Məhkəmə qərarları › İş №2-2(105)-155/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-155/2024

16.12.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-155/2024 16.12.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Hacıyev Vahid Məcid oğlu və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizəyə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1585/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyü məsələsinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 avqust 2024-cü il tarixinə hesablanmış dövlət büdcəsinə olan 6176636,91 (altı milyon yüz yetmiş altı min altı yüz otuz altı manat, doxsan bir qəpik) manat məbləğində vergi borcunun, Dövlət Sosial Müdafiə Fonduna olan 584,64 (beş yüz səksən dörd manat, altmış dörd qəpik) manat məbləğində borcun və İcbari Tibbi Sığorta Fonduna olan 93,46 (doxsan üç manat, qırx altı qəpik) manat məbləğində borcun ödənilməsini təmin etmək üçün vergi ödəyicisi - xx xxxxxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs (VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1585/2024 nömrəli qətnaməsi ərizənin təmin edilməsi, 21 avqust 2024-cü il tarixinə hesablanmış 6176636,91 (altı milyon yüz yetmiş altı min altı yüz otuz altı manat, doxsan bir qəpik) manat məbləğində vergi borcunun dövlət büdcəsinə, 584,64 (beş yüz səksən dörd manat, altmış dörd qəpik) manat məbləğində borcun Dövlət Sosial Müdafiə Fonduna və 93,46 (doxsan üç manat, qırx altı qəpik) manat məbləğində borcun İcbari Tibbi Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi - xx xxxxxxxx 1973-cü il təvəllüdlü Maraqlı şəxs (FİN: xxxxxxx, VÖEN: **********) ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Fərman Həmidli). Qətnamədən narazı qalan Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə apellyasiya şikayəti vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1585/2024 nömrəli Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-1585/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Fərman Həmidli). Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)- 1585/2024 nömrəli Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e- 2-2(119)-1585/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinin geri qaytarılması qərara alınmışdır (hakim Fərman Həmidli). Maraqlı şəxs xx.xx.2024-cü il tarixdə yenidən apellyasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası maraqlı şəxs tərəfindən verilən apellyasiya şikayətinin AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun verilməsinin və 366-cı maddəsinə əsasən mümkün hesab olunmasının açıq məhkəmə iclasında yoxlanılmasını zəruri hesab etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər. Maraqlı şəxs məhkəmə iclasının təxirə salınması barədə teleqram ünvanlamışdır. Məhkəmə kollegiyası teleqrama məkəmə prosesində üzrlü səbəbdən iştirak etməməsini sübut edən sübutlar əlavə edilmədiyindən MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası iş materiallarını, apellyasiya şikayətini nəzərdən keçirib hesab edir ki, hazırki iş üzrə Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363-cü maddəsinin tələbinə əsasən qeyrimümkün hesab edilməli və şikayət kommersiya işi ilə birlikdə geri qaytarılmalıdır. Belə ki, Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1585/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 361-ci maddəsinin tələblərinə uyğun gəlmədiyindən Sumqayıt Kommersiya Məhkəməsinin 23 noyabr 2024-cü il tarixli, e-2- 2(119)-1585/2024 nömrəli və 29 noyabr 2024-cü il tarixli, e-2-2(119)-1585/2024 nömrəli qərardadları ilə geri qaytarılmışdır. Bundan sonra Maraqlı şəxs yenidən Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1585/2024 nömrəli qətnaməsindən 02 dekabr 2024-cü il tarixdə apellyasiya şikayəti versə də, iş üzrə müddətin bərpa edilməsinə dair vəsatət təqdim etməmişdir. İş materiallarına əsasən də müəyyən edilir ki, Maraqlı şəxs yenidən Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)-1585/2024 nömrəli qətnaməsini rəsmi olaraq xx.xx.2024-cü il tarixdə almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Maraqlı şəxs apellyasiya şikayəti AR MPM-in 361-ci maddəsinin tələblərinə uyğun formada verilməmişdir. Belə ki, AR MPM-in 361-ci maddəsinə əsasən şikayəti verən şəxsin tələbi və məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi; şikayət verən şəxsin məhkəmə aktını düzgün hesab etmədiyi konkret əsaslar; şikayət verən şəxsin istinad etdiyi konkret fakt və hallar, habelə onları təsdiq edən sübutlar apellyasiya şikayətində göstərilməli olduğu halda, qeyd edilən tələblərə əməl edilmədən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, maraqlı şəxs apellyasiya şikayətini müddət ötürülməklə verdiyindən müddətin bərpası barədə ərizə ilə məhkəməyə müraciət etməli və bu kimi halda prosessual müddətin bərpa edilməsi məsələsi birinci instansiya məhkəməsi tərəfindən araşdırıla bilər. Göründüyü kimi, birinci instansiya məhkəməsi apellyasiya şikayətinin mülki prosessual qanunvericiliyin tələblərinə uyğunluğunu tam yoxlamamış, prosessual müddətlə bağlı məsələyə münasibət bildirməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Halbuki, məhkəmə aktlarından apellyasiya şikayəti verildiyi halda MPM-in 361 və 363-cü maddələrinin tələblərinin yoxlanılması birinci instansiya məhkəməsinin səlahiyyətinə aiddir. Həmin Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 363.1.1-1-ci maddəsinə əsasən apellyasiya şikayəti Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə riayət edilmədən verilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. Həmin Məcəlləsinin 366.2-ci maddəsinə əsasən əgər apellyasiyanın mümkünlüyü üçün əsas yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Qeyd olunanlara əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263-264, 363, 366, 400, 402, 405.0.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 17 sentyabr 2024-cü il tarixli, e-2-2(119)- 1585/2024 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayəti kommersiya işi ilə birlikdə Sumqayıt Kommersiya Məhkəməsinə qaytarılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar