Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-23/2023 23.01.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” tələbinə dair kommersiya işi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e- 2-2(119)-2238/2022 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə apellyasiya qaydasında yazılı icraatda baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(119)- 2238/2022 nömrəli qərardadı ilə ərizə ərizəçiyə geri qaytarılmışdır. Ərizəçi həmin qərardaddan şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi maraqlı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin rəhbəri Maraqlı şəxs (VÖEN: **********) qarşı “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət etmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-6029/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsi qərardadında maraqlı şəxsin Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmasını, “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 31” ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı olduğunu, yəni ərizənin hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğu halda, hüquqi şəxsin özünün ünvanına görə verildiyini göstərmiş, ərazi aidiyyətinə görə ərizənin qaytarılmalı olması qənaətinə gəlmişdir. Daha sonra ərizəçi eyni məzmunlu ərizə ilə Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1951/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsi qərardadında vergi ödəyicisi "xxxx" MMC-nin hüquqi ünvanı “ünvan 3findən tərtib edilərək ərizəyə əlavə edilmiş Xəbərdarlıq haqqında Məlumatda və digər sənədlərdə Maraqlı şəxs yaşadığı ünvan kimi də həmin ünvanın, yəni “ünvan 4 olunduğunu, hüquqi şəxsin hüquqi ünvanının yaşayış evində yerləşdiyinə görə, hüquqi şəxsin hüquqi ünvanı ilə maraqlı şəxsin yaşayış ünvanının eyni ola biləcəyini, ərizəçinin təqdim etdiyi hazırkı ərizə və sənədlərlə Maraqlı şəxs Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinin hər hansı birində yaşamasının təsdiq olunmadığı üçün - həmin ərizəyə ərazi aidiyyəti üzrə bu məhkəmədə baxılmalı olmasının müəyyən olunmadığını göstərmişdir. Belə olan halda ərizəçi tərəfindən eyni məzmunlu ərizə ilə növbəti dəfə Bakı Kommersiya Məhkəməsinə müraciət edilmiş, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-6530/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə geri qaytarılmışdır. Bakı Kommersiya Məhkəməsi qərardadında maraqlı şəxsin Qubadlı rayonu, Qubadlı şəhəri ünvanında qeydiyyatda olmasını, Qubadlı rayonunun Sumqayıt Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğunu, “Bakı şəhəri, Nərimanov rayonu, Həsənoğlu küçəsi, ev 2, mənzil 31” ünvanının "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı olmaqla ərizənin hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilməli olduğu halda, hüquqi şəxsin özünün ünvanına görə verildiyini, qeyd edilən səbəblərdən ərizənin geri qaytarılmalı olduğunu göstərmişdir. Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-6530/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından ərizəçi Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tətəfindən şikayət verilmiş, lakin Bakı Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 2(103)-1167/2022 nömrəli qərardadına əsasən Bakı Kommersiya Məhkəməsinin e-2- 2(113)-6530/2022 nömrəli iş üzrə 01 noyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmış, ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal gəlirlər baş idarəsinin şikayəti təmin edilməmişdir. Ərizəçi eyni məzmunlu ərizə ilə yenidən Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)- 2238/2022 nömrəli qərardadı ilə ərizə və ona əlavə edilmiş sənədlər yurisdiksiya qaydaları pozulduğundan geri qaytarılmışdır. Göründüyü kimi, ərizəçi Lokal Gəlirlər Baş İdarəsi tərəfindən verilən ərizə Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən qəbul edilmir, ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-2238/2022 xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayətin təmin edilməməsi və işlə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Zülfüqar Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.3-cü maddəsinə əsasən Sumqayıt Kommersiya Məhkəməsinin 21 oktyabr 2022-ci il tarixli e-2-2(119)-1951/2022 nömrəli qərardadı ilə ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi tərəfindən Maraqlı şəxs qarşı verilmiş “ölkədən getmə hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmış və eyni zamanda, həmin qərardadda ərizəçiyə – ərizənin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etmək hüququ və yaxud, narazı olduğu halda həmin qərardaddan şikayət vermək hüququ izah olunmuşdur. Lakin, ərizəçi həmin qərardadda göstərilən nöqsanları aradan qaldırmadan eyni qaydada tərtib edilmiş ərizə ilə yenə də Sumqayıt Kommersiya Məhkəməsinə müraciət etmişdir. Halbuki, ərizənin Mülki-Prosessual Məcəllənin tələblərinə uyğun tərtib edilərək məhkəməyə təqdim olunması ərizəçinin vəzifəsi olduğundan, ərizəçi tərəfindən müvafiq prosessual tələblərə riayət edilməməsi - ilk növbədə işə vaxtında baxılmamasına və məhkəmənin iş yükünün lüzumsuz olaraq artmasına səbəb olur. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəyə əlavə edilmiş Vergi Orqanı (ərizəçi) tərəfindən tərtib olunan bütün sənədlərdə - o cümlədən də, Xəbərdarlıq haqqında Məlumatda və digər sənədlərdə Maraqlı şəxs ünvanı “ünvan 6 Yəni, ərizəçinin özü tərəfindən ərizəyə əlavə edilmiş sənədlərlə Maraqlı şəxs Bakı Kommersiya Məhkəməsinin yurisdiksiyasına aid olan Bakı şəhərinin Nərimanov rayonunda yaşadığı müəyyən olunur (maraqlı şəxsin qeydiyyat və yaşayış ünvanları fərqlidir). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149.2.2-ci maddəsinə əsasən, iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) iddia ərizəsində göstərilməlidir. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi Mülki-Prosessual Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin Mülki-Prosessual Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə - iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. Həmin Məcəllənin 152.1.3-cü maddəsinin tələblərinə görə, əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə - ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılır. Həmin Məcəllənin 355-5.2-ci maddəsinə əsasən, ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizə fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin yaşadığı (olduğu) yer üzrə verilir. Həmin Məcəllənin 40.1-ci maddəsinə əsasən, ərazi aidiyyəti qaydalarının pozulmasına yol verilmir. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Azərbaycan Respublikası MPM-nin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 395-396, 397.2, 398, 400-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARAALİR: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 23 dekabr 2022-ci il tarixli e-2-2(119)- 2238/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-23/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-23/2023
23.01.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver