Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-29/2023 06.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Dəmirov İlqar Kamal oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, Maraqlı şəxs iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına dair ərizəsi üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1850/2022 nömrəli qətnaməsindən ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi 29 sentyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə xüsusi icraat qaydasında Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, 22 sentyabr 2022-ci il tarixə hesablanmış "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 1025,65 (min iyirmi beş manat 65 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna və 20,78 (iyirmi manat 78 qəpik) manat məbləğində borcu İşsizlikdən Sığorta Fonduna, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan Maraqlı şəxs (VÖEN **********) 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində vergi borcu Dövlət Büdcəsinə və 34,85 (otuz dörd manat 85 qəpik) manat məbləğində borcu Dövlət Sosial Müdafiə Fonduna ödənilənədək, həmin hüquqi şəxsin icra orqanının rəhbəri və vergi ödəyicisi – xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində Maraqlı şəxs ərizə ilə razı olmamış və bildirmişdir ki, o, hüquqi şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktorudur və həmin hüquqi şəxsin fəaliyyəti ilə bağlı yaranan vergi və məcburi dövlət ödənişləri üzrə borclarının ödənilməsindən boyun qaçırmır və həmin borcları hissə-hissə ödəyəcəkdir. Lakin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olması ilə əlaqədar Vergi Orqanı tərəfindən fərdi sahibkar olaraq onun özünə hesablanmış 1141,23 manat məbləğində vergi borcu yoxdur. Çünki, həmin borcun hesablanmasına səbəb olan əməliyyat ləğv olunmuş və o, bütün ödənişləri edib, 08 avqust tarixində vergi orqanına fiziki şəxs kimi VÖEN-in 5 il müddətinə dayandırılması barədə ərizə ilə müraciət etmişdir. Vergi orqanı da həmin ərizəni təsdiq edib onun vergi ödəyicisi kimi fəaliyyətini dayandırmışdır. Fəaliyyəti dayandırıldıqdan təxminən 3 ay sonra təsadüfən X4 baxarkən ona yenidən borc hesablandığını görmüş və bununla əlaqədar vergi orqanına məktub yazıb borcun yazılma səbəbini soruşduqda, ona vergi hesabatını düzgün göstərmədiyini bildirmişlər. O, Vergi Orqanı əməkdaşına məlum vergi borcunun hesablanmış olduğu müqavilənin ləğv olunduğunu və VÖEN-nin dayandırıldığını demiş və bu mübahisə ilə əlaqədar Vergi Orqanı ilə rəsmi yazışmalar aparmışdır. O, heç bir ödəniş aparmadığı halda, sonradan vergi orqanının əməkdaşı ona 1141,23 manat deyil, 716 manat məbləğində borcunun qaldığını və bu borcu ödəməli olduğunu bildirmişdir. Yəni, o, heç bir ödəniş etməsə də, Vergi Orqanı 1141,23 manat məbləğində olan borcu azaldaraq, 716 manat məbləğində göstərmişdir. Lakin, o, həmin məbləğdə də borc hesablanması ilə razı deyildir və halhazırda da Vergi Orqanı ilə bu borcun mübahisəsini aparır. Çünki, onun borcun hesablandığı əməliyyatla bağlı müqaviləsi ləğv olunmuş və bu sistem tərəfindən təsdiqlənmişdir. Buna görə də, o, ərizəçi Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş "ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması" barədə ərizənin təmin edilməməsi haqqında qətnamə qəbul olunmasını xahiş edir. Sumqayıt Kommersiya Məhkəməsinin e-2-2(119)-1850/2022 nömrəli, 22 noyabr 2022-ci il tarixli qətnaməsi ilə 22 sentyabr 2022-ci il tarixə hesablanmış 1025,65 (min iyirmi beş manat 65 qəpik) manat məbləğində borc Dövlət Sosial Müdafiə Fonduna və 20,78 (iyirmi manat 78 qəpik) manat məbləğində borc İşsizlikdən Sığorta Fonduna ödənilənədək vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin icra orqanının rəhbəri - xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmışdır.(hakim Zülfüqar Sadiqov). Qətnamədən narazı qalan ərizəçi apellyasiya şikayəti verərək, Sumqayıt Kommersiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2-2(119)-1850/2022 nömrəli qətnaməsinin ləğv edilərək xx.xx.2022-ci il tarixə vergi ödəyicisi olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) Dövlət Sosial Müdafiə Fonduna 1025,65 (min iyirmi beş manat 65 qəpik) manat məbləğində və İşsizlikdən Sığorta Fonduna 20,78 manat, Maraqlı şəxs (VÖEN **********) dövlət büdcəsinə 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində və Dövlət Sosial Müdafiə Fonduna 34,85 (otuz dörd manat 85 qəpik) manat olmaqla, ümumilikdə 2222,51 manat vergi borcunun bütünlüklə ödənilməsinin təmini məqsədi ilə Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: məhkəmə Baş İdarənin iddiasının tam təmin edilməməsi barədə qətnamədə Maraqlı şəxs (VÖEN**********) 22 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 1141,23 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna 34,85 manat məbləğində borcunun olmasını mübahisəli hesab etmiş və həmin borcların mövcudluğunu məhkəməyə təqdim olunmuş sənədlərlə (mötəbər sübutlarla) mübahisəsiz olaraq təsdiq edilmədiyini qeyd etmişdir. Qeyd olunmalıdır ki, Maraqlı şəxs şəxsi hesab vərəqəsini nəzərdən keçirdikdə Vergilər üzrə vərəqədə ümumilikdə 716,46 manat borc hələ də qalmaqda davam edir. Yuxarıda göstərilən vergi məbləği, ona hesablanmış faiz kimi sübut xarakterli məlumatların əks oluduğu hazırki mülki işin materiallarına əlavə edilmiş Dövlət Vergi Xidmətinin X1 Sistemində qeydiyyatdan keçmiş qeyd olunan Maraqlı şəxs (VÖEN **********) şəxsi hesab vərəqəsi əlavə olunur. Tərəflərin izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən Maraqlı şəxs apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanmasını xahiş etdi. Ərizəçi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsaslanaraq, ərizəçinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, maraqlı şəxsi dinləyərək hesab edir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, ərizənin məzmunu ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiklərinə görə xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs (ünvan: ünvan 1Terra Beauty” Məhdud Məsuliyyətli Cəmiyyətinin (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna 1025,65 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna 20,78 manat məbləğində borcu vardır. Eləcə də, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu üçün vergi ödəyicisi olan xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs özünün də (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 1141,23 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna 34,85 manat məbləğində borcu vardır. Həmin vergi ödəyicilərinə qeyd olunan həmin borcların ödənilməsinə dair xəbərdarlıq edilərək, hazırkı ərizə ilə 29 sentyabr 2022-ci ildə məhkəməyə müraciət olunmuşdur. İş materialları ilə vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin ərizədə qeyd olunan 22 sentyabr 2022-ci il tarixinə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 1025,65 manat məbləğində borcu və İşsizlikdən Sığorta Fonduna olan 20,78 manat məbləğində borcunun olması mübahisə predmeti olmamış və ərizəyə əlavə edilmiş sənədlərlə həmin borcların mövcudluğu öz təsdiqini tapmışdır. Lakin, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin İnternet Vergi İdarəsində 22 noyabr 2022-ci il tarixə olan "Vergi borcu barədə" Məlumat (https://www.etaxes.gov.az/ebyn/vergiBorcu.html) ilə müəyyən olunur ki, vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 22 noyabr 2022-ci il tarixə ödənilməmiş cəmi 758,79 (yeddi yüz əlli səkkiz manat 79 qəpik) manat məbləğində borcu qalmışdır. Bundan başqa, Maraqlı şəxs tərəfindən məhkəməyə təqdim edilmiş 07 oktyabr 2022-ci ildə çap olunmuş X2 vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 07 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində, 10 oktyabr 2022-ci ildə çap olunmuş X2 vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 10 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 1141,23 (min yüz qırx bir manat 23 qəpik) manat məbləğində və 25 oktyabr 2022-ci ildə çap olunmuş X2 isə vergi ödəyicisi Maraqlı şəxs (VÖEN **********) 25 oktyabr 2022-ci il tarixə ödəməli olduğu borcun miqdarı 716,46 (yeddi yüz on altı manat 46 qəpik) manat məbləğində göstərilir. Beləliklə, vergi ödəyicisi olan xx xxxx 1977-ci il təvəllüdlü Maraqlı şəxs (VÖEN **********) 22 sentyabr 2022-ci il tarixə hesablanmış Dövlət Büdcəsinə 1141,23 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna 34,85 manat məbləğində borcunun olması mübahisəlidir və həmin borcların mövcudluğu məhkəməyə təqdim olunmuş sənədlərlə (mötəbər sübutlarla) mübahisəsiz olaraq təsdiq edilmir. Ərizəçi apellyasiya şikayətində də maraqlı şəxsn borcunun olduğunu, məhkəmə qətnaməsi ilə əsassız olaraq borcun tam təsdiqlənmədiyini qeyd etsə də, 1141,23 manat məbləğində vergi borcunun deyil, ümumilikdə 716,46 manat borcun hələ də qalmaqda davam etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni işin hallarına uyğun olaraq əsaslı və qanuni hesab edir. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İ bəndinə əsasən, qanunla müəyyən edilmiş vergiləri və başqa dövlət ödənişlərini tam həcmdə və vaxtında ödəmək hər kəsin borcudur. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 16.1.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsidir. Həmin Məcəllənin 77.1-ci və 77.3-cü maddələrinə əsasən, vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. Vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. Həmin Məcəllənin 23.1.15-3-cü maddəsinə əsasən, vergi ödəyicisi vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə, hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti mədudlaşdırılması üçün məhkəməyə müraciət etmək vergi orqanlarının hüquqlarına aiddir. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən, vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergilərin (o cümlədən cari vergi ödəmələrinin), hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının müəyyən edilmiş müddətlərdə və qaydada ödənilməsidir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.12-ci maddəsinə əsasən, məhkəmə xüsusi icraat qaydasında vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işə baxır. Həmin Məcəllənin 355-5.1-ci maddəsinə əsasən, vergi ödəyicisi və ya sığortaedən vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcların və faizlərin, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəməyə müraciət etmək hüququna malikdir. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin 9.3.6-1-ci maddəsinə əsasən, vergi, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə öhdəliyini qanunla müəyyən edilmiş hallarda və müddətlərdə yerinə yetirmədikdə, hesablanmış vergilər, məcburi dövlət sosial sığorta, icbari tibbi sığorta və işsizlikdən sığorta haqları üzrə borcları və faizləri, vergilər və məcburi dövlət sosial sığorta haqları üzrə tətbiq edilmiş maliyyə sanksiyalarını ödəməməsinə görə vətəndaşın ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı olduqda – məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul edilənədək Azərbaycan Respublikası vətəndaşının ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırıla bilər. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası Vergi Məcəlləsinin 24.0.2-1-ci maddəsinə əsasən, vergi ödəyicisi olan fiziki şəxsin və ya hüquqi şəxsin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılmasına səbəb olmuş əsaslar aradan qalxdıqdan sonra dərhal məhdudlaşdırmanın götürülməsi barədə qərar qəbul etmək vergi orqanlarının vəzifəsinə aid edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 28-ci maddəsinin İİİ hissəsinə əsasən, qanuni surətdə Azərbaycan Respublikasının ərazisində olan hər kəs sərbəst hərəkət edə bilər, özünə yaşayış yeri seçə bilər və Azərbaycan Respublikasının ərazisindən kənara gedə bilər. Beləliklə, hazırki işdə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv olunması üçün Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1-ci maddəsində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Kollegiya qeyd edir ki, ərizəçinin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Belə ki, iş materiallarında mübahisələndirilən borc məbləği ilə bağlı təqdim edilmiş fərqli sənədlər həmin borcun birmənalı olaraq hansı məbləğdə olmasını müəyyən etməyə imkan vermir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini təmin etmədən saxlaya bilər. Göstərilənlərlə bağlı məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, ərizəçinin apellyasiya şikayəti təmin edilməməli və Sumqayıt Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(119)-1850/2022 nömrəli qətnaməsi qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0, 384.0.1, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X3 üzrə Baş İdarəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 22 noyabr 2022-ci il tarixli, e-2-2(119)- 1850/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-2(105)-29/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-29/2023
06.02.2023 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver