Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-151/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsində məhkəmələr arasında yaranmış fikir ayrılığının həll edilməsi məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi xüsusi icraat qaydasında ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edərək 25 iyul 2024-cü il tarixə hesablanmış dövlət büdcəsinə olan 4388,18 (dörd min üç yüz səksən səkkiz manat, on səkkiz qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxx 2002- ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Bakı Kommersiya Məhkəməsinin 25 oktyabr 2024-cü il tarixli qərardadı ilə həmin kommersiya işi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir (hakim Kənan Hüseynov). Məhkəmə qərardadını maraqlı şəxsin Qubadlı rayonunun Xocahan kəndində qeydiyyatda olması və həmin ünvanın Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olması ilə əsaslandırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 27 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 2123/2024 nömrəli qərardadı ilə Bakı Kommersiya Məhkəməsindən Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmiş ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair e-2-2(113)-7897/2024 nömrəli kommersiya işinin ərazi aidiyyətinin müəyyən edilməsi məqsədi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Fərman Həmidli). Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə əsasən məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir. Mülki Prosessual Məcəllənin 355-5.2-ci maddəsinə əsasən «ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması» haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Ona görə də, məhkəməyə təqdim olunan ərizədə maraqlı şəxsin yaşadığı ünvan göstərilməli və maraqlı şəxsin yaşadığı ünvan nəzərə alınmaqla, həmin ərizə ərazi aidiyyəti üzrə müvafiq Kommersiya Məhkəməsinə verilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsi tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinə ünvanlanmış 3-36-3/2-3931/2024 nömrəli, xx.xx.2024-cü il tarixli məktuba əsasən müəyyən edilir ki, Maraqlı şəxs faktiki olaraq Bakı şəhəri, Xətai rayonu, Neapol 43, 2 nömrəli TPL yataxanasında məskunlaşmışdır. Buna görə ərizəçi yuxarıda qeyd olunan MPM-nin 355-5.2-ci maddəsinə əsasən maraqlı şəxsin məcburi köçkün kimi müvəqqəti rəsmi qeyd alındığı və faktiki yaşadığı ünvan üzrə hazırki ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Maraqlı şəxsin qeydiyyat ünvanının ünvan 5ə Sumqayıt Kommersiya Məhkəməsində baxılması üçün əsas ola bilməz. Belə ki, hal-hazırda qeyd olunan ünvanda məlum səbəblərə görə yaşayış mövcud deyildir. Buna görə hazırki işin məhkəmə ərazi aidiyyətinin müəyyən edilməsi üçün maraqlı şəxsin yaşayış ünvanı üzrə Azərbaycan Respublikası Qaçqınların və X1 üzrə Dövlət Komitəsində faktiki yaşayış ünvanı kimi qeydiyyatda olduğu rəsmi məlumat əsas götürülməlidir. Yuxarıda şərh olunanlardan göründüyü kimi ərizəçi düzgün olaraq MPM-nin 355-5.2ci maddəsinə əsasən maraqlı şəxsin özünün vergi orqanında göstərdiyi yaşayış ünvanı üzrə hazırki ərizə ilə Bakı Kommersiya Məhkəmsinə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 40.1-ci maddəsinə əsasən ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 45.4 və 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəsinə dair kommersiya işi baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2-2(105)-151/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-151/2024
16.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver