Məhkəmə qərarları › İş №2-2(105)-167/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-167/2021

15.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-167/2021 15.11.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli e-2-2(119)-672/2021 nömrəli qərardadından Cavabdeh Açıq Səhmdar Cəmiyyəti tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli e-2-2(119)- 672/2021 nömrəli qətnaməsi ilə İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh Açıq Səhmdar Cəmiyyətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi təmin edilməmişdir. İddiaçı nümayəndəsi Nümayəndə1 08 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli e-22(119)-672/2021 nömrəli qətnaməsindən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli e-2-2(119)-672/2021 saylı qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün ötürülmüş prosessual müddətin bərpa olunması və apellyasiya şikayətinin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, qətnamədən apellyasiya şikayətinin verilməsi üçün qanunla müəyyən edilmiş müddət buraxılmışdır. Qətnamə Nümayəndə1 elektron kabinetinə 27 avqust 2021-ci il tarixində yerləşdirilmiş, İddiaçı elektron məhkəmə sistemində qeydiyyatda olmadığından, apellyasiya şikayətini elektron kabinet vasitəsi ilə göndərə bilməmiş, 17 avqust 2021-ci il tarixdə elan edilmiş qətnamədən apellyasiya şikayəti 21 sentyabr 2021-ci il tarixində, şikayət verilməsi üçün prosessual müddət ötürülmədən poçt vasitəsi ilə göndərilmiş, apellyasiya şikayəti iddiaçı tərəfindən prosessual müddət buraxılmadan təqdim edilmişdir. Lakin şikayətdə olan nöqsanlar səbəbindən Sumqayıt Kommersiya Məhkəməsinin 04 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 672/2021 saylı qərardadı ilə apellyasiya şikayəti geri qaytarılmışdır. Hal-hazırda həmin qərardadda qeyd edilən nöqsanlar aradan qaldırlmaqla apellyasiya şikayəti yenidən təqdim edilir. Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 672/2021 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi Nümayəndə1 “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsi təmin olunmuşdur. Cavabdeh Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli e-2-2(119)-672/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması və apellyasiya şikəyətinin verilməsi müddətinin bərpasına heç bir əsaslı üzürlü səbəb olmadığı üçün müddətin bərpasından imtina edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən təqdim edilmiş “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizədə heç bir üzürlü hal yoxdur. Həmçinin, bu ərizəyə baxılaraq verilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2-2(119)-672/2021 nömrəli qərardadında da müddətin ötürülməsinə görə qeyd edilən hallar ətraflı və dərindən araşdırılmadığı üçün tam əsaslandırılmayıb. Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli 2-2(119)-672/2021 nömrəli qərardadına əsasən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi barədə ərizənin təmin edilməsinə üzürlü səbəb kimi götürülmüş iddiaçının nümayəndəsi Nümayəndə1 təqdim etdiyi mülahizələr tamamilə əsassızdır və haqsızdır: Birinci səbəb odur ki, “Elektron məhkəmə” informasiya sistemində yüklənmiş “Apellyasiya şikayəti”nə əlavə edilmiş sənədlərdən görünür ki, İddiaçı ilə Nümayəndə1 arasında 20 sentyabr 2021-ci il tarixində 505 nömrəli müqavilə bağlanmışdır və hüquqi yardım göstərilməsi barədə vəkil orderi Nümayəndə1 verilmişdir. Təsadüfi deyil ki, İddiaçı tərəfindən verilən apellyasiya şikayəti də məhz 20 sentyabr 2021-ci il tarixində imzalanmış və 21 sentyabr 2021-ci il tarixində məhkəməyə göndərilmişdir. Buradan belə çıxır ki, apellyasiya şikayətini İddiaçı üçün Nümayəndə1 hazırlayıb və ərizənin göndərilməsi işinə artıq vəkil orderinə sahib olduğu üçün, o istiqamət verib və təşkil edib. Çünki İddiaçı hər halda apellyasiya şikayəti vermək istədiyi üçün hüquqi yardım haqqında müqavilə bağlayıb. Hüquqi yardım almaq haqqında Nümayəndə1 ilə İddiaçı arasında bağlanmış müqavilənin tarixinin apellyasiya şikayətinin yazıldığı tarix ilə eyni olması və hüquqi yardım haqqında müqavilədən sonra göndərilməsi onu sübut edir ki, ərizənin necə göndərilməsi barədə İddiaçı onun vəkilinümayəndəsi təyin etdiyi Nümayəndə1 məlumat verməli idi. Əlbəttə ki, ərizəni İddiaçı professional hüquqi yardım aldığı Nümayəndə1 ilə ən azından məsləhətləşərək göndərib. Elə isə, professional hüquqi yardım göstərən Nümayəndə1 apellyasiya şikayətinin göndərilməsi qaydasını İddiaçı doğru izah edə bilərdi. İkincisi, Nümayəndə1 bildirir ki, Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli e-22(119)- 672/2021 nömrəli qətnaməsi İsgəndər Mirzəyevə elektron kabinet vasitəsilə təqdim edilib və onun elektron kabineti yoxdur. Bu haqsız izahatdır. Çünki onun bu qətnamədən xəbəri olduğu üçün 20 sentyabr 2021-ci il tarixində hüquqi yardım haqqında Nümayəndə1 ilə müqavilə bağlayıb. Üçüncüsü, Nümayəndə1 tərəfindən İddiaçı birinci instansiya məhkəməsində - Sumqayıt Kommersiya Məhkəməsində də hüquqi yardım göstərilib və iş üzrə nümayəndə kimi çıxış edib. Hər halda, hüquqşünas olan və vəkil fəaliyyəti göstərən Nümayəndə1 “apellyasiya şikayətinin necə göndərilməsini” müqavilə bağlayaraq professional hüquqi yardım göstərdiyi şəxsə izah etməli və bu işi qanunvericiliyin tələblərinə uyğun şəkildə icra etməli idi. Bu fakt da göstərir ki, Nümayəndə1 Əliyusif oğlu ilə hüquqi yardım haqqında müqavilə bağladığı tarixdə apellyasiya şikayətinin yazılması və bu tarixdən sonra göndərilməsi onu göstərir ki, ərizənin elektron qaydada göndərilməsi qaydasına riayət edilməyərək, poçt vasitəsilə göndərilməsinin üzürlü səbəb kimi sayılması doğru deyil. Dördüncü səbəb budur ki, Sumqayıt Apellyasiya Məhkəməsinin apellyasiya şikayətinin geri qaytarılması barədə 30 sentyabr 2021 tarixli M-9023 nömrəli müraciət məktubunun surəti vəkil Nümayəndə1 da göndərilmişdir. Bu isə vəkilin həmin apellyasiya şikayətinin verilməsində məlumatlı və iştirakçı olduğunu sübut edir. Beşinci əsas odur ki, məhkəməyə iddia verən İddiaçı özü üçün elektron kabinet açmayıbsa, bunu edə biləcəyi halda, etməyibsə, bu onun qanunvericiliyin tələblərinə riayət etməməyinə və apellyasiya şikayətini düzgün və vaxtında göndərməməyinə haqq qazandırmamalı və üzürlü səbəb sayılmamalıdır. Çünki məhkəmədə iddia qaldıran bir şəxs olaraq elektron kabinet açması zərurəti, bunun faydaları və olmamasının riskləri barədə hüquqi yardım aldığı Səlimov X1 Mirzəyevi məlumatlandırmalı idi. Üstəlik, apellyasiya şikayəti düzgün təqdim edilmədiyi üçün onun geri qaytarılmasından nəticə çıxarmayaraq, hələ də İddiaçı adına elektron kabinet açılmaması məhkəmə prosesinə və mülki prosessual qanunvericiliyin tələblərinə göstərilən qeyri-ciddi münasibətdən xəbər verir. Məhkəmə prosesinə qeyri-ciddi münasibət göstərərək, apellyasiya şikayətinin eyni gündə vəkil ilə müqavilə bağlanmasına baxmayaraq, həm düzgün göndərilməməsi, həm də sonradan müddətin ötürülərək göndərilməsi İddiaçı üçün elektron kabineti olmaması halının üzürlü hesab edilməsinə əsas vermir. Çünki İddiaçı tərəfindən apellyasiya şikayəti Nümayəndə1 ilə hüquqi yardım haqqında müqavilə bağlandığı tarixdən öncə hazırlanıb göndərilməyib, məhz hüquqi yardım haqqında müqavilənin bağlandığı tarixdə hazırlanıb və bundan sonra göndərilib. Sumqayıt Kommersiya Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli e-2-2(119)- 672/2021 saylı qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Məhkəmə kollegiyası iş materiallarını və şikayəti araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)- 672/2021 nömrəli, 17 avqust 2021-ci il tarixli qətnaməsinin tam mətni 27 avqust 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin həmin qətnaməsindən İddiaçı tərəfindən poçt vasitəsi ilə kağız daşıyıcıda verilmiş apellyasiya şikayəti isə 24 sentyabr 2021-ci ildə Sumqayıt Apellyasiya Məhkəməsinin icraatına daxil olmuş və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 362-364-cü və 133-cü maddələrinə əsasən Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən həmin apellyasiya şikayəti Sumqayıt Kommersiya Məhkəməsinə göndərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinə 04 oktyabr 2021-ci ildə daxil olan həmin apellyasiya şikayəti isə Mülki- Prosessual Məcəllənin tələblərinə riayət edilməməklə verildiyi üçün 04 oktyabr 2021-ci il tarixli qərardadla geri qaytarılmışdır. Bundan sonra, Sumqayıt Kommersiya Məhkəməsinin 17 avqust 2021-ci il tarixli e-2-2(119)-672/2021 nömrəli qətnaməsindən İddiaçı nümayəndəsi Nümayəndə1 tərəfindən yenidən verilən apellyasiya şikayəti və “apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə 08 oktyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə yerləşdirilməklə Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ərizəni təmin edərkən düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apelyasiya şikayəti məhkəmə qətnaməsi rəşmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayındə və günündə bitir. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab etdiyi halda, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh Açıq Səhmdar Cəmiyyətinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli e-2-2(119)- 672/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar