Məhkəmə qərarları › İş №2-2(105)-19/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-19/2023

16.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-19/2023 16.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-1201/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı "borcun tutulması" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehndən 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borcun və 201 (iki yüz bir) manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixində malların alqı-satqısına dair 33/2019 nömrəli müqavilə bağlanmışdır. Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı əlavələrdə razılaşdırılan məbləğin 50%-ni sifariş imzalanarkən, qalan 50%-ni isə malları yükləməyə hazır olan zaman satıcının hesabına ödəməyi öz öhdəsinə götürür. 21 fevral 2020-ci il tarixli Qiymət razılaşdırma protokoluna (Əlavə №1) əsasən İddiaçı hər birinin dəyəri 295 manat olan 40 ədəd metal seyf qapısını (ƏDV 2124 manat), hər birinin dəyəri 180 manat olan 150 ədəd MDF qapını (ƏDV 4860 manat) və hər birinin dəyəri 330 manat olan 5 ədəd metal zirzəmi qapısını (ƏDV 297 manat) alıcıya təqdim edir. Tərəflərin tərtib edərək imzaladığı 33/2019 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilə üzrə 22 iyul 2021-ci il tarixli üzləşmə aktında qeyd olunmuşdur ki, İddiaçı tərəfindən ümumi dəyəri 40450 manat məbləğində olan mallar Cavabdehnə verilmiş və cavabdehin iddiaçıya 22 iyun 2021-ci il tarixinə 30420 (otuz min dörd yüz iyirmi) manat (ƏDV-siz) borcu vardır. Qapıların quraşdırılması icraçı tərəfindən tam yerinə yetirilmişdir. İddiaçı ilə Cavabdeh Şirkəti tərəfindən imzalanmış 30 iyun 2021-ci il tarixli Razılaşmanın 2-ci bəndində göstərilmişdir ki, Cavabdeh 2021-ci ilin sentyabr ayının sonunadək İddiaçı qarşısında olan 30420 manat məbləğində öhdəliyinin tam icrasını və ödənilməsini öz öhdəsinə götürür. Həmin məbləğin 18% ƏDV-si 5475,60 manat təşkil edir. Beləliklə, cavabdeh tərəfindən iddiaçıya ödənilməli olan borc cəmi 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) təşkil edir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 1201/2022 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək Cavabdehndən (VÖEN: **********) 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borc və mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 36095,60 (otuz altı min doxsan beş manat 60 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən dövlət nəfinə 197,68 (yüz doxsan yeddi manat 68 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-1201/2022 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTLƏRİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti arasında malların alqı-satqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı “Qara Çay" Şirkətinin iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Birinci instansiya məhkəməsi tərəfindən məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan hallar tam, obyektiv və hərtərəfli araşdırılmamışdır. Hesab edirlər ki, Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-1201/2022 nömrəli qətnaməsi qanunsuz və əsassızdır. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də, nümayəndəsi heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası verilmiş apellyasiya şikayətləri üzrə işə cavabdehin nümayəndəsinin iştirak olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan satıcı İddiaçı (VÖEN **********) ilə alıcı “Qara Çay" Şirkəti (VÖEN **********) arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 33/2019 saylı alqı-satqı müqaviləsinin şərtlərinə görə satıcı bir il ərzində müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli Əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları alıcıya təhvil verir. Alıcı isə cari il ərzində müqavilənin ayrılmaz hissəsi olacaq 1 nömrəli Əlavə və digər əlavələrdə əks olunan qiymət razılaşma protokolunda göstərilən malları qəbul edir və bunun müqabilində satıcının hesabına alınan məhsulun dəyərini ödəyir. Müqavilə imzalandığı gündən qüvvəyə minir. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən ödəniş köçürmə yolu ilə həyata keçirilir. Alıcı əlavələrdə razılaşdırılan məbləğin 50%-ni sifariş imzalanarkən, qalan 50%-ni isə malları yükləməyə hazır olan zaman satıcının hesabına ödəməyi öz öhdəsinə götürür. İş materiallarında olan 21 fevral 2020-ci il tarixli qiymət razılaşdırma protokolundan (Əlavə №1) görünür ki, İddiaçı tərəfindən ƏDV daxil olmaqla cəmi 47731 manat məbləğində 3 adda mal (40 ədəd metal seyf qapısı, 150 ədəd MDF qapı və 5 ədəd metal zirzəmi qapısı) Cavabdehnə satılmışdır. İş materiallarında olan 25 iyun 2021-ci il tarixli EBBD seriyalı 813981 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı “Qara Çay" Şirkətinə ƏDV daxil cəmi 35895,60 manat manat dəyərində olmaqla (30420 manat malın dəyəri + 5475,60 manat ƏDV) müxtəlif mallar satılmışdır. İş materiallarında olan 13 aprel 2020-ci il tarixli EBAİ seriyalı 727156 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı “Qara Çay" Şirkətinə ƏDV daxil cəmi 11835,40 manat manat manat dəyərində olmaqla (1030 manat malın dəyəri + 1805,40 manat ƏDV) müxtəlif mallar satılmışdır. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 22 iyul 2021-ci il tarixli üzləşmə aktından görünür ki, İddiaçı tərəfindən “Qara Çay" Şirkətinə 40450 manat (ƏDV-siz) dəyərində mal verilmiş və cavabdeh tərəfindən cəmi 10030 manat məbləğində ödəniş edilmişdir. Alıcı “Qara Çay" Şirkətinin 22 iyun 2021-ci il tarixinə satıcı İddiaçınə 30420 manat (ƏDV-siz) borcu vardır. İş materiallarında olan 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinin icrası ilə əlaqədar satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti tərəfindən tərtib edilərək imzalanmış 30 iyun 2021-ci il tarixli “Razılaşma”dan görünür ki, həmin “Razılaşma”nın məqsədini alıcı Cavabdeh satıcı İddiaçı qarşısında olan öhdəliklərinin tənzimlənməsi təşkil edir və həmin “Razılaşma”da alıcı Cavabdeh 2021-ci ilin sentyabr ayının sonunadək İddiaçı qarşısında olan 30420 manat məbləğində öhdəliyinin tam icrasını və ödənilməsini öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsinin araşdırması zamanı müəyyən olunmuşdur ki, tərəflər arasında bağlanmış 09 dekabr 2019-cu il tarixli 33/2019 nömrəli alqı-satqı müqaviləsinə əsasən satıcı İddiaçı ilə alıcı “Qara Çay" Şirkəti arasında malların alqısatqısı baş tutmuş və həmin alqı-satqı üzrə alıcı “Qara Çay" Şirkətinin iddiaçıya ƏDV daxil olmaqla ümumilikdə 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində ödənilməmiş borcu qalmışdır. Buna görə də, hazırkı iddia ərizəsində ödənilməmiş 35895,60 manat məbləğində borcun cavabdeh “Qara Çay" Şirkətindən tutulması xahiş olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Göstərilən normaları hazırki iş üzrə tətbiq edərək məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ilə Cavabdeh arasında 09 dekabr 2019-cu il tarixində malların alqı-satqısına dair 33/2019 nömrəli müqavilə bağlanmış, həmin Müqavilənin 2.2-ci bəndinə əsasən alıcı əlavələrdə razılaşdırılan məbləğin 50%-ni sifariş imzalanarkən, qalan 50%-ni isə malları yükləməyə hazır olan zaman satıcının hesabına ödəməyi öz öhdəsinə götürmüş, 21 fevral 2020-ci il tarixli Qiymət razılaşdırma protokoluna (Əlavə №1) əsasən İddiaçı hər birinin dəyəri 295 manat olan 40 ədəd metal seyf qapısını (ƏDV 2124 manat), hər birinin dəyəri 180 manat olan 150 ədəd MDF qapını (ƏDV 4860 manat) və hər birinin dəyəri 330 manat olan 5 ədəd metal zirzəmi qapısını (ƏDV 297 manat) alıcıya təqdim etmiş, tərəflərin tərtib edərək imzaladığı 33/2019 nömrəli 09 dekabr 2019-cu il tarixli müqavilə üzrə 22 iyul 2021ci il tarixli üzləşmə aktından müəyyən olunur ki, İddiaçı tərəfindən ümumi dəyəri 40450 manat məbləğində olan mallar Cavabdehnə verilmiş, lakin cavabdeh müqavilələrindən irəli gələn öhdəliyi yerinə yetirməmişdir. Belə olan halda İddiaçı məhkəmə qaydasında Cavabdehndən 35895,60 (otuz beş min səkkiz yüz doxsan beş manat 60 qəpik) manat məbləğində borcun ödənilməsini tələb etməsi tam əsaslıdır. Cavabdeh apellyasiya şikayətində Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)-1201/2022 nömrəli qətnaməsinin qanunsuz və əsassız olduğunu qeyd etsə də, apellyasiya şikayətini əsaslandırmamış, buna dair dəlillərini apellyasiya şikayətində qeyd etməmişdir. Beləliklə, yuxarıda qeyd olunanlardan göründüyü kimi birinci instansiya məhkəməsinin qətnaməsi iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin müqavilə üzrə qarşılıqlı hüquq münasibətlərinə uyğun əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Buna görə də apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırki iş üzrə qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 26 oktyabr 2022-ci il tarixli, e-2-2(119)- 1201/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar