Məhkəmə qərarları › İş №2-2(105)-132/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-132/2023

30.10.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Tapşırıq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-132/2023 30.10.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsinə qarşı kommersiya işi üzrə (Açar sözlər: pul tələbi, müqavilə öhdəliyi, müqavilə şərtləri) X6 Süleymanovanın sədrliyi və məruzəsi, X7 Məmmədov və Elman Məmməd oğlu Əhmədovdan ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə, İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə, Cavabdehin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Müəssisəsinə qarşı "pul tələbinə dair" kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2-2(119)-423/2023 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: İşin halları:

1. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı tərəfindən göstərilən gömrük təmsilçiyinə dair xidmətlər üzrə, yəni xx.xx.2022-ci il tarixli, 026961 saylı elektron qaimə üzrə 3280 manat, xx.xx.2023-ci il tarixli, 506052 saylı elektron qaimə üzrə 4465 manat, xx.xx.2023-cü il tarixli, 281271 saylı elektron qaimə üzrə 4935 manat, xx.xx.2023-cü il tarixli, 750012 saylı elektron qaimə üzrə 7050 manat olmaqla, ümumilikdə 19730 (on doqquz min yeddi yüz otuz) manat pul vəsaitinin və ilkin mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 200 manat (iki yüz manat) mediasiya xərcinin Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. İddia onunla əsaslandırılmışıdır ki, İddiaçı MMC ilə Cavabdeh MMM arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli müqaviləyə əsasən xarici ölkələrdən cavabdehin idxal etdiyi mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi İddiaçı MMC-yə həvalə olunmuşdur. xx.xx.2022-ci il tarixli 026961 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 3280 manat, xx.xx.2023-ci il tarixli 506052 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4465 manat, xx.xx.2023-cü il tarixli 281271 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4935 manat, xx.xx.2023-cü il tarixli 750012 nömrəli elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 7050 manat olmaqla Cavabdeh MMM-in İddiaçı MMC-yə bu günədək olan borcu ümumilikdə 19730 (on doqquz min yeddi yüz otuz) manat təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən elektron qaimələr Cavabdeh MMM-ə təqdim edilmiş və həm sistem, həm də cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmiş olsa da, hazıradək yaranmış borc məbləği Cavabdeh MMM tərəfindən ödənilməmişdir. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyannamələr, yazışmalar və habelə digər gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət edilməsinə baxmayaraq, borcun ödənilməsi istiqamətində Cavabdeh MMM tərəfindən heç bir addım atılmamışdır. Habelə Cavabdeh MMM tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı MMC-yə müraciət edilərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 38-22 nömrəli gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə 16 fevral 2023-cü il tarixdə xitam verilməsi xahiş olunmuş və müqaviləyə xitam verilmə səbəbi kimi qiymətlərin qane etməməsi göstərilmişdir. Bu məktubla da cavabdeh borcunu bir daha etiraf etmişdir. Müqaviləyə birtərəfli qaydada xitam vermək tərəfin hüququdur. Lakin iddiaçı və cavabdeh hüquqi şəxsin aralarında bağladığı müqavilənin 7.4-cü bəndinə əsasən müqaviləyə xitam verilməsi tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir. Azərbaycan Respublikası Mülki Məcəllənin 430.1-ci maddəsinə əsasən, əgər bu Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərinin birtərəfli dəyişdirilməsinə yol verilmir. Halbuki qarşılıqlı razılıq üzrə yaranan borcu cavabdeh ödəməkdən boyun qaçırır və öhdəliyinin icrasından birtərəfli qaydada imtina edir. Belə ki, İddiaçı MMC öz üzərinə düşən öhdəliyi yerinə yetirərək cavabdehə vaxtında və lazımi qaydada gömrük təmsilçiliyinə dair xidmətləri göstərmişdir. Lakin Cavabdeh öhdəliklərini icra etməkdən imtina edir.

3. İddia ərizəsinə qarşı etiraz daxil olmamışdır.

4. Təmsilçi İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə əsasən sifarişçi onun hesabına idxal, tranzit və digər gömrük prosedurları altında olan mallara və nəqliyyat vasitələrinə aid müşayiət sənədlərində olan məlumatlar əsasında broker xidmətlərinin göstərilməsini sifariş verib təmsilçiyə razılaşdırılmış xidmət haqqı ödəməyi, təmsilçi isə sifarişçinin tapşırığı ilə broker xidmətləri göstərməyi öz öhdəsinə götürür.

5. Həmin müqavilənin 1.3-cü bəndinə əsasən göstərilən xidmətlərin adları, miqdarı və qiyməti hazırkı müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilir.

6. Həmin müqavilənin 4.1.1-ci bəndinə görə təmsilçi müqavilədə nəzərdə tutulan xidmətin vaxtında və lazımınca icra edilməməsi üçün məsuliyyət daşıyır, həmçinin gömrük sənədlərinin vaxtında və düzgün doldurulmamasına görə məsuliyyət daşıyır.

7. Həmin müqavilənin 4.1.2-ci bəndinə görə tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol № 01-ə əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır.

8. 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”ndan (Əlavə 1) görünür ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuş, qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilmişdir.

9. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 614482 nömrəli elektron qaimə təqdim olunmuşdur.

10. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 14 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 826833 nömrəli elektron qaimə təqdim olunmuşdur.

11. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 271,20 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 16 sentyabr 2022-ci il tarixli EBCD seriyalı 966735 nömrəli elektron qaimə təqdim olunmuşdur.

12. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 542,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 sentyabr 2022-ci il tarixli EBCG seriyalı 136982 nömrəli elektron qaimə təqdim olunmuşdur.

13. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 940 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 24 oktyabr 2022-ci il tarixli EBCH seriyalı 663368 nömrəli elektron qaimə təqdim olunmuşdur.

14. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 1717,40 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 15 noyabr 2022-ci il tarixli EBCJ seriyalı 208589 nömrəli elektron qaimə təqdim olunmuşdur.

15. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 2350 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 29 noyabr 2022-ci il tarixli EBCK seriyalı 122598 nömrəli elektron qaimə təqdim olunmuşdur.

16. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 3280 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 12 dekabr 2022-ci il tarixli EBCL seriyalı 026961 nömrəli elektron qaimə təqdim olunmuşdur.

17. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 4465 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 06 yanvar 2023-cü il tarixli EBCM seriyalı 506052 nömrəli elektron qaimə təqdim olunmuşdur.

18. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 4935 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 281271 nömrəli elektron qaimə təqdim olunmuşdur.

19. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 7050 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 fevral 2023-cü il tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimə təqdim olunmuşdur.

20. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 7050 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 13 fevral 2023-cü il tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimə təqdim olunmuşdur.

21. Cavabdeh MMM tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli 124 nömrəli məktubdan görünür ki, 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli müqaviləyə 16 fevral 2023-cü il tarixdə xitam verilməsi xahiş olunmuş, müqaviləyə xitam verilmə səbəbi kimi göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd edilmişdir.

22. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq edilmiş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə iddiaçı tərəfindən 200 (iki yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir.

23. Şahid kimi dindirilmiş İddiaçı MMC-nin əməkdaşı X8 ifadəsində bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə onlar gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü Cavabdeh MMM-in ünvanına çatdırmamışlar. Gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, İddiaçı MMC-nin rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyana gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları Cavabdeh əməkdaşına izah etmişdir.

24. Şahid kimi dindirilmiş Cavabdeh əməkdaşı Şahid Əli qızı ifadəsində bildirmişdir ki, İddiaçı MMC tərəfindən cavabdehə gömrük bəyannamələrinin tərtibindən başqa heç bir xidmət göstərilməmişdir. Müqavilə üzrə iddiaçı şirkətə 6633 manat məbləğində pul ödənilmiş, lakin yükün Cavabdehnə çatdırılmadığı müəssisənin rəhbərliyinə məlum olduqdan sonra iddiaçıya ödənişlər həyata keçirilməmişdir. Eyni zamanda İddiaçı MMC tərəfindən təxminən 40 gömrük bəyannaməsində daşıma xərcin səhv göstərilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

25. Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2-2(119)- 423/2023 nömrəli qətnaməsi ilə (hakim Həlimə Alıyeva) iddianın təmin edilməsi, Cavabdehndən 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19930 (on doqquz min doqquz yüz otuz) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi, Cavabdehndən dövlət nəfinə 149,19 (yüz qırx doqquz manat 19 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

26. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 390.1, 399.1, 425.1, 427.3 və 442-ci maddələri, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 119.1, 119.2, 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3, 9.1-1, 9.4-cü maddələri və Mediasiya haqqında Azərbaycan Respublikası Qanunun 36.5-ci maddəsi ilə əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

Apellyasiya şikayəti və onun dəlilləri

27. Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsi apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2-2(119)- 423/2023 nömrəli qətnaməsinin ləğv olunması və iddianın rədd edilməsi barədə yeni qətnamənin qəbul edilməsini xahiş etmişdir.

28. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qətnamə çıxararkən, Azərbaycan Respublikası MPM-nin 385, 387 və 390-cı maddəsinin tələblərini kobud şəkildə pozmaqla maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir. Məhkəmə İddiaçı (VÖEN **********) ilə sifarişçi Cavabdeh (VÖEN **********) arasında bağlanmış 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli Gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə və onun 1.3, 4.1.1, 4.1.2-ci bəndələrinə istinad etsə də, sonuncu bəndə və 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”nun (Əlavə 1) məzmunlarına hazırkı mübahisənin obyektiv həlli baxımından tam diqqət yetirməyərək düzgün hüquqi verməmişdir. Belə ki, qeyd edilən müqavilədən aydın görünür ki, tərəflər arasında gömrük təmsilçiliyinə dair xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Lakin birinci instansiya məhkəməsi iddiaçının 26363 manat dəyərində xidmət güstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə 6633 manat məblərində ödəniş etsə də, müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetirməyərək həmin xidmətlərin dəyərini tam ödəməməsi qənaətinə gəlməklə kifayətlənmiş, cavabdeh tərəfin isə nəyə görə və hansı əsaslarla qalan 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində pulu iddiaçıya ödənilməməsinə dair iddiaya olan etirazın dəlilərinə çox səthi hüquqi qiymət verməyə cəhd göstərərək qeyd etmişdir ki, elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmiş, Cavabdeh MMM tərəfindən İddiaçı MMCyə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Birinci instansiya məhkəməsi iddiaçının də müqavilə üzrə üzərinə düşən öhdəliklərini (4.2.1 bəndi) yerinə yetiriməməsinə dair iddiaya olan etirazın dəlillərinə, bununla bağlı iddiaçının nümayəndəsinin izahatına və şahid ifadələrinə ümumiyyətlə hüquqi qiymət verməmişdir. İddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilədə yükün sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığı qeyd olunsa da, qiymətlərin razılaşdırma protokolunda tərəflərin razılığa gəldiyi xidmətlər arasında yükün çatdırılması yoxdur və bununla bağlı qiymət müəyyən edilməmişdir. Halbuki, müştəri yükün ünvanına çatdırılmasını istədiyi halda qiymətlərin razılaşdırma protokolunda bununla bağlı qiymət müəyyən edilir, bundan sonra mal ünvana çatdırılır. Göründüyü kimi, iddiaçı tərəf müqavilədə yükün sifarişinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığını etiraf edir. Həmçinin İddiaçı MMC-nin əməkdaşı X8 ifadəsində bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Buna görə onlar gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü Cavabdeh MMM-in ünvanına çatdırmamışlar. Gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, İddiaçı MMC-nin rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyana gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları Cavabdeh əməkdaşına izah etmişdir. Göründüyü kimi, şahid də iddiaçının cavabdeh qarşısında müqavilədə yükün sifarişinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıması kimi öhdəliyi ilə bağlı məlumat verir. İddiaçı tərəf həmçinin gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü Cavabdeh MMM-in ünvanına çatdırmamalarını da etiraf etmişlər. Nümayəndə bunu yükün ünvanına çatdırılmasını istədiyi halda qiymətlərin razılaşdırma protokolunda bununla bağlı qiymət müəyyən edilməməsi ilə əsaslandırmış, şahid isə gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, İddiaçı MMC-nin rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyana gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları Cavabdeh əməkdaşlığına izah etməklə kifayətlənmişdir. Lakin birinci instansiya məhkəməsi digər şahid olan Cavabdeh əməkdaşı Şahid Əli qızının ifadəsində İddiaçı MMC ətrəfindən cavabdehə gömrük bəyannamələrinin tərtibindən başqa heç bir xidmət göstərilməməsinə dair, həmçinin, müqavilə üzrə iddiaçı şirkətə 6633 manat məblərində pul ödənilsə də, yükün Cavabdehnə çatdırılmadığı müəssisənin rəhbərliyinə məlum olduqdan sonra iddiaçıya ödənişlər həyata keçirilməməsi kimi ifadələrini, bununla bağlı cavabdehin nümayəndəsinin əsaslaqdırılmış mövqeyini də nəzərə almamış və ya almaq istəməmişdir. Belə ki, birinci instansiya məhkəməsi işin bu halına diqqət yetirməmişdir ki, İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulması dedikdə bu xidmətlərə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətləri üçün 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilməsi yalnız bir xidmət üçün deyil, həm də bağlanmış müqavilənin 4.2.1 bəndində də nəzərdə tutulmuş xidmətin həyata keçirilməsi üçün nəzərdə tutulmuşdur. Belə ki, müqavilənin 4.1.2-ci bəndinə görə tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol № 01-ə əsasən sifarişçidən tələb olunan zəruri sənədlər toplusu təmsilçiyə vaxtında tam təqdim edildiyindan etibarən sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır. Başqa sözlə, iddiaçı sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsindən əlavə onu sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçi məsuliyyət daşıyır və buna görə də ona 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli xidmət müqaviləsinə dair “Qiymətlərin razılaşdırma protokolu”na (Əlavə 1) əsasən müvafiq olaraq 35 və 200 manat müəyyən edilmişdir. Araşdırma zamanı tam sübüt olunmuşdur ki, iddiaçı müqavilənin 4.2.1 bəndi üzrə üzərinə götürdüyü öhdəliyi ümumiyyətlə yerinə yetirməyərək sifarişçiyə məxsus yükün bütün müvafiq gömrük əməliyyatlarından keçirilməsindən əlavə onu sifarişinin ünvanına çatdırılması ilə bağlı heç bir addım atmamış, bunu cavabdeh özü həyata keçirməyə məcbur olmuşdur. İddiaçının müqavilənin 4.2.1 bəndini yerinə yetirmədiyinə görə cavabdeh iddiaçıya göndərdiyi məktubunda göstərilən xidmətlərin qiymətləri qane etmədiyi üçün müqaviləyə xitam verilməsini xahiş etmişdir. Göstərilən xidmət dedikdə iddiaçı müqavilənin 4.2.1 bəndi üzrə yerinə yetirmədiyi üzərinə götürdüyü öhdəliyi 200 manat xərc nəzərdə tutulmuşdur. Qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi üçün nəzərdə tutulmuş 35 manat mübahisələndirilməmişdir. Beləliklə, birinci instansiya məhkəməsinə iddiaçıya ödənişlər həyata keçirilməməsinin səbəbi kimi yükün Cavabdehnə çatdırmadığı, başqa sözlə, iddiaçının üzərinə müqavilənin 4.1.2 bəndi ilə götürdüyü öhdəliyi yerinə yetirmədiyi məlum olduğu halda, məhkəmə cavabdehdən əsassız pul tələbinə olan etirazın göstərilən dəlilləri üzrə araşdırma aparmadan, bu dəlillərə qiymət vermədən birtərəfli mövqe tutaraq əsassız iddianı təmin etmişdir. Məhkəmə nəzərə almamışdır ki, mülki qanunvericilikdə təsbit edilmiş öhdəlik hüququnun normaları baxımından öhdəliyin icrası onun predmetini təşkil edən hərəkətlərin yerinə yetirilməsində və ya yetirilməməsində ifadə olunur. Öhdəliyin yerinə yetirilməməsi anlayışını müəyyən edən Mülki Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. Bu mənada, öhdəliyin pozulması – öhdəliyin tərkibini təşkil edən hərəkətlərin ümumiyyətlə yerinə yetirilməməsində ifadə olunur. Öhdəliyin lazımınca icra edilməməsi isə MM-in 425ci maddəsində təsbit edilmiş «vicdanlılıq» anlayışı ilə birgə dəyərləndirilməlidir. Belə birgə dəyərləndirməyə görə öhdəliyin lazımınca icra edilməməsi dedikdə öhdəliyin vaxtında icra edilməməsi, xammalın, işin və xidməti qüsurlu icrası və ya öhdəliyin tərkibini müəyyən edən digər şərtlərin pozulması başa düşülməlidir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

29. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi və vəkili Nümayəndə tərəfindən apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur.

30. Etiraz onunla əsaslandırılmışdır ki, 1) apellyasiya şikayətində qeyd olunmuşdur ki, guya İddiaçı MMC müqavilə öhdəliklərini tam yerinə yetirməmiş, yalnız qısa və yük bəyannamələrini tərtib etmiş, xidmət haqqı 200 manat olan gömrük rəsmiləşdirilməsi xidmətini göstərməmiş, eyni zamanda müqavilənin 4.1.2-ci bəndinin tələblərini icra etməyərək yükü Cavabdeh ünvanına çatdırmamışdır. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, buna görə də Cavabdeh MMC yalnız müqavilə üzrə göstərdiyi xidmətlərin dəyərini ödəmiş, digər xidmətlər göstərilmədiyinə görə onların ödənişi həyata keçirməmişdir. Bildirir ki, İddiaçı MMC tərəfindən gömrük rəsmiləşdirilməsi xidməti başdan sonadək yerinə yetirilmiş, hətta münasibətlərin korlanmasına və cavabdeh tərəfindən ödənişlərin edilməməsinə baxmayaraq iddiaçı vicdanla və humanist şəkildə Cavabdeh MMC-nin yarımçıq qalan işlərini tamamlamışdır ki, cavabdeh sonradan bu və ya digər formada əziyyət çəkməsin və ona maddi ziyan dəyməsin. 2) Daha sonra cavabdeh qeyd etmişdir ki, guya birinci instansiya məhkəməsi maddi hüquq normalarını pozmuş və düzgün tətbiq etməmiş, hüququn tətbiq edilməsində səhv buraxmış, qanunun tətbiqində səhvə yol vermişdir ki, bu da sonda əsassız və qanunsuz qətnamə çıxarması ilə nəticələnmişdir. Bildirir ki, birinci instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları tamamilə düzgün tətbiq edilmiş, iş materialları dəqiqliklə araşdırılmış və sonda əsaslı və qanuni nəticəyə gəlinmişdir. 3) Daha sonra cavabdeh qeyd etmişdir ki, guya qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin münasibətinə uyğun əsaslandırılmamışdır. Bildirir ki, bu da tamamilə əsassız fikirlərdir. Belə ki, qətnamənin əsaslandırma hissəsində bütün məsələlər aydın şəkildə öz əksini tapır və məhkəmə bütün hallara düzgün hüquqi qiymət vermişdir. 4) Daha sonra cavabdeh qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçının 26363 manat dəyərində xidmət güstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə 6633 manat məblərində ödəniş etsə də (qismən ödəniş etmiş və xidmətlərdən narazı olduğunu bir dəfə belə olsun dilə gətirməmişdir), müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək həmin xidmətlərin dəyərini tam ödəməməsi qənaətinə gəlməklə kifayətlənmiş, cavabdeh tərəfindən isə nəyə görə və hansı əsaslarla qalan 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində pulun iddiaçıya ödənilməməsinə dair iddiaya olan etirazın dəlilərinə çox səthi hüquqi qiymət verməyə cəhd göstərərək qeyd etmişdir ki, elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmiş (bu həqiqətən də belədir, elektron qaimələrin hamısı cavabdeh tərəfindən “TƏSDİQ” olunmuşdur, Cavabdeh MMM tərəfindən İddiaçı MMC yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Bəli, məhz cavabdeh tərəf qiymət onu qane etmədiyi üçün müqaviləyə birtərəfli qaydada xitam vermişdir. Buna bir etirazı yoxdur. Cavabdeh tərəf onlarla artıq əməkdaşlıq etmirsə, bu onun hüququdur. Ancaq bu günədək ödəmədiyi pulları ödəmədən əməkdaşlığı bitirmək istəyir. Bu nə dərəcədə ağlabatandır ??? 5) Daha sonra apellyasiya şikayətində cavabdeh göstərmişdir ki, iddiaçının nümayəndəsi bildirmişdir ki, müqavilədə yükün sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığı qeyd olunsa da, qiymətlərin razılaşdırma protokolunda tərəflərin razılığa gəldiyi xidmətlər arasıda yükün çatdırılması yoxdur və bununla bağlı qiymət müəyyən edilməmişdir. Halbuki, müştəri yükün ünvanına çatdırılmasını istədiyi halda qiymətlərin razılaşdırma protokolunda bununla bağlı qiymət müəyyən edilir, bundan sonra mal ünvana çatdırılır. Bununla bağlı qeyd edir ki, iddiaçı cavabdehin tələbi əsasında yükün çatdırılmasını həyata keçirdiyi halda bununla bağlı qiymətlərin razılaşdırılma protokolunda qeyd edir və buna görə əlavə ödəniş müəyyən edir. Lakin Cavabdeh MMC yükün özləri tərəfindən öz ünvanlarına aparılması barədə iddiaçıya bildirmiş və bu səbəbdən də İddiaçı MMC qiymətlərin razılaşdırma protokolunda bu barədə qeydiyyat aparmamış və etmədiyi işə görə cavabdehdən əlavə pul da tələb etməmişdir. İddiaçı yalnız gördüyü işlərə görə pul tələb etmişdir. 6) Daha sonra cavabdeh qeyd etmişdir ki, iddiaçı tərəf müqavilədə yükün sifarişinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığını etiraf edir. Həmçinin İddiaçı MMC-nin əməkdaşı X8 ifadəsində bildirmişdir ki, qiymətlərin razılaşdırma protokolunda İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Bildirir ki, bu günədək Cavabdeh MMC-nin malların çatmaması, lazımi keyfiyyətdə və qaydada ünvana təhvil verilməməsi ilə əlaqədar İddiaçı MMC-yə qarşı hər hansı pretenziya, şikayət və müraciəti olmamışdır. Bunun cavabı olduqca sadədir. Cavabdeh yüklərin ünvana çatdırılmasını istəməmiş və buna görə də biz malları ünvana çatdırmadığımızdan dolayı qiymətlərin razılaşdırma protokolunda göstərməmiş və buna görə də onlardan pul tələb etməmişik. Cavabdeh tərəfindən ödəniş yalnız gömrük rəsmiləşdirilməsi və gömrük bəyənnaməsinin tərtibi ilə bağlı olmuşdur. 7) Şahidin məhkəmədə dediklərinə gəldikdə isə cavabdeh qeyd etmişdir ki, şahid gömrük rəsmiləşdirməsi başa çatdıqdan sonra bir neçə dəfə o, İddiaçı MMC-nin rəhbərliyinin göstərişinə əsasən dəmiryolu stansiyana gedərək yükün boşaldılması və daşınması ilə bağlı müvafiq prosedurları Cavabdeh əməkdaşlığına izah etməklə kifayətlənmişdir. Bildirir ki, bu tam normaldır. Çünki cavabdehin dəmiryolu stansiyasıdan yükləri özünün daşıyacağı barədə razılığa gəldiyikləri üçün Fortis Brokerin işçisi gedişatdan və prosedurdan bixəbər olan Cavabdeh MMC-nin əməkdaşlarına köməklik məqsədilə yükün boşaldılması və boşaldılması ilə bağlı müvafiq prosedurları əyani olaraq başa salmışdır. Lakin burada yükün ünvana çatdırılması öhdəliyindən söhbət belə gedə bilməz. 8) Cavabdeh tərəfindən məhkəməyə gələn Şahid Əli qızına münasibətdə isə bildirmək istəyir ki, şahid ziddiyyətli ifadələr verərək, öz dediklərini təsdiq edə bilməmişdir. Dedikləri də son məhkəmə iclaslarında yalan çıxmışdır. 9) “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) qiymətlər müvafiq olaraq 35 və 200 manat müəyyən edilməsinin yalnız bir xidmət üçün deyil, həm də bağlanmış müqavilənin 4.2.1 bəndində də nəzərdə tutulmuş xidmətin həyata keçirilməsi üçün nəzərdə tutulmasına dair cavabdehin mövqeyinə gəldikdə isə bildirir ki, bu tamamilə özünü müdafiə xarakteri daşıyır və heç bir əsası yoxdur. Belə ki, qiymətlərin razılaşdırılması protokolunda bəyənnamənin tərtibi 35 manat və gömrük rəsmiləşdirilməsi üçün 200 manat nəzərdə tutulmuşdur. Burada yükün boşaldılmasına və təhvil verilməsinə dair müddəa yoxdur. Hər kəsə məlum olan haldır ki, gömrük bəyənnaməsinin tərtibi başqa prosedur, gömrük rəsmiləşdirilməsi isə tamam başqa prosedurdur. Yüklərin ünvana təhvil verilməsi isə tamam ayrı bir işdir. 10) Cavabdehin yükün ünvana çatdırılmaması ilə bağlı fikirləri tamamilə abdurddur. Belə ki, cavabdeh hər nə olur olsun pulun ödənilməməsi üçün hər cür fikirlərə əl atır. Lakin bunların heç bir hüquqi əsası yoxdur. Onlar üzərlərinə malların ünvana təhvil verilməsi ilə bağlı heç bir öhdəlik götürməmiş və buna görə də haqq tələb etməmişlər. Eyni zamanda qiymətlərin razılaşdırılma protokolunda da bu barədə qeyd yoxdur. Üstəlik müqavilə hər iki tərəf tərəfindən imzalanmışdır. E-qaimələr də cavabdeh tərəfindən təsdiqlənmiş, hətta ödənişlər də olunmuşdur. Bundan əlavə cavabdehin yüklərin çatdırılmaması ilə əlaqədar bu günədək heç bir pretenziyası olmamış və bu günədək malların itməsi, zədələnməsi, tələf olması ilə bağlı cavabdehə maddi zərər dəyməmişdir. Bundan əlavə cavabdehin qismən 6633 AZN ödəniş etməsi onların borcu etiraf etdiklərinin ən böyük dəlillərindən biridir. İş materiallarında olan bütün sübutlar iddianın tam qanuni və əsaslı olduğunu sübut edir. 11) İddiaçı MMC ilə Cavabdeh MMM arasında bağlanılmış 24 avqust 2022-ci il tarixli, 38-22 №-li müqaviləyə əsasən, xarici ölkələrdən cavabdehin idxal etdiyi mallara dair qısa və yük gömrük bəyənnaməsinin tərtibi, gömrük rəsmiləşdirilməsi - İddiaçı MMC-yə həvalə olunmuşdur. xx.xx.2022-ci il tarixli, 026961 saylı elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 3280 AZN, xx.xx.2023-ci il tarixli, 506052 saylı elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4465 AZN, xx.xx.2023-cü il tarixli, 281271 saylı elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 4935 AZN, xx.xx.2023-cü il tarixli, 750012 saylı elektron qaimə üzrə iddiaçı tərəfindən görülmüş işlərin və göstərilmiş xidmətlərin yekun məbləği 7050 AZN, ümumilikdə Cavabdeh MMM-inİddiaçı MMC-yə bu günədək olan borcu – 19.730 AZN (on doqquz min yeddi yüz otuz manat) təşkil edir. Ödəmələrin həyata keçirilməsi məqsədi ilə iddiaçı tərəfindən elektron qaimələr Cavabdeh MMM-ə təqdim edilmiş və həm sistem, həm də cavabdeh tərəfindən elektron qaimələr təsdiq edilmiş olsa da, indiyədək yaranmış borc məbləği Cavabdeh MMM tərəfindən ödənilməmiş olaraq qalır. Borcun mövcudluğu elektron qaimələr, elektron bəyənnamələr, WhatsApp və Mail yazışmaları və habelə digər gömrük sənədləri ilə təsdiq olunur. Dəfələrlə müraciət etmələrinə baxmayaraq, borcun ödənilməsi istiqamətində Cavabdeh MMM tərəfindən heç bir addım atılmamışdır. Habelə bildirir ki, Cavabdeh MMM tərəfindən xx.xx.2023-cü il tarixli məktubla İddiaçı MMC-yə müraciət edilərək aralarında bağlanmış xx.xx.2022-ci il tarixli, 38-22 saylı gömrük təmsilçiliyinə dair xidməti müqaviləyə 16 fevral 2023-cü il tarixdə xitam verilməsini xahiş etmişlər. Eyni zamanda, müqaviləyə xitam verilmə səbəbi kimi qiymətlərin qane etməməsini göstərmişlər. Bu məktubla da borclarını bir daha etiraf etmişlər. Bildiririk ki, müqaviləyə birtərəfli qaydada xitam vermək tərəfin hüququdur. Lakin iddiaçı və cavabdeh hüquqi şəxsin aralarında bağladığı müqavilənin 7.4-cü maddəsinə əsasən, müqaviləyə xitam verilməsi tərəfləri onların icra etmədiyi maliyyə öhdəliklərindən azad etmir. 12) Qeyd olunanlara əsasən bildirir ki, cavabdeh borcun mövcudluğunu hərəkətləri və qeyd etdikləri ilə tamamilə etiraf etmiş, iş materiallarında olan mötəbər dəlillərdən də göründüyü kimi iddia tam əsaslıdır. Buna görə də Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-2(119)-423/2023 saylı qanuni qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

Apellyasiya icraatı iştirakçılarının izahatları

31. Cavabdehin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, qiymətlərin razılaşdırma protokolunda tərəflərin bəyannamənin tərtibi və gömrük rəsmiləşdirilməsi ilə bağlı xidmətlərin göstərilməsi barədə razılığa gəldiyi qeyd olunmuşdur. Lakin iddiaçı şirkət müqavilə öhdəliyini tam yerinə yetirməmiş, yalnız qısa və yük bəyannamələrini tərtib etmiş, xidmət haqqı 200 manat olan yük daşınmasını da nəzərdə tutan gömrük rəsmiləşdirilməsi xidmətini lazımınca yerinə yetirməmiş, müqavilənin 4.1.2-ci bəndinin tələblərini icra etməyərək yükü Cavabdeh ünvanına çatdırmamışdır. İddiaçı MMC müqavilə üzrə öhdəliklərini qismən yerinə yetirmiş, buna görə ona yalnız müqavilə üzrə göstərdiyi xidmətlərin dəyəri ödənilmiş, digər xidmətlər, yəni yükün çatdırılması xidməti göstərilmədiyinə görə onların ödənişi həyata keçirilməmişdir.

32. İddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, müqavilədə yükün sifarişçinin ünvanına çatdırılmasına görə təmsilçinin məsuliyyət daşıdığı qeyd olunsa da, qiymətlərin razılaşdırma protokolunda tərəflərin razılığa gəldiyi xidmətlər arasında yükün çatdırılması yoxdur və bununla bağlı qiymət müəyyən edilməmişdir. Halbuki, müştəri yükün ünvanına çatdırılmasını istədiyi halda qiymətlərin razılaşdırma protokolunda bununla bağlı qiymət müəyyən edilir, bundan sonra mal ünvana çatdırılır. Lakin Cavabdeh əməkdaşları gömrük rəsmiləşdirilməsi başa çatdıqdan sonra yükü özləri götürüb aparacaqlarını bildirmiş, buna görə mallar hər dəfə cavabdehin əməkdaşları tərəfindən götürülərək ünvanlarına aparılmış və bununla əlaqədar İddiaçınə heç bir pretenziya və etiraz təqdim edilməmişdir.

33. İddiaçının qanuni təmsilçisi Qanuni nümayəndə apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını məhkəmə kollegiyasından xahiş etdi. Həmçinin bildirdi ki, tərəflər arasında bağlanmış Müqavilənin 4.1.2 və 4.1.3-cü bəndlərinin ümumi müddəalardı, əgər sifarişçi ilə razılaşma olarsa bu bəndində göstərilən xidmətlər tam halda yerinə yetirilir. Göstəriləcək xidmətlərin dairəsini müqavilənin 2.1.3-cü bəndi konkretləşdirir. Araşdırılan mübahisə üzrə də iddiaçı tərəfindən cavabdehə göstəriləcək xidmətlərin siyahısı müqavilənin tərkib hissəsi olan 1 saylı Prokolla razılaşdırılmışdır. Əgər iddiaçı müqavilə öhdəliyini lazımınca yerinə yetirməmiş olsaydı cavabdeh bu barədə pretenziya irəli sürə bilərdi. Lakin müqaviləyə xitam verilməsinin səbəbi qiymətlərlə bağlı olmaqla cavabdeh tərəfindən yükün daşınmaması ilə bağlı iddiaçı tərəfə heç bir etiraz bildirilməmişdir. Tərəflər arasında wotsap yazışmalarından da görünür ki, iddiaçı razılaşdırılmış xidmətləri yerinə yetirdikdən sonra cavabdehə bu barədə məlumat vermiş və yükü gəlib götürə biləcəklərini bildirmişdir. Həmin yazışmaların heç birində cavabdeh tərəf yükün gəlib götürülməsi barədə verilən məlumata etiraz bildirməmiş, yükün iddiaçı tərəfindən çatdırılmalı olması ilə bağlı iradını bildirməmişdir. Bu göstərilənlər cavabdeh tərəfindən yükün daşınmasının iddiaçı tərəfindən yerinə yetirilməli olması ilə bağlı dəlillərinin əsassız olduğunu təsdiq edir.

Apellyasiya baxışının hədləri

34. Apellyasiya şikayətinin dəlillərindən göründüyü kimi cavabdeh verdiyi apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş edərək, qətnaməni tam mübahisələndirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi apellyasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır.

Tətbiq edilən hüquq

35. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 399.1. Müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Maddə 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Maddə 787.1. Broker müqaviləsinə əsasən brokerə muzd müqabilində sifarişçiyə vasitəçilik xidmətləri göstərmək tapşırığı verilir. Maddə 787.2. Əgər bu Məcəllənin bu fəslinin aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, broker müqaviləsinə tapşırıq müqaviləsi haqqında qaydalar tətbiq edilir. Maddə 788.1. Brokerin öz vasitəçilik xidmətləri və ya köməyi nəticəsində müqavilə həyata keçirildikdən sonra muzd almaq hüququ vardır. Əgər müqavilə təxirəsalıcı şərtlə bağlanırsa, muzd yalnız həmin şərt baş verdikdə tələb edilə bilər. 788.2. Brokerin xərclərinin əvəzi yalnız ayrıca şərtləşdirildiyi halda ödənilir. Bu, müqavilənin bağlanmadığı hallara da tətbiq edilir.

36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 372.2. Yeni sübutlar və yeni tələblər apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların və tələblərin birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Maddə 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər; Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

37. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2-2(119)-423/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanmalıdır.

38. Məhkəmə kollegiyasının qənaətincə birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Kollegiya araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında 24 avqust 2022-ci il tarixli, 38-22 nömrəli Gömrük təmsilçiliyinə dair xidməti Müqavilə bağlanmış, göstərilən xidmətlərin adları və qiyməti müqavilənin tərkib hissəsi sayılan qiymətlərin razılaşdırılması protokolu № 01-də göstərilmişdir. “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə qısa və yük gömrük bəyannaməsinin tərtibi və gömrük rəsmiləşdirilməsi xidmətlərinin həyata keçirilməsi və onların qiyməti göstərilmişdir. 12 sentyabr 2022-ci il tarixdən 13 fevral 2023-cü il tarixədək İddiaçı MMC tərəfindən Cavabdeh MMM-ə 26363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, onlardan 7 elektron qaimə üzrə 6633 manat məbləğində ödəniş edilmiş, qalan 12 dekabr 2022-ci il tarixli EBCL seriyalı 026961 nömrəli, 06 yanvar 2023-cü il tarixli EBCM seriyalı 506052 nömrəli, 19 yanvar 2023-cü il tarixli EBCN seriyalı 281271 nömrəli və 12 fevral 2023-cü il tarixli EBCO seriyalı 750012 nömrəli elektron qaimələr üzrə 19730 manat məbləğində xidmət haqqı ödənilməmişdir. 16 fevral 2023-cü il tarixdə isə Cavabdeh MMM İddiaçı MMC-yə məktub ünvanlayaraq göstərilən xidmətlərin qiymətləri qane etmədiyi üçün müqaviləyə xitam verilməsini xahiş etmişdir. Cavabdeh MMM-nin müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək göstərilmiş xidmətlərin dəyərini tam ödəmədiyini iddiaya edərək İddiaçı MMC araşdırılan mübahisə ilə məhkəməyə müraciət etmişdir.

40. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir.

41. Məhkəmə mövqeyini onunla əsaslandırmışdır ki, tərəflər arasında gömrük təmsilçiliyinə dair xidməti müqavilədən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən cavabdehə 26363 manat dəyərində xidmət göstərilməsi ilə əlaqədar 11 ədəd elektron qaimə təqdim olunmuş, həmin elektron qaimələr cavabdeh tərəfindən mübahisələndirilməmişdir. Bundan başqa, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Cavabdeh göstərilən 11 ədəd elektron qaimə üzrə 6633 manat məbləğində ödəniş etsə də, müqavilə ilə üzərinə düşən öhdəlikləri lazımi qaydada yerinə yetiməyərək həmin xidmətlərin dəyərini tam ödəməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, İddiaçı xeyrinə Cavabdehndən 19730 (on doqquz min yeddi yüz otuz) manat məbləğində borcun tutulması barədə iddia tələbi əsaslıdır.

42. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə və əsaslandırma ilə razılaşır və hesab edir ki, məhkəmə qanunvericiliyin verdiyi bütün mümkün imkanlardan istifadə etməklə işi tam, hərtərəfli və obyektiv araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etmişdir.

43. Apellyasiya instansiya məhkəməsi hesab edir ki, apellyasiya şikayətində göstərilən dəlillər əsassız olduğundan qətnamənin ləğvi və şikayətin təmin olunması üçün əsaslı sayıla bilməz.

44. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarında göstərilmişdir ki, kassasiya və apellyasiya instansiya məhkəmələri aşağı instansiya məhkəmələrinin qətnamələrindən şikayətlərə baxdıqda qəbul etdikləri aktlarda verilən şikayətlərin dəlillərinə müfəssəl hüquqi qiymət verməlidirlər.

45. Məhkəmə kollegiyası tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından, apellyasiya şikayətinin dəlilləri ilə bağlı hüquqi dəyərləndirmə apararaq aşağıda şərh olunanları göstərir.

46. Göründüyü kimi apellyatorun şikayətinin dəlili İddiaçı MMC tərəfindən müqavilə öhdəliklərinin lazımınca yerinə yetirilməməsi, razılaşdırılmış xidmət haqqının bu səbəbdən ödənilməməsi, müqavilənin 4.2.1-ci bəndinə, “Qiymətlərin razılaşdırma protokolu”nun (Əlavə 1) məzmununa hazırkı mübahisənin obyektiv həlli baxımından məhkəmənin tam diqqət yetirməyərək düzgün hüquqi qiymət verilməməsi ilə bağlıdır.

47. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, apellyasiya şikayətinin dəlillərindən də göründüyü kimi cavabdeh borcun olduğunu və borcun miqdarını mübahisələndirmir, yalnız yaranmış bu borcun cavabdeh tərəfindən ödənilməli olması halını mübahisələndirmişdir.

48. Kollegiya şikayətin dəlillərini əsaslı hesab etmir. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyatorun şikayətinin dəlilləri iddiaya verilmiş etirazın dəlilləri ilə eyni olmaqla birinci instansiya məhkəməsi tərəfindən həmin dəlillər üzrə kifayət qədər araşdırma aparılaraq hüquqi qiymət verilmişdir və məhkəmə kollegiyası həmin qiymətləndirmə ilə razılaşır.

49. Bununla yanaşı məhkəmə kollegiyası şikayətin dəlilləri üzrə əlavə olaraq aşağıda şərh olunanları qeyd edir:

50. Məhkəmə kollegiyası tərəflər arasında müqavilə şərtləri ilə bağlı yaranmış mübahisəyə düzgün qiymət verilməsi üçün mülki qanunvericiliyin müqavilə şərtlərini nəzərdə tutan müddəalarına aydınlıq gətirilməsini zəruri hesab edir.

51. Qeyd olunmalıdır ki, mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı təmin edilməklə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur.

52. Mülki Məcəllənin 405.1-ci maddəsinə görə, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin mühüm şərtləri sırasına müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər daxildir.

53. Mülki Məcəllənin 417.1-ci maddəsinə əsasən müqavilənin standart şərtləri əvvəlcədən ifadə edilmiş, dəfələrlə istifadə üçün nəzərdə tutulan elə şərtlərdir ki, bunları bir tərəf (təklif edən) digər tərəfə təqdim edir və əvvəlcədən müəyyənləşdirilmiş normalardan fərqlənən və bu normaları tamamlayan qaydalar onların vasitəsilə müəyyənləşdirilir. 417.2. Əgər tərəflər müqavilənin şərtlərini müfəssəl müəyyənləşdirmişlərsə, bunlar müqavilənin standart şərtləri sayılmır. 417.3. Tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir.

54. Göründüyü kimi tərəflər arasında mübahisə doğuran hal müqavilənin 2.1.3, 4.1.2 və 4.1.3-cü bəndələri ilə nəzərdə tutulan şərtlərlə bağlıdır. Kollegiya həmin müqaviə şərtlərini mülki qanunvericiliyin şərh olunan normaları baxımından təhlil edərək bildirir ki, tərəflər arasında bağlanmış müqavilə şərtləri, müqavilənin 4.1.2 və 4.1.3-cü bəndlərinn standart (ümumi) şərtlər, 2.1.3-cü bəndinin isə müqavilənin mühüm şərtləri olması qənaətinə gəlməyə əsasə verir. Müqavilədən görünür ki, tərəflər müqavilənin standart şərtlərini (4.1.2, 4.1.3-cü bəndlər) 2.1.3-cü bənddə nəzərdə tutulan şərtlərlə müfəssəl müəyyənləşdirmişlər. Bu halda müqavilənin standart şərtləri artıq müqavilənin mühüm şərtlərinə çevrilməklə mühüm şərtlərin qüvvəsi önə keçmiş olmuşdur. Qanunvericliyin də göstərdiyi kimi tərəflərin bilavasitə razılaşdırdıqları şərtlərə standart şərtlərə nisbətən üstünlük verilir. Bu baxımdan demək olar ki, göstəriləcək xidmət növlərinin müqavilənin tərkib hissəsi olan 01 saylı Prokolla müəyyən edilməsi barədə razılaşmanı nəzərdə tutan 2.1.3-cü bəndin şərtləri müqavilənin mühüm şərti olaraq qəbul edilmişdir.

55. Bu göstərilənlərə əsasən kollegiya iddiaçı tərəfindən müqavilə şərtlərinə əməl edilməməsi, 4.1.2 və 4.1.3-cü bəndlərində nəzərdə tutulan öhdəliyin lazımınca yerinə yetirilməməsi barədə cavabdehin dəlillərini əsassız hesab edir.

56. Kollegiya həmçinin qeyd edir ki, tərəflər arasında bağlanılmış müqaviləyə cavabdeh tərəfindən birtərəfli qaydada xitam verilməsi əsası da müqavilə öhdəliklərinin iddiaçı tərəfindən lazımınca yerinə yetirilməməsi barədə cavabdehin dəlilnin əsasız olduğunu bir daha təsdiq edir.

57. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən bu hala müfəssəl qiymət verilərək göstərilmişdir ki, Cavabdeh MMC tərəfindən İddiaçı MMC-yə ünvanlanmış 16 fevral 2023-cü il tarixli məktubda müqaviləyə xitam verilməsinin səbəbi kimi hər hansı xidmətin göstərilmədiyi, yaxud lazımi qaydada göstərilmədiyi deyil, göstərilən xidmətlərin qiymətlərinin qane etmədiyi qeyd olunmuşdur. Kollegiya məhkəmənin bu əsaslandırması ilə razılaşaraq əlavə araşdırmaya zərurət görmür.

58. Bundan başqa, şikayətin dəlillərində, istərsə də məhkəmə araşdırması zamanı verdiyi izahatında cavabdehin nümayəndəsi “Qiymətlərin razılaşdırma protokolu”nda (Əlavə 1) nəzərdə tutulmuş «Gömrük rəsmiləşdirilməsi» xidmət növünun həm də yükün çatdırılmasını nəzərdə tutduğunu göstərərək həmin öhdəliyin iddiaçı tərəfindən icra edilmədiyini bildirmişdir.

59. Kollegiya şikayətin bu dəlili ilə də razılaşmır.

60. Belə ki, kollegiya qeyd edir ki, «Gömrük rəsmiləşdirilməsi» xidmət növü həm də yükün çatdırılması ilə bağlı xidməti nəzərdə tutduğu halda müqavilənin ümumi (standart) şərtlərində yükün çatırılması ilə bağlı qeydlər ayrıca göstərilmiş olmazdı. Məsələn: müqavilənin 4.1.2-ci bəndində göstərilir ki, tərəflər arasında bağlanmış müqaviləyə əlavə Protokol № 1-ə əsasən Sifarişçidən tələb olunan zəruri sənədlər toplusu Təmsilçiyə vaxtında tam təqdim edildiyindən etibarən Sifarişçiyə məxsus yükün 16 iş saatı (istirahət və bayram günləri daxil deyil) ərzində bürün müvafiq gömrük əməliyyatlarından keçirilməsi və Sifarişçinin ünvanına çatdırılmasına görə Təmsilçi Məsuliyyət daşıyır. Göründüyü kimi sənədlərin tam təqdim edilməsi ilə yanaşı, yükün çatdırılması ayrıca şərt olaraq qeyd edilmişdir.

61. Bundan başqa, araşdırma zamanı iddiaçının nümayəndəsi tərəflər arasında olan wotsap yazışmasına isinad edərək bildirdi ki, iddiaçı tərəfindən yalnız «Qiymətlərin razılaşdırma protokolu»nda (Əlavə 1) nəzərdə tutulmuş xidmətlərin, yəni sənədləşmə işlərinin görülməsi həyata keçirilməli idi, yüklərin çatdırılması nəzərdə tutulmamışdır. Qeyd olunan yazışmalar da bu halı təsdiq edir.

62. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhkəmə araşdırması zamanı cavabdehin nümayəndəsi həmin wotsap yazışmalarını (cavabdehin nümayəndəsi tərəfindən yazılmasını) mübahisələndirməmişdir.

63. Həmin wotsap yazışmalarında İddiaçı MMC-nin nümayəndəsi tərəfindən Cavabdeh MMM-yə ünvanlanmış yazı mətnində göstərilmişdir : «05 dekabr 2022 Cavabdeh MMM bu Bəyannamələr buraxılışa göndərilib, yükü çıxara bilərlər», «14 dekabr 2022 yüklər buraxılışda, çıxara bilərsiz artıq» və s. Bu yazı mətnlərində cavabdeh tərəfin heç bir etirazı əks olunmamışdır.

64. İddiaçı MMC tərəfindən Cavabdeh MMM-yə yüklərin çıxarılması ilə bağlı məlumat verilməsi və bu hala qarşı tərəfin heç bir formada etirazını bildirməməsi həmin xidmətin iddiaçı tərəfindən yerinə yetirilməli olması ilə bağlı müqavilə öhdəliyini yerinə yetirməməsi barədə cavabdehin dəlilini təkzib edən hal kimi qiymətləndirməyə əsas verir.

65. Məhkəmə kollegiyası şərh olunanları ümumiləşirərək bu nəticəyə gəlir ki, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizədir.

66. Məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

67. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372-376, 378- 382, 384.0.1, 385.2, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

qət etdi:

Cavabdeh "xxxx" Məhdud Məsulı̇ yyətli Müəssı̇ səsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10 iyul 2023-cü il tarixli, e-2-2(119)-423/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada təqdim edildiyi gündən iki ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Apellyasiya instansiya məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən iki ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar