Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-180/2021 13.12.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər İlqar Kamal oğlu Dəmirov və Fuad Əli oğlu Məmmədovdan ibarət tərkibdə, İddiaçı Cavabdeh Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli e-2-2(119)-1174/2021 nömrəli qərardadından iddiaçının nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı 22 sentyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli e-2-2(119)- 1174/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən həmin iddia ərizəsi baxılmamış saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni e-2-2(119)-1174/2021 nömrəli kommersiya işi üzrə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı tərəfin məhkəmə baxış iclasına təkrarən gəlməməsi, cavabdeh tərəfin isə işin mahiyyəti üzrə baxılmasını tələb etməməsi ilə əsaslandırmışdır. İddiaçı İddiaçı nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “işin icraatının təzələnməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmə iclasında iştirak etməməsini üzürlü hesab edərək, İddiaçı Cavabdeh Şirkətinə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə mahiyyəti üzrə baxılması üçün iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 16 noyabr 2021-ci il tarixdə saat 15:00-da Bakı şəhəri Nəsimi Rayon Məhkəməsində X1 iddiası üzrə məhkəmə prosesində iştirak etdiyindən, hazırkı iş üzrə məhkəmədə iştirak edə bilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli e-2- 2(119)1174/2021 nömrəli qərardadı ilə İddiaçı nümayəndəsi tərəfindən verilmiş “işin icraatının təzələnməsi” haqqında ərizə təmin olunmamışdır. İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli e-2-2(119)- 1174/2021 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunması və iddiaçının nümayəndəsinin məhkəmə iclasında iştirak etməməyini üzrlü sayılmaqla, “işin icraatın təzələnməsi” haqqında ərizənin təmin edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə baxışının iclası 16 noyabr 2021-ci il tarixdə saat 15-30-a təyin edilmişdir. Həmin tarixdə saat 15-00-da Bakı şəhəri Nəsimi rayon məhkəməsində hüquqlarını müdafiə etdiyi X1 iddiası üzrə mülki işə baxılmasına dair məhkəmə iclası təyin edilmişdir. Həmin məhkəmə iclasında iştirakla əlaqədar prosses uzandığından Sumqayıt Kommersiya Məhkəməsində saat 15-30-da baxılan məhkəməı prossesində iştirak etməyi çatdıra bilməmişdir. Məhkəmə prossesində olduğundan və Sumqayıt Kommersiya məhkəməsinin əlaqə telefon nömrəsi onda olmadığından məhkəmə prosesindən Kommersiya məhkəməsi ilə əlaqə saxlaya bilməmiş, şəxsi kabinetinə daxil olduqda məhkəmə prosesində iştirak etmədiyindən Sumqayıt Kommersiya Məhkəməsinin 16.11.2021-ci il tarixli e-2-2(119)-1174/2021 saylı qərardadı ilə işin baxılmamış saxlanıldığını görmüşdür. Nəsimi rayon məhkəməsinin bildirişini əlavə etməklə ərizə ilə Sumqayıt Kommersiya məhkəməsinə müraciət edərək məhkəmə prossesində iştirak edə bilməməsini üzürlü saymaqla icraatın təzələməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi 19.11.2021-ci il tarixli e-2-2(119)-1174/2021 saylı qərardadı ilə ərizəni təmin etməmişdir. Məhkəmə qərardadını onunla əsaslandırmışdır ki, məhkəmə iclasının yeri və vaxtı barədə onlara məlumat verilmiş, lakin üzrlü səbəb olmadan məhkəmə prossesində iştirak etməmişlər. Qeyd olunan qərardad əsassız və qanunsuzdur. Belə ki, məhkəmə iclasının yeri və vaxtı barədə məlumatın olmasını mübahisələndirmirlər. Məhkəmə prosesində iştirak etməməsinin səbəbi kimi digər məhkəmə prosesində iştirak etməsi məhkəməyə bildirilmiş və bunu təsdiqləyən sənəd məhkəməyə təqdim edilmişdir. Kommersiya məhkəməsi digər məhkəmədə iştirak etməsini əsassız olaraq üzrlü səbəb kimi qəbul etməmişdir. Onu qəbul etməməsini də qərardadında əsaslandırmamışdır. Bununla məhkəmə MPM-nin 259.0.6 və 259.0.7-ci maddələrinin tələblərini pozmuşdur. Ona görə də Sumqayıt Kommersiya Məhkəməsinin 19.11.2021-ci il tarixli e-2-2(119)- 1174/2021 saylı qərardadı ləğv edilməli, İddiaçı MMC-nin Cavabdeh Şirkətinə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi üzrə məhkəmə iclasında iştirak etməməsi üzrlü sayılmaqla mülki işin icraatı təzələnməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin 25 noyabr 2021-ci il tarixli e-2-2(119)- 1174/2021 nömrəli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Z.Sadiqov) Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsi qərardadını onunla əsaslandırmışdır ki, 21 oktyabr 2021-ci il tarixinə və 16 noyabr 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, onun nümayəndəsi həmin iclaslara gəlməmişdir. Yəni, iddiaçının nümayəndəsi iş üzrə təyin edilmiş məhkəmə baxış iclasına təkrarən gəlməmiş, cavabdeh tərəf isə işin mahiyyəti üzrə baxılmasını tələb etməmişdir. Eyni zamanda, iddiaçı tərəfin nümayəndəsi iş üzrə təyin edilmiş həmin məhkəmə baxış iclaslarına gəlməməsinin səbəbləri ilə əlaqədar məhkəməyə heç bir məlumat verməmişdir. Buna görə də, iş üzrə qəbul edilmiş 16 noyabr 2021-ci il tarixli e-2- 2(119)-1174/2021 nömrəli qərardadla Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə əsasən İddiaçı tərəfindən Cavabdeh Şirkətinə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmışdır. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsinin “iddiaçının nümayəndəsinin təkrarən iştirak etməməsinin və bu haqda məhkəməyə məlumat verməməsinin” üzürlü səbəblərdən baş verməsinin müəyyən olunmaması barədə dəlili əsaslı deyildir. Belə ki, iş materiallarında Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə 17 noyabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ünvanlanmış ərizəsi və Bakı Şəhəri Nəsimi rayon Məhkəməsinin məhkəmə bildirişi mövcuddur. Həmin ərizə ilə iddiaçını təmsil edən vəkil 16.11.2021-ci il tarixdə saat 15-00-da Bakı şəhəri Nəsimi rayon məhkəməsində X1 iddiası üzrə məhkəmə prosesi olduğundan və həmin prosesdə iştirak etdiyindən qeyd olunan vaxtda məhkəmədə iştirak edə bilmədiyindən, iştirak edə bilməməsini üzrlü hesab edib iş üzrə icraatın təzələnməsini xahiş etmiş və ərizənin təsdiqi kimi Nəsimi rayon Məhkəməsinin məhkəmə bildirişi ərizəyə əlavə olunmuşdur. Kollegiya qeyd edir ki, Nümayəndə Nəsimi rayon Məhkəməsinin 2(006)-2094/2021 saylı mülki iş üzrə iddiaçının nümayəndəsi və vəkili olduğunu təsdiq edən həmin məhkəmə bildirişi bilavasitə sübut edir ki, vəkil hazırki iş üzrə üzrlü səbəbdən məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 260.5-ci maddəsinə əsasən, məhkəmə iddiaçı və ya cavabdehin vəsatəti üzrə - onlar məhkəmə iclasında iştirak etməmələrinin və bu haqda məhkəməyə məlumat verməmələrinin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdikdə - bu Məcəllənin 259.0.6 və 259.0.7-ci maddələrində göstərilən əsaslarla ərizənin baxılmamış saxlanması barəsində öz qərardadını ləğv edir. Məhkəmə həmçinin qərardadında qeyd etmişdir ki, hazırkı ərizəni vermiş Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü olan Nümayəndə vəkil olaraq iddiaçı hüquqi şəxsin nümayəndəsi qismində məhkəmə prosesində iştirak etmək hüququ verilmişdir və onun məhkəmə iclaslarına gəlmək imkanı olmadığı halda, hüquqi şəxsin adından iddiaçı olaraq məhkəməyə qanuni təmsilçisi (təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri), müvafiq etibarnamə verilmiş işçisi və yaxud, nümayəndə qismində digər bir vəkili də gələ bilərdi. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. İş materiallarında iddiaçının vəkil Nümayəndə verdiyi etibarnamə mövcuddur. Həmin etibarnamə ilə nümayəndəyə qanunla iddiaçıya, cavabdehə, üçüncü şəxsə, zərərçəkmişə verilmiş bütün hüquqlardan istifadə etmək, AR MPM-nin 74.2-ci maddəsində nəzərdə tutulmuş hüquqlardan istifadə etmək və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olan bütün hərəkətlərin edilməsi etibar edilmişdir. Göründüyü kimi, nümayəndə etibarnamə ilə ona bilavasitə verilmiş səlahiyyətlərdən istifadə edərək müvafiq ərizəni məhkəməyə təqdim etmişdir. Azərbaycan Respublikası MPM-nin 73.1-ci maddəsinə əsasən nümayəndənin səlahiyyəti qanuna uyğun olaraq verilmiş və rəsmiləşdirilmiş etibarnamədə əks etdirilməlidir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, İddiaçı nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə şikayəti təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1174/2021 saylı 19 noyabr 2021-ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 25 noyabr 2021ci il tarixli qərardadı ləğv edilməli, e-2-2(119)-1174/2021 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-in 398.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək hüququ vardır. Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apelyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 397.2, 398.0.2, 400-cü, 401-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı nümayəndəsi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Nümayəndə şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1174/2021 saylı 19 noyabr 2021ci il tarixli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 25 noyabr 2021-ci il tarixli qərardadı ləğv edilsin. e-2-2(119)-1174/2021 saylı iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-180/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-180/2021
13.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Daşıma müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver