Məhkəmə qərarları › İş №2-2(105)-34/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-34/2021

26.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-34/2021 26.01.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apelyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının hakimləri Məmmədov Fuad Əli oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iş üzrə Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-855/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Sumqayıt Apelyasiya Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında apelyasiya qaydasında baxaraq, müəyyən etdi: İddiaçı “xxxx” MMC Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1090 manat və 25480 manat əsas, 300 manat cərimə və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun tutularaq “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-855/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə iddiaçı “xxxx” MMC-nin Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsinin iddiaçıya geri qaytarılması qərara alınmışdır. Qərardaddan iddiaçı “xxxx” MMC şikayət vermişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin qərardadda istinad etdiyi maddələrdə iqtisadi mübahisələr üzrə işdə iştirak edən digər şəxslərdən bəhs edilir. Burada tərəflər deyil prosesin digər iştirakçıları nəzərdə tutulur. AR MPM-nin 50.1-ci maddəsi prosesdə tərəflərin iddiaçı və cavabdeh hesab edildiyini dəqiq təsbit etmişdir. Bu o deməkdir ki, iddiaçı ve cavabdehdən başqa şəxs olduqda o, digər şəxs hesab olunur. Eləcə də, həmin Məcəllənin 61-ci maddəsi “işdə iştirak edən şəxslərdən başqa prosesdə şahidlər, ekspertlər, mütəxəssislər, tərçüməçilər, nümayəndələr və vəkillər iştirak edə bilərlər". AR MPM-nin 168.1-ci maddəsinə əsasən “Hakim iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehə rəsmi qaydada verilməsini təmin edir”. Sadalanan müddəalardan belə nəticəyə gəlmək olar ki, qanunverici cavabdehə ərizənin göndərilməsini hakimin üzərinə qoymaqla işin faktiki olaraq məhkəmədə icraatına qəbul edilməsi və mübahisə üzrə məhkəmə araşdırma mərhələsində olmasıdır. Sumqayıt Kommersiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş, şikayətin işlə birlikdə baxılması üçün apelyasiya instansiya məhkəməsinə göndərilməsi qərara alınmışdır. (hakim Xəqani Tağıyev) Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə məlumat verilməsinə baxmayaraq, nümayəndələri məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 397.2-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası MPM-in 372.7-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 150.0.4-cü maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilməlidir. Həmin Məcəllənin 152.1.4-cü maddələrinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılır. İş materiallarından görünür ki, iddiaçı “xxxx” MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət edərkən, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdeh tərəfindən alınması haqqında sənədi iddia ərizəsinə əlavə etməmişdir. Məhkəmə kollegiyası şikayətin dəlilləri ilə bağlı qeyd edir ki, iddia ərizəsinin surətinin kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən alınması haqqında sənəd iddia ərizəsinə əlavə edildikdən sonra həmin ərizə məhkəməyə təqdim edilməlidir. MPM-in 61-ci maddəsində isə prosesin digər iştirakçılarının dairəsi göstərilmişdir. Bundan əlavə, İddiaçı1 iddia ərizəsinə əlavə edilmiş xx.xx.2020-ci il tarixli etibarnaməyə əsasən “xxxx” MMC-nin adından iddia ərizəsini imzalamaq səlahiyyətinə malik olsa da, elektron məhkəmə informasiya sistemində yerləşdirilmiş iddia ərizəsində iddiaçı qismində göstərilmiş, iddia ərizəsini isə müəssisənin hüquqşünası kimi imzalamışdır. Bununla da, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-nin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına əməl edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, şikayət təmin olunmamalı, Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-855/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 398.0.1-ci maddəsinə görə apelyasiya instansiyası məhkəməsinin, şikayətə baxıb qərardad qəbul etdikdə məhkəmənin qərardadını dəyişdirmədən saxlayıb şikayəti təmin etməmək hüququ vardır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 263-269, 398.0.2, 400 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şikayət təmin edilməsin. Sumqayıt Kommersiya Məhkəməsinin 2-2(119)-855/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz. Sədrlik edən Fuad Məmmədov Hakimlər Zaur Məmmədov Hökümə Babayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar