Məhkəmə qərarları › İş №2-2(105)-19/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-19/2024

07.01.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sığorta müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-19/2024 07.01.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh “N.A.Q Avtotexnı̇ ka Servı̇ s” Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı kommersiya işi üzrə (Açar sözlər: iddia ərizəsinin geri qaytarılması) X2 Süleymanovanın sədrliyi və məruzəsi, X3 Məmmədov və X1 ibarət tərkibdə, Günay Asif qızı Səlimin katibliyi ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyətinin cavabdeh "N.A.Q Avtotexnı̇ ka Servı̇ s" Məhdud Məsulı̇ yyətli Cəmı̇ yyətinə qarşı "sığorta və digər ödənişlərin tutulması"̇ barədə kommersiya mübahisəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında Cavabdehnə qarşı “sığorta ödənişi və digər ödənişlərin tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 374,23 (üç yüz yetmiş dörd manat iyirmi üç qəpik) manat məbləğində sığorta ödənişi, 20 (iyirmi) manat məbləğində mediasiya haqqı və 10 (on) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 404,23 (dörd yüz dörd manat iyirmi üç qəpik) manat məbləğində pulun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

2. Sumqayıt Kommersiya 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadı (hakim Fərman Həmidli) ilə iddia ərizəsi iddiaçıya geri qaytarılmışdır.

3. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv edilərək işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir.

4. Sumqayıt Kommersiya 18 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadı ilə iddiaçı "Bakı Sığorta” Açıq Səhmdar Cəmiyyəti tərəfindən Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli e-2-2(119)-1617/2023 nömrəli qərardadından verilmiş şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması, şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

5. Birinci instansiya məhkəməsi öz mövqeyini Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 10-1.1, 150.1.4, 150.1.6, 150.2, 152.1.4, 152.1.6, 150.1.7, 152.1.6-1-ci maddələri, Vergilər Məcəlləsinin 13.2.72-ci maddəsi, Mediyasiya haqqında Azərbaycan Respubliksının Qanununun 3.2, 21.1, 21.6, 28.2, 28.3, 29.2-ci maddələrinin tələblərinə istinadla əsaslandırmışdır.

Apellyasiya instansiyası məhkəməsindəki icraat

6. Apellyasiya instansiya Məhkəməsi Mülki Prosessual Məcəllənin 397.2-ci maddəsinin tələbinə əsasən qərardaddan verilən şikayətə yazılı icraat qaydasında baxılmasını mümkün hesab etmişdir.

a) Şikayətin dəlilləri :

7. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdehə 14 sentyabr 2023-cü il tarixli, BS-S-23/2168 saylı pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd göndərilmiş və həmin məktub 22 sentyabr 2023-cü il tarixdə cavabdehə çatdırılmışdır. Həmin məktubun cavabdehə çatdırılmasını təsdiq edən qəbz iddia ərizəsinə əlavə edilsə də məhkəmə qeyd edilən halı nəzərə almamışdır. Hazırda qeyd olunan sənəd cavabdehə göstərilən qaydaya əməl etməklə bir daha göndərilmişdir və müraciət 11 dekabr 2023-cü il tarixdə “onlayn kargüzarlıq” sistemində ******* nömrəsi ilə qeydə alınmışdır. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının arayışına əsasən, iddiaçı tərəfindən, həmçinin Vidadi Əhmədov adlı Gürcüstan Respublikasının vətəndaşı olan şəxs ilkin mediasiya iclasına cəlb edilmiş və MPM-in 51.3-cü maddəsinə əsasən iddiaçının əlavə vəsatət verməklə həmin cavabdehi məhkəmə iclasına cəlb etmək hüququ vardır. Son yaşayış yeri Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi olan həmin şəxsin müvəqqəti yaşamaq üçün qeydiyyat vəsiqəsi olmadığına və “Elektron məhkəmə” informasiya sistemində yalnız şəxsiyyət vəsiqəsi və ya onu əvəz edən sənədin seriya nömrəsi daxil edilməklə iddia ərizəsi verilə bildiyinə görə iddia ərizəsində Vidadi Əhmədov cavabdeh qismində göstərilməmişdir. Buna görə də, iddiaçı MPM-in 51-ci maddəsinə əsasən həmin cavabdehi məhkəmə hazırlıq iclası bitənədək cəlb etmək hüququndan istifadə edərək, cəlb etmək istəsə də, məhkəmə iddia ərizəsini geri qaytarmaqla iddiaçının qeyd edilən hüququnu pozmuşdur. Bakı şəhəri 6 saylı Mediasiya Təşkilatının 17 noyabr 2023-cü il tarixli, MŞB/6-0728 nömrəli arayışında 20 (iyirmi) manat mediasiya xərcinin ödənildiyi göstərilsə də, 22 noyabr 2023-cü il tarixli ödəniş tapşırığından müəyyən olunur ki, ilkin mediasiya sessiyasında iştiraka görə iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində pul vəsaiti həmin mediasiya təşkilatının bank hesabına köçürülmüşdür və qəbzin surəti iddia ərizəsinə əlavə edilmişdir. Məhkəmə “Mediasiya haqqında” Qanunun 9.1.1-ci maddəsinə əsasən istinad etsə də, iş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş tapşırığını nəzərə almadan rüsumun az ödənildiyi qənaətinə gəlmişdir. Məhkəmə, əsassız olaraq “Mediasiya haqqında” Qanunun 28.3-cü maddəsinə istinad edərək, ilkin mediasiya sessiyasının cavabdehin aidiyyəti üzrə olduğu məhkəmə ilə eyni şəhər və rayonda yerləşən məhkəmədə keçirilmədiyi qənaətinə gəlmişdir. “Elektron məhkəmə” informasiya sistemində Vidadi Əhmədovu ikinci cavabdeh kimi əlavə etmək texniki cəhətdən mümkün olmadığına görə iddia ərizəsi Sumqayıt Kommersiya Məhkəməsinə verilmiş və qanunvericiliyin tələblərinə əsasən iddia cavabdehlərdən birinin rəsmi qeydiyyat ünvanı üzrə verilə bilər. Eyni mövqedən məsələyə yanaşıldıqda cavabdehlərdən istənilən birinin qeydiyyat ünvanı üzrə aidiyyəti mediasiya təşkilatına müraciət edilməsi mümkündür. Mübahisənin mediasiya vasitəsilə həllinin mümkün olmadığı aşkar şəkildə göründüyü üçün Sumqayıt 1 saylı Mediasiya Təşkilatına müraciət edilməsinin lüsumsuzluğu şübhəsizdir.

b) Şikayətə qarşı etirazın dəlilləri

8. Şikayətə qarşı yazılı etiraz daxil olmamışdır.

9. Apellyasiya baxışının hədləri Şikayətdən görünür ki, apellyator Sumqayıt Kommersiya 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Odur ki, kollegiya Sumqayıt Kommersiya 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1617/2023 nömrəli qərardadının tam yoxlanılmasını vacib hesab edir.

Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 13.2.72. Elektron kabinet – vergi orqanı ilə vergi ödəyicisi arasında bağlanmış müqaviləyə əsasən yaradılan, vergi orqanı tərəfindən verilən kod-parol ilə daxil olmağa imkan verən, vergi ödəyicisi ilə vergi orqanı arasında qarşılıqlı məlumat mübadiləsini təmin edən fərdi elektron səhifədir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi (MPM): Maddə 10-1.1. Elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Maddə 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə 150.1.4. Bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.1.6. Müqavilə ilə və ya həmin kateqoriya mübahisələr üçün qanunda bu nəzərdə tutulmuşsa, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd (kommersiya mübahisələri üzrə həmin sənədlər bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq verilir) iddia ərizəsinə əlavə edilməlidir. Maddə 150.2. Kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər işdə iştirak edən digər şəxslərin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) onlara çatdırılır. Əgər sahibkar olan cavabdeh “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişsə, bu halda kommersiya mübahisələri üzrə elektron qaydada verilən iddia ərizəsi barədə bildiriş və “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçmə qaydasına dair məlumat həmin şəxsin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir və bu barədə məlumat elektron qaydada (elektron poçt və SMS vasitəsilə) ona çatdırılır. Cavabdeh qeyri-rezident olduğu halda iddia ərizəsi və ona əlavə edilmiş sənədlər onun nümayəndəsinin “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetinə göndərilir. Maddə 152.1.4. Kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 152.1.6. Müqavilə ilə və ya həmin kateqoriya işlər üçün qanunla nəzərdə tutulmuşsa, iddiaçı cavabdehlə mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sənəd təqdim etmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır; Maddə 398.0.1. Apellyasiya instansiyası məhkəməsinin məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Maddə 400. Apellyasiya instansiyası məhkəməsinin bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qərardadlarından kassasiya şikayəti verilməmişdirsə, həmin qərardadlar işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra, qanunla şikayət verilməsi nəzərdə tutulmayan qərardadları isə çıxarıldığı andan qanuni qüvvəyə minir.

12. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməməli, Sumqayıt Kommersiya 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)-1617/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, göründüyü kimi birinci instansiya məhkəməsi iddia ərizəsi və əlavə edilmiş sənədlərin qaytarılmasına dair mövqeyini iddiaçı tərəfindən Mülki-Prosessual Məcəllənin 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə əməl olunmayaraq iddia ərizəsinin Sumqayıt Kommersiya Məhkəməsinə təqdim olunması, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi ilə nəzərdə tutulan qaydada iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınmasını və eləcə də, cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək, məhkəməyə təqdim olunmaması, dövlət rüsumunun qanunla nəzərdə tutulmuş qaydada ödənilməməsi ilə əsaslandırmışdır. Məhkəmənin mövqeyinə görə Mülki-Prosessual Məcəllənin tələblərinə əsasən kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və bununla bağlı müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Mülki-Prosessual Məcəllənin 150.2-ci maddəsində kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehə çatdırılmasının və eləcə də, mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə çatdırılmasının xüsusi qaydası müəyyən edilmiş və qeyd olunan sənədlərin cavabdehə həmin qaydada göndərilməli olması həmin Məcəllənin 150.1.4-cü və 150.1.6-cı maddələrində imperativ qaydada təsbit olunmuşdur. Lakin göründüyü kimi qeyd olunan sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada göndərilməsini təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamışdır. Sənədlərin cavabdehə əlbə-əl təqdim edilməsi Mülki-Prosessual Məcəllənin 150.1.4, 150.1.6 və 150.2-ci maddələrinin tələblərinə riayət edilməklə verilməsi kimi qəbul edilə bilməz. Bundan əlavə, iş materiallarına əsasən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar 20 (iyirmi) manat məbləğində mediasiya haqqı ödənilmişdir. 06 dekabr 2023-cü il tarixli ********** nömrəli qəbzdən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsinin verilməsi ilə əlaqədar 0,10 (on qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci maddəsinə əsasən, qiyməti 1.000 manatadək olan iddialar üzrə ödənilməli dövlət rüsumunun məbləği 30 manat təşkil edir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçının mediasiya xərcini ödəməsi ilə əlaqədar ödəməkdən azad olduğu dövlət rüsumunun məbləği 20 (iyirmi) manat təşkil etdiyi üçün, hazırkı iddianın verilməsi ilə bağlı 10 (on) manat məbləğində dövlət rüsumu ödəməli olmasına baxmayaraq, onun tərəfindən 0,10 (on qəpik) manat dövlət rüsumu ödənilmişdir. Bu isə qüvvədə olan qanunvericiliyə ziddir. İddiaçı birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmamış və şikayətin dəlili olaraq Mülki-Prosessual Məcəlləsinin qeyd olunan tələblərinə əməl edildiyini göstərmişdir. Birinci instansiya məhkəməsi şikayətin dəlili üzrə qiymətləndirmə apararaq qeyd etmişdir ki, iddiaçı 07 dekabr 2023-cü il tarixdə məhkəməyə müraciət edərkən iş üzrə cavabdehə sözügedən sənədlərin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 150.2-ci maddəsində göstərilən qaydada göndərilməsini (Cavabdeh MMC-nin “Elektron məhkəmə” informasiya sistemində elektron kabineti mövcud olmasına baxmayaraq) təsdiq edən sənədləri iş materiallarına əlavə etməmiş, yalnız mübahisənin pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən məktubu və həmin məktubun çatdırılması ilə bağlı xəbərnamələri iş materiallarına əlavə etmişdir. İddiaçı iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin, eləcə də mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsinə dair sənədin cavabdehə mülki prosessual qanunvericiliyə uyğun olaraq göndərilməsinə məhkəmə tərəfindən iddia ərizəsi geri qaytarıldıqdan sonra əməl etmişdir. Belə ki, 08 dekabr 2023-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri qaytarıldıqdan sonra, 11 dekabr 2023-cü il tarixində iddiaçı tərəfindən sözügedən sənədlər cavabdehə elektron qaydada çatdırılmış və həmin sənədlər iddia ərizəsi ilə birgə deyil, iddiaçı tərəfindən verilmiş şikayətlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Bundan başqa, iddiaçı tərəfindən “Elektron məhkəmə” informasiya sistemində elektron kabinet vasitəsilə yerləşdirilmiş 06 dekabr 2023-cü il tarixli ********** nömrəli qəbzə əsasən, iddiaçının dövlət rüsumu olaraq 0,10 (on qəpik) manat məbləğində pul vəsaiti ödədiyi müəyyən olunur. Bu hal, həmçinin verilmiş iddia ərizəsinin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində qeyd olunmuşdur. Eyni zamanda, iş materiallarına əlavə olunmuş Bakı 6 saylı Mediasiya Təşkilatının mediatoru tərəfindən tərtib edilərək imzalanmış 17 noyabr 2023-cü il tarixli MŞB/6-0728 nömrəli “İlkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi” barədə arayışa əsasən, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasının keçirilməsi ilə əlaqədar mediasiya haqqı 20 (iyirmi) manat təşkil etmişdir. Qeyd olunan məsələ ilə əlaqədar iddiaçı tərəfindən mediasiya sessiyasının keçirilməsi ilə bağlı 30 (otuz) manat məbləğində mediasiya xərcinin ödənilməsini təsdiq edən 22 noyabr 2023-cü il tarixli AZ0017907 nömrəli ödəniş qəbzi 14 dekabr 2023-cü il tarixdə şikayətlə birlikdə məhkəməyə təqdim olunmuşdur. Halbuki, sözügedən sənəd həmin tarixdə yox, məhz iddia ərizəsi ilə eyni vaxtda, yəni, 07 dekabr 2023-cü ildə məhkəməyə təqdim olunmalı idi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 108.1.1-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında iddia ərizəsi verildikdə, dövlət rüsumu ödənilir. Apellyasiya şikayətinin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdırıb, dəyərləndirmə apararaq, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi və əsaslandırması ilə razılaşır, bu baxımdan əlavə araşdırmanın aparılmasına zərurət görmür və hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən prosesual normaların tətbiqində pozuntuya yol verilməmişdir. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin geri qaytarılmasına əsas olan nöqsanların aradan qaldırılması mübahisələndirilən məhkəmə aktının ləğv edilməsinə əsas olan hal kimi qiymətləndirilə bilməz. Qeyd olunan nöqsanlar aradan qaldırıldığı halda iddiaçının ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası işin sadalanan müəyyən edilmiş hallarını nəzərə alaraq hesab edir ki, mübahisələndirilən məhkəmə qərardadını qəbul edərkən birinci instansiya məhkəməsi hər hansı bir yanlışlığa yol verməmiş, prosessual normanı düzgün tətbiq etmişdir. Məhkəmə qərardadının apellyasiya qaydasında ləğv edilməsi üçün əsas yoxdur. Odur ki, şikayət təmin edilməməlidir. Məhkəmə kollegiyası göstərilənləri və Azərbaycan Respublikası MPM-nin 395, 398.0.1, 400-cü maddələrini rəhbər tutaraq,

qərara aldı:

İddiaçı "xxxx" Açıq Səhmdar Cəmı̇ yyəti tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 08 dekabr 2023-cü il tarixli, e-2-2(119)- 1617/2023 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad dərhal qanuni qüvvəsini alır. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar