Məhkəmə qərarları › İş №2-2(105)-165/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-165/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-165/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh2 MMC-nin ərizəsinin təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qərardadından Cavabdeh2 MMC tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" SPA Şirkətinin cavabdehlər Cavabdeh2nə və “D.X1” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı pul tələbinə dair iddiası Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qətnaməsi ilə təmin olunaraq, "xxxx" şirkəti ilə cavabdeh arasında bağlanmış 17 iyun 2017-ci il tarixli, NR 16161 nömrəli alqı-satqı müqaviləsi və həmin müqavilə üzrə hüquqların ötürülməsinə dair iddiaçı - "xxxx" şirkəti ilə "xxxx" Şirkəti arasında bağlanmış 01 oktyabr 2018-ci il tarixli Diskont müqaviləsinə əsasən iddiaçıya ödənilməli olan 72.300 avro əsas borcun, 5.964,75 avro məbləğində faiz borcunun və 71.070 avro məbləğində əsas borcun, 5.863.30 avro məbləğində faiz borcunun cavabdehlər Cavabdeh2 MMC-dən və “D.X1” MMC-dən müştərək qaydada tutularaq, iddiaçı "xxxx" SPA şirkətinə ödənilməsi qət olunmuşdur. Qətnamə qanuni qüvvəsini alaraq icraya yönəldilmişdir. Cavabdeh2 MMC Sumqayıt Kommersiya Məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti və şikayətin verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizə ilə məhkəməyə müraciət etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən işə baxılmasının yeri və müddəti cavabdehlərə vaxtında bildirilməmişdir. Qətnamə cavabdehin ünvanına lazımi qaydada çatdırılmadığından, onun məzmunu ilə tanış olmaq və vaxtında şikayət vermək mümkün olmamışdır. Cavabdeh2 MMC qətnamə barədə yalnız onun icrası ilə bağlı icra qurumundan məktub daxil olduqdan sonra məlumat əldə etmişdir. Bunu nəzərə alaraq, həmin qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qərardadı ilə Cavabdeh2 MMC-nin Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair ərizəsi təmin edilməmişdir. Cavabdeh2 MMC həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardadında Cavabdeh2 MMC tərəfindən qətnamənin vaxtında alınmasını təsdiq edən heç bir sənədə istinad etməmişdir. Göstəriləni nəzərə alaraq, Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən edilmiş prosessual müddətin bərpasına dair Cavabdeh2 MMCnin ərizəsinin təmin olunmaması barədə Sumqayıt Kommersiya Məhkəməsinin 19.10.2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qərardadının ləğv olunması, prosessual müddətin bərpasına dair ərizənin təmin olunması xahiş edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 02 noyabr 2021-ci il tarixli e-2-2(119)- 45/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim X.Tağıyev) Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, məhkəmənin 27 may 2021-ci il tarixli, e-2-2(119)- 45/2021 nömrəli qətnaməsi Cavabdeh2 MMC-nin həm faktiki, həm də hüquqi ünvanına göndərilmiş və iş materiallarında olan poçt xəbərnaməsindən görünür ki, 15.06.2021-ci il tarixində Cavabdeh2 MMC tərəfindən alınmışdır. Cavabdeh2 MMC-nin nümayəndəsi və vəkili şikayətdə Sumqayıt Kommersiya Məhkəməsinin 27 may 2021-ci il tarixli, e-2-2(119)-45/2021 nömrəli qətnaməsindən xəbərsiz olduqlarını bildirsə də, məhkəmə kollegiyası həmin dəlili əsassız hesab edir. Belə ki, qeyd olunduğu kimi, qətnaməni Cavabdeh2 MMC 15.06.2021-ci il tarixdə rəsmi qaydada almış, lakin apellyasiya şikayətini məhkəməyə 08.10.2021-ci il tarixdə - müddəti ötürməklə göndərmiş və prosessual müddətin üzrlü səbəbdən ötürülməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Kollegiya hesab edir ki, iş materialları ilə apelyasiya şikayətinin verilməsi müddətinin cavabdeh tərəfindən üzürlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh2 şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 45/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar