Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-21/2023 01.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Abasov Şəmsəddin Rizalı oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Əhmədzadə Səbinə Məhəmməd qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1661/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı xeyrinə Cavabdehndən ƏDV daxil 59037 (əlli doqquz min otuz yeddi) manat əsas borc, 20000 (iyirmi min) manat cərimə və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu olmaqla, ümumilikdə 79437 (yetmiş doqquz min dörd yüz otuz yeddi) manat borcun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, şüşə təmizləyici mayelər, təkərlər, akkumlyatorlar və digər malların (bundan sonra mal və ya mallar) alqı-satqısına dair 10 mart 2020-ci il tarixli xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmışdır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilməlidir. Lakin sözügedən alqı-satqı müqaviləsi üzrə cavabdeh öz öhdəliklərini lazımınca yerinə yetirməmiş və nəticədə iddiaçı qarşısında ƏDV daxil 59037 manat borcu yaranmışdır. Satın alınan mallara dair iddiaçı tərəfindən cavabdehə bir neçə elektron qaimə təqdim edilsə də, bu günə qədər yaranmış borc ödənilməmişdir. Borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə istər şifahi, istərsə də yazılı müraciət və xəbərdarlıqlar edilməsinə baxmayaraq, heç bir müsbət nəticə olmamışdır. Məhkəməyə müraciət etməzdən əvvəl qanunvericiliyin tələblərinə uyğun olaraq tərəflər arasında 04 fevral 2022ci il tarixdə ilkin mediasiya sessiyası keçirilmiş və hər iki tərəf öz nümayəndəsi vasitəsi ilə sessiyanın iclasında iştirak etmişdir. Lakin ilkin mediasiya sessiyasından sonra proses tərəflərin iradəsinə əsasən davam etdirilməmiş, bu barədə müvafiq arayış iddia ərizəsinə əlavə edilmişdir. Göstərilənlərə əsasən, tərəflər arasında bağlanmış sözügedən alqı-satqı müqaviləsi üzrə yaranmış cəmi ƏDV daxil 59037 manat əsas borc, əsas məbləğə hesablanmış 20000 manat cərimə və ödənilmiş 400 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Cavabdeh 22 sentyabr 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə etiraz ərizəsi təqdim edərək iddia tələbini qismən qəbul etdiyini qeyd etmiş, ondan 10918,51 manat məbləğində əsas borc, 1965,33 manat ƏDV məbləği olmaqla, ümumilikdə 12883,84 manat məbləğində pul vəsaitinin tutulması, cərimə tələbinin rədd edilməsi və iddia ərizəsində tutulması xahiş olunan 400 manat məbləğində dövlət rüsumunun isə tərəflər arasında bölüşdürülməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı 12 oktyabr 2022-ci il tarixdə “elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edərək Cavabdeh tərəfindən müəyyən ödənişlər edildiyi üçün iddia tələbinin həcminin azaldığını və borcun ƏDV daxil 12883,66 manat təşkil etdiyi bildirmişdir. Buna görə də, Cavabdehndən ƏDV daxil 12883,66 (on iki min səkkiz yüz səksən üç manat 66 qəpik) manat əsas borc, 5000 (beş min) manat cərimə və ödənilmiş 400 (dörd yüz) manat dövlət rüsumu olmaqla ümumilikdə 18283,66 (on səkkiz min iki yüz səksən üç manat altmış altı qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı MMC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1661/2022 nömrəli qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək Cavabdehndən (VÖEN **********) 12883,66 (on iki min səkkiz yüz səksən üç manat 66 qəpik) manat məbləğində əsas borc, 700 (yeddi yüz) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 13983,66 (on üç min doqquz yüz səksən üç manat 66 qəpik) manat məbləğində pul vəsaitinin İddiaçı xeyrinə tutulması, Cavabdehndən dövlət nəfinə 130,75 (yüz otuz manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir (hakim Həlimə Alıyeva). Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1661/2022 saylı qətnaməsinin dəyişdirilərək, Cavabdeh MMC-dən 12883,66 (on iki min səkkiz yüz səksən üç manat 66 qəpik) manat əsas borcun İddiaçı MMC-nin xeyrinə ödənilməsi hissəsi saxlanılıb, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğin İddiaçı MMCnin xeyrinə ödənilməsi hissəsi dəyişdirilərək 200 (iki yüz) manat müəyyən edilməsi, 700 (yeddi yüz) manat məbləğində cərimə və dövlət nəfinə 130,75 (bir yüz otuz manat 75 qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi hissəsinin ləğv edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, 10 mart 2020-ci il tarixli, xx/xx/2020 saylı Müqavilənin 7.3-cü bəndinə əsasən “Alıcı” (yəni cavabdeh) bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1%- i miqdarında “Satıcı”ya (yəni iddiaçıya) cərimə ödəməli olduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən ödənişin gecikdirilməsi üzrlü səbəblərdən yaranmışdır. Çünki iddiaçı tərəfindən cavabdehə təhvil verilən malların bir hissəsi müştərilərə satıldıqdan bir neçə gün sonra keyfiyyətsiz olduğu səbəbi ilə cavabdehin müştəriləri tərəfindən geri qaytarılmışdır. Bu səbəbdən də müştərilər tərəfindən geri qaytarılmış mallara oxşar və eyni firmadan olan mallar, hansılar ki, cavabdehin anbarında saxlanılmış olan mallar cavabdeh tərəfindən iddiaçıya geri qaytarılmışdır. Lakin cavabdeh tərəfindən müştərilərə satılıb sonra isə keyfiyyətsiz olduğu üçün geri qaytarılan mallarla bağlı cavabdehə dəyən ziyanla əlaqəli qarşılıqlı sövdələşməyə gedilməsi barədə cavabdeh tərəfindən təklif verildiyi halda iddiaçı və ya onun səlahiyyətli nümayəndələri cavabdeh və ya onun səlahiyyətli nümayənədələri ilə görüşməmiş, müxtəlif bəhanələrlə bu görüşlərdən və sövdələşmələrdən çəkinmişlər. Eyni zamanda cavabdeh tərəfindən iddiaçıya və onun səlahiyyətli nümayəndələrinə dəfələrcə bildirilmişdir ki, qalıq borcla əlaqəli üzləşmə aktı tərəflər arasında imzalandıqdan sonra cavabdeh tərəfindən bütün borc ödəniləcəkdir. Bu haqda məlumat hətta mediasiya prosesi zamanı həm yazılı, həm də şifahi olaraq iddiaçının nümayəndəsinə bildirilmişdir. Mediasiya prosesindən xeyli müddət keçməsinə baxmayaraq iddiaçı cavabdeh tərəfindən bildirişlərə məhəl qoymamış, cərimə məbləğinin şişməsinə səbəb olmuşdur. Mediasiya prosesində sövdələşmə alınmadıqdan sonra belə iddiaçı xeyli müddət sonra məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarından da görünür ki, cavabdeh üzrlü səbəbdən ödənişi həyata keçirməmişdir. Tərəflər öz sərbəst iradə ifadələri ilə müqavilədə qeyd etmişlər ki, üzrlü səbəb cərimənin ödənilməməsinə imkan verir. Belə olduğu halda tərəflər arasında razılaşdırılmış müqavilənin şərtlərini pozaraq cavabdehə hər hansı bir cərimə məbləği tətbiq etmək hesab edirlər ki, qanunsuzdur. Bundan əlavə, iddiaçı cavabdehə qarşı həm müqavilə şərtlərini pozaraq, həm də riyazi hesablama qaydalarına uyğun gəlməyən və əsassız məbləğ tələb etdiyi üçün ödəmiş olduğu məhkəmə xərclərini cavabdehdən tələb etməsi, bu haqsızlığa da məhkəmənin göz yumması cavabdehin hüquqlarının pozulmasıdır. İşin faktiki hallarına baxıldığı zaman aydın görünür ki, cavabdeh etiraz ərizəsində və əlavə edilmiş materiallarda borcun məbləğini sübut edən kimi, məhkəmə iclası keçirilmədən belə iddiaçı tələbini azaltmışdır. Belə olan halda iddiaçı tərəfindən əsassız irəli sürülən tələb üçün ödənilmiş məhkəmə xərclərinin bütünü niyə cavabdehdən tutulmalıdır. Məhkəmə qətnaməsində hətta cərimə ilə birlikdə cavabdehin borcunun 13.583,66 (on üç min beş yüz səksən üç manat 66 qəpik) manat olduğunu qəbul etmişdir. Hesab apardırılan zaman müəyyən olunur ki, iddiaçı əsaslı və qanuni tələb irəli sürdüyü halda maksimum 131 (bir yüz otuz bir) manat dövlət rüsumu ödəmiş olacaqdır. Eyni zamanda Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu iltarixli, 308 saylı “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Qərarına əsasən kommersiya mübahisələri üzrə iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda 200 (iki yüz) manat mediasiya xərci ödənməli olur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarda yazılanlar əsasında deyə bilərlər ki, iddiaçı əsaslı və qanuni tələb irəli sürmüş olsaydı 200 (iki yüz) manat mediasiya xərci ödəmiş olacaqdı, dövlət rüsumunu isə ödəmiş olmayacaqdı. Lakin iddiaçı əsassız tələblər irəli sürdüyü üçün iki dəfədən çox mediasiya xərci ödəmiş və bunu da cavabdehdən tələb etmiş, məhkəmə də buna göz yumaraq əsassız tələb irəli sürməklə ödənilmiş artıq xərci belə cavabdeh tərəfindən ödənilməsini təsdiq etmişdir. Hətta məhkəmə “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinin tələbini nəzərə almadan 13583,66 (on üç min beş yüz səksən üç manat 66 qəpik) manat məbləğə görə 130,75 (bir yüz otuz manat 75 qəpik) manat cavabdehdən tutulub dövlət nəfinə ödənilməsini qət etmişdir. Məbləğə görə ödənilməli olan dövlət rüsumu 130,75 (bir yüz otuzmanat 75 qəpik) manat olaraq qəbul etsələr və nəzərə alsaq ki, iddiaçı tərəfindən mediasiya xərcləri ödənilmiş və ödənilən mediasiya xərci dövlət rüsumundan azad olduğu üçün heç bir dövlət rüsumu ödənilməmişdir, eyni zamanda da artıq ödənilmiş olan mediasiya xərci də cavabdehdən tutulub ödənilməsi halında cavabdehə qarşı haqsızlıq və qanunsuzluq olmuşdur. Göründüyü kimi, məhkəmə iddiaçı tərəfindən artıq ödənilmiş mediasiya xərcinə diqqət etmədən və cavabdehdən mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində ödənişin tutulmasına və qanunun tələblərini pozaraq əlavə də 130.75 (bir yüz otuzmanat 75 qəpik) manat məbləğində dövlət rüsumunun tutulmasına qət etmişdir. Halbuki, iddiaçı cavabdehdən haqq olan məbləği tələb etmiş olsa idi, bu qədər məbləğdə mediasiya xərci ödəmiş olmayacaq və cavabdehdən də bu tələb olunmayacaqdır. İş üzrə tərəflər arasında olan Alqı-satqı Müqaviləsinin 7.3-cü maddəsinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi hər gün üçün müvafiq ödəniş məbləğinin 0,1 faiz miqdarında Satıcıya cərimə ödəməlidir. Müqavilənin qeyd olunan maddəsindən də göründüyü kimi Alıcı ödəyəcəyi ödənişi üzrsüz olaraq gecikdirdiyi halda Müqavilə ilə müəyyən edilmiş cəriməni ödəməlidir. Lakin, alıcı tərəfindən alınmış mallar üzrə ödəniş üzrlü səbəblərdən ödənilməmişdir. Belə ki, göstərilən hal ilə bağlı Alıcı tərəfindən Satıcıya dəfələrlə müraciət edilmiş və tərəflər arasında üzləşmə aktı imzalanması təklif edilmişdir. Yəni dəbbə pulunun tutulması üçün müqavilə və qanunla müəyyənləşdirilən əsaslar mövcud olmadığından məhkəmənin qətnaməsi dəbbə pulunun tutulması hissəsində əsassızdır. İşin hallarından göründüyü kimi iddiaçı tərəfindən ilk dəfə olaraq iddia tələbinin həcmi düzgün şəkildə müəyyənləşdirilmədiyindən mediasiya xidmətlərinin göstərilməsinə görə 400 manat məbləğində haqq ödənilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 iyul 2019-cu il tarixli, 308 nömrəli “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Qərarından da göründüyü kimi kommersiya mübahisələri üzrə iddia qiyməti 10.001 manatdan 50.000 manatadək olduqda mediasiya xidmətinin göstərilməsinə görə 200 manat məbləğində haqq müəyyən edilmişdir. İş üzrə materiallardan da göründüyü kimi iddia qiyməti 50.000 manatı keçməmişdir. Belə olduğu təqdirdə birinci instansiya məhkəməsi tərəfindən mediasiya xidmətlərinin göstərilməsinə görə cavabdehdən 400 manat məbləğinin tutulması əsassız hesab edilməli və cavabdehdən tutulacaq mediasiya xərci cəmi 200 (iki yüz) manat məbləğində müəyyənləşdirilməlidir. Həmçinin, müvafiq normalardan da göründüyü kimi iş üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən azad olunur. İddiaçı ilkin iddiaya əsasən 400 manat məbləğində mediasiya xərci ödədiyindən və “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununa əsasən tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edildiyindən məhkəməyə müraciət edərkən əlavə hər hansı dövlət rüsumu ödəməməlidir. Buna əsasən də cavabdehdən 400 manat yox, 200 manat ödəniş tutulmalıdır. Məhkəmə qətnaməsində 700 manat məbləğində dəbbə pulunun müəyyən edilməsi müəyyənləşdirilsə də, onun hansı meyarlar əsasında müəyyənləşdirildiyi əsaslandırılmamışdır. Həmçinin, dəbbə pulunun məbləği müəyyən edilərkən tərəflər arasında olan razılaşma nəzərə alınmamışdır. Belə ki, həm cavabdeh tərəfindən təqdim edilən etiraz ərizəsi, həm də tərəflər arasında olan müqavilədən də göründüyü kimi cavabdeh tərəfindən müvafiq ödənişlərin ödənilməməsi üzrlü səbəblərə dayanır və bununla bağlı iddiaçıya müraciət də olunmuşdur. İŞDƏ İŞTİRAK EDƏN ŞƏXSLƏRİN İZAHATLARİ Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq işdə iştirak edən şəxslər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnaməsi cərimə borcunun və mediasiya xərcinin tutulması hissəsində dəyişdirilməli, cərimə borcuna görə 400 manat və mediasiya xərcinə görə 200 manat cavabdehdən alınıb iddiaçıya verilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan alıcı Cavabdeh ilə satıcı İddiaçı arasında bağlanmış 10 mart 2020-ci il tarixli xx/xx/2020 saylı alqı-satqı müqaviləsinə əsasən satıcı müqavilənin predmeti, sifarişlərdə əks ediləcək mühərrik, sənaye, sürtkü yağları, əyləc mayeləri, antifrizlər, filterlər, təkərlər, şüşə təmizləyici mayelər, akkumulyatorlar və digər maddi dəyərliləri alıcıya satır, alıcı isə malları satıcıdan qəbul edir və müqabilində satıcıya malların təhvil verildiyi müvafiq sənəddə nəzərdə tutulmuş qiyməti (haqqı) ödəyir. Həmin müqavilənin 3-cü bəndinə görə bu müqavilə üzrə malların qiyməti cari bazar qiymətinə uyğun satıcı tərəfindən müəyyən edilir. Ödəniş satıcı tərəfindən təqdim olunan müvafiq ödəniş sənədlərinə (qaimə/hesab faktura) və malların təhvil-təslim aktına əsasən 30 (otuz) bank günü ərzində alıcı tərəfindən köçürmə yolu ilə satıcının hesablaşma hesabına və ya nağd qaydada satıcıya ödənilir. Həmin müqavilənin 7.3-ü bəndinə əsasən alıcı bu müqavilə üzrə ödəyəcəyi ödənişi üzürsüz səbəbdən gecikdirdiyi hər gün üçün müvafiq ödənişş məbləğinin 0,1%-i miqdraında satıcıya cərimə ödəyir. İş materiallarında olan 10 mart 2020-ci il tarixli EBAH seriyalı 401427 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 991,20 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 18 mart 2020-ci il tarixli EBAH seriyalı 869165 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 4389,60 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 15 may 2020-ci il tarixli EBAJ seriyalı 949633 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 684,40 manat dəyərində malın satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 18 noyabr 2020-ci il tarixli EBAS seriyalı 723487 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə satıcı İddiaçı tərəfindən alıcı Cavabdehnə ƏDV daxil 59037 manat dəyərində malların satılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli EBBE seriyalı 601079 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh satıcı İddiaçınə 15 may 2020-ci il tarixli EBAJ seriyalı 949633 nömrəli elektron qaimə üzrə təqdim edilmiş mallardan ƏDV daxil 342,20 manat dəyərində malın qaytarılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan 06 oktyabr 2021-ci il tarixli EBBE seriyalı 604311 nömrəli elektron qaimə ilə müəyyən olunur ki, alqı-satqı müqaviləsi üzrə alıcı Cavabdeh satıcı İddiaçınə 8 noyabr 2020-ci il tarixli EBAS seriyalı 723487 nömrəli elektron qaimə üzrə təqdim edilmiş mallardan ƏDV daxil 17231,35 manat dəyərində malın qaytarılması ilə əlaqədar elektron qaimə təqdim olunmuşdur. İş materiallarında olan köçürmənin aparılması haqqında 06 may 2020-ci il tarixli **********131025 nömrəli, 06 may 2020-ci il tarixli **********131030 nömrəli, 30 noyabr 2020-ci il tarixli **********820502 nömrəli, 19 aprel 2021-ci il tarixli **********322754 nömrəli, 21 iyun 2021-ci il tarixli **********584644 nömrəli, 17 iyul 2021-ci il tarixli **********706197 nömrəli, 21 oktyabr 2021-ci il tarixli **********116701 nömrəli, 26 yanvar 2022-ci il tarixli **********565078 nömrəli, 04 fevral 2022-ci il tarixli **********608650 nömrəli bildirişlərdən, eləcə də 06 may 2020-ci il tarixli 02 nömrəli, 06 may 2020-ci il tarixli 03 nömrəli, 30 noyabr 2020-ci il tarixli, 19 aprel 2021-ci il tarixli, 21 iyun 2021-ci il tarixli, 17 iyul 2021-ci il tarixli, 21 oktyabr 2021-ci il tarixli, 26 yanvar 2022-ci il tarixli və 04 fevral 2022-ci il tarixli ödəniş tapşırıqlarından müəyyən olunur ki, alıcı Cavabdeh tərəfindən satıcı İddiaçınə ƏDV daxil 34644,80 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Həmin Məcəllənin 567-ci madəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə əsasən, əşyanı təhvil almış alıcı onu alqısatqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə, satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Birinci instansiya məhkəməsində aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 10 mart 2020-ci il tarixli, xx/xx/2020 nömrəli alqı-satqı müqaviləsi bağlanmış, müvafiq mallar İddiaçı tərəfindən “Azerant" Məhdud Məsuliyyətli Cəmiyyətinə təqdim edilmiş, lakin cavabdeh həmin malların dəyərini tam ödəmədiyindən İddiaçı 12883,66 manat məbləğində əsas borcun və həmin məbləğə hesablanmış 5000 manat məbləğində cərimənin Cavabdehndən tutulmasını xahiş etmiş, Cavabdeh etiraz ərizəsində iddianı ƏDV daxil 12883,66 manat məbləğində borcun tutulması hissəsində qəbul etdiyini bildirmişdir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları və müqavilə şərtləri baxımından tərəflər arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri yaranmışdır və birinci instansiya məhkəməsi həmin münasibətlər çərçivəsində cavabdehin hərəkətlərini öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirərək iddianı əsas borcun tutulması hissədə təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası iddia tələbinin, eləcə də apellyasiya şikayətinin cərimə borcunun tutulması hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir; bu isə o deməkdir ki, dəbbə pulunun (cərimənin) müqavilə müddətinin bitdiyi tarixə qədər hesablanmalı olması qənaətinin hüquqi əsası mövcud deyildir. Əksinə, qanunun mənasından göründüyu kimi cərimə, məhz öhdəliyin icra olunmaması halında (olunmadığı dövr üçün) tətbiq oluna bilən maliyyə sanksiyasıdır. Mülki Məcəllənin 467-ci maddəsinə görə isə, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Qeyd olunmalıdır ki, mülki qanunvericiliyin aparıcı prinsiplərindən biri mülki hüquq subyektlərinin öz hüquq və vəzifələrini həyata keçirərkən vicdanlılığın tələb etdiyi tərzdə hərəkət etmək öhdəliyidir. Mülki Məcəllənin 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. Həmin Məcəllənin 425-ci maddəsinə müvafiq olaraq öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Bu normaların mənasına görə borclu ilə yanaşı ona qarşı tələb hüququna malik olan kreditor da müqavilədən irəli gələn hüquqlarını tələb edərkən vicdanlılıq prinsiplərinə riayət etməli, öz hərəkətləri ilə şüurlu şəkildə borclunun həddən artıq əlverişsiz vəziyyətə düşməsinə şərait yaratmamalıdır. Dəbbə pulu tələbinin tərəflər arasında bağlanmış müqavilə şərtlərindən və qanunvericilik müddəalarından irəli gəlməsinə baxmayaraq, məhz qeyd edilən vicdanlılıq prinsipini rəhbər tutmaqla qanunverici məhkəmənin işin hallarına görə yüksək hesab etdiyi dəbbə pulunun məbləğini azalda biləcəyini təsbit etmişdir. Hazırki işin hallarından görünür ki, İddiaçı 12883,66 manat müəyyənləşdirilən əsas borca münasibətdə 5000 manat məbləğində cərimə borcu hesablayıb tələb etmişdir və kollegiyanın qənaətinə görə həmin məbləğin əsas borca mütənasib olmamasına dair birinci instansiya məhkəməsinin gəldiyi nəticə əsaslı olsa da, məhkəmə bu tənasübsüzliyin nisbətini müəyyənləşdirdiyi zaman tərəflər arasında mövcud hüquq münasibətlərinin yaranma xarakterinə görə tam düzgün hüquqi nəticəyə gəlməmişdir. Kollegiya hesab edir ki, cavabdehdən tutulmalı cərimə borcunun məbləğinin azldılaraq 400 (dörd yüz) manat həddində müəyyənləşdirilməsi daha ağlabatan və ədalətlidir. Məhkəmə kollegiyası iddia tələbinin, eləcə də apellyasiya şikayətinin “mediasiya xidməti ilə bağlı ödənilmiş 400 manat pulun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsinə münasibət bildirərək aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.9-cu maddəsinə əsasən, məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “İlkin mediasiya sessiyası zamanı mediasiya xidmətinin göstərilməsinə görə haqqın və digər xərclərin məbləği”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 308 nömrəli Qərarından görünür ki, kommersiya mübahisələri üzrə iddia qiyməti 10001 manatdan 50000 manatadək olduqda 200 manat məbləğində mediasiya xidmətinin göstərilməsinə görə haqq ödənilir. Məhkəmə kollegiyası sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, mediasiya prosesinin keçirilməsi ilə bağlı xidmət haqqı olaraq ödənilmiş 400 (iki yüz) manat məbləğində pulun 200 (iki yüz) manatı cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə kollegiyası apellyasiya şikayəti ilə mübahisələndirilən dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək aşağıdakıları qeyd edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə kollegiyası sadalanmış normaları hazırki iş üzrə tətbiq edərək belə qənaətə gəlir ki, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edildiyindən iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq Cavabdehndən 130,75 (yüz otuz manat 75 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməsi əsaslıdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz və məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilib, Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1661/2022 nömrəli qətnaməsi qismən dəyişdirilərək qətnamə ilə müəyyən edilmiş 700 manat məbləğində cərimə borcu azaldılıb 400 manat məbləğində, 400 manat məbləğində mediasiya xərci azaldılıb 200 manat məbləğində müəyyən edilməli, qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.3-cü maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişdirə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Yuxarıda şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384.0.3, 392, 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 14 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1661/2022 nömrəli qətnaməsi «700 manat məbləğində cərimə borcunun və 400 manat məbləğində mediasiya xərcinin tutulmasına» dair hissələrdə dəyişdirilsin. Cavabdehndən 400 (dörd yüz) manat məbləğində cərimə borcu və 200 (iki yüz) manat məbləğində mediasiya xərci tutularaq İddiaçınə ödənilsin. Qətnamə digər hissələrdə dəyişdirilmədən saxlanılsın. Qətnamə elan edildiyi andan qanuni qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-21/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-21/2023
01.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver