Məhkəmə qərarları › İş №2-2(105)-32/2020

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2-2(105)-32/2020

11.08.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2-2(105)-32/2020 11.08.2020 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyası, sədrlik edən və məruzəçi-hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X40 və X6 ibarət tərkibdə, Ağayeva Gülsaba Xeyrulla qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X9, Cavabdehin nümayəndəsi X18 iştirakı ilə, İddiaçı X4 cavabdeh “xxxxxxxx” X29 qarşı akt üzrə hesablanmış məbləğin silinməsi tələbinə dair iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2- 2(085)-494/2019 saylı qətnaməsindən iddiaçı və cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətlərinə 10-xx xxxxxx 2020-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı X10 cavabdeh “xxxxxxxx” X29 qarşı cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda X8 qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı aktın ləğv olunması və akt üzrə hesablanmış məbləğin silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2019-cu il tarixli qərardadı ilə, iddianın, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda X8 qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı aktın ləğv olunması hissəsində iş üzrə icraata xitam verilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda xx.xx.2019-cu ildə guya X8 qaydalarının pozulması barədə 027494 saylı akt tərtib olunmuşdur. Aktda göstərilmişdir ki, “EEİQna uyğun elektrik sayğacına baxış keçirən zaman məlum olmuşdur ki, 10 kv-luq Vəlvələ hava xəttindən qidalanan soyuducu anbarın elektrik təchizatı sxemində 10 kv-luq KRN-də quraşdırılmış “**********” saylı sayğacın hesab dəstinə xüsusi avadanlıqla müdaxilə edilərək istənilən vaxtlarda sayğac sxemdən kənarlaşdırılır. Xüsusi avadanlıq cavabdeh tərəfindən sayğac sxemindən çəkiliş edilərək sökülərək götürülmüş və akta əlavə edilmişdir”. İddiaçı istifadə olunmuş elektrik enerjisi haqqını həmişə vaxtında ödəmiş və həmişə “X8 Qaydaları”na əməl etmişdir. Göstərilən akt düzgün tərtib olunmamışdır. Belə ki, aktda enerjitəchizatı təşkilatının özünün quraşdırdığı, dövlət yoxlamasından keçirdiyi, elektrik təchizatı sistemini yoxlayaraq, üzərinə möhür vurduğu bağlı qutunun içərisində yerləşən sayğac sxeminə konkret olaraq hansı müdaxilənin olması göstərilmir, sadəcə olaraq hansısa xüsusi avadanlıq vasitəsilə müdaxilə olunması göstərilir ki, bu, X8 qaydalarının pozulması kimi qiymətləndirilmişdir. Lakin elə aktın özündə də göstərilir ki, enerji təchizatı sxeminə vurulmuş möhürlərə, o cümlədən sayğacın dövlət möhürünə, alt qapaq möhürünə müdaxilə olunmamış, sayğacdan kənar xətt və ya işlədicilər yoxdur, cərəyan transformatorları yükü hiss edir və yanmayıblar, sayğac diski ilişmir, üst qapaqda xüsusi dəlik açılmamışdır. Belə olduqda, “xüsusi avadanlıq vasitəsilə müdaxilə olunması” kimi fərziyyəyə görə istehlakçı məsuliyyət daşıya bilməz. Cavabdeh “xxxxxxxx” X25 iddia ərizəsinə etirazı onunla əsaslandırılmışdır ki, Quba rayonunda soyuducu anbar kimi fəaliyyət göstərən obyektə quraşdırılmış elektrik hesabat sayğacına cavabdehin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, 10 kv-luq Vəlvələ hava xəttindən qidalanan soyuducu anbarın daxilində, elektrik təchizatı sxemində 10 kv-luq KRN-də quraşdırılmış ********** saylı sayğacın hesab dəstinə xüsusi avadanlıqla müdaxilə edilərək istənilən vaxtlarda sayğac sxemdən kənarlaşdırılır. Xüsusi avadanlıq cavabdeh tərəfindən çəkiliş edilərək götürülmüşdür. Daha obyektiv araşdırma aparılması üçün xətdən axan yük ampermaşa ilə ölçülmüş, bir daha elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, faktiki olaraq naqildən keçən yük 129,7 kvt (Pfaktiki=129,7 kvt) olduğu halda sayğacın qeydə aldığı yük 0,0 kvt (Psayğac=0,0 kvt) olmuşdur. Aşkar olunmuş faktlarla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X8 qaydaları”nın 8.17-ci bəndinin pozulması ilə əlaqədar xx.xx.2019-cu il tarixli, R 027494 saylı akt tərtib edilmişdir. Müəyyən edilmiş faktlar iddiaçının nümayəndəsi O.Zülbalayevin iştirakı ilə aktda qeyd edilmiş və o aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Qeyd olunanlarla əlaqədar olaraq abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X8 qaydaları”nın tələblərinə uyğun olaraq itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə orta günlük sərfiyyata əsasən 32 gün üçün 34642,44 manat məbləğində yenidən hesablaşma aparılmışdır. İddiaçı isə həmin borcdan ödəniş etmiş, xx.xx.2019-cu il tarixə 4551,16 manat borcu qalmışdır. İddiaçının bu hərəkəti sayğaca müdaxilə faktını etiraf etməsi və hesablanmış borcu qəbul etməsi kimi qiymətləndirilməlidir. Bundan əlavə, abunə haqqında çıxarışdan da görsənir ki, qeyd olunan fakt aşkar olunduqdan sonra sayğac sxemi bərpa edilmiş və sayğac göstəricilərində kəskin artımalar müşahidə olunmuşdur. Belə ki, sayğaca müdaxilə olunduğu dövrlərdə sayğac 31 gün ərzində 684 manat dəyərində enerji sərfiyyatı qeydə alırdısa, sayğac sxemi bərpa edildikdən, xüsusi qurğu çıxarıldıqdan sonra 30 gün ərzində (xx.xx.2019-cu il tarixində) 2793,6 manat enerji sərfiyyatı qeydə alınmışdır. Bu hal da akt üzrə aşkar olunmuş faktı bir daha təsdiqləyir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, guya cavabdehin əməkdaşları tərəfindən 15 gün əvvəl, yəni xx.xx.2019-cu il tarixdə sayğac sxemi yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. xx.xx.2019-cu il tarixdə həmin əraziyə təhkim edilmiş nəzarətçi tərəfindən yalnız sayğacın göstəricisi oxunmuş və aylıq sərfiyyat barədə abonentə bildiriş təqdim edilmişdir. Xüsusi avadanlıq isə sayğacın hesab dəstində quraşdırıldığından və istənilən vaxtlarda sayğacı sxemdən kənarlaşdırmaq və sayğacı işlək vəziyyətdə saxlamaq mümkün olduğundan həmin nəzarətçi tərəfindən müdaxilə faktı aşkar olunmamışdır. Qeyd olunanlardan başqa həmin obyektdə cavabdehin əməkdaşları tərəfindən fərqli vaxtlarda 2 dəfə EEİQ-nın pozulması halları aşkar olunmuş və müvafiq olaraq aktlar tərtib edilmişdir. Lakin iddiaçı hüquqdan sui-istifadə edərək məhkəməyə müraciət etmişdir. Hal-hazırda həmin mübahisələrə məhkəmələrdə baxılır. İddiaçının bu hərəkətləri onun öz vəzifələrini yerinə yetirməyərək hüquqlarından sui-istifadə etməsi, həmçinin onun məhkəməyə müraciət etməsinin məsuliyyətdən yayınmaq niyyətindən irəli gəldiyi, cavabdeh qarşısında qoyulmuş enerji haqlarının yığımının 100%-ə çatdırılması barədə Azərbaycan Respublikası Prezidentinin müvafiq tapşırığlarının icrasına maneə yaratdığı nəzərə alınaraq hüquqdan sui-istifadə hesab edilməlidir. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-494/2019 saylı qətnaməsi ilə iddia qismən təmin edilmiş, “xxxxxxxx” X34 tərəfindən X10 barəsində tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı akt üzrə hesablanmış məbləğdən 4551,16 manat məbləğin silinməsi, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun 3,94 manat məbləğinin “xxxxxxxx” X34ndən tutularaq X7 ödənilməsi, qalan 26,06 manat məbləğin X7 aid edilməsi qət edilmiş, iddia qalan hissədə rədd edilmişdir. (hakim Z.Pirverdiyev). Qətnamədən narazı qalan iddiaçı X10 tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Qətnamədən narazı qalan cavabdeh “xxxxxxxx” X34 tərəfindən apelyasiya şikayəti verilərək, qətnamənin qismən ləğv edilməsi və iddia tələbinin təmin olunmuş hissədə rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsi xahiş edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 215-ci maddəsinə əsasən məhkəmə qətnaməsinin elan edilməsi xx xxxxxx 2020-ci il tarixə, saat 12:30-a təxirə salınmışdır. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,məhkəmənin qətnaməsində də göstərilmişdir ki, cavabdeh tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Məhkəmə qətnaməni qəbul edərkən təkcə iddiaçının pulun bir hissəsini ödədiyini əsas gətirərək iddianı qismən təmin etmişdir. Bundan bir il əvvəl də xxxxxxxx tərəfindən iddiaçıya əsassız olaraq 70 000 manat cərimə yazılmışdı. Həmin vaxtı iddianın təmin olunması tədbirinə dair qərardadla xxxxxxxx ASC-yə ona məxsus anbarın elektrik enerjisinin verilməsini dayandırmaq qadağan olunmasına baxmayaraq, soyuducu anbarın elektrik enerjisi kəsilmiş, nəticədə anbarda meyvə saxlayan sakinlərə ziyan dəymişdir. Qanuni qüvvəsini almış məhkəmə qərardadını icra etməməyə görə xxxxxxxx ASC-nin Quba rayon Elektrik Şəbəkəsinin müdiri inzibati qaydada cərimə olunmasına baxmayaraq, onlar yenə də elektrik enerjisinin verilməsini bərpa etmədilər. Bu səbəbdən məcbur qalıb həmin 70 000 manatı ödəmiş, bundan sonra soyuducu anbarın elektrik enerjisi bərpa olunmuşdur. (saldo əlavə olunur). Həmin pulu ödəməsinə baxmayaraq Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin qətnaməsi ilə həmin 70 000 manat borc silinmiş, Sumqayıt Apellyasiya Məhkəməsində və Ali Məhkəmədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. (Ali Məhkəmənin qərarı əlavə olunur). Həmin vaxt 3 gün anbarda elektrik enerjisi olmadığından anbarda meyvə saxlayan fermerlərə külli miqdarda maddi ziyan dəymişdir. Hal-hazırda iddiaçı və xxxxxxxx ASC cavabdeh olmaqla həmin fermerlərlə aralarında mübahisə vardır. Onlara 96 000 manat ziyan dəymişdir (qətnamə əlavə olunur). Bu dəfə də iyul ayında soyuducu anbarda gilas məhsulu olan vaxt xxxxxxxx ASC tərəfindən anbara elektrik enerjisinin verilməsi dayandırılmışdır. Gilas elə bir məhsuldur ki, nəinki günlər, hətta saatlar ərzində soyuducu avadanlıq işləməsə məhsul xarab olacaqdır. Ona görə yazılmış cərimənin bir hissəsini ödəmişdir ki, anbara elektrik enerjisinin verilməsi xxxxxxxx ASC tərəfindən dayandırılmasın. Bu səbəbdən iddiaçı apelyasiya şikayətində Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin e-2- 2(085)-494/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsinin tamamilə ləğv edilməsi və iddia tələbinin tam həcmdə təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edir. Cavabdeh apelyasiya şikayətini onunla əsaslandırmışdır ki,birinci instansiya məhkəməsi iddia tələbini təmin edərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il tarixli 2 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş EEİQ- nın 8.33-cü bəndinə əsaslanaraq aktın tərtibatı zamanı hal şahidlərinin iştirak etməli olduğu qənaətinə gəlmişdir. Lakin məhkəmə nəzərə almamışdır ki sözügedən akt məişət abonenti hesab olunmayan, sahibkarlıq fəaliyyəti ilə məşğul olan soyuducu anbara qarşı tərtib olunmuşdur. Belə ki, EEİQ-nın 8.33-cü bəndinin tələblərinə əsasən yalnız məişət abonentləri tərəfindən X8yə görə pozuntuya yol verildiyi halda hal şahidlərinin iştirakı nəzərdə tutulur. Həmin akt isə EEİQ-nın 8.17-ci bəndinin pozulması ilə tərtib edilmişdir, bu zaman isə aktın tərtibi zamanı hal şahidlərinin iştirakı qanunvericiliklə nəzərdə tutulmamışdır. Göründüyü kimi, məhkəmə yanlış hüquq normalarına istinad edərək iddia tələbinin təmin edilməsi barədə qətnamə qət etmişdir ki, bu halda da enerji haqqlarının yığımının 100 %-ə çatdırılması barədə “xxxxxxxx” ASC qarşısında qoyulmuş tapşırıqlarının icrasına maneə yaratmışdır. Həmçinin birinci instansiya məhkəməsi həmin qaydaların 9.1 və 9.10-cu bəndlərinə istinad edərək istehlakçının sərəncamında olan elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına, düzgün istismarına və s məsuliyyət daşıdığnı, elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməli olduğunu qeyd etsə də, özü həmin bəndlərin tələblərinə riayət etməmiş, itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə “xxxxxxxx” ASC tərəfindən haqlı olaraq hesablanmış borcun silinməsi barədə qətnamə çıxarmışdır. Həmin sayğaca elektrik enerji sərfıyyatının azaldılması məqsədi ilə olunacaq hər-hansı kənar müdaxilə iddiaçıdan başqa heç kəsin marağında ola bilməz. Məhkəmə qətnamə çıxararkən isə qeyd olunanları nəzərə almamışdır. Birinci instansiya məhkəməsində iddia tələbi üzrə məhkəməyə təqdim edilmiş etiraza əlavə olunmuş aktdan və abunə haqqında çıxarışdan görünür ki, iddiaçıya məxsus anbarın işlədicilərinə quraşdırılmış elektrik hesabat sayğacına “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən baxış keçirilən zaman müəyyən edilmişdir ki, 10 kv-luq Vəlvələ hava xəttindən qidalanan soyuducu anbarın daxilində, elektrik təchizatı sxemində 10 kv-luq KRN- də quraşdırılmış ********** saylı sayğacın hesab dəstinə xüsusi avadanlıqla müdaxilə edilərək istənilən vaxtlarda sayğac sxemdən kənarlaşdırılır. Xüsusi avadanlıq tərəflərindən çəkiliş edilərək götürülmüşdür. Daha obyektiv araşdırma aparılması üçün xətdən axan yük ampermaşa ilə ölçülmüş, bir daha elektrik hesabat sayğacının naqildən keçən yükü qeyd etməməsi təsdiqlənmişdir. Belə ki, faktiki olaraq naqildən keçən yük 129,7 kvt (Pfaktiki=129,7 kvt) olduğu halda sayğacın qeydə aldığı yük 0,0 kvt (Psayğac=0,0 kvt) olmuşdur. Aşkar olunmuş faktlarla əlaqədar, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X8 qaydaları”nın (bundan sonra EEİQ) 8.17-ci bəndinin pozulması ilə əlaqədar xx.xx.2019-cu il tarixli, R 027494 saylı akt tərtib edilmişdir. Müəyyən edilmiş faktlar iddiaçının nümayəndəsi O. Zülbalayevin iştirakı ilə aktda qeyd edilmiş və o aktı imzalayaraq onun düzgünlüyünü təsdiq etmişdir. Həmçinin müdaxilə faktını və qurğunun mövcudluğunu sübut edən video çəkiliş DVD-R formatda məhkəməyə təqdim edilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən sayğaca olunmuş müdaxilə hər-hansı bəsit- sayğac şüşəsinin sındırılması, plombların qoparılması və sair kimi müdaxilələr deyil. Sayğaca xüsusi qurğu quraşdırılmaqla müdaxilə olunması, bundan sonra iddiaçının məhkəməyə müraciət etməsi, akt üzrə aşkar olunmuş halın əvvəldən planlaşdırıldığını, hansısa mütəxəssis tərəfindən obyektdə istifadə olunan enerji sərfıyyatının azaldılması məqsədi ilə həyata keçirildiyini sübut edir. Bütün bunlara baxmayaraq iddiaçının hüquqdan sui-istifadə edərək məhkəməyə “aktın ləğv edilməsi və borcun silinməsi” tələbi ilə müraciət etməsi yolverilməzdir. Qeyd olunanlardan əlavə, aşkar olunmuş faktı təsdiq edən foto və video çəkilişlər sübut kimi məhkəməyə təqdim edilmişdir. Həmin görüntülərdən açıq görünür ki, sayğacın idarə edilməsi üçün komutasiya naqilləri kəsilərək qurğu quraşdırılmışdır. Məhkəmə isə təqdim edilmiş sübutları nəzərə almamış, qətnamə çıxararkən həmin sübutlara münasibət bildirməmişdir. İddia ərizəsində və məhkəmə çıxışında iddiaçı tərəfindən həmin qanuna istinad edilməsə də, məhkəmə qətnaməni onunla əsaslandırmışdır ki, “sahikarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” xx.xx.2013-cü il tarixli AR Qanununun 3.2-ci maddəsinə əsasən bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyesterində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edə bilməz. Həmin Qanunun 31.2 və 31.2.3-cü maddələrinə əsasən yoxlama aktında yoxlamaların vahid məlumat reysterindən verilən kod qeyd edilir. Qeyd edilənlərlə yanaşı Sumqayıt İnzibati-İqtisadi məhkəməsi AR Prezidentinin 2011-ci il tarixli 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə” nin 1.4, 1.5-ci bəndlərini rəhbər tutmuşdur. Bununla əlaqədar olaraq bildirilir ki, “xxxxxxxx” ASC-nə məxsus elektrik hesabat sayğaclarına, nasaz elektrik hesabat sayğaclarına qarşı münasibətdə onları təmir etmək məqsədi ilə sökmək və ya onun göstəricilərinin götürülməsi tədbirləri, həmçinin sayğacın bütövlüyünə, sayğaca hər-hansı kənar müdaxilənin olunub-olunmamasına nəzarət etmək yoxlama hesab olunmamalıdır. Həmçinin “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunun 1.1.1-ci maddəsinə əsasən sahibkarlıq sahəsində aparılan yoxlama - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusudur. “xxxxxxxx” ASC isə yoxlayıcı orqan hesab olunmadığına görə məhkəmənin həmin qanuna, həmin maddəyə əsaslanaraq tərtib olunmuş akt əsasında itirilmiş elektrik enerjisinin bərpası məqsədi ilə hesablanmış 4551,16 manat məbləğində borcun silinməsi barədə qətnaməsi ləğv olunmalıdır. Apelyasiya şikayətinə əlavədə cavabdeh qeyd etmişdir ki, iddiaçının ona məxsus soyuducu anbarda quraşdırılmış elektrik hesabat sayğacına müdaxilə etməsi faktı aylar üzrə qeydə alınmış elektrik enerji sərfıyyatları arasında kəskin fərqlə təsdiq olunur. Belə fərqin olması tərtib olunmuş aktın əsaslı olmasının sübutu kimi qiymətləndirilməlidir. Belə ki, obyektdə sayğaca müdaxilə faktı aşkar olunduqdan sonra yaranmış qüsurun aradan qaldırılması məqsədi ilə müdaxiləli sayğac xx.xx.2019-cu il tarixdə yenisi ilə əvəz edilmişdir. Həmin sayğac əsasında xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək 193 gün müddətində 37168,02 manat dəyərində elektrik enerjisi sərfiyyatı qeydə alınmışdır. Bu obyektdə həmin dövrdə gün ərzində orta hesabla ən azı 192,58 manat dəyərində elektrik enerjisi istehlak edilməsi deməkdir. Lakin sayğacın müdaxiləli olduğu dövrdə, keçən ilin eyni aylarında yəni, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə 210 gün ərzində cəmi 18951,3 manat dəyərində elektrik sərfıyyatı qeydə alınmışdır ki, bu da həmin dövrdəki orta gündəlik elektrik sərfıyyatının 90,24 manat olduğunu bildirir. Göründüyü kimi, yeni sayğacla qeydə alınmış orta hesabla gündəlik enerji sərfıyyatı 192,58 manat ilə sayğacın müdaxiləli dövrdə qeydə aldığı orta gündəlik 90,24 manat müqayisə edildikdə həmin ünvanda sayğaca müdaxilə yolu ilə 2 dəfə elektrik enerjisi sərfıyyatının azaldıldığı bir daha öz təsdiqini tapır. Qeyd olunanlardan əlavə abunə haqqında çıxarışda ayrı-ayrı aylar üzrə də qeydə alınmış enerji sərfiyyatları arasında olan kəskin fərq aydın nəzərə çarpır. Belə ki, xx.xx.2019-cu il tarixdə müdaxiləli sayğac yenisi ilə əvəz olunduqdan sonra həmin ilin dekabr ayında 12524,85 manat, 2020-ci ilin yanvar ayında 5536,17 manat, fevral ayında 6919,02 manat, mart ayında 4050 manat, aprel ayında 2430 manat, may ayında isə 1080 manat məbləğində enerji sərfiyyatı qeydə alınmışdır. Sayğacın müdaxiləli olduğu 2018-ci ilin dekabr ayında 3799,80 manat, 2019-cu ilin yanvar ayında 3096 manat, fevral ayında 2385,90 manat, mart ayında 1953 manat, aprel ayında 2079 manat, may ayında isə 1015,20 manat məbləğində enerji sərfıyyatı qeydə alınmışdır. Göründüyü kimi, müdaxiləli sayğac yenisi ilə əvəz olunduqdan sonra sayğac göstəricilərində kəskin artmalar müsahidə olunmuşdur. Bu hal da akt üzrə aşkar olunmuş faktı bir daha təsdiqləyir. TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X19 iddiaçının apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən iddianı qismən təmin etmiş və müəyyən məbləğ iddiaçı tərəfindən ödənildiyindən təmin edilməmişdir. Halbuki məbləğ bütünlüklə aktla hesablanmış məbləğ olduğundan silinməli idi. Eyni tərəflər arasında eyni predmet üzrə analoji mübahisə olmuş və həmin iş üzrə cavabdehin kassasiya şikayətinin təmin edilməməsi barədə Ali Məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı mövcuddur. Maddi zərərin ödənilməsi ilə bağlı digər işə isə hal-hazırda Ali Məhkəmədə baxılır. İddiaçı Ali Məhkəmədə qüvvədə qalmış iş üzrə cavabdeh tərəfindən hesablanmış 70 min manatı mübahisələndirmiş, məhkəmə mübahisələri gedən dövr ərzində sahibkarlıq fəaliyyəti ilə məşğul olduğu və fəaliyyətinə ciddi ziyan vurduğu üçün həmin 70 000 manatı ödəmişdir. Sonradan həmin məbləğ xxxxxxxx ASC tərəfindən iddiaçının depozit hesabına daxil edilmişdir. Hazırki iş üzrə də iddiaçı akt tərtib olunduqdan sonra ödəmələr etmişdir. Çünki bundan əvvəlki analoji iş üzrə iddiaçı cavabdeh tərəfindən işıq kəsildiyinə görə maddi ziyanla üzləşmiş, həmin hal təkrar baş verməmək üçün məhkəməyə müraciət etməmişdən öncə ödəmələr etmişdir.Aktın O.Zülbalayev adlı şəxs tərəfindən imzalanması ilə bağlı vəkil qeyd etdi ki, həmin müəssisədə 20-yə yaxın eyni soyadlı işçilər vardır. Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X30 cavabdehin apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilmiş hissəsində ləğv edilərək iddianın tam rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, iş materiallarına əlavə edilmiş diskdən görünür ki, sayğaca müdaxilə edilmişdir. Akt əsaslıdır və onun əsasında 34.000 borc yazılmışdır. Tərəf həmin aktı mübahisələndirməmişdən öncə ödəmələr etmişdir. Bu onun akt üzrə hesablanmış borcu etiraf etdiyini göstərir. Yoxlamanın qeydə alınması ilə bağlı bildirir ki, cavabdeh yoxlayıcı orqan deyildir. Sayğaca onlar baxış keçirməlidirlər. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçının nümayəndəsi X20 iddiaçının apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, apelyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin iddianın təmin edilməmiş hissəsində ləğv edilərək iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi və əlavə olaraq bildirdi ki, cavabdehin qeyri-qanuni hərəkətləri nəticəsində anbarda 2 min tondan çox meyvə xarab oldu. Bu səbəbdən ikinci akt üzrə məhkəməyə müraciət etməzdən öncə ödənişlər etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-cı, 372.7-ci maddələrinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirərək, apelyasiya şikayətlərinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamə qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbi təmin edilməli, cavabdeh “xxxxxxxx” X34 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: Fiziki şəxsin sahibkarlıq uçotu haqqında Şəhadətnamənin surətindən görünür ki, X10 xx xxx 2015-ci il tarixdə vergi ödəyicisi kimi uçota alınmışdır. xx.xx.2019-cu il tarixli R seriyalı 027494 saylı Aktdan görünür ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda yoxlama keçirilən zaman 10 kv-luq Vəlvələ hava xəttindən qidalanan soyuducu anbarın elektrik təchizatı sxemində 10 kv-luq KRN-də quraşdırılmış “**********” saylı sayğacın hesab dəstinə xüsusi avadanlıqla müdaxilə edilərək istənilən vaxtlarda sayğac sxemdən kənarlaşdırılması halı aşkar edilmişdir. Qeyri əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri və texniki sahələr üzrə tələblərindən görünür ki, cavabdeh tərəfindən xx.xx.2019-cu il tarixli R seriyalı 027494 saylı Akta əsasən iddiaçıya 34642,44 manat borc hesablanmışdır. Abunə haqqından görünür ki, cavabdeh tərəfindən iddiaçıya R seriyalı 015032 saylı akta əsasən 34642,44 manat məbləğində borc hesablanmış, iddiaçının cavabdehə xx xxxxxxx 2019cu il tarixə borcu 5689,56 manat təşkil edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş "X8 Qaydaları"nın 7.6-cı bəndinə əsasən enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən hesablaşma elektrik sayğacları zədələndikdə və ya qoşulma sxemi pozulduqda təmir, əvəzetmə və dövlət yoxlanışı onun hesabına yerinə yetirilir. Hesablaşma elektrik sayğacının zədələnməsinin laboratoriya şəraitində araşdırılması tələb olunduqda, enerjitəchizatı müəssisəsi tərəfindən istehlakçının, o cümlədən məişət abonentinin iştirakı ilə araşdırma aparılır və ikitərəfli aktla sənədləşdirilir. İstehlakçının, o cümlədən məişət abonentinin təqsirindən zədələnmiş və ya itmiş hesablaşma elektrik sayğacının əvəzinə enerjitəchizatı müəssisəsi ondan istismara yararlı yeni elektrik sayğacı və ya onun dəyərini tələb etmək hüququna malikdir. Həmin Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin «Dövlət Enerjinəzarət» İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, cavabdehin əməkdaşları tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda yoxlama keçirilən zaman 10 kv-luq Vəlvələ hava xəttindən qidalanan soyuducu anbarın elektrik təchizatı sxemində 10 kv-luq KRN-də quraşdırılmış “**********” saylı sayğacın hesab dəstinə xüsusi avadanlıqla müdaxilə edilərək istənilən vaxtlarda sayğac sxemdən kənarlaşdırılması halı aşkar olunaraq xx.xx.2019-cu il tarixli R seriyalı 027494 saylı akt tərtib edilmişdir. Nəticədə cavabdeh tərəfindən iddiaçıya R seriyalı 027494 saylı akta əsasən 34642,44 manat məbləğində borc hesablanmış, iddiaçı həmin borca görə ödənişlər etmişdir. Birinci instansiya məhkəməsi də iddiaçının cavabdehə olan borcunun 4551,16 manat təşkil etməsinə əsaslanaraq cavabdeh tərəfindən iddiaçıya hesablanmış borc məbləğindən 4551,16 manat məbləğ silinməklə iddianı qismən təmin etmişdir. Kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi hazırki iş üzrə qismən düzgün nəticəyə gəlmişdir. Belə ki, işin mübahisələndirilməyən halı ondan ibarətdir ki, cavabdeh tərəfindən iddiaçıya akt üzrə 34642,44 manat məbləğində borc hesablanmış, iddiaçı həmin borca görə ödəniş etmişdir. İddiaçı məhz həmin akt üzrə hesablanmış 34642,44 manat borcu mübahisələndirmişdir. Məhkəmə isə iddiaçı tərəfindən ödənişlər edilməsinə əsaslanaraq akt üzrə yalnız iddiaçı tərəfindən ödənilməmiş borcu silmiş və bununla da səhv hüquqi nəticəyə gəlmişdir. İddiaçının apelyasiya şikayətində qeyd olunduğu kimi, tərəflər arasında əvvəllər də digər aktlar üzrə məhkəmə mübahisələri olmuşdur. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2-2(102)-433/2019 saylı qərarından görünür ki, iddiaçı mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına xx xxxxxxxx 2018-ci il tarixdə 022721 saylı akta əsasən hesablanmış 70.068,87 manat məbləğində borcun silinməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-37/2019 saylı xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim: Z.R.Pirverdiyev) iddia təmin edilmiş, cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarına yazılmış 70.068,87 manat borc silinmişdir. Birinci instansiya məhkəməsinin qətnaməsindən cavabdeh tərəfindən apelyasiya şikayəti verilmiş, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22(105)-71/2019 nömrəli iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi ilə (sədrlik edən H.Ç.Babayeva) cavabdehin apelyasiya şikayəti təmin edilməmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-2(85)-37/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh kassasiya şikayəti verərək həmin qətnamənin ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul olunmasını xahiş etmiş və cavabdeh “xxxxxxxx” ASC-nin kassasiya şikayəti təmin olunmamış, Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-2(105)-71/19 saylı iş üzrə xx xxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin iş üzrə məhkəmə icraatı gedən zaman Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli icra vərəqəsinə əsasən Quba rayonu, Bakı-Quba yolu ərazisində yerləşən X7 məxsus soyuducu anbarına elektirk enerjisinin verilməsinin dayandırılması “xxxxxxxx” ASC-nə və onun struktur bölmələrinə qadağan olunmuşdur. Buna baxmayaraq “xxxxxxxx” ASC-nin X36 tərəfindən həmin anbara elektrik enerjisinin verilməsi dayandırılmışdır. Bu səbəbdən Quba rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli qərarı ilə xxxxxxxx” ASC-nin X27 rəisi X31 Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinmiş, barəsində 1.500(bir min beş yüz) manat məbləğində cərimə inzibati tənbeh tədbiri tətbiq edilmişdir.(hakim X.Tağıyev. iş mat səh 84- 85.) İş materiallarından görünür ki, X10 ilə bağlanmış saxlanc müqavilələrinə əsasən Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda X2 140 ton semerenka, 140 ton palmet, 70 ton qrandsmit, X21 140 ton semerenka, 140 ton palmet, 70 ton qrandsmit, 70 ton fuji, X15 70 ton pinqler, X11 70 ton qızıləhmədi, X12 70 ton palmet, X16 70 ton palmet, 70 ton qrandsmit, 70 ton qızıləhmədi, X1 70 ton semerenka, 70 ton palmet, X5 140 ton semerenka, 140 ton palmet, 70 ton qrandsmit və X3 70 ton semeranka, 70 ton palmet meyvəsi saxlanılmışdır. Yuxarıda qeyd olunduğu kimi, “xxxxxxxx” ASC-nin X36 tərəfindən həmin anbara elektrik enerjisinin verilməsi dayandırılması səbəbindən həmin sahibkarlara ziyan vurulmuş, onlar da öz növbəsində Quba rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət etməklə cavabdehlər X10 və “xxxxxxxx” ASC-dən cəmi 133.475 (yüz otuz üç min dörd yüz yetmiş beş) manat məbləğində vurulmuş ziyanın tutularaq onlara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər. Quba rayon Məhkəməsinin xx.xx.2019.cu il tarixli qətnaməsi ilə iddia tələbi qismən təmin edilmiş, maddi ziyanla bağlı iddiaçılar X16 xeyrinə 15500 (on beş min beş yüz) manat, X12 xeyrinə 4500 (dörd min beş yüz) manat, X13 xeyrinə 26825 (iyirmi altı min səkkiz yüz iyirmi beş) manat, X11 xeyrinə 5700 (beş min yeddi yüz) manat, X1 xeyrinə 9775 (doqquz min yeddi yüz yetmiş beş) manat, X15 xeyrinə 6000 (altı min) manat və X2 xeyrinə 28575 (iyirmi səkkiz min beş yüz yetmiş beş) manat, ümumilikdə 96875 (doxsan altı min səkkiz yüz yetmiş beş) manat pul vəsaiti cavabdeh “xxxxxxxx” ASC-dən tutulması, X5 və X3 iddiasının təmin edilməməsi və iddia tələbinin cavabdeh X7 münasibətdə təmin edilməməsi qət edilmişdir. Hal-hazırda həmin işin məhkəmə icraatı davam edir. Göründüyü kimi, iddiaçı əvvəlki aktı mübahisələndirən zaman məlum problemlərlə üzləşmiş, bu nəinki onun, saxlanc müqaviləsinə əsasən onunla müqavilə əsasında fəaliyyət göstərən sahibkarlara da maddi ziyan vurulması ilə nəticələnmiş və məhkəmə çəkişmələrinə səbəb olmuşdur. Belə ki, Quba rayon Məhkəməsinin xx.xx.2019.cu il tarixli qətnaməsindən görünür ki, sahibkarlarla bağlanmış çoxsaylı saxlama müqavilələrinə əsasən saxlayan X10 məhsulları saxlamağı, tapşıran isə saxlayana müqaviləyə əsasən ayda müəyyən edilmiş məbləğləri ödəməyi öhdələrinə götürmüşlər. İddiaçının özünün də apelyasiya şikayətində qeyd etdiyi kimi, növbəti belə problemlərlə üzləşməmək üçün iddiaçı son akt üzrə hesablanmış məbləği məhkəməyə müraciət etməzdən əvvəl ödəməyə başlamışdır. O nəinki özü sahibkar kimi fəaliyyət göstərir, həmçinin saxlanc müqaviləsi üzrə digər sahibkarlar qarşısında məsuliyyət daşıyır.Bu səbəbdən işığın soyuducu anbara verilməsinin müntəzəmliyi üçün onlar qarşısında məsuldur. X24 Məhkəməsi isə qeyd edilən qətnaməni qəbul edərkən haqlı olaraq “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununa, həmçinin Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2011-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında” Əsasnaməyə istinad edərək sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə sahibkarlıq sahəsində aparılan hər bir yoxlamanın yalnız Reyestrdə qeydiyyata alındıqdan sonra keçirilə bilməsi, reyestrdə qeydiyyata alınmadan aparılan yoxlamaların hüquqi nəticəsinin olmamasını qeyd etsə də, son nəticədə akt üzrə hesablanmış məbləğin müəyyən hissəsinin iddiaçı tərəfindən ödənilməsinə əsaslanaraq iddianı qismən təmin etmiş və səhv hüquqi nəticəyə gəlmişdir. Belə ki, «Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında» Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2010-cu il tarixli Fərmanının 1.2-ci bəndində sahibkarlıq sahəsində yoxlamaların mütəmadiliyi haqqında məlumatın əldə edilməsini mümkün edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi tərəfindən aparılan vahid məlumat reyestrinin formasını və aparılması qaydasını hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim edilməsi qərara alınmışdır. Həmin Fərmanın 2-ci bəndində isə göstərilmişdir ki, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama bu Fərmanın 1.2-ci bəndində göstərilən reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 15 fevral tarixli, 383 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin forması və aparılması qaydası haqqında Əsasnamə”nin 1.1-ci bəndinə görə, bu Əsasnamə “Sahibkarlıq sahəsində yoxlamaların nizama salınması və istehlakçıların hüquqlarının qorunmasının təmin edilməsinə dair bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 13 aprel tarixli, 246 nömrəli Fərmanının 1.2-ci bəndinə uyğun olaraq sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrinin formasını, habelə onun aparılması, istifadə edilməsi və məlumatların mühafizəsi qaydalarını müəyyən edir. Əsasnamənin: 1.4-cü bəndinin tələbinə görə, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq sahibkarlıq fəaliyyəti subyektlərində hər hansı yoxlama (nəzarət) funksiyalarına malik icra hakimiyyəti orqanları, habelə dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslər (bundan sonra - yoxlayıcı orqanlar) sahibkarlıq fəaliyyəti subyektlərində keçirdikləri bütün növ yoxlamaların (o cümlədən araşdırmaların, müayinələrin, monitorinqlərin, müşahidələrin, təftişlərin, nəzarətlərin, xronometrajların, reydlərin, baxışların və s.) bu Əsasnamə ilə müəyyən edilmiş müddətdə və qaydada Reyestrdə qeydiyyata alınmasını təmin etməlidirlər. 1.5-ci bəndinin tələbinə əsasən, sahibkarlıq sahəsində aparılan hər bir yoxlama Reyestrdə qeydiyyata alındıqdan sonra həyata keçirilə bilər. 1.6-cı maddəsinə görə, yalnız sərhəd-buraxılış məntəqələrində keçirilən yoxlamalar, dəniz və hava limanlarında nəzarətdən irəli gələn yoxlamalar və dövlət mülkiyyətində olan müəssisələrin idarəetməyə verilməsi barədə müqavilələrdən irəli gələn yoxlamalar reyestrdə qeydiyyata alınmır. 5.2-ci bəndinə görə, yoxlamanın keçirilməsi üçün yoxlayıcı orqanın vəzifəli şəxsi yoxlamanın qeydiyyata alınması barədə reyestrdən çıxarışı sahibkarlıq fəaliyyəti subyektinə təqdim etməlidir. Bundan əlavə məhkəmə kollegiyası qeyd edir ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanunda da qanunverici eyni məqsəd güdmüş, yoxlayıcı orqanların apardıqları hər bir yoxlama barədə məlumatı Qanunda nəzərdə tutulmuş qaydaya uyğun olaraq müvafiq icra hakimiyyəti orqanına verməyə borclu olduqları öz əksini tapmışdır. Həmin Qanunun: 1.1.1-ci maddəsinə əsasən, sahibkarlıq sahəsində aparılan yoxlama (bundan sonra yoxlama) - yoxlayıcı orqanların sahibkarların sahibkarlıq fəaliyyətinə dair məcburi tələbləri yerinə yetirmələrini qiymətləndirməsi üzrə tədbirlər məcmusu yoxlama əldə olunan nəticələr üzrə məsuliyyət tədbirlərinin tətbiqi imkanını nəzərdə tutur; 2.1-ci maddəsinə əsasən, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir; 3.1-ci maddəsinə əsasən, yoxlamalar yalnız bu Qanunda nəzərdə tutulmuş hallarda və qaydada aparılır; 3.2-ci maddəsinə əsasən, bu Qanun və onun əsasında qəbul edilmiş digər normativ hüquqi aktların tələblərinin pozulması ilə, o cümlədən yoxlamaların vahid məlumat reyestrində qeydə alınmadan aparılan yoxlamaların hüquqi nəticəsi yoxdur. Bu cür yoxlamaların gedişində aşkar edilmiş sahibkarlıq fəaliyyətinə dair məcburi tələblər müəyyən edən Azərbaycan Respublikası qanunlarının və onlara uyğun qəbul olunmuş digər normativ hüquqi aktların pozulması (bundan sonra-qanun pozuntusu) faktları ilə bağlı məsuliyyət tədbirləri tətbiq edilə bilməz. Yuxarıda sadalanan normativ aktların təhlili göstərir ki, yoxlayıcı orqanlar (hazırkı halda “xxxxxxxx” ASC) tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlamaların reyestrdə qeydiyyata alınması üçün onlar bu barədə məlumatı Ədliyyə Nazirliyinə verməyə borcludurlar. Hazırkı işin hallarından isə görünür ki, “xxxxxxxx” ASC tərəfindən fərdi sahibkar kimi fəaliyyət göstərən iddiaçıya məxsus obyektdə elektrik sayğacına baxış keçirilməsi ilə bağlı yoxlama sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmadan keçirilmişdir. Halbuki, sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyatdan keçirilməməsi, barəsində yoxlama aparılan şəxs üçün hər hansı hüquqi nəticə yarada və onun barəsində məsuliyyət tədbirlərinin tətbiqi üçün əsas ola bilməz. Bundan əlavə cavabdeh orqan apelyasiya şikayətində “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanuna istinadın əsassız olduğunu və “xxxxxxxx” ASC- nin yoxlayıcı orqan olmadığını mübahisələndirmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, istinad olunan həmin Qanunun 2-ci maddəsində təsbit edilmişdir ki, bu Qanun yoxlayıcı orqanlar tərəfindən sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan bütün növ yoxlama tədbirlərinə, o cümlədən araşdırmalar, müayinələr, monitorinqlər, müşahidələr, təftişlər, nəzarətlər, xronometrajlar, reydlər, baxışlar və digər bu cür tədbirlərə şamil edilir. Bu Qanun (bu Qanunun 3.2-ci, 7.17.3-cü, 7.5-7.10cu, 8-ci, 11.1-ci, 12-ci, 13-cü və 34.1-ci maddələri istisna olmaqla) vergi yoxlamalarına şamil edilmir. Dövlət mülkiyyətində olan və müvafiq xidmətlərin göstərilməsində inhisarçı mövqe tutan hüquqi şəxslərin nümayəndələrinin sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə və müqavilə şərtlərinin yerinə yetirilməsini tələb etməklə bağlı fəaliyyətinə bu Qanunun 3.2-ci, 13-cü, 20.1-ci, 20.2-ci və 34.1-ci maddələri şamil edilir. “xxxxxxxx” ASC-nin Nizamnaməsinin: 3.1-ci maddəsinə əsasən, cəmiyyətin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarətdir. 3.2-ci maddəsinə əsasən, Cəmiyyətin bu Nizamnamənin 3.1-ci bəndində göstərilən məqsədlərə uyğun olaraq fəaliyyət göstərdiyi istiqamətlərdən biri də 3.2.6-cı maddəsinin tələbinə görə elektrik enerjisinin ölçülməsi və uçotu vasitələrinin istismarı, təmiri, dəyişdirilməsi, habelə ödənişsiz qaydada həmin vasitələrin diaqnostikası və sayğacların qoşulma sxemlərinin yoxlanılmasıdır. Qeyd edildiyi kimi, elektrik enerjisinin satışı bazarında inhisarçı mövqe tutan “xxxxxxxx”ASC-nin fəaliyyət göstərdiyi istiqamətlərdən biri də sayğacların yoxlanılmasıdır.Bu funksiya Cəmiyyətin nümayəndələri tərəfindən həyata keçirilir və “xxxxxxxx” ASC-nin Nizamnaməsinə əsasən bu vəzifə yoxlama hesab olunur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, “xxxxxxxx” ASC tərəfindən aparılan yoxlama qanunsuz olduğundan onun hüquqi nəticələri də qanunsuz hesab edilməlidir. Azərbaycan Respublikası MPM-nin 384.0.2-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. Göstərilənlərlə bağlı məhkəməkollegiyasıbelə nəticəyə gəlirki,iddiaçının apelyasiya şikayəti təmin edilməli və Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e- 2-2(085)-494/2019 saylı qətnaməsi qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilməli və iddia tələbi təmin edilməli, cavabdeh “xxxxxxxx” X34 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.5-ci maddəsinə əsasən apellyasiya və kassasiya şikayətləri verilməsi ilə əlaqədar işdə iştirak edən şəxslərin çəkdikləri məhkəmə xərcləri də bu Məcəllənin 119.1-119.4cü maddələrində göstərilən qaydaya uyğun bölüşdürülür. Həmin Məcəllənin 119.6- cı maddəsinə əsasən yuxarı məhkəmə instansiyası işi yeni baxışa göndərmədən qətnaməni dəyişdirirsə və ya yeni qətnamə çıxarırsa, o, müvafiq olaraq məhkəmə xərclərinin bölüşdürülməsini də dəyişdirir. «xxxxxxxx” X25 apelyasiya şikayətinin təmin edilməməsi səbəbindən iddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdehin özünə aid edilməlidir. NƏTİCƏ HİSSƏ Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.2 və 404-1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: İddiaçı X4 apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli, e-2-2(085)-494/2019 saylı qətnaməsi qismən-iddianın təmin edilməyən hissəsində ləğv edilsin və iddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən iddiaçının mülkiyyətində olan, Quba rayonu, Bakı-Quba yolunda yerləşən soyuducu anbarda X8 qaydalarının pozulması barədə tərtib olunmuş xx.xx.2019-cu il tarixli, 027494 saylı akt üzrə hesablanmış məbləğ silinsin. Cavabdeh «xxxxxxxx” X34 tərəfindənverilmiş apelyasiya şikayəti təmin edilməsin. İddiaçı tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu və cavabdeh tərəfindən ödənilmiş 15 manat məbləğində dövlət rüsumu cavabdeh «xxxxxxxx” X29 aid edilsin. Qətnamədən təqdim olunduğu gündən 2 ay müddətində Sumqayıt Apelyasiya Məhkəməsi (ünvan: ünvan 2 vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına (ünvan: ünvan 3 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən Zaur Məmmədov Hakimlər Fuad Məmmədov Məhəmmədəli Rzayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar