Məhkəmə qərarları › İş №2-2(105)-33/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-33/2022

17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-33/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Dəmirov İlqar Kamal oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2- 2(119)-875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, e-2-2(119)-875/2021 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı verilmiş “borcun tutulması” barədə iddia ərizəsinə dair e-2-2(119)-875/2021 nömrəli kommersiya işi üzrə qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2- 2(119)875/2021 nömrəli qiyabi qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdehndən 10620 (on min altı yüz iyirmi) manat və 30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 10650 (on min altı yüz əlli) manat pulun tutularaq iddiaçı "X1 Azərbaycan" Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi qət olunmuşdur (hakim Zahid Məmmədov). Cavabdeh 24 dekabr 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin üzrlü hesab edilərək bərpa edilməsi barədə qərardad qəbul olunmasını xahiş etmiş və həmin ərizə - “Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən işə baxılmasının yeri və müddətinin cavabdehə vaxtında bildirilməməsi, qətnamə cavabdehin ünvanına lazımi qaydada çatdırılmadığından, onun məzmunu ilə tanış olmağın və vaxtında şikayət verməyin mümkün olmaması və yalnız icrası ilə bağlı icra qurumundan məktub daxil olduqdan sonra qətnamə barədə məlumat əldə edilməsi” ilə əsaslandırılmışdır. Həmin ərizəyə baxılması ilə əlaqədar keçirilən məhkəmə iclasında iştirak edən iddiaçı İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Vəkil Cavabdeh tərəfindən verilmiş “Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-22(119)- 875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizənin təmin olunmaması haqqında qərardad qəbul edilməsini xahiş etdi. Sumqayıt Kommersiya Məhkəməsinin 18.01.2021-ci il tarixli, e-2-2(119)-875/2021 nömrəli qərardadı ilə Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə ərizəsinin təmin edilməməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Qərardaddan Cavabdeh apellyasiya şikayəti vermişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli, e-2-2(119)- 875/2021 qərardadı ilə şikayətin təmin edilməməsi və həmin qərardadın qüvvədə saxlanılması və şikayətin iş materialları ilə birlikdə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır (hakim Zülfüqar Sadiqov). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, iş materialları ilə müəyyən olunur ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair e- 22(119)- 875/2021 nömrəli kommersiya işi üzrə 10 avqust 2021-ci ildə keçirilən yekun məhkəmə baxış iclasında qəbul edilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsinin tam mətni 20 avqust 2021-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinetə daxil edilərək imzalanmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsi müvafiq məktuba əlavə edilərək “sifarişli xəbərnaməli” poçt göndərişi ilə Cavabdeh rəsmi hüquqi ünvanına, yəni iş materiallarında poçt ünvanı və rəsmi ünvanı kimi qeyd edilmiş “Quba rayonu, Dəlləkli kəndi” ünvanına göndərilmişdir. Həmin poçt göndərişi üzrə məhkəməyə qaytarılmış “Xəbərnamə” ilə müəyyən olunur ki, qiyabi qətnamənin göndərildiyi məlum poçt göndərişi 30 avqust 2021ci ildə cavabdehin ünvanında rəsmi qaydada Piriyev Rasim tərəfindən qəbul edilmişdir (iş vərəqi: - 251). Lakin, Cavabdeh “Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)875/2021 nömrəli qiyabi qətnaməsindən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa edilməsi” barədə hazırkı ərizəsi və apellyasiya şikayəti isə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə 24 dekabr 2021-ci ildə, yəni qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün müəyyən edilmiş prosessual müddət keçdikdən sonra verilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 10-1.3-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir. Həmin Məcəllənin 10-1.5-ci maddəsinin tələblərinə görə, Mülki-Prosessual Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikası Qanununun 28.2-ci maddəsinə əsasən, tərəflər arasında müqavilədə başqa hallar müəyyən edilməmişdirsə, elektron sənədin Alanın göstərdiyi informasiya sisteminə daxil olduğu an elektron sənədin alınma vaxtı (tarix və vaxt) hesab edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində verilə bilər. Həmin Məcəllənin 129.1-ci maddəsinə əsasən, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Göründüyü kimi, “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirilərək imzalandıqdan sonra poçt xidməti vasitəsi ilə göndərilmiş Sumqayıt Kommersiya Məhkəməsinin 10 avqust 2021-ci il tarixli e-2-2(119)-875/2021 nömrəli qiyabi qətnaməsi Cavabdeh rəsmi ünvanında 30 avqust 2021-ci ildə rəsmən qəbul edildiyindən, məlum qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət - artıq hazırkı ərizənin və apellyasiya şikayətinin məhkəməyə verilmiş olduğu 24 dekabr 2021-ci ildə ötürülmüş olmuşdur. Yəni, məlum qiyabi qətnamədən apellyasiya şikayəti verilmə müddətinin son günündən iki aydan çox müddət keçdikdən sonra cavabdehin apellyasiya şikayəti Sumqayıt Kommersiya Məhkəməsinin icraatına daxil olmuş və bununla da, həmin qiyabi qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulan prosessual müddət buraxılmışdır. Lakin, hazırkı məhkəmə araşdırması zamanı apellyasiya şikayətinin verilməsi müddətinin cavabdeh tərəfindən üzrlü səbəblərə görə buraxıldığı müəyyən edilməmişdir. Belə ki, cavabdeh qeyd olunan qiyabi qətnamənin ona ümumiyyətlə poçt vasitəsilə çatdırılmamasını qeyd etsə də, buna aid heç bir sübutu məhkəməyə təqdim etməmiş, əksinə cavabdehin hüquqi ünvanı üzrə qiyabi qətnamə rəsmi qaydada 30.08.2021-ci il tarixdə “Piriyev Rasim” adlı şəxsə təqdim olunmuşdur (i/v 251). Bundan əlavə qiyabi qətnamənin çıxarılmasından əvvəl “Azərekspresspoçt” vasitəsilə rəsmi məhkəmə bildirişləri də cavabdehin hüquqi ünvanı üzrə yenə “Piriyev Rasim” adlı şəxs tərəfindən qəbul edilmişdir ( i/v 25). Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 130.1-ci maddəsinə əsasən, qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Azərbaycan Respublikası MPM-nin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Həmin Məcəllənin 398-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə aşağıdakıları etmək hüququ vardır: məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək; qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək; qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək, qərardaddan verilmiş şikayətdən imtina olunduqda, apellyasiya icraatına xitam vermək. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 263-264, 397.2, 398.0.1, 400-cü və 402.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 18 yanvar 2021-ci il tarixli, e-2-2(119)- 875/2021 saylı qərardadı dəyişdirilmədən saxlansın. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar