Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-18/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi X1 iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1975/2022 saylı qətnaməsindən ərizəçi Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 11 oktyabr 2022-ci il tarixinə hesablanmış vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan cəmi 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırlması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, vergi öhdəliklərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə xx xxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1ğu hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə 11 oktyabr 2022-ci il tarixə hesablanmış cəmi 971549,99 manat məbləğində vergi borcu vardır və ona vergi borcunun ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 24 oktyabr 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1975/2022 saylı, 16 noyabr 2022ci il tarixli qətnaməsi ilə ərizə təmin edilməmişdir.(hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan ərizəçi apelyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və ərizənin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: “Smd-Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin şəxsi hesab vərəqəsi məlumatına əsasən borcu 971649,99 manat təşkil edir. Məhkəmə işə baxarkən müəssisənin şəxsi hesab vərəqəsinin üst vərəqsində olan 100 manata istinad edərək ərizənin təmin edilməməsi nəticəsinə gəlmişdir ki, bu hal işdə olan sübutlara uyğun deyildir. Şəxsi hesab vərəqəsinin alt vərəqəsindən görünür ki, müəssisənin 971549,99 manat borcu mövcuddur Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən ərizəçinin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, maraqlı şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, iş materiallarını, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, ərizə təmin edilməlidir. Birinci instansiya məhkəməsi ərizəni təmin etməmiş və əsaslandırması ondan ibarət olmuşdur ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 16 noyabr 2022-ci il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.e-taxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə (VÖEN **********) 16 noyabr 2022-ci il tarixə ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borcu qalmışdır. Yəni, hazırkı ərizə məhkəmənin icraatına daxil olduqdan sonra vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 11 oktyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcundan 16 noyabr 2022-ci il tarixində ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borcu qalmışdır. Ona görə də, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Büdcəsinə ödənilməmiş cəmi 100 (yüz) manat məbləğində borca görə həmin hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması - mütənasib və tətbiq edilməsi zəruri olan tədbir hesab edilə bilməz. İş materiallarında olan şəxsi hesab vərəqəsindən müəyyən olunur ki, Maraqlı şəxs rəhbəri olduğu “Smd-Təmir-İnşaat" Məhdud Məsuliyyətli Cəmiyyətinin 971649,99 manat borcu vardır. Baş ədliyyə müşaviri Mahir Hümbətov tərəfindən Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********868200 nömrəli məktubun məzmunu ilə müəyyən olunur ki, “...istintaq idarəsinin icraatında olan 94432 nömrəli cinayət işi üzrə müəyyən edilmişdir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN:**********) direktoru Maraqlı şəxs 01 may 2008-ci il tarixdən 01 oktyabr 2008-ci il tarixədək olan dövrdə cəmiyyətin mühasibat sənədlərinə və vergi orqanına təqdim etdiyi bəyannamələrə gəlirlər və xərclər barədə biləbilə təhrif olunmuş məlumatlar daxil etməklə 971549,99 manat məbləğində ƏDV-ni dövlət büdcəsinə ödəməkdən yayınmışdır. İstintaq zamanı Maraqlı şəxs Azərbaycan Respublikası CM-nin 213.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi barədə qərarı qəbul edilmiş, lakin istintaqdan gizləndiyinə görə ona ittiham elan etmək mümkün olmamışdır. Bakı şəhəri, Xətai Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Maraqlı şəxs barəsində həbs qətimkan tədbiri seçilərək, axtarışı elan edilmişdir. 23 sentyabr 2011-ci il tarixdə həmin cinayət işi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tutulana kimi dayandırılmışdır. Məhkəmə kollegiyasının iclasında ərizəçinin nümayəndəsi Musayev Ruslan bildirmişdir ki, MMC-nin həmin borcu ümumiyyətlə ödənilməmiş, şəxsi hesab vərəqində həmin borc hazırda da mövcuddur. Maraqlı şəxs hazırda axtarışdadır. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci və 77.3-cü maddələrinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aid edilmişdir. Vergi Məcəlləsinin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Hazırki iş üzrə isə maraqlı şəxsin vergi öhdəliklərini yerinə yetirməsi və vergi borcunun olmaması təsdiqlənmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən, vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcları və faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını dövlət büdcəsinə ödəməməsinə görə onların ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Sadalanan hallardan göründüyü kimi Maraqlı şəxs vergi öhdəliklərini Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyi üçün dövlət büdcəsinə vergi borcu yaranmışdır. Ərizəçi iddia ərizəsində 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcunun olduğunu qeyd etsə də, apellyasiya şikayətində 971649,99 manat borc olduğunu göstərmişdir. Azərbaycan Respublikası MPM-in 218.3-cü maddəsinnə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e- 2-2(119)-1975/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməli, ərizə təmin edilməli, 11 oktyabr 2022-ci il tarixinə hesablanmış vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Dövlət Büdcəsinə olan cəmi 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün həmin hüquqi şəxsin icra orqanının rəhbəri - xx xxxx 1987-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikası MPM-in 385.1.2, 385.1.3 və 385.1.4-cü maddələrinə görə, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 384.0.2-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. NƏTİCƏ HİSSƏ Qeyd edilənləri və Azərbaycan Respublikası MPM-in 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1975/2022 nömrəli 16 noyabr 2022-ci il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. Ərizə təmin edilsin. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən dövlət büdcəsinə olan ümumilikdə 971549,99 (doqquz yüz yetmiş bir min beş yüz qırx doqquz manat 99 qəpik) manat məbləğində vergi borcunun ödənilməsini təmin etmək üçün hüquqi şəxsin icra orqanının rəhbəri Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılsın. Qətnamə dərhal qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-18/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-18/2023
23.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver