istifadə olunan təbii qaza görə 149070,27 (yüz qırx doqquz min yetmiş manat 27 qəpik) manat məbləğində qaz pulu borcu yaranmış olsa da, Abonent xx xxxxxxx 2018-ci il tarixində 106454,39 (yüz altı min dörd yüz əlli dörd manat 39 qəpik) manat məbləğində ödəniş etmiş və buna görə də xx xxxxxx 2018-ci il tarixinə abonentin istehlak etdiyi təbii qaza görə 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcu qalmışdır. İş materiallarından görünür ki, cavabdeh tərəf həmin borc məbləğini qəbul etməmiş və istehlak olunan təbii qaza görə aylar üzrə mütəmadi olaraq müvafiq məbləğlərdə ödənişlər etsə də, xx xxxxxx 2018-ci il tarixinə hesablanmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun ödənilməsindən imtina etmiş və mövqeyini həmin borcun əsassız olaraq hesablanması ilə əsaslandırmışdır. İş üzrə keçirilmiş məhkəmə mühəndis-texniki ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26865 nömrəli Ekspert Rəyindən görünür ki, xx xxxxxxx 2018-ci il tarixinə qədər ödənişlər çıxıldıqdan sonra abonent «xxxx» Firmasına (“xxxx” MMC-yə) istifadə olunmuş qazın sərfiyyatı ilə bağlı olmayan təxminən 42616 (qırx iki min altı yüz on altı) manat məbləğində artıq borc hesablanmışdır (Rəydə həmin Nəticə istehlak edilən təbii qazla əlaqədar tərtib edilmiş maliyyə-hesabat sənədlərdəki fərqlərlə əsaslandırılmışdır). İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 26874 nömrəli Ekspert Rəyində isə göstərilir ki, İddiaçı X3 məhkəməyə təqdim olunmuş Abonentin saldosu cədvəlində abonent “xxxx” MMC-nin təbii qazdan istifadəyə görə 42615,88 manat məbləğində borc qalığının mövcud olduğu göstərilmişdir. Sayğac göstəricilərinə əsasən istifadə olunmuş təbii qazın miqdarı müəyyən edilməklə Tarif Şurası tərəfindən təsdiq olunmuş qiymət normaları tətbiq olunmaqla borc qalığı hesablanır. İddiaçı X3 məhkəməyə təqdim olunmuş abonentin saldosu cədvəlində və hesab fakturalarda abonent “xxxx” MMC-yə təbii qazdan istifadəyə görə hesablanmış borc qalığının qəbul edilməsinə məhkəmə tərəfindən qiymət verilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və ona əsaslanmışdır ki, iddiaçı tərəfindən tərtib edilərək məhkəməyə təqdim olunmuş maliyyə-hesabat sənədlərində olan fərqlərə görə məhkəmə araşdırması zamanı keçirilmiş ekspertiza rəyləri ilə iddiaçı tərəfindən cavabdehdən tələb olunan 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borc öz təsdiqini tapmamış, iddiaçı tərəf həmin borcun tutulmalı olmasının əsaslılığını təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş və həmin iddia tələbini heç bir hissədə Mülki-Prosessual Qanunvrericiliyin tələblərinə uyğun olaraq sübut edə bilməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnamə üzrə düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən, dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Kollegiya qeyd edir ki, cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətindən təbii qazdan istifadəyə görə yaranmış 42615,88 (qırx iki min altı yüz on beş manat 88 qəpik) manat məbləğində borcun tutularaq İddiaçınə ödənilməli” olması barədə apelyasiya şikayətinin dəlilləri məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamış və mötəbər sübutlar əsasında sübuta yetməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçı “İddiaçı“ X3 verilmiş apelyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin e-2- 2(119)-4/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. Hazırki işə apelyasiya qaydasında baxılması üçün iddiaçı “İddiaçı“ X3 ödənilmiş 15 manat məbləğində dövlət rüsumu apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən onun özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT E T D İ: İddiaçı “İddiaçı“ X3 verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-4/2020 saylı, xx xxxxxxxx 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İddiaçı “İddiaçı“ X3 ödənilmiş 15 manat məbləğində dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Elman Əhmədov
Məhkəmə qərarları › İş №2-2(105)-132/2020
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-132/2020
24.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver