Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-137/2021 13.09.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Ağayev Rəşadət Əhməd oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı müqavilə üzrə borcun ödənilməsi tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 659/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında, apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 155000 ABŞ dolları məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi iddianın təmin edilməsi barədə ərizə ilə müraciət edərək, BDYPİ Qeydiyyat İmtahan İdarəsinin 19.04.2021-ci il tarixli ********* saylı sorğuya cavab məktubuna əlavə edilmiş kompüter çıxarışında göstərilən cavabdehin adına qeydiyyatdan keçən nəqliyyat vasitələrinin üzərinə hazırkı mülki iş üzrə qəbul ediləcək yekun məhkəmə aktı qanuni qüvvəsini alanadək həbs qoyulması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Ərizədə MPM-nin 157-159-cu maddələrinə isinad edilərək göstərilir ki, hazırki iş üzrə cavabdehin iddiaçıya olan borcunun məbləğinin həddindən artıq yüksək olması (ümumilikdə 155000 (yüz əlli beş min) ABŞ dolları məbləğində) gələcəkdə cavabdeh tərəfindən qətnamənin icra edilməməsi ehtimalını artırır. Bundan əlavə, işin hazırda məhkəmədə olması bir daha cavabdehin iddiaçıya olan borcunu ödəmək niyyətinin olmadığını göstərir. Məhz bu səbəbdən, cavabdehin gələcəkdə iddia tələbinin təmin ediləcəyi təqdirdə məhkəmə qətnaməsini icra etməmək üçün ona məxsus əmlakı hər hansı formada özgəninkiləşdirmə, gizlətmə və ya qətnamənin icrasından hər hansı formada yayınma ehtimalı çox yüksək olduğundan hazırki mərhələdə cavabdehin əmlakının üzərinə iddia tələbi həcmində həbs qoyulması zəruridir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 02 iyun 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizənin təmin edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyatda olan 53AA076 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 53AC353 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC346 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AA075 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 99AN955 dövlət qeydiyyat nişanlı KİA OPTİMA markalı minik avtomobilinin, 53AC354 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 99AD228 dövlət qeydiyyat nişanlı NİSSAN PATROL markalı minik avtomobilinin, 53AC347 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC351 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AC363 dövlət qeydiyyat nişanlı MERCEDES markalı yük avtomobilinin, 53AC355 dövlət qeydiyyat nişanlı MERCEDES 709 markalı yük avtomobilinin, 53AC349 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC356 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ markalı yük avtomobilinin üzərinə həbs qoyulmaqla həmin avtomobillərin özgəninkiləşdirilməsinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması qərara alınmışdır. Qərardaddan cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 06 iyul 2021-ci il tarixli qərardadı ilə şikayətin qismən təmin edilməsi, Sumqayıt Kommersiya Məhkəməsinin 02 iyun 2021-ci il tarixli qərardadının dəyişdirilməsi, göstərilən avtomobillərin özgəninkiləşdirilməsinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması, şikayətin qalan hissədə təmin edilməməsi, şikayətin təmin edilməyən hissədə işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zahid Məmmədov) Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-115/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadı ilə şikayət qismən təmin edilərək, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı 02 iyun 2021-ci il tarixli qərardadı və həmin qərardaddan verilmiş şikayətə baxılmasına dair 06 iyul 2021-ci il tarixli qərardad ləğv edilmiş, iddianın təmin tədbiri barədə ərizəyə yenidən baxılması üçün iş həmin məhkəməyə göndərilmişdir. Ərizəyə yenidən baxan Sumqayıt Kommersiya Məhkəməsi e-2-2(119)-659/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadı ilə iddiaçının iddianın təmin tədbiri barədə ərizəsinin qismən təmin edilməsi, hazırkı işə mahiyyəti üzrə baxılıb yekunlaşanadək “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin adına qeydiyyatda olan 53AA076 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 53AC353 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC346 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AA075 dövlət qeydiyyat nişanlı KİA RİO markalı minik avtomobilinin, 99AN955 dövlət qeydiyyat nişanlı KİA OPTİMA markalı minik avtomobilinin, 53AC354 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 99AD228 dövlət qeydiyyat nişanlı NİSSAN PATROL markalı minik avtomobilinin, 53AC347 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC351 dövlət qeydiyyat nişanlı DAİMLER CHRYSLER markalı yük avtomobilinin, 53AC363 dövlət qeydiyyat nişanlı MERCEDES markalı yük avtomobilinin, 53AC355 dövlət qeydiyyat nişanlı MERCEDES 709 markalı yük avtomobilinin, 53AC349 dövlət qeydiyyat nişanlı MERCEDES ATEGO markalı yük avtomobilinin, 53AC356 dövlət qeydiyyat nişanlı MERCEDES BENZ markalı yük avtomobilinin özgəninkiləşdirilməsinin cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinə qadağan olunması, ərizənin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Qərardaddan cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti şikayət verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının qərardadında Sumqayıt Kommersiya Məhkəməsinin MPM-in 269.2-ci maddəsinin tələblərini pozduğu, qərardadı dəyişdirdiyi halda proses iştirakçıları ilə sonrakı prosessual hərəkətləri yerinə yetirmədiyi qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 269.2-ci maddəsinə əsasən, şikayət əsaslıdırsa, hakim qərardadı dəyişdirir və ya ləğv edir və mübahisəyə baxılması üçün tərəflərlə birlikdə sonrakı prosessual hərəkətləri yerinə yetirir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən təkrar olaraq eyni pozuntuya yol verilmiş, özü tərəfindən qəbul edilmiş qərardadı cavabdehin şikayətinə əsasən dəyişdirdiyi halda proses iştirakçıları ilə sonrakı prosessual hərəkətləri yerinə yetirməmişdir. Halbuki, MPM-in 399-cu maddəsinə görə birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. İndiki halda birinci instansiya məhkəməsi tərəfindən apelyasiya məhkəməsinin göstərişi yerinə yetirilməmişdir ki, bu da qərardadın ləğv edilməsi üçün prosessual əsasdır. X1 qərardadında qeyd edilmişdir ki, “təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər”. Göründüyü kimi burada da yuxarı instansiya məhkəməsi aşağı instansiya məhkəməsinə irad tutaraq üzərinə həbs qoyulmuş əmlakın ümumi dəyərinin iddia tələbinin həcmindən çox olmasının zəruriliyini diqqətə çatdırmışdır. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən bu göstərişə də yenidən əməl edilməmiş, üzərinə həbs qoyulmuş əmlakların dəyəri araşdırılmadan iddia tələbindən kifayət qədər artıq dəyərə sahib 13 avtomobil üzərinə özgəninkiləşdirmənin qadağan edilməsi formasında məhdudiyyət, qoyulmuşdur, şikayət ərizəsinə əlavə edilmiş sübutlardan göründüyü kimi şirkətə məxsus 9 ədəd Mercedes Alego markarlı yük avtomobillərinin orta bazar qiyməti belə ümumi iddia tələbinin həcmindən artıqdır. Belə ki, iddia tələbinin həcmi 155.000. ABŞ dolları ekvivalent olaraq 263500 AZN təşkil edir. Elanlardan göründüyü kimi yük avtomobillərinin orta bazar dəyəri 35000 manatdır. 9 ədəd yük avtomobilinin orta bazar qiymətini 30000 manat olaraq belə hesablasaq nəticə etibarı ilə 270000 manat edir, Bu məbləğ belə iddia tələbindən artıqdır. Həmçinin qərardadda 2008-ci il buraxılışlı 2 ədəd “Kia Rio” markalı avtomobilin də özgəninkiləşdirilməsi qadağan edilmişdir ki, iddia tələbinin həcmindən artıq olduğu üçün bu avtomobillər üzərinə həbs qoyula bilməzdi. Qərardadla üzərinə həbs qoyulmuş **-AN- *** dövlət nömrə nişanlı “KİA ОРTİMA” markalı avtomobil, 99-АD-228 dövlət nömrə nişanlı “NİSSAN PATROL” markalı avtomobillərin mülkiyyət hüquqları şirkətə məxsus deyil. Həmin аvtomobillər üçün “A” seriyası ilə başlayan dövlət nömrə nişanı əldə etmək üçün həmin avtomobillərin dövlət nömrə nişanı hüquqi şəxsi adına rəsmiləşdirilmişdir. Həmin avtomobillərin mülkiyyəti ayrı-ayrı fiziki şəxslərə məxsus, sadəcə olaraq dövlət nömrə nişanı cavabdehin adına rəsmiləşdirilmişdir. Bununla yanaşı şirkətin rəsmi bank hesabları olduğu halda şirkət əmlakı üzərinə həbs qoyulması tamamilə qanunsuzdur. Sumqayıt Kommersiya Məhkəməsinin 18 avqust 2021-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, Sumqayıt Kommersiya Məhkəməsinin 04 avqust 2021-ci il tarixli e-2- 2(119)-659/2021 nömrəli qərardadından cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş şikayət iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Zülfüqar Sadiqov) Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə İddiaçınə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən iddiaçının nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157-ci maddəsinə əsasən, 157.1. Hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı (bankın öhdəliklərinin könüllü restrukturizasiyası zamanı bank və (və ya) onun aktivləri ilə bağlı verilmiş iddia istisna olmaqla) təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. 157.2. Qətnamənin gələcəkdə icrasını təmin etmək məqsədi ilə iddianı təmin etmək barədə hakimin qəbul etdiyi qərardad müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Həmin Məcəllənin 158.1.1-ci maddəsinə əsasən, iddianı təmin etmək üçün cavabdehdə və ya digər şəxslərdə olan cavabdehə məxsus əmlak üzərinə həbs qoyula bilər. Həmin Məcəllənin 158.1.2-ci maddəsinə görə, iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan etmək kimi tədbir görülə bilər. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 14 mart 2018-ci il tarixli qərarına əsasən, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İİ hissəsinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Qərarda həmçinin göstərilmişdir ki, Mülki Prosessual Məcəlləsinin 158-ci maddəsinin mənasından aydın olur ki, məhkəmə, təmin etmə tədbirlərinin tətbiq edilməsinə dair ərizələrə baxarkən ərizəçinin tələb etdiyi konkret təmin etmə tədbirinin irəli sürülmüş iddia tələbi ilə nə qədər bağlı olduğunu, ona müvafiq olub-olmadığını araşdırmalıdır. Buna görə məhkəmə, irəli sürülmüş iddia tələbindən və həmin iddia ilə bağlı mümkün məhkəmə qərarından çıxış edərək əmin olmalıdır ki, iddia tələbinin təmin olunması halında Mülki Prosessual Məcəllənin 158-ci maddəsində göstərilən tədbirlərdən hər hansı birinin qəbul olunmaması məhkəmə qərarının icrasını çətinləşdirə və yaxud qeyri-mümkün edə bilər. Təmin etmə tədbirlərinin iddiaçı tərəfindən irəli sürülmüş əsas tələbə mütənasibliyi prinsipinin mahiyyəti bundan ibarətdir ki, hakim cavabdehin əmlakına iddia məbləğindən çox olmayan ölçüdə həbs qoya və yaxud cavabdehə və ya digər şəxslərə müstəsna olaraq irəli sürülmüş tələb həddində müəyyən hərəkətləri icra etməyi qadağan edə bilər. Üzərinə həbs qoyulmuş əmlakların dəyərinin iddia tələbindən artıq dəyərdə olması (cavabdeh tərəf 9 ədəd yük avtomobillərinin ümumilikdə dəyərini 270000 manat göstərir) barədə cavabdehin şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbinin həcmi 155000 ABŞ dolları məbləğində təşkil edir. Cavabdeh tərəf məhz ərizədə göstərilən avtomobillərin dəyəri barədə məhkəməyə sübut təqdim etməmişdir. Digər tərəfdən, birinci instansiya məhkəməsi iddianın təmin tədbiri kimi avtomobillərin üzərinə həbs deyil özgəninkiləşdirilməsinə qadağa qoymuşdur. Əmlakın üzərinə həbs qoyulması əmlakın siyahıya alınmasından, həmin əmlak üzərində sərəncam vermək hüququnun qadağan olunmasından, zəruri hallarda isə əmlakdan istifadə hüququnun məhdudlaşdırılmasından, onun götürülməsindən və ya saxlanmaq üçün verilməsindən ibarətdir. Şikayətin birinci instansiya məhkəməsinin apelyasiya instansiyası məhkəməsinin göstərişlərinə əməl etməyərək, proses iştirakçıları ilə sonrakı prosessual hərəkətlərin edilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, birinci instansiya məhkəməsi Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(105)-115/2021 saylı, 27 iyul 2021-ci il tarixli qərardadına əsasən ərizəyə yenidən baxmış və hər hansı prosessual pozuntuya yol verməmişdir. Şikayətin **-AN-*** dövlət nömrə nişanlı “KİA ОРTİMA” markalı avtomobilin, 99-АD- 228 dövlət nömrə nişanlı “NİSSAN PATROL” markalı avtomobillərin mülkiyyət hüquqlarının şirkətə məxsus olmaması barədə dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, avtomobillərin cavabdehə məxsus olması Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin 19.04.2021-ci il tarixli, 016-42875-1221 saylı məktubuna əlavə edilmiş “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin adında qeydiyyatdan keçən nəqliyyat vasitələri barədə məlumatların kompüter çıxarışı ilə, habelə avtomobillərin qeydiyyat vəsiqələrinin surətləri ilə təsdiqini tapır. Məhkəmə kollegiyası qeyd edir ki, iddianın təmin edilməsi məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədi ilə görülən və qətnamənin icrasını çətinləşdirə və ya qeyri-mümkün edə bilən halların aradan qaldırılmasına yönəlmiş prosessual tədbir olmaqla, müvəqqəti xarakter daşıyır və işi qabaqcadan mahiyyəti üzrə həll etmir. Bundan əlavə, iddianı təmin etmə tədbiri görülmədikdə işdə iştirak edən şəxslərin qanuni mənafeyinin əhəmiyyətli dərəcədə pozulması ehtimalı, onların qanuni mənafelərinin pozulmasının qarşısının alınmalı olması nəzərə alınmalıdır. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası həmçinin qeyd edir ki, MPM-in 161.1ci maddəsinə əsasən, işdə iştirak edən şəxsin ərizəsinə əsasən iddianı təmin etmə tədbirinin bir növünün digəri ilə əvəz edilməsinə yol verilir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-659/2021 saylı, 04 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-137/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-137/2021
13.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver