Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-2(105)-34/2024 19.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər X2 və X1 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi ilə, Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2- 2(119)1543/2023 nömrəli qərardadından ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən verilmiş şikayətə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi 21 noyabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Maraqlı şəxs qarşı “ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması” barədə ərizə ilə məhkəməyə müraciət edərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 oktyabr 2023-cü il tarixə hesablanmış Dövlət Sosial Müdafiə Fonduna olan 5,91 manat məbləğində borcu və eləcə də, vergi ödəyicisi ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 oktyabr 2023-cü il tarixə hesablanmış Dövlət Büdcəsinə olan 6567,41 manat məbləğində vergi borcu və Dövlət Sosial Müdafiə Fonduna olan 3,92 manat məbləğində borcu ödənilənədək, həmin hüquqi şəxslərin icra orqanlarının rəhbəri – xx xxxxxxxx 1964-cü il təvəllüdlü Maraqlı şəxs ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən 25 dekabr 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “tələbin dəqiqləşdirilməsi” barədə ərizə təqdim edilərək, vergi ödəyicisi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 09 oktyabr 2023-cü il tarixə borcunun olmadığı və vergi ödəyicisi ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinin isə Dövlət Büdcəsinə cəmi 15477,82 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna 3,92 manat məbləğində borcunun olduğu göstərilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2- 2(119)1543/2023 nömrəli qərardadı ilə həmin ərizə Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılmışdır. Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(119)-1543/2023 nömrəli qərardadından şikayət verərək, həmin qərardadın ləğv olunmasını və ərizəyə baxılmasının təmin edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmənin borc bildirişinin vergi ödəyicisinə çatdırılmaması ilə bağlı bildirilir ki, "xxxx" MMC-nin vergilər üzrə 15477,82 manat, Məcburi Dövlət Sosial Sığortahaqqı üzrə 3.92 manat olmaqla, ümumilikdə 15481,74 manat məbləğində borc öhdəliyinin yerinə yetirilməməsi ilə əlaqədar xx.xx.2020-ci il tarxili **********353500 nömrəli “Vergi borcunun ödənilməsinə dair bildiriş göndərilmişdir. Məhkəməyə təqdim olunan ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında ərizəyə dəqiqləşmə verilərək vergi vergi borcunun ümumilikdə 15481,74 manat olduğu göstərilmişdir. (Qeyd: məhkəməyə təqdim edilmiş ilkin ərizədə rəqəmlər texniki olaraq səhv göstərilmiş, lakin, sonradan dəqiqləşmə ərizəsində düzəliş edilmişdir.) Ərizədə göstərilən borc məhz xx.xx.2020-ci il tarxili **********353500 nömrəli “Vergi borcunun ödənilməsinə dair bildirişdə göstərilən borc məbləğindən qalan borcdur, qeyd olunan borc məbləğləri vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks edilmişdir. Həmçinin həmin bildiriş vergi ödəyicisinin elektron kabinetinə göndərilmiş (oxunma tarixi xx.xx.2020) verdi ödəyicisi həmin borc barədə 2020-ci il tarixdən məlumatlı olmuşdur. Bundan başqa vergi ödəyicisinə ərizədə göstərilən borcla əlaqədar xx.xx.2023-cü il tarixli **********360600 nömrəli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq” məktubu göndərilmiş, həmin məktub vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuşdur. Göründüyü kimi, vergi ödəycisinə vergi öhdəliyi barədə hələ xx.xx.2020-ci il tarixdə bildirişlə məlumat verilmiş, həmin bildirişdə vergi öhdəliyi nəzərdə tutulmuş müddətdə yerinə yetirlmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Lakin, nədənsə vergi ödəyicisi həmin tarixdən qeyd edilən borcu ödəməmişdir. Daha sonra, vergi ödəyicinə göndərilmiş xəbardarlıq məktubunda da vergi öhdəliyi yerinə yetirlmədiyi təqdirdə ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında məhkəməyə müraciət ediləcəyi göstərilmişdir. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmənin gəldiyi nəticə ilə razı deyillər. Vergi orqanı ilə vergi ödəyicisi arasında mövcud borcun məhkəmədən kənar yoxlanılması və araşdırma prosesinin tamamlanmaması münasibətdə bildirilir ki, vergi ödəyicisi qeyd edilən borcla bağlı dəfələrlə 2 saylı Ərazi Vergilər İdarəsinə müraciətlər etsə də, vergi orqanı tərəfindən müvafiq izahatlar verilmişdir. Məhkəmə qərardadından görünür ki, məhkəmə heç bir müstəsna hal olmadan iddia predmetindən kənara çıxaraq vergi hesablamasını mübahisələndirmişdir ki, bu da qanunvericiliyin tələblərinə uyğun deyildir. Bütün yuxarıdakıları nəzərə alaraq bir daha qeyd edilir ki, məhkəmə ümümilikdə xüsusi icraat qaydasından kənara çıxmış, vergi ödəyicisinin borc öhdəliyini mübahisləndirmişdir. Halbuki, vergi ödəyicisi qeyd edilən məsələləri aidiyyəti inzibati məhkəmədə mübahisləndirə bilər. Sumqayıt Kommersiya Məhkəməsinin 19 yanvar 2024-cü il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilmişdir. (hakim Z.Sadiqov) Sumqayıt Apellyasiya Məhkəməsi tərəfindən şikayət mümkün sayılaraq yazılı icraata qəbul edilmiş, xx.xx.2024-cü il tarixli qərardadla Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(119)-1543/2023 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş şikayətə məhkəmə iclasında baxılması 19 fevral 2024-cü il tarixə, saat 10:45-ə təyin edilmişdir. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını, şikayətin dəlillərini araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e- 2-2(119)-1543/2023 nömrəli qərardadı və qərardadın dəyişdirilmədən saxlanılmasına dair 19 yanvar 2024-cü il tarixli e-2-2(119)-1543/2023 nömrəli qərardadı ləğv edilməli, iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Belə ki, ərizənin məzmunu ilə müəyyən olunur ki, vergi öhdəliklərini və digər məcburi dövlət ödənişlərini Azərbaycan Respublikası Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədiyinə görə Maraqlı şəxs Dövlət Sosial Müdafiə Fonduna və Dövlət Büdcəsinə ödənilməmiş borcu yaranmışdır. Ərizəçi tərəfindən həmin borcla bağlı dəqiqləşdirilmiş ərizə təqdim olunmuş, maraqlı şəxsin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması barədə qətnamə qəbul olunması xahiş olunmuşdur. Məhkəmə ərizəni baxılmamış saxlamış və hesab etmişdir ki, hər iki ərizədə ödənilməsi tələb olunan 6567,41 manat məbləğində vergi borcu və yaxud, 15477,82 manat məbləğində vergi borcu ilə əlaqədar vergi ödəyicisi ”Əli-MB” Məhdud Məsuliyyətli Cəmiyyətinə Azərbaycan Respublikası Vergi Məcəlləsinin 65.1-ci maddəsi ilə nəzərdə tutulan hər hansı bir “bildiriş”, yəni məlum vergi borclarının ödənilməsinə dair Bildiriş göndərilməmişdir. Ərizəçi tərəfindən məhkəməyə təqdim edilmiş və hazırkı ərizə verilməmişdən təxminən 3 il 6 ay əvvəl tərtib olunan 03 mart 2020-ci il tarixli **********3 nömrəli "Vergi borcunun ödənilməsinə dair" Bildirişdə isə 03 mart 2020-ci il tarixə ”Əli-MB” MMC-nin Dövlət Büdcəsinə olan vergilər üzrə “17438,54 manat, maliyyə sanksiyaları üzrə 3896,14 manat, faizlər üzrə 7769,18 manat olmaqla, ümumilikdə cəmi 29103,86 manat məbləğində” borcun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Başqa sözlə, ərizəçi tərəfindən 21 noyabr 2023-cü ildə verilmiş ilkin ərizədə göstərilən və 09 oktyabr 2023-cü il tarixə ödənilməmiş borc kimi qeyd olunan "xxxx" MMC-nin Dövlət Büdcəsinə olan 6567,41 manat məbləğində vergi borcunun və Dövlət Sosial Müdafiə Fonduna olan 3,92 manat məbləğində borcunun ödənilməsi ilə bağlı müvafiq qaydada bildirişlər vergi ödəyicisi "xxxx" MMC-nin vergi kabinetinə göndərilməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, elektron məhkəmə informasiya sisteminə əlavə edilmiş sənədlərlə müəyyən olunur ki, 03 mart 2020-ci il tarixli **********3 nömrəli "Vergi borcunun ödənilməsinə dair" Bildirişlə maraqlı şəxsin 29103,86 manat məbləğində borcunun olması öz əksini tapmışdır. Ərizəçinin apellyasiya şikayətinin dəlllərində qeyd edildiyi kimi, tələb edilən dəqiqləşdirilmiş ərizədə qeyd olunan borc məbləği maraqlı şəxs tərəfindən keçən müddət ərzində ödənilməmiş məbləğdir. Bundan başqa, kollegiya qeyd edir ki, maraqlı şəxsin vəkili də birinci instansiya məhkəməsində borc məbləğinin olmadığını bildirməmiş, ilkin ərizədə 6567,41 manat və “tələbin dəqiqləşdirilməsi” barədə ərizədə 15477,82 manat məbləğində olması, 2020-ci ilin mart ayında vergi ödəyicisinə göndərilən borc barədə “bildiriş”də isə borc məbləğinin 29000 manat məbləğində göstərilməsi əsası ilə ərizənin rədd edilməsini xahiş etmişdir. Yəni borc məbləği borclu tərəfindən mübahisələndirildiyi üçün və hazırda həmin məbləğin mübahisəli olması səbəbi ilə ərizənin rədd edilməsini xahiş etmişdir. Bununla bağlı, ərizəçi apellyasiya şikayətinin dəlillərində bildirmişdir ki, ərizədə göstərilən borc məhz xx.xx.2020-ci il tarxili **********353500 nömrəli “Vergi borcunun ödənilməsinə dair bildirişdə göstərilən borc məbləğindən qalan borcdur, qeyd olunan borc məbləğləri vergi ödəyicisinin şəxsi hesab vərəqəsində əks olunmuşdur. Mövcud borcla bağlı borclu tərəfindən edilmiş müraciətlərlə bağlı isə ərizəçi şikayətdə qeyd etmişdir ki, vergi ödəyicisinin borcla bağlı dəfələrlə 2 saylı Ərazi Vergilər İdarəsinə edilmiş müraciətlərinə vergi orqanı tərəfindən müvafiq izahatlar verilmişdir. Beləliklə işin halları ilə müəyyən olunur ki, borc məbləği 03 mart 2020-ci il tarixli **********3 nömrəli "Vergi borcunun ödənilməsinə dair" bildirişdə əks olunmuş borcun ödənilməmiş qalıq məbləğidir. Bunu ərizəçi ərizəyə əlavə edilmiş borcun olmasını təsdiq edən sənədlər və şikayətin dəlillərində də bildirmişdir. Məhkəmə kollegiyası məhkəmənin həmin borcu məhz tələb edilən borc məbləği kimi qəbul etməməsi və nəticədə borcla bağlı göndərilmiş bildirişin də işə aidiyyəti olmaması kimi mövqeyi ilə razılaşmır. İş materiallarına əlavə edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatla müəyyən olunur ki, borcluya xx.xx.2023-cü il tarixli **********360600 nömrəli “Ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında xəbərdarlıq” məktubu göndərilmiş, həmin məktub vergi ödəyicisi tərəfindən xx.xx.2023-cü il tarixdə oxunmuşdur. Kollegiya hesab edir ki, nə qədər ki, vergi ödəyicisi tərəfindən həmin borcun ödənilməsi, yaxud olmaması barədə sübutlar təqdim olunmamışdır, məhkəmənin qeyd etdiyi kimi, 03 mart 2020-ci il tarixli **********3 nömrəli "Vergi borcunun ödənilməsinə dair" bildirişin məhkəməyə müraciət edilməsindən 3 il 6 ay əvvəl tərtib olunması, müvafiq ərizə ilə məhkəməyə müraciət edilməsinə mane olan hal deyildir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.3-cü maddəsinə əsasən, əgər qanunla müəyyən kateqoriya kommersiya mübahisələri üçün məhkəməyə qədər nizamlama (pretenziya) qaydası müəyyən olunarsa və yaxud bu, tərəflər arasında müqavilə ilə nəzərdə tutularsa, mübahisə həmin qaydaya riayət edildikdən sonra kommersiya məhkəməsinin həllinə verilə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 306.1-ci maddəsinə əsasən, məhkəmələr tərəfindən xüsusi icraat işlərinə bu Məcəllənin ikinci bölməsinin üçüncü yarımbölməsində müəyyən edilmiş xüsusiyyətlərlə, iddia icraatı qaydasında baxılır. Məhkəmə kollegiyası hesab edir ki, iddia ərizəsinin Azərbaycan Respublikası MPM-in 259.0.1-ci maddəsinə əsasən baxılmamış saxlanılması əsaslı hesab edilə bilməz. Bu səbəbdən şikayət təmin edilməli, Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2-2(119)1543/2023 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 19 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilməli, e- 2-2(119)- 1543/2023 nömrəli iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilməlidir. Mülki-Prosessual Məcəllənin 397.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərardaddan verilən şikayətə onun məhkəməyə daxil olduğu vaxtdan 20 gün müddətində yazılı icraat qaydasında baxır. Məhkəmə işdə iştirak edən şəxsin bu barədə verdiyi vəsatəti əsaslı hesab etdikdə və ya öz təşəbbüsü ilə şikayət üzrə işə məhkəmə iclasında baxa bilər. Bu barədə məhkəmə tərəfindən müvafiq qərardad qəbul edilməklə işdə iştirak edən şəxslərə məlumat verilir. Həmin Məcəllənin 398.0.2-ci maddəsinə əsasən аpellyasiya instansiyası məhkəməsinin şikayətə baxıb qərardad qəbul etdikdə qərardadı tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək etmək hüququ vardır. Həmin Məcəllənin 399-cu maddəsinə əsasən birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir Azərbaycan Respublikası MPM-in 357, 397.2, 398.0.2, 400 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası qərara aldı: Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin şikayəti təmin edilsin. Sumqayıt Kommersiya Məhkəməsinin 29 dekabr 2023-cü il tarixli e-2- 2(119)1543/2023 nömrəli qərardadı və həmin qərardadın dəyişdirilmədən saxlanılmasına dair 19 yanvar 2024-cü il tarixli qərardadı ləğv edilsin. e-2-2(119)-1543/2023 nömrəli iş baxılması üçün Sumqayıt Kommersiya Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qüvvəyə minir. Qərardaddan şikayət verilə bilməz.
Məhkəmə qərarları › İş №2-2(105)-34/2024
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-2(105)-34/2024
19.02.2024 · Xususi icraat - Vergi ödəyicisi olan fiziki şəxslərin və ya hüquqi şəxslərin icra orqanının rəhbərinin ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraat (xüsusi icraat)
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver