Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-150/2021 11.10.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və İlqar Kamal oğlu Dəmirovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı1 nümayəndəsi- Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə1, Cavabdeh1 nümayəndəsi - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə2 iştirakı ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2- 2(119)-31/2021 nömrəli qərardadından Cavabdeh1 tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, “1. Cavabdeh2 MMC ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/438 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/438-1 saylı zaminlik müqaviləsi ləğv olunması və lizinq müqaviləsi üzrə əsas borc kimi 74905 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72122 ABŞ dolları olmaqla, cəmi 179887 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 2. Cavabdeh1 ilə 02 iyul 2012-ci ildə bağlanmış 12/439 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/439-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və lizinq müqaviləsi üzrə əsas borc kimi 74908 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 32860 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 72126 ABŞ dolları olmaqla, cəmi 179894 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 3. Cavabdeh2 MMC ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/480 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh1 ilə eyni tarixdə bağlanmış 12/480-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və lizinq müqaviləsi üzrə əsas borc kimi 94839 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 34110 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210383 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması; 4. Cavabdeh1 ilə 21 sentyabr 2012-ci ildə bağlanmış 12/481 saylı lizinq müqaviləsi və həmin müqavilədəki öhdəliyin təminatı kimi Cavabdeh2 MMC ilə eyni tarixdə bağlanmış 12/481-1 saylı zaminlik müqaviləsinin ləğv edilməsi və lizinq müqaviləsi üzrə əsas borc kimi 93622 ABŞ dolları, lizinq mükafatı (maraq faizi) kimi 35862 ABŞ dolları və gecikməyə görə dəbbə pulu kimi 81433 ABŞ dolları olmaqla, cəmi 210917 ABŞ dolları məbləğində pulun hər iki cavabdehdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı1 “iddianın təmin tədbirinin tətbiq edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, işə mahiyyəti üzrə baxılıb qurtaranadək iddianın təmin tədbiri olaraq Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 dekabr 2020-ci il tarixli **********27 nömrəli məktubunda sadalanan Cavabdeh1 məxsus olan bütün daşınmaz əmlakların, yəni Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 4/5-2156/2157 saylı bağ evinin; Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evinin; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının (23 saylı mebel mağazası); ünvan 2 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi-300 kv.m); Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi-565 kv.m); ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin; Abşeron rayonu, Saray qəsəbəsi, ‘Villa Badam" yaşayış kompleksində yerləşən A/3, A/4, A/10, A/12, A/13, A/21, N21, A/37, A/40, A/41, A/46, A/47, A/64, A/65, A/68, A/71, A/72, A/78, A/80, B/02, B/03, B/06, B/08, B/12, B/15, B/21, B/23, B/25, B/31, B/38, B/40, B/41, B/48, C/16, C/44, C/20, C/22, C/37, C/39, D/1, E/2, E/3, E/4, E/6, E/7, E/11 nömrəli fərdi yaşayış evlərinin; qeyri-yaşayış binası; Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,2052 ha, 0,7796 ha, 0,2873 ha, 0,7795 ha, 0,041 ha, 0,5335 ha, 0,287 ha, 0,9444 ha, 0,0821 ha, 0,02 ha, 0,1334 ha, 0,2261 ha həyətyanı və 0,1202 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,4701 ha, 0,234 ha, 0,3191 ha 0,3263 ha 0,8206 ha, 0,2341 ha, 0,4701 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı Sumqayıt şossesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (23 nömrəli mağaza); Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" ərazisində yerləşən fərdi yaşayış evinin; Abşeron rayonu, Masazır kəndində yerləşən 0,37 ha, 1,1499 ha kənd təsərrüfatı təyinatlı, 0,7316 ha və Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində 1, 2, 3, A, A1, 2A nömrəli çoxmərtəbəli yaşayış binalarının yerləşdiyi 0,0284 ha, 0,0551 ha, 0,0052 ha, 0,0032 ha, 0,0026 ha sahibkarlıq məqsədli torpaq sahələrinin; Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində yerləşən 1B, 2B və 3B qeyri-yaşayış binalarının; Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsinin qadağan edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı1 MMC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MMC-yə qarşı iddia ərizəsinə dair iş üzrə gələcəkdə iddiaçının iddia tələblərinin təmin olnacağı halda, çıxarılacaq qətnamənin icrasını mümkün etmək və ya asanlaşdırmaq üçün cavabdehlərin hazırda mülkiyyətlərində olan əmlakların özgəninkiləşdirilməsi qadağan edilməlidir. DƏDRX-nin 14 dekabr 2020-ci il tarixli **********27 saylı məktubundakı məlumatlara əsasən Cavabdeh1 mülkiyyətində bir sıra daşınmaz əmlakların olması təsdiq edilir. Cavabdeh 3 ildən artıqdır ki, lizinq borcunun böyük hissəsini etiraf etsə də, heç bir məbləğdə ödəniş etmir. Bu hal onun öhdəliklərinin icrasından boyun qaçırmasını və bunu gələcəkdə də davam etdirəcəyini təsdiq edir. Belə ki, cavabdeh əmlaklarını özgəninkiləşdirməklə, bundan yayına biləcəkdir. İddia tələbinin həcmi böyük olduğu üçün Cavabdeh1 məxsus bütün əmlakların özgəninkiləşdirilməsi qadağan edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2- 2(119)-31/2021 nömrəli qərardadı ilə ərizə qismən təmin edilmiş, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2nə qarşı “lizinq müqaviləsi üzrə hesablanmış lizinq ödənişlərinin ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə mahiyyəti üzrə baxılanadək iddianın təmin tədbiri kimi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 14 dekabr 2020-ci il tarixli **********27 nömrəli məktubunda sadalanan Cavabdeh1 məxsus - Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evinin; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının (23 saylı mebel mağazası); ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi-300 kv.m); Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi-565 kv.m); Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,7796 ha, 0,7795 ha və 0,9444 ha həyətyanı torpaq sahələrinin; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,4701 ha, 0,3191 ha, 03263 ha və 0,8206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı Sumqayıt şossesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (23 nömrəli mağaza); Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" ərazisində yerləşən fərdi yaşayış evinin; Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində yerləşən 1B, 2B və 3B qeyri-yaşayış binalarının; Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin - özgəninkiləşdirilməsi qadağan edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin həmin iş üzrə qəbul edilmiş 04 iyun 2021-ci il tarixli 2-2(119)-31/2021 nömrəli qətnaməsindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən apellyasiya şikayətləri verilmiş və apellyasiya şikayətləri baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. Həmin kommersiya işinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılarkən Cavabdeh1 “Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-2(119)- 31/2021 nömrəli qərardadı ilə iddianı təmini tədbiri kimi qoyulmuş qadağaların qismən ləğv edilməsi” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmiş və iddianın təmin tədbiri olaraq özgəninkiləşdirilməsi qadağan olunmuş Şamaxı rayonu Çuxuryurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, Bakı şəhəri Əzizbəyov (indiki Xəzər) rayonu, Şüvəlan qəsəbəsi, 0,2 ha torpaq sahəsində yerləşən 2 mərtəbəli 6 otaqlı 3 nömrəli yaşayış evi və Abşeron rayonu Hökməli qəsəbəsi “At yalı” ərazisində 0,6 ha torpaq sahəsində yerləşən 4 ədəd yaşayış binası istisna olmaqla (həmin əmlaklar üzərinə iddianı təmini tədbiri kimi qoyulmuş qadağa saxlanılmaqla), digər əmlakların ünvan 10 ünvanda yerləşən qeyri-yaşayış binasının (23 saylı mebel mağazası); ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin; Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi-300 kv.m); Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən qeyriyaşayış sahəsinin (ümumi sahəsi-565 kv.m); Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0,7796 ha, 0,7795 ha və 0,9444 ha həyətyanı torpaq sahələrinin; Abşeron rayonu Novxanı kəndində yerləşən 0,4701 ha, 0,3191 ha, 03263 ha və 0,8206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı-Sumqayıt şossesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (23 nömrəli mağaza); Abşeron rayonu Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində yerləşən 1B, 2B və 3B qeyri-yaşayış binalarının özgəninkiləşdirilməsinin qadağan edilməsi ilə bağlı qoyulmuş qadağanın (məhdudiyyətin) ləğv edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 ərizəni onunla əsaslandırmışdır ki, işə apellyasiya qaydasında baxılması uzun müddət çəkə bilər. Mülkiyyətdə olan əmlakların üzərində bu müddət ərzində lüzumsuz olaraq həbsin qalması cavabdehin hüquqlarını kobud şəkildə pozur və ona ziyan vurulması ilə nəticələnir. Bu səbəbdən işə apellyasiya qaydasında baxılmamışdan əvvəl bu ərizəyə baxılmalıdır. Belə ki, İddiaçı1 MMC-nin cavabdehə qarşı irəli sürdüyü iddia tələbləri qismən təmin edilmiş və cəmi 247416,39 ABŞ dolları məbləğində pulun tutulması qət edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 04.06.2021-ci il tarixli 2-2(119)- 31/2021 saylı qətnaməsi qüvvəyə minməsə də, həmin qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilməmişdir. Yəni iddiaçı faktiki olaraq çıxarılan məhkəmə qətnaməsi ilə razıdır və tutulan pul məbləği onu qane edir. Ümumiyyətlə iddiaçının məhkəmədə irəli sürdüyü iddianın ümumi məbləği 390811 ABŞ dolları təşkil etmişdir. İddianın təmini tədbiri ilə özgəninkiləşdirilməsi qadağan edilmiş əmlakların dəyəri tələb olunan borcdan qat-qat çoxdur. Belə olan halda mülkiyyətindəki bir neçə əmlak borcun ödənilməsi üçün kifayət edirsə, bütün əmlakların özgəninkiləşdirilməsinin qadağan edilməsinə zərurət yoxdur. Ümumiyyətlə prosessual qanunvericiliyin tələblərinə əsasən qeyd olunmalıdır ki, əmlak üzərinə həbs iddia tələbi həddində qoyulmalıdır. Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2(119)- 31/2021 saylı qərardadı ilə Cavabdeh1 “Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2-2(119)-31/2021 nömrəli qərardadı ilə iddianı təmini tədbiri kimi qoyulmuş qadağaların qismən ləğv edilməsi” barədə ərizəsi təmin edilməmişdir. (hakim Z.Sadiqov) Cavabdeh1 20 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Sumqayıt Kommersiya Məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli 2-2(119)-31/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə qərardadında ərizəni rədd edərkən AR MPM-nin 162.4-cü maddəsinə istinad etmiş və belə qənaətə gəlmişdir ki, iddianı təmini tədbiri məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır. Qeyd olunmalıdır ki, məhkəmə tərəfindən qanunun yuxarıda göstərilən tələbləri düzgün tətbiq edilməmişdir. Eyni zamanda məhkəmə iddianı təmini tədbiri ilə bağlı qanunda nəzərdə tutulan digər tələbləri də nəzərə almamışdır. AR MPM-nin 158.4-cü maddəsinə əsasən cavabdehin əmlakı iddia tələbi həddində siyahıya alınır. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158- ci maddələrinin bəzi müddəalarına dair” AR Konstitusiya Məhkəməsi Plenumunun 14.03.2018-ci il tarixli qərarında Plenum xüsusi ilə qeyd etmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: - bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; - bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; - tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Konstitusiyanın 71-ci maddəsinin İİ hissəsində mütənasiblik prinsipi “hüquq və azadlıqların məhdudlaşdırılması dövlət tərəfindən gözlənilən nəticəyə mütənasib olmalıdır” kimi ifadə olunmuşdur. Mütənasiblik prinsipi İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra - Avropa Məhkəməsi) təcrübəsində möhkəmlənmiş və sonuncu tərəfindən “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya ilə nəzərdə tutulmuş hüquq və azadlıqların məhdudlaşdırılmasının mümkünlüyünün müəyyən edilməsi üçün aktiv şəkildə istifadə olunur. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 şikayətin təmin edilməsini xahiş etdi və məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək audit rəyi ilə qiymətləndirilmiş əmlaklardan başqa, ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının (23 saylı mebel mağazası) da özgəninkiləşdirilməsinin qadağan edilməsinə etiraz etmədiyini bildirdi və həmin əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışı məhkəmə kollegiyasına təqdim etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 şikayətə etiraz edərək şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanmasını xahiş etdi və bildirdi ki, əmlakın real bazar dəyəri anlayışından başqa, likvid dəyəri də mövcuddur. Qeyd edilən əmlaklar yüksək məbləğdə qiymətləndirilmişlər. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin 10 sentyabr 2021-ci il tarixli və 21 sentyabr 2021-ci il tarixli qərardadları ləğv edilməli və cavabdehin ərizəsi qismən təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157.1-ci maddəsinə əsasən hakim işdə iştirak edən şəxsin ərizəsi ilə iddianı təmin etmək üçün tədbirlər görə bilər. İddianın təmin edilməsinə prosesin istənilən mərhələsində yol verilir. Həmin Məcəllənin 158.1-ci maddəsinə əsasən, məhkəmə - iddianı təmin etmək üçün müəyyən hərəkətləri etməyi cavabdehə qadağan edə (maddə 158.1.2) və mübahisə predmetinə aid olan müəyyən hərəkətləri etməyi başqa şəxslərə qadağan edə (maddə 158.1.3) - bilər. Birinci instansiya məhkəməsinin mübahisələndirilən qərardadında cavabdehin ərizəsinin rədd edilməsi onunla əsaslandırılmışdır ki, «Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsində iddianın təmin edilməsi tədbirlərinin ləğv oluna bilməsi nəzərdə tutulsa da, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə məhkəmə qətnaməsi qəbul edilmiş olduğu hallarda - iddianın təmin tədbirinin qüvvədə olması müddətləri (vaxtı) birmənalı olaraq qanunvericilik tərəfindən müəyyən olunmuşdur. Belə ki, iddia rədd edildikdə - məhkəmənin qəbul etdiyi iddianı təmin etmə tədbirləri qətnamə qanuni qüvvəyə minənə qədər saxlanıldığı və eləcə də, məhkəmənin iddianın rədd olunması barədə qətnamə ilə eyni zamanda və ya qətnamə çıxarıldıqdan sonra, iddianın təmin olunmasını ləğv etmək haqqında qərardad çıxara bilməsi hüququ müəyyən olunsa da (maddə 162.3) iddia təmin edildikdə - onun təmin edilməsi üçün görülmüş tədbirlər məhkəmə aktının icrasına qədər öz qüvvəsini saxlamalıdır (maddə 162.4).” Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Çünki məhkəmə nəzərə almamışdır ki, müvafiq ərizə ilə məhkəməyə müraciət edərkən cavabdeh həmin qərardadı tam mübahisələndirməmiş, sadəcə həmin qərardadla özgəninkiləşdirilməsinə qadağa qoyulmuş əmlakların iddia tələbi ilə mütənasib olmamasına əsaslanmış və həmin əmlakların bir qismi üzərində qadağalar saxlanılmaqla digər qismi üzərindən qadağanın götürülməsini xahiş etmişdir. Bununla bağlı cavabdeh istinad etdiyi həmin dəlilin təsdiqi kimi şikayətə əmlakların qiymətləndirilməsi ilə bağlı auditor rəyləri əlavə etmişdir. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin bəzi müddəalarına dair” 14 mart 2018- ci il tarixli Qərarında qərara alınmışdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin 2-ci hissəsinin, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 157 və 158-ci maddələrinin tələblərinə uyğun olaraq məhkəmələr işdə iştirak edən şəxs tərəfindən ərizədə iddianı təmin etmə tədbirlərinin tətbiq edilməsinin kifayət qədər əsaslandırılmasına xüsusi diqqət yetirməli, ərizədə irəli sürülən dəlillərin əsaslı olub-olmamasına hərtərəfli qiymət verməli, iddia tələbi ilə bu tədbirlər arasında əlaqənin mövcud olmasını yoxlamalı, tətbiq olunan tədbirin irəli sürülmüş tələbə mütənasib olmasını və işdə iştirak edən bütün şəxslərin qanuni mənafelərini təmin etməklə əsaslandırılmış məhkəmə aktı qəbul etməlidir. Məhkəmə nəzərə almamışdır ki, istinad etdiyi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qeyd olunan qərarında göstərilmişdir ki, iddianın təmin edilməsi mülki iş üzrə çıxarılacaq məhkəmə qətnaməsinin gələcəkdə icrasını təmin etmək məqsədilə tətbiq olunan prosessual tədbir olmaqla, üç əsas meyara cavab verməlidir: 1) bu tədbirlər, onların tətbiqi üçün əsaslar olduğu halda kifayət qədər qısa zaman ərzində tətbiq edilməlidir; 2) bu tədbirlər müvəqqəti xarakter daşımalıdır; 3) tətbiq olunan tədbirlər verilmiş iddia tələblərinə mütənasib olmalıdır. Məhkəmə isə Konstitsiya Məhkəməsi Plenumunun qərarında qeyd olunan meyarlar baxımından iddiaçının ərizəsinə hüquqi qiymət verməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş auditor rəylərindən görünür ki, 03 avqust 2021-ci il tarixə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evinin bazar dəyəri 1 050 000 (bir milyon əlli min) manat məbləğində, Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" ərazisində yerləşən fərdi yaşayış evinin orta bazar qiymətləri dəyəri 04 avqust 2021-ci il tarixə 500 000 (beş yüz min) manat məbləğində, Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,0 ha torpaq sahəsinin bazar dəyəri 200 000 (iki yüz min) manat məbləğində müəyyən edilmişdir. Beləliklə sadalanan 3 əmlakın bazar dəyərinin auditor rəyi ilə 1 750. 000 manat olduğu müəyyən olunur. Bundan başqa, məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binasının (23 saylı mebel mağazası) da özgəninkiləşdirilməsinin qadağan edilməsinə etiraz etmədiyini bildirmiş və bununla bağlı ərizə, həmin əmlakla bağlı Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarış təqdim etmişdir. Məhkəmə kollegiyası iddiaçı tərəfindən Cavabdeh1 münasibətdə irəli sürülmüş iddia tələbinin həcmini nəzərə alaraq sadalanan əmlaklardan başqa cavabdehin ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin də özgəninkiləşdirilməsinin qadağan edilməsini məqsədəmüvafiq hesab edir. Beləliklə qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası cavabdehin şikayətinin birinci instansiya məhkəməsinin qərardadının əsassız olduğunu vurğulayan dəlilləri ilə qismən razılaşır və belə qənaətə gəlir ki, onun şikayəti qismən təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21.09.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı qərardadları ləğv edilməli, ərizə qismən təmin edilməli, kommersiya işinə mahiyyəti üzrə baxılanadək Sumqayıt Kommersiya Məhkəməsinin 18.05.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı qərardadı ilə cavabdehin Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evi; ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (23 saylı mebel mağazası); ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi; Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" ərazisində yerləşən fərdi yaşayış evi; Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağan saxlanılmaqla, Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi-300 kv.m); Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin (ümumi sahəsi-565 kv.m); Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,7796 ha, 0,7795 ha və 0,9444 ha həyətyanı torpaq sahələrinin; Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,4701 ha, 0,3191 ha, 03263 ha və 0,8206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələrinin; Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı Sumqayıt şossesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsinin (23 nömrəli mağaza); Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin; Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində yerləşən 1B, 2B və 3B qeyri-yaşayış binalarının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağan ləğv edilməlidir. MPM-in 162.1-ci maddəsinə əsasən iddianın təmin edilməsi məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin xahişi ilə həmin məhkəmənin özü tərəfindən ləğv oluna bilər. Göstərilənlərə əsasən və MPM-in 363-364, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh1 şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 10.09.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı və şikayət təmin edilmədən işin apelyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə məhkəmənin 21.09.2021-ci il tarixli, 2-2(119)-31/2021 saylı qərardadları ləğv edilsin. Cavabdehin ərizəsi qismən təmin edilsin. Kommersiya işinə mahiyyəti üzrə baxılanadək, Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2- 2(119)-31/2021 nömrəli qərardadı ilə cavabdehin aşağıdakı əmlaklarının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağan saxlanılsın:
1. Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, 3 saylı bağ evi;
2. ünvan 1 ünvanda yerləşən qeyri-yaşayış binası (23 saylı mebel mağazası);
3. ünvan 9 ünvanda yerləşən qeyri-yaşayış sahəsi;
4. Abşeron rayonu, Hökməli qəsəbəsi, "At yalı" ərazisində yerləşən fərdi yaşayış evi;
5. Şamaxı rayonu, Çuxuryurd kəndində yerləşən 1,0 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi. Sumqayıt Kommersiya Məhkəməsinin 18 may 2021-ci il tarixli 2- 2(119)-31/2021 nömrəli qərardadı ilə cavabdehin aşağıdakı əmlaklarının özgəninkiləşdirilməsi ilə bağlı qoyulmuş qadağan ləğv edilsin:
1. Bakı şəhəri, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi-300 kv.m);
2. Bakı şəhəri, ünvan 5 ünvanda yerləşən qeyri-yaşayış sahəsi (ümumi sahəsi-565 kv.m);
3. Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,7796 ha, 0,7795 ha və 0,9444 ha həyətyanı torpaq sahələri;
4. Abşeron rayonu, Novxanı kəndində yerləşən 0,4701 ha, 0,3191 ha, 03263 ha və 0,8206 ha kənd təsərrüfatı təyinatlı torpaq sahələri;
5. Abşeron rayonu, Xırdalan qəsəbəsi, Bakı Sumqayıt şossesi 133İ ünvanında yerləşən qeyri-yaşayış sahəsi (23 nömrəli mağaza);
6. Abşeron rayonu, Masazır kəndində yerləşən 1,1499 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi;
7. Abşeron rayonu, Masazır kəndi, Duz zavodu yolu-3, "Rahat Nəfəs" yaşayış kompleksində yerləşən 1B, 2B və 3B qeyri-yaşayış binaları. Ərizə qalan hissədə təmin edilməsin. Qərardad dərhal icraya yönəldilsin. Qərardad çıxarıldığı andan qüvvəyə minir və ondan kassasiya şikayəti verilə bilməz.