Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-160/2025 24.12.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Xəlilov Ramin Adilxan oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Səlim Günay Asif qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil1, Cavabdeh və onun nümayəndəsi Vəkil3 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, e-2-2(119)-793/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti əsasında işə Sumqayıt Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ İşin halları
1. İş materiallarında olan Siyəzən rayon Polis Şöbəsinin “Cinayət işinin başlanmasının rədd olunması haqqında” 20 fevral 2025-ci il tarixli qərarından görünür ki, İddiaçı müraciəti əsasında aparılmış araşdırma ilə İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh müxtəli markalı toyuq yemləri satması, buna görə 82612 manat borcun yaranması müəyyən olunmuş, araşdırma nəticəsində Cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət təqibinin başlanması rədd edilmişdir. Cavabdeh həmin araşdırma zamanı verdiyi izahatında bildirmişdir ki, öz qeydiyyat dəftərində olan hesablamalara görə onun aldığı yem məhsullarına görə 82632 manat borcu var.
2. İş materiallarında olan "xxxx" MMC və İddiaçı arasında bağlanmış 01 fevral 2024cü il tarixli AS/25 nömrəli malların alqı-satqısı haqqında müqaviləyə əsasən satıcı müqavilənin ayrılmaz tərkib hissəsi sayılan əlavələrində və ya qaimə-fakturalarda göstərilən malları razılaşdırılmış çeşiddə, miqdarda, müddətdə və qiymətlə alıcıya satmağı, alıcı isə həmin malları alıb dəyərini müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə satıcıya ödəməyi öhdəsinə götürür.
3. İş materiallarında olan Cavabdeh məxsus dəftərin noyabr ayı ilə bağlı qeydiyyat aparılmış səhifəsinin aşağı sağ küncündə 82632 manat ümumi borcla bağlı qeydiyyat aparılmışdır.
4. İş materiallarında olan baytar-həkim X8 tərəfindən verilmiş 10 iyun 2025-ci il tarixli mütəxəssis rəyində qeyd olunmuşdur ki, 27 noyabr 2024-cü il tarixində o, Cavabdeh məxsus fermaya gedərək quşlardan qan analizi götürmüşdür. O, Cavabdeh məxsus üç fermada olmuş, hər üç fermada xəstə və ölmüş toyuqlar olduğunu müşahidə etmişdir. O, qan analizini ölməmiş, xəstə toyuqlardan götürmüşdür. Xəstə toyuqların ilkin müşahidəsinə əsasən onların zəhərlənmələri qənaətinə gəlmişdir. Xəstə toyuqlar yerə oturmuş halda hərəkətsiz olmuş, bəzilərində əsmə əlamətləri müşahidə olunmuşdur. Ümumiyyətlə toyuqlar havada və ya qidada olan zəhərdən zəhərlənə bilərdilər. Məsələn xırda heyvanlara yaxın yerdəki kimyəvi maddələr, pestisidlər havaya püskürdüldüyü halda, bu da həmin heyvanların zəhərlənməsinə səbəb ola bilər. Cavabdeh məxsus fermalarda standartlara uyğun havalandırma, qızdırıcı və soyuducu sistemlər var. Fermaların yaxınında bağçılıq təsərrüfatı yoxdur, orada pestisid və dərmanların səpilməsi fəaliyyəti aparılmır. Bu səbəblə mütəxəssis kimi toyuqların havadakı zəhərdən xəstələnib ölməsi istisna olunur. Həmin tarixdə fermada olarkən xəstə toyuqları ilkin müşahidə etdikdən sonra təzə ölmüş, hələ soyumamış üç toyuq yarmışdır, toyuqların qara ciyərinə baxış keçirmiş, qara ciyərlərin ləkəli formada, öd kisəsinin öd ilə dolu olduğu, bağırsaqların qan sağıntıları müşahidə olunmuşdur. Vəzli mədənin içqabığı soyularkən tez didilirdi, qan sağıntıları müşahidə olunurdu. Yuxarıdakılara əsasən ölmüş toyuqların verilən yemdən öldüklərini demək mümkündür. Həmin vaxt ətraf ərazilərdə heç bir yoluxucu xəstəlik və quş qripi müşahidə olunmamış və qeydə alınmamışdır. Adətən qeydə alınan yoluxucu xəstəliklər Cuma (Nyukastl) xəstəliyi və quş qripidir, rayonda digər yoluxucu xəstəlik müşahidə olunmur. Quşların əksəriyyəti ölümcül vəziyyətdə olduğuna görə onlara həmin vəziyyətdə dərman verilməsi tövsiyə olunmur. Cavabdeh quşların yeminin dəyişdirilməsi, Azərbaycan Respublikası X1 məlumat verməsi və quşlardan analiz götürülməsini təmin etməsi tövsiyə olunmuşdur.
5. İş materiallarında olan baytar-həkim Mustafa Bikiroğlu tərəfindən verilmiş 13 iyun 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh saxladığı toyuqlar Serebrits növündən olmuşdur. Hadisə ilə bağlı Cavabdeh fermasına ilk dəfə 19 noyabr 2024-cü il tarixində getmişdir. Fermada ölmüş və xəstə toyuqlar vardı, ölmüş toyuqlar kisələrə doldurularaq çıxarılırdı. O, hər sexdə 10-a yaxın ölmüş toyuq yarmışdır. Toyuqların mədəbağırsaq sistemində, pətənəkdə zəhərlənmə əlamətləri müşahidə olunmuşdur, belə ki, onların rəngi öd (tünd yaşıl) rəngində idi. Bağırsaqların üzərində qan sağıntıları var idi, qara ciyərləri şişkin idi, onları əllə sıxanda parçalanırdı. Ürəyin tac nöqtəsində qan ləkələri müşahidə olunurdu. Bunlar yemdən zəhərlənmənin göstəriciləridir. Bənzər simptomlar 2023-cü ildə də müşahidə olunmuşdu, o zaman da Cavabdeh məxsus toyuqlar yemdən zəhərlənmişdi. 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda hər hansı yoluxucu xəstəlik müşahidə olunmamış və qeydə alınmamışdır. Bununla bağlı ona hər hansı müraciət daxil olmamışdır.
6. İş materiallarında olan baytar-həkim X23 tərəfindən verilmiş 12 iyun 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh dəvəti ilə 25 noyabr 2025-ci il tarixində Siyəzən rayonunda yerləşən quşçuluq təsərrüfatına getmişdir. 3 ferma olmaqla, hər fermada xəstə və ölmüş toyuqlar olmuşdur, ölü toyuqlar kisələrə doldurularaq fermadan çıxarılırdı. O, müayinəni ölü toyuqlar üzərində aparmışdır. Hər fermada 10 ədəd ölü toyuq üzərində patoloji-anatomik yarma həyata keçirmişdir. Yarma nəticəsində quşların bağırsaqlarının selikli qişasının tamamilə sıradan çıxdığı müəyyən olunmuş, bağırsaqların üst qatında qan laxtalanmış, qaraciyər dumanlı formada olmuş, traxeyada iltihablar müşahidə olunmuşdur. Bunlar toyuqlarda yemdən zəhərlənmənin əlamətləridir. Yarma apardığı heç bir toyuqda quş qripinin əlamətləri müşahidə olunmamışdır. 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda hər hansı yoluxucu xəstəlik müşahidə olunmamış və qeydə alınmamışdır. Yemdən zəhərlənmənin ilkin mərhələsində quşlara şəkərli su verilməlidir, müayinə apardığı fermalarda zəhərlənmə irəli dərəcədə olmuşdur.
7. İş materiallarında olan Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məhkəməyə ünvanladığı 21 iyun 2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, X11 Təşkilatı tərəfindən ölkəmiz 22 yanvar 2024-cü il tarixindən etibarən yüksək patogen quş qripi xəstəliyindən azad statusuna malikdir. 2024- cü ilin noyabr ayından 2025-ci ilin aprel ayına qədər aparılmış monitorinqlərə görə sözügedən ərazidə xüsusi təhlükəli quş xəstəliklərinə rast gəlinməmişdir.
8. İş materiallarında olan 20 noyabr 2024-cü il tarixli Azərbaycan Standartlaşdırma İnstitutu tərəfindən verilmiş Uyğunluq Sertifikatından görünür ki, "xxxx" MMC-nin quş yemlərinin uyğunluğu qiymətləndirilmiş və müvafiq standartlara, normativ və texniki tələblərə cavab verdiyi nəticəsinə gəlinmişdir. Uyğunluq Sertifikatının etibarlılıq müddəti 19 noyabr 2025-ci il tarixinədək müəyyən olunmuşdur.
9. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində bildirmişdir ki, İddiaçı və Ədalət Məmmədovdan aldığı yemdən 2024- cü ilin fevral ayında ona məxsus fermada 12000 toyuq tələf olmuşdur. Ağdaş yem fabrikindən Nuran həkim gəlmiş, onun təkidindən sonra toyuqların mədəsi yarılmış və zəhərlənmə olduğu aşkarlanmışdır. Həmin hadisələr baş verən zaman video çəkilişlər həyata keçirmişdir. Dəymiş ziyana görə Maşallah Tağıyev ona 10000 manat pul vermişdir. Maşallah Tağıyevin verdiyi vədlərə inanaraq 2024-cü ilin iyun ayından Ağdaş yem fabrikindən yenidən yem almağa başlamış, birinci növ yemlərdə problem olmamış, ikinci növ yemlərə keçdikdən sonra yenidən toyuqları ölməyə başlamış, nəticədə 15000 toyuğu qırılmışdır. O, yemi Maşallah Tağıyevdən almış, X24 Mustafayev və Ədalət Məmmədovun müdiri olmuş, Maşallah Tağıyev onlara dedikdən sonra sonuncular ona yem verirdi. 2024-cü ilin noyabr və dekabr aylarında İddiaçı yem almamışdır.
10. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirmişdir ki, İddiaçılə dostdur, əvvəllər yem satışı ilə məşğul olduğu və işi bildiyi üçün iddaçıya sifarişləri qəbul etməkdə köməklik göstərir. Cavabdeh yemi 2023-cü ildən İddiaçı satmışdır və cavabdehin yemlə bağlı 82632 manat borcu qalmışdır. İddiaçının satdığı yemlərdə hər hansı problem olmamışdır.
11. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, 2023-cü ildən İddiaçı və Ədalət Məmmədovdan yem alır. Bu vaxta qədər onlardan broyler toyuqlar üçün aldığı yemlərdən narazılığı olmamışdır. 2024-cü ilin noyabr və dekabr aylarında İddiaçı yem almışdır və toyuqlarda hər hansı zəhərlənmə halları baş verməmişdir.
12. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X18 ifadəsində bildirmişdir ki, Mərdəkanda quşçuluq ilə məşğul olmuşdur. 5 ildir ki, İddiaçı yem alır. Bu vaxta qədər ondan aldığı yemlərdə heç bir problem olmamışdır. Onun saxladığı quşların növü əvvəllər serebrits olmuş, 2024-cü ilin may ayından isə broyler toyuqlarının saxlanması ilə məşğuldur.
13. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, təxminən 5-6 ay əvvəl (tarixi dəqiq xatırlamır) Cavabdeh vaksin edilməsi ilə bağlı onu sexinə dəvət etmişdir. Həmin vaxt sexdə Ağdaş yem fabrikinin nümayəndəsi və baytar-həkim Mustafa olmuşdur. Ona cuma xəstəliyi ilə əlaqədar sexi vaksin etmək lazım olduğunu dedilər. Vaksinasiya aparılan zaman sexdə xeyli quşun tələf olduğunun şahidi olmuşdur.
14. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X8 ifadəsində bildirmişdir ki, 2024-cü ilin noyabr ayında Siyəzən rayon Baytarlıq İdarəsində olduğu vaxt onu quşlardan qan almaq üçün Cavabdeh fermasına dəvət etmişlər. O, quşlardan qan alanda zəhərlənmə əlamətlərini müşahidə etmiş və Cavabdeh Azərbaycan Respublikasının X1 müraciət etməsini, zəhərlənmə olub-olmamasının laboratoriyada dəqiq müəyyən olunmasını tövsiyə etmişdir.
15. Birinci instansiya məhkəmə iclasında şahid qismində dindirilmiş X19 ifadəsində bildirmişdir ki, 5 ildir ki quşçuluq fəaliyyəti ilə məşğul olur. 2024-cü il və 2025-ci illərin fevral-mart aylarında Ağdaş yem fabrikindən yem almışdır. Həmin yemlərdən quşları məhv olmuş və 2 dəfə zərərə düşmüşdür. Quşların ölməsi 2024-cü və 2025-ci illərdə fevral-mart aylarında 554 kodlu serebrist başlanğıc yemindən 555 serebrist böyütmə yeminə keçən zaman baş vermişdir.
Birinci instansiya məhkəməsində icraat
16.İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsinə görə hesablanmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ödənilməsinə dair qətnamə qəbul olunmasını xahiş etmişdir. 17.İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 2024-cü ilin sentyabr-dekabr aylarında Cavabdeh “serebriz başlanğıc və serebriz böyütmə” adlı toyuq yemləri satmışdır. Cavabdeh yemləri alan zaman bildirmişdir ki, toyuqlar satıldıqdan sonra yemlərin pulunu iddiaçıya verəcəkdir. Lakin iddiaçı yemlərin pulunu tələb etdiyi zaman cavabdeh yemlərin onun cücələrini öldürdüyünü və yemlərin ödənişini etməyəcəyini demişdir. İddiaçı bununla bağlı cavabdehdən sübut təqdim edilməsini tələb etsə də, cavabdeh bununla bağlı sübut təqdim edə bilməmişdir. Bu məsələnin araşdırılması məqsədi ilə iddiaçı onun şirkətində çalışan Nurlan adlı həkimlə Cavabdeh fermasına getmiş və onun iştirakı ilə bir neçə cücədən analiz nümunələri götürmüş, həmçinin iddiaçı cavabdehdən ölmüş cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh ölən cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir. Götürülmüş nümunələrin analiz nəticələrində isə cücələrin yemində heç bir zərərli bakteriyanın aşkar edilmədiyi müəyyən edilmişdir. Həmin nəticələr cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh “o başqa broyler toyuqlarının analizidir” deyə qarşılıq vermişdir. İddiaçı məsələnin tam açıqlığa qovuşması üçün cavabdehə ekspertizanın aparılmasını təklif etmiş, lakin cavabdeh bundan da imtina etmişdir. Nəticə etibarilə, cavabdeh yemlərin dəyəri olan 82632 (səksən iki min altı yüz otuz iki) manat məbləği müxtəlif bəhanələrlə iddiaçıya verməkdən boyun qaçırmışdır. Bununla əlaqədar olaraq iddiaçı Siyəzən rayon Polis şöbəsinə cavabdeh barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə cinayət işinin başlanması ilə bağlı şikayət ünvanlamışdır. Siyəzən rayon Polis şöbəsində iş araşdırılmış və 20 fevral 2025-ci il tarixli HK-1/137 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Həmin qərarda mübahisənin cinayət deyil, mülki xarakterli olduğu, eyni zamanda İddiaçı aralarında olan şifahi razılaşmaya əsasən Cavabdeh müxtəlif markalarda toyuq yemləri satdığını, bundan sonra onlar arasında 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində borcun yarandığı qeyd edilmişdir. Qərardan da göründüyü kimi cavabdehin iddiaçıya borclu olduğu, hətta borcun dəqiq məbləği istintaq orqanları tərəfindən obyektiv və hərtərəfli araşdırılaraq sübuta yetirilmişdir. 18.Cavabdeh nümayəndəsi Vəkil2 məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, Cavabdeh 10 ilə yaxındır ki, əvvəlki adı ilə Gilan Yem fabriki, indiki adı ilə Ağdaş yem fabrikindən yem alır. Hazırda həmin fabrikdən yem alışını dayandırmışdır. Ağdaş yem fabrikindən aldığı toyuq yeminə görə cavabdehin 20000-dən çox toyuğu zəhərlənərək məhv olmuşdur, onun bu zərəri isə hələ də ödənilməmişdir. İş üzrə İddiaçı Ağdaş yem fabrikindən toyuq yemini paylayan şəxsdir, özü müstəqil qaydada sahibkar kimi yem alan fermerlərlə müqavilə bağlamır, cavabdehlə də öz adından hər hansı müqavilə bağlamayıb və məhkəmədə iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Ağdaş yem fabrikinin direktoru X7r və onların istehsal etdiyi və cavabdehə satdığı yem cavabdehə 100000 manatdan çox zərər vurmuşdur. Həmin zərər ilə bağlı cavabdeh müvafiq addımları atıb, zərərinin qarşılanması üçün Azərbaycan Respublikasının X1, Prezident Administrasiyasına ərizə ilə müraciət etmişdir. Cavabdehə aid toyuqlar 2023-cü ildən bu yana 2 dəfə kütləvi şəkildə məhv olub. Cavabdehin quşçuluq fabrikində toyuqların kütləvi qırğını ilk dəfə 2023-cü ildə baş vermiş, bu hadisədə Ağdaş yem fabrikinin baytar-həkimi X12 cavabdehə aid fermada 20 toyuğu yardıqdan sonra quşların yemdən zəhərləndiyini qəbul etmiş, cavabdehin zərərini ödəmişdir. Cavabdehə aid toyuqların ikinci dəfə kütləvi tələf olması isə 2024-cü ilin noyabr və dekabr aylarında olmuşdur. İlk hadisədən sonra, cavabdeh iddiaçıdan yem alışını dayandırmış, lakin 2023-cü il hadisəsindən bir neçə ay sonra, Ağdaş yem fabrikinin işçiləri olan Ədalət və Elnur sıx-sıx cavabdehin yanına gələrək, “....Maşallah müəllim sənə vurulan ziyandan sonra fabrikin işçilərini dəyişib və hazırda yüksək keyfiyyətli yem istehsal edirik, sən də uzun illər bizdən yem almısan və sənin kimi müştərini itirmək olmaz. Ona görə də yenə də bizdən almağa davam et” demişlər. Cavabdeh isə onların bu sözlərinə inanaraq təkrar Ağdaş yem fabrikindən yem almağa başlamış və cavabdehin iddiaçıdan aldığı yem “serebrist başlanğıç yemi” 554 kodlu yem olmuşdur. Yemləri müxtəlif markalı Kamaz maşınlarına birbaşa Ağdaş yem fabrikindən yükləyərək cavabdehin fermasına gətiriblər. Cavabdeh əlindəki toyuqları satdıqdan sonra, 2024-cü ilin sentyabr ayının əvvəlində Ceyranbatan quşçuluq fabrikindən toplam 36000 cücə almışdır. Serebrist toyuq növü 40 gündən sonra artıq kəsimə yararlı hala gəlir. Toyuqların bu partiyasının yetişdirilməsi üçün cavabdeh iddiaçıdan hissə-hissə (5 ton və yuxarı) yem almağa başlamışdır, ödənişi isə yerli adətlərə görə daha sonra verirdi. Məsələn oktyabr ayında toyuqların bir hissəsini satmaqla 26800 (iyirmi altı min səkkiz yüz) manat məbləğində ödəniş etmişdir. Lakin noyabr ayında alınan yemlər cavabdehin 3 ayrı fermasında olan toyuqların hamısında zəhərlənməyə səbəb olmuşdur. Toyuqlar hərəkət etməmiş, yem yeməkdən imtina etmiş və hissə-hissə (cavabdehin tutduğu ölüm qeydəri təqdim edilir) tələf olmağa başlamışlar. Cavabdehin dərman aldığı Mustafa Bikiroğlu adlı şəxs cavabdehə toyuqlarda zəhərlənmə əlamətlərinin olduğunu bildirmiş və cavabdeh noyabrın 25-i Maşallah Tağıyevə zəng edərək, onların fermaya gəlməsini tələb etmişdir. 26 noyabr 2024-cü il tarixində iddiaçı ilə birlikdə yem fabrikinin müdiri Maşallah Tağıyev, həkim-baytar Nuran, baytar Mustafa Bikiroğlu gəlmiş, xəstələnmiş və ölmüş toyuqlara baxış keçirmişlər. Baytar-həkim Nuran toyuqların zəhərləndiyini qəbul etməmiş, xəstələndiklərini bildirmişdir. Cavabdeh bunun üzərinə həkim-baytar Nuran Ağayevə etiraz edərək bildirmişdir ki, toyuqların pətənəkləri yaşıl rəngə çevrilib, bu da zəhərlənməni göstərir. Nuran Ağayev isə israr etmişdir ki, dediyi dərmanlar verilsə, toyuqlar sağalacaq və baytar-həkimin israrı ilə toyuqlara onun dediyi dərmanlar, o cümlədən quş bronxiti dərmanları verilmişdir. Ertəsi gün, yəni noyabrın 27-si Maşallah Tağıyev bir neçə şəxsi qan analizi götürmək üçün yollamışdır, lakin bu adamlar qan analizi götürə bilmədiklərinə görə həkim-baytar X34 adlı həkimi dəvət etmiş və qan analizini o götürmüşdür. Habil Əliyev də toyuqların zəhərləndiyini qeyd etmişdir. İddiaçının təmsil etdiyi yem fabrikinin həkim baytarı Nuran Ağayevin dediyi dərmanlar toyuqlara verilsə belə, toyuqların kütləvi tələfi noyabr və dekabr aylarında da davam etmişdir. Cavabdehin özünün dəftərində öldüyünü qeydə aldığı quş sayı 19190 ədəd təşkil edir. Daha sonrakı günlərdə o, artıq ölən toyuqları saymamışdır, çünki bu onda ciddi psixoloji travmaya səbəb olmuşdur. Bir toyuğun ortalama topdan satış qiyməti 5 manat təşkil etdiyinə görə cavabdehə 100000 (yüz min) manatdan çox zərər dəymişdir. Qeyd olunur ki, Maşallah Tağıyev həkim-baytar Nuranla cavabdehin fermasına gəldikdə, toyuqlardan qan nümunəsi götürtmüş, bir gün sonra, xx.xx.2024-cü il tarixli arayışla, toyuqların cinsini səhv (X27) göstərməklə, hansı metodologiya ilə bağlı keçirildiyi məlum olmayan analiz nəticəsinin bir hissəsini cavabdehə təqdim etmiş və bildirmişdir ki, guya toyuqlar quş qripindən tələf olmağa başlamışdır. Halbuki Siyəzən rayonunda oktyabr-dekabr 2024-cü il tarixlərində hər hansı quş qripi hadisəsi qeydə alınmamış, həmçinin rayonda həmin tarixlər üçün başqa hər hansı epizootik toyuq xəstəliyi də qeydə alınmamışdır. "xxxx" MMC-nin sənaye üsulu ilə istehsal etdiyi toyuq yeminin bağlaması üzərində onun saxlama müddətinin 60 gün olduğu göstərilsə də, oktyabr və noyabr ayında istehsal olunan yemlərin rütubətdən qorunmaması, üst-üstə yığılmasına görə havalandırılmaması halında onlarda toksik maddələrin meydana gəlməsi və zəhərlənməyə səbəb olma ehtimalı olduqca yüksəkdir. Cavabdehin Azərbaycan Respublikasının X1 etdiyi zəngdən sonra agentliyin Siyəzən-Quba regional nümayəndələri Cavabdeh fermasına 02 dekabr 2024-cü il tarixində gəlməklə xəstə toyuqlardan qan nümunəsi götürmüş, cavabdehə təqdim olunan arayışda, toyuqlarda xəstəliyin olmadığı, nyukastl xəstəliyinə qarşı toyuqların peyvənd olduğuna dair nəticəyə gəlinmişdir. Eyni zamanda cavabdeh Ağdaş yem fabriki tərəfindən təqdim olunan 27 noyabr 2024-cü il tarixli laborator analizin histogramının etibarlılığına dair rəy verilməsini istəmiş, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi 17 mart 2025-ci il tarixdə cavabdehin oğluna məktub ünvanlayaraq bildirmişdir ki, təqdim olunan laboratoriya müayinələrinin nəticələrinin istinad etdiyi referansı, cihazların səriştəliyi və s. ilə bağlı məlumatlar olmadığına görə, nəticələrin etibarlı olub-olmaması ilə bağlı rəy vermək mümkün deyildir. Bundan başqa iddiaçının iddia qaldırmaq üçün subyektiv hüququ yoxdur. Belə ki, baxılan iş üzrə İddiaçı cavabdehlə müstəqil qaydada alqı-satqı müqaviləsi münasibətlərinə daxil olmamışdır. Belə ki, iddiaçının özü yem istehsalı ilə məşğul olmur, o Ağdaş yem fabrikinin yem məhsullarını sadəcə paylamaqla məşğuldur. İddiaçı heç vaxt özü adına iş gördüyünü bildirməmiş, öz biznesini təmsil etdiyini deməmişdir. Digər tərəfdən fərz edilsə ki, iddiaçı yemi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən alaraq, sonradan fermerlərə satışını həyata keçirmişdir, bununla bağlı qeyd edilməlidir ki, iddiaçının özünün Ağdaş yem fabrikindən ("xxxx" MMC) toyuq yeminin alqısatqısı ilə bağlı müqavilələri mövcud deyildir və buna görə əldə etdiyi gəlirə görə vergi də ödəmir. İddiaçı köhnə tarixli müqavilələr imzalamağa cəhd etsə belə, 2024-cü maliyyə ili bitdiyindən bu hal vergi hesabatları yoxlananda üzə çıxacaqdır. Odur ki, iddiaçının 2024cü ilə aid "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə bağladığı alqı-satqı müqavilələri, bununla bağlı ödədiyi vergiləri varsa, onları məhkəməyə sübut qismində təqdim etməlidir və cavabdeh tərəfə həmin müqavilələrin araşdırılması imkanı təmin edilməlidir. İddiaçı özünü yerli fermerlərə həmişə Ağdaş yem fabrikinin işçisi kimi təqdim etmişdir. Bunu yerli fermer X9 da təsdiq edə bilər. Cavabdeh müxtəlif məsələlərlə bağlı birbaşa Ağdaş yem fabrikinin ("xxxx" MMC) direktoru Maşallah Tağıyevlə əlaqə saxlamışdır. Bu məsələni təsdiqləyən bir neçə hal olmuşdur (məsələn 2024-cü ilin noyabr ayında toyuqların kütləvi ölüm halları başlayanda da müvafiq video kadrları Maşallah Tağıyevin ********** nömrəli telefonunun whatsapp proqramına göndərilmişdir). Habelə nəzərə almaq lazımdır ki, iddiaçının özünün hər hansı anbar, ya da deposu olmamış, bütün yemlər sifariş olunduğu gün "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin fabrikindən yük maşınına yüklənərək cavabdehə çatdırılmışdır. Cavabdehin özü gəlir vergisindən azad olsa da, nə Ağdaş yem fabriki, nə də iddiaçı gəlir (mənfəət) vergisindən və kargüzarlıq-mühasibat qaydalarından azad deyildir. Odur ki, bu iş üzrə iddiaçı Ağdaş yem fabrikindən müqavilə üzrə yem aldığını, habelə həmin alqı-satqı üzərində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənişlər etdiyini sübuta yetirməlidir. Sübuta yetirə bilmədiyi halda, o, heç bir şəkildə müstəqil sahibkarlıq fəaliyyətini həyata keçirdiyini, cavabdehə öz adından mal satdığını irəli sürə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 615-ci maddəsinə görə, pərakəndə alqı-satqı müqaviləsi satıcının alıcıya kassa və ya əmtəə çekini və ya malın ödənildiyini təsdiq edən digər sənədi verdiyi andan lazımi formada bağlanmış sayılır. İddiaçı bu qəbildən hər-hansı sənəd təqdim etməmişdir. Cavabdeh Siyəzən rayon Polis şöbəsində verdiyi izahatda da yemi “Ağdaş zavodundan” aldığını bildirmiş, Elnur və Ədalət isə malları paylayan şəxslər olmuşdur. İddiaçının hətta fermerlərə təqdim etdiyi 07 noyabr 2024-cü il tarixli qiymət cədvəli və qoyulan qiymətlər də özlərinə aid deyil. Həmin qiymət cədvəlinin sol yuxarı küncündə “Yem fabriki” qeyd olunur. Yuxarıda göstərilənlər, iddiaçının alqı-satqı müqaviləsinin tərəfi olmadığını, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin işçisi, ya da ticarət agenti kimi qiymətləndirilməli olduğunu göstərir. Ticarət nümayəndəsi (agenti) kimi götürülsə belə, onun bağladığı müqavilələr özünün adından deyil, tapşıranın adına bağlanmış sayılır (MM 789.1). İddiaçının təqdim etdiyi bütün şərtləri "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti təyin etdiyinə görə, bu müqavilələrdə iddiaçını öz adına müqavilə bağlayan müstəqil sahibkar kimi götürmək mümkün deyil və yemlərin alqı-satqısı ilə bağlı iddia tələbini ancaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin qaldıra biləcəyini sübut edir. İddiaçı komisyonçu olduğunu da iddia edə bilməz, çünki komisyonçu müqaviləni öz adına bağlayan şəxsdir. Cavabdeh iddiaçını Ağdaş yem fabrikinin işçisi kimi qəbul edib, müqavilə münasibətlərini Ağdaş yem fabriki ilə yaratma niyyətində olub. Çünki fermer, müqavilə münasibətini üzərinə hər-hansı risk ala bilməyən, maliyyə cəhəti baxımından zəif olan pərakəndə satıcı ilə qurmaq istəməz. Belə ki, İddiaçı cavabdehə qüsurlu, yararsız yem satışına görə vurduğu zərəri faktiki olaraq ödəyə də bilməz. Komissiya müqaviləsini tənzimləyən Mülki Məcəllənin 44-cü fəslinin bu cür şərh olunması, Azərbaycandakı bütün fermerləri ağır risk qarşısında qoyacaqdır. Kənd təsərrüfatının, xırda və orta sahibkarlığın inkişafı, dövlətimizin prioritetlərindən biridir. Kənd təsərrüfatı sahəsində iri sənaye istehsalçılarının məsuliyyətdən kənar qoyularaq, yükün xırda və orta sahibkarların üzərinə qoyulması, tərəfin hüquq siyasətinə ziddir və üçüncü şəxslərin legitim gözləntilərini təhlükəyə salır. Odur ki, İddiaçı özünü Ağdaş yem fabrikinin işçisi kimi tanıtması, Ağdaş yem fabrikinin rəhbərliyinin (Maşallah Tağıyev) bunu dəstəkləyici fəaliyyəti, mübahisələrin həllində özünün iştirak etməsi, iddiaçını yazılı müqavilə olmadan fəaliyyət göstərən bir komisyonçu olaraq qiymətləndirilməsinə imkan tanımır. Bundan başqa cavabdeh qeyd edir ki, 2024-cü ilin noyabr ayında iddiaçıya 26800 manat məbləğində pul ödəmiş, lakin bu məbləğ iddia məbləğindən çıxılmamış və nəzərə alınmamışdır. İddiaçı qeyd edir ki, cavabdeh yemləri alanda pulunu sonradan ödəyəcəyini bildirmiş, sonra da qeyd edir ki, yemin pulu tələb olunduğu zaman cavabdeh yemlərin onun cücələrini qırdığını və yemlərin ödənişini etməyəcəyini bildirmişdir. Mülki Məcəllənin 448-ci maddəsinə görə, borclu (yemi satan) onun risk dairəsinə daxil olan öhdəliyinin icra edilmədiyi hər bir hal üçün məsuliyyət daşımalıdır və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Belə halda yem istehsalçısının və yemi satanın məsuliyyəti kiflənmiş, keyfiyyətsiz və yararsız inqridientlərdən yem istehsal etməsi olmuşdur. Eyni Məcəllənin 442-ci maddəsinə görə də öhdəliyin lazımınca icra edilməməsi, qüsurlu icra edilməsi də borclunun (bu işdə yem satıcısının) məsuliyyətinə səbəb olur. Satılan malın keyfiyyətinə dair Mülki Məcəllənin 581.4-cü maddəsinə görə, satılan əşyanın keyfiyyəti barəsində məcburi tələblər (bu işdə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin qoyduğu standartlardır) olduqda, sahibkarlıq fəaliyyəti ilə məşğul olan satıcı alıcıya həmin məcburi tələblərə uyğun gələn əşya verməyə borcludur, başqa bir sözlə toyuq yemi zəhərlənməyə səbəb olmamalıdır. Mülki Məcəllənin 624.4-cü maddəsi keyfiyyətsiz malların verildiyi alqı-satqı müqaviləsi üzrə alıcının müqavilədən imtina edə biləcəyi, əgər məbləğ ödəyibsə bunu geri istəyə biləcəyi, başqa bir sözlə məbləği ödəmədiyi halda da həmin məbləği özündə saxlaya biləcəyi mənasına gəlir. Habelə əlavə edilməlidir ki, Mülki Məcəllənin 525.1-ci maddəsinə (alqı-satqı müqaviləsinin lazımınca icra edilmədiyi) uyğun olaraq cavabdeh yem satıcısına toyuq yeminin zəhərlənməyə səbəb olduğunu bildirmiş və onlar gəlib alıcının (cavabdehin) yanında bu halla tanış olmuşlar (iddiaçı öz ərizəsində cavabdehin yanına gələrək nümunə götürdüyünü etiraf etmişdir). Mülki Məcəllənin 587.2ci maddəsi də, satılan əşyanın keyfiyyəti əhəmiyyətli dərəcədə pozulduqda, alıcıya müqavilədən imtina hüququ tanıyır. Bildirilir ki, Ağdaş yem fabrikinin istehsal etdiyi yemin keyfiyyətsiz olması səbəbi daha əvvəl də məhkəmə çəkişməsinin predmeti olmuşdur. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 2-2(103)-102/2024 nömrəli 21 fevral 2024-cü il tarixli qətnaməsində də göstərilir ki, Azərbaycan Qida Təhlükəsizliyi X4 Laboratoriyasının 26 dekabr 2022-ci il tarixli sınaq protokolundan görünür ki, sınaq nəticələrinə əsasən quş yemində (götürülmüş nümunədə) faktiki olaraq “Clostridium perfringens” aşkar olunmuşdur ki, həmin patogen də iri buynuzlu heyvanın belə tələf olunmasına səbəb ola bilər. İşə apellyasiya qaydasında baxan məhkəmə tərəfindən Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyindən mütəxəssis dəvət edilmiş, mütəxəssis X13 (Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonoz xəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi) Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının 14 fevral 2024-cü il tarixli məhkəmə iclasında sualları cavablandıraraq bildirmişdir ki, yemdə “Clostridium perfringens” bakteriyasının olması həmin yemin istifadəyə yararsız və keyfiyyətsiz olması barədə nəticəyə gəlməyə əsas verir və belə yem satıla bilməz, bu bakteriya hətta iri malı da öldürə bilər, bu yemlə qidalanan cücələr xəstələnə və ölə bilər. Mütəxəssis eyni zamanda suala cavab olaraq bildirmişdir ki, qeyd edilən bakteriya yemin nəm şəraitdə saxlanması ilə bağlı deyil, yalnız torpaqla təmas etdikdə yarana bilərdi. Çünki qeyd edilən bakteriyanın törədicisi torpaqda olur. Cavabdehin toyuqların ölməsi ilə bağlı sübut təqdim edə bilməməsi ilə bağlı qeyd edilməlidir ki, iddiaçının özü eyni paraqrafda göstərir ki, onun təmsil etdiyi Ağdaş yem fabrikindən Nuran adlı baytar həkim cavabdehin toyuq fermasına gəlmiş və bir neçə cücədən analiz nümunələri götürmüşdür, burada söhbət qan analizindən gedir və qan analizinin götürülməsi kifayətdir. Odur ki, iddiaçının daha sonra iddia ərizəsində göstərdiyi “...Hətta bu zaman da iddiaçı cavabdehdən qırılmış cücələrdən bir neçəsini analiz üçün istəmiş, lakin cavabdeh yenə də qırılan cücələrdən birinin belə cəsədini təqdim edə bilməmişdir” həqiqətə uyğun olmadığı kimi, Nuran adlı həkimin də həqiqi iddiaçını təmsil etdiyini göstərir. Habelə, iddiaçının Ədalət adlı paylayıcı ilə birlikdə fermada çəkilmiş videosu var, həmin videoda Elnur və Ədalət yerə səpilmiş ölü toyuqların yanında dururlar, bu da sübut edir ki onların “onlara ölü toyuq təqdim olunmayıb” iddiası həqiqətə uyğun deyil. Bu baxımdan məhkəmədən Nuran adlı şəxsin identifikasiya məlumatlarını, onun iş yerinin məhkəməyə bildirilməsi üçün həmin məlumatları iddiaçıdan təqdim etməsinə dair göstəriş verilməsi xahiş edilir. İddiada həmçinin bildirilmişdir ki, “götürülmüş nümunələrin analiz nəticələrindən bəlli olmuşdur ki, cücələrin yemində heç bir zərərli bakteriya aşkar edilməmişdir. Həmin nəticələrin cavabdehə təqdim edilməsinə baxmayaraq, cavabdeh “o başqa broyler toyuqlarının analizidir” deyə qarşılıq vermişdir. Yenə də iddiaçı məsələnin tam açıqlığa qovuşması üçün cavabdehə ekspertizanın aparılması təklif etmiş, lakin cavabdeh bundan da imtina etmişdir.” İddiaçının təqdim etdiyi nəticələrdə, zərərli bakteriyaların aşkar edilməməsi ilə bağlı göstərici (neqativ ya da “-” işarəsi kimi göstərilir) yoxdur. Histoqramın üstündə də yazılan “slow grow broiler” cinsi cavabdehin toyuqlarına aid deyil, həm yem kisələrinin üstündə yazıldığı kimi, həm də videodan görüldüyü kimi (əlavə edilən faylda serebrist toyuq növünün şəkli göstərilir), cavabdehin toyuqlarının fərqli cinsə aid olduğu göstərilir. Eyni zamanda cavabdehin AQTA-ya zəng edərək onları analiz üçün nümunə almağa dəvət etməsi, cavabdehin gizlətmək istədiyi bir şey olmadığını bir daha təsdiq edir. Habelə iddiaçının təqdim etdiyi analizlərdə yem nümunəsinin analiz olunması ilə bağlı bir sənəd yoxdur, orda qan nümunələrindən bəhs olunur. Xəstələnmiş toyuqlardan qan nümunəsi götürən Habil Əliyev adlı baytar həkim toyuqlardan alınan qanın qatılaşmış olduğunu, bunun da zəhərlənmə əlaməti olduğunu qeyd etmişdir. Habelə cavabdeh tərəfindən məhkəməyə təqdim olunan video kadrlardan toyuqların kütləvi şəkildə öldüyü, toyuqların yarıldığı və pətənəklərinin yaşıl rəngdə olduğu, bu göstəricinin də baytar həkimin qiymətləndirməsinə görə zəhərlənmə halının mövcud olduğunu deməyə əsas verir. Cavabdeh öz öhdəsinə düşən ehtiyat kimi AQTA-ya məlumat vermiş və AQTAnın regional nümayəndələri hadisə yerinə gələrək toyuqlardan qan analizini götürmüşlər. Cavabdehin həmin anda istifadə edə biləcəyi digər effektiv müraciət vasitəsi olmamışdır. Digər bir məsələ isə 2024-cü ilin sentyabr-dekabr aylarında Siyəzən rayonunda epizootik xəstəliyin olması ilə bağlıdır ki, bununla bağlı AQTA-ya rəsmi sorğu ünvanlamış və bununla bağlı cavab alındığı zaman dərhal məhkəməyə təqdim ediləcəkdir. Habelə AQTA-nın tərkibində olan Azərbaycan Qida Təhlükəsizliyi X5 Labaratoriyasının cavabdehin müraciəti üzrə 02 dekabr 2024-cü ildə götürdüyü qan analizindən məlum olur ki, cavabdehə aid toyuqların qanında nyukasl (cuma) xəstəliyinin – quşların əsas ölüm səbəbi – izləri aşkarlanmayıb və onlar vaksinlənib. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin tələbini İddiaçı adından irəli sürməsi, bir tərəfdən prosessual hüquqlardan sui-istifadədir, digər tərəfdən isə özünün səbəb olduğu qanun pozuntularının üzə çıxmasının qarşısını almaqdan ibarətdir. Əvvəla onu qeyd etmək lazımdır ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin heç bir sənədləşmə aparmadan fermerlərə mal satması ciddi qanun pozuntusudur. Bununla bir tərəfdən vergidən yayınmaq üçün şərait yaranır, digər tərəfdən də şirkətin daxil olduğu Agrodairy Groupdan həqiqi gəlirini gizlətmə imkanını əldə edir. Habelə sənədləşmənin aparılmaması Ağdaş yem fabrikinin idarəçilərinə imkan verir ki, onlar ehtimal olunan hər hansı səriştəsizlik, qeyri-peşəkarlığa görə yaranan məsuliyyət hallarından yayına bilsinlər. Bu səbəblə iddia tələbini öz adlarından deyil, onların mallarını paylayan şəxslərin adından qaldırmışlar. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 50.2-ci maddəsinə görə iddiaçı “...Özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və ya hüquqi” şəxs olmalıdır. Hazırkı işdə iddiaçının özünün hər hansı mənafeyi pozulmadığı kimi (iddiaçı ilə cavabdeh arasında müqavilə münasibətinin yoxluğu), iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi qismində də çıxış etmədiyinə görə, iddiaçı ola bilmək üçün subyektiv hüququ yoxdur. Bundan başqa, Ağdaş yem fabrikinin istehsal etdiyi toyuq yeminin alqı-satqı müqaviləsi üzrə malın qüsurlu olmasına görə alıcının (cavabdehin) ödəniş öhdəliyinin yaranmaması məsələsi ilə bağlı qeyd edilməlidir ki, cavabdehin istifadə etdiyi yemlər toyuqların tələf olmasına gətirib çıxarmış, toyuqların qanında hər hansı virus aşkar olunmadığı kimi, həmin vaxtlarda Siyəzən rayonunda epizootik xəstəlik qeydə alınmamışdır. Toyuqların kütləvi şəkildə məhv olması mübahisəsiz olduğuna görə, buradan toyuqların verilən yemdən tələf olduqları nəticəsinə gəlmək olar. Məhkəmənin diqqətinə çatdırılır ki, hüquqi və elmi biliklərə malik olmayan cavabdeh öz risk və imkan dairəsində olan mümkün vasitələrə əl atmış, əsas nəzarət qurumu olan AQTA-ya zamanında məlumat vermiş, onların gəlib analiz götürmələrini təmin etmiş, analiz nəticələrini gözləmiş, daha sonra biliyi daxilində olan digər hüquqi müdafiə mexanizmlərinə də əl atmışdır. İddiaçı və satıcısı olduğu "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti onu ağır maddi vəziyyətə məruz qoyduğuna görə o, ilk zamanlarda keyfiyyətli ödənişli hüquqi yardıma da müraciət edə bilməmişdir və məsələnin öz xeyrinə müsbət həllini ümid etməklə sırf inzibati orqanlara müraciət edə bilmişdir. Etirazda həmçinin eyni rayonda yaşayan başqa bir zərərçəkən şəxsin – yerli fermer X3 olduğu, onun da təxminən eyni tarixlərdə cücə və toyuqlarını itirdiyi, bununla bağlı 60000 (altmış min) manat məbləğində zərərə məruz qaldığı, bu zərərin 18000 (on səkkiz) min manat məbləğinin ödənildiyi, qalan 42000 (qırx iki) manat məbləğinin isə ödənilmədiyi qeyd edilmişdir. 19.İddiaçı nümayəndəsi Vəkil1 məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi haqqında ərizə təqdim edərək cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 20.İddiaçı nümayəndəsi Vəkil1 yenidən məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək göstərmişdir ki, iddia ərizəsində bir nüansla bağlı texniki səhv getmiş və həmin səhvin düzəldilməsi zərurəti yaranmışdır. Belə ki, iddiaçı ilə cavabdeh arasında 2024-cü ilin sentyabr-dekabr aylarında, habelə ondan əvvəlki dövrlərdə edilmiş olan alqı-satqı müqavilələrinin nəticəsi üzrə ümumi dövriyyəyə əsasən 82612 (səksən iki min altı yüz on iki) manat borc qalmışdır. Göstərilənlərə əsasən cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində əsas borc, əsas borcun ödənilməsinin gecikdirilməsi səbəbilə yaranmış 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizi, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və iddia ərizəsi ilə məhkəməyə müraciət etmək üçün ödənilmiş 346 (üç yüz qırx altı) manat məbləğində dövlət rüsumu olmaqla, ümumilikdə 86270,25 (səksən altı min iki yüz yetmiş manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaitinin, eləcə də yekun məhkəmə qərarı ilə iddia tələbi təmin edilərsə, iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 21.Sumqayıt Kommersiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, e-2-2(119)- 793/2025 nömrəli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, Cavabdeh 82612 (səksən iki min altı yüz on iki) manat məbləğində borc, hüquqi yardımla bağlı vəkilə ödənilmiş 300 (üç yüz) manat məbləğində xidmət haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 337,84 (üç yüz otuz yeddi manat səksən dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 83267,09 (səksən üç min iki yüz altmış yeddi manat doqquz qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir (hakim Həlimə Alıyeva).
22. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı proses iştirakçılarının izahatı və işin konkret halları ilə müəyyən edilir ki, tərəflər arasında toyuq yeminin alqı-satqısı ilə bağlı şifahi alqı-satqıdan irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuş, həmin münasibətlər üzrə İddiaçı Cavabdeh nisyə toyuq yemi satmış, lakin cavabdeh nisyə aldığı malın dəyərinin ödənilməsinə dair öhdəliyini icra etməmişdir. Bundan başqa iddiaçının şikayəti əsasında Siyəzən rayon Polis şöbəsində 2025-ci ilin fevral ayında aparılmış araşdırma nəticəsində quş yemi alqısatqısına görə Cavabdeh İddiaçı 82612 manat borcunun yaranması müəyyən olunmuş, Cavabdeh özü də həmin araşdırma zamanı iddiaçıdan aldığı yem məhsullarına görə 82632 manat borcu olduğunu bildirmiş, habelə cavabdehə məxsus dəftərin noyabr ayı ilə bağlı qeydlər aparılmış hissəsində 82632 manat ümumi borcla bağlı qeydiyyat aparılmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən 82612 (səksən iki min altı yüz on iki) manat borcun tutularaq iddiaçıya ödənilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Məhkəmə cavabdehin etirazında iddiaçının hazırkı iddia tələbini irəli sürmək üçün subyektiv hüququnun olmamasına dair qeyd edilənlərə münasibətdə isə qeyd etmişdir ki, məhkəmədə tədqiq edilmiş sübutlar əsasında müəyyən olunmuşdur ki, iddiaçı müqavilə əsasında "xxxx" MMC-dən quş yemlərini alaraq, sonradan həmin yem məhsullarının ayrı-ayrı alıcılara satışını həyata keçirərək sahibkarlıq fəaliyyəti ilə məşğul olur və bu səbəbdən, iddiaçı öz adından və qanuni maraqları çərçivəsində mülki-hüquqi iddia irəli sürmək hüququna malikdir. Məhkəmə hesab etmişdir ki, iddia tələbi cavabdehdən iddiaçının xeyrinə 2995 (iki min doqquz yüz doxsan beş) manat məbləğində bank uçot faizinin tutulması hissəsində əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iddiaçı tələbin bu hissəsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsi ilə əsaslandırmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2009-cu il tarixli qərarına ilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinin “ondan faydalanmağa görə” müddəası özgəsinin vəsaitinin qanunsuz saxlanılması, onun qaytarılmasından boyun qaçırılması, onun ödənilməsinin digər şəkildə gecikdirilməsi və ya başqa şəxsin hesabına pul vəsaitinin əsassız əldə edilməsi və ya toplanılması nəticəsində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.3-cü maddəsində göstərilmiş gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əmələ gəlməsini nəzərdə tutmuşdur. Lakin iddiaçı ona məxsus pul vəsaitindən normada sadalandığı kimi cavabdeh tərəfindən hər hansı gəlirin, artımın, bəhərin və ya sair maddi xeyirin əldə edilməsi halını məhkəmə prosesi zamanı sübuta yetirə bilməmiş, buna dair hər hansı sübut təqdim etməmişdir. Buna görə də tələbin həmin hissədə təmin edilməsi üçün əsaslar mövcud deyildir. Məhkəmə həmçinin qeyd etmişdir ki, “iddia ərizəsi məhkəməyə təqdim edildiyi gündən yekun məhkəmə qərarının icrasına qədər illik 7,25 % dərəcəsi ilə gecikmə məbləğinin hesablanaraq Cavabdeh iddiaçının xeyrinə tutulması” hissəsində də iddianın təmin olunması üçün əsaslar müəyyən olunmamışdır. Belə ki, iddiaçının tələbi bu hissədə qeyri-müəyyən olmaqla, faiz borcu tələb olunan dövr və faiz borcunun yekun məbləği konkretləşdirilməmişdir.
23. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Mülki Məcəllənin 329, 385.1, 567, 600.1, 600.4-cü, Mülki Prosessual Məcəllənin 14.2, 64.1, 77.1, 88, 218.3-cü maddələrinin tələbləri ilə əsaslandırmışdır.
Apellyasiya şikayətinin dəlilləri
24. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, e-2-2(119)-793/2025 nömrəli qətnaməsinin ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
25. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etiraz ilə eyni qaydada əsaslandırıraq həmçinin qeyd etmişdir ki, birinci instansiya məhkəməsi həmin maddənin məzmununa hüquqi qiymət verməmiş, malın qüsurlu olması faktını sübutlarla araşdırmadan, borcun ödənilməsini tələb edən iddiaçının xeyrinə qətnamə çıxarmışdır. Halbuki 442-ci maddənin tələbinə əsasən, öhdəliyin pozulması halında borclu şəxs (cavabdeh) deyil, öhdəliyi pozan şəxs (iddiaçı) məsuliyyət daşımalıdır. Bu baxımdan, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi Mülki Məcəllənin 442-ci maddəsinin məzmununa və tətbiq məqsədinə zidd olaraq qəbul edilmişdir. Həmçinin qarşı tərəf iddia etmişdir ki, toyuqlar Siyəzən rayonunda epizootik xəstəliyin olması ilə bağlı tələf olmuşdur. Bununla bağlı Azərbaycan Respublikasının X1 (AQTA) sorğu göndərilmişdir. AQTA Sumqayıt Kommersiya Məhkəməsinə cavab olaraq göndərdiyi məktubda qeyd etmişdir ki, X11 Təşkilatı tərəfindən ölkəmiz 22 yanvar 2024-cü il tarixindən etibarən yüksək patogen quş qripi xəstəliyindən azad statusuna malikdir. 2024-cü il noyabr - 2025-ci il aprel ayına qədər aparılmış monitorinqlərə görə sözügedən ərazidə xüsusi təhlükəli quş xəstəliklərinə rast gəlinməmişdir. Bu cavab iddiaçının iddialarının əsassız olduğunu bir daha sübut edir. Buna istinad olaraq, Bakı Apellyasiya Məhkəməsinin 2024-cü il 21 fevral tarixli 2-2(103)- 102/2024 saylı qanuni qüvvəyə minmiş qətnaməsini rəhbər tutaraq həmin zavodun yemlərinin keyfiyyətsiz, standartlara uyğun olmaması barədə qətnamə çıxarılmışdır. Yemlərin keyfiyyətsiz olması faktı əsaslandırılımış olsa da, heç bir hüquqi qiymət verilmədiyi üçün, çıxarılan qətnamə işin faktiki hallarına uymur, heç bir sübut təsdiq olunmur və dəlillərlə uyğunluq təşkil etmir. Beləliklə, 1-ci instansiya məhməsinin çıxardığı qətnamədə Mülki Prosessual Məcəllənin 14-cü maddəsi nəzərə alınmayıb, işin nəticəsi üçün əhəmiyyət kəsb edən dəlillər qiymətləndirilmədən yekunlaşdırılmışdır. Sumqayıt Kommersiya Məhkəməsi iş üzrə təqdim edilmiş sübutlara bu prinsipə uyğun yanaşmamışdır. Birinci instansiya məhkəməsi bu tələbləri yerinə yetirməmiş, iş materiallarında əhəmiyyətli sübutlar araşdırılmadan və qiymətləndirilmədən qətnamə qəbul etmişdir. Belə ki, AQTA-nın Məhkəməyə ünvanladığı məktub, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin X6 Xidmətləri Mərkəzinin Aparatının Epizootiya və zoonozxəstəliklərin ekspedisiyası şöbəsinin aparıcı baytar həkimi tərəfindən məhkəmənin suallarına verdiyi cavab və quşların ölüm faktını təsdiq edən sənədlər məhkəmə tərəfindən lazımınca araşdırılmamışdır. Həmçinin, malın keyfiyyətiilə bağlı sübutların dəyərləndirilməməsi, məhkəmənin nəticələrinin obyektiv və hərtərəfli araşdırmaya əsaslanmadığını göstərir. Beləliklə, birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 88-ci maddəsində təsbit olunmuş obyektivlik, qərəzsizlik, hərtərəflilik və tamlıq prinsiplərini pozmaqla, sübutları birtərəfli qiymətləndirmiş və bu, qətnamənin nəticələrinə birbaşa təsir göstərmişdir.
Apellyasiya şikayətinə etiraz
26. İddiaçının nümayəndəsi Vəkil1 apellyasiya şikayətinə qarşı etiraz təqdim edərək qeyd etmişdir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 2(119)-793/2025 saylı qətnaməsinin 9-cu səhifəsinin 4-cü abzasından da göründüyü kimi cavabdeh məhkəmə iclasında guya ki, iddiaçı tərəfindən zəhərli yem verilməsi səbəbi ilə 10.000 ədəd quşunun qırıldığını bildirmişdir. Ancaq apellyasiya şikayətində isə guya ki, 19190 ədəd quşunun qırıldığını iddia etmişdir. Göründüyü kimi quşların ədədində ziddiyyət olmaqla yanaşı 19190 ədəd quş sayı da təsadüfi seçilməmiş və guya ki, tam- tamına borcun məbləğinə uyğun miqdarda zərər dəyildiyi imitasiyası yaradılmaq istənilmişdir. Həmçinin apellyasiya şikayətində quşların qırıldığına dair sübutların olduğu iddia edilmişdir, halbuki iş materiallarında bununla bağlı heç bur sübut yoxdur. Sumqayıt Kommersiya Məhkəməsinin icraatında olan e-2-2(119)-2094/2025 saylı kommersiya işi üzrə iddiaçı X15 da eyni əsas üzrə Cavabdeh nisyə verdiyi yemlərin pulunu tələb etməkdədir. Eyni zamanda bildirilməlidir ki, Əbülfəz Əliyev Cavabdeh yem məhsullarını İddiaçı aylarca əvvəl nisyə vermiş, Cavabdeh guya ki, yemin zəhərli olmasını bəhanə edərək quşlarının qırıldığını iddia etmiş və bu səbəblə də borcunun olduğunu etiraf etsə də, borcu verməyəcəyini bildirməkdədir. Bu səbəblə də Əbülfəz Əliyevdən yem ala bilmədiyi üçün İddiaçı nisyə almağa başlamışdır. Bununla yanaşı bildirmək istərdim ki, Əbülfəz Əliyev nisyə satdığı yem məhsullarını İddiaçı topdan aldığı "xxxx" MMC-dən deyil, tamamilə başqa şirkətdən almışdır. Buradan da görünür ki, Cavabdeh müxtəlif şəxslərə olan borclarını guya ki, yem məhsullarının zəhərli olması və quşlarının qırılması bəhanəsi ilə ödəməkdən yayınmaq niyyəti daşımaqdadır.İş materiallarında Mustafa Bikiroğlu adlı şəxsin 13 iyun 2025-ci il tarixli “mütəxəssis rəyi” vardır. O, 2024-cü ilin noyabr ayından baş verildiyi iddia edilən quş qırılmasının səbəbinə dair olan mütəxəssis rəyini qırılmanın “aşkar edildiyi” 2024-cü ilin noyabr aylarında deyil, məhkəmə prosesinin getdiyi 2025-ci ilin iyun ayında tərtib edilmişdir. Bu hal da əslində bu kağız parçasının həqiqəti deyil, uydurma məlumatları əks etdirdiyinə dəlalət edir. Bununla yanaşı bildirilməlidir ki, əgər həqiqətən quş qırılması olsaydı, müvafiq dövlət orqanı AQTA tərəfindən qeydə alınardı. Bununla yanaşı əgər qırılma məhz yemin zəhərlənməsindən qaynaqlansaydı, bu hal hansısa baytar olduğunu qeyd edən şəxslərin aylar sonra tərtib etdikləri söz yığınları ilə deyil, rəsmi laboratoriya rəyi ilə öz təsdiqini tapardı. Hansı ki, Cavabdeh özü müvafiq laboratoriya rəyi almaqdan yayınmış və məhkəmədə verdiyi izahatlarında habelə, apellyasiya şikayətində də belə bir rəyin və qeydiyyatın olmaması ilə bağlı AQTA-nı günahlandırmağa çalışmışdır.İddiaçı mövqeyi ondan ibarətdir ki, Cavabdeh yəqin ki, məhkəmə çəkişməsi çərçivəsində haqsız olduğundan tam şəkildə əmin olacaqdır ki, təzyiq etmək üçün müxtəlif üsullara əl atmaqdadır. Belə ki, guya ki, iddiaçının zəhərli yem satması ilə bağlı İddiaçı barəsində müxtəlif dövlət orqanlarına şikayət ərizələri ünvanlamaqdadır. Bu şikayətlərdən ən maraqlısı Dövlət Vergi Xidmətinin müvafiq ərazi idarəsinə edilən şikayətdir. Hüquqlarını müdafiə etdiyim şəxs üçün maraqlıdır ki, görəsən Cavabdeh həqiqətənmi yemin zəhərli olması ehtimalının vergi idərəsi tərəfindən araşdırıla biləcəyini düşünür, ya sadəcə narahatçılıq vermək üçün edilmiş şikayətlərdir. Cavabdeh onun barəsində də AR Vəkillər Kolegiyasına müraciət edərək bildirmişdir ki, o, "xxxx" MMC şirkətinin rəhbərliyindən 5.000 (beş min) AZN məbləğində pul vəsaitini alaraq Sumqayıt Kommersiya Məhkəməsinin hakiminə rüşvət vermişdir və bu səbəblə də haqsız qətnamə qəbul edilmişdir. Habelə o, birinci instansiya məhkəməsindəykən Cavabdeh provakativ suallar ünvanlayaraq onu çaşdırmışdır. Qeyd edilən bu hallara dair münasibət bildirilməsinin yersiz olduğu üçün bununla bağlı tərəfindən əlavə əsaslandırma olmayacaqdır.Cavabdeh tərəfindən 22 avqust 2025-ci il tarixli, 7-ci məhkəmə prosesində “Möhtərəm hakim! Bakı Kommersiya Məhkəməsində İddiaçı qarşı vurulmuş ziyanın ödənilməsi ilə bağlı iddia ərizəsi ilə müraciət olunub. Bunu nəzərə alaraq hazırki iş üzrə icraatın dayandırılmasını xahiş edirik. “ vəsatət ünvanlanmış, lakin heç bir zaman belə bir iddia qaldırılmamışdır.
Yeni dəlillərin təqdim olunması
27. Cavabdeh tərəfindən cinayət işinin başlanmasının rədd edilməsi haqqında Siyəzən rayon polis şöbəsinin xx.xx.2025-ci il tarixli, HK-1/137 nömrəli qərarının Siyəzən rayon prokurorunun 02 dekabr 2025-ci il tarixli qərarı elektron kabinetə daxil edilərək məhkəmə kollegiyasına təqdim olunmuşdur.Qeyd olunan həmin qərarda qərarın ləğv olunması əsasları kimi Cavabdeh izahatında qeyd etdiyi xüsuatların tam şəkildə yoxlanılmaması, Cavabdeh təsərrüfatında olan quşların məhz İddiaçı aldığı yemdən ölüböməməsinin dəqiqləşdirilməməsi, həmin quşların ölməsi ilə bağlı Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyində zəruri sənədlərin götürülməsinin təmin edilməməsi və cinayət təqibi üçün əhəmiyyətli olan bir sıra halların araşdırılmaması göstərilmişdir.
İşdə iştirak edən şəxslərin izahatları
28. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh və onun nümayəndəsi Vəkil3 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdilər.
29. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil1 apellyasiya şikayətə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.
30. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs "xxxx" MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası MPMnin 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur
Tətbiq edilən hüquq:
31. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin:
329-cu maddəsinin tələblərinə görə, əqdlər şifahi və ya yazılı (sadə və ya notarial) formada bağlanır. Şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur. Susmaq bu Məcəllədə və ya tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda əqdi bağlamaq iradəsinin ifadəsi sayılır. 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 567-ci maddəsinə əsasən alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:
14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 47.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər, prosessual qanunvericiliklə onlara verilmiş prosessual hüquqlardan vicdanla istifadə etməyə borcludurlar. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
34. Belə ki, iş materiallarından və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallardan görünür ki, İddiaçı ilə Cavabdeh arasında 2023–2024-cü illərdə quş yemlərinin alqı-satqısı ilə bağlı şifahi müqavilə münasibətləri mövcud olmuşdur. Bu münasibətlər çərçivəsində iddiaçı tərəfindən cavabdehə müxtəlif tarixlərdə quş yemləri təqdim edilmiş, cavabdeh isə həmin malların dəyərini sonradan ödəməyi öhdəsinə götürmüşdür.
35. Siyəzən rayon Polis Şöbəsi tərəfindən aparılmış araşdırmanın nəticəsi üzrə 20 fevral 2025-ci il tarixli qərarda, habelə cavabdehin həmin araşdırma zamanı verdiyi izahatda cavabdehin iddiaçıdan aldığı yem məhsullarına görə 82.632 manat məbləğində borcunun olduğu təsdiq edilmişdir. Eyni zamanda cavabdehə məxsus dəftərdə də analoji məbləğdə borcun mövcudluğunu göstərən qeydlər aparılmışdır. Bu hallar Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinin tələbinə uyğun olaraq sübut kimi qiymətləndirilməli və borc öhdəliyinin mövcudluğunu təsdiq edən etibarlı dəlillər hesab olunmalıdır.
36. Məhkəmə kollegiyası bununla əlaqədar həmçinin qeyd edir ki, cinayət işinin başlanmasının rədd edilməsi haqqında Siyəzən rayon polis şöbəsinin HK-1/137 nömrəli qərarının Siyəzən rayon prokurorunun 02 dekabr 2025-ci il tarixli qərarı ilə ləğv olunması sübutlara düzgün istinad olunmaması ilə bağlı birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunması kimi qiymətləndirilə bilməz.Belə ki, qeyd olunan qərara birinci instansiya məhkəməsi tərəfindən istinad olunması borc məbləğinin müəyyən edilməsi ilə bağlı digər sübutlarla qarşılıqlı əlaqədə araşdırılmışdır.
37. Cavabdeh apellyasiya şikayətində və birinci instansiya məhkəməsində etirazlarında əsasən onu göstərmişdir ki, təqdim edilən yemlər keyfiyyətsiz olmuş, nəticədə quşlar kütləvi şəkildə tələf olmuş və buna görə də ödənişdən imtina etmək hüququ yaranmışdır. Lakin apellyasiya instansiyası məhkəməsi hesab edir ki, bu dəlillər iş materialları ilə kifayət qədər təsdiq olunmur.
38. Belə ki, iş üzrə mövcud olan mütəxəssis rəylərində quşların zəhərlənmə ehtimalı qeyd edilsə də, həmin rəylər konkret olaraq iddiaçı tərəfindən təqdim edilmiş yemlərin qüsurlu olması faktını laborator və ya normativ əsaslarla dəqiq müəyyən etmir. Eyni zamanda Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin məhkəməyə təqdim etdiyi rəsmi məktubda mübahisəli dövrdə Siyəzən rayonu ərazisində xüsusi təhlükəli quş xəstəliklərinin qeydə alınmadığı göstərilmişdir. Bununla yanaşı, "xxxx" MMC tərəfindən istehsal edilən quş yemlərinin müvafiq uyğunluq sertifikatına malik olması da müəyyən edilmişdir.
39. Qanunvericiliyin tələbinə əsasən, alıcı malın keyfiyyəti ilə bağlı iradlarını sübut etməli və bu qüsurların müqavilə öhdəliyinin icrasına mane olduğunu əsaslandırmalıdır. İş materiallarında isə cavabdehin iddiaçıya təqdim etdiyi yemlərin konkret olaraq yararsız olmasını və quşların məhz həmin yemlərdən tələf olduğunu birmənalı şəkildə sübut edən laborator nəticələr və ya müvafiq rəsmi aktlar mövcud deyildir. Bu baxımdan cavabdehin ödənişdən imtina etməsi Mülki Məcəllənin 385.1-ci maddəsində təsbit olunmuş öhdəliyin lazımi qaydada icrası prinsipinə ziddir.
40. Apellyasiya instansiyası məhkəməsi cavabdehin iddiaçının subyektiv hüququnun olmaması ilə bağlı dəlillərini də əsassız hesab edir. Belə ki, iş üzrə müəyyən edilmişdir ki, iddiaçı quş yemlərini müqavilə əsasında əldə edərək onları sonradan müstəqil qaydada alıcılara satmış və bu fəaliyyət sahibkarlıq fəaliyyəti xarakteri daşımışdır. Bu isə iddiaçıya öz adından mülki iddia qaldırmaq hüququ verir.
41. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmışdır.Buna görə apellyasiya şikayətinin yuxarıda qeyd edilən dəlilləri birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilə bilməz.
42. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393 və 402.1 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏT ETDİ:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 avqust 2025-ci il tarixli, e-2-2(119)- 793/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər.