Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-16/2023 03.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı verilmiş «ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması» barədə ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2022ci il tarixli, e-2-2(119)-1278/2022 nömrəli qətnaməsindən Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı Ərazi Vergilər İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 18 iyul 2022-ci il tarixinə hesablanmış Xaçmaz Parklar və İşıqlandırma İdarəsinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 1,63 (bir manat 63 qəpik) manat məbləğində borcunun, İşsizlikdən Sığorta Fonduna olan 0,33 (33 qəpik) manat məbləğində borcunun, Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin (VÖEN: **********) Dövlət Sosial Müdafiə Fonduna olan 9043,39 (doqquz min qırx üç manat 39 qəpik) manat məbləğində borcunun ödənilməsini təmin etmək üçün həmin qurumların icra orqanlarının rəhbəri - xx xxxx 1969cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1278/2022 nömrəli qətnaməsi ilə ərizənin təmin edilərək 18 iyul 2022-ci il tarixinə hesablanmış Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 9043,39 (doqquz min qırx üç manat 39 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna, Xaçmaz Parklar və İşıqlandırma İdarəsinin 0,33 (33 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, 1,63 (bir manat 63 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılması qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Maraqlı şəxs apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2-2(119)-1278/2022 nömrəli qətnaməsinin ləğv edilərək ərizənin təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, Yergüc İƏD üzrə nümayəndəsi vəzifəsinə 02 avqust 2021-ci il tarixdə təyin olunmuşdur. 3 saylı Ərazi Vergilər İdarəsinin ərizəsində göstərilən 9043.39 manat məbləğində vergi borcu Yergüc İƏD-də bu tarixdən xeyli əvvəl yaranmışdır. Xaçmaz RİHB-nin 13 oktyabr 2022-ci il tarixli əmri ilə o, Yergüc İƏD üzrə nümayəndə vəzifəsindən azad edilərək, Uzunoba İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Məhkəməyə həmçinin Xaçmaz RİHB-nin xx.xx.2020-ci il tarixli 02 saylı əmrinin surətini təqdim etmiş, həmin əmrlə o, Xaçmaz Parklar və İşıqlandırma İdarəsinin rəisi vəzifəsindən öz xahişi ilə xx.xx.2020-ci il tarixdən azad edilmişdir. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq apellyasiya şikayətini müdafiə etdiyini, üzrlü səbəblərdən məhkəmə kollegiyasının iclasında iştirak edə bilməyəcəyini, işə onun iştirakı olmadan baxılmasını xahiş etmiş, ərizəçinin nümayəndəsi isə səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2ci maddəsinə əsaslanaraq, onların iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə ləğv edilərək iddia təmin edilməməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi onunla əsaslandırılmışdır ki, məcburi dövlət ödənişləri üzrə öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1lduğu Xaçmaz Parklar və İşıqlandırma İdarəsinin 18 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 1,63 manat məbləğində borcu, İşsizlikdən Sığorta Fonduna 0,33 manat məbləğində borcu, Azərbaycan Respublikası Xaçmaz Rayon İcra Hakimiyyəti Başçısının Yergüc kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 iyul 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 9043,39 manat məbləğində borcu vardır və onlara həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilmişdir. Vergi ödəyicisi olan Maraqlı şəxs vergi öhdəliklərini lazımi qaydada yerinə yetirmədiyindən birinci instansiya məhkəməsi ərizəni təmin etmişdir. Maraqlı şəxs apellyasiya şikayətini «ərizədə göstərilən 9043.39 manat məbləğində vergi borcu Yergüc İƏD-də xeyli əvvəl yaranması, eləcə də Xaçmaz RİHB-nin 13 oktyabr 2022-ci il tarixli əmri ilə onun Yergüc İƏD üzrə nümayəndə vəzifəsindən azad edilərək Uzunoba İƏD üzrə nümayəndəsi vəzifəsinə təyin edilməsi» ilə əsaslandırmışdır. İş materiallarına əlavə olunmuş Xaçmaz Rayon İcra Hakimiyyəti başçısının 13 oktyabr 2022-ci il tarixli, 70 saylı əmrindən Çıxarışdan görünür ki, Maraqlı şəxs Xaçmaz RİHB-nin Yergüc İƏD-i üzrə nümayəndəsi vəzifəsindən azad edilərək xx.xx.2022-ci il tarixdən RİHB-nin Uzunoba İƏD-i üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. Həmin Məcəllənin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək - vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək - vergi orqanın hüququdur. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək vətəndaşın ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Həmin Məcəllənin 355-7.4-cü maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında qətnamə qəbul edildikdən dərhal sonra qüvvəyə minir və qətnamədən şikayətin verilməsi onun icrasını dayandırmır. İşin yuxarıda şərh olunan hallarına əsasən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün ərizədə göstərilən əsaslar aradan qalxmışdır. Belə ki, iş materiallarından müəyyən olunur ki, Maraqlı şəxs Xaçmaz RİHB-nin Yergüc İƏD-i üzrə nümayəndəsi vəzifəsindən azad edilərək xx.xx.2022-ci il tarixdən RİHB-nin Uzunoba İƏD-i üzrə nümayəndəsi vəzifəsinə təyin edilmişdir. Belə olan halda isə ərizəçi hüquqi şəxsin icra orqanının rəhbəri kimi Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasını tələb edilə bilməz. Buna görə birinci instansiya məhkəməsi qanunvericiliyin yuxarıda qeyd olunan məqsədləri baxımından Maraqlı şəxs ölkədən getmək hüququnu onun hüquqi şəxsin icra orqanının rəhbəri olduğu dövrlə əlaqədar müvəqqəti məhdudlaşdırmalı idi.Hazırda isə ərizənin təmin edilməsi üçün ərizədə göstərilən əsaslar aradan qalxmışdır. Azərbaycan Respublikası MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir (MPM 76.2). Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e- 2-2(119)-1278/2022 nömrəli qətnaməsi ləğv edilməli, iş üzrə yeni qətnamə qəbul edilməli, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Maraqlı şəxs tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 avqust 2022-ci il tarixli, e-2-2(119)- 1278/2022 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilsin. xx xxxx 1969-cu il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdirilmasina dair ərizə təmin edilməsin. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-16/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-16/2023
03.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver