Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-138/2025 22.10.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Azərbaycan Respublikası adından Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı iş üzrə QƏTNAMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər X1 və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Abiyeva Fidan Əfqan qızının katibliyi, Maraqlı şəxs iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xasusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2- 2(119)-1216/2025 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları:
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) 21 iyun 2025-ci il tarixinə hesablanmış dövlət büdcəsinə olan 5343,48 (beş min üç yüz qırx üç manat, qırx səkkiz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxxxx 1984-cü il təvəllüdlü Maraqlı şəxs “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün xx.xx.2025-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN: **********) dövlət büdcəsinə 5343,48 manat (o cümlədən, vergilər üzrə 4927,05 manat, faizlər üzrə 416,43 manat), Maraqlı şəxs (VÖEN: **********) dövlət büdcəsinə 0 manat məbləğində (o cümlədən, ) olmaqla, ümumilikdə 5343,48 manat borcu vardır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinəvə müvafiq fonda ödənilməsi məqsədi ilə vergi ödəyicilərinə Vergi Məcəlləsinin 65-ci maddəsinə əsasən xx.xx.2025-ci il tarixli **********181500, xx.xx.2025-ci il tarixli **********180800, xx.xx.2025ci il tarixli **********219800, xx.xx.2025-ci il tarixli ******************.01.2025-ci il tarixli **********870800 nömrəli bildirişlər göndərilmiş, lakin vergi ödəyiciləri yaranmış borc məbləğlərini ödəməmişlər. Ərizədə Vergi Məcəlləsinin və Mülki Prosessual Məcəllənin müvafiq maddələrinə istinad edilməklə qeyd olunan hüquqi şəxs tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 5343,48 manat məbləğində borcun ödənilməsini təmin etmək üçün həmin şəxslərin icra orqanının rəhbəri olan, Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilmişdir.
2. Birinci insatnasiya məhkəməsinə təqdim olunmuş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi Xidmətinin rəsmi portalından əldə edilmiş "xxxx" MMC-nin şəxsi hesab vərəqəsinin (çap olunma tarixi: xx.xx.2025) “Vergilər üzrə vərəqə” bölməsinin “Cəmi ödənməli borc” sütununda məbləğ “0” kimi qeyd edilmişdir.
3. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən tərtib edilmiş 17 iyul 2025-ci il tarixli 3-21-2-3/2-50xx-xx/2025 nömrəli arayışın məzmununda "xxxx" MMC-nin (VÖEN: **********) vergilər üzrə borcunun olmadığı qeyd edilmişdir..
Birinci instansiya məhkəməsində icraat
4. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2-2(119)- 1216/2025 nömrəli qətnaməsi ilə ərizə təmin edilməmişdir.
5. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, ərizədə qeyd olunan borc artıq mövcud olmadığından, vergi ödəyicisinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması zərurəti aradan qalxmışdır
6. Qətnamədən narazı ərizəçi apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2-2(119)-1216/2025 nömrəli qətnaməsinin ləğv edilməsini, Maraqlı şəxsölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması tələbinə dair ərizənin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
7. Ərizəçi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə ərizəni təmin etməməklə Maraqlı şəxs dövlət büdcəsinə olan borcunu ödəməklə bağlı qanunla müəyyən edilmiş vəzifəsinin icrasından yayınmasına şərait yaratmışdır. Məhkəmə ərizəni təmin etməməklə qanunvericiliklə vergi orqanlarına verilmiş vergi ödəyicisinin vergi öhdəliyinin icrası üsulu olan vergi ödəyicisi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı hüquqi imkanlarını səmərəsiz etmişdir. Vergi Məcəlləsinin 23.1.15-3-cü maddəsi ilə vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Göründüyü kimi qanunverici vergi orqanının bu hüququnun realizə olunmasını vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirməməsi ilə məhdudlaşdırmışdır. Yəni vergi öhdəliyinin qanunvericiliklə müəyyən olunmuş müddətdə yerinə yetirilməməsi kifayət edir ki, vergi orqanı bu hüququndan istifadə edərək məhkəməyə müraciət etsin. Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizədən də göründüyü kimi Maraqlı şəxs xx.xx.2025-ci il tarixə olan 5343,48 (beş min üç yüz qırx üç manat, qırx səkkiz qəpik) manat borcu olmuşdur. Məhkəmənin istinad etdiyi şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi tərəfindən xx.xx.2025-ci il tarixdə bəyannamələr təqdim edərək 8318,84 manat məbləğində azalma verilmişdir. Şikayətdə Vergi Məcəlləsinin 37.2-ci və digər maddələrinə istinad olunmaqla göstırilir ki, vergi ödəyicisi tərəfindən təqdim olunmuş bəyannamələr üzrə Vergi Məcəlləsi ilə müəyyən olunmuş müddətlərdə kameral vergi yoxlaması keçirilir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamə vergi orqanı tərəfindən təsdiq olunmadığı halda həmin bəyannamə onun borcunun azalması vasitəsi qismində iştirak edə bilməz. Çünki vergi ödəyicisinin vergi orqanının hesablamalarından sonra yenidən bəyannamə təqdim etməsi vergilərin yenidən hesablanmasını tələb etməsi hüququnun realizəsidir ki, vergi ödəyicisinin həmin hüququndan istifadənin müsbət nəticəsi vergi orqanı tərəfindən sözügedən bəyannamənin qəbul edilməsidir. Vergi ödəyicisinin o hüququndan istifadə etməsi hələ həmin bəyannamənin qəbul edilməsi, borcunun azalması anlamına gələ bilməz. Vergi ödəyicisinin verdiyi hər bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmadığı müddətcə həmin bəyannamənin göstəriciləri əsas götürülə bilməz. Vergi Məcəlləsinin 149.2-ci maddəsinə əsasən fiziki şəxslər hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanlarına bəyannamə verirlər. Həmin Məcəllənin 151.3-cü maddəsinə əsasən vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dək bu barədə vergi orqanına məlumat verir. Eyni zamanda həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Həmin Məcəllənin 152.1-ci maddəsinə əsasən vergi ödəyiciləri vergi ili üçün bəyannamənin verilməsinin müəyyən edilmiş vaxtınadək son hesablamanı aparmalı və vergini ödəməlidirlər. Yuxarıda qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi gəlir vergisi bəyannaməsini hesabat ili bitdikdən sonra mart ayının 31-nə qədər vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi vergi borcunu ödəməkdən yayınmaq üçün borcun bir hissəsini ödəmiş, 967 manat borcu isə azaltmaqla belə bir yola əl atmış vergi borcunun müvəqqəti olaraq göstərilməsi üçün vergi orqanına azalma ilə dəqiqləşmiş bəyannamə təqdim etmiş, vergi ödəyicisinin bu addımı isə məhkəmənin nəzərindən yayınmışdır. Vergi ödəyicisinin hesablanmış vergi məbləğlərinə azalmalar verməsi onu həmin vergi borcunu ödəməkdən azad etmir. Təqdim olunmuş dəqiqləşmiş bəyannamə üzrə yuxarıda qeyd olunan müddətlər ərzində kameral vergi yoxlaması keçirildikdən və vergi ödəyicisinin hesablamaları qəbul edildikdən sonra vergi ödəyicisinin həmin dövr üzrə vergi borcunun olmamasını rəsmi şəkildə bildirmək olar. Lakin hazırkı vəziyyətdə vergi ödəyicisinin vergi orqanının borcun alınması istiqamətində addımlar atmasını əngəlləmək üçün hər dəfə dəqiqləşmiş bəyannamə təqdim etməsi vergi orqanını Vergi Məcəlləsi ilə vergi ödəyicisindən borcun alınması üçün ona verilmiş hüquqi imkanlardan məhrum etməklə yanaşı dövlət büdcəsini vergi daxil olmalarından məhrum edir, eyni zamanda vergi ödəyicisinə vergidən yayınmaq üçün imkan verir. Vergi Məcəlləsində vergi ödəyicisindən borcun alınması üçün müddətlər müəyyən edilmişdir. Sözügedən müddət ərzində vergi orqanı vergi borcunun ödənilməsini təmin etməli, bu müddət ərzində zəruri olan bütün yollardan istifadə etməlidir. Hazırkı durumda məhkəmənin vergi ödəyicisinin vergiləri ödəməkdən yayınmaq məqsədi ilə şəxsi hesab vərəqəsində vergi borcunu bəyannamə verərək az göstərməyini ödəniş kimi (eyni zamanda borcunun olmaması) qanunsuz olmuşdur. Göründüyü kimi vergi ödəyicisi ölkədən getmək hüququna qoyulacaq məhdudiyyət tədbirindən yayınmaq üçün vergi məbləği azaltmaqla bəyannamə təqdim etmiş, məhkəmə də həmin bəyannamə üzrə kameral vergi yoxlaması başa çatmamış vergi ödəyicisinin verdiyi azalmanı dolayısı ilə heç bir araşdırma aparmadan qəbul etmişdir. Şikayətə əlavə olunan yuxarıda qeyd olunan məktubdan görünür ki, vergi ödəyicisinin təqdim etdiyi bəyannamə formal olaraq tərtib olunmuş bəyannamə olmaqla, vergi məbləğinin müvəqqəti olaraq az göstərilməsinə, məhkəmənin süni olaraq mövqeyinin dəyişdirilməsinə hesablanmışdır. Göründüyü kimi qəbul edilmiş qərar məhkəmə tərəfindən tətbiq edilməli olan ümumdövlət və ictimai maraqların təmin edilməsi ilə bağlı olan münasibətləri tənzimləyən publik hüquq sahəsinə aid maddi hüquq normalarının dairəsinin tam və düzgün müəyyən edilməməsinin, işə birtərəfli yanaşılmasının məntiqi nəticəsidir. Hazırkı iş üzrə, vergi ödəyicisi vergi orqanı tərəfindən məhkəməyə verilmiş “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması ilə bağlı” ərizədən sonra “azalma vermişdir”. Birinci instansiya məhkəməsi işi hərtərəfli araşdıra və verilmiş azalmaların təsdiq edilməməsini görə bilərdi ki, bununla da borc öz təsdiqini tapa bilərdi.
8. Məhkəmə kollegiyasının iclasında maraqlı şəxs apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, hal-hazırda heç bir vergi borcunun olmadığını bildirməklə birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.
9. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən işə ərizəçinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
10. Azərbaycan Respublikası Vergi Məcəlləsi: Maddə 1.4. bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Maddə 16.1.1. Qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Maddə 23.1.15-3. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur.
11. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsi: Maddə 9.3.6-1. Vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər.
12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri ...14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1.12. Vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Maddə 355-5.1. Ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
13. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, maraqlı şəxsi dinləyərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
14. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin ərizənin təmin edilməməsinə dair mövqeyi ilə razılaşır və apellyasiya şikayətinin müvafiq dəlilləri ilə bağlı qeyd edir ki, ərizəçi apellyasiya şikayətinin əsası kimi istinad etdiyi halları təsdiq edən sübutları, o cümlədən təqdim olunmuş dəqiqləşmiş bəyannamə üzrə qanunvericilikdə nəzərdə tutulmuş müddət ərzində kameral vergi yoxlaması keçirilməsi, nəticədə maraqlı şəxsin qanuni təmsilçisi olduğu vergi ödəyicisinə müvafiq dövr üzrə vergi borcunun hesablanmasına dair hər hasnı sübutu məhkəmə kollegiyasına təqdim etməmişdir. Əksinə, maraqlı şəxsin özünün məhkəməyə təqdim etdiyi, habelə “Elektron məhkəmə” İnformasiya sistemi vasitəsi ilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin elektron axtarış sistemindən, həmin xidmətin İnternet Vergi İdarəsinin səhifəsinə “Borc barədə məlumatın verilməsi” xidmətidən istifadə etməklə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN: **********) barədə əldə edilmiş məlumatlarda vergi borcunun 0.00 manat kimi görsəndiyi müəyyən edilmişdir. Verilmiş suallara cavab olaraq Maraqlı şəxs birinci instansiya məhkəməsinin qətnaməsinin qəbul edildiyi tarixdən hal-hazıradək qanuni təmsilçisi olduğu hüquqi şəxs barəsində hər hansı yeni vergi yoxlamasının aparılmadığını və borcun olması barədə bildirişin təqdim edilmədiyini bildirmişdir.
15. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 25 iyul 2025-ci il tarixli, e-2-2(119)-1216/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.